Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-579/2023 23.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1992-ci ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı şəhəri, Bakı küçəsi, ev 1-də qeydiyyatda olmaqla Şamaxı şəhəri, Azər Pənahov küçəsi, ev 2-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 17-də qeydiyyatda olmaqla Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi, ev 26-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd sellofan bağlamada qablaşdırılmış külli miqdarda- 1600,0 qram narkotik vasitə olan heroin, 3105,0 qram psixotrop maddə olan metamfetamin, 790,0 qram narkotik vasitə olan tiryək və 100 ədəd narkotik vasitə olan metadon həblərin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığındakı “Biləsuvar” yazılmış lövhənin altında gizlədilməsi barədə məlumat verməsindən sonra onlar aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq həmin narkotik və psixotrop maddələri götürüb cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədi ilə birlikdə 17 aprel 2023-cü il tarixdə, saat 02:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığına gedib orada gizlədilmiş yerdən bir ədəd qara rəngli sellofan bağlamada qablaşdırılmış külli miqdarda-1600,0 qram heroin, 3105,0 qram metamfetamin, 790,0 qram tiryək və təsiredici maddənin ümumi miqdarı külli miqdarda-4,0 qram olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 aprel 2023-cü il tarixdə, saat 02:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə saxlanılıb üzərilərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus gödəkcəyə bükülmüş halda bir ədəd qara rəngli sellofan bağlamada qablaşdırılmış külli miqdarda- 1600,0 qram (1 kq 600,0 qram) narkotik vasitə olan heroin, 3105,0 qram (3 kq 105,90 qram) psixotrop maddə olan metamfetamin, 790,0 qram narkotik vasitə olan tiryək və təsiredici maddənin ümumi miqdarı külli miqdarda-4,0 qram olmaqla 100 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində 2023-cü ildə anadan olmuş bir uşağı vardır. O, ailəsi ilə birlikdə Şamaxı şəhəri, Bakı küçəsi, ev 1-də qeydiyyatda olmaqla Şamaxı şəhəri, Azər Pənahov küçəsi, ev 2-də yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin son vaxtlar Laçın rayonu ərazisində olan tikinti şirkətində qeyri-rəsmi qaydada şifahi razılaşma yolu ilə fəhlə işləmişdir. O, narkotik vasitələrdən istifadə etməmiş, həmçinin narkotklərin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 həmyerlisi kimi tanımış, münasibətləri yaxşı olmuş, həmsinin Xəyal da onunla birlikdə tikinti şirkətində fəhlə işləmişdir. Xəyalın narkotik maddələrdən istifadə etməsi və narkotiklərin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. 16 aprel 2023-cü il tarixdə, axşam saatlarında Xəyal ona təklif etmişdir ki, onunla birlikdə Biləsuvar rayonuna gedib əsgər yoldaşı ilə görüşdükdən sonra Bakı şəhərinə getsinlər. Sonra onlar birlikdə Laçın rayonundan çıxıb yol maşını ilə “Daşburun” deyilən yerə oradan da taksi maşını ilə Biləsuvar rayonuna gəlib “Görüş” kafesinin qarşısında maşından düşmüş, taksi sürücüsü maşını sürüb getmişdir. Bundan sonra onlar bir az irəli getmiş və yolun kənarında “Biləsuvar” sözü yazılmış lövhənin yanına çatanda Xəyal yoldan çıxıb aşağı düşmüş, özü isə yolun kənarında dayanıb gözləmişdir. Xəyalın nəyə görə yolun kənarına düşməsini bilməmişdir. Az sonra bir neçə polis əməkdaşının Xəyalı tutub gətirmələrini görmüş, sonra polis əməkdaşları onu da orada tutumuşdur. Polis əməkdaşlarının onu və Xəyalı nəyə görə tutmalarını əvvəl bilməmiş, sonra ona məlum olmuşdur ki, polis əməkdaşları onları narkotiklə bağlı tutmuşdur. O, polis əməkdaşlarına narkotikdən heç bir məlumatının olmadığını və Xəyalın da ora narkotik maddə götürmək üçün gəlməsini bilmədiyini bildirmiş, lakin polislər ona inanmamış, orada polislər onu və Xəyalı döymuşlur. Sonra polis əməkdaşları onların iştirakı ilə həmin yerdən bağlamanı götürüb onun əynindəki gödəkcəyə büküb ona verib bildirmişlər ki, bağlamada olan narkotiklər onlara məxsusdur. Bundan sonra polislər onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları içərisində narkotik maddələr olan bağlamanı qarşısına qoyub həmin narkotik maddəni onlara iranlı bir nəfərin göndərdiyini, bu maddələri götürüb Bakı şəhərinə aparmalı olduqlarını və buna görə də iranlının onlara pul verməli olduğunu, alacaqları pulu da Xəyalla yarı böləcəklərini bildirməyini məcbur etmişlər. O, polis əməkdaşlarının təzyiqi nəticəsində razılaşmışdır ki, onların dediyi kimi izahat verəcəkdir. Bundan sonra vəkilin iştirakı ilə üzərində axtarış aparılmış, üzərində narkotik maddə aşkar olunmamış, həm də ona məxsus gödəkcəyə bükülmüş bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində tanımadığı maddələr aşkar olunmuşdur. Polis əməkdaşlarının deməsindən bilmişdir ki, həmin maddələr narkotikdir. Polis əməkdaşlarının ona qarşı təzyiqi olduğu üçün o, aşkar olunan narkotik maddələri adını bilmədiyi iranlının göndərdiyini, Xəyalla birlikdə Biləsuvara gəlib gizlədilmiş yerdən həmin bağlamanı götürüb Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Xəyalla yarı böləcəklərini bildirmişdir. Əslində isə bağlamada aşkar olunan narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur, həmin narkotik maddələr polis əməkdaşlarına aiddir. Onun heç bir iranlı ilə əlaqəsi olmamış, telefonla danışmamış və ona heç kim narkotik maddələr göndərməmiş, həmçinin Biləsuvara gəlib narkotik maddələr olan bağlamanı götürüb Bakı şəhərinə aparmaları ilə bağlı onun Xəyalla heç bir razılaşması olmamışdır. O, Xəyalla birlikdə taksi maşını ilə Biləsuvara gələrkən yolda Xəyalın telefonla kiminləsə danışdığını eşitsə də, onun kiminlə və nə barədə danışması barədə məlumatı olmamışdır. Həmçinin yolda olarkən Xəyalın telefonunun enerjisi qurtardığından onun mobil telefonunu götürüb danışmış, Xəyalın onun telefonu ilə kiminlə danışmasını bilməmiş, o isə yolboyu maşında yatmışdır. Tutulduqdan sonra ona məlum olmuşdur ki, Xəyal iranlı ilə telefonla danışmış və iranlı Xəyala narkotik maddə göndərmiş, Xəyal da Biləsuvara həmin narkotik maddəni götürmək üçün gəlmiş, lakin onun bundan məlumatı olmamışdır. Həmin aşkar olunmuş narkotiklərə görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və hesab edir ki, o, heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə, tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona vatsapla kimsə mesaj göndərmiş, həmin mesajda özünü İran vətəndaşı kimi təqdim edən şəxs Biləsuvar rayonu ərazisində narkotik bağlaması olduğunu, həmin bağlamanı götürüb Bakı şəhərinə aparıb onun dediyi yerə qoymağını, buna görə ona 3000 manat pul göndərəcəyini bildirmiş, Xəyal da həmin şəxslə razılaşmış, sonra ona bu barədə demişdir. O, əvvəl etiraz etsə də, sonra həmin 3000 manat pulu yarıyarı bölüb 1500 manat pulu o, 1500 manat isə Xəyal götürəcəyinə görə razılaşmışdır. Sonra onlar Laçın rayonunda, işlədikləri yerdən çıxıb yol maşını ilə “Daşburun” deyilən yerə, oradan da başqa bir taksi maşını ilə Biləsuvar rayonuna gəlmişlər. Gələrkən maşında yolboyu Xəyal İran vətəndaşı ilə mesajlaşmış, və iranlı Xəyala “Biləsuvar” yazılmış lövhənin şəklini ataraq narkotikin orada olmasını bildirmişdir. Sonra Xəyalın mobil telefonunun enerjisi qurtardığından o, özünə məxsus mobil telefonla iranlı ilə yazışmış və həmin şəxs birinci lövhədən sonra başqa yerdə “Biləsuvar” yazılmış lövhənin şəkilini atmışdır. Sonra o, bu işin qurma olduğunu Xəyala bildirib “gəl geri qayıdaq” demiş, lakin Xəyal razılaşmayab təkidlə ona “gəl gedək problem olmaz” demişdir. Biləsuvar çatdıqdan sonra onlar avtomobildən düşüb şəkildə göstərilən yerə, “Görüş” kafesinin yaxınlığında olan “Biləsuvar” yazılmış lövhənin yanına gedib lövhənin altından bağlamanı götürmüşlər. Bağlamanı götürdükdən sonra o, həmin bağlamanı əynindəki boz rəngli gödəkcəyə büküb əlində saxlamışdır. Onlar həmin yerdən bir neçə metr aralaşandan sonra polis əməkdaşları onları saxlayıb rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əlində tutduğu gödəkcəni təqdim edib içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim etdiyi gödəkcəyə baxış keçirilmiş və gödəkcəyə bükdüyü bağlamanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin bağlamanı ona və Xəyala adını bilmədiyi iranlının Bakı şəhərinə aparmaq məqsədi ilə göndərdiyini, bağlamada aşkar olunan narkotik maddələrin ona və Xəyala məxsus olmasını bildirmişdir. Həmçinin üzərində axtarış zamanı cibində olan mobil telefonu təqdim etmiş və üzərində qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. İşdə olan, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” 13 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən narkotik maddənin götürüldüyü yeri əyani olaraq göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə ifadəsinin yerində yoxlanmasına dair protokol elan olunduqdan, eləcə də şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, ifadəsində içərisində narkotiklər olan bağlamanı iranlınan göndərdiyini və həmin bağlamanı götürmək üçün Xəyalla əvvəlcədən razılaşıb Biləsuvara gəldiklərini, bağlamanı götürdükdən sonra Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Xəyalla yarı böləcəyini demişdir. Əslində isə içərisində narkotiklər olan bağlamanı götürmək üçün birlikdə gəlmələri barədə onun Xəyalla razılaşması olmamış, Xəyalın narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini o, bilməmişdir. Həmçinin içərisində narkotik maddələr olan bağlamanı o, əlinə götürməmiş, həmin bağlamanı polislər saxlandıqları yerdən götürmüş, sonra bağlamanı onun gödəkcəsinə büküb ona vermişlər ki, əlində saxlasın. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi ev 17-də qeydiyyatda olmaqla Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi, ev 26-də yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin son vaxtlar Laçın rayonu ərazisində olan tikinti şirkətində qeyri-rəsmi qaydada şifahi razılaşma yolu ilə fəhlə işləmişdir. O, narkotik vasitələrdən istifadə etməmiş, həmçinin narkotiklərin satışı ilə məşğul olmamışdır. 16 aprel 2023-cü il tarixdə, sosial şəbəkədə tanış olduğu adını bilmədiyi özünü İran vətəndaşı kimi təqdim edən bir nəfər şəxs, yəni iranlı telefonuna vatsapla mesaj yazıb göndərmişdir ki, Biləsuvar rayonu ərazisində bir yerə 400 qram “nəşə” (marixuana) qoyulmuş gedib həmin narkotiki götürüb başqa bir yerə aparıb qoymasına görə ona 3000 manat pul veriləcəkdir. Maddi vəziyyəti pis olduğundan, həm də anası xəstə olduğu üçün qərara gəlmişdir ki, gedib narkotiki götürüb başqa bir yer qoysun və əldə etdiyi pulla anasının dərmanlarını alsın. Həmin gün o, onunla bir yerdə fəhlə işləyən həmyerlisi Elşada Biləsuvar rayonuna gedib əsgər yoldaşına baş çəkib oradan Bakı şəhərinə gedəcəyini bildirib onunla birlikdə Biləsuvara getməyi təklif etmiş o da razılaşmışdır. Sonra onlar yol maşını ilə “Daşburun” deyilən yerə, oradan da başqa bir taksi maşını ilə Biləsuvar rayonuna gəlmişlər. Onun narkotik maddə götürmək üçün Biləsuvara gəlməsini Elşad bilməmiş, həmçinin yolda olarkən iranlı ilə vatsapla danışmış, sonra telefonun enerjisi qurtardığına görə Elşadın telefonu ilə iranlı ilə danışmış və iranlı narkotikin qoyulduğu yerin şəkilini göndərmişdir. Həmin şəkilə əsasən bilmişdir ki, narkotik “Biləsuvar” yazılmış lövhənin altına qoyulmuşdur. Biləsuvarda “Görüş” kafesinin qarşısında onlar maşından düşmüş, taksi sürücüsü maşını sürüb getmiş, sonra onlar yolun kənarında hərəkət edib “Biləsuvar” sözü yazılmış lövhənin yanına çatanda o, Xəyala onu gözləməsini deyib həmin lövhənin yanına gedib narkotiki götürmək istəyərkən bağlamanın böyük olduğunu görüb götürməmiş, elə bu zaman polis əməkdaşları onu tutmuş və həmin bağlama polislər tərəfindən götürülmüşdür. O, həmin yerə 400 qram marixuananı götürmək üçün getmiş, lakin bağlama böyük olduğundan götürməmişdir. Sonra polis əməkdaşları onu və Elşadı tutub polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu polislər döymüş, sonra da qarşısına 5 kq narkotik maddə olan bağlamanı qoyub ona məxsus olmasını bildirmiş, o isə həmin bağlamanın ona məxsus olmadığını o, yalnız 400 qram marixuana götürmək üçün ora gəldiyini və bu işdən Elşadın xəbəri olmadığını bildirmişdir. İranlı ilə özü danışmış və iranlı ona 400 qram marixuana göndərmişdir. Biləsuvara gedib həmin narkotik maddəni götürməsi ilə bağlı onun Elşadla heç bir razılaşması olmamışdır. Polis şöbəsində polislərin təzyiqi ilə o, onların dediyi kimi izahat və ifadə verməyə məcbur olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, bağlamanın içərisində müxtəlif növ narkotik maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddələr ona məxsus deyil və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 400 qram marixuananı götürmək üçün getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə, istifadəsində olan mobil telefona vatsapla tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şəxs mesaj göndərmiş, həmin mesajda Biləsuvar rayonu ərazisində narkotik bağlaması olduğunu, həmin bağlamanı Bakı şəhərinə aparıb onun dediyi yerə qoymağı və bunun müqabilində ona 3000 manat pul göndərəcəyini bildirilmiş, o da razılaşmışdır. Sonra o, bu barədə tanışı Təqsirləndirilən şəxs1 demiş, əvvəl etiraz etsə də, sonra Elşad razılaşaraq əldə edəcəkləri 3000 manat pulu yarı-yarı bölüb 1500 manat pulu o, 1500 manat isə Elşad götürəcəyinə razılaşmışlar. Sonra onlar Laçın rayonunda, işlədikləri yerdən çıxıb yol maşını ilə “Daşburun” deyilən yerə, oradan da başqa bir taksi maşını ilə Biləsuvar rayonuna gəlmişlər. Yolboyu o, iranlı ilə mesajlaşmış və iranlı ona “Biləsuvar” yazılmış lövhənin şəkilini göndərib narkotik vasitənin orada olmasını bildirmişdir. Sonra onun mobil telefonunun enerjisi qurtardığına görə Elşad öz mobil telefonu ilə iranlı ilə yazışmışdır. Biləsuvar çatdıqdan sonra onlar avtomobildən düşüb şəkildə göstərilən yerə, “Görüş” kafesinin yaxınlığında olan “Biləsuvar” yazılmış lövhənin yanına gedib lövhənin altından bağlamanı götürmüşlər. Bağlamanı Elşad əynində olan gödəkcəyə büküb əlində saxlamışdır. Onlar həmin yerdən bir neçə metr aralaşandan sonra polis əməkdaşları onları saxlayıb rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı cibində olan mobil telefonu təqdim etmiş və üzərində qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən axtarış zamanı Elşadın gödəkcəsinə bükülmüş bağlamanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı o, həmin bağlamanı adını bilmədiyi iranlının Bakı şəhərinə aparmaq məqsədi ilə göndərdiyini, bağlamada aşkar olunan narkotik maddələrin ona və Elşada məxsus olmasını bildirmişdir. İşdə olan, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” 03 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən narkotik maddənin götürüldüyü yeri əyani olaraq göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə ifadəsinin yerində yoxlanmasına dair protokol elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, ifadəsində içərisində narkotiklər olan bağlamanın ona və Elşada məxsus olmasını, həmin bağlamanı götürmək üçün Elşadla əvvəlcədən razılaşıb Biləsuvara gəldiklərini, bağlamanı götürdükdən sonra Bakı şəhərinə aparıb sonradan deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Elşadla aralarında yarı böləcəyini demişdir. Əslində isə içərisində müxtəlif növ narkotiklər olan bağlama ona məxsus deyil, o, yalnız 400 qram marixuananı götürmək üçün Biləsuvara getmiş, həmçinin həmin narkotik maddəni götürmək üçün birlikdə gəlmələri barədə onun Elşadla razılaşması olmamış, onun narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini Elşad bilməmişdir. Həmçinin içərisində narkotik maddələr olan bağlamanı o, gizlədildiyi yerdən götürməmiş, həmin bağlamanı polislər oradan götürmüş, sonra bağlamanı Elşadın gödəkcəsinə büküb ona vermişlər ki, əlində saxlasın. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin 400 qram marixuananı götürmək üçün getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin o, 2-ci Qarabağ müharibəsi dövründə 29 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək əsgər kimi hərbi xidmətdə olmuş, faktiki olaraq döyüşlərdə iştirak etməmiş və dövlət təltifləri verilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 17 aprel 2023-cü il tarixdə ona, Şamaxı rayon sakini “Elşad” adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, eyni zamanda “Elşad” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs1 olması məlum olmuş, bundan sonra həmin gün gecə saat 02-03 radələrində əməliyyataxtarış tədbiri keçirilərək Biləsuvar şəhəri, rayon xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs1 bir nəfər şəxslə birlikdə küçədə hərəkət etməsi müəyyən edilib müşahidəyə götürülmüş, az sonra əməliyyat qrupu tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Görüş” kafesinin qarşısında Təqsirləndirilən şəxs1 və onun yanında olan bir nəfər şəxs saxlanılmışlar. Həmin vaxt özünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxslərə saxlanılmalarının səbəbi izah edilmiş, sonra o, Təqsirləndirilən şəxs1 üzərində narkotik maddələr olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da üzərində sellofan torbada narkotik maddələr olduğunu bildirmişdir. Sonra həmin şəxslər rayon polis şöbəsinə aparılmışlar. Şöbədə təhqiqatçı Xanlar Alışov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1ey üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində narkotik maddələr olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da əlində tutduğu gödəkcəni təqdim edib narkotik maddələri gödəkcəyə bükdüyünü bildirib gödəkcəni stolun üzərinə qoyulmuşdur. Bundan sonra əvvəl Təqsirləndirilən şəxs1 təqdim etdiyi gödəkcəyə baxış keçirilmiş və gödəkcənin içərisində bir ədəd sellofan bağlama və həmin bağlamanın içərisində narkotik və psixotrop maddələrə oxşar kütlələr, həm də dərman həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik və psixotrop maddələri adını bilmədiyi İran vətəndaşının göndərdiyini, tanışı Təqsirləndirilən şəxs2la birlikdə Biləsuvara gəlib gizlədilmiş yerdən bağlamanı götürüb Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Xəyalla yarı böləcəklərini və bu səbəbdən içərisində narkotiklər olan bağlamanı gödəkcəsinə büküb Bakı şəhərinə aparmaq istədiklərini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və üzərində qadağan olunmuş əşya aşkar edilməmişdir. Aşkar olunmuş kütlələr və həblər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik maddələri götürüb Bakı şəhərinə aparmaq üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə Biləsuvar rayonuna gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində şəxsi axtarış, o cümlədən gödəkcəyə bükülmüş bağlamaya baxış zamanı aşkar olunmuş narkotik və psixotrop maddələrlə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 17 aprel 2023-cü il tarixli “Raport”ları ilə və “Əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” protokolla müəyyən olunur ki, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 17 aprel 2023-cü il tarixdə, saat 02:50 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında küçədə piyada hərkət edərkən müşahidəyə götürülmüş və Biləsuvar şəhəri, H.Əliyev prospektində “Görüş” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs1 və onunla birlikdə olan Təqsirləndirilən şəxs2 saxlanılıb rayon polis şöbəsinə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış keçirilməsi barədə” 17 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Xanlar Alışov tərəfindən müdafiəçi Mehman Mütəllimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 gödəkcəyə bükdüyü qara rəngli sellofana bükülmüş bağlamanı təqdim edib həmin bağlamanın içərisində narkotik vasitələr və psixotrop maddə olmasını bildirmişdir. Həmin bağlamanın içərisində heroinə, tiryəkə, metamfetaminə oxşar kütlələr və metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik və psixotrop maddələri adını bilmədiyi İran vətəndaşından aldığını və Təqsirləndirilən şəxs2la birlikdə həmin maddələri götürüb Bakı şəhərinə aparmaq üçün Biləsuvara gəldiklərini, bu maddələri Bakı şəhərinə aparmaları üçün İran vətəndaşının onlara verəcəyi 3000 manat pulu Təqsirləndirilən şəxs2la aralarında bölməyə razılaşdıqlarını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 17 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi və içərisində narkotik maddələr olan bükülü ... " sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi-1600,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd bükülüdə təmiz çəkisi-3105,0 qram olan ağ rəngli kristalşəkilli maddə-metamfetamindir. Bir ədəd bükülüdə təmiz çəkisi-790,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Yeddi ədəd konvalyutda və 13 ədəd konvalyut kəsiklərində ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli, dairəvi formada həblər narkotik vasitə-metadondur. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-4,0 qramdır (bir həbdə 0,04 qr). Ekspertiza tədqiqatından sonra qalıq heroin 1599,9 qram, qalıq metamfetaminin 3104,9 qram, qalıq tiryək 789,9 qram və qalıq metadon 90 ədəd həblərdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 20 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1599,9 qram heroin, qalıq 3104,9 qram metamfetamin, qalıq 789,9 qram tiryək və qalıq 90 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 may 2023-cü il tarixli, 128 və 129 №-li rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacları yoxdur. İşdə olan, “Cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun üzvləri olan digər şəxslərin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən- içərisində narkotiklər olan bağlamanı götürmək üçün birlikdə gəlmələri barədə onun Xəyalla razılaşmasının olmaması, Xəyalın narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini bilməməsi, içərisində narkotik maddələr olan bağlamanı əlinə götürməməsi və həmin bağlamanı polislər saxlandıqları yerdən götürüb onun əynindəki gödəkcəyə büküb əlində saxlaması üçün ona verilməsi, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün ifadəsində içərisində narkotiklər olan bağlamanı iranlının göndərdiyini və həmin bağlamanı götürmək üçün Xəyalla əvvəlcədən razılaşıb Biləsuvara gəldiklərini, həm də bağlamanı götürdükdən sonra Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Xəyalla yarı böləcəyini deməsi, əslində isə aralarında belə razılaşmanın olmaması və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən- onun yalnız 400 qram marixuana götürmək üçün Biləsuvara gəlməsi, həmçinin həmin narkotik maddəni götürmək üçün birlikdə gəlmələri barədə onun Elşadla razılaşmasının, eləcə də narkotik maddəni götürdükdən sonra Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Elşadla aralarında yarı böləcəklərinə dair razılaşmalarının olmaması, onun narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini Elşadın bilməməsi, içərisində narkotik maddələr olan bağlamanı gizlədildiyi yerdən götürməməsi və həmin bağlamanı polislərin oradan götürüb Elşadın gödəkcəsinə büküb saxlaması üçün Elşada vermələri, içərisində müxtəlif növ narkotiklər olan bağlamanın ona məxsus olmaması, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün ifadəsində içərisində narkotiklər olan bağlamanın ona və Elşada məxsus olmasını bildirməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni içərisində narkotiklər olan bağlamanı götürmək üçün birlikdə gəlmələri barədə onun Xəyalla razılaşmasının olmaması, Xəyalın narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini bilməməsi, içərisində narkotik maddələr olan bağlamanı əlinə götürməməsi və həmin bağlamanı polislər saxlandıqları yerdən götürüb onun əynindəki gödəkcəyə büküb əlində saxlaması üçün ona verilməsi, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün ifadəsində içərisində narkotiklər olan bağlamanı iranlının göndərdiyini və həmin bağlamanı götürmək üçün Xəyalla əvvəlcədən razılaşıb Biləsuvara gəldiklərini, həm də bağlamanı götürdükdən sonra Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Xəyalla yarı böləcəyini deməsi, əslində isə aralarında belə razılaşmanın olmaması və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, onun yalnız 400 qram marixuana götürmək üçün Biləsuvara gəlməsi, həmçinin həmin narkotik maddəni götürmək üçün birlikdə gəlmələri barədə onun Elşadla razılaşmasının, eləcə də narkotik maddəni götürdükdən sonra Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra iranlının verəcəyi 3000 manat pulu Elşadla aralarında yarı böləcəklərinə dair razılaşmalarının olmaması, onun narkotik maddə götürmək üçün Bilsuvara gəlməsini Elşadın bilməməsi, içərisində narkotik maddələr olan bağlamanı gizlədildiyi yerdən götürməməsi və həmin bağlamanı polislərin oradan götürüb Elşadın gödəkcəsinə büküb saxlaması üçün Elşada vermələri, içərisində müxtəlif növ narkotiklər olan bağlamanın ona məxsus olmaması, tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün ifadəsində içərisində narkotiklər olan bağlamanın ona və Elşada məxsus olmasını bildirməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışla bağlı protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri və həmin ifadələrin yerində yoxlanılmasına dair protokollar, eləcə də Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop və narkotik maddələrin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olmasına onların verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin onlara məxsus olmasına dair ifadələri onlar hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının onlara qarşı təzyiqləri nəticəsində vermişlər. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxslər və onların müdafiəçiləri cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxslər, nə də onların müdafiəçiləri yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxslər barələrində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Biləsuvar Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən təqsirləndirilən şəxslər verilmiş ittiham üzrə özləri təqsirli bilib aşkar olunmuş psixotrop və narkotik maddələrin onlara məxsus olmasını bildirib ittihamda göstərilən hallara tam təsdiq etmişlər. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə qarşı verdikləri ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıması cinayəti törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahılara əsasən beynəlxalq adı “Heroin”, “Metadon” və “Tiryək” olan maddələr narkotik vasitələr və “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan və tiryəkin 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin və metamfetaminin 2 qramı, metadonun 1,6 qramı və tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 1600,0 qram (1 kq 600,0 qram) heroin, 3105,0 qram (3 kq 105,90 qram) metamfetamin, 790,0 qram tiryək və təsiredici maddənin ümumi miqdarı 4,0 qram olan 100 ədəd metadon şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin əvvəlcədən öz aralarında və digər şəxslərlə razılaşmaqla ayrıayrı növlərdən ibarət olan külli miqdarda narkotik vasitələri əldə edib, saxlayıb daşımaları onların bu maddələri qazanc əldə etmək niyyəti ilə əldə etmələrini özündə ehtiva edən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayətini törətmələri təsdiq olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şamaxı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Şamaxı şəhəri, Bakı küçəsi, ev 1-də qeydiyyatda olmaqla (faktiki olaraq Şamaxı şəhəri, Azər Pənahov küçəsi, ev 2-də) yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan sənədlərə, o cümlədən Şamaxı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 may 2023-cü il tarixli arayışa və təqsirləndirilən şəxsin ifadəsinə əsasən Təqsirləndirilən şəxs1 evlidir və onun himayəsində 2023-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş və 18 mart 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 12 fevral 2016-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şamaxı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 17-də qeydiyyatda olmaqla (faktiki olaraq Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi, ev 26-da) yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Şamaxı şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 may 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı-02 yanvar 2023-cü il təvəllüdlü X5 vardır. İşdə olan, Elektron Hökumət portalından götürülmüş “Hərbi xidmət keçmək haqqında məlumatlar”la müəyyən edilir ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 02 iyul 2011-ci il tarixdən 02 yanvar 2013-cü il tarixədək və 29 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların ittiham olunduqları CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq əldə edilmiş külli miqdarda narkotik vasitələrin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1599,9 qram (1 kq 599,9 qram) heroin, 3104,9 qram (3 kq 104,9 qram) metamfetamin, 789,9 qram tiryək və 90 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat və məhkum Təqsirləndirilən şəxs2 65 (altmış beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1599,9 qram (1 kq 599,9 qram) narkotik vasitə olan heroin, 3104,9 qram (3 kq 104,9 qram) psixotrop maddə olan metamfetamin, 789,9 qram narkotik vasitə olan tiryək və 90 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 65 (altmış beş) manat və məhkum Təqsirləndirilən şəxs2 65 (altmış beş) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və X2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-579/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-579/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver