Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-579/2025 23.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1996-cı ildə Salyan rayonu Qardili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Salyan rayonu Qardili kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 150.3.3, 153.1, 157.1 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə saat 04 radələrində Salyan rayonu Qardili kəndində fərdi yaşayış evində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs3 evdən çıxıb işə getdiyini görüb, onun evində olmamasından, küçə və ev qapıların açıq vəziyyətdə olmasından istifadə edərək həmin tarixdə saat 05 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq Zərərçəkmiş şəxs3 mənzil toxunulmazlığını pozmuş, fərdi yaşayış evinə daxil olduqdan sonra, həmin evin yataq otağına keçərək sonuncunun övladları 14 yaşına çatmayan 19 avqust 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 16 yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bir yataqda havaların isti keçməsi səbəbindən üstü açıq vəziyyətdə yatmalarını görüb ehtirasa gələrək həmkəndlisi olan qızların azyaşlı olduqları üçün hər hansı müqavimət göstərmək imkanlarının olmamasını, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından, təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs2 ilə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək əynindəki şalvarını çıxarıb, ereksiya vəziyyətində olan cinsiyyət üzvü ilə Zərərçəkmiş şəxs2 üstünə uzandığı zaman Zərərçəkmiş şəxs1 ona mane olmasının qarşısını almaq üçün sonuncunun baş nahiyəsinə 2 şillə və yumruq zərbələri vuraraq kənara baxmasını bildirib, Zərərçəkmiş şəxs2 qucaqlayaraq dodaqlarını və boyun nahiyəsini öpməyə başlamış, hər iki süd vəzilərini əmərək arvadı olacağını və ona uşaq doğacağını demiş, Zərərçəkmiş şəxs2 müqavimət göstərdiyindən sonuncunun üzünün sol nahiyəsinə 2 sillə zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs2m qonşu otağa apararaq oradakı divanın üzərinə uzadıb ereksiya vəziyyətində olan öz cinsiyyət üzvünü arxadan sonuncunun ayaqları arasına sürtüb, anus dəliyinə daxil edib qeyri təbii yolla cinsi əlaqədə olaraq onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs2 qarşı törətdiyi qanunazidd əməlləri həmin vaxt qeyd olunan fərdi yaşayış evinin yataq otağında olan 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 gözü qarşısında edərək eyni zamanda sonuncuya ereksiya vəziyyətində olan öz cinsiyyət üzvünü nümayiş etdirməklə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, bundan sonra həmin evin yataq otağında olan dolabın içərisindəki çantadan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gözləri qarşısında anaları Zərərçəkmiş şəxs3 məxsus 1000 (bir min) manat məbləğində puİu götürüb ələ keçirərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 150.3.3,153.1, 157.1 və 180.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə Salyan rayonunun Qardili kəndində yaşamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə aralarında intim münasibətləri olmuşdur. O, Məhluqənin əri Fuadın Rusiyaya getdiyini, evdə üç qızları ilə birlikdə yaşamasını, qızlarının hər birinin təxminən 12-15 yaşının olmasım bilmişdir. 06 avqust 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs3 onların evinin yanından keçəndə onu ertəsi günü saat 05 radələrinə qədər öz evinə dəvət etmişdir. Həmin gün saat 04 radələrində Məhluqənin evinə getmiş, Məhluqə ona evin qapısını açmış və o evə girmişdir Evə girdikdən sonra Məhluqənin üç qızlarının bir otaqda yatmasını görmüşdür. Məhluqə ilə sağ otağa keçmiş, təxminən 1 saat söhbət etmiş, daha sonra Məhluqə ilə təbii yolla 3 dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Məhluqənin qızı Zərərçəkmiş şəxs2 qarşı heç bir seksual xarakterli hərəkətlər etməmiş, onun üzündən öpməmiş, cinsiyyət orqşanını Zərərçəkmiş şəxs2 və ya onun bacısına göstərməmiş və Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Bundan sonra Məhluqə ilə evdən çıxmış və sonuncunu qardaşının yaşadığı evə qədər ötürmüşdür. Həmin vaxt Məhluqənin evindən hər hansı məbləğdə pul götürməmişdir. 07 avqust 2025-ci il tarixdə təxminən saat 05 radələrində yaşadığı evə gəlmiş və yatmışdır. Təxminən saat 12 radələrində o yuxudan ayılmış və həmin vaxt həyətə gəlmiş polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Zərərçəkmiş şəxs3 onun qızı Zərərçəkmiş şəxs2 ilə zorla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə şikayət etdiyini bilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 avqust 2025-ci il tarixdə saat 04 radələrində Məhluqə ilə evində cinsi əlaqədə olduqdan sonra evidə servantın başında olan vazanın içərisindən 1070 manat pulu götürmüşdür. Belə ki Məhluqə həmin vaxt sanitar qovşağında olmuşdur. Həmçinin göstərmişdir ki, 07 avqust 2025-ci il tarixdə saat 04 radələrində Salyan rayonunun Qardili kəndində Zərərçəkmiş şəxs3 yaşadığı evə çatmamış, piyada gəldiyini görmüşdür. O, Məhluqənin istixanada fəhlə işlədiyini və onun evdə olmadığı zaman, 3 yetkinlik yaşına çatmayan qızlarının evdə tək qaldıqlarından məlumatı olmuşdur. Sərxoş olduğu halda Məhluqənin fərdi yaşayış sahəsinə daxil olmuşdur. Daha sonra evin qarşısına gəlib pilləkənlə qalxıb evin qapısını dartmış, evin qapısının açıldığını görüb evə girmişdir. Sağdan birinci otağa baxdıqda çarpayıda Məhluqənin kiçik qızının tək yatdığını görmüşdür. O ikinci otağa keçdikdə isə burada Məhluqənin iki böyük qızlarının bir çarpayıda yatdıqlarını görüb çarpayıya yaxınlaşmışdır. Günel divar tərəfdə yatmış, Günay isə çarpayının kənarında uzanmışdır. Gecə hava isti olduğundan qılzar üstü açıq vəziyyətdə yatmışlar. O, Günayın üstü açıq vəziyyətdə olduğunu görüb həmin anda ehtirasa gəlmişdir. Sərxoş olduğundan özünü saxlaya və oyanmış ehtirasını cilovalaya bilməyərək əyilib Günayın yanağından bir dəfə öpmüş və sonra geri dönüb evdən həyətə çıxıb oradan da evlərinə getmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, onun özünün faktiki olaraq qismən etiraf ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidləri ifadələri, istintaq hərəkətinin protokolları, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər sənədlərlə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir: Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında göstərdi ki, anası və 2 azyaşlı bacıları Günel və Nuray ilə birlikdə Salyan rayonu Qardili kəndində yaşayır, orta məktəbin 8-ci sinfində oxumuşdur. Atasi Fuad bir neçə aydır işləmək üçün Rusiyaya getmişdir. Anası hər gün səhər saat 04-də evdən çıxıb istixanaya işə getmişdir. O və bacıları isə evdə qalmışlar. Anaları işə gedəndə evin qapısı açıq qalmışdır. O və böyük bacısı Günel öz otaqlarında bir çarpayıda yatmışlar, balaca bacısı isə anası ilə birlikdə qonşu otaqda yatmışdır. 07 avqust 2025-ci il tarixdə səhər saat 05 radələrində o öz yerində yatmış və birdən nə isə hiss edib gözünü açanda başının üstündə həmkəndlisi Mirislamın dayandığını görmüşdür. Həmin vaxt o qorxub qışqırmış, səsinə yanında yatmış bacısı Günel oyanmış, Günel də Mirislamı görüb qorxub qışqırmış və kimsən deyə soruşmuş, sonra səsə o biri otaqdan kiçik bacısı Nuray gəlib işığı yandırmışdır. Həmin vaxt Mirislam Nuraya demiş ki, işığı söndür get otağına yoxsa, başını kəsərəm. Nuray öz otağına getmişdir. O üstünü odeyal ilə örtmüş, Mirislam odeyalı onun üstündən atmağı tələb etmiş, lakin o bunu etməmiş və sonuncu onun başına bir-iki dəfə şillə və yumruq vurmuşdur. Mirislam bacısı Günelin başına iki dəfə yumruq vuraraq üzünü divara çevirib sakit qalmasını tələb etmişdir. O qorxudan qışqırmış, Mirislam həmin vaxt əli ilə onun ağzını tutmuş, sonra onlara tapşırmış ki, bura gəlməsi barədə heç kimə soz deməsinlər. Sonra Mirislam əynindəki şalvarı və tumam aşağı çəkərək durmuş vəziyyətdə olan cinsiyyət üzvü ilə onun üstünə uzanmışdır. Mirislam onun üstünə uzanıb onu qucaqlayıb özünə sıxaraq dodaqlarından və boynundan öpməyə başlamış, sonra əynindəki maykanı qaldırıb hər iki döşünü öz ağzına alıb döşlərini sormağa başlamışdır. Həmin vaxt Mirislam ona arvadı olacağını və ona uşaq doğacağını demişdir. Bundan sonra Mirislam şalvarını yuxarı çəkərək onun əlindən tutub yatağından qaldırıb qonaq otağına gətirib buradakı divanın üstünə uzatmışdır. Mirislam burada yenidən öz şalvar və tumanını aşağı endirib öz cinsiyyət üzvünü ona göstərmişdir. Həmin vaxt o Mirislamın cinsiyyət üzvünün durmuş vəziyyətdə olmasını görmüşdür. Mirislam ona demiş ki, öz tumanını çıxardıb arxasını ona tərəf çevirsin. Lakin o bunu etməyəcəyini dedikdə Mirislam üzünə şillə zərbəsi vuraraq özü onun tumanını aşağı çəkib onun arxasını özünə tərəf çevirmişdir. Sonra Mirislam onun arxa yanlarını aralayıb öz cinsiyyət üzvünü onun arxasına dayayıb dala-qabağa sürtməyə başlamışdır. O qorxudan səsini çıxarda bilməmiş, sakit vəziyyətdə qalmışdır. Bundan sonra Mirislam onun üstündən qalxıb şalvarını çəkib yenidən onların yataq otağına keçmişdir. O da Mirislamın arxası ilə gəlmiş, Mirislam paltar şkafını axtarmağa başlamışdır. Həmin vaxt görmüşdür ki, Mirislam paltar şkafının yuxarı gözündən anasının balaca çantasını tapıb açıb içərisindəki pulları götürüb öz cibinə qoymuşdur. Həmin vaxt anasının çantasının içərisində 1000 manat pul olmuşdur. Belə ki, təxminən 15 gün əvvəl atası 1000 manat civarında pulu anasına göndərmişdir, anası isə həmin pulu çıxarıb evə qoymuşdur. Pulu anasının çantasından götürüb saydıqdan sonra Mirislam ona birlikdə həyətə düşməyi bildirmişdir. Onlar evdən çıxıb həyətdə olan zaman Mirislam dayanıb siqaret çəkmiş, sonra ona, bura gəlməsini heç kimə deməməsini, nə istəsə ona alacağını və sabah yenə anası işə gedəndə yenidən gələcəyini, pəncərəni açıq qoymağını tapşırmış və çəkdiyi siqareti onların həyətinin qapısından atıb küçəyə çıxıb getmişdir. Bundan sonra o, bacıları Günel və Nuray paltarlarını geyinib evdən çıxıb qonşuluqda yaşayan dayısı Rasimim evinə gədərək hadisə barədə məlumat vermişlər. Daha sonra isə anası Zərərçəkmiş şəxs3 gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər onların evinə gəlməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş kimi dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, anası və iki azyaşlı bacıları Günay və Nuray İlə birlikdə Salyan rayonu Qardili kəndində yaşamış, orta məktəbin 9-cu sinfində oxumuşdur. Atası Fuad hadisədən bir neçə ay əvvəl işləmək üçün Rusiya Federasiyasına getmişdir. Anası hər gün səhər saat 04-də evdən çıxıb işə getmişdir. O və bacıları isə evdə qalmışlar, anası işə gedəndə onlar yatmışlar bu səbəbdən də evin qapısı açıq qalmışdır. O və bacısı Günay öz otaqlarında bir çarpayıda yatmışlar, balaca bacısı Nuray isə anası ilə birlikdə qonşu otaqda yatmışlar. 07 avqust 2025-ci il tarixdə səhər saat 05 radələrində o öz yerində yatdığı zaman, Günayın səsini eşitmiş və yuxudan ayılıb gözünü açanda həmkəndlisi Mirislamı bacısı Günayın başı üzərində görmüş və qışqırmışdır. Onun səsinə qonşu otaqdan kiçik bacısı Nuray gəlmiş, otağın işığını yandırmış və Mirislamın Günayın başı üstündə olduğunu görüb ağlamağa başlamışdır. Mirislam Nuraya qışqırıb səsini kəsməsə başını kəsəcəyini deyib öz otağına getməyi tapşırmışdır. Mirislam Günayın üstünə uzanmış, Günayın dodaqlarını, boynunu və döşünü öpməyə başlamışdır. O evdən çıxmaq istədikdə Mirislam ayağa qalxıb onun başna bir-iki sillə və yumruq vurub səsimi çıxartmamağı, üzünü divara çevirməyi tapşırmışdır. Həmin vaxt görmüş ki, Mirislamın şalvarı dizdən aşağıdır və onun cinsiyyət üzvü durmuş vəziyyətdədir. Bu zaman bacısı Günaya cinsiyyət orqanını sürtməyə başlamışdır. Bu səbəbdən o qorxudan odeyalı başına çəkib yerində sakit qalmışdır. Həmin vaxt Mirislamın bacısı Günayı öpməsini və bacısının müqavimət göstərməsi səslərini eşitmişdir. Həmin vaxt Mirislamın Günaya onun arvadı olacağım, ona uşaq doğacağım dediyini eşitmişdir. Bir neçə dəqiqə sonra Günayın Mirislamla digər otağa getdiyini eşitmişdir. Bir müddət sonra Mirislam Günay ilə birlikdə otağa qayıtmış və otaqdakı paltar şkafını axtarmağa başlamışdır. Mirislam şkafın yuxarı gözündə anasının balaca çantasını tapıb açıb içərinə baxmış və çantada olan pulu tapıb götürüb öz cibinə qoymuş və bundan sonra Günay ilə birlikdə otaqdan çıxıb həyətə düşmüşlər. Bir azdan Günay qayıtmış və onlar birlikdə dayısı Rasimin evinə gedərək hadisə barədə məlumat vermişlər, daha sonra isə anası Məhluqə gəlmişdir. Anasına da hadisə barədə bildirmişlər. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, ailəsi İlə Salyan rayonu Qardili kəndində yaşayır, istixanalarında mövsümi işlərdə fəhlə işləmişdir. X6 2025-ci ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. O, hər gün saat 04 radələrində işə gedəndə qızları xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, 19 avqust 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 21 iyun 2014-cü il təvəllüdlü X3 evdə qalmışlar. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. 07 avqust 2025-ci il tarixdə səhər saat 04 radələrində evdən çıxıb qonşuluqda yaşayan qardaşı arvadı Sevinc ilə birlikdə istixanaya işləməyə getmişdir. Evin qapısını həmişə olduğu kimi açarla kilidləmədən örtmüşdür. Lakin qızı Nuraya yuxudan oyandığında qapını bağlamağı tapşırmışdır. Həmin gün saat 07:30 radələrində qardaşının mobil telefon nömrəsindən zəng gəlmiş, ona tez evə gəlməsini, Təqsirləndirilən şəxs onun yaşadığı evə girərək qızlarına qarşı nalayiq hərəkətlər etdiyini, həmçinin evdən 1000 manat pul götürdüyünü demişdir. O, işdən çıxıb anasının yaşadığı evə gəlmiş və qızlarının anasıgildə olduğunu görmüşdür. Günay ona bildirmişdir ki, o, evdən çıxıb işə gedəndən sonra gözünü açdıqda başının üstündə Mirislamın dayandığını görmüşdür. Mirislamın əynindəki şalvarını endirib özünün cinsiyyət üzvünü ona göstərib sonra yatağa girib onun üstünə uzanmasını, arvadı olacağım deyib dodağından və boynundan öpməyə, döşlərini əmməyə başladığını, sonra onun əlindən tutub qonaq otağına aparıb divanın üstünə uzatdığını, öz cinsiyyət üzvünü ona göstərdiyini, sonra arxa yanlarını aralayıb öz cinsiyyət üzvünü onun arxasına dayayıb dala-qabağa sürtməyə başladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağında paltar şkafının yuxarı gözündən balaca çanta tapıb açıb içərisindəki 1000 manat pulu götürüb öz cibinə qoyduğunu bildirmişdir. Evə baxdıqda həqiqətən də 1000 manat pulun yerində olmadığını görmüşdür. Hadisə barədə məlumatı olduqdan sonra o Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, baş vermiş hadisə barədə Mirislamın atası İmanverdi və anası İlhaməyə deyərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edəcəyini bildirmişdir. Bundan sonra Salyan rayon polis şöbəsinə şikayət etmişdir. Özü Təqsirləndirilən şəxslə cinsi əlaqədə olmamış, onunla hər hans münasibəti olmamışdır. Mirislam evindən götürdüyü 1000 manat pulu qaytarmamışdır. Qızı Günaya qarşı etdiyi hərəktlərə görə Mirslam Əliyevə ciddi cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ailəsi ilə birlikdə Salyan rayonu Qardili kəndində yaşayır. Bacısı Zərərçəkmiş şəxs3 da ailəsi ilə həmin kənddə yaşayır. Məhluqənin əri Fuad işləmək üçün Rusiya Federasiyasına getmiş, Məhluqə evdə üç azyaşlı qızları ilə qalmışdır. Məhluqə istixanada fəhlə işləmiş, hər gün səhər saat 04 radələrində evdən çıxıb işə getmiş, qızları isə evdə qalmışlar. 07 avqust 2025-ci il tarixdə səhər saat 04 radələrində Məhluqə onun arvadı ilə birlikdə işə gemişlər. Həmin gün saat 05:30 radələrində bacısı uşaqları Günel, Günay və Nuray ağlaya-ağlaya onların evinə gəlmiş və bir az əvvəl həmkəndliləri Mirislamın onların evinə gəlib yataq otağına girməsini, Günaya onun arvadı olacağını deməsini bildirmişlər. Mirislamın bu hərəkətinə əsəbləşərək uşaqları da götürüb əvvəlcə kənddə yaşayan anasının evinə getmiş, uşaqları öz anasına təhvil verib, arvadı Sevincə zəng edərək hadisə barədə Məhluqəyə xəbər verməsini demiş və birbaşa Mirislamın yaşadığı həyətə getmişdir. O Mirislamın yaşadığı evin küçə qapısını döydükdə qapıya atası İmanverdi çıxmış, onu görüb, həyətə dəvət edib, səhər tezdən gəlişinin səbəbini soruşmuşdur. O İmanverdiyə demiş ki, bir az əvvəl oğlu Mirislam bacısı Məhluqənin evdə olmadığundan istifadə edib bacısının evinə girib uşaqlarına qarşı nalayiq hərəkətlər etmişdir. İmanverdi oğlu Mirislamın şeh damcılarından islanmış şəpiklərini göstərib bildirmişdir ki, Mirislam evə yeni gəlmiş, şəpikləri də hələ nəm olmuşdur. İmanverdi həqiqətən oğlunun şehdən islanmış çəpiklərinə baxıb bildirmiş ki, əgər oğlu Mirislam belə bir nalayiq hərəkət etmiş olsa, o zaman özü oğlunu aparıb polisə təslim edəcəkdir. Bundan sonra İmanverdinin həyətindən çıxıb anasıgilə gəlmiş, artıq bacısının bura gəldiyini görmüşdür. Daha sonra bacısı ilə birlikdə Mirislamın evinə getmişlər, bacısı Məhluqə əsəbi halda onlara demiş ki, bir az əvvəl onların oğlu Mirislam evə gəlib yataqda yatan azyaşlı uşaqlara qarşı nalayiq hərəkətlər etmiş, üstəlik paltar şkafında olan 1000 manatı oğurlamışdır. İmanverdi və İlhamə oğlanları Mirislamın belə bir hərəkət edə bilməyəcəyini desələr də, bacısı Məhluqə polisə şikayət edəcəyini demişdir. Sonra polisə getmişlər və Məhluqə şikayət etmişdir. Məhkəmə istintaqıvnda şahid kimi dindirilən Şahid3 göstərdi ki, Salyan rayonunun Qardili kəndində ailə üzvləri ilə yaşamışdır. Mirislam onun oğludur. Mirislam 07 avqust 2025- ci il tarixdə gecə evə gəlməmişdir. Həmin gün saat 07 radələrində həmkəndliləri Məhluqə, anası Sədaqət və qardaşı Rasim onların həyətlərinə gələrək Mirislamın harada olduğunu soruşmuşlar. Həmin vaxt Mirislam artıq evə gəlmiş və yatmışdır. Məhluqə gecə Mirislamın onun evinə girərək uşaqları qorxuzduğunu, onun evindən 1000 manat pulunu oğurladığını deyərək polisə şikayət edəcəyini bildirmişdir. Həmin gün saat 12 radələrində oğlu polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs atası Şahid2 – oğlu və qardaşı Şahid4 da məhkəmədə Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 13 avqust 2025-ci il tarixli 311 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. 21 avqust 2025-ci il tarixli, 315 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqəda olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Zərərçəkmiş şəxs2 bədən səthində məhkəmə-tibbi müayinə zamanı sağ süd vəzinin qançırları aşkar olundu. Qeyd olunan qançırlar küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, törənmə müddətləri müayinədən 5-8 gün əvvələ uyğun gəlirlər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 avqust 2025-ci il tarixli, 2628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona isttiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 avqust 2025-ci il tarixli, 2660 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansi psixi xəstəliyinin əlamətləri aşkar olunmur, onun əqli və psixi İnkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər, onunla edilən hərəkətlərin xarakter və mənasını yaş xüsusiyyətləri çərçivəsində anlamaq İqtidarındadır. Zərərçəkmiş şəxs2 yaş və emosional vəziyyətinə (qorxu, həyəcan), həmçinin fiziki imkanlarına görə təsirləndirilən şəxsə müqavimət göstərə bilmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs2 əqliintellektual inkişafında gerilik əlamətləri aşkar olunmur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 avqust 2025-ci il tarixli, 2801 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyəti halları qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdikdir. Məhkəmə-genetik ekspertizasının 10 sentyabr 2025-ci il tarixli 25/1392 nömrəli rəyindən görünür ki, təqdim edilmiş odeyal və mələfə üzərində sperma nümunəsi mövcuddur. Həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 12 sentyabr, 2025-ci il tarixli, 3-28- 29/2-8644/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır “Salyan rayon Mərkəzi Xəstəxanası’’ publik hüquqi şəxs tərəfindən verilmiş 22 acqust 2025-ci il tarixli, 18-1-68/2- 1345/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında narkoloji və psixonevroloji qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə edilmiş 07 avqust 2025-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 07 avqust 2025-ci il tarixdə saat 05 radələridə həmkəndlisi Təqsirləndirilən şəxs 19 avqust 2012-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs2 müxtəlif bədən nahiyələrindən öpərək xəsarət yetirdiyini və evin yataq otağından 1000 manat məbləğində pul oğurladığını bildirmişdir. İşdə olan, xx.xx.2018-ci il tarixdə Salyan Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünur ki, Zərərçəkmiş şəxs2 xx.xx.20212-ci il tarixdə doğulmuşdur. İşdə olan,xx.xx.2018-ci il tarixdə Salyan Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünur ki, Zərərçəkmiş şəxs1 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən göndərilmiş 20 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 avqust 2025- ci il tarixdə saat 05 radələrində Salyan rayonu Qardili kəndində fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs3 evində olmamasından, küçə və ev qapılarının açıq olmasından istifadə edərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq Zərərçəkmiş şəxs3 mənzil toxunulmazlığını pozması, evə daxil olduqdan sonra 16 yaşına çatmayan xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 gözləri qarşısında onun bacası 1 4 yaşına çatmayan 19 avqust 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı zor tədbiq etməklə və köməksimz vəziyyətindən istifadə edərək ereksiya vəziyyətində olan cinsiyyət üzvü ilə Zərərçəkmiş şəxs2 üstünə uzanaraq qucaqlayıb dodaqlarını və boyun nahiyəsini öpməklə, hər iki süd vəzilərini əmərək, öz cinsiyyət üzvünü arxadan sonuncunun ayaqları arasına sürtüb, anus dəliyinə daxil edib qeyri təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi, bu hərəkətləri ilə eyni zamanda on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi,bundan sonra həmin evin yataq otağında olan dolabın içərisindəki çantadan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gözləri qarşısında anaları Zərərçəkmiş şəxs3 məxsus 1000 (bir min) manat məbləğində puİu ələ keçirərək özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmsi kifayət qədər sübuta yetirilmişdir. Onun əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması sübuta yetirilməklə yanaşı cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqşi qiymət verərək Təqsirləndirilən şəxs guya ki, Güany və Zərərçəkmiş şəxs1ların anaları Zərərçəkmiş şəxs3 ilə intim əlaqələrinin olması, 07 avqust 2025-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 evinə gedərək onunla cinsi əlaqədə olması, lakin qızı Zərərçəkmiş şəxs2 qarşı heç bir seksual hərəkətlər etməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 150.3.3, 153.1, 157.1 və 180.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 150.3.3, 153.1 və 180.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 57.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan rayon prokurorluğunda saxlanılan 01 ədəd odeyal, 01 ədəd mələfə, 01 ədəd «Pallmall» markalı siqaret kötüyü məhv edilməlidir. Zərərçəkmiş şəxs3 ona cinayət əməli nəticəsində dəymiş 1000 (min) manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3, 153.1, 157.1 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 153.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 15 (on beş) faiz miqdarında pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası, CM-nin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən CM-nin 157.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il müddətə islah işləri cəzasının 4 (dörd) günü 1(bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cazaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan rayon prokurorluğunda saxlanılan 01 ədəd odeyal, 01 ədəd mələfə, 01 ədəd «Pallmall» markalı siqaret kötüyü məhv edilsin. Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş 1000 (min) manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-579/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-579/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver