Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-58/2023 25.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olan, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,103 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis X8 Bölməsinin əməkdaşları tərəfindən 18 iyul 2022-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Zəhmətabad kəndinin ərazisində saxlanılıb X9 gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının sol arxa cibində saxladığı bir ədəd pul kisəsinin içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda 0,375 qram, 0,557 qram, 0,704 qram və 0,467 qram olmaqla cəmi külli miqdarda-2,103 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi təsərrüfatla məşğul olur. O, təxminən il yarım əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən “patı” adlanan metamfetamindən, aradabir də “kakos” adlanan heroindən istifadə etmiş, hazırda isə narkotiklərdən istifadə etmir. Heroin və metamfetamini Bakı şəhərində “Anuş” adlı tanışı vasitəsilə əldə edib istifadə etmişdir. 17 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində istifadə etmək üçün metamfetamin almaq məqsədilə Biləsuvar rayonundan taksi ilə Bakı şəhərinə getmiş, Bakı şəhərinə gedərkən “Samsung” markalı köhnə modelli telefonu işləmədiyi üçün götürməmiş, telefonu Zəhmətabad kəndində tanışı Ceyhunun evində qalmışdır. Bakı şəhərində Gəncə prospektində, “Xəzər” adlı marketin yaxınlığında yerləşən binada yaşayan “Anuş” adlı şəxsin evinə getmiş, lakin “Anuş”u evdə tapa bilməmiş və onun evinə gəlməsini gözləmişdir. Həmin gün gecə saat 01 radələrində “Anuş”un yaşadığı evin məhəlləsində “Anuş”la qarşılaşmış və ondan istifadə etmək üçün metamfetamin tapmasını xahiş etmiş “Anuş” da razılaşmış, sonra “Anuş”a 60 manat pul vermiş və “Anuş” da həmin pula 1 qram metamfetamin alacağını deyib getmiş, o da məhəllədə qalıb onu gözləmişdir. Təxminən 30-40 dəqiqədən sonra “Anuş” qayıtmış və metamfetamin tapa bilmədiyini bildirib təklif etmişdir ki, “kakos”, yəni heroin vardır, əgər istəyirsə heroin alıb gətirə bilər. O da razılaşıb “Anuş”a 1 qram heroin almasını demiş, “Anuş” da heroinin qramla deyil, çetlə satıldığını, hər çetin 10 manat olduğunu bildirmişdir. Bu səbəbdən o, “Anuş”a verdiyi 60 manata 6 ədəd çetdə heroin götürməsini demiş, “Anuş” da razılaşıb heroin almaq üçün getmişdir. Təxminən 1 saatdan sonra “Anuş” qayıtmış və 6 çet bükümündə olan heroini ona vermişdir. “Anuş” adlı şəxs heroini ona verərkən tərəzidə çəkməmiş, lakin hər çetdə təxminən 0,1 qram heroin olduğunu bildirmişdir. O, hesab edir ki, “Anuş” adlı şəxsdən 60 manata 6 ədəd çetdə aldığı heroinin çəkisi hər bir çetdə 0,1 qram olmaqla cəmi 0,6 qram olmuşdur. Aldığı 6 ədəd çetdə olan heroinlərdən bir çetini 18 iyul 2022-ci il tarixdə, gecə saatlarında (saat 03 radələrində) “Anuş”un yaşadığı binanın blokunda çəkmiş, qalan 5 ədəd çetdə olan heroini özünə məxsus pul kisəsinin içərisinə qoymuşdur. 18 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında taksiyə əyləşib Biləsuvar rayonuna gəlmiş, saat 13-14 radələrində Biləsuvar rayonunun Bəydili kəndində yerləşən Bəydili körpüsü deyilən yerdə taksidən düşüb mərkəzi bazara getmişdir. Bazarın arxa tərəfinə keçib oradakı tualetin arxasında üzərində saxladığı pul kisəsində olan 5 ədəd çet heroindən bir çetini falqaya doldurub çəkmiş, qalan 4 ədəd çetdə heroin pul kisəsində qalmışdır. Həmin gün saat 15 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndində yaşayan Babək adlı tanışının vasitəsilə tanıdığı Ceyhun adlı şəxsin evinə yuyunmaq, su içmək və telefonunu götürmək məqsədi ilə getmiş və Ceyhunun evində mobil telefonunu götürdükdən və yuyunduqdan sonra saat 18 radələrində çıxıb Zəhmətabad kəndinin ərazisində yerləşən mağazadan siqaret və alışqan almaq üçün piyada gedərkən yolda Ruslan, Allaşükür, Ceyhun və Elsevər adlı polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddə gəzdirməsində şübhəli olduğunu bildirib onu X9 (bundan sonra Səmədabad PB-nə), oradan da Biləsuvar Rayon Polis Şöbəsinə (bundan sonra Biləsuvar RPŞ-nə) aparmışlar. Tutularkən üzərində pul qabının içərisində 4 ədəd çetdə (xırda bükümlərdə) cəmi 0,4 qram heroin olmuşdur. Səmədabad PB-nə aparılarkən sahə rəisi Elsevər adlı polis əməkdaşı üzərində saxladığı içərisində 4 ədəd çetdə heroin olan pul kisəsini götürmüş, Biləsuvar RPŞ-də üzərində şəxsi axtarış aparılmazdan bir az əvvəl tanımadığı polis əməkdaşı həmin pul kisəsinə yenidən qaytarıb onun (Təqsirləndirilən şəxs) cibinə qoymuş, bundan sonra Biləsuvar RPŞ-də təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarın arxa cibindən bir ədəd pul kisəsini çıxarıb təqdim edib həmin pul kisəsinin içərisində heroin olduğunu bildirmişdir. Təqdim etdiyi pul kisəsinin içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd çetin içərsində heroin kütlələri aşkar edilmişdir. Sonra təhqiqatçı aşkar olunmuş 4 çetdə olan heroin kütlələri elektron tərəzidə çəkmiş, həmin vaxt ona məlum olmuşdur ki,aşkar olunmuş heroin kütlələrin cəmi çəkisi 2,103 qramdır. Əslində isə polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində 4 çetdə (xırda bükümdə) olmaqla cəmi 0,4 qram heroin olmuşdur. O, güman edir ki, tutularkən içərisində 4 ədəd çetdə heroin üzərində olan pul kisəsində olmuş və həmin pul kisəsi Elsevər adlı polis əməkdaşı tərəfindən götürüldükdən sonra çetdə olan heroinin çəkisi artırılmış, bundan sonra pul kisəsi ona qaytarılmış, bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Ona görə də üzərində 0,4 qram yox, 2,103 qram heroin aşkar olunmuşdur. Üzərində aşkar olunmuş heroinin 0,4 qram hisssi ona məxsusdur və o, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış, ona görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 19 və 20 iyul 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, o, gəzmək məqsədi ilə 17 iyul 2022-ci il tarixdə, saat 20 radələrində taksi ilə Biləsuvar rayonundan Bakı şəhərinə getmiş, 18 iyul 2022-ci il tarixdə, saat 08 radələrində isə Bakı şəhəri, Xəzər rayonu ərazisində yaşayan “Anuş” adlı şəxsin evinə qonaq getmişdir. Söhbət zamanı ondan istifadə etmək üçün narkotik vasitə tapmasını xahiş etmiş, “Anuş” narkotik vasitə tapa biləcəyini bildirmiş və o, narkotik maddə alması üçün “Anuş”a 60 manat pul vermişdir. Təxminən bir saatdan sonra “Anuş” yaşadığı binanın həyətində ona siqaretin gümüşü rəngli kağızına bükülmüş 6 ədəd bükümdə heroin vermişdir. O, heroinin bir bükümünü Bakı şəhərində istifadə etmiş, qalan 5 ədəd bükümü isə özünə məxsus pul kisəsisin içərisində gizlətmişdir. 18 iyul 2022-ci il tarixdə, saat 12-13 radələrində Bakıdan taksi ilə Biləsuvar rayonuna qayıtmışdır. O, Biləsuvar rayon mərkəzi bazarının arxa tərəfində yerləşən tualetdə falqada daha bir ədəd bükümdə olan heroini qəbul etmiş, 4 ədəd bükümdə olan heroin isə pul kisəsinin içərisində qalmışdır. Bundan sonra o, saat 18 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndində yaşayan tanışı Ceyhunun evinə getmiş, orada su içib təxminən 5 dəqiqə sonra Ceyhunun yaşadığı evin həyətini tərk edib kəndin mərkəzindən keçən yolla hərəkət edib yaxınlıqdakı mağazanın qarşısında dayanmış taksilərdən biri ilə İsmətli kəndinin arxa tərəfində yerləşən fermalarına getmək istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddə gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik və psixotrop maddələr vardırsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sol arxa cibindən bir ədəd pul kisəsini çıxarıb təqdim edib həmin pul kisəsinin içərisində heroin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən pul kisəsi açılıb baxıldıqda içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd büküm və həmin bükümlərin içərisində heroin kütlələri aşkar edilmişdir. Aşkar olunmuş heroin kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində aşkar edilmiş heroin kütlələri özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, 18 iyul 2022-ci il tarixdə, gecə saat 02 radələrində Bakı şəhərində “Anuş” adlı tanışından 60 manata 6 ədəd bükümdə olmaqla cəmi 0,6 qram heroin almışdır. Aldığı heroindən 1 ədəd bükümü Bakı şəhərində, digər 1 ədəd bükümü isə Biləsuvara qayıdandan sonra istifadə etmiş, 4 ədəd bükümdə heroin üzərində qalmışdır. Həmin gün saat 18 radələrində o, Biləsuvar rayonunun Zəhmətabad kəndinə tanışının evinə getmiş, oradan çıxıb kəndin ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Səmədabad PB-nə oradan da Biləsuvar RPŞ-nə aparılıb orada üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində 4 ədəd bükümdə heroin kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş heroin kütlələri orada elektron tərəzidə çəkilmiş və kütlələrin cəmi çəkisi 0,4 qramdan çox olmuşdur. Əslində üzərində saxladığı 4 ədəd bükümdə olan heroin kütlələrin cəmi çəkisi 0,4 qramdır. Üzərində aşkar olunmuş heroinin yalnız 0,4 qramı özünə aiddir, qalan hissəsi isə ona məxsus deyildir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 19 və 20 iyul 2022-ci il tarixli ifadələrini qismən, 30 sentyabr 2022-ci il tarixli ifadəsini tam təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, polis tərəfindən birinci dəfə tutulub polisə aparıldığından özünü itirmiş, özündə olmamış, ona görə də polisdə əvvəl nə izahat və ifadə verdiyini dəqiq bilməmiş, sonradan isə düzgün ifadə vermişdir. Hazırda o, ibtidai istintaq zamanı verdiyi 19 və 20 iyul tarixli ifadələrində əldə etdiyi heroinin çəkisinin 2,103 qram olması ilə razılaşmasına dair göstərilənləri təsdiq etmir və bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindəki pul qabının içərisində 4 ədəd çetdə (xırda bükümdə) cəmi 0,4 qram heroin olmuş, saxlanıldıqdan sonra üzərində olan pul qabını Elsevər adlı polis əməkdaşı götürmüş və Biləsuvar RPŞ-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılmamışdan əvvəl tanımadığı polis əməkdaşı həmin pul qabını cibinə qoymuş və bundan sonra Biləsuvar RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmışdır. Həmçinin təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış Səmədabad PB-də deyil, Biləsuvar RPŞ-nin inzibati binasında 1-ci mərtəbəsində olan otaqların birində aparılmışdır. Əgər baxış keçirilərsə o, həmin otağı göstərə bilər. Üzərində şəxsi axtarış zamanı aşkar olunub götürülmüş 2,103 qram heroinin yalnız 0,4 qram hissəsi ona məxsusdur, heroinin qalan hissəsi ona məxsus deyil və güman edir ki, üzərində olan 0,4 qram heroinin çəkisi polis əməkdaşları tərəfindən artırılmışdır. Ona görə də ona 2,103 qram heroinə görə CM-nin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün 0,4 qram heroin əldə edib üzərində saxladığına görə CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin əməkdaşıdır. 18 iyul 2022-ci il tarixdə Biləsuvar rayonunun Ağayrı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 18 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Zəhmətabad kəndinin ərazisində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Səmədabad PB-nə aparılmışdır. Polis bölməsində özünün (Şahid1) xidməti otağında Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçı Şahid4 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol arxa cibindən bir ədəd pul kisəsini çıxarıb təqdim edib pul kisəsinin içərisində narkotik maddə olduğunu və özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin pul kisəsinin içərisindən siqaretin gümüşü kağızına bükülmüş 4 ədəd büküm və bu bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir. Təhqiqatçı tərəfindən aşkar olunmuş heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər X4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Eyni zamanda müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş təkrar tədqiq olunduqdan sonra şahidlər Şahid1, Allaşükür Xurşudov və Şahid3 əlavə olaraq ifadələrində bildirmişlər ki, vidogörütülərdə gördükləri otaq (şübhəli şəxsin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı otaq) Səmədabad PB-də olan otağa yox, Biləsuvar RPŞ-də olan otağa oxşamaqla həmin vidogörütülərdə gördükləri otağın dəqiq polis bölməsinə və ya polis şöbəsinə aid olmasını dəqiq deməyə çətinlik çəkirlər. Həmçinin müdafiə tərəfinin vəsatətinə əsasən Şahid1 məhkəmə iclasında əlavə ifadə verərək bildirmişdir ki, o, qısa müddətdir ki, Səmədabad PB-də əməliyyat müəvəkkili vəzifəsində işləyir. Bir daha bildirir ki, narkotiklə bağlı tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Səmədabad PB-də özünün (Şahid1) xidməti otağında təhqiqatçı Şahid4 tərəfindən aparılmışdır. Əvvəlki məhkəmə iclasında ifadəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Səmədabad PB-də aparıldığını bildirmiş, sonra vidogörüntülərlə bağlı soğu-sual zamanı vidogörüntülərdə gördüyü otağın səhvən Biləsuvar RPŞ-də olan otağa oxşatmasını demişdir. Həmçinin Səmədabad PB-də əsaslı təmir aparılıb 2022-ci ilin iyul ayında təhvil verilsə də, onun xidməti otağı həmin vaxt təmir olunmamış, otağında təmir işləri Təqsirləndirilən şəxs tutulandan sonra başa çatmış, yəni Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən otağı təmirsiz vəziyyətdə olmuşdur. Ona görə də sonradan otağında aparılmış əsaslı təmirdən sonra otağının görünüşü dəyişdiyindən ilk əvvəl, yəni vidogörütülərdə gördüyü otağın öz otağı olmasını bilməmiş, elə bu səbəbdən də o, həmin otağın Biləsuvar RPŞ-də olan otağa oxşatmasını demişdir. Əslində isə vidogörüntülərdə gördüyü otaq onun xidməti otağıdır və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış da həmin otaqda aparılmışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti vəzifəsində xidmət edir. 18 iyul 2022-ci il tarixdə o, polis şöbəsinin rəhbərliyi tərəfindən verilən göstərişə əsasən Biləsuvar RPŞ-nin Səmədabad PB-nə getmiş və orada əməliyyatçı Şahid1 xidməti otağında təhqiqatçı Şahid4 tərəfindən əvvəllər tanımadığı bir nəfər şəxsin, yəni narkotiklə bağlı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin videoçəkilişini aparmış, eyni zamanda şəxsi axtarışın aparılmasının da şahidi olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən pul kisəsi və həmin pul kisəsinin içərisindən hansısa narkotik maddənin kütlələri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin olduğunu və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Üzərində axtarış aparılarkən, həmçinin aşkar olunmuş heroinə oxşar kütlələr elektron tərəzidə çəkilərkən və bundan sonra Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamış, heroinə oxşar kütlələrin çəkisindən narazılıq etməsini eşitməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşı olmaqla Biləsuvar rayonunun Zəhmətabad kəndinin ərazisi üzrə sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Smədabad PB-də görmüş, həmin vaxt onu (Təqsirləndirilən şəxs) Səmədabad PB-nin əməkdaşları gətirmişlər. O, Təqsirləndirilən şəxslə bağlı keçirilən əməliyat-axtarış tədbirində iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs Smədabad PB-nə gətirildikdən sonra onunla heç bir əlaqəsi və ya söhbəti olmamış, onun Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərindən pul kisəsini götürməsi barədə dedikləri tamamilə yalandır, belə bir hal olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən Şahid4 şahid kimi ifadə verib bildirmişdir ki, o, Biləsuvar RPŞ-nin Təhqiqat Bölməsində təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ilkin təhqiqat onun tərəfindən aparılmışdır. Həmin işlə bağlı “Şəxsi axtarış və götürmə haqqında” 18 iyul 2022-ci il tarixli protokol onun tərəfindən tərtib olunmuşdur. 18 iyul 2022-ci il tarixdə, axşam saatlarında o, Biləsuvar RPŞ-nin rəhbərliyinin göstərişi ilə xidməti vəzifəsini yerinə yetirmək üçün Biləsuvar RPŞ-nin Səmədabad PB-nə getmiş, orada ona Təqsirləndirilən şəxs barəsində olan material təqdim olunmuş, bundan sonra bölmənin əməkdaşı Şahid1 xidməti otağında vəkilin (müdafiəçinin) iştirakı ilə və kriminalist Şahid6 tərəfindən videoçəkiliş aparılmaqla üslüm Musayevin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı etirazı və ya narazılığı olmamışdır. İşdə olan, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin əməkdaşının 18 iyul 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Biləsuvar rayonunun Ağayrı kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Səmədabad PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Bmiləsuvar rayonunun Zəhmədabad kəndinin ərazisində saxlanılıb Səmədabad PB-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 18 iyul 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Şahid4 tərəfindən müdafiəçi Habil Məmmədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol arxa cibindən bir ədəd pul qabını çıxarıb təqdim edib həmin pul qabının içərisində istifadə etmək üçün narkotik maddə saxladığını bildirmişdir. Təqdim olunmuş pul qabının içərisində 4 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri və həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin heroin olduğunu, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kutlələr qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə ... ” sözlər və imzalar olan bir ədəd zərfdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,375 qram, 0,557 qram, 0,704 qram və 0,467 qram, ümumi təmiz çəkisi 2,103 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 1,903 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 20 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1,903 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “"xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində 051/424-13-73 və 050/524-46-82 saylı saylı mobil telefon nömrələri olması, aparılan telefon danışıqların anten dairəsinə dair məlumatlara əsasən 051/424-13-73 saylı mobil telefon nömrəsi ilə danışıqların 17 iyul 2022-ci il tarixdə, saat 08:55-də Biləsuvar rayonunun ərazisində, saat 09:26-da İmişli rayonunun ərazisində, saat 10:05-dən 18 iyul 2022-ci il tarixdə, saat 18:10-dək Biləsuvar rayonunun ərazisində olmaqla aparılması, habelə 050/524-46-82 saylı mobil telefon nömrə ilə aparılan danışıqların sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə, saat 13:52-də Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlı ərazidə olmaqla aparılması və bundan sonrakı tarixlərdə həmin mobil nömrədən istifadə edilməməsi müəyyən edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik maddəni satmış “Anuş” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Allaşükür Xurşudov, Şahid3, Şahid5 və Anar Abdulhəlimovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş “Samsung” markalı köhnə modelli telefonu işlək vəziyyətdə olmamaqla tutulan gün və bundan əvvəlki gün işlətməməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan pul qabının içərisində 4 ədəd çetdə (xırda bükümdə) cəmi 0,4 qram heroin olması, saxlanıldıqdan sonra üzərində olan pul qabını Elsevər adlı polis əməkdaşının götürməsi və Biləsuvar RPŞ-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılmamışdan əvvəl tanımadığı polis əməkdaşı tərəfindən həmin pul qabının cibinə qoyulması və bundan sonra Biləsuvar RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarışın aparılması, Səmədabad PB-də üzərində şəxsi axtarışın aparılmaması, üzərində aşkar olunub götürülmüş 2,103 qram heroinin yalnız 0,4 qram hissəsinin ona məxsus olması qalan hissəsinin ona məxsus olmaması, üzərində olan 0,4 qram heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, eləcə də ibtidai istintaq zamanı verdiyi 30 sentyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş “Samsung” markalı köhnə modelli telefonu işlək vəziyyətdə olmamaqla tutulan gün və bundan əvvəlki gün işlətməməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan pul qabının içərisində 4 ədəd çetdə (xırda bükümdə) cəmi 0,4 qram heroin olması, saxlanıldıqdan sonra üzərində olan pul qabını Elsevər adlı polis əməkdaşının götürməsi və Biləsuvar RPŞ-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılmamışdan əvvəl tanımadığı polis əməkdaşı tərəfindən həmin pul qabının cibinə qoyulması və bundan sonra Biləsuvar RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarışın aparılması, Səmədabad PB-də üzərində şəxsi axtarışın aparılmaması, üzərində aşkar olunub götürülmüş 2,103 qram heroinin yalnız 0,4 qram hissəsinin ona məxsus olması qalan hissəsinin ona məxsus olmaması, üzərində olan 0,4 qram heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Allaşükür Xurşudov, Şahid3, Şahid5 və Anar Abdulhəlimovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar (həmin məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 051/424-13-73 saylı mobil telefon nömrə ilə aparılan danışıqların 17 iyul 2022-ci il tarixdə, saat 08:55-də Biləsuvar rayonunun ərazisində, saat 09:26-da İmişli rayonunun ərazisində, saat 10:05-dən 18 iyul 2022-ci il tarixdə, saat 18:10-dək Biləsuvar rayonunun ərazisində aparılması müəyyən edilmişdir ki, bu da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun işlək vəziyyətdə olmaqla onun həmin mobil telefondan, əsasən də 051/424-13-73 saylı mobil telefon nömrəsindən istifadə etməklə Biləsuvar və İmişli rayonların ərazilərində olması təsdiq olunur) və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 19 və 20 iyul 2022-ci il tarixli ifadələri ilə (həmin ifadələrində və üzərində şəxsi axtarış zamanı o, üzərində aşkar olunmuş 4 ədəd bükümdə olan cəmi 2,103 qram heroinin özünə məxsus olmasını və həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi 30 sentyabr 2022-ci il tarixli ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərilən digər xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutulduqdan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın Smədabad PB-də deyil, Biləsuvar RPŞ-nin inzibati binasında aparılmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Allaşükür Xurşudov, Şahid3 (həmin şahidlərin vidogörütülərdə gördükləri otağın Səmədabad PB-nə yox, Biləsuvar RPŞ-də olan otağa oxşaması ilə bağlı göstərilən hallar istisna olunmaqla) və Anar Abdulhəlimovun ifadələri ilə (həmin ifadələrində şahidlər qəti olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın Səmədabad PB-də aparılmasını göstərmişlər), habelə məhkəmə baxışı zamanı cinayət prosesi tərəflərin və təhqiqatçının iştirakı ilə 23 may 2023-ci il tarixdə binaya baxışın keçirilməsinin nəticələri ilə, yəni baxış zamanı Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-də üzərində şəxsi axtarışın keçirildiyi otağı göstərməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-nin inzibati binasına daxil olub 1-ci mərtəbədə, sağ tərəfdə dəhlizin sonunda yerləşən dəmir qapılı otağı göstərib həmin otaqda üzərində şəxsi axtarış aparıldığını bildirməsi və həmin otağın qapısı açıldıqda bu otağın silah-sursat saxlanılan xüsusi otaq olmaqla videogörüntülərdə görünün otaqdan tam fərqli otağın olması, həmçinin təhqiqatçı Şahid4 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın Səmədabad PB-də aparılmasını bildirib Səmədabad PB-nin 1-ci mərtəbəsində əməliyyatçı Şahid1 xidməti otağını göstərməsi və həmin otağın videogörüntülərdə görünən otaqla ümumən eyni olmaqla (otaqda olan mebellərə əsasan), həm də fərqli olmasının (otağın künc hissəsində uzunsov beton çıxıntının olması və binada əsaslı təmirin 02 iyul 2022-ci il tarixdə başa çatmasına dair məlumatlara əsasən) müəyyən edilməsi ilə-Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-də üzərində şəxsi axtarışın aparılmasına dair mülahizəsi elə özünün və müdafiəçisinin iştirakı ilə baxış zamanı tam təkzib olunduğundan, təhqiqatçının göstərdiyi otaqda, yəni Səmədabad PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması isə ümumən təsdiqini tapması ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 2,103 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,103 qram heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, “Şübhəli şəxsi tutma haqqında” 18 iyul 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən tutulmuşdur. İşdə olan, istintaq orqanının “Şəxsin MSY-də saxlamaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Biləsuvar rayon İHB-nın Ağayrı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (kəndin ictimai işlərində iştirak etmiş, əməksevər və işgüzardır, kənd sakinlərinin hörmətini qazanmışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmala, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,903 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Biləsuvar Rayon İcra Hakimyyəti yanında Narkomaniya və X1rşı Mübarizə üzrə Biləsuvar Rayon Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi skkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,903 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-58/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-58/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver