Məhkəmə qərarları › İş №1(099)-573/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-573/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-573/2023 20.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Təkdam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, S. Vurğun küçəsi 6 C nömrəli evdə qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində həyət evində yaşamış, 11 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 4(036)- 19/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtdan külli miqdarda-49,620 çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 11 mart 2023-cü il tarixdə saat 17 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılıb, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 18:25-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sol cibindən bir ədəd polietilen bükümdə qablaşdırılmış külli miqdarda-49,620 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, cinayət işi materialları ilə tanış olmamış, tanış olması üçün məhkəmədən ona şərait yaradılmasını, ittiham aktının bir nüsxəsinin ona təqdim olunmasını bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirsizdir. Məhkəməyə təqdim edilmiş, barəsində olan cinayət işi, o cümlədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı tamamilə səhv, yalan və şər-böhtandan ibarətdir. Sosial şəbəkələrdə müqəddəs din olan islamı təbliğ etdiyinə, aktiv sosial media paylaşımlarına görə barəsində əsassız və qanunsuz olaraq hazırkı cinayət işi aparılmışdır. Bu yaşına kimi narkotik vasitələr görməmiş və onların satışı ilə məşğul olmamış, əksinə onlara qarşı mübarizə aparmışdır. İbtidai istintaq zamanı mövcud ittiham üzrə ifadə verməmiş, çünki müstəntiq onun dediklərini deyil, özünün tərtib etdiyi ifadələri ona imzalatdırmaq istəmiş, lakin heç bir sənədə imza etməmişdir. Barəsində olan cinayət işini aparan müstəntiq Nazim onun təqsirsiz olduğunu yaxşı bilməsinə baxmayaraq, aldığı qeyri-qanuni əmrə görə onu cinayət məsuliyyətinə cəlb etmək məcburiyyətində qalmışdır. İbtidai istintaq zamanı çoxsaylı hüquqları, o cümlədən müdafiə hüququ (vəkili olmamış və ondan ifadə alınmamış) əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona elan olunmuş ittiham üzrə təqsirsiz olduğu nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, iş materialları ilə tanış olmamış, hər hansı sənədi imzalamamışdır. 11 mart 2023-cü il tarixdə saat 17 radələrində saxlanılan zaman üzərində narkotik vasitə olmamış, üzərindən aşkar olunmuş nakorik vasitə heroini polis əməkdaşı üzərinə qoyaraq götürmüşdür. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən-cibindən aşkar olunan nakorik vasitə heroinin ona məxsus olmadığını, üzərindən aşkar olunmuş nakorik vasitə heroinin polis əməkdaşının üzərinə qoyaraq götürməsi ilə bağlı dedikləri hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə İmişli şəhəri ərazisində narkotik vasitə gəzdirməsi və saat 17:50 radələrində H. Aslanov küçəsində olacağı barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin rəhbərliyinə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenatı Şahid2 və RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 daxil edilmiş və bu barədə RPŞ-nin rərbəri tərəfindən qərar qəbul edilərək əmr verilmişdir. Həmin gün saat 17:50 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ünvana İmişli şəhəri, H.Aslanov küçəsinə getmişlər, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsində saxlanıldıqdan sonra ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması və onlarla RPŞ-nə getməli olması izah olunmuş və RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs RPŞ-nə gətirildikdən sonra toplanmış material araşdırmanın davam etdirilməsi və onun üzərində şəxsi axtarış aparılması üçün RPŞ-nin Təhqiqat bölməsinə göndərilmişdir. RPŞ-nin TB-nin təhqiqatçısı X15 Vəlişovun istəyi ilə vəkil Yusif Nərimanovu müdafiəçi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngdə gödəkçənin sol yan cibindən tozşəkkili, qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə bir ədəd sellofan bükümdə, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd dırnaq kəsən, bir ədəd ətir qabı, bir ədəd qulaqlıq, əynində olan göy cins şalvarının ciblərindən pul əskinazları aşkar olunaraq götürülmüşdür. Aşkar olunan bir selofan bükümün arasında olan qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə oxşar kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinin ona aid olmamasını, cibinə polis əməkdaşları tərəfindən atılmasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun İmişli rayonundan kənarda yaşaması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, həmin vaxt yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzü «Elçin» şadlıq sarayı istiqamətində olan zaman saxlamışlar, yaxınlıqda olmasa da, həmin ərazidə məscid olmuşdur. Tədbir zamanı vəzifəsinə tədbir iştirakçılarına köməklik etmək daxil olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə apararkən maşını Ərəstun idarə etmiş və arxa oturacaqda Təqsirləndirilən şəxs sağ tərəfində Rəcəb, sol tərəfində özü oturmuş, sürücünün yanında ön oturacaqda kimin oturmasını xatırlamamışdır. Tədbirdə 3 nəfər olmuşlar. Mənsuru məsciddən xeyli kənarda saxlamışlar. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkilli, polis kiçik leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 11 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs İmişli şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi və saat 17:50 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində olacağı barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 şöbənin rəhbərliyinə raportla məruzə edərək məlumat vermiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirləri keçirilmişdir. Həmin qrupa onunla bərabər PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 də daxil olmuşdur. 11 mart 2023-cü ildə saat 17:50 radələrində qrup üzvüləri ilə birlikdə Təqsirləndirilən şəxs olduğu İmişli şəhəri, H.Aslanov küçəsinə getmişlər, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsində saxlayıb üzərində şəxsi axtarış aparmaq üçün xidməti avtomobillə RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış RPŞ-nin Təhqiqat bölməsində təhqiqatçı X7, əməliyat qrupunun üzvləri və İmişli rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə videoçəkişlə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngdə gödəkçənin sol yan cibindən tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə bir ədəd sellofan bükümdə, əynində olan gödəkçənin sol iç cibindən dırnaq kəsən, ətir qabı, qulaqlıq, əynində olan göy cins şalvarın sağ yan cibindən elektron təsbeh və pul əskinasları aşkar olunaraq götürülmüşdür. Aşkar olunan bir selofan bükümün arasında olan qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə oxşar kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüş və ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -İmişli RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 17 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilməsi, videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən 49,620 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroini bir ədəd bükümdə olmaqla əynində olan qara rəngli dəri gödəkçəsinin sol cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi faktı əsasında İmişli RPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 12 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(i.v. 1-29) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 11 mart 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24-25) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 11 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə bir ədəd sellofan büküm, əynində olan qara gödəkçənin sol iç cibindən bir ədəd dırnaq kəsən, bir ədəd ətir qabı, bir ədəd qulaqlıq, əynində olan göy cins şalvarın sağ yan cibindən bir ədəd elektron təsbeh, 5 ədəd 10 qəpik olmaqla pul əskinazı, əynində olan şalvarın arxa sağ cibindən bir ədəd 50 manat, bir ədəd 20 manat və 4 ədəd 1 manat pul əskinazları olmaqla 74 manat və əynində olan şalvarın sol ön cibindən 4 ədəd 100 manat pul əskinasları olmaqla ümumilikdə 474 manat pul aşkar olunaraq götürülmüşdür.(i.v. 27-29) -«məhkəmə-kimyəvi ekspertizası»nın 12 mart 2023-cü il tarixli, 18/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs üstündən …» sözləri yazılmış kağız paketdəki 1 ədəd poletilen kəsiyi bükümündə təmiz çəkisi-49,620 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.(i.v. 35-38) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində İmişli Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 4(036)- 19/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 92- 94) -«üzləşdirmə aparmaq haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v. 64- 66) -«üzləşdirmə aparmaq haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v. 67- 69) -«üzləşdirmə aparmaq haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v. 70- 72) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 iyun 2023-cü il tarixli, 3408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xətəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 138-139) -«sübutların qiymətləndirilməsi və ibtidai istintaqın nəticəsi haqqında» 05 iyun 2023cü il tarixli qərardan görünür ki, Məsur Vəlişovun üzərindən götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 49,570 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmişdir.(i.v. 144-149) Məhkəmə istintaqı zamanı alınaraq məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə xətşünaslıq-ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 4/1388 nömrəli rəyində göstərilmişdir ki, cinyat işi cild 1, i.v. 13-də olan İmişli rayonunda fəaliyyət göstərən vəkillərin siyahısında «Təqsirləndirilən şəxs» soyadının qarşısındakı imza, i.v. 18- də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi təqdim edilməsi haqqında protokolda «Şübhəli şəxs:» qrafasındaki imza, i.v. 19-20 olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə tutma qərarının surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi, tutma protokolu ilə tanış etmə, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda «Şübhəli şəxs» qrafasındaki imza, i.v. 21-22-də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 23-də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqana qarşı etirazının olmaması haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 24-25-də olan 11 mart 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokolda «Tutulan şəxs» sözünün qarşısındaki imza, i.v. 30-31-də olan 11 mart 2023- cü il tarixli izahatda «Təqsirləndirilən şəxs» ad və soyadının qarşısındaki imza, i.v. 41-42-də olan şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı sol tərəfində olan imza və 2-ci vərəqində «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 43-44-də olan 12 mart 2023-cü il tarixli №102 nömrəli şübhəli şəxsə tutulma qərarının surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi, tutma protokolu ilə tanış etmə, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı sol tərəfində olan imza və 2-ci vərəqində «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 45-də olan 12 mart 2023-cü il tarixli №103 nömrəli şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 46-48-də olan 12 mart 2023-cü il tarixli №104 nömrəli şübhəli şəxsin dindirilməsi haqqında protokolda «İmza» qrafasında «Vəlişov.M» soyadının qarşısındaki imza, i.v. 49da .olan 12 mart 2023-cü il tarixli №105 nömrəli şübhəli şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındakı imza, i.v. 64-66-da olan 13 mart 2023-cü il tarixli №109 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 67-69-da olan 13 mart 2023-cü il tarixli №110 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.в. 70-72-də olan 13 mart 2023-cü il tarixli №111 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındakı imza, i.v. 74-də olan 13 mart 2023-cü il tarixli saat 12:10-da müdafiəçim X1 iştirakı ilə tanış oldum, qərarın surətini aldım, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrim mənə izah olundu qeydində «Təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 76-77-də olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişdə «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 78-79-da olan 13 mart 2023-cü il tarixli №112 nömrəli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəziələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 80-82-də olan 13 mart 2023-cü il tarixli №113 nömrəli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda “İmza” sözünün qarşısındaki imza, i.v. 90-da olan 13 mart 2022-ci il tarixli №114 nömrəli həbs qətimkan tədbiri seçilərkən məhkəməyə təqdim edilən sənədlərə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 96-da olan 13 mart 2023-cü il tarixli №115 nömrəli təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi barədə qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 99-da olan 13 mart 2023-cü il tarixli təkrar olaraq №115 nömrəli kimi qeyd olunan təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi barədə qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 140-da olan 05 iyun 2023-cü il tarixli №230 nömrəli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 141-ci vərəqində olan 05 iyun 2023- cü il tarixli, №231 nömrəli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 155-də olan 07 iyun 2023-cü il tarixli №237 nömrəli təqsirləndirilən şəxsə, onun müdafiəçisinə cinayət işinin materiallarının təqdim edilməsi və iş materialları ilə tanış etmə haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza;-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə hesab edilir. Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «heroin» olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 49,620 qram çəkidə narkotik vasitə heroinini əldə edib, özündə saxlayaraq daşımış, əynindəki dəri gödəkçəsinin sol cibində saxlamış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki dəri gödəkçəsinin sol cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X9 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş materialları ilə tanış olmadığı hər hansı sənədə imza atmadığını bildirməsinə də məhkəmə tərkibi tənqidi yanaşaraq həmin faktı yoxlamış və məhkəmə xətşünaslıq-ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 4/1388 nömrəli rəyi ilə müəyyən edilmişdir ekspertizaya təqdim olunmuş, cinyat işi cild 1, i.v. 13-də olan İmişli rayonunda fəaliyyət göstərən vəkillərin siyahısında «Təqsirləndirilən şəxs» soyadının qarşısındakı imza, i.v. 18-də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi təqdim edilməsi haqqında protokolda «Şübhəli şəxs:» qrafasındaki imza, i.v. 19- 20 olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə tutma qərarının surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi, tutma protokolu ilə tanış etmə, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda «Şübhəli şəxs» qrafasındaki imza, i.v. 21- 22-də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 23-də olan 11 mart 2023-cü il tarixli şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqana qarşı etirazının olmaması haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 24-25-də olan 11 mart 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokolda «Tutulan şəxs» sözünün qarşısındaki imza, i.v. 30-31-də olan 11 mart 2023- cü il tarixli izahatda «Təqsirləndirilən şəxs» ad və soyadının qarşısındaki imza, i.v. 41-42-də olan şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı sol tərəfində olan imza və 2-ci vərəqində «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 43-44-də olan 12 mart 2023-cü il tarixli №102 nömrəli şübhəli şəxsə tutulma qərarının surətinin, hüquq və vəzifələri barədə yazılı bildirişin verilməsi, tutma protokolu ilə tanış etmə, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı sol tərəfində olan imza və 2-ci vərəqində «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 45-də olan 12 mart 2023-cü il tarixli №103 nömrəli şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 46-48-də olan 12 mart 2023-cü il tarixli №104 nömrəli şübhəli şəxsin dindirilməsi haqqında protokolda «İmza» qrafasında «Vəlişov.M» soyadının qarşısındaki imza, i.v. 49-da .olan 12 mart 2023-cü il tarixli №105 nömrəli şübhəli şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındakı imza, i.v. 64-66-da olan 13 mart 2023-cü il tarixli №109 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 67-69-da olan 13 mart 2023-cü il tarixli №110 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındaki imza, i.v. 70-72-də olan 13 mart 2023-cü il tarixli №111 nömrəli üzləşdirmə aparmaq haqqında protokolda «Şübhəli şəxs» sözünün qarşısındakı imza, i.v. 74-də olan 13 mart 2023-cü il tarixli saat 12:10-da müdafiəçim X1 iştirakı ilə tanış oldum, qərarın surətini aldım, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrim mənə izah olundu qeydində «Təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 76-77-də olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişdə «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 78-79-da olan 13 mart 2023-cü il tarixli №112 nömrəli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəziələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 80- 82-də olan 13 mart 2023-cü il tarixli №113 nömrəli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda “İmza” sözünün qarşısındaki imza, i.v. 90-da olan 13 mart 2022-ci il tarixli №114 nömrəli həbs qətimkan tədbiri seçilərkən məhkəməyə təqdim edilən sənədlərə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 96-da olan 13 mart 2023-cü il tarixli №115 nömrəli təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi barədə qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 99-da olan 13 mart 2023-cü il tarixli təkrar olaraq №115 nömrəli kimi qeyd olunan təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsi barədə qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 140da olan 05 iyun 2023-cü il tarixli №230 nömrəli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmçinin həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 141-ci vərəqində olan 05 iyun 2023- cü il tarixli, №231 nömrəli təqsirləndirilən şəxsə ekspert rəyinin elan edilməsi haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza, i.v. 155-də olan 07 iyun 2023-cü il tarixli №237 nömrəli təqsirləndirilən şəxsə, onun müdafiəçisinə cinayət işinin materiallarının təqdim edilməsi və iş materialları ilə tanış etmə haqqında protokolda «təqsirləndirilən şəxs» sözünün qarşısındaki imza;-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmaq və istintaq sənədlərinin surətlərini götürməsinə dair hüquqları məhkəmə istintaqı zamanı təmin olunmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, iş materialları ilə tanış olmaq hüququ təqsirləndirilən şəxsin prosessual hüquqları olsa da onun təqsirli olub-olmaması məsələsini həll etmir. Bu hal ilə bağlı həmçinin məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı aparan İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 əməlində vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün barəsində çıxarılmış xüsusi qərar müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş prokuroruna göndərilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 112-113) -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-X4 İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş -06 iyun 2023ci il tarixli, 621 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Vəlişov X6 şəhəri, H.B.Zərdabi küçəsində həyət evində yaşayır, ailəlidir, bir az yaşlı uşağıxx.xx.2017-ci il təvəllüdlü Fatimə Vəlişzadə adlı qızı var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.136, 152-153) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirlən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 mart 2023-cü il tarixdən hesablanmalı və İmişli Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 4(036)- 19/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 iyun 2023-cü il tarixli, 3408 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmamalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərəfindən təyin olunaraq keçirilmiş 13 sentyabr 2023-cü il tarixli 4/1388 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi üzrə- 127 (yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci dövlətə aid edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 49,570 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 11 mart 2023-cü il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 4(036)-19/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 49,570 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar