Məhkəmə qərarları › İş №1(099)-573/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-573/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-573/2024 18.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1981-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(049)-53/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(008)-93/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə təyin olunmuş cəza Lənkəran Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(049)-53/2021 nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmış və qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 7(011)-285/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 2 (iki) ay 6 (altı) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 iyun 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış 09 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(049)-54/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə silinmiş, zavod konstruksiyası və ballistik xassələri dəyişdirilməmiş yivli odlu döyüş silahı hesab olunan yarımavtomatik tapançanı, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan 02 ədəd sandıqçanı, 13 (on üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (RM), “PA-63”, “P64”, “RK59”, “P61” kosntruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatıpatronları əldə edib üzərində gəzdirərək yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən evə daşımaqla, həmin odlu silahı, onun komplekt hissələrini və döyüş sursatlarını evin yataq otağında yerləşən paltar dolabında gizlətməklə 09 mart 2024-cü il tarixədək qanunsuz olaraq saxlamışdır. Bundan başqa təsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən bir ədəd bükülüdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda-211,383 qram çəkidə narkotik vasitə heroini, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan külli miqdarda-1005,0 qram narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-4,0 qram (bir həbdə 0,04 qr) olan, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həblərini və bir ədəd bükülüdə külli miqdarda, 176,949 qram çəkidə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən yaşadığı mənzilə daşıyaraq həmin mənzilin yataq otağında yerləşən paltar dolabında gizlədərək saxlamış, qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin satışını realizə etmək üçün kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan bir ədəd bükümdə, 4,187 qram olub külli miqdar təşkil edən çəkidə hissəsini ayıraraq əynində olan şalvarının kiçik ölçülü sağ yan cibində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatları saxlaması barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2024-cü il tarixdə, saat 15:00-dan saat 15:23-dək yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən mənzilinə baxış zamanı mənzilin yataq otağında yerləşən paltar dolabında həmin 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə silinmiş, zavod konstruksiyası və ballistik xassələri dəyişdirilməmiş yivli odlu döyüş silahı hesab olunan yarımavtomatik tapança, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan 02 ədəd sandıqça, 13 (on üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (RM), “PA-63”, “P64”, “RK59”, “P61” kosntruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı-patronlar, bir ədəd sellofan torbada içərisində həmin 1 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 211,383 qram olan narkotik vasitə heroin, 1 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 172,762 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ümumi təmiz çəkisi külli miqdarda, 1005,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 4,0 qram (bir həbdə 0,04 qr) olan, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 09 mart 2024-cü il tarixdə Lənkəran şəhəri Paşa Təhməzov 8 ünvanında yerləşən regional polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 16:45-dən saat 16:54-dək üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda, 4,187 qram olan psixotrop maddə metamfetamin əynində olan şalvarının kiçik ölçülü sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü, yalnız Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək demişdir ki, 09 mart 2024-cü il tarixdə dayısı oğlu X7 ilə yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən mənzilində olan zaman polis əməkdaşları evinə girərək onu yerə yıxmışlar, evinə baxış keçirmişlər və mənzilin yataq otağında yerləşən paltar dolabında özünə məxsus 01 (bir) ədəd “Makarov” tipli tapança, 02 (iki) ədəd sandıqça, 13 (on üç) ədəd patronlar və özünə məxsus olmayan, polis əməkdaşları tərəfindən qoyulmuş 01 ədəd sellofanda olan müxtəlif növlü narkotik vasitələr aşkar etmişlər. Polis əməkdaşlarına “mənim evimi yıxmayın” demiş, polis əməkdaşları isə ona “sənin evin çoxdan yıxılıb” demişlər. Evindən aşkar olunan narkotik vasitələr özünə məxsus deyildir. Polis əməkdaşları ona, narkotik vasitənin ona məxsus olmasını boynuna almasa onunla başqa söhbət edəcəklərini, onu rüsvay edəcəklərini demişdilər. Saxlanılan zaman stolun üzərində özünə məxsus 0,5 qram psixotrop maddə metamfetamin olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzilə polis əməkdaşlarından əvvəlcə Ramal və Mehdi gəlmişlər, 1-2 saat sonra isə 10-15 nəfər polis əməkdaşları evinə gəlmişlər. Bina evində yaşayır, polislər evinə gələn günü evin qapısı bağlı olmuşdur. Həmin vaxtı evini satırmış, evinə gələn polis əməkdaşları makler adı ilə evinə girmiş, qapının gözlüyündən baxmadan qapını açmışdır. Silah özünə məxsus olmuş, silahın maqazinləri ayrı-ayrı olmuşdur. Əgər evinə gələn şəxslərin polis əməkdaşları olduqlarını bilsəydi özündə olan 13 ədəd patronun hamısını polis əməkdaşlarının bədənlərinə vurardı. Saxlanılan zaman mənzilində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr olmamışdır. Onda 0,5 qram metadon olmuş o da stolun üzərində olmuşdur. Evlərində ondan və dayısı oğlundan başqa heç kim olmamışdır. Polis əməkdaşları onun yaşadığı evə girəndə əllərində heç nə olmamış, onu yerə yıxandan sonra evinə narkotik vasitələr və psixotrop maddə qoymuşlar. Məcbur olduğu üçün narkotik vasitələrin özünə məxsus olduğunu ibtidai istintaq zamanı etiraf etmişdir. Saxlanılan zaman dayısı oğlu Qalib Kərimov yanında olsa da, arvadı isə sonradan evlərinə gələrək polis əməkdaşlarını orada görsə də onların dindirilməsini istəməmiş və buna ehtiyac olmadığını demişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etməmiş, dayısı oğlu Qalib Kərimovun da şikayət edib-etmədiyini bilməmişdir. Polis əməkdaşları evinə baxış keçirmələri üçün ondan ərizə almışlar, təqdim olunan ərizə həmin ərizədir və ərizəni özü yazaraq imzalamışdır. Elvin adlı ev alqı-satqısı ilə məşğul olan şəxs var, polis əməkdaşları Elvinin adı ilə yaşadığı mənzilə gəlmişlər. Ancaq həmin vaxtı Elvin özü orada olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza təyin olunmasını məhkəmə tərkibindən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə təqsirli hesab edir. Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər 1 dəfə oğurluq, 1 dəfə qəsdən sağlamlığa yüngül zərər vurma və 3 dəfə isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. 20 ildən artıqdır ki, əvvəllər heroin, sonralar metamfetamin, son dövrlərdə isə metadon həblərindən istifadə edir. Bədənində güclü ağrılar olduğuna görə narkotik maddələri qəbul edir. Evlidir, 2 övladı vardır. Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanı ata evidir. 09 mart 2024-cü il tarixdə, saat təxminən 15 radələrində mülki geyimdə olan şəxslər yaşadığı mənzilin qapısına gəlib, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və silah sursat gəzdirməkdə şübhəli olduğunu ona demişlər. Sonra yaşadığı ünvanda baxış keçiriləcəyi barədə qərarla tanış olmuş, yaşadığı mənzildə baxış keçirməsinə razılıq verməsi barədə ərizə yazmış və təqdim etmişdir. İştirakı ilə yaşadığı mənzildə video çəkilişlə baxış keçirilərkən ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra üç otaqlı mənzilinin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında yerləşən paltar şkafında gizlətdiyi bir ədəd sellofan torbada narkotik maddələri, bir ədəd tapança silahını, üzərində tapançaya aid patronlar olan iki ədəd sandıqçanı təqdim etmişdir. Həmin şkafda ona məxsus bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Təqdim etdiyi sellofan torbanın içərisinə baxıldıqda içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə heroin, 01 ədəd bükümdə metamfetamin və 10 ədəd listdə metadon tabletləri aşkar olunmuşdur. Bundan sonra tapança silahının üzərində nömrənin silinməsi, sandıqçanın birində 07 ədəd, digərində 06 ədəd patron olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq sellofan torbada narkotik maddələrin olduğunu, “Makarov” tapança silahını təxminən 2 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata aldığını, silahdan istifadə etmədiyini demişdir. Tərəzi ilə narkotik maddə çəkib qəbul edir. Sonra sellofan bükülülər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə qurudulmuş marixuana kütləsi 1 kq 055 qram, heroin 225 qram, metamfetamin 180 qram və listlərdə olan metadon tabletləri 60,50 qram çəkidə olmuş və ona məxsus elektron tərəzi ilə birlikdə sellofan torbaya qoyularaq qablaşdırılmış, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Sonra isə tapança silahı, üzərində patronlar olan iki ədəd tapança sandıqçası zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Baxış keçirilərkən başqa hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi narkotik maddələri Astara şəhərindən tanımadığı taksi maşını ilə qayıdarkən magistral yolun kənarında lövhəciyin yanından görüb götürmüş, özü qəbul etmək üçün evində saxlamış, heç kimə verməmiş, satmamış, əldə etdiyi silahdan istifadə etməmiş, ailə üzvlərinin və digər şəxslərin narkotik maddə və silah barəsində məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır. Daha sonra Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə gəlmiş, şöbədə otaqların birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış olmuşdur. Yaşadığı ünvanda baxış keçirilərkən narkotik vasitə heroinə, qurudulmuş marixuanaya, metadon tabletinə, metamfetaminə bənzər kütlələr, həmçinin tapançaya bənzər bir ədəd silah və patronlar aşkar edilərək götürülməsi barədə, bundan sonra regional şöbəyə dəvət olunmağı barədə ona məlumat verilmişdir. Ona verilən suallara cavab olaraq yaşadığı ünvanda aşkar edilmiş narkotik maddələri Astara şəhərindən qayıdarkən yolun kənarında lövhəciyin yanında görüb götürdüyünü, tapança silahını Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata əldə etdiyini, narkotik maddələrdən heç kimə vermədiyini, satmadığını silahdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra ona üzərində qanunsuz əşya, maddə varsa təqdim etməyi təklif edildikdə əynindəki şalvarının sol yan cibindən “Samsung” və “Nokia” markalı mobil telefonlarını, şalvarının sağ kiçik ölçülü cibindən bir ədəd sellofan bükümdə narkotik maddə şüşəni çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə şüşə olduğunu, yaşadığı mənzildə təqdim etdiyi narkotik maddədən götürüb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisindən metamfetamin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildikdə qanunsuz əşya aşkar olunmamışdır. Əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd cib dəsmalı, gödəkçəsinin sağ yan cibindən iki ədəd salfet kağızı, sağ əlinin barmaqlarında iki ədəd üzüyü aşkar olunmuş, üzüklər barmağında qalmış, cib dəsmalı və salfet kağızları ona qaytarılmışdır. Təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkildikdə metamfetamin 4,45 qram çəkidə olmuş, həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır. Yaşadığı evdə aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni dəqiq xatırlamadığı tarixdə Astara şəhərindən tanımadığı taksi ilə qayıdarkən magistral yolda dəqiq yerini xatırlamadığı plakatın altında görüb götürmüş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən evində yataq otağında yerləşən paltar şkafında gizlətmişdir. Həmin narkotik vasitələri gələcəkdə özü istifadə etmək üçün götürmüşdür. Taksi sürücüsündən avtomobili dayandırmasını özü bildirmiş, taksi sürücüsünün bundan xəbəri olmamışdır. İstintaq zamanı verdiyi ifadələri tamamilə doğrudur. Belə ki, yaşadığı evdə aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana, heroin, metadon həblərini və psixotrop maddə metamfetamin, həmçinin üzərində aşkar olunmuş psixotrop maddə metamfetamin, bundan başqa 01 ədəd “Makarov” tapançası, həmin tapançaya məxsus 02 ədəd sandıqça və 13 ədəd patron ona məxsusdur. Narkotik vasitələr və psixotrop maddəni dəqiq xatırlamadığı tarixdə Astara şəhərindən tanımadığı taksi ilə qayıdarkən magistral yolda dəqiq yerini xatırlamadığı plakatın altında, yerdə görüb götürərək gələcəkdə istifadə etmək üçün yaşadığı evdə gizlədib saxlamışdır. Silah-sursatı isə tutulmazdan təxminən 2 ay qabaq Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata almışdır. Məhkəmə iclasında çıxışı zamanı yalan ifadə verib evində narkotik vasitə olmadığını, Mehti adlı polis əməkdaşının ona hədə-qorxu gəldiyindən həmin maddələri boynuna götürdüyünü demişdir. Belə deyəcəyi təqdirdə məhkəmə zalından azadlığa buraxılacağını və cinayət məsuliyyətindən yayınacağını düşünmüşdür. Lakin məhkəmədə yalan ifadə verməyinə baxmayaraq yenə də barəsində 04 ay müddətə həbs seçilmişdir. İlkin izahatı və ifadəsində göstərdikləri tamamilə doğrudur, evində və üzərində aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə, həmçinin evində aşkar olunan silah-sursat ona məxsusdur. Həmin taksi sürücüsünü tanımır, avtomobilin markasını və modelini xatırlamır, həmçinin nömrə nişanına baxmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul deyil, heç vaxt da bu işlə məşğul olmamışdır. Həmin nömrənin kimə məxsus olmasını bilmir, bu barədə məlumatı yoxdur. Həmin SMS mətni mobil telefonuna daxil olsa da, həmin şəxsə narkotik vasitə verməmiş, həmçinin satmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Evində həmin tərəzini ona görə evdə saxlamışdır ki, həmin narkotik vasitədən özü çəkib istifadə etsin. Evində aşkar olunmuş silah “Makarov” tapançasıdır, ona məxsusdur. Silaha marağı olduğu üçün tapançanı tutulmazdan təxminən 2 ay qabaq Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata almışdır. Həmin silahdan istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman və bundan sonra ona qarşı heç bir zorakılıq hərəkətləri olmamış, hədə-qorxu gəlinməmişdir. Qanunsuz maddə və əşyaların aşkar olunduğu evdə demək olar ki, tək qalmışdır, arabir həyat yoldaşı evə gəlmişdir. Evdə narkotik vasitələr, psixotrop maddə və silah-sursatın olması barədə ailə üzvlərinin heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, hədə-qorxu gəlinmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının evinə girərək onu yerə yıxmaları, aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polislər tərəfindən onun evinə qoyulması barədə dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində bildirmişdir ki, 09 mart 2024cü il tarixdə icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin silah və sursat gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və onun rəhbərliyi ilə qrup üzvləri DİN-nin BNMİ-nin CBRŞnin təhqiqatçısı, polis mayoru X3, şöbənin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 evinə baxış keçirilməsi və götürmə aparılması haqqında təhqiqatçı Famil Həsənov tərəfindən 09 mart 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı, ünvan 5 mənzilinə getmişlər. Mənzilin qapısına çatmamış Təqsirləndirilən şəxs blokun ağzında görmüşlər, ona özlərini təqdim etdikdən sonra narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, həmçinin silah və sursat gəzdirməsində, yaşadığı ünvanda saxlaması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs evinin qapısına dəvət etmişlər. Təqsirləndirilən şəxs yazılı qaydada verdiyi razılıq ərizəsindən sonra yaşadığı ünvana daxil olmuş və həmin tarixdə, saat 15:00-dan baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra üç otaqlı mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında olan paltar şkafında olan bir ədəd sellofan torbanı, bir ədəd tapançanı, üzərində tapança paronları olan iki ədəd tapança silahına aid sandıqçanı təqdim etmişdir. Həmin şkafdan bir ədəd elektron tərəzi də aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxdıqda içərisində 01 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə metamfetaminə bənzər və 10 ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuşdur. Sandıqçanın birində 07 ədəd, digərində 06 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs “Makarov” tapançasını isə təxminən iki ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata aldığını, silahdan istifadə etmədiyini, aşkar olunmuş özünə məxsus tərəzi ilə narkotik maddə çəkib istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş sellofan bükülülər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlə 1 kq çox olduğunu, heroinə bənzər kütlənin 200 qramdan çox olduğunu, metamfetaminə bənzər kütlənin və metadon tabletinin çəkisini xatırlamadığını bildirmişir. Həmin kütlələr aşkar olunmuş elektron tərəzi ilə birlikdə sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri Astara şəhərindən tanımadığı taksi maşını ilə qayıdarkən magistral yolun kənarında lövhəciyin yanından görüb götürdüyünü, özü qəbul etmək üçün evində saxladığını, heç kimə vermədiyini, satmadığını, əldə etdiyi silahdan istifadə etmədiyini, ailə üzvlərinin və digər şəxslərin narkotik maddə və silah barəsində məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs BNMİ-nin X6 Şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən “Samsung” və “Nokia” markalı mobil telefonları, şalvarın sağ kiçik ölçülü cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə şüşə olduğunu, yaşadığı mənzildə təqdim etdiyi narkotik maddədən götürüb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayət və tələbi olmadığını, törətdiyi əmələ görə peşiman olduğunu bildirmişdir. Qeyd olunanlarla bağlı protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs evində və üzərində aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə onun özünə məxsusdur. Özü və ya hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq olunmamış, hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs göstərdikləri yalan və böhtandır. Təqsirləndirilən şəxs evində və üzərində aşkar olunmuş narkotik vasitələr və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Məlumatda Təqsirləndirilən şəxs yaşadığı binanın aşağısına düşərək alıcıya narkotik vasitə verəcəyi də deyilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman ətrafda heç kim yox idi, Vüqar dayısı oğlunun onu gözlədiyini demiş, ancaq Təqsirləndirilən şəxs dayısı oğlunu orada görməmişlər. Təqsirləndirilən şəxs evində çəkliş gedən zaman arvadı ora gələrək onları görmüşdür. Hətta Təqsirləndirilən şəxs arvadı onlara nə deyirsiz edək Vüqarı buraxın demişdir. Təqsirləndirilən şəxs arvadı Vüqara isə “sənə dedim bu işlərlə məşğul olma, gördün, demişdim sənə həbs olunacaqsan” demişdir. Təqsirləndirilən şəxs qarşı nəsə qanunsuz hərəkətlər etsəydilər arvadı zəng vuraraq “102” xidmətinə məlumat verə bilərdi. Evə daxil olmaq üçün Təqsirləndirilən şəxs razılıq ərizəsi vermişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi silahı, patronları, sandıqçanı, narkotik vasitələri və psixotrop maddəni götürdükdən sonra Reginal Şöbəyə getmişlər. Elvin adlı ev alqı-satıqısı ilə məşğul olan şəxsi tanımamışlar. Dindirilmiş şahid DİN-in BNMİ-nin CBRŞ-nin polis nəfərləri, polis baş serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatlar ilə eyni məzmunlu ifadə verərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin silah və sursat gəzdirməsi barədə daxil olmuş əməliyyat əməliyyat məlumatı ilə əlaqədar olaraq BNMİ-nin CBRŞ-nin əməkdaşlarının 09 mart 2024-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evindən külli miqdarda-211,383 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda-1005,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-4,0 qram olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri və külli miqdarda-172,762 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən külli miqdarda-4,187 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-62) -“baxış və götürmə aparılması haqqında” 09 mart 2024-cü il tarixli protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, silah və sursat əldə etməsində, gəzdirməsində, yaşadığı ünvanda saxlamasında şübhəli bilindiyi üçün yaşadığı ünvan 5 ünvanda baxış keçirilməsi məqsədi ilə yaşadığı mənzilin giriş qapısına çatdıqda Təqsirləndirilən şəxs qapıya dəvət olunmuş, ona özlərini təqdim etdikdən sonra narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, həmçinin silah və sursat gəzdirməsində, yaşadığı ünvanda saxlaması ilə bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsindən sonra baxışa başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra üç otaqlı mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında olan paltar şkafında olan bir ədəd sellofan torbanı, bir ədəd tapança silahına oxşar silahı, üzərində tapança patronları olan iki ədəd tapança silahına aid sandıqçanı təqdim etmişdir. Həmin şkafdan bir ədəd elektron tərəzi də aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxıldıqda içərisində 01 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə metamfetaminə bənzər və 10 ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuşdur. Silaha baxıldıqda tapançaya oxşar nömrəsi silinmiş silah, sandıqçanın birində 07 ədəd, digərində 06 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sellofan torbada narkotik maddələr olduğunu, “Makarov” tapançasını isə təxminən iki ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata aldığını, silahdan istifadə etmədiyini demişdir. Həmçinin aşkar olunmuş özünə məxsus tərəzi ilə narkotik maddə çəkib istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş sellofan bükülülər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlə 1 kq 055 qram, heroinə bənzər kütlə 225 qram, metamfetaminə bənzər kütlə 180 qram və listlərdə olan metadon tabletinə bənzər kütlələr 60,50 qram çəkidə olmuş və aşkar olunmuş elektron tərəzi ilə birlikdə sellofan torbaya qoyularaq qablaşdırılmış, torbanın üstü “DİN Zərflər üçün №7(1)” möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Həmin ünvanda baxış zamanı başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs şifahi olaraq təqdim etdiyi maddələri Astara şəhərindən tanımadığı taksi maşını ilə qayıdarkən magistral yolun kənarında lövhəciyin yanından görüb götürdüyünü, özü qəbul etmək üçün evində saxladığını, heç kimə vermədiyini, satmadığını, əldə etdiyi silahdan istifadə etmədiyini, ailə üzvlərinin və digər şəxslərin narkotik maddə və silah barəsində məlumatı olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayət və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu, əvvəllər narkotik maddəyə görə məhkum olunduğunu bildirmişdir.(i.v.14-15) -“şübhəli şəxsin tutulması haqqında” 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27) -“şəxsi axtarış aparılması haqqında” 09 mart 2024-cü il tarixli protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən “Samsung” və “Nokia” markalı mobil telefonları, şalvarın sağ kiçik ölçülü cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə şüşə olduğunu, yaşadığı mənzildə təqdim etdiyi narkotik maddədən götürüb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlə 4,45 qram çəkidə olmuşdur. Sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayət və tələbi olmadığını, törətdiyi əmələ görə peşiman olduğunu bildirmişdir.(i.v.36-39) -“məhkəmə kimyəvi və bioloji ekspertizası”nın 09 mart 2024-cü il tarixli, 19/226 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi 4,187 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi evindən aşkar olunmuş 01 ədəd bükülüdə qurudulmuş marixuanaya, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə metamfetaminə bənzər və 10 ədəd listdə metadon həblərinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 01 ədəd bükülüdə təmiz çəkisi 211,383 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükülüdə təmiz çəkisi 172,762 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 02 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 515,0 qram, 490,0 qram, ümumi təmiz çəkisi 1005,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qramdır (bir həbdə 0,04 qr), 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi evindən aşkar olunmuş 01 ədəd bükülüdə qurudulmuş marixuanaya, 01 ədəd bükülüdə heroinə bənzər, 01 ədəd bükülüdə metamfetaminə bənzər və 10 ədəd listdə metadon həblərinə bənzər kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 02 bükülü olmaqla ümumi təmiz çəkisi 176,949 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.57-60) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4 (049)- 54/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli birlir. Onun evində heç bir narkotik vasitə olmamışdır, sadəcə üzərində 4 qram metamfetamin olmuşdur. O, iyirmi ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. CBRPŞ-nin Mehti adlı əməkdaşı ona hədə-qorxu gələrək evinə narkotik vasitə və psixotrop maddə qoymuş və etiraf etməyəcəyi halda ailəsi ilə təhdid etmişdir. Əvvəllər beş dəfə məhkum edilmiş və on üç ilə yaxın müddət ərzində azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Ona qarşı fiziki zorakılıq olmasa da, hədə-qorxu gəlmişlər. Barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir.(i.v.69-71, 98-103) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 10 mart 2024-cü il tarixli, 241 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin Tibbi- Sosial Ekspert Komissiyasının təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.85) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 14 mar 2024-cü il tarixli, 650 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(i.v.108) -“diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 17 aprel 2024-cü il tarixli, 7899 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD markalı diskə baxış zamanı müəyyən olunmuşdur ki, CD diskdə antena.xls, abuneciler.xls, **********34.txt və 519285234_SMS.txt faylları vardır. Antena.xls faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə 09 mart 2024-cü il tarixdə sonuncu danışıqlar 13:44, 13:47 və 14:04-də qeydə alınmış, həmin vaxt Təqsirləndirilən şəxs “Lenkaran sheheri” və “Lenkaran seh, Shehidler xiyabani kuc” adlanan antenin əhatə dairəsində olmuşdur. Bundan başqa 519285234_SMS.txt faylına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02:19-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Vuqe 20 manatliq mene meti vere bilersen? pisdi veziyetim, 20 manat pulum qalib cemi, istiyirsen kart dinen atim karyina” mətnli SMS daxil olmuşdur. Bu da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bir daha təsdiq edir. CD diskdə olan məlumatlarda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən 01 ədəd vərəqdə SMS məlumatları çap edilərək protokola əlavə edilmişdir.(i.v.143) -“məhkəmə-ballistik ekspertizası”nın 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (“PM”) konstruksiyalı, yarımavtomatik tapançadır – yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərindəki zavod işarələri sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən nömrəsini müəyyən etmək mümkün olmadı. Silahın zavod konstruksiyası və ballistik xassələri dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş 13 (on üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçalardır və təyinatı üzrə istifadəyə yararlıdır. (i.v.169-172) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzər əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddələrlə davam etdirilmişdir.(i.v.173-174) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə ittiham elan edilmişdir.(i.v.193-194) -“sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 211,383 qram olan narkotik vasitə heroin, 01 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 172,762 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ümumi təmiz çəkisi külli miqdarda, 1005,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 4,0 qram (bir həbdə 0,04 qr) olan, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi, 01 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı tapança, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 02 ədəd sandıqça və həmin silaha məxsus 13 (on üç) ədəd patron və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi külli miqdarda, 4,187 qram olan psixotrop maddə metamfetamin və CD diskdə videogörüntülər maddi sübut qismində tanınmış, 01 ədəd bükümdə qalıq çəkisi-1004,8 qram qurudulmuş marixuana, 01 ədəd bükümdə qalıq çəkisi-211,283 qram heroin, 10 ədəd konvalyutda qalıq – 90 ədəd metadon həbi, qalıq çəkisi-176,749 qram metamfetamin, üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, 01 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı tapança, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 02 ədəd sandıqça və həmin silaha məxsus 13 (on üç) ədəd patron saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, CD diskdə videogörüntülər cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 17 aprel 2024-cü il tarixli, 7899 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən və üzərindən aşkar olunmuş narkotik vaitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayırca icraata cinayət işi ayrılmışdır.(i.v.208-218) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının evinə girərək onu yerə yıxmaları, aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən onun evinə qoyulması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələri (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-211,383 qram narkotik vasitə heroin, külli miqdarda-172,762 qram psixotrop maddə metamfetamin, külli miqdarda-1005,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd metadon həbləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən bir ədəd bükülüdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda-211,383 qram çəkidə narkotik vasitə heroini, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan külli miqdarda-1005,0 qram narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-4,0 qram (bir həbdə 0,04 qr) olan, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həblərini və bir ədəd bükülüdə külli miqdarda, 176,949 qram çəkidə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən yaşadığı mənzilə daşıyaraq həmin mənzilin yataq otağında yerləşən paltar dolabında gizlədərək saxlamış, qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin satışını realizə etmək üçün kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan bir ədəd bükümdə, 4,187 qram olub külli miqdar təşkil edən çəkidə hissəsini ayıraraq əynində olan şalvarının kiçik ölçülü sağ yan cibində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatları saxlaması barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2024-cü il tarixdə, saat 15:00-dan saat 15:23-dək yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 32 ünvanında yerləşən mənzilinə baxış zamanı mənzilin yataq otağında yerləşən paltar dolabında bir ədəd sellofan torbada içərisində həmin 1 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 211,383 qram olan narkotik vasitə heroin, 1 ədəd bükülüdə təmiz çəkisi külli miqdarda, 172,762 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ümumi təmiz çəkisi külli miqdarda, 1005,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 4,0 qram (bir həbdə 0,04 qr) olan, 10 ədəd konvalyutda həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 09 mart 2024-cü il tarixdə Lənkəran şəhəri Paşa Təhməzov 8 ünvanında yerləşən regional polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 16:45-dən saat 16:54-dək üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda, 4,187 qram olan psixotrop maddə metamfetamin əynində olan şalvarının kiçik ölçülü sağ yan cibində aşkar edilərək götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini inandırıcı hesab edir və aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsusu olmaması, polis əməkdaşları tərəfindən onun evinə qoyulması məzmununda ifadə verməsi hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Cinayət işinin materiallarının 83-84-cü səhifələrində olan məhkəmə-tibbi ekspertizasının 09 mart 2024-cü il tarixli, 255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarının 162-163-cü səhifələrində olan Respublika Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional şöbəsinin Mehdi adlı əməkdaşı tərəfindən psixi təzyiqlərə məruz qalması barədə Lənkəran Rayon Məhkəməsinin məlumatı əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olmadığından məhkəmətibbi ekspertizası müayinəsindən keçməyi ehtiyac bilməmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məhkəmə nəzarəti qaydasında şikayət edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı narkotik vasitə və psixotrop maddələri əldə edərək özündə saxlaması ilə bağlı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən onun evinə qoyulması məzmununda ifadə verməsinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özünü cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusion hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadəsini məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı alınmış “məhkəmə xətşünaslıq ekspertizası” nın 27 avqust 2024-cü il tarixli, 4/1082 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 13-cü vərəqində olan 09 mart 2024-cü il tarixli ərizədəki əlyazmalar və həmin ərizədə İmza sözünün qarşısında Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 14-15-də olan 09 mart 2024-cü il tarixli, "baxış və götürmə aparılması haqqında protokol"un 2-ci vərəqində Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 17-də olan 09 mart 2024-cü il tarixli "şübhəli şəxsin tutulması haqqında” qərarda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 18-də olan "Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında" məlumatda “X14” əlyazmaları və imza, i.v. 19-da olan 09 mart 2024-cü İİ tarixli "şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 20-də olan 09 mart 2024-cü il tarixli “ərizə"də Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 26-da olan 09 mart 2024-cü il tarixli "vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 27-də olan 09 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soy adından əvvəl olan imza, i.v. 28-29-da olan "şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında" bildirişin birinci vərəqinin aşağı hissəsindəki, ikinci vərəqində Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 30-da olan 09 mart 2024-cü İİ tarixli "şübhəli şəxsin İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında" bildirişdə Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 33-də olan 09 mart 2024-cü il tarixli "şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 34-də olan 09 mart 2024-cü il tarixli “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 35-də olan 09 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 36-38-də olan 09 mart 2024-cü il tarixli "şəxsi axtarış aparılması haqqında” protokolda birinci vərəqində “4" rəqəmi qarşısındakı imza, ikinci vərəqində "İmza:” qrafasındakı və aşağı hissəsində “4” rəqəmi qarşısındakı imzalar, üçüncü vərəqdə Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 40-43-də olan 09 mart 2024-cü il tarixli “izahat’da birinci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki soldan 1-ci imzalar, ikinci və üçüncü vərəqlərinin aşağı hissələrində soldan 1-ci imzalar, dördüncü vərəqində “Vuqar Nəsirov” əlyazmaları və imza qrafasındakı imza, i.v. 49-52-də olan 09 mart 2024-cü il tarixli “şübhəli şəxsin ekspertiza təyin olumasına dair qərarla tanış edilməsi haqqında” prtokollarda (04 ədə) Təqsirləndirilən şəxs ad və soy adından əvvəl olan imzalar, i.v. 62də olan 09 mart 2024-cü il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” prtokollarda Təqsirləndirilən şəxs ad və soy adından əvvəl olan imza, i.v. 64-də olan 10 mart 2024-cü il tarixli "müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokollarda Təqsirləndirilən şəxs ad və soyadından əvvəı olan imza, i.v. 65- 67-də olan 10 mart 2024-cü İİ tarixli "şübhəli şəxsin dindirilməsi haqqında" protokolda 1ci vərəqdə "İmza" qrafalanndakı (02 ədəd) və aşağıda soldan 1-ci imza, 2-ci vərəqində soldan 1-ci imza, 3-cü vərəqində "Vuqar Ngsirov” əlyazmaları və “İmza:" qrafasındakı imza; i.v. 69-71-də olan 10 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə" qərarda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 73-75-də olan "təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında" bildirişdə birinci və ikinci vərəqinin aşağı hissəsində soldan 1-ci imzalar, üçüncü vərəqdə Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 76-da olan 10 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları barədə” bildirişdə Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 77-də olan 10 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları barədə bildirişin təqsirləndirilən şəxsə verilməsi barədə" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 78-də olan 10 mart 2024-cü il tarixli "təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 79-da olan 10 mart 2024-cü il tarixli “müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 80-82-də olan 10 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun birinci vərəqində “İmza" qrafalanndakı imzalar (02 ədəd), ikinci vərəqinin aşağı hissəsindəsoldan 1-ci imza, üçüncü vərəqində “Vuqar Ngsirov" əlyazmaları və “İmza:” qrafasındakı imza; i.v. 87-də olan 11 mart 2024-cü il tarixli “məhkəmə-tibbi ekspertizası rəyinin elan edilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 86-da olan 11 mart 2024-cü il tarixli “məhkəmə-narkoloji ekspertizası rəyinin elan edilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 88-89-da olan 1mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında" protokolun üz və arxa tərəflərində Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imzalar, i.v. 96-da olan11 mart 2024cü il tarixli "həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallarla təqsirləndirilən şəxs və onun müdafiəçisini tanış etmək haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 104-105-də olan 11 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında" protokolun 1-ci vərəqində "İmza” qrafalanndakı imzalar, ikinci vərəqində “Cavab:” hissəsindəki “İfadgm sezdgrmlg )azldı məhə oxundu doqrdu narkotik madglgrin satmi ilg mgşqul olmamşam" əlyazmaları və “İmza:” qrafasındakı imza və "Vuqar Ngsirov” əlyazmaları, i.v. 193-195-də olan 05 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında" qərarda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 197-199-da olan “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişin birinci və ikinci vərəqlərinin aşağı hissəsində soldan sağa 1-ci imzalar, üçüncü vərəqdə Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 200-də olan 05 iyun 2024-cü il tarixli ' təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 201-də olan 05 iyun 2024-cü il tarixli "cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçısına elan edilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soy adından əvvəl olan imza, i.v. 202də olan 05 iyun 2024-cü il tarixli "məhkəmə-ballistik ekspertizası rəyinin elan edilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza, i.v. 203- 207-də olan 05 iyun 2024-cü il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi haqqında" protokolin 1-ci vərəqində "İmza” qrafalarındakı imzalar, 2-4-cü vərəqlərinin aşağı hissəsində soldan 1-ci imzalar, beşinci vərəqində "Cavab" hissəsindəki əlyazmalar, “İmza:” qradasındakı imza və "Vuqar Ngsirov” əlyazmaları imza, i.v. 220-də olan 06 iyun 2024-cü il tarixli "Təqsirləndirilən şəxs ibtidai istintaqında qurtarmasını elan etmək haqqında" protokolda Təqsirləndirilən şəxs soyad, ad və ata adından əvvəl olan imza, i.v. 221-də olan 07 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında" protokolda "... 13 ədəd patronla tanış olduqdan sonra bildirdi ki,” yazılarından sonra olan əlyazmalar və Təqsirləndirilən şəxs ad və soyadından əvvəl olan imza – eyni şəxs – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 14-cü vərəqində olan 09 mart 2024-cü i) tarixli “baxış və götürmə aparılması haqqında protokoTun birinci vərəqinin aşağı hissəsində "4” rəqəmi qarşısındakı imzanın, 68-ci vərəqində olan 10 mart 2024-cü il tarixli “müdafiəçi tutmaq və dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olmasını təqsirləndirilən şəxsə izah edilməsi haqqında" protokolda Təqsirləndirilən şəxs soyad, ad və ata adından əvvəl olan imzanın - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış və götürmə aparılması haqqında”, “şəxsi axtarış aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, “məhkəmə ekspertizası” nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, psixotrop maddə, elektron tərəzi, odlu döyüş silahı, onun komplekt hissəsi olan sandıqça və döyüş sursatı hesab edilən patronlar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizon Hərbi Məhkəməsinin 21 fevral 2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyat bitənədək təxirə salınmışdır. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 17 dekabr 2010-cu il tarixli qərarı ilə 17 avqust 2010-cu il tarixli hökm dəyişdirilərək Cinayət Məcəlləsi 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. Salyan Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 5 (beş) gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 (altı) ay azaldılmışdır. Lənkəran Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə 2 (iki) ay 4 (dörd) gün vaxtından əvvəl şərti azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı ilə 2 (iki) ay 6 (altı) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 iyun 2022-ci il tarixdə cəza müddəti bitmişdir.(i.v.117-120) Təqsirləndirilən şəxs qanunveriliclikə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir. -Lənkəran Şəhər Mənzil Təsərrüfatı tərəfindən verilmiş 06 iyun 2024-ci il tarixli, 477 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı ev 46/6, mənzil 30-da yaşayıb, himayəsində 31 oktyabr 2004-cü il təvəllüdlü Sidiqə Nəsirova adlı qızı, 04 aprel 2006-cı il təvəllüdlü Hikmət Nəsirov adı oğlu olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.191-192) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 2 (iki) ay 6 (altı) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 iyun 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olubolmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Hökmün təsviri-əsaslandırıcı hissəsində müvafiq əsaslar gətirilməklə cinayətlərin residivinin Cinayət Məcəlləsinin 18-ci maddəsində nəzərdə tutulmuş məhz hansı növünün müəyyən olunduğu qeyd edilməlidir. Cinayət Məcəlləsinin 18-ci maddəsinin mənasına görə residivin müəyyən edilməsi ilə əlaqədar şəxsin əvvəlki hökmlə təqsirli bilindiyi cinayətdə icraçısı olması və yaxud cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, həmin cinayətin başa çatmış cinayət olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan 7 iyun 2019-cu il tarixli qərarına əsasən məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsində məhkəməni ibtidai araşdırmanı aparmış orqanın mövqeyindən asılı etmir və məhkəmə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin residivini ittiham aktında göstərilib-göstərilməməsindən asılı olmayaraq cəzanı ağırlaşdıran hal qismində müəyyən edə və cəzanın təyin edilməsi zamanı nəzərə ala bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin isə cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu vaxtdan, 09 mart 2024cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(049)-54/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmamalı o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 184 (bir yüz səksən dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 184 (bir yüz səksən dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi bir ədəd bükümdə-211,383 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə-176,749 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla ümumi təmiz çəkisi 1004,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd konvalyutda qalıq-90 ədəd metadon həbləri, üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı tapança, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 2 (iki) ədəd sandıqça və həmin silaha məxsus 12 (on iki) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 mart 2024-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(049)-54/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi bir ədəd bükümdə-211,383 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə-176,749 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 515,0 qram və 490,0 qram olmaqla ümumi təmiz çəkisi 1004,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd konvalyutda qalıq-90 ədəd metadon həbləri, üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” (RM) konstruksiyalı tapança, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 2 (iki) ədəd sandıqça və həmin silaha məxsus 12 (on iki) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar