Məhkəmə qərarları › İş №1(099)-577/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-577/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-577/2025 14.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısıh Balabəy oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən rəsmi qaydada nikaha girib birgə yaşadığı, lakin 2023-cü ilin əvvəllərindən faktiki olaraq ayrıldığı arvadı xx.xx.1995-ci il təvəllüdlü X3 başqa kişilərlə yaxın münasibət qurub ona xəyanət etməsindən şübhələndiyinə, habelə xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi zamanı arvadının rəsmi qaydada boşanmaq fikrində olmaqla onunla barışıb birgə yaşamaq üçün Bakı şəhərinə köçməsi ilə bağlı təklifini qəbul etmədiyinə görə Əfsanə Lələzadəni qısqanclıq zəminində qisas almaq niyətilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə xx.xx.2025-ci il tarixdə saat 06.00 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsində yerləşən 30 nömrəli evin qarşısına - küçəyə gələrək Əfsanə Lələzadənin işə getmək üçün evdən çıxıb həmin istiqamətdə gəlməsini gözləməyə başlamış, saat 08.00 radələrində Əfsanə Lələzadənin həmin küçəyə çatdığını görüb sonuncuya yaxınlaşaraq əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi və şalvarının belinə keçirdiyi bıçağı oradan götürüb “bizim kinomuz bura qədər idi” - deyərək, saçlarından tutub həmin bıçaqla müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Əfsanə Lələzadəyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boyunun səthi vena və arteriyaların kəsilməsi, sol üst göz qapağı nahiyəsində 2 ədəd, sol gözaltı nahiyədə 1 ədəd, sol qulaqarxası ənsə nahiyədə 1 ədəd, boyun nahiyədə 1 ədəd, sol alt çənə nahiyədə 1 ədəd, sağ qulaqarxası ənsə nahiyədə 1 ədəd, sağ qulaqarxası nahiyədə 1 ədəd, sol bazu nahiyədə 4 ədəd, sol bel nahiyədə 1 ədəd, sol əl nahiyədə 1 ədəd, sol əlin ikinci barmağı nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş və kəsilmiş yaralar, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol əlin İİİ daraq sümüyünün 1 ədəd kəsilmiş sınığı və ölümünə səbəb olan həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə ilə müşayiət edilən 1 ədəd kəsilmiş-deşilmiş yara olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd xəsarət yetirərək Əfsanə Lələzadəni xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü səhər saat 6-da evdən çıxıb Əfsanənin yaşadığı evin qarşısına getmiş, saat 8-9 arası Əfsanə işə gedən zaman onun qarşısına çıxıb cəzalandırmaq məqsədilə ona bıçaqla zərbələr vurmuşdur. Əfsanəni öldürmək niyəti olmamış, Əfsanəyə bir və ya iki bıçaq zərbəsi vurmuş, 17 bıçaq zərbəsi vurmamışdır. Əfsanəni ona xəyanət etdiyinə görə öldürmüşdür, Əfsanəni sonuncu dəfə hadisədən bir gün əvvəl, mediasiyada görmüş, həmin vaxt Əfsanənin üzərində hər hansı bir xəsarət görməmişdir, onun nömrəsindən Əfsanənin nömrəsinə onu öldürəcəyi ilə bağlı mesaj getdiyi doğrudur, bıçağı qorxutmaq məqsədilə vurmuşdur, ekspert rəyi ona işin yekunlaşmasına az müddət qalmış elan edilmişdir, 17 bıçaq zərbəsi ilə razı deyil, əməlindən peşmandır, Əfsanəyə bütün bıçaq zərbələrini o, ayaq üstə olanda vurmuşdur, istintaq zamanı ifadəsində Əfsanə yerə yıxıldıqdan sonra da bıçaqla ona zərbələr endirdiyini və təxminən 15 dəqiqə onun yanında əyləşdiyini bildirməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı (həmçinin, ifadənin yerində yoxlanılması zamanı) bildirmişdir ki, “xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə yatmış və 05.24-də yuxudan durmuşdur. Artıq fikrini qətiləşdirmiş və Əfsanəni öldürmək istəyirdi. Çünki onun bir qızını Əfsanə böyüdürdü və qızının da Əfsanə kimi əxlaqsız olmasını istəmirdi. Əfsanə əxlaqsız hərəkətlər edib, üstəlik də ondan ayrılmaq istəyirdi. Buna görə də o, Əfsanəni cəzalandırmaq istəmişdir. O, Əfsanəyə salam verib “bizim kinomuz bura qədər idi” deyib, Əfsanə danışmağa macal tapmamış belinə keçirdiyi bıçağı oradan çıxararaq sağ əli ilə Əfsanəyə çoxsaylı xəsarətlər yetirmişdir. Əfsanəyə iki bıçaq zərbəsi vurandan sonra Əfsanə üzü üstdə yerə yıxılmış, bundan sonra yerdə olarkən Əfsanin boynuna və bədəninin digər nahiyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. Daha sonra o, təxminən 15 dəqiqə Əfsanənin yanında əyləşmişdir. Əfsanə həmin vaxt xırıldayırmış. O da düşünmüşdür ki, Əfsanə ona xəyanət edir ki, ondan ayrılmaq istəyir. Buna görə də əsəbiləşərək Əfsanəni öldürmüşdür. Əfsanəyə bıçaqla xəsarətlər yetirməkdə məqsədi sonuncunu öldürmək olmuşdur. (İ cild səh. 31-35, 49-50, 61-65) Bundan başqa, təqsirləndirilən şəxsin hazırda müdafiəçisi olduğu Müdafiəçi iştirakı ilə ibtidai istintaqda təqsirləndirilən şəxsin 12 noyabr 2025-ci ildə 27 noyabr 2025-ci ildə əlavə dindirilməsi protokolundan görünür ki, müstəntiq xx.xx.2025-ci il tarixli, 16 saylı rəydə qeyd edilmiş 17 ədəd xəsarətin necə yarandığını soruşduqda təqsirləndirilən şəxs həmin xəsarətlərin 24 avqust 2025-ci il tarixdə özü tərəfindən yetirildiyini bildirmişdir. (İİ cild səh. 55-57, 113-119) Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmadığını bildirərək, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl bacısı Əfsanə Nicatın uşaqlara baxmadığını, Nicatla boşanacağını ona demişdir. Nicat bacısı Əfsanədən boşanmaq istəməmişdir. Hadisə günü Nicat onu bıçaqla vurub, vurduqdan sonra onun üzərində oturmuşdur. Bacısını özü yumuş, bədənində 17 bıçaq xəsarəti izi olduğunu görmüşdür. Nicatın uşaqları Mətin və Rüqəyya də Nicatı bağışlamır. Nicat barəsində ən ağır cəza verilməsini xahiş edir. İş üzrə dindirilmiş şahid X10 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü mərhum qızı Əfsanə səhər 8-də evdən çıxmış, gedəndə uşaqlarına axşam onları gəzməyə aparacağını demişdir. 9-a 10 dəqiqə işləmiş işlədiyi marketdəki qadın ona zəng edərək Nicatın Əfsanəni vurduğunu demişdir. O, hadisə yerinə çatanda qızının yerdə olduğunu görmüş, qızı danışa bilməmiş, əli ilə nəsə 2-ə oxşar bir şey işarə etmişdir, o gələndə Nicat hadisə yerində olmamışdır, polislər sonradan gəlmişlər, sonra kimsə təcili tibbi yardımı çağırmış, təcili tibbi yardım maşınında olanda qızı qucağında vəfat etmişdir. Qızını yumuş, kürəyindəki bıçaq izini görmüşdür. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü səhər 9-a 10 dəqiqə işləmiş qışqırıq səsi gəldiyindən küçəyə çıxmışdır. Yerdə bir şəxsin uzandığını, həmin şəxsin başı üzərində bir nəfərin gözlədiyini görmüşdür, Biraz yaxınlaşdıqda yerdə bir qadının uzandığını, qadının başında papaq olduğunu görmüşdür. Yanındakı oğlanın əlində qanlı bıçaq görmüş, bundan sonra evə qayıdıb 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Səsi o eşitməmiş, anası və yoldaşı qadın qışqırıq səsini eşitdiklərini ona demiş, o da küçəyə çıxmışdır, küçədə mərhum şəxsdən başqa qışqıracaq kimsə olmamışdır, istintaq zamanı verdiyi ifadəsini təsiq edir. İbtidai istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X15 ifadəsində gsötərmişdir ki, 2010-cu ildən hazırkı vaxtadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Lənkəran rayonlararası zona mərkəzinin rəisi vəzifəsində işləyir. Lənkəran rayonu, Liman şəhər sakini X3 meyiti müayinə olunması üçün xx.xx.2025-ci il tarixdə Lənkəran rayonlararası zona mərkəzinin meyitxanasına təhvil verilmişdir. X14 xx.xx.2025-ci il tarixli qərarı əsasında onun tərəfindən ekspertiza keçirilmişdir. Həmin vaxt Əfsanənin soyadı “Əsgərli” kimi qeyd edildiyi üçün o da sonda tərəfindən tərtib edilmiş ekspert rəyində Əfsanənin soyadını “Əsgərli” kimi qeyd etmişdir. Əfsanə Lələzadənin meyiti müstəntiqin iştirakı ilə xarici müayinə edilmiş, xəsarətləri qeyd edilmiş, daha sonra onun tərəfindən tək daxili müayinə edilmişdir. Sonda onun tərəfindən xx.xx.2025-ci il tarixli 16 saylı rəy tərtib edilmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, meyitə baxış keçirilən vaxt meyitin sol əlinin arxa səthində (İİİ və İV barmaqları arasında) kəsilmiş yara aşkar edilmişdir. Xarici müayinədən sonra yara genişləndirilərək müəyyən edilmişdir ki, sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı vardır. Bu səbəbdən meyitə ilkin baxış zamanı sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı deyilməmişdir. İlkin müayinə zamanı sol üst göz qapağı və sol əlin İİ barmağında xəsarətlər deyilməmişdir. Lakin meyit tam müayinə olunub qurtardıqdan sonra həmin xəsarətlər onun tərəfindən tərtib edilmiş müvafiq ekspert rəyində göstərilmişdir. Xarici müayinə zamanı meyitin üzərində olan xəsarətlərin çoxluğu ilə əlaqədar nisbi olaraq xəsarətlər boyunun sağ və sol nahiyələrində göstərilmişdir. Rəy tərtib olunaraq xəsarətlərin dəqiq lokalizasiyası qeyd olunmuş, həmin nahiyələrdəki xəsarətlər sağ və sol qulaqarxası nahiyələr kimi qiymətləndirilmişdir. (İİ cild səh. 65-67) Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 30 nömrəli evin qarşısıdır. Ətrafda bir ədəd bir mərtəbəli dükan, evlər, elektrik dirəkləri və dəmir yolu relsləri müşahidə olunur. Baxışda iştirak edən X19 bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 08.00 radələrində yaşadığı evdən çıxaraq işə gəlmişdir. İşə çatmağa az qalmış təxminən 70-80 metrdən işlətdiyi dükanın yaxınlığında - torpaq yolun üzərində qaraltı görmüş, əvvəlcə elə düşünmüşdür ki, qatar inəyi vurub yerə atmışdır. O, bir qədər irəliyə doğru gələndə yerdə olan şəxsin insan olduğunu görmüşdür. Həmin vaxt yerdə olan şəxsin yanında və ətrafda heç kim yox idi. O, dərhal həmin şəxsə yaxınlaşmış və görmüşdür ki, yerdə üzü üstdə uzanmış şəxs qonşuluqda yaşayan Əfsanə adlı qadındır. Bundan sonra Şahin Əsədov baxış iştirakçılarına Əfsanəni aşkar etdiyi yeri göstərdi. Həmin yerdə torpaq üzərində gölməçə şəklində qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkələrdən bir qədər aralıda dik formada bir ədəd mişar daşının olması müşahidə edilir. Şahin Əsədov bildirdi ki, həmin mişar daşını Əfsanə xəstəxanaya aparıldıqdan sonra oraya qoymuşlar ki, avtomobil həmin ləkələrin üzərindən keçib izi itirməsin. Əhəmiyyətli ola biləcəyini nəzərə alaraq qan ləkələrindən bir ədəd pambıq çöp vasitəsi ilə hopdurulma yolu ilə nümunələr müvafiq qaydada götürülərək qablaşdırıldı. Qanabənzər ləkələrin aşkar olunduğu yerdə bir ədəd içərisində ətir olan ətir qabı və bir ədəd ağ rəngli qulaqcığın bir tayı aşkar edildi. Həmin əşyalar da iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq müvafiq qaydada götürülərək qablaşdırıldı. Daha sonra qanabənzər ləkələrin aşkar edildiyi torpaq yolun eni ölçüldü və müəyyən edildi ki, yolun eni 4,80 m təşkil edir. Qanabənzər ləkələrin aşkar edildiyi yerlə yaxınlıqda olan dükan arasında məsafə 5,80 m təşkil edir. Qanabənzər ləkələrdən ən yaxın dəmir yolu relsinə qədər məsafə isə 5,70 m təşkil edir. Dəmir yolu relslərinin yerləşdiyi hissədən yolun kənarından qanabənzər ləkələrə qədər məsafə isə 1,70 m təşkil edir. Bununla da baxış yekunlaşdı, iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir əşya götürülmədi. (İ cild səh. 5-9) - “Meyitə baxış keçirilməsi barədə” 24 avqust 2025-ci il tarixli protokoldan görünür ki, meyit təşrih stolu üzərində arxası üstdə uzadılmışdır. Əynində ağ rəngli qısaqol köynək, göy rəngli büstqalter, qara rəngli şalvar və qara rəngli tuman vardır. Paltarların üzəri qanabənzər ləkələrlə bulaşmışdır. Meyit qadın cinslidir. Boyu 156 sm, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyit soyuması bədənin bütün nahiyələrində eynidir. Meyit qacıması bütün qrup əzələlərdə kafi inkişaf etmişdir, meyit ləkəsi inkişaf etməmişdir. Başında tükləri şabalıdı rəngdədir. Başın tüklü hissəsi xəsarətsizdir. Göz qapaqları yarımaçıq olub, bəbəkləri dairəvi formada, hər iki tərəfdə eyni bərabərlikdə genişlənmişdir, diametri 0,7sm-dir. Burun sümükləri qığırdaqları tamdırlar, qulaq seyvanları tam olub, adi quruluşdadırlar. Burun və qulaq keçəcəkləri sərbəst olmaqla yad möhtəviyyatdan azaddırlar. Ağzı yarımaçıq olub, görünən dişləri özünkülərdir, tamdırlar. Dili xüsusi ağız boşluğunda, dişlərin arxasında yerləşmişdir. Boyunu bədənə müvafiq olub, patoloji hərəkətlilik müşahidə edilmir. Döş qəfəsi silindrik formada olub, quruluşca simmetrikdir. Qabırğaları əllə müayinə etdikdə patoloji hərəkətlik müşahidə edilmir. Döş vəziləri yastılaşmış formadadır. Döş gilələrinin piqment sahələri qəhvəyimtil rəngdədir. Qarın divarı hamar olub, qabırğa qövsləri səviyyəsində yerləşir. Ağ xətt, göbək və qasıq nahiyələrində yırtıqlar yoxdur. Xarici cinsiyyət üzvləri qadın cinsinə mənsub olub, düzgün formada inkişaf etmişlər. Aralıq, sarğı nahiyəsi və düz bağırsağın arxa keçəcək ətrafı xəsarətsizdir. Arxa keçəcəyi sarğıları araladıqda şüavari büküşlər aydın nəzərə çarpır. Yuxarı və aşağı ətrafların sümük-oynaq sistemləri tamdırlar. Meyitə baxış zamanı meyitin üzərindən boynundan bir ədəd sep, barmağından bir ədəd üzük və bir ədəd ağ rəngli qulaqcıq qabı aşkar edildi. Qulaqcıq qabının içərisində bir ədəd qulaqcıq olması müşahidə edilir. Həmin əşyalar iş üçün əhəmiyyət ola biləcəyini nəzərə alaraq müvafiq qaydada qablaşdırılıb götürüldü. (İ cild səh. 10-14) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 16 saylı rəyindən görünür ki, X3 ölümü zorakıdır. Ölüm döş qəfəsinin sol hissəsindən döş boşluğuna nüfuz edən, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. Ə.Lələzadənin ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X3 meyiti üzərində - döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə, sol ürək mədəciyinin endokard qişasının altına xırda qansızmalar, daxili orqanların və toxumaların azqanlığı, boyunun səthi vena və arteriyaların kəsilməsi, sol üst göz qapağı (2), sol gözaltı (1), sol qulaqarxası ənsə (1), boyun (1), sol alt çənə (1), sağ qulaqarxası ənsə (1), sağ qulaqarxası (1), sol bazu (4), sol bel (1), sol əl (1), sol əlin ikinci barmağı (1) nahiyələrində kəsilmiş-deşilmiş və kəsilmiş yaraları, sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kəsilmiş-deşilmiş və kəsilmiş yaraların kənarlarının hamar, formasının xətvari, bir ucu iti, digərinin isə küt “n” şəkilli olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, həmin xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar eyni ölçülü və eyni tipli bıçaqla yetirilə bilərdi, müddəti qərarda göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə döş qəfəsinin sol bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yara, sol ağciyəri zədələyən kor yarası, sol plevra (1050 ml) boşluğunda qanaxma, kəskin qanitirmə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X3 bədəni üzərində aşkar edilmiş xəsarətlərin çoxluğunu, yerləşmə nahiyəsini və ağırlığını nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunur. X3 meyitində aşkar edilmiş xəsarətlərdən döş qəfəsi nahiyəsindəki 1 ədəd kəsilmiş-deşilmiş yaranın, yara kanalının istiqaməti soldan sağa, öndən bir qədər arxaya doğru, bir qədər aşağıdan yuxarıya doğru olmuşdur. X4 yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaq üstə, yarımoturaq, arxa sol tərəfi xəsarət yetirən şəxsə tərəf olmaqla) olarkən, o cümlədən xəsarət yetirilən anda zərərçəkənin daha çox arxa və sol tərəfi xəsarət yetirən şəxsə tərəf olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və narkotik maddələr aşkar edilməmişdir. (İİ cild səh. 15-21) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol əl, sağ əlin İİ barmağı nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçağın kəsici kənarı ilə qarşılıqlı mübarizə (dava-dalaş) və ya digər şəxsə xəsarət yetirən zaman əmələ gələ bilməsi istisna edilmir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. ( İİ cild səh. 8-10) - Götürmə aparılması haqqında 24 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş və sonuncu tərəfindən könüllü olaraq təqdim edilmiş bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd çəkələk, eləcə də sonuncunun istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (İ cild səh. 45-48) - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı X3 əynində olmuş bir ədəd köynəyin bütün səthi qanabənzər ləkələrə bulaşdığı üçün rəngi seçilmir, Köynək kəskin qoxuludur, üzərində istismar izləri, tünd qonur-qəhvəyi rəngli ləkələr və torpaq hissəcikləri ilə çirklənmələr müşahidə olunur, köynəyin üzərində müvafiq zədələr aşkar olunmuşdur (bax protokola), şalvar kəskin qoxuludur, üzərində istismar izləri, tünd qəhvəyi rəngli ləkələr və torpaq hissəcikləri ilə çirklənmələr müşahidə olunur. Şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Tuman kəskin qoxuludur, üzərində istismar izləri və qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Tumanın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Büstqalter kəskin qoxuludur, üzərində istismar izləri və tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Büstqalterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. (İİ cild səh. 2-7) - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və köynək qoxuludur, üzərində istismar izləri və qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Baxış keçirilən bir cüt ayaqqabının üzərində istismar izləri, tünd qonur-qəhvəyi rəngli ləkələr və torpaq hissəcikləri ilə çirklənmələr müşahidə olunur. (İİ cild səh. 11-14) - Məhkəmə trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 370-2025/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum X4 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində, boyunluğunun ön sol yan səthi üzərində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, sol qolunun üst səthinin yuxarı hissəsində 01 (bir) ədəd, sağ qolunun arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd və sağ qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd (cəmi 07 (yeddi) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdilər. Tədqiqata təqdim edilmiş bıçağın tiyəsi deformasiyaya uğradığı, yəni tiyəsi müxtəlif istiqamətdə “dalğavari” formada əyildiyi üçün həmin bıçaqla eksperimental zədələr yetirilmək və bu səbəbdən də, mərhum X4 məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və mərhum X4 məxsus köynəyin üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, deşilmə, qırılma və sair) təsirindən yaranan zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və mərhum X4 məxsus şalvar, büstqalter və tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və bi cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (İİ cild səh. 22-31) - Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 551/2025-TBŞ saylı rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu – AB(İV), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – O(İ)-dir. (təqdim edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Tədqiqata təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd çubuqlu pambıq tampon, X4 məxsus 01 ədəd büstqalter, qısaqol kofta, şalvar, tuman, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, şalvar və bir cüt yay başmağı üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A, B və H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfabeta(İ) qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə nəticələnən xəsarət olubsa. ( İİ cild səh. 32-37) - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayətin aləti olan olan, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaq orqanına təqdim edilmiş bir ədəd bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 350 mm, çəkisi 153,17 qr-dır. Dəstək üzərində istismar izləri və qonur-qəhvəyimtil rəngli ləkələr müşahidə olunur. (İİ cild səh. 38-40) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3206 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və yaşantılarına biganəlik, öz maraqlarını üstün tutmaq, aqressiv davranışlara meyillilik və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri fonunda, həyat yoldaşı Əfsanə Lələzadənin başqa şəxslərlə münasibətinin olmasından şübhələnməsi, həmçinin boşanmaq istəməsini qəbul edə bilməməsi səbəbindən cinayət əməlini törətməsini öncədən planlamış, törətdiyi əməl zamanı emosional sferasında aqressiya, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (İİ cild səh. 41-44); - Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A05s” markalı mobil telefona baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, telefonda iki mobil nömrə - “***-***-**-**” və “***-***-**-**” saylı mobil operator nömrələri vardır. Daha sonra telefonun “Zənglər” bölməsinə daxil olundu. Müəyyən edildi ki, mobil telefonda “Baci” adı ilə qeyd edilmiş “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 07.17-də zəng edilmiş və telefon danışığı 08 saniyə davam etmişdir. Eləcə də, “***-***-**-**” saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdə saat 07.44-də zəng edilmiş və telefon danışığı 02 dəqiqə 49 saniyə davam etmişdir. Habelə, “***-***-**-**” saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdə saat 07.49-da zəng edilmiş və telefon danışığı 01 dəqiqə 02 saniyə davam etmişdir. Bundan sonra telefonda “Vhatsapp”, “Vhatsap+” “Tiktok” və digər proqramlara daxil olundu. Həmin proqamlara baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər bir xüsusat aşkar edilmədi. (İ cild səh. 104-107); - "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***- ***-**-**” saylı mobil nömrədən Əfsanə Lələzadəyə məxsus “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “...seni mencin cixw yolu qoymamisan seni eovini ikizde sevinci qebsandiqdan qoymuuacam cixsni efsane onu bil hec ydnindan cixadma meni sen helee tanimamisan...” məzmunda ismarıcın yazılması müşahidə edilir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrədən “***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, Əfsanə Lələzadəyə məxsus “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə onu öldürəcəyinə dair təhqiramiz smslər yazıldığı aşkar edilmişdir. (Bax: İ cild səh. 244-246) - Lənkəran ŞRPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İqlar oğlu X3 barəsində etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin xx.xx.2023-cü il tarixli 3-13-96-1/1- 1054/2023 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə “Münaqişəli ailə” kimi xx.xx.2023-cü il tarixdə “Yığım işi” açılaraq qeydiyyata götürülmüş, xx.xx.2024-cü il tarixdə münaqişəli ailə ilə yığım işinin müddəti bitdiyindən xitam olunmuşdur. Odur ki, DİNnin xx.xx.2002-ci il tarixli 235 saylı əmrinə və xx.xx.2015-ci il tarixli qərarına əsasən yığım işinin müddəti bitdiyindən aktla məhv olunmuşdur. (İ cild səh. 161) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş fotoşəkilləri, ekspertiza rəylərini, "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 01 ədəd "CD" diski, maddi sübutları və ittiham tərəfinin təqdim etdiyi digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyəti olmamış, qorxuzmaq və cəzalandırmaq üçün 1-2 bıçaq zərbəsi vurmuş, 17 bıçaq vurmamışdır, meyitin müayinə edilməsinə dair protokolda 13 bıçaq zərbəsi qeyd edilmiş, məhkəmə-tibbi ekspertizanın rəyində 17 bıçaq zərbəsi qeyd edilmiş, 4 bıçaq zərbəsinin meyitə baxış zamanı aşkar olunmaması əsaslandırılmamışdır, ikinci məhkəmə-tibbi ekspert rəyi iş materiallarında yoxdur, ona istinad edilməmişdir.

1. Əvvəla, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyətinin olmamasına dair dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona elan olnmuş ittiham üzrə məhkəmə istintaqında özünü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilmiş, bundan başqa, onu öldürəcəyinə dair iş materiallarında kifayət qədər də smslər mövcuddur, həmin smsləri özü yazdığını həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı etiraf etmişdir. Həmçinin, ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, O da düşünmüşdür ki, Əfsanə ona xəyanət edir ki, ondan ayrılmaq istəyir. Buna görə də əsəbiləşərək Əfsanəni öldürmüşdür. Əfsanəyə bıçaqla xəsarətlər yetirməkdə məqsədi sonuncunu öldürmək olmuşdur. (İ cild səh. 31-35, 49-50, 61-65)

2. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 1-2 bıçaq zərbəsi vurması, 17 bıçaq vurmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər də həqiqətə uyğun sayıla bilməz. Belə ki, əvvəla, məhkəmədəki ifadəsindən məlum olur ki, hadisədən 1 gün əvvəl o, mediasiyada Əfsanəni görmüş, həmin vaxt üzərində heç bir xəsarət olmamış, hadisə zamanı tək olmuş, ondan başqa heç kim Əfsanəyə bıçaq vurmamış, Əfsanəni öldürdükdən sonra gedib təslim olmuşdur. O, həmçinin, məhkəmədə dindirilən zaman bildirmişdir ki, 2 bıçaq vurduqdan sonra neçə bıçaq vurduğunu xatırlamır. Bundan əlavə, ibtidai istintaq zamanı bildirmişdir ki, “Əfsanəyə iki bıçaq zərbəsi vurandan sonra Əfsanə üzü üstdə yerə yıxılmış, bundan sonra yerdə olarkən Əfsanin boynuna və bədəninin digər nahiyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. Daha sonra o, təxminən 15 dəqiqə Əfsanənin yanında əyləşmişdir”. (İ cild səh. 31-35, 49-50, 61-65) Bundan başqa, təqsirləndirilən şəxsin hazırda müdafiəçisi olduğu Müdafiəçi iştirakı ilə ibtidai istintaqda təqsirləndirilən şəxsin 12 noyabr 2025-ci ildə və 27 noyabr 2025-ci ildə əlavə dindirilməsi protokolundan görünür ki, müstəntiq xx.xx.2025-ci il tarixli, 16 saylı rəydə qeyd edilmiş 17 ədəd xəsarətin necə yarandığını soruşduqda təqsirləndirilən şəxs həmin xəsarətlərin hər birinin 24 avqust 2025-ci il tarixdə özü tərəfindən Əfsanəyə yetirildiyini bildirmişdir. (İİ cild səh. 55-57, 113-117) Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman da ittihama etiraz etməmiş, əməlini etiraf etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin bu dəlilini də məsuliyyətinin yüngülləşməsinə hesablanmış hal kimi qiymətləndirir.

3. Bundan başqa, meyitin ilkin tibbi müayinəsi zamanı 13 xəsarət, məhkəmə-tibbi ekspertizanın rəyində 17 xəsarət qeyd edilməsinin səbəbini aydınlaşdırmaq üçün ibtidai istintaq dövründə ekspert dindirilmiş, ekspert yaranmış anlaşmazlığı bununla əsaslandırmışdır ki, meyitə baxış keçirilən vaxt meyitin sol əlinin arxa səthində (İİİ və İV barmaqları arasında) kəsilmiş yara aşkar edilmişdir. Xarici müayinədən sonra yara genişləndirilərək müəyyən edilmişdir ki, sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı vardır. Bu səbəbdən meyitə ilkin baxış zamanı sol əlin İİİ daraq sümüyünün kəsilmiş sınığı deyilməmişdir. İlkin müayinə zamanı sol üst göz qapağı və sol əlin İİ barmağında xəsarətlər deyilməmişdir. Lakin meyit tam müayinə olunub qurtardıqdan sonra həmin xəsarətlər onun tərəfindən tərtib edilmiş müvafiq ekspert rəyində göstərilmişdir. Xarici müayinə zamanı meyitin üzərində olan xəsarətlərin çoxluğu ilə əlaqədar nisbi olaraq xəsarətlər boyunun sağ və sol nahiyələrində göstərilmişdir. Rəy tərtib olunaraq xəsarətlərin dəqiq lokalizasiyası qeyd olunmuş, həmin nahiyələrdəki xəsarətlər sağ və sol qulaqarxası nahiyələr kimi qiymətləndirilmişdir. Göründüyü kimi, müdafiə tərəfinin bildirdiyi kimi, 2 dəfə yox, bir dəfə məhkəmə-tibbi ekspertizası keçirilmiş, xx.xx.2025-ci il tarixli rəydə bütün xəsarətlər qeyd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs və hazırda müdafiəçisi olduğu Müdafiəçi müvafiq ekspert rəyi ilə ibtidai istintaq zamanı tanış olmuş, lakin, heç bir etiraz bildirməmişlər. Göstərilən halları nəzərə alıb məhkəmə, müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, müdafiə tərəfinin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ona xəyanət etdiyini və ondan rəsmi qaydada ayrılmaq istəmədiyini əsas gətirərək 24 avqust 2025-ci il tarixdə, səhər 6 radələrində onun yaşadığı əraziyə gedib, 2 saat Ə.Lələzadənin işə getmək üçün evdən çıxmasını gözləmiş, gördüyü anda bıçaqla ona hücum edib həyat əhəmiyyətli orqanlarına ona xüsusi əzab verdiyini dərk edərək və rəhmsizlik göstərərək çoxsaylı zərbələr endirmiş, nəticədə Əfsanə Lələzadə izdirab çəkərək ölmüş, təqsirləndirilən şəxs də bunu dərk edib arzulamışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni, sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adam öldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin, qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrumetmə əməllərinə aid edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs X4 yetirmiş olduğu xəsarətlərin sayı, lokalizasiyası, yetirilmə mexanizmi və sair hallar onun sonuncuya yetirdiyi çoxsaylı xəsarətlərin ona xüsusi fiziki əzab verdiyi faktını dərk etdiyinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - X1 Sistemindən iş materiallarına əlavə edilmiş məhkumluq məlumatları və Füzuli Hərbi məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 1-1(097)-338/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs İqlar oğlu Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsrili bilinib 280 saat ictimai işlər cəzasına məhkum edilmişdir. (İ cild səh. 108-109, 235-239) - Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1230 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Lələzadə X13 rayonu, Liman şəhəri, M.İbayev küçəsi, ev 15 ünvanında anası X5, bacısı X16 və qardaşı X11 ilə birgə yaşamış, son zamanlar mənfi xüsusiyyətləri artmış və pis vərdişlərə meyllənmişdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (İ cild səh. 202- 203) - X1 Sistemindən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Əfsanə Lələzadənin ailə üzvləri barədə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs və Əfsanə Lələzadə evli olmaqla 2020-ci il təvəllüdlü Mətin Lələzadə və 2016-cı il təvəllüdlü Rüqəyya Lələzadə adlı övladları vardır. (İ cild səh. 89-90) - Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə rəisi, polis baş leytenantı Vüsal Mahmudzadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08.11-də Lənkəran ŞRPŞ-nin Liman PB-ə daxil olmuş “102” məlumatı əsasında hadisə yerinə yollanarkən Liman şəhər mərkəzinə yaxın, Liman məscidinin yanında, təqribən saat 08.20 radələrində xx.xx.1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs küçənin ortasında görmüşlər, Təqsirləndirilən şəxs özünü onlara təqdim edib, arvadı X4 bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Özü könüllü təslim olmuş və üzərində olan bıçağı onlara könüllü təqdim etmişdir. (İ cild səh. 73) Məhkəmə təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonra könüllü təslim olmasını CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza təyinində Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinin tətbiqini qanunun məqsədinə müvafiq hesab etmir: Belə ki, əvvəla, Cinayət Məcəlləsinin 59-cu maddəsində qeyd olunan cəzanı yüngülləşdirən halların təhlilindən görünür ki, CM-in 59.1.4-cü maddəsindən başqa, həmin hallar ya əməlin ictimai təhlükəliliyini azaldan, (məsələn: hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyəti ilə törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; və s.) ya da təqsirləndirilən şəxsin əqlipsixoloji cəhətdən yetkin insanla müqayisədə fərqli statusda olduğu hallardır. (məsələn: cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən, hamilə qadın tərəfindən törədilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi və s.) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi isə ona istiqamətlənmişdir ki, azyaşlı övladların valideyn qayğısına ehtiyacı çox olduğundan, təqsirləndirilən şəxsə mümkün qədər aşağı həddə cəza təyin edilməsi ilə azyaşlı uşaqların valideynin varlığından məhrumiyyətinin azaldılmasına nail olunsun. Lakin, hazırki cinayət işində təqsirləndirilən şəxs öz həyat yoldaşını öldürməklə iki azyaşlı övladını hər iki valideynin varlığından məhrum etmişdir.( ananın varlığından ömürlük, atanın varlığından isə ən az yetkinlik yaşına çatana qədər) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin azyaşlı uşaqlarının olmasını nəinki cəzasını yüngülləşdirilən hal hesab etmir, əksinə, vurulmuş zərərin həcmini və ictimai təhlükəli nəticənin ağırlığını artırmaqla ümumilikdə əməlin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz həyat yoldaşını öldürməkdə ifadə olunan qəsdən adam öldürmə cinayəti yalnız bir şəxsin həyatdan məhrum edilməsi ilə nəticələnməmiş, 2 azyaşlı uşaq ömürlük ananın varlığından, müəyyən müddətə isə atanın varlığından məhrum edilmişdir. Məhkəmə cəza təyini zamanı qeyd edilən halı vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı baxımından nəzərə alır. Beləliklə, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, vurulmuş zərərin həcmini, baş vermiş nəticələrin ağırlığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, elə həddə cəza təyin edilməlidir ki, cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 avqust 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və X3 birgə nikahından 2020-ci il təvəllüdlü Mətin Lələzadə və 2016-cı il təvəllüdlü Rüqəyya Lələzadə adlı övladları vardır. Cinayət Prosessual Məcəlləsinin 160-cı maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 55-ci bəndində qeyd olunmuşdur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim olunmuş Lənkəran ŞİHB-nin 3 oktyabr 2025-ci il tarixli Sərəncamından görünür ki, 13 sentyabr 2020-ci il təvəllüdlü X17 və 11 dekabr 2016-cı il tarixli X8 nənəsi Şahid2 qəyyumluğuna verilmişdir. Şahid2 həmçinin, uşaqların onun yanında qalmasının məhkəmə tərəfindən nəzərə alınmasına dair məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, məhkəmə qanunun qeyd olunan tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin valideyn himayəsindən məhrum olmuş azyaşlı övladlarının nənələri Şahid2 qəyyumluğuna verilmələri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran rayon prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılan 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd büsqalter və 1 ədəd tuman, həmçinin, 1 ədəd uzunqol köynək, 1 cüt çəkələk və 1 ədəd şalvar, cinayətin aləti olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsə məxsus “Samsung Galaxy A05s” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azyaşlı övladları - X8 və X6 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 3 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə nənələri Şahid2 qəyyumluğuna verilmələri nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd büsqalter və 1 ədəd tuman, həmçinin, 1 ədəd uzunqol köynək, 1 cüt çəkələk və 1 ədəd şalvar, cinayətin aləti olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung Galaxy A05s” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar