Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-58/2024 31.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər-Lənkəran Rayon Vəkid Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ağcabədi rayonu Cəfərbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu Cəfərbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə; xx xxxxxx 1963-cü ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-2.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağcabədi Rayon Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 1987-ci ildə doğulmuş, yüngül dərəcəli əqli gerilik (yüngül dedillik) xəstəliyi olmaqla öz hüquqlarını və vəzifələrini tam həyata keçirmək qabliyyətinə malik olmayan, anasının ölməsi, atasının isə həbsdə olması səbəbindən valideyin himayəsindən məhrum olmuş, Ağcabədi şəhəri üzrə İcra Hakimiyyəti nümayəndəsinin 25 iyun 2002-ci il tarixli, 09 saylı sərəncamı ilə Təqsirləndirilən şəxs2 qəyyumluğuna verilmiş, Zərərçəkmiş şəxs işsiz, maddi və sosial təminatının aşağı olmasından istifadə edərək Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hər ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar etmək üçün Təqsirləndirilən şəxs2 onu 2016-cı ilin sonlarında Təqsirləndirilən şəxs1 yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil vermiş, Təqsirləndirilən şəxs1ov onu X2 adına olna torpaq sahəsində, Ağcabədi rayonu Cəfərbəyli kəndinin yaxınlığında yerləşən fermada əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən, fermada insan yaşayışı üçün aşağı şəraitli daxmada yerləşdirdirdikdən sonra fərdi təsərrüfatındakı heyvanlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda öz qulluq mövqeyindən istifadə etməklə dövlət qulluqçusu olduğu üçün onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirib azadlığını məhdudlaşdırmaqla, ov silahını nümayiş etdirərək həmin silahla onu vuracağı ilə hədəqorxu gəlməklə, müxtəlif vaxtlarda döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib zor tədbiq etməklə, Zərərçəkmiş şəxs buna etiraz olaraq fermadan qaçıb Təqsirləndirilən şəxs2 yanına getdikdə isə Təqsirləndirilən şəxs2 ona müddətli həqiqi hərbi xidmətdən yayındığı üçün axtarışda olmasını, tutulacağı halda həbs ediləcəyini, yalnız Təqsirləndirilən şəxs1 fermasında qaldığı halda tutulmaqdan yayına biləcəyini bildirməklə 2021-ci ilin oktyabr ayının sonlarınadək olan müddətdə şəxsən özünə əmək haqqı ödəmədən fermada Təqsirləndirilən şəxs1 fərdi təsərrüfatında olan heyvanlara gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur etməklə Zərərçəkmiş şəxs birlikdə məcburi əməyə cəlb etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, X12 uşaq yaşlarında anası ölmüş, atası isə uşaqlarına baxmadığından Zərərçəkmiş şəxs və azyaşlı qardaş-bacılarını bibiləri Təqsirləndirilən şəxs2 himayəsinə götürməklə böyütmüş, onlara valideynlik etmişdir. Rəsmi sənədlər əsasında atası X13 məxsus ferma yaşadıqları Ağcabədi rayonu Cəfərbəyli kəndindən 1-1,5 kilomet məsafədə yerləşir. Həmin fermadan 1-2 kilometr məsafədə Ağcabədi rayonu Pəroğlular və Hacıbədəlli kəndləri yerləşir. Atası Mənsub həmin fermanı əvvəllər Hacıbədəlli kənd sakini X18 icarəyə vermişdir. 2016-cı ilin əvvəllərində atası fermanı böyütmək, fermadan özü də istifadə etmək qərarına gəlmişdir. Buna görə də fermada işləməyə çoban axtarmışlar. Həmkəndliləri Təqsirləndirilən şəxs2 himayəsində olan bacısı oğlu Zərərçəkmiş şəxs ayrı-ayrı fermalarda çobanlıq etdiyini öyrənərək Təqsirləndirilən şəxs2 ilə görüşməklə Zərərçəkmiş şəxs onların fermasında işləməsini təklif etmişlər. Təqsirləndirilən şəxs2 Röyanın Ağacabədi rayonu Taxta körpü qəsəbəsində Maarif adlı şəxsin fermasında çoban işlədiyini, Röyanın özü ilə görüşüb danışmaq lazım olduğunu bildirmişdir. Onlar Maarif adlı şəxsin fermasına gedərək orada çobanlıq edən Zərərçəkmiş şəxs ilə görüşmüş, ona onların fermasında işləməyi təklif etmişlər. Zərərçəkmiş şəxs onların ferması kəndin yaxınlığında olduğundan və Maarifin fermasında iş ağır olduğundan onların fermasında çobanlıq etməyə razılıq vermişdir. Lakin Zərərçəkmiş şəxs həmin fermadan çıxması bir ilə yaxın uzanmışdır. Röya 2016-cı ilin payızında onların fermasına gəlmişdir. X51 fermada çobanlıq etdiyi müddətdə hər ay 100 manat əmək həqqı ödəyəcəkləri, eyni zamanda Zərərçəkmiş şəxs gündəlik yeməkiçməyinin, lazımı paltarların alınmasının, yuyunmaq, çimmək və sair gündəlik təlabatlarının ödənilməsinin onlar tərəfindən həyata keçiriləcəyi barədə razylaşmışlar. Sənubərin Zərərçəkmiş şəxs evində saxladığı bacı-qardaşlarının ehtiyaclarına xərcləməsi üçün aylıq 100 manat pulun Sənubərə veriləcəyi barədə razılaşmışlar. Belə ki, əlavə olaraq Zərərçəkmiş şəxs gündəlik yeyib-içməyi, paltarlarının təmini, yaşamağı və başqa tələbatlarının ödənilməsini əlavə olaraq atası Mənsubla üzərlərinə götürmüşlər. Beləliklə də Zərərçəkmiş şəxs özünün və onun valideyini əvəzi olan bibisi Təqsirləndirilən şəxs2 razılıqları əsasında 2016-cı ilin payızından etibarən onların fermasına köçərək orada yaşamaqla çobanlıq etməyə başlaimışdır. Zərərçəkmiş şəxs fermaya gələn zaman fermanı icarəyə götürməklə faktiki olaraq fermada yaşayan Hacıbədəlli kənd sakinləri X35, X44, X19 və X45 ilə birlikdə yaşayaraq çobanlıq etməyə başlamışdır. Fermada Zərərçəkmiş şəxs yaşaması üçün kərpicdən inşa edilmiş normal otaq, otaqda çarpayı, mebel, televizor, krosna anteni, istilik peçi, yuyunmaq, özünə qulluq etmək üçün lazımı şərait olmuşdur. Zərərçəkmiş şəxs 2019-cu ilin sonlarına kimi olan müddətdə Mithət Yusibovun ailəsi ilə birlikdə yaşamış, bu müddətdə onun gündəlik yemək-içməyi, geyimi və sair zəruri tələbatları onun özü və atası Mənsub tərəfindən təmin olunmuşdur. 2019-cu ilin sonlarında Mithətin ailə üzvlərinin bir hissəsi iribuynuzlu heyvanları ilə birlikdə öz yaşadıqları Hacıbədəlli kəndinə köçüb getsələr də, Mithət xırdabuynuzlu heyvanlarını fermada saxlayaraq, Röya ilə birlikdə yaşayaraq fermaya nəzarət etməyə davam etmişdirlər. Həmin müddət ərzində Röyanın qidalanması, yuyunması, üz və saçının qırxılması həmin ailə üzvləri və Mithət tərəfindən qarşılanmışdır. Hər gün evdə bişirilən yeməkdən Röyaya çatdırmışlar. Röya fermada işlədiyi müddətdə istədiyi vaxtda kəndə qohumlarının evinə getmiş, xeyir-şər tədbirlərində iştirak etmiş, fermanın ətrafında yaşayan və işləyən digər şəxslərlə əlaqə saxlamış, həmçinin onun ailəsi, qohumları və tanışları ilə əlaqə saxlaması üçün istifadəsində ***-***-**-** və ***-***-**-** telefon nömrələri quraşdırılmış mobil telefon olmuşdur. Həmin telefon nömrələri atası Mənsubun adına olsa da, Röyanın istifadəsində olmuşdur. Röyanın qohumları tərəfindən keçirilən yas və toy mərasimlərinə, bayram günlərində daimi yaşadığı və himayələrində olduğu Sənubərgilə mütəmadi olaraq getmişdir. Bu hallarda o, Röyanı aparıb Sənubərin evinə və ya qohumunun evinə düşürmüş, Röya özü qayıtmaq istədikdə isə onu fermaya aparmışdır. Röya bir dəfə onlara xəbər vermədən vermanı tərk edib getmiş, Sənubərə fermada işləmək istəmədiyini bildirmişdir. Bundan sonra Röya bir müddət xalası oğlu Məhərrəmə məxsus, Ağcabədi şəhərində «Nikoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən ehtiyyat hissələri mağazasında işləmiş, lakin sonra özü yenidən fermaya qayıtmışdır. Bundan başqa Röya özü sərbəst olaraq yaxınlıqda yerləşən Hacıbədəlli kəndinə getməklə orada saçını kəsdirmişdir. Röya fermada çobanlıqla yanaşı həm atasının sahəsini, həm də qonşu sahələri suvararaq pul almışdır. Onun ətraf fermalarda işləyin təxminən on nəfər şəxslərlə mütəmadi münasibəti olmuşdur. Röyanın gördüyü əlavə işlərə görə atası Mənsub Röyanın özünə bir dəfə 180 manat pul vermişdir. Həmin pula Röya özünə 2 baş qoyun almışdır. Bir dəfə isə atası Röyaya əlavə işlər qarşılığında 70 manat pul vermişdir. Röya Mithətin yoldaşı Lalənin istifadəsində olan böyük həcmli mobil telefonla özünün istifadəsində olan kiçik həcmli telefonu əlavə olaraq 70 manat verərək dəyişdirmişdir. Yenə də əlavə işlər qarşılığında atası Röyaya 100 manat pul vermişdir. Röya həmin 100 manatla qonşu Pərioğullar kəndindən özünə at almışdır. Bunlarla yanaşı Röya qonşu Şahid1 məxsus sahəni suvararaq qarşılığında pullar almış və həmin pulları şəxsi ehticaclarına xərcləmişdir. Fermanın qonşuluğunda yerləşən X5 və X36 məxsus sahələri suvararaq qarşılığında pullar almışdır. Röyanın üz və saçının qırxılması, qidalanması, mövsümə uyğun geyimlərlə təmin olunması daima atası Mənsubun diqqəti və nəzarətində olmuşdur. Röya 2021-ci ilin təxminən iyul ayıida ona istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək qonşu Şahid1 atasının yonca sahəsinə axan suyu kəsdiyini bildirmişdir. O, dərhal sahəyə getmiş və Şahid1la suvarma suyu ilə əlaqədar mübahisə etmişdir. Anar ona bu heyfi onda qoymayacağını demiş, onu hədələmişdir. Həmin vaxtı qonşu sahənin sahibi X37 da orda olmuşdur. Bu hadisədən 3 ay sonra Şahid1 ondan qisas almaq məqsədi ilə Röyanın Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək ondan şikayət etməsisini təşkil etğmiş, Röyanı onldarın xəbəri olmadan Füzuli rayonunda Orduxan adlı şəxsin fermasına aparmış, televiziyadan nümayəndələr çağırmaqla çəkiliş etdirmiş, həmin çəkilişi onu şantaj etmək məqsədi ilə sosial şəbəkədə yayılmasını təşkil etmişdir. Röyanın istifadəsində olan ***-***-**-** mobil telefonla 25 sentyabr 2021-ci il tarixdə «102» xidmətinə zəng edərək guya onu fermada işlədərək 150 manat pulunu verməməsi, onu silahla hədələməsi barədə məlumatları verməsini Şahid1 təşkil etmişdir. Bununla bağlı olaraq Ağcabədi Rayon Polis Şöbəsində Röya ilə onun arasında üzləşdirilmə keçirilmişdir. Üzləşmə zamanı Röya etiraf edərək bildirmişdir ki, yuxusunda görmüşdür ki, onu silahla hədələmişdir. Belə olduğu halda Röyaya istintaqın rəisi Amil müəllim və təhqiqatçı Hikmət Abbasov bildirmişlər ki, yuxu ilə əlaqədar bir daha «102» xidmətinə müraciət etməsin. Beləliklə də 01 oktyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqatçısı Hikmət Abbasov tərəfindən Röyanın şikayəti ilə əlaqədar olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Röya atasına məxsus fermasında çobanlıq etməyə davam etsə də, 21 gündən sonra, yəni 15 oktyabr 2021-ci il tarixdə Anarın qurduğu plan üzrə fermanı tərk edərək Füzuli rayonuna çobanlıq etmək məqsədi ilə getmişdir. Röyanın eyni bir müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 oktyüabr 2021-ci il tarixli, ləğv edilməmiş qərar mövcud olduğu halda 29 oktyabr 2021-ci il tarixdə istifadəsində ***-***-**-** mobil telefon nömrəsinə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı Tural zəngə edərək atasına məxsus ov silahını götürüb polis şöbəsinə gəlməsini demişdir. O, atasına məxsus ov tüfəngini polis şöbəsinə apararkən onu şöbədə X79 İdarənin əməkdaşı Pərviz qarşılamış, ona Röyanın onun haqqında şikayət etdiyini bildirmiş, araşdırma aparmaqla silaha baxış keçirmiş, onun izahatını almış, fermaya onun iştirakı ilə baxış keçirmiş, sonradan isə onu polis şöbəsinə apararaq saatlarla onu polis şöbəsində saxlamış, eyni zamanda Təqsirləndirilən şəxs2 da şöbəyə çağırtdıraraq izahatını almış və Anarın doğma dayısı X14 mütəxəssis (psixoloq) qismində şöbəyə gətizdirərək onun iştirakı ilə Röyanın izahatını almışdır. Zərərçəkmiş şəxs eyni məzmunlu müraciəti ilə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə, ləğv edilməmiş qərar olduğu halda Baş Mütəşəkkil Cinayətkarplıqla Mübarizə İdarəsinin müstəntiqi Eldar Qədimov istintaq hərəkətləri aparmış, Zərərçəkmiş şəxs məhkəmə-psixatrik, məhkəməpsixoloji ekspertizadan keçirilməsi üçün 01 noyabr 2021-ci il tarixdə qərar qəbul etmişdir. Bir gün sonra isə, 02 noyabr 2021-ci il tarixdə məhkəmə-psixatrik və psixoloji ekspertizanın cavabı olmuşdur. Zərərçəkmiş şəxs onun haqqımda etdiyi şikayətlə əlaqədar olaraq Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqatçısı Hikmət Abbasov tərəfindən 01 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qüvvədə olduğu halda Zərərçəkmiş şəxs təkrarən eyni məsələ üzrə şikayət ərizəsinə əsasən CPM-in 64.1, 65.1, 39.1.7 maddələrinin tələblərini kobud surətdə pozaraq, 07 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul etmişdir. Hansıki CPM-in 39.1.7-ci maddəsinin tələbinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət işi başlanıla bilməz, başlanılmış cinayət üzrə icraata isə xitam verilməlidir. X8suz olaraq 14 yanvar 2022-ci il tarixdə onu İnsan X55 İdarəsinə çağırtdıraraq şahid qismində dindirmiş və 07 fevral 2022-ci il tarixdə zərərçəkmiş şəxsin vəsiqəsinin olmaması və təqsirləndirilən şəxsin müəyyən edilmədiyindən cinayət işinin dayandırılması haqqında qərar qəbul etsə də, qanuna müvafiq olaraq təqsirləndirilən şəxsin müəyyən edilməsi üçün cinayət axtarış tədbirinin keçirilməsi haqqında nədənsə qərar qəbul etməmişdir. X52 14 aprel 2022-ci il tarixdə atasına məxsus fermaya baxış keçirərək ferma sahibi kimi X2, qonşu ferma sahibi X9, qonşu torpaq sahibi X20, atasının fermasına mütəmadi olaraq nəzarət edən və Röya ilə birlikdə yaşayan və əlaqədə olan X15 izahatlarını almış, atasına məxsus qoşalülə ov silahını ondan götürmüş, 07 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini qarşısında vəsatət qaldırmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə təqdimat göndərmiş, məhkəmə tərəfindən barəsində iki ay müddətə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. İlkin ibtidai istintaqın yekunu zamanı cinayət işinin materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, eyni məsələ üzrə Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqatçısı Hikmət Abbasov tərəfindən qəbul edilmiş 01oktiyabr 2021-ci il tarixli rədd qərarı qüvvədə olduğu halda X52 tərəfindən qanunsuz olaraq 07dekabr 2021-ci il tarixdə eyni məsələ üzrə cinayət işinin başlanması üçün qərar qəbul etmişdir. Bu məsələ ilə əlaqədar cinayət işinə prosesual rəhbərliyi həyata keçirən prokrora 19 sentiyabr 2022-ci il tarixdə şikayətlə müraciyət etmişdir. 10 oktiyabr 2022-ci il tarixli qərarla vəsatəti rədd edilmişdir. Ona görə də o, 13 oktiyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında ərzə ilə müraciyət etmişdir. Həmin müraciyəti ilə əlaqədar Səbail Rayon Məhkəməsi tərəfindən keçirilən məhkəmə iclaslarında o, iştirak etsə də, digər tərəf məhkəməyə gəlməmiş, Səbail Rayon Məhkəməsi bu məsələnin Lənkaran Ağır Cinayətlər Məhkəməsinin səlahiyətlərinə ayit olduğu və baxılması üçün aydiyəti üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. X2 ferma sahibi kimi, fermanın ona məxsus olmasını təsdiq edən sənədi istintaq orqanına təqdim etsə də, iş üzrə verdiyi ifadəsində həqiqətləri bildirməsinə baxmayaraq ittiham aktı tərtib edilən zaman həmin sübutların heç biri qanunsuz olaraq qərəzli formada hər iki müstəntiqlər tərəfindən qiymətləndirilməmişdir. X6 ferma sahibi kimi yəni Röya ilə əvvəlcədən razılaşdığı qaydada Röyanın aylıq əmək haqqını Röyanın əvvəllər çobanlıq etdiyi Marif və Əsəd adlı şəxslərin fermasında olduğu kimi Röyanın qəyyum anası Sənubər xanıma vaxtı-vaxtında son qəpiyinə qədər ödənmişdir. Röyaya fermada gördüyü əlavə işlər qarşılığında atasının Röyaya pullar verməsi və Röyanın ailəsi və yaxınları ilə mütəmadi olaraq əlaqə saxlaması məqsədilə telefon alıb verməsi iş üzrə mühüm əhəmiyət kəsb etdiyindən hər iki müstəntiq bu faktları nəzərə almamışlar. X2 istintaq orqanına verdiyi ifadəsi və fermanın atasına məxsus olmasını təsdiq edən sənədi istintaq orqanı gizlədərək və yaxud da qanunsuz olaraq qiymətləndirməyərək onu saxta sübutlarla təqsirləndirərək ittiham etmək qənaətində olduqları açıq-aşkar görünməkdədir. İş üzrə mühüm əhəmiyyət kəsb edən həqiqi sübutları gizlədərək, saxta sübutlar əldə edərək onu haqsız yerə təqsirləndirərək ittiham edən X52un hərəkətləri Bakı şəhəri Nərmanov Rayon Məhkəməsi tərəfindən qanunsuz hesab edilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. İstintaq orqanı onu məcburi qaydada təqsirləndirərək saxta sübutlarla ittiham etmək məqsədi ilə Anarla onun aralarında olan mübahisəni təsdiq edən audiyo səs yazısını və onun xeyirimə ifadə verən 14 nəfər şahidin iş üzrə verdikləri ifadələrini qəsdən qiymətləndirməyərək Röyanın barəsində verdiyi şər və böhtan xarakterli ərizəni əsas götürərək Röya, Anar, Camal və Ehtiramın istintaqa verdikləri yalan ifadələri əsas götürərək onu məcburən təqsirləndirmək və onu saxta ittiham etmək məqsədi ilə baxılması üçün işi məhkəməyə göndərmişdəir. İş üzrə istintaq aparan müstəntiq Gözəl Gözəlovun vəsatətinə rədd qərarı verməsi ilə əlaqədar olaraq məhkəmə nəzarəti qaydasında Bakı şəhər Nərmanov Rayon Məhkəməsinə verdiyi şikayətlə əlaqədar Nərmanov Rayon Məhkəməsinin çıxardığı qərardan Bakı Apillyasiya məhkəməsinə şikayət vermişdir. Bakı Apillyasiya məhkəməsi 05 iyun 2023-cü il tarixə məhkəmə iclası təyin edərək bu haqda rəsmi qaydada onun telefonuna SMS-daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin çağrışına məhəl qoymayan müstəntiq Gözəl Gözəlov 30 May 2023-cü il tarixdə qanunsuz olaraq ittiham aktını tərtib edərək cinayət işinə prosesual rəhbərliyi heyata keçirən prokuroru göndərmişdir. Barəsində ittiham aktı qanunsuz olaraq təsdiqlənərək Lənkaran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-2.2.6-cı maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə ünvan 3 saylı evdə yaşayır. X92 bacısı X38 2002-ci ildə vəfat etmişdir. Həmin vaxt onun əri X30 isə həbsdə olmuşdur. Bu şəraitdə ərinin bacısı Zeynəb Cəfərovanın uşaqları 25 oktyabr 1986-cı ildə doğulmuş X21, xx xxxxxx 1987-ci ildə doğulmuş Zərərçəkmiş şəxs, 4 mart 1989-cu ildə doğulmuş X22 və 16 fevral 1991-ci il tarixdə doğulmuş X39 və 23 mart 1993-cü ildə doğulmuş X56 baxımsız qaldığından məcbur olub həmin uşaqları öz evlərinə gətirmişlər. Ailəsinin imkansız olmasına, ərinin xəstə olmasına və özlərinin də dörd uşaqları olmasına baxmayaraq beş nəfər uşaqları evlərində saxlamağa məcbur olmuşlar. Ağcabədi şəhəri üzrə icra hakimiyyətinin qərarı ilə həmin uşaqları 2002-ci ildə onun qəyyumluğuna verilmişlər. Həm maddi vəziyyətləri çətin olmuş, həm də uşaqların əqli qüsurlu olmaları vəziyyəti pisləşdirmişdir. Özü heç bir yerdə işləmədiyi, heç bir gəliri olmadığı halda 9 uşağı saxlamalı olmuşdur. Zeynəbin uşaqlarını dolandırmaq üçün məcbur olub öz uşaqlarını da məktəbə göndərə bilməmişdir. Uşaqların acından ölməmələri üçün müxtəlif evlərdə fəhləlik etmiş, heyvan baş-ayağı təmizləyib satmış, günəbaxan tumu qovurub satmış, «mədəni dilənçilik» etməklə qonşulardan, tanışlardan çörək, kartof, soğan və başqa ərzaq malları istəyərək almışdır. Səfa Cəfrov uzun sürən xəstəlikdən sonra xx.xx.2010-cu ildə vəfat etmişdir. Acından ölməmək üçün oğlu Musa, Röya və Xəyal qonşuları İbadətin qapırəncərə sexində işləmişlər. Sonra isə oğlu Musa mərasim mağarlarının qurulmasında fəhlə, Röya Əsəd adlı şəxsin fermasında çoban, Xəyal isə kafedə ofsiant işləmişlər. Röya və bacı-qardaşlarının onlarda yaşaması səbəbəindən öz doğma uşaqlarını da məktəbə göndərə bilməmişlər. Röya 18 yaşı olanda hərbi xidmətə çağrılmış, lakin əqli qüsurlu olduğuna görə hərbi xitmətə aparılmamışdır. Onun qardaşı Xəyal da əqli cəhətdən qüsurlu olduğu üçün hərbi xidmətə aparılmamışdır. Ailə vəziyyətləri çətin olduğundan oğlu Musa, Röya və onun qardaşı Xəyal kiçik yaşlarından işləmək məcburiyyətində qalmışlar. Röyanın bacıları Şəlalə və Lamiyyə isə işləməmiş və onun himayəsində olmuşlar. Şəlalə əqli cəhətdən qüsurlu olmaqla mütəmadi olaraq mülacə olunmur. Röya əvvəllər Əsəd adlı şəxsin fermasında, sonralar isə Maarif adlı şəxsin fermasında çobanlıq etmişdir. Maarif Röyanın yeyeib-içməyini, geyimini təmin etmiş və ayda 100 manat pul vermişdir. O isə həmin pulu Röyanın bacılarının saxlanılmasına sərf etmişdir. Maarifin fermasında həm qoyun, həm də iribuynuzlu mal-qara olduğundan Röya orada işləmək istəməmiş, elə fermada işləmək istəmişdir ki, orada ya qoyun, ya da iribuynuzlu mal-qara olsun. Ona görə də 2015-ci ildən belə ferma axtarmışdır. X94 buraxmaq istəməmişdir. Çünki özünə başqa çoban tapmalı olmuşdur. 2016-cı ilin payız aylarında Maarif özünə başqa çoban tapmış, Röya onun vermasından çıxmışdır. Həmin vaxtlar Nəsibin atası Mənsub kişi onlara gələrək Röyanı fermasına aparmaq istəmişdir. Onlar Röyanın fermada ancaq qoyuna baxacağı, Röyanın yemək-içməyinin və geyiminin onlar tərəfindən təmin olunacağı, hər ayda ona 100 manat pul verəcəkləri barədə razılaşmışlar. Bundan sonra Nəsib evinə gəlib, Röyanı fermaya aparmışdır. Demişdir ki, Röya fermada şəraitə baxsın, xoşuna gəlsə, qalıb işləsin. Röya Nəsibin telefonu ilə ona zəng edərək fermanın onun xoşuna gəldiyini bildirmiş və bundan sonra fermada qalıb işləmişdir. Bir müddət keçdikdən sonra Röya əri Ramizin telefonuna ***-***-**-** televon nömrəsi ilə zəng edərək Nəsibin ona telefon alıb verdiyini bildirmişdir. Sonra Röyanın telefonu suya düşüb xarab olduğuna görə Nəsib ona ***-***-**-** mobil telnfon nömrəsini alıb vermiş, Röya həmin nömrəini işlətmişdir. Röya fermada Mithət və onun ailə üzvləri ilə birlikdə yaşamış və razılıq etmişdir. Nəsib Röyanın çobanlıq etməsinə görə onlara ayda 100 manat pul vermiş, Röyaya təzə paltarlar almış, Novruz və yeni il bayramlarında onlara quzu vermişdir ki, kəsib ətindən istifadə etsinlər. Röyanın gördüyü əlavə işlərə görə Nəsib və onun atası Mənsub onun özünə əlavə pul vermişlər. Röya həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ona verilən yüz manat pulu isə Röyanın bacılarının saxlanılmasına xərcləmişdir. Sonralar isə Nəsibin atası Mənsub Röyanın aylıq əmək haqqını 150 manata qaldırmışdır. Röya qonşu fermalarda olan şəxslərin işlərini görmüklə əldə etdiyi pula özünə qoyun, at almış, telefonunu dəyişmişdir. Röya qohumlarda olan toy və yas mərasimlərində iştirak etmişdir. Röya Nazlı xalasının yas mərasimində iştirak etməklə on gün evlərinə qalmışdır. Füruzə xalasının oğlu Məhəmmədin toy mərasimində iştirak etməklə dörd gün evlərində qalmışdır. 2019-cu ilin yay aylarında Röya evə gələrək fermada işləmək istəmədiyini bildirmişdir. O isə Röya ilə razılaşmışdır. Bundan sonra Röya xalası oğlu Məhərrəmin yanında işləməyə başlamışdır. Lakin bir müddət sonra fermaya qayıtmaq istədiyini bildirmiş və yenidən fermaya qaıtmışdır. 25 sentyabr 2021-ci il tarixdə Nsib əri Ramizə zəng edərək bildirmişdir ki, Röyanın yuxusunda onu silahla hədələdiyini görərək 102 xidmətinə zəng etməsini bildirmişdir. Bununla əlaqədar olaraq onları Ağcabədi Rayon Polis Şöbəsinə çağırmışlar. Röya peşiman olduğunu bildirmiş və Nəsibdən onu fermaya qaytarmasını xahiş etmişdir. Bundan sonra Röya fermaya qayıtmışdır. 16 oktyabr 2021-ci il tarixdə Nəsib onlara zəng edərək Röyanın fermadan getdiyini bildirmişdir. Onlar Röyanın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişlər, lakin zəng çatmamışdır. Təxminən 25 oktyabr 2021-ci il tarixdə Röya oğlu Musanın telefonuna zəng edərək onu kürd Anarın fermadan apardığını, olduğu yeri bilmədiyini, bu barədə kiməsə bildirsə, onu öldürəcəyini dediyini bildirmişdir. O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat vermişdir. Polis işçiləri bir neçə gün sonra Röyanı tapıb gətirsələr də, Röya Musa ilə olan telefon danışığını boynuna almamışdır. Anar isə Röyanı fermadan oğurlayıb aparmadığını, Röyaya başqa fermada iş axtardığını demişdir. Bir ana kimi Röyanın ona qarşı hərəkətlərini anlaya bilmir. Röyanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə 25 oktyabr 2021-ci il tarixdən sonra zəng çatmamışdır.Anar onlara qarşı qəzəbli olduğuna görə Röya Füzuli rayonunda Orduxanın fermasında çoban işlədiyi zaman televiziyanın əməkdaşlarını oraya aparmaqla guya onun və Nəsibin məcburi əməyə cəlb etmələrinə dair çəkiliş etmişdir. Bundan sonra İnsan X55 İdarəsinin əməkdaşı onu Ağcabədi Rayon Polis Şöbəsinə çağırmış, izahatını almışdır. Röyanı isə onun üzünə qoymaq məqsədi ilə apapıb sığınacağa yerləşdirmişlər. Himayəyə götürdüyü uşaqlardan Səfa Cəfrov xx.xx.2010-cu ildə xəstəlikdən vəfat etmişdir. Cəfərov Xəyal, Cəfərova Şəlalə və Zərərçəkmiş şəxs övladları kimi onun evində yaşayırlar. Cəfərova Lamiyə isə ailə qurmuşdur, öz ailəsi ilə yaşayır. X43 fermasında işləməsinə ona görə razılıq vermişdir ki, həmin fermada Mithət və ailəsi yaşamışlar. Röyalın yemək-içməyinin, yaşam şəraitinin təminatlı olması üçün onun həmin fermada işləməsini istəmişdir. Röyal özü də həmin fermada işləmişdir. Röyanın Mənsubun fermasında çoban işləməsi üçün ona qarşı heç bir təzyiq, ğəsir göstrməmişlər. Röyanın Mənsubun fermasında işləməsi üçün onu hərbi xidmətə göndərməklə təhdid etməmişlər. Röya özü bilmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən azad olunmuşdur. Röya Mənsubun fermasında işlədiyi müddətdə müxtəlif vaxtlarda evə gəlmiş, hamamlanmış, sonra fermaya qayıtmışdış, kənddə istədiyi yerlərə, qohumlarının xeyir-şər məclislərində iştirak etmiş, özündə olan telefonla istədiyi adamlarla əlaqə saxlamışdır. Mənsubun aylıq olaraq verdiyi 100-150 manati pulu Röyanın onun himayəsində yaşayan bcı-qardaşlarına, Röyanın özünə, ailələrinin ümumi ehtiyaclarına xərcləmişdir. Röyanın bacısı Lamiyəni gəlin köçürmüş, topladığı pullar hesabına onun toyunu etmiş və ona cehiz vermişdir. Röyanın bacısı Şəlalə əqli cəhətdən xəstədir, onun yaşaması, müalicəsinə sərf etmişdir. Röyanı heç vaxt hədələməmişdir, Nəsib də Röyanı hədələməmişdir. Şahid1 Nəsiblə münasibəti pis olduğuna görə Röyanı öyrətmiş, şikayət etdirmişdir, bundan sonra Nəsib və atası Mənsub Röyanın onların ıfermasında işləməsini istəməmişlər. Lakin Röya özü həmin fermada işləməkdlə davam etmişdir. Bundan sonra isə Şahid1 onların xəbəri olmadan Röyanı fermadan Füzuli rayonuna başqa fermaya aparmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, uşaq yaşlarında anası Zeynəb vəfat etmişdir. Atası Vidadini isə heç vaxt görməmişdir. Anasının vəfat etməsindən sonra onu, bacıları Şəlaləni, Lamiyəni, qardaşları Xəyalı və Səfanı dayısı Rmiz Cəfərov və arvadı Təqsirləndirilən şəxs2 boyütmüşlər. Onlar uşaq olanda qardaşları Səfa yol qəzasında vəfat etmişdir. Lakin özü, iki bacıları və qardaşı Xəyal dayisinin ailəsində böyümüşlər. Təxminən on il bundan əvvəl dayısının həyat yoldaşı Təqsirləndirilən şəxs2 onu Ağcabədi rayonu Cəfərbəyli kəndinin icra nümayəndəsi olan Təqsirləndirilən şəxs1 şəxsi fermasına pul qarşılığında işləməyə göndərmişdir. Həmin ferma Cəfərbəyli kəndinin yaxınlığında yerləşir, kənddən oraya piyada yarım saatlıq yoldur. O, fermaya gedəndə iki bacısı və qardaşı Xəyal Sənubərin evində qalmışlar. Bacılarına və qardaşına Sənubər baxmışdır. Sonralar bacısının biri ailə qurmuş, qardaşı Xəyal və bacısının biri hazırda da Sənubərin evində yaşayırlar. O, əvvəllər Ağcabədi rayonunda Taxta körpü adlanın yerdə Maarif adlı şəxsin fermasında, sonra Atanın fermasına, daha sonra Əsədin fermasına çoban işləmişdir. Sonra isə Nəsibin kəndlərinin yaxınlığında yerləşən fermasında çoban işləmişdir. Onu həmin fermaya işləməyə Sənubər göndərmişdir. O, Nəsibin fermasına çoban gedəndə Mitət adlı şəxs həmin fermada işləmişdir. Nəsibin atası Mənsub da fermada olmuşdur. Onlarla birlikdə çalışmışlar. Mitət onun yeyib-içməyini təmin etmişdir. O, fermada çoban işlədiyi müddətdə kərpicdən tikilmiş evdə yaşamışdır. Fermanın yaxınlığında digər fermalar və evlər də olmuşdur. Fermanın yaxınlığında Ələddinin evi və ferması yerləşir. Ələddin orada daima yaşayır, həm də mal saxlayır. Ələddindən başqa Məhəmmədin də evi və ferması həmin fermanın yaxınlığında yerləşir. Məhəmmədin ferması onun yaşayıb işlədiyi fermanın təxminən 20 metrliyində yerləşir. Bir müddət ona fermada Mitət baxmış, sonralar Mitət fermadan getmişdir. Mitət getdikdən sonra Nəsib qoyunların sayını artırmışdır. Onu fermada işlədiblər, onu ac-susuz saxlamışlar, qoşalüləli tüfənglə hədələməklə vermada saxlamışlar. Nəsib onun fermada işləməsinə görə Sənubərə ayda 150 manat pul vermişdir. Lakin həmin pulu Sənubər ona verməmişdir. X83 həmin pula özünə dərman aldığını bildirmişdir. Qonşuların otunu oğurlayıb, onun üstünə atmışlar. Ayağında sapoq olmadığı halda qoyunu otarmış, altını kürümüşdür. Saat 6-ya kimi oyaq qalmış, günortalar yatmımışdı. Qoyun öləndə onu günahlandırıb söymüşlər. Onu qorxutmaq üçün aparıb fermada gizlətmişlər. Nəsib ona demişdir ki, əgər evinizə getsən, dayını çağıracağam, gəlib səni döysün. Onun sənədi olmamışdır. Nəsib onun başının üstündə durub səhərə kimi işlətmişdir. İtin yalını da o bişirmişdir. Elə hallar olmuşdur ki, atası onu yanına aparmış, lakin Nəsib maşınla gəlib onu fermaya aparmışdır. Nəsib özü fermaya gec-cec gəlmişdir. Elə hallar olmuşdur ki, uzun müddət gəlməmişdir. O, Nəsibə telefon vasitəsi ilə zəng etsə də, Nəsib ona yemək gətirməmişdir. Qonşu Ələddinin fermasında işləyən Vüqar onu tez-tez çağırmış, birlikdə yemək yemişlər. Fermada işlədiyi müddətdə Nəsib və ya Sənubər onu Ağcabədiyə aparmamışlar. Lakin Hacıbədəlli kəndinə saçını kəsdirməyə getmişdir. Xalası Nazlının əri Zakir öləndə kəndə getmiş və xalası Sənubərin evində və atasının yanında beş gün qalmışdır. Fermada olduğu müddətdə onun istifadəsində mobil telefon olmamışdır. Sənubər arada bir Fermiaya gəlmişdir. Sənubər onu fermadan aparacağını desə də, aparmamışdır. Fermada olduğu müddətdə qonşuları Ələddin, Məhəmməd, Vüqar və çobanlarla ünsiyyətdə olmuşdur. Vüqara fermada məcburi qalmasını demişdir. Onun fermadan qaçmaq imkanı olmuşdur. Lakin fikirləşmişdir ki, fermadan qaçsa, onu tutub döyərlər. Onlarla qonşuluqda ferması olan Anarla Nəsib su üstündə mübahisə etmişlər. Son günlər Anar fermaya gəlmiş və onun fermada məcburi işlədilməsi barədə polisə zəng edib məlumat vermişdir. Anarla birlikdə polisə gedib şikayət etmişdir. Nəsib ona telefon alıb vermişdir, telefondan istifadə etmişdir. Arada pul düzəldib telefonunu dəyişmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllərdən tanıyır, onunla aralarında normal münasibətlər olmuşdur. Onunla bir dəfə sahəni suvarmaq üstündə mübahisələri olmuş, lakin bu şəxsi ədavədə çevrilməmişdir. Onun anasının adına olan torpaq səhsi Nəsibin fermasının yaxınlığında yerləşir. Nəsibin fermasında çoban işləyən Zərərçəkmiş şəxsla sahədə olduğu zaman tanış olmuş, münasibətləri yaranmışdır. Elə hal olmuşdur ki, Röya onun torpaq sahəsini suvarmış və əvəzidə Röyaya 20 manat pul vermişdir. Zərərçəkmiş şəxs istifadəsində mobil telefonu olmuşdur. Onun telefon aparatı ekranlı, senserli olmuşdur. Zərərçəkmiş şəxsla müxtəlif vaxtlarda telefon əlaqəsi saxlamış, danışmışlar. Adətən Röya ona çağrış vermiş, o, Röyanın telefon nömrəsini yağmış və danışmışlar. Röya onunla görüşdüyü zaman Nəsibin fermasında işlədiyi halda əmək haqqının özünə verilmədiyini, Nəsibin onu döyüb təhqir etməsini orada işləmək istəmədiyini, əmək haqqını özünün almaq istəməsini bildirmiş və onun çoban işləməsi üçün başqa bir ferma tapmasını xahiş etmişdir. Röya Nəsibin onu döyməsini göstərsə də, o şəxsən Nəsbinin Röyanı döyməsini və ya təhqir etməsini görməmişdir. O, Röyaya onun işləməsi üçün başqa ferma axtaracağına söz vermişdir. Bir müddət sonra Röya onun mobil nömrəsinə öz möbil nömrəsindən zəng edərək ferma tapıb tapmadığını soruşmuşdur. O isə ferma axtardığını demişdir. O, 2021-ci ilin oktyabr ayında tanışı Şahid2 Röya adlı çonban olduğunu, onun Nəsibin fermasında işlədiyini, başqa vermaya gedərək orada işləmək istəməsini demişdir. Etiram isə qohumu Orduxanın Füzuli rayonunda yerləşən fermasına çoban lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Şahid2lə birlikdə X53 rayonunda yerləşən fermasına aparmışlar. X84 fermasında 4-5 gün işləmişdir. Ona təqdim olunan telefon danışıqları haqqında məlumatlara əsasən deyə bilər ki, onun istifadəsində olan ********** mobil telefon nömrəsi ona məxsusdur. O,həmin telefon nömrəsi ilə zəng etməklə Nəsblə də danışdığı hallar olmuşdur. Telefon danışıqları barədə məlumatlara əsasən ona məxsus həmin telefon nömrəsindən müxtəlif vaxtldarda ***-***-**-** və ********** telefon nömrələrinə olan çoxsaylı zənglər barədə onu deyə bilər ki, həmin nömələrə zəng etməklə həmişə Zərərçəkmiş şəxsla danışmışlar. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, onun sahəsi ilə Nəsibin ferması arasında uzaq məsafə olduğu üçün sahəsinin yanından keçəndə fermada kənar şəxslərin olubolmamasına fikir verməmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında günorta saatlarında ayaqla fermasından yaşadığı evə gedərkən görmüşdür ki, Röya Nəsibin fermasında iş görür, heyvanların artıqlarını təmizləyir. İlk baxışdan hiss olunmuşdur ki, Röya işi görməkdə əziyyət çəkir, paltarları yararsız gündədir, özü də çox yorğundur. Röyaya yaxınlaşmış və kim olduğunu soruşmuşdur. Röya isə onunla danışmaq istəməmiş və laqeyd münasibət göstərmişdir. O, Röyanın acınacaqlı şəraitdə olduğunu görüb yazığı gəlmiş və bir daha hansı işlə məşğul olduğunu, kömək lazıb olub-olmadığını soruşmuş, Röya ona adını bildirdikdən sonra bir qədər söhbət etmişlər. Hiss etmişdir ki, Röya nədənsə qorxur, tez-tez sağa-sola boylanır. O Röyanı ələ almağa çalışmış, yeməyə, suya ehtiyacı olub-olmadığını soruşmuş, həmin vaxt Röya ona bildirmişdir ki, Nəsibin fermasında neçə ildir işləyir, lakin Nəsib və qohumları tərəfindən nə pul verilir, nə də hörmət qoyulur, Nəsibdən qorxduğu üçün də heç bir yerə gedə bilmir, heç nə əlindən gəlmir. Röyaya kömək etmək üçün təklif etmişdir ki, onunla birlikdə evə getsin, əyninə paltar alsın, yemək versin, çay içdikdən sonra da başına gələnləri ətraflı danışar. Lakin Röya bundan çox qorxmuş və bildirmişdir ki, Nəsib xəbər tutsa Röyanı döyər. Buna görə də çıxış yolu kimi Röyaya bildirmişdir ki, onun telefonundan polisə zəng vursun, çünki Röyadan soruşanda ona bildirmişdir ki, telefonu yoxdur. Öz telefonu ilə 102-yə zəng vurmuş və telefonu Röyaya vermiş, Röya telefonu götürmək, şikayət etmək istəməmiş, bildirmişdir ki, Nəsibdən çox qorxur, o isə izah etmişdir ki, polis gəlib Röyanı aparacaq, başına gələnləri polisə danışandan sonra lazımi köməklik edəcəklər. Röya telefonla danışıb bildirmişdir ki, Nəsib işlədib pulunu vermir, söyüb-təhqir edir və döyür. Bundan sonra o bir qədər polis əməkdaşlarının gəlməsini gözləmiş, lakin gec gələcəyini görüb Röyaya tapşırmışdır ki, narahat olmasın, polislər köməklik edəcəklər. Həmçinin Röyaya tapşırmışdır ki, polislər gələndə qorxmasın, onun evdə bəzi işləri var, evə baş çəkib gələcəkdir. O çıxıb getdikdən bir-iki saat sonra yenidən Nəsibin fermasının yanından keçərkən görmüşdür ki, orada heç kim yoxdur. Düşünmüşdür ki, yəqin polislər Röyanı gəlib götürmüşlər. Bundan sonra bir neçə dəfə yenə də fermanın yanından keçərkən Röyanı orada görməmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında Nəsibin fermasının yanından keçərkən yenə görmüşdür ki, Röya ferma ərazisində halsız, taqətsiz, könüllü şəkildə iş görür. Röyaya yaxınlaşıb hal-əhval tutmaq istədikdə sonuncu ondan qaçmağa başlamış, Röyaya çatıb dayandırmış və nə baş verdiyini soruşmuşdur. Röya ondan çox qorxmuş və danışmaq istəməmişdir. Köməklik etmək istədiyini bildirib sakitləşdirmiş və nə baş verdiyini soruşmuşdur. Röya cavabında bildirmişdir ki, polisə şikayət edəndən sonra Nəsib Röyanı polisdən götürüb yenidən fermaya gətirmiş, əvvəlkindən də pis günə qoymuşdur. Həqiqətən görmüşdür ki, Röyanın vəziyyəti çox pisdir, yuyunmamaqdan çox pis qoxu gəlir. Röyaya yenə bildirmişdir ki, onunla getsin, köməklik edər. Röya isə fermadan çıxmağa qorxmuş, bildirmişdir ki, Nəsib Röyanı tapacaq, yenidən fermaya qaytaracaq. Bu zaman ağlına belə bir fikir gəlmiş və Röyaya bildirmişdir ki, qohumlarının başqa rayonda, Füzuli rayonunda fermaları var, həmin fermaya getsinlər, özü Röyanı oraya aparacaq, Nəsib də Röyanı həmin fermada tapan deyil, çünki ferma çox uzaqdadır. Röya razılıq verdikdən sonra həmin gün taksi sürücüsü işləyən Ehtiramla əlaqə saxlamış və bildirmişdir ki, Nəsibin fermasına gəlsin. Ehtiram gəldikdən sonra Röyanın öz razılığı ilə sonuncunu Ehtiramın avtomobili ilə Füzuli rayonunda yerləşən tanışı Orduxanın fermasına aparmışdır. Orada Orduxanla görüşüb, danışıb tapşırmışdır ki, Röya buna qədər çox əziyyət çəkmişdir, sonuncuya yaxşı baxsınlar, istədiyini versinlər. X85 ilə razılaşmışdır ki, aylıq 250 manat pul verəcək, həmin pulu Röya özü götürəcəkdir, çünki həddi-büluğa çatmış insandır. Bundan sonra da Ehtiramla yaşadığı ünvana qayıtmışdır. Bir neçə gün sonra Röyanın dayısının arvadı Sənubər Ağcabədi Rayon Polis Şöbəsinə şikayət etdiyi üçün bununla bağlı onu, həmçinin Röyanı polis şöbəsinə çağırmışlar, Röyanı o polis şöbəsində görmüşdür. Orada ondan Röya barədə soruşduqda izahatında baş verənləri olduğu kimi bildirmişdir, qeyd etmişdir ki, Röya öz istəyi ilə, Sənubər və Nəsibdən canını qurtarmaq üçün Orduxanın fermasına getmişdir. Həmin vaxt Röya dayısı arvadı və Nəsibin yanına qayıtmaq istəmədiyini, Nəsib tərəfindən döyüldüyünü təkidlə bildirmişdir. Sonradan eşitmişdir ki, İnsan X55 Baş İdarəsinin əməkdaşları Röyanı Orduxanın fermasından götürərək təhlükəsiz şəraitdə yerləşdirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, onun bacısı X4 əri Orduxan Qələndərovun ferması vardır, onların ferması Füzuli rayonunda yerləşir. Şahid1 uzun müddətdir ki, tanıyır, lakin Nəsb Nəsibovu və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onun bacısıgilə məxsus olan fermada işləmək üçün çoban lazım olmuşdur. Çoban axtardıqlarından bu barədə elan vermişlər. Onların çoban axtarmalarını Şahid1 da bilmişdir. 2021-ci ilin oktyabr ayında Anar ona Ağcabədi rayonu Cəfərbəyli kəndində fermada işləyən bir nəfər çoban tanıdığını, həmin oğlanın adının Röya olduğunu, təmiz və qoçaq oğlun olduğunu, əmək haqqının özünə verilmədiyinə görə başqa fermada işləmək istədiyini bildirmişdir. Bundan sonra Röya ilə əlaqə saxlamaqla Ağcabədi rayonu Hacıbədəlli kəndində görüşmüşlər. Röya kəndə təklikdə gəlmişdir. Röya ilə onların fermasında ayda 250-260 manat əmək haqqının ödənilməsi şərti ilə fermada işləməsinə razılaşmışlar. Bundan sonra Röyanı Hacıbədəlli kəndindən götürməklə Şahid1la birlikdə bacısının əri X17 rayonunda yerləşən fermasına aparmışlar. Bacısıgilin fermasına çoban lazım olduğuna görə Röyanı fermaya aparmışlar. Röya Nəsibin onu döyməsi, təhqir etməsi barədə ona heç bir söz deməmişdir. Lakin Röya onqunla görüşərkən paltarları pis vəziyyətdə olmuşdur. Röyanın fermadan aparılması ilə bağlı şikayət olduğundan o, fermada 4-5 gün işləmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X29 göstərdi ki, yaşadıqları Ağcabədi rayonu Cəfərbəyli kəndin ərazisində yerləşən ferma ona məxsusdur. Həmin fermanın yerləşdiyi torpaq sahəsi də rəsmi sənədlər əsasında ona məxsusdur. Həmin fermanı əvvəllər qonşu Hacıbədəlli kənd sakini X31 icarəyə vermişdir. 2016-cı ilin əvvələrində isə özü də fermadan istifadə etmək qərarına gəlmiş və 60-70 baş xırdabuynuzlu heyvanlar almış və fermada özü baxmışdır. Mithət və ailəsi də həmin vaxt fermada yaşamaqla öz heyvanlarını saxlamışdır. 2016-cı ilin əvvəllərində həm özü heyvan saxladığından, həm də səhəti ilə bağlı olaraq fermada heyvanlara baxmaq üçün çoban axtarmışlar. Həmkəndliləri Təqsirləndirilən şəxs2 himayəsində olan bacısı oğlu Zərərçəkmiş şəxs ayrı-ayrı fermalarda çobanlıq etdiyini öyrənərək Təqsirləndirilən şəxs2 ilə görüşməklə Zərərçəkmiş şəxs onların fermasında işləməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 Röyanın Ağacabədi rayonu Taxta körpü qəsəbəsində Maarif adlı şəxsin fermasında çoban işlədiyini, Röyanın özü ilə görüşüb danışmaq lazım olduğunu bildirmişdir. O, Maarif adlı şəxsin fermasına gedərək orada çobanlıq edən Zərərçəkmiş şəxs ilə görüşmüş, ona onların fermasında işləməyi təklif etmişdir. Zərərçəkmiş şəxs onların ferması kəndin yaxınlığında olduğundan və Maarifin fermasında iş ağır olduğundan onların fermasında çobanlıq etməyə razılıq vermişdir. Lakin Zərərçəkmiş şəxs həmin fermadan çıxması bir ilə yaxın uzanmışdır. Röya 2016-cı ilin payızında onların fermasına gəlmişdir. Sənubərlə və Röyanın özü ilə olan razılaşmaya əsasən əmək haqqı olaraq Röyaya əvvəlcə ayda 100 manat, sonralar isə 150 manat pul vermişdir. Əmək haqqını Sənubərə və elə hallar olmuşdur ki, Röyanın özünə vermişdir, Röya isə əmək haqqını anası hesab olunan Sənubərə vermişdir. Röyanın gündəlik yaşamaq xərcləri, yəni otaqla təmin edilməsi, gündə üç dəfə yemək yeməsi, paltarlarla təmin olunması isə onun üzərinə düşmüşdür. Röya fermaya getdikdən sonra beş il yarım Midhədin ailəsi ilə yaşamışdır. Bu müddətdə Röyanın gündəlik yemək-içməyi Midhədin ailəsi ilə birlikdə olmuşdur. Həmçinin özü və oğlu Nəsi də gündəlik olaraq Röyaya yemək aparmışlar. Röyanın hərəkətlərinə heç bir məhdüdiyyət qoyulmamışdır. İstədiyi vaxt vermadan kəndə getmiş, müxtəlif məclislərdə iştirak etmişdir. Həmçinin öz adına telefon nömrəsi almaqla Röyaya vermiş, onu təlefonla təmin etmişdir. Röya telefon vasitəsi ilə istədiyi şəxslərlə əlaqə saxlamışdır. Röyanı hərbi xidmətə göndərməklə və başqa hansı formada təhdid etməklə fermada işlətməmişlər. Röya arada fermada işləmək istəməmiş, gedib başqa yerdə bir müddət işləmiş və yenidən öz istəyi ilə fermaya qayıtmışdır. Hər ehimala qarşı fermada Röyanın yaşadığı otağa kartof, soğan, yağ, pendir, yumurta və başqa zəruri ərzaq məhsullarını alıb qoymuşdur. Röya ilə münasibətləri yaxşı olmuş, heç bir narazılıqları olmamışdır. Röyanın fermaya getməsindən beş il yarım sonra Midhədin ailəsi fermadan getmiş, lakin özü yenə də fermada qalmışdır. Röya fermanın qonşuluğunda yerləşən fermalarda işləyən şəxslərlə, torpaq sahibləri ilə daimi əlaqə saxlamış, qonşu sahələri suvarmaqla və başqa işləri görməklə onlardan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Son vaxtlar onlarla qonşu sahənin sahibi, əslən Laçından olan Şahid1 onun oğlu Nəsblə mübahisələri olduğundan Röyanı öz sahəsinə aparmaqla onlara qarşı öyrətmişdir. Röyanın fermada işləməsi barədə Sənubər və Röyanın özü ilə ferma sahibi kimi o razılaşmışdır. Əmək haqqını həm Röyanın anası Sənubərə, həm də onun özünə vermişdir. Röyanın fermada işləməsi üçün ona heç bir təsir-təzyiq etməmişlər. Röya istədiyi vaxt fermanı tərk etmiş və yenidən qayıtmışdır. X103 hədələməmiş, ona təzyiq etməmişdir. Qonşu torpaq sahəsinin sahibi Anar Cəfrov onlarla münasibəti olmadığına görə Röyanı onlara qarşı öyrətmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X45 göstərdi ki, əri X40 ilə birlikdə uzun müddət Nəsbin atası Mənsubun fermasında yaşamışlar. Onlar Mənsuba məxsus fermanı icarəyə götürmüşlər. Mənsuba icarə haqqı vermişlər. Lakin sonradan özlərinin heyvanları sayca artdığından fermada heyvanlarını saxlamaqla bağlı icarə haqqı verməmişlr. Röya Cəfəro fermaya gələrək bir neçə il müddətində Mənsubun qoyunlarına baxmış və onlarla bir yerdə yaşamışdır. Bu müddətdə Röyanın iki bacısı və bir qardaşı da Sənubərin yanında yaşamışlar. Röya fermada işlədiyi müddətdə onun əmək haqqını Mənsub vermiş və onu təmin etmişdir. Röya əqli cəhətdən normal adam olmuşdur. Röya fermada məcburi qaydada qalmamış və işləməmişdir. Öz razılığı ilə işləmişdir. Röyanın razılığı ilə Mənsub onun əmək haqqını anası Sənubərə vermişdir. Elə hallar da olmuşdur ki, Mənsub əmək haqqını Röyanın özünə vernmiş, Röya isə aparıb Sənubərə vermişdir. Röyanın paltarlarını o yumuş və ona qulluq etmişdir. O, şəxsən fermada Röya ilə birlikdə altı il yaşamışdır. Bu müddətdə Nəsib heç vaxt fermaya tüfəng ilə gəlməmişdir. Fermada tüfəng olmayıb, Nəsibin Röyanı tüfənglə və ya tutdurmaqla qorxutduğu hallar olmamışdır. Altı il sonra o, kəndə getmiş, əri Midhəd isə fermada qalmışdır. Röyanın paltarlarını əksər hallarda Mənsub almışdır. Elə hallar olmuşdur ki, Sənubər də Röyaya paltar almışdır. Röya fermada olduğu müddətdə sərbəst olmuş, qonşu fermalarda yaşayan şəxslərlə əlaqəsi olmuş, kəndə özü tək getmiş-gəlmiş, onların kəndlərinə gedərək saçını qırxdırmışdır. Röyada telefon olmuşdur. Röyanın telefonu adi telefon olmuş, onun telefonunu isə ekranlı olduğundan onun telefonundan xoşu gəlmişdir. Röya telefonunu ona satmasını təklif etmişdir. O, Roya ilə razılaşmış, Röya öz telefonunu və əlavə olaraq 70 manat pul ona verməklə onun telefonunu almışdır. Röya onun baldızı Leylanı istəmiş, onunla evlənmək istəmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X39 göstərdi ki, Təqsirləndirilən şəxs2 onun anası, Röyal Cəfrov isə qardaşıdır. Uşaq yaşlarında anaları öldüyünə, ataları isə həbsdə olduğuna görə onu, qardaşı Röyanı, bacıları Şəlaləni və Lamiyəni bibiləri Sənubər himayəyə götürüb saxlamışdır. Onlar böyüdükdən sonra müxtəlif yerlərdə işləmiş, pullarını Sənubərə verməklə ailəyə kömək etmişlər. Sənubər bacısı Lamiyənin toyunu etmiş, ona öz pulları hesabına cehiz vermişlər. Nəsib də Lamiyənin cehiz əşyalarının alınmasına köməklik etmişdir. Röya Nəsibin atası mənsubun fermasında öz razılığı ilə işləyib. Bu müddətdə o isə Ağcabədi şəhərində yerləşən «Ozan» kafesində qulluqçu işləmişdir. Kafe ilə Röyanın işlədiyi ferma arasında 5 kilometrədək məsafə olmuşdur. Röya müxtəlif vaxtlarda kafeyə onun yanına gəlmiş, yemək yemişdir. Nəsiblə də gəlmişlər. Röya heç vaxt Nəsibdən və ya onun atası Mənsubdan narazılıq etməmişdir. O, arada Röyanı kafeyə gətirmiş, Röya bir müddət kafedə işləmiş, laki işi bacarmadığına görə fermaya qayıtmışdır. Röyanın istifadəsində telefon olmuşdur. Röya onunla telefonla müxtəlif vaxtlarda danışmışdır. Röya fermada işləməyə məcbur edilməmiş, öz razılığı ilə işləmiş, boş vaxtalarında başqa işləri də görüb pul qazanmış, qohumları, tanışları ilə əlaqə saxlamış, xalası oğlanları Musanın, Məhərrəmin və başqa şəxslərin toy məclislərində iştirak etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X16 göstərdi ki, Nəsibin atası Mənsuba məxsus fermasında çoban işləyən Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Onun və qardaşının yonca sahəsi fermanın yaxınlığında yerləşir. Röya düşəndə onun və qardaşının yonca sahələrini suvarmaqla ondan pul almışdır. O, Röyaya pulunu ödəmək şərti ilə yonca sahəsini suvarmasını təklif etmişdir. Röya onunla razılaşmaqla yonca sahəsini suvarmış və Röyaya 70 manat pul vermişdir. Röya sərbəst olmuş, qonşu fermalara getmiş, həmçinin qonşu Şahid1 və X1 suvarmaqla onlardan pul almışdır. Röya fermada yaxşı yaşayıb, onun paltarları, geyimi, yemək-içməyi Nəsibgil tərəfindən yaxşı təmin edilmişdir. Röya heç bir vaxt Nəsibdən şikayətlənməmişdir. Röya evlənmək istədiyini bildirmişdir. Röyanın Nəsibə münasibətləri yaxşı olmuş, dəfələrlə Nəsibin Röyanı öz avtomaşını ilə evlərinə aparmasını görmüşdür. Röyada mobil telefon olmuşdur. O, Röyanın mobil telefonunu götürməklə öz suçusuna vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X37 göstərdi ki, onun otlaq kimi istifadə etdiyi torpaq sahəsi Mənisub Nəsibovun ferması ilə qonşu sahədədir. Həmin fermada çoban işləyən Zərərçəkmiş şəxs ilə münasibətləri olmuşdur. Röya ilə tez-tez görüşmüşlər. Röya fermada yaxışı yaşamış, Mənsubdan və ya onun oğlu Nəsibdən narazılığı olmamışdır. 2021-ci ilin təxminən avqust ayında torpaq sahəsinin aşağı hissəsində bir nəfərin Nəsiblə mübahisə etdiyini görmüşdür. Sonradan Nəsblə mübahisə edən şəxsin adının Anar olmasını bilmişdir. Anar mübahisənin sonunda gör sənin başına nə oyun açacağam deyərək Nəsibi hədələmiş və atına minərək oradan uzaqlaşmışdır. Röyanın istifadəsində telefon olmuş, onunla telefonla danışdığı hallar olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən X57 göstərdi ki, Təqsirləndirilən şəxs2 onun anasıdır. Zərərçəkmiş şəxs isə bibisi oğludur. Röyanın uşaqlıqda anası ölmüş, atası isə həbsdə olduğuna görə digər bacı-qardaşları ilə birlikdə anasının himayəsinə verilmişlər. Onları anası böyütmüşdür. X72 fermasında öz razılığı ilə çoban işləmiş, aylıq 150 manat əmək haqqının anası Sənubərə vermişdir. Sənubər də həmin pulu Röyanın onlarda yaşayan bacı-qardaşlarına xərcləmişdir. Röya Mənsubun fermasında öz razılığı işləmişdir, ona qarşı heç bir təzyiq olmamışdır. Röya fermada işləməsindən razı olmuşdur. O müxtəlif vaxtlarda fermaya gedərək Röya ilə görüşmüşdür. Röyanın fermada yaşaması üçün normal şərait oliuşdur. 2021-ci ilin təxminən oktyabr ayında Nəsib ona zəng edərək Röyanın fermada olmadığını bildirmişdir. O isə Röyanın fermadan haraya geməsi barədə məlumatının olmadığını bildirmişdir. Bu barədə anasından soruşmuş, anası da Röyanın fermadan haraya getməsini bilmədiyini demişdir. Bundan sonra təxminən bir həftə, on gün vaxt keçməsinə baxmayaraq Röyadan səs çıxmamışdır. Bu müddətdən sonra bir gün Röya ona tanımadığı telefon nömrəsi ilə zəng etmişdir. O, Röyadan harada olduğunu soruşmuş, Röya kürd Anarın onu femadan oğurlayıb Füzuli rayonunda tanımadığı bir fermaya aparmasının demişdir. Röya Nəsibin fermasından getmək istəmədiyini, onu Anarın oğurlayıb aparmasını bildirmiş, gəlib onu evə aparmasını xahiş etmişdir. O isə Röyaya onun harada olduğunu bilmədiyini demişdir. Sonra Röyanın zəng etdiyi telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra anası DİN-nin «102» zəng mərkəzinə zəng edərək Röyanın fermadan oğurlanması barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X23 göstərdi ki, X73 fermasında çoban işləyərkən onun qardaşı Midhət Yusibov, atası Rşid Yusibov, Midhətin arvadı və bacısı Mənsurə ilə bir yerdə yaşamışlar. Həmin müddətdə Röya müxtəlif vaxtlarda təklikdə piyada olaraq onun yaşadığı kəndə gələrək onunla görüşmüşdür. Belə ki, o, saç düzəltməyi bacardığına görə həmişə Röyanın saçını qırxmışdır. Röya öz işindən razı olmuş, Nəsibgildən narazılı olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X58 göstərdi ki, Mənsubun ferması ilə qonşuluqda onun torpaq sahəsi vardır. Həmin fermada çoban işləyən Röya ilə münasibətləri yaxşı olmuş, tez-tez görüşmüş, birlikdə meyvə yemişlər. Röyanın istifadəsində möbil telefon olmuşdur. Röyanı dəfələrlə öz avtomaşını ilə Mənsubgilə hamama gətirmiş, Röya çiməndən sonra onu fermaya qaytarmışdır. Röyanın ətraf fermalarda və torpaq sahələrində işləyən şəxslərlə münasibəti olmuşdur. Röya Mənsubdan razı olmuşdur. Onu heç kəs fermada zorla saxlamamışdır. Röya qonşu torpaq sahibi Salehin və başqalarının torpaq sahələrini suvarmaqla pul almışdır. Ferma Mənsubun olmuş, onun oğlu Nəsibin isə həmin fermanın yanında 80 sot torpraq sahəsi olmuşdur. Nəsib həmin torpaq sahəsində pambıq əkmişdir. Nəsb kənd icra nümayəndəsi olduğundan pambıq sahələrinin suvarılması üçün suyun növbəlilik əsasında verilməsini təmin etməyə çalışırdı. Lakin qonşu torpaq sahəsinin sahibi Anar kobudluq etmiş, qaydaya əməl etməmiş, suyu öz sahəsinə aparmaq istəmişdir. Bununla əlaqədar olaraq Nəsblə onun arasında mübahisə baş vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X46 göstərdi ki, Mənsubun ferması ilə onun torpaq sahəsi qonşu olmuşdur. Həmin fermada çoban işləyən Röya ilə tez-tez görüşmüşdür. Röya öz işindən razı olmuşdur. Nəsib Röyanı fermada işləməyə məcbur etməmişdir. Röya sərbəst adam olmuş, lazım olanda kəndə, qonşu fermalara getmişdir. Ferma ilə Cəfərbəyli kəndi ərazisində məsafə 1-1,5 kilometr olmuşdjur. Məhkəmə istintaqında şahid kimi dindirilən X59 göstərdi ki, onun torpaq sahəsi Mənsubun fermasının yaxınlığında yerləşir. Həmin fermada çoban işləyən Röya ilə müxtəlif vaxtlarda görüşmüşlər. Röya fermada çoban işləməsindən razı olmuş, eyni zamanda onun yonca sahəsini suvarmaqla ondan 20 manat pul almışdır. İstifadəsində olan ********** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs zəng etməklə danışdığı hallar olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən X33 göstərdi ki, Ağcabədi Rayon Su İdarəsində nizamlayıcı işləyir. Zərərçəkmiş şəxs çoban işlədiyi, Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən fermanın yaxınlığındakı pambıq sahələrinə su verilməsi ilə əlaqədar sahələrdə olduğu zaman Röya ilə tanış olmuş, onun telefon nömrəsini götürmüşdür. Özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan telefon nömrəsinə zəng edərək ondan pambıq sahəsinə verilən suyun digər şəxslər tərəfindən kəsilib-kəsilməməsi barədə məlumat almışdır. Eyni zamanda Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda sahədə olarkən görüşmüşdür. Zərərçəkmiş şəxs telefonu kiçik telefon olmuşdur. Zərərçəkmiş şəxs fermada işləməsindən razı olmuşdur. Hətta sanki həmin femada doğulmuş, böyümüş, heç bir narazılığı olmamışdır. Zərərçəkmiş şəxs işlədiyi fermanın təxminən 500 metrliyində Pərollar kəndi, 800 metrliyində Hacıbədəlli kəndi, 500-600 metrliyində isə Cəfərbəyli kəndi yerləşmişdir. Röyanın mobil telefonunu yadında saxlamamışdır, lakin onun telefonunu öz telefonunda abunəçilər sırasında yazmışdır. Lakin telefonunu son vaxtlar dəyişdiyindən Röyanın telefon nömrəsi onun telefonunda qalmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X41 göstərdi ki, onun istifadəsində ***-***- **-** və ***-***-**-** mobil telefon nömrəsi olmuşdur, hazırda da həmin telefon nömrələrindən istifadə edir. Onların otlaq sahələri Röyanın işlədiyi fermanın yanında olmuşdur. Röyanı kənd camaası «Ekan» kimi çağırmışlar. Röya ilə münasibətləri yaranmış, Röyanın istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələrini öz telefonunda «Ekan» kimi yazmışdır. O, öz sahələrinə gedəndə fermada olan itlərdən qorxduğu üçün Röyaya zəng edərək onu itlərdən keçirməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs görüşdüyü hallarda o, fermadakı işindən razılıq etmiş, heç bir narazılıq etməmişdir. Məhkəmə baxışı zamanı Nicat Abbasova məxsus möbil telefona baxış keçirilərkən onun telefonunun kontaktlar bölməsində «Ekan ***-***-**-** və ***-***-**-**» kimi qeydə alınması məlum olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən X24 göstərdi ki, Zərərçəkmiş şəxs fermada onun qardaşı Midhəd Yusibov və ailəsi ilə birlikdə qalmışdır. Ona görə də fermaya tez-tez getmiş, Röya ilə münasibətləri yaxşı olmuşdur. Röyanı kənd camaatı «Ekan» kimi çağırmışlar. O da Röyanı «Ekan» kimi çağırdığından Röyanın istifadəsində olan ***-***-**-** telefon nömərsini öz telefonunda «Ekan Çoban»ın telefonu kimi yazmışdır. Röya ilə müxtəlif vaxtlarda zəngləşməklə mobil telefonla danışmışlar. Həm də həmişə Röyanın saçını qırxmışdır. Röya saçını qırxdırmaq istədiyi hallarda onunla telefon vasitəsi ilə danışmış və atla onun yaşadığı Hacıbədəlli kəndinə gəlmişdir. Röya kəndə gəldiyi hallarda onun saçını qırxmaqla yanaşı həm də birlikdə yemək yedikləri, söhbət etdikləri hallar olmuşdur. Röya fermada işindən razılıq etmiş, heç bir narazılığı olmamışdır. Məhkəmə baxışı zamanı Məhərrəm Yusibovun istifadəsində olan mobil telefona baxış keçirilərkən telefonun yaddaşında kontaktlar bölməsində «Ekan Çoban ***-***-**-**» kimi qeydə alınması məlum olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən X67 göstərdi ki, ***-***-**-** telefon nömrəsi ona məxsusdur. O, traktorçu işləyir. Ağcabədi rayonu Səfərbəyli kəndinin yaxınlığında yerləşən fermada çoban işləyən Röyanı «Ekan» kimi tanımışdır. Belə ki, digər şəxslər də onun «Ekan» kimi çağırmışlar. Röya ilə onun işlədiyi fernmanın yaxınlığında yerləşən sahədən traktorla ot daşıması zamanı tanış olmuş və bir-birlərinin telefon nömrələrini götürmüşlər. O, öz telefonunda «Ekan»ın telefon nömrələrini abunəçilər siyahısında qeyd etmişdir. Röya ilə bir neçə dəfə telefonla danışmaqla ondan su almışdır. Ədil Əliyevin istifadəsində olan telefona baxış keçirilərkən onun telefonunda abunəçilər siyahısında ***-***-**-** telefon nömrəsinin «Ekan-2», ***-***-**-** telefon nömrəsinin isə «Ekan çoban» kimi qeydə alınması müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X25 göstərdi ki, Zərərçəkmiş şəxs xalası oğludur. Onun Ağcabədi şəhərində avtomobil ehtiyyat hissələri mağazası vardır. Röya fermada işlədiyi müddətdə bir dəfə fermada işdən çıxmış və işləmək üçün onun mağazasına gəlmişdir. Mağazada 10-15 gün işlədikdən sonra mağazada işləməyin xoşuna gəlmədiyini deyərək yenidən fermaya qayıtmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X59 göstərdi ki, onun əkin sahəsi Zərərçəkmiş şəxs işlədiyi fermanın yanında olmuşdur. Ona görə də Röya ilə münasibətləri yaranmışdır. Röyanın mobil telefonu olmuşdur. Bir-birləri ilə mobil telefonla danışdıqları hallar olmuşdur. Onun telefon nömrəm ***-***-**-**-dür. Röyanın telefon nömrəsini öz telefonunun yaddaşına yazmışdır. Röya ilə görüşdüyü hallarda fermadakı işindən razılıq etmişdir. Şahid Nadir Abbasovun üzərində olan mobil telefona məhkəmə iclasında baxış keçirilərkən telefonun yaddaşında kontaktlar bölməsində “Ekan” adlı abunəçinin ***-***-**- ** telefon nömrəsi ilə qeydə alınması müəyyən olundur. Məhkəmə istintaqşında şahid kimi dindirilən X47 göstərdi ki, onun ferması Röyanın işlədiyi fermanın yaxınlığında yerləşir. Röya ilə tez-tez görüşmüşdür. Röya ona fermada məcburi işləməsi barədə heç bir söz demiş, Nəsibdən razılıq etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X48 göstərdi ki, Zərərçəkmiş şəxs işlədiyi fermanın qonşuluğunda yerləşən fermada çoban işləmişdir. Zərərçəkmiş şəxsla münasibəti çox yaxşı olmuşdur. Onunla tez-tez görüşmüşlər. Röya işindən həmişə razılıq etmişdir. O istifadəsində olan ***-***-**-**5 telefon nömrəsi vasitəsi ilə Röyanın istifadəsində olan mobil telefonla dəfələrlə danışmışdır. Hər ikisi çoban olduqlarına görə telefonla çox danışmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən X60 göstərdi ki, Zərərçəkmiş şəxs işlədiyi fevrma onlara məxsus torpaq sahəsinin yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs ilə onun oğlu Fərid Həsənovun münasibətləri yaxşı olmuşdur. ***-***-**-** telefon nömrəsi onun adıma olsa da, həmin telefon nömrəsi oğlu Fəridin istifadəsində olmuşdur. Röya ilə telefon vasitəsi ilə oğlum danışmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X49 göstərdi ki, onldarın torpaq sahələri Zərərçəkmiş şəxs çoban işlədiyi ferma ilə qonşuluqda yerləşir. Röya ilə münasibətləri yaxşı olmuş, öz istifadəsində olan ***-***-**-** telefon nömrəsi vasitəsi ilə Röyanın istifadəsində olan mobil telefonla danışıqlar aparmışdır. Ağcabədi Rayon Polis Şöbəsinin məsul növbətçisinin 25 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, Ağcabədi rayonu Cəfərbəyli kənd sakini Zərərçəkmiş şəxs ***-***- **-** saylı möbil telefon nömrəsi ilə Nəsib adlı şəxsin onu fermada işlətməsi, 150 manat pulunu verməməsini, xx.xx.2021-ci il tarixdə onu təhqir edib döyməsini bildirmişdir. Zərərçəkmiş şəxs həmin müraciəti ilə bağlı verdiyi xx.xx.2021-ci il tarixli izahatında göstərmişdir ki, uşaq vaxtlarında valideynləri vəfat etmişlər.Onu və bir xəstə bacısını dayısı Ramiz saxlamışdır. Təxminən bir il əvvəl dayısı onu işləmək üçün Nəsib adlı şəxsin fermasına göndərmişdir. Fermada işlədiyi müddətdə hər ay 150 manat əmək haqqını alıb xəstə bacısına və özünə xərcləmişdir. Son bir-iki ay ərzində Nəsib onun maaşını dayısı Ramizə verdiyi üçün şikayət etmişdir. 24 sentyabr 2021-ci il tarixdə Nəsiblə aralarında əmək haqqı üstündə mübahisələri olduğundan şikayət etmişdir. Nəsb onu söyməyib, təhqir etməyib və hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bununla bağlı verdiyi xx.xx.2021-ci il tarixli ərizəsimndə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu fermadan buraxmadığına və aralarında münaqişə yarandığına görə DİN-nin «102» xidmətinə məlumat vermişdir. Əsl həqiqətdlə Nəsib onu döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir.Nəsib onu işlədib 150 manat pulunu vermədiyi üçün pulunun verilməsinə köməklik edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məlumatı əsasında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından 01 oktyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərar ləğv edilmədiyi halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi tərəfindən 07 dekabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs məcburi əməyə cğlb edilməsi faktına görə CM-nin 144-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin 01.10.21-ci il tarixli qərar Ağcabədi rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 on ilə yaxın müddətdə onu iradəsi ziddinə olaraq təsərrüfat sahəsində iri və xırdabuynuzlu heyvanlara baxmağa, digər işləri görməyə məcbur etmişdir. Ağcabədi şəhəri üzrə İcra Hakimiyyəti nümayəndəsinin 25 iyun 2002-ci il tarixli, 09№-li sərəncamı ilə anaları X10 14 may 2022-ci il tarixdə ölməsi, ataları X11 isə həbsdə olması ilə əlaqədar olaraq 25 oktyabr 1986-cı ildə doğulmuş X21, xx xxxxxx 1987-ci ildə doğulmuş Zərərçəkmiş şəxs, 4 mart 1989-cu ildə doğulmuş X22, 16 fevral 1991-ci il tarixdə doğulmuş X39 və 23 mart 1993-cü ildə doğulmuş X50 baxımsız qaldığından dayılarının həyat yoldaşı Təqsirləndirilən şəxs2 qəyyumluğuna verilmişlər. Ölüm haqqında şəhadətnamədən görünür ki, X34 14 may 2022-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 1987-ci ildə doğulmuşdur. Məhkəm-tibb ekspertinin 03 noyabr 2021-ci il tarixli, 413MEŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hər iki baldır nahiyəsində dəri çapıqları, əzilmiş yara izləri aşkar olunur, küt əşyanın təsiridən əmələ gəlmiş, əmələ gəlmə müddəti bir-iki aya uyğun gəlir. Sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs1 atası Mənsub Nəsibova məxsu, Zərərçəkmiş şəxs çoban işlədiyi fermaya baxış keçirilməsi barədə 20 oktyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, təsərrüfat sahəsi Cəfərbəyli kənd yolundan 2-3 km məsafədə yerləşir. Fermada çobanın yaşayışı üçün nəzərdə tutulmuş otaq, otağın orta hissəsində qızdırıcı soba, bir ədəd çarpayı, televizor, yataq dəsti, yerdə xalça, köhnə mebel olması müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, fermanın yerləşdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs1 X2 adınadır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 2573 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik) pedaqoji baxımsızlıq fonunda aşkar olunur, qeyd edilən əqli gerilik yüngül dərəcədə ifadə olunduğundan onu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətindən məhrum etməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməlin faktiki xarakterini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Həmçinin Zərərçəkmiş şəxs səthilik, sadəlövhlük, nəticəni proqnozlaşdırmadan hərəkət etmək, tez ruhdan düşmək, acizlik kimi fərdi-pxisi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə uyğun olaraq qərarın təsviri hissəsində qeyd edilmiş hadisələrlə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin o, əqli və psixi inkişafında müəyyən edilən geriliklə əlaqədar təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. İş üzrə 22 iyun 2022-ci il tarixli qərarla komisyon məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, həmin qərara əsasən Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik hüquqi şəxsindən daxil olmuş 1644 saylı, 22 iyun 2022-ci il tarixli əlavə komisyon məhkəmə-psixoloji ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, “Zərərçəkmiş şəxs məcburi əmək cinayətinə məruz qaldığı dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ona qarşı psixi (Sənubərə fermada işləmək istəməməsini dedikdə Sənubərin Nəsibin onlara pul verdiyini, işləməyə məcbur olduğunu, işləməsə Nəsibin ona pul verməyəcəyini, onun da bacılarına baxa bilməyəcəyini, əsəbi halda ona canı çıxıb işləməli olduğunu, onsuzda başqa işə yaramadığını deməsi və s .) və Təqsirləndirilən şəxs1 ona qarşı psixi və fiziki zor tətbiq edərək (Təqsirləndirilən şəxs1 dəfələrlə onu döyməsi, odlu silahla hədə-qorxu gəlməsi, ona hüquq-mühafizə orqanlarının onu həbs edəcəyini, yalnız onun fermasında qaldığı halda tutulmaqdan yayına biləcəyini deməsi və s.) qorxutmaları, onda müəyyən olunan pedaqoji baxımsızlıq fonunda əqli gerilik əlamətləri, həmçinin fərdi-psixi xüsusiyyətləri (sadəlövhlük, tez inanmaq, acizlik, primitivlik, özünü psixoloji və fiziki cəhətdən müdafiə edə bilməmək, konfliktə və mübahisəyə meyilli olmamaq və s.) ilə əlaqədar müqaviət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs fərdi-pxisi xüsusiyyətlərinə görə (sadəlövhlük, tez inanmaq, acizlik, primitivlik, özünü psixoloji və fiziki cəhətdən müdafiə edə bilməmək, konfliktə və mübahisəyə meyilli olmamaq və s.) ona qarşı məcburi əmək cinayəti törədilən yeri, yəni fermanı tərk etmək qabiliyyətinə malik olmamışdır. Müayinə zamanı psixoloji söhbətin və Zərərçəkmiş şəxs cinayət işində olan ifadəsinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilən vaxt olduğu fermada məcburi qalması Təqsirləndirilən şəxs2 Əjdrə qızının ona qarşı psixi (Sənubərə fermada işləmək istəməməsini dedikdə Sənubərin Nəsibin onlara pul verdiyini, işləməyə məcbur olduğunu, işləməsə Nəsibin ona pul verməyəcəyini, onun da bacılarına baxa bilməyəcəyini, əsəbi halda ona canı çıxıb işləməli olduğunu, onsuzda başqa işə yaramadığını deməsi və s .) və Təqsirləndirilən şəxs1 ona qarşı psixi və fiziki zor tətbiq edərək qorxutmaları (dəfələrlə onu döyməsi, odlu silahla hədə-qorxu gəlməsi, ona hüquqmühafizə orqanlarının onu həbs edəcəyini, yalnız onun fermasında qaldığı halda tutulmaqdan yayına biləcəyini deməsi və s.), həmçinin Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə sadəlövh, tez inanan, aciz, pritimiv, tez ruhdan düşən, özünü psixoloji və fiziki cəhətdən müdafiə edə bilməyən, konfliktə və mübahisəyə meyilli olmayan şəxs olması ilə əlaqədar olmuşdur... Zərərçəkmiş şəxs azadlığının məhdudlaşdırılması Təqsirləndirilən şəxs2 ona qarşı psixi (Sənubərə fermada işləmək istəməməsini dedikdə Sənubərin Nəsibin onlara pul verdiyini, işləməyə məcbur olduğunu, işləməsə Nəsibin ona pul verməyəcəyini, onun da bacılarına baxa bilməyəcəyini, əsəbi halda ona canı çıxıb işləməli olduğunu, onsuzda başqa işə yaramadığını deməsi və s .) və Təqsirləndirilən şəxs1 ona qarşı psixi və fiziki zor tətbiq edərək (Təqsirləndirilən şəxs1 dəfələrlə onu döyməsi, odlu silahla hədə-qorxu gəlməsi, ona hüquq-mühafizə orqanlarının onu həbs edəcəyini, yalnız onun fermasında qaldığı halda tutulmaqdan yayına biləcəyini deməsi və s.) qorxutmaları ilə əlaqədar olmuşdur. Müayinə zamanı psixoloji söhbətin və Zərərçəkmiş şəxs cinayət işində olan ifadəsinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında ferma qonşusu olan Şahid1 ona psixoloji təsiri nəticəsində (Şahid1 onun halına yanması, onun paltarlarının pis vəziyyətdə, özünün halsız olduğunu görməsi, baş verənləri ona deməyi bildirməsi, yeganə çıxış yolunun fermadan Nəsibdən xəbərsiz qaçmaq olduğunu, onun üçün başqa rayonda ferma tapdığını, orada gedib işləyəcəyini deməsi və s.) Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən Mənsub Nəsibova məxsus fermadan çıxıb başqa fermaya getmiş və bu imkana əvvəllər malik olmamışdır.” Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Ağcabədri Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək himayəsində olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 məxsus, işlədiyi fermadan xx.xx.2021-ci il tarixdə getdiyini və bir daha geri qayıtmadığını göstərmişdir. Təqsirləndirilən şəxs2 Ağcabədi Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində himayəsində olan, Nəsi Nəsibovun fermasında çoban işləyən Zərərçəkmiş şəxs fermanı tərk etməsindən sonra ondan soraq almaq məqsədi ilə Cəfərbəyli kəndində yaşayan Anar adlı şəxsə müraciət edərkən Anar onu söyüb təhqir etmiş və şillə ilə vurmuşdur. Şahid1 Təqsirləndirilən şəxs2 şikayət ərizəsi ilə əlaqədar araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs1 fermasında işləyən Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmuşdur. Belə ki, ona məxsus torpaq sahəsi həmin fermanın yaxınlığında yerləşdiyindən sahədə olduğu hallarda Röya ilə görüşmüşlər. xx.xx.2021-ci il tarixdə Röya ona mobil telefonla zəng edərək daha fermada qala bilmədiyini bildirmiş və ona kömək etməsini xahiş etmişdir. O da bu barədə qohumu Ehtirama demişdir. Ehtiram qohumu Orduxanın fermasına çoban lazım olduğunu bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs kənddən Ehtiramın «Niva» markalı avtomaşınana götürüb Orduxanın Füzuli rayonunda yerləşən fermasına aparmışlar. Təqsirləndirilən şəxs2 ərizəsi ilə bağlı Zərərçəkmiş şəxs izahatı alınarkən o, Təqsirləndirilən şəxs1 fermasında işləmək istəmədiyini, Təqsirləndirilən şəxs1 onunla yaxşı davranmadığını, ona görə də həmin yermadan çıxaraq işləmək üçün Orduxan aldlı şəxsin fermasına getməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 şikayəti ilə əlaqədar toplanmış material üzrə əməldə cinayət ətrkibi müəyyən edilmədiyindən təhqiqatçının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, N-08 nömrəli şəhadətnamə əsasında Nəsb Nəsibov atasın X7 adına rəsmiləşdirilmiş, Cəfərbəyli kəndində yaşadığı evdə saxlanılan ov tüfəngini təqdim etmimş, həmin tüfəngdən son üç-dörd ildə istifadə olunmadığını, həmin tüfəngdən istifadə etməklə Zərərçəkmiş şəxs hədə-qorxu gəlmədiyi, Zərərçəkmiş şəxs bu barədə «102» xidmətinə etdiyi mürpaciətlə əlaqədar olaraq onu tüfənglə hədələməsini yuxuda gördüyünü bildirmişdir. Tüfəng qablaşdırılmaqla götürülmüş, 26 may 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin İnsan X55 Baş İdarəsinin növbətçi hissəsinə verilmişdir. Nəsb Nəsibova 07 iyun 2022-ci ildə CM-nin 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə ittiham verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. N.Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri 13 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş üzrə ittiham aktı 19 oktyabr 2022-ci il tarixdə təsdiq olunmaqla cinayət işi məhkəməyə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış və Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri 01 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Müstəntiqin 04 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə Təqsirləndirilən şəxs1 iş üzrə 08 ay 25 gün müddətdə həbsdə və ev dustaqlığında olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə CM-nin 144-2.2.6-cı maddəsi ilə ittiham verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Barəsində qətimkan tədbiri dəyişməmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2012-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs1 İcra Hakimiyyəti Başçısının Cəfərbəyli kəndi üzrə nümayəndəsi fəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. 15 aprel 2022-ci il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayonu Cəfərbəyli kəndində yaşayır,ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Təqsirləndirilən şəxs1 yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət səhiyyələnməklə yanaşı onun «Covid-19» pandemiyasına qarşı aparılan mübarizədə fəal iştirak etməsi göstərilmişdir. 13 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır. Yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 həmçinin öz qulluq mövqeyindən sui-istifadə etməklə, Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməklə, zor tədbiq etmək hədəsi ilə və azadlığını məhdudlaşdırmaqla onu məcburi əməyə cəlb etmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutldara əsasən və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məcburi əməyə cəlb etməmələri, Zərərçəkmiş şəxs fermada könüllü olaraq işləməsi barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 məxsus fermada işlədiyi müddətdə istifadəsində mobil telefon olmasına, müəyyən mənada sərbəst hərəkət etmə imkanının olmasına baxmyaraq məhkəmə əqli gerilik (yüngül debillilik) xəstəliyi olan Zərərçəkmiş şəxs fermada onun əməyinə uyğun olmayan az miqdarda (ayda 100-150 manat) əmək haqqı müqabilində işlədilməsini, həmin əmək haqqının da özünə deyil, təqsirləndirilən şəxs Sənübər Cəfərovaya verilməsini, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs yalnız yaşaması və fermada əmək fəaliyyətini davam etdirməsi üçün zəruri olan qidalanma və geyim ilə təmin etməsini, ona şəxsən pul formasında əmək haqqı verməməklə gəlirləri üzərində müstəqil sərəncam vermə imkanlarının məhdudlaşdırılmasını onun məcburi əməyə cəlb edilməsi, əməyinin istismar olunması kimi qiymətləndirir. Belə ki, «Məcburi və ya icbari əmək haqqında» Cenevrə Konvensiyasının 2-ci maddəsində göstərilmişdir ki, məcburi əmək dedikdə şəxsin könüllü olmadan hər hansı hədə-qorxu, cəza təhdidi altında işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması başa düşülür. Eyni zamanda «İnsan hüqüqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 4-cü maddəsində qeyd edilmişdir ki, heç kəs məcburi və ya icbari əməyə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Resapublikası CMnin 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 144- 2.2.6-cı maddəsi ilə düzgün töfsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təzhlükəlilik dərəcəyini, təqsirkarların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs2 isə uşaq yaşlarında valideyin himayəsindən məhrum olmuş Zərərçəkmiş şəxs və onun qardaş-bacılarını, beş nəfər azyaşlı uşaqları mərhəmətlilik göstərməklə qəyyumluğa götürməklə saxlayaraq böyütməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş üzrə tərtib olunmuş ittiham atında Nəsb Nəsibov və Təqsirləndirilən şəxs2 cinayəti tamah niyyəti ilə törətmələri CM-in 61.1.6, cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətmələrni CM-nin 61.1.7-ci maddələrinə, Nəsib Nəsiborvun cinayəti zərərçəkmiş şəxsə əzab və ya işgəncə verməklə törətməsi 61.1.9 və cinayəti odlu silahdan istifadə etməklə törətməsi 61.1.10-cu maddələrinə əsasən cəzasını ağırlaşdırıcı hallar kimi göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məcburi əməyə cəlb edilməsi cinayəti əməyin dəyərinin tam ödənilməməsi ilə bağlı olduğundan özündə tamah niyyətini ehtiva edir, yenidən ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən əhəmiyyətli dərəcədə asılılığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əzab və işgəncə verməsi müəyyən edilməmiş və cinaətin törədilməsində alət kimi odlu silah tədbiq etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ittiham aktında göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 144-2.2.5 və 144-2.2.6-cı maddələrində, Təqsirləndirilən şəxs2 isə CM-nin 144-2.2.6-cı maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, əvvəllər məhkum olunmamasını, yaşlı qadın olmasını, uşaq yaşlarında valideynlik hüquqlarından məhrum olmuş Zərərçəkmiş şəxs və onun qardaş-bacılarını himayəsinə götürməklə mərhəmətlilik göstərməklə böyütməsini, Zərərçəkmiş şəxs himayəsində olan qardaş-bacılarının saxlanılması məqsədi ilə məcburi əməyə cəlb etməsini, ona Zərərçəkmiş şəxs əmək haqqı kimi verilən pulu zərərçəkmiş şəxsin qardaşbacılarının saxlanılmasına sərf etməsini, hal-hazırda da Zərərçəkmiş şəxs, qardaşı Xəyal Cəfərovun və bacısı X28 Cəfərovanın himayəsində yaşamalarını, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilərsə, onların yaşayış yerlərini itirə biləcəklərini, baxımsız qalacaqlarını nəzərə alaraq və cəza çəkmədən islah olunmasını mümkün sayaraq, sınaq müddəti müəyyən olunmaqla onun cəzasının şərti olaraq tədbiq olunmasını ədalətli və məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, uzun müddət icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışmasını, Zərərçəkmiş şəxs məcburi əməyə cəlb etməklə ona əmək haqqı kimi nəzərdə tutulan pulu onun şəxsən özünə deyil, Təqsirləndirilən şəxs2 verməkdə məqsədinin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 himayəsində olan qardaş-bacılarının saxlanılmasına kömək etmək olmasını, Zərərçəkmiş şəxs qohumları və tanışları ilə ünsiyyət saxlamasına maneçilik törətməməsini, Zərərçəkmiş şəxs fermada işləməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 əmək haqqı formasında pul ödəməklə yanaşı Zərərçəkmiş şəxs gündəlik qidalanması, geyim əşyaları, yaşamaq şəraiti ilə təmin edilməsinə də müəyyən məbləğdə vəsait sərf etməsini nəzərə alaraq və cəza çəkmədən islah olunmasını mümkün sayaraq, sınaq müddəti müəyyən olunmaqla onun cəzasının şərti olaraq tədbiq olunmasını ədalətli və məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə davranışları üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və davarnışlarına nəzarətin həyata keçirilməsi Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-nin İnsan X55 Baş İdarəsinin növbətçi hissəsində saxlanılan 121989-58 seriya nömrəli, qoşalülə ov tüfəngi X13 verilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 350-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144-2.2.5 və 144-2.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzazı şərti olaraq tədbiq olunsun, onun barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayon İcra və Brobasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144-2.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzazı şərti olaraq tədbiq olunsun, onun barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayon İcra və Brobasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X55 Baş İdarəsinin növbətçi hissəsində saxlanılan 121989-58 seriya nömrəli, qoşalülə ov tüfəngi X13 verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-58/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-58/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver