Məhkəmə qərarları › İş №1(099)-578/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-578/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-578/2023 07.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 21 avqust 1992-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 17 aprel 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə məlum olmayan vaxtda, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək 800 manat pul müqabilində, satış məqsədi ilə təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 80 ədəd külli miqdarda narkotik vasitə metadonu Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İİR-dan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitə metadonu Azərbaycan Respublikası ərazisində realizə edərək əldə olunacaq qazancdan gəlir əldə edilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında gəldiyi razılığa əsasən İİR vətəndaşı məlum olmayan vaxtda İİR-dan həmin narkotik vasitə metadonu Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində gizlətmiş və bu barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra sonuncu məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisinə getmiş, qabaqcadan aralarında olan razılığa əsasən o, hər birində 10 ədəd narkotik vasitə metadon həbi olmaqla, ümumilikdə 10 ədəd listi satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşımış, 15 aprel 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat alan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Masallı rayonunun Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamaqla əynində olan cins şalvarın sol yan cibindən xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eyni olan, təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 80 ədəd külli miqdarda narkotik vasitə metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 aprel 2023-cü ildə saat 16 radələrində Masallı rayonu, Musaküçə kəndinin girəcəyində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq regional şöbəyə aparılmış, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 2 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilmiş, həmin həbləri İranlı tanışı Çingiz adlı şəxs Bakı şəhəri, Əhmədli ərazisinə qoydurmuş, o da gedərək narkotik vasitəni oradan götürmüş, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində ifadələrini oxumadan imza etmiş, onun üzərində ittiham aktında yazılan sayda metadon həbləri olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, uzun müddətdir bədənində olan kəskin ağrılarla bağlı narkotik vasitə olan metadondan istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı, Çingiz adlı şəxslə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq ondan öz şəxsi istifadəsi üçün metadon həbi istəmiş, sonuncu tezliklə onun üçün 10 list metadon həbləri göndərəcəyini demiş, 2 gün sonra Çingiz onunla əlaqə saxlayaraq Bakı şəhəri, Əhmədli qəsəbəsinə getməsini, onunla əlaqə saxlamasını demiş, həmin gün axşam saatlarında Bakı şəhərinə getmiş, oradan Çingizlə yenidən əlaqə saxlarkən sonuncu metadon həblərini gizlətdiyi yeri ona demiş, orada olan işıq dirəyinin yanından hər birində 10 ədəd metadon tableti olmaqla, 10 ədəd list götürərək yaşadığı Masallı rayonu, Musaküçə kəndinə gəlmiş, 10 ədəd listdən 2 ədədini, yəni 20 ədəd metadonu 1 ay ərzində ayrı-ayrı vaxtlarda istifadə etmiş, 15 aprel 2023-cü ildə saat 16 radələrində kənddə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-nə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, hər birində 10 ədəd narkotik vasitə metadon tableti olmaqla, 8 ədəd listi çıxararaq onlara təqdim etmiş, sonra şəxsi axtarışla bağlı protokol tərtib edilərək onlara oxunduqdan sonra orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında BNMİ-nin X4 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Əvəz oğlu şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 15 aprel 2023-cü ildə Masallı rayonu, Musaküçə kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı kənddə küçədə piyada gedərkən saxlanılaraq Masallı RPŞnə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan cins şalvarının sol yan cibindən hər birində 10 ədəd narkotik vasitə metadon tableti olan 8 ədəd listi çıxararaq onlara təqdim etmiş, bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadon həblərini İran İslam Respublikasında olarkən tanış olduğu Çingiz adlı şəxsdən təxminən 1 ay bundan əvvəl “Whatsapp” vasitəsilə əlaqə saxlayıb 800 manat ödəməklə Bakı şəhəri, Əhmədli qəsəbəsindən işıq dirəyinin yanından götürdüyünü, əldə etdiyi metadondan bir hissəsini istifadə etdiyini, lakin digər şəxslərə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başının təpə nahiyəsində xəsarətin olması aşkar eidmiş, sonuncu həmin xəsarəti 13 aprel 2023cü il tarixdə yeznəsinin evinin həyətində olarkən vedrənin başına düşməsi səbəbindən almasını qeyd etmişdir. Sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da Şahid2 Əvəz oğlunun ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 15 aprel 2023-cü ildə təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 80 ədəd narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 16 aprel 2023-cü il tarixli 19/645 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan metadona bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, ümumi sayı 80 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır, xarici görünüşlərinə və tərkiblərinə görə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 3,2 qramdır. ( bir həb 0,04 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 17 aprel 2023-cü il tarixli 443 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 19 aprel 2023-cü il tarixli, 671 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Masallı rayonu, Musaküçə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumimilikdə təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən metadonu satış məqsədi ilə saxladığı, özü kimi tüfeyli həyat tərzi keçirən narkotik istifadəçiləri ilə tez-tez görüşdüyü, onlara narkotik vasitələrlə təmin etdiyi və özünün də onlarla birlikdə narkotik vasitələr qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək, həmçinin onun üzərində narkotik vasitələri saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatının olması və əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ona məxsus külli miqdarda narkotik vasitə metadonu İran İslam Respublikasının vətəndaşı Çingiz adlı şəxslə qabaqcadan aralarında olan razılıq əsasında İİR-dan Azərbaycan Respublikasına Gömrük nəzarətindən kənar keçirməsi və həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisində satışını həyata keçirməsi müəyyən edilmişdir. Çingiz adlı İİR vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi i stiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 72 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən götürülmüş 386 manat pul qardaşı X2 təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən götürülmüş “Lenovo” markalı mobil telefon qardaşı X2 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan metadonun ona məxsus olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitə metadonun özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir və ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi ilə bağlı şikayətlə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metadonun ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metadon miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CMin 32.5, 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 32.5, 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.2ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 32.5, 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Çingiz” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs verdiyi ifadəsində də, Çingiz adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni Çingizin əvvəlcədən dediyi yerdən şəxsi istifadəsi üçün götürəcəyini qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Çingiz” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Çingiz” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri Çingiz adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Çingiz” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Çingizə” kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə – Çingizə yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Dövlət ittihamçısı məhkəmə baxışının çıxışlar mərhələsində Təqsirləndirilən şəxs əməlinin CM-in 32.5, 206.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb onun əməlini CM-in 32.5, 206.3.2-ci maddəsində həmin Məcəllənin qeyd edilən maddəsinə tövsif edilməsini məhkəməyə təklif etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 15 aprel 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Masallı rayon məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 15 aprel 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Dadaşov X3 rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan 72 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən götürülmüş 386 manat pulun və “Lenovo” markalı mobil telefonun qardaşı X2 təhvil verilməsi nəzərə alınmalı, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə ekspertiza xərci olan 50 (əlli ) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza -5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq sayı 72 ədəd nakotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən götürülmüş 386 manat pul və “Lenovo” markalı mobil telefonun qardaşı X2 təhvil verilməsi nəzərə alınsın, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar