Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-58/2025 30.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, X50 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1992-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə, 2.925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində cərimə cəzalarına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının 2 (iki) ay hissəsindən azad edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklərin tətbiq olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan cəzası 3 (üç) il 6 (altı) ay azaldılmış və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2.925 (iki min doqquz yüz iyirmi beş) manat cərimə cəzası 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Xındırıstan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, xüsusilə külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının ərazisində satıb qazanc əldə etmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Nasif” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək 07 mart 2024-cü il tarixdə, saat 22:10 radələrində “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 105-ci kilometrliyinə gələrək cinayətkar qrupun naməlum üzvü tərəfindən gizlədilmiş yolda olan körpünün yaxınlığından satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 830,0 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 975,0 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 670,0 qram çəkidə narkotik vasitə həşiş qətranını, külli miqdarda 2080,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, ümumi təsiredici miqdarı külli miqdarda 6,84 qram olan 171 ədəd metadon həbini əldə edib üzərində saxlayıb daşıyaraq avtomobilə əyləşib həmin avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoymuş, həmin tarixdə saat 22:20 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada avtomobilə keçirilən baxış zamanı qabaq sağ oturacağın altından üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 830 qram olan, ağ kristallardan ibarət xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 975,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 670,0 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə həşiş qətranı, bir ədəd bükümdə təmiz çəkisi 2080,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təsiredici miqdarı 6,84 qram olan 171 ədəd təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynilik təşkil edən qəhvəyi rəngli, dairəvi formalı külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin, ittiham üzrə şahidlərin, habelə vəsatət əsasında məhkəməyə əlavə şahid qismində dəvət olunaraq dindirilmiş şəxslərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, 20 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə tanışı Şahid4 ona zəng etmiş və narkotik vasitə əldə etmək üçün nə etmək barədə soruşmuş, cavabında bunun üçün özünün də əli çatdığı yer olmadığını bildirmişdir. Şahid4 ona Sabunçu dairəsinə gəlməyi, narkotik vasitə əldə edib istifadə etmələri üçün bir yerə gedib götürməyi bildirmişdir. Sabunçu dairəsi adlanan yerə gedib Teymurun avtomobilinə əyləşmiş, Teymurun deməsi əsasında Salyana yola düşmüşlər. Teymura atasının şikəst olduğunu və atasına baxdığını bildirmişdir. Həmin vaxt cibində 52 (əlli iki) manat pulu olmuşdur. Teymur avtomobilə yanacaq doldurmaq lazım olduğunu, narkotikin pulunu isə özünün verəcəyini və Salyandan götürəcəyini bildirmişdir. Salyan rayonuna çatıb, orada olan bir restoranın yaxınlığında, yol qırağında gözləmişlər. Sonra Teymur ona Biləsuvara gedəsi olacaqlarını bildirmiş, o isə Biləsuvara getmək istəmədiyini, qorxduğunu demişdir. Teymur ona narahat olmamağı bildirmiş və yola düşmüşlər. Biləsuvar rayonunun girişində arxadan Post Patrul Xidmətinin avtomobili daxil olmaqla, üç-dörd avtomobil gəlmişdir. Teymur avtomobili sürməyə davam etmiş, bir az gedib dayanmışdır. Dayanan kimi polislər avtomobildən düşmüş və vahimə yaratmaq üçün onların avtomobilinin qabaq tərəfdən pəncərəsini qıraraq, onu çıxardıb yerdə döymüşlər. Həmin vaxt yağış yağırmış, üzəri palçıqlı olmuşdur. Teymuru öz avtomobilinə, onu isə başqa maşına əyləşdirib, polis şöbəsinə aparmış, şöbədə narkotikin ona məxsus olduğunu demişlər. Bununla razılaşmamış, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Narkotik istifadə etməsinə baxmayaraq, satışı ilə məşğul olmağı özünə yaraşdırmır. Polislər isə narkotikin onun olmasını deyərək təkid etmiş, onu döymüş, Aqşin adlı polis nəfəri ayağını irəli verərək idman fəndi ilə onu yerə yıxmış, Həsən adlı polis əməkdaşı ürək nahiyəsindən vurmuş, özündən getmiş, üçdörd dəfə huşunu itirmişdir. Döyülməsi, təsir və təzyiqlərə məruz qalması iki saatadək davam etmiş, nəticədə əynindəki şalvarını cırıb çıxarmış, istifadəsiz hala salmışlar. Videoçəkiliş zamanı şalvarı yararsız vəziyyətə düşdüyündən başqa bir dustağın həddindən artıq böyük ölçüdə olan şalvarını ona geyindirmişlər. Polis əməkdaşı ona “bu dubinkanı soxacam” demişdir. Teymur kənarda qalmış, hər şeyin onluq olduğunu demişlər. Lakin onlarda ümumiyyətlə narkotik vasitə olmamışdır. Evlə əlaqə saxlamaq istədiyini desə də, polislər buna imkan verməmişlər. Sonra Müvəqqəti Saxlama Yerinə aparılmışdır. Orada müstəntiq Şamil Həsənli ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlandığını bildirmiş, Müvəqqəti Saxlama Yerinin rəisini çağırtmış və onun da şahidlik etməyini istəmişdir. Sənəddə 234.1-ci maddənin qeyd olunduğunu görmüşdür. Müstəntiq ondan imza atmasını istəmiş, atasına və ona xatir köməklik etdiyini demiş, razılaşıb qol çəkmişdir. Halbuki, avtomobildən çıxan narkotikin ona heç bir aidiyyəti olmamış, əli həmin narkotikə dəyməmişdir. İstintaq təcridxanasına ittiham aktı gələndən sonra ittihamın Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verildiyini görmüşdür. Bağlamaya əli dəyməmişdir. Onun “WhatsApp” proqramı vasitəsilə danışdığı deyilsə də, telefonu həmin proqramı dəstəkləmir. İranlı ilə əlaqə saxladığı yazılsa da, əslində heç bir iranlı tanımamışdır. Çətənə bitkisini bu yaşına kimi görməmişdir. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əslən Ağdam rayonundandır, Bakı şəhəri, Zabrat qəsəbəsində kirayədə yaşamışdır, atası əlildir, atasına baxmışdır. Şahid4 Bakı şəhərində “Meyvəli bazar” tərəfdə yaşayır, lakin dəqiq ünvanını bilmir. Teymuru Vüsal adlı tanışının vasitəsilə tanımışdır. Tutulmamışdan öncə üç ay olarmış ki, Teymuru tanıyırmış. Teymurla cəzaçəkmə müəssisəsində tanış olduğu yazılmışdır, lakin bu həqiqəti əks etdirmir və bunu məhkəmə də araşdıra bilər. 07 mart 2024-cü il tarixdə Bakı şəhərində Sabunçu dairəsinə çatmış və Teymurun avtomobilinə əyləşmişdir. Orada Teymur ona narkotik barədə demişdir. Əvvəllər Teymurla birlikdə təxminən beş-altı dəfə narkotik qəbul etmişdir. Narkotik vasitəni bəzən özü, bəzən də Teymur əldə etmişdir. Əvvəllər birlikdə narkotik götürməyə getməmişlər. Onun Teymurla telefon danışıqları olmuş, lakin ona mesaj göndərməmişdir. Ümumiyyətlə, mesaj yazmağı yaxşı bacarmır. Teymurla görüşərkən üzərində 52 (əlli iki) manat pul olmuşdur. Teymur avtomobilə yanacaq doldurmağı və acdığını demiş, Sabunçu dairəsində kabab almış, 5-10 (beş-on) manat pulu orada xərcləmiş, 20 (iyirmi) manat benzinə vermiş, bir qədər pulu da yolda xərcləmişdir. Teymur ona Salyanda bir nəfərdən heroin götürəcəklərini demişdir. Narkomanlar arasında narkotikin kimdən götürülməsi barədə soruşulmur deyə ondan bu barədə soruşmamışdır. Teymur əvvəl narkotikin Salyandan götürüləcəyini demiş, Salyan rayonuna çatıb yol qırağında dayanmışlar. Teymur avtomobildən tualetə getmək adı ilə düşmüş, qayıdanda əlində telefon olduğunu görmüş, lakin diqqətini ona yönəltmədiyindən nə etdiyini bilməmişdir. Daha sonra Teymur avtomobilə əyləşmiş və Biləsuvara getməli olduqlarını bildirmişdir. Yolboyu ağrıları olduğundan Teymurun yolda telefonla kiminlə nə danışmasına fikir verməmişdir. Heç bir İran vətəndaşı ilə danışmamışdır. İstifadəsində 070 ***-**-** saylı nömrə olmuş, “WhatsApp” hesabı olmamış, çünki telefonu həmin proqramı dəstəkləməmişdir. Teymura adi qaydada zəng vurub danışmışdır. Teymurun mobil telefon nömrəsi 055 545-80-82-dir. İranlı Nasif adlı şəxsi tanımır. Nə özünün, nə də başqasının telefonu ilə Nasiflə danışmışdır. Ümumiyyətlə, əvvəllər iranlılarla danışmış, lakin qorxduğundan onlardan narkotik almamışdır. Ona narkotik satılması barədə təklif olunsa da, razılaşmamışdır. Biləsuvar rayonuna narkotik qoyulması, gedib götürmək lazım olması barədə ona heç nə deyilməmişdir. Saxlanılanda hava qaranlıq olmuş, yağış yağırmış, lakin vaxtı dəqiq xatırlamır. Polisin avtomobilin şüşəsini sındırmaqda məqsədi qorxu yaratmaq olmuşdur. Onu avtomobildən yerə salıb qandal vurmuş və döyməyə başlamışlar. Polis əməkdaşlarından Aqşin, Həsən və başqaları orada olmuş, o birilərin adları yadında qalmamışdır. Döyülərkən başı xirtdəyinə qədər palçıq olmuş, daha sonra polis şöbəsində də döyülmüşdür. Onların avtomobilindən bağlama götürülməmişdir. Heç bir narkotik vasitə və ya psixotrop maddə götürməmişdir. Polis şöbəsində Teymurla onu fərqli otaqlara salmışlar. Teymurla üzləşdirilməmiş, 07 mart 2024-cü il tarixindən sonra Teymurla heç vaxt görüşməmişdir. Polis şöbəsində iki saata yaxın döyülmüş, çiynindən də xəsarətlər almış, qabırğaları əzilmiş, iki dəfə rentgendən keçirilmişdir. Təcridxanada xəsarətlərini yazdırmışdır. Polislər onun üzərini araşdırmış, lakin qanunsuz heç nə çıxmamışdır. Şəxsi axtarış zamanı üzərindən mobil telefon aşkar olunmuş, həmin telefon videoçəkilişə düşdüyündən arxasına lent yapışdırılıb avtomobilə yerləşdirilmiş və oradan çıxdığını demişlər. Ona imkan verilmədiyindən ibtidai istintaq zamanı məhkəmədə dediklərini deyə bilməmişdir. Teymur barədə ailə üzvlərinə danışmışdır. Müstəntiqə Teymurun barəsində desə də, heç bir nəticəsi olmamış, müstəntiqi cəmi iki dəfə görmüşdür. Tutulduqdan sonra Teymur və ya ona yaxın olan insanlar onunla əlaqə saxlamamışlar. Polislər Teymuru vurmamışlar. Teymurun polislərlə əməkdaşlıq etdiyi qənaətinə gəlmişdir, çünki, Teymur onu polislərin əlinə verib getmişdir. Məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin ezam olunması, digərinin növbəti əmək məzuniyyətinə getməsi ilə əlaqədar məhkəmə tərkibi dəyişəndən sonra yenidən başlanmış məhkəmə istintaqı zamanı 25 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlki məhkəmə istintaqında verdiyini ifadəsini təsdiq edərək, bir daha özünü ona verilmiş ittihamla təqsirli bilməmiş və cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən mütəmadi istifadə etmiş, lakin onların altı-satqısı, daşınması, kuryerliyi ilə məşğul olmamışdır. 07 mart 2024-cü il tarixdə Şahid4 ona zəng etmişdir. Zəngin edilmə vaxtını dəqiq xatırlamır, saat 15-17 radələri olmuşdur. Zəng zamanı bir-birlərinin haləhvalını soruşmuş, daha sonra Teymur ondan narkotik vasitə istifadə etmək istəyibistəmədiyini soruşmuş, istədiyini bildirmişdir. Bundan sonra Teymur Sabunçu dairəsinə gəlməyini istəmiş, o da razılaşaraq həmin ünvana getmişdir. Teymurla danışıq zamanı aralarında külli miqdarda narkotik vasitə əldə etmək barədə danışıq olmamışdır. Sabunçu dairəsi adlanan ərazidə yemək almış və Teymurla birlikdə avtomobildə yemişdir. Teymur narkotik vasitəni Salyandan əldə edəcəklərini deyəndə, yolun uzaq olmasından narahatlığını ifadə etmiş, Teymur da iki saatlıq yol olduğunu, heç bir problem olmadan gedib qayıdacaqlarını, narahat olmamağı bildirmişdir. Sonradan Teymur Biləsuvara getməli olduqlarını dedikdə, həmin yerin təhlükəli olduğunu, bu barədə eşitdiyini, narkotikə görə olmasa da, əvvəllər də cəza çəkdiyini, ona görə gedişatdan xəbəri olduğunu, Biləsuvara getmək istəmədiyini bildirmişdir. Teymur narahat olmamağı, iyirmi dəqiqəlik yol olduğunu bildirmişdir. Biləsuvara daxil olanda polislər onları tutmuşlar. Teymurla o ayrı-ayrı avtomobillərə əyləşdirilərək polis şöbəsinə aparılmışlar. Polislər onları saxlayanda hava yenicə qaralmış, yağışlı, saat 19-20 radələri olmuşdur. Biləsuvar rayonuna birinci dəfə getdiyindən ərazini tanımamışdır. Saxlanılandan polis şöbəsinə çatanadək, təqribən yarım saat vaxt keçmişdir. Onlar narkotik vasitə götürməmişlər. Bağlama polisə məxsus olmuşdur. Biləsuvar rayonuna daxil olanda arxadan Post Patrul Xidmətinin avtomobili gəlmiş və “saxla” əmri verilmişdir. Teymur guya polisdən yayınmaq üçün avtomobili sürməyə davam etmiş, o da buna inanmış, baş verənlərin qurma olduğunu başa düşməmişdir. Onun “Samsung” markalı mobil telefonu olmuşdur. Həmin telefon “WhatsApp” proqramını dəstəkləmədiyindən ona “konum” göndərilməsi mümkün deyildir. Teymur onun telefonu ilə iranlı ilə danışmamışdır. Yolboyu avtomobili Teymur idarə etmişdir. Teymur Salyandan nə qədər narkotik vasitə götürəcəyini deməmişdir. Adətən istifadə məqsədilə 0,5-1 qram narkotik götürürmüşlər. Narkotik vasitəni Teymur ona verməyəcək, ikisi birlikdə istifadə edəcəkmişlər. Saxlanıldıqdan sonra onu, “VAZ-2107” markalı Həsən adlı təhqiqatçının avtomobilinə əyləşdirmişlər və yanında əməliyyatçı oturmuşdur. Teymuru saxlanılandan sonra ilk dəfə polis şöbəsində avtomobildən düşürülüb şöbənin inzibati binasına daxil olarkən başqa otağa salınanda, daha sonra isə avtomobilə baxış zamanı görmüşdür. Polis imkan vermədiyindən həmin arada Teymurla söhbəti olmamışdır. Şöbədə onun şalvarını cırıb çıxarmış, başına oyun açmışlar. Cavan oğlandır, Azərbaycan vətəndaşıdır, əlil atası var, heç kimə pislik etməmiş, narkotik istifadə etməklə isə yalnız öz canına zərər vurmuşdur. Şəxsi axtarışın videoçəkilişi başlamamışdan qabaq metro kartı, pulqabı və mobil telefonunu çıxarıb təqdim etmişdir. Videoçəkiliş zamanı telefonu kadra düşmüşdür. İstifadəsində olmuş mobil telefon “Samsung” markalı, arxası ağ rəngli smartfondur. Polislər həmin mobil telefonu götürüb arxasını yapışqan lentlə sarımış və avtomobildən aşkarlanması görüntüsünü yaratmaq üçün avtomobilə qoymuşlar. Onu Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə salmışlar. Otaqda bir neçə polis əməkdaşı olmuşdur ki, onlardan yalnız Aqşin və Həsənin adını xatırlayır. Onların adını polislər bir-birlərinə müraciət etdikdə eşitmişdir. Otaqda Aqşin ona badalaq vuraraq yerə yıxmış, başına bir-iki zərbə vurmuşdur. Bu zaman əli qandallı olmuşdur. Ürəyindən necə vurmuşlarsa, huşunu itirmiş, qabırğasının qırıldığını zənn etmiş, Bakı İstintaq Təcridxanasında rentgen müayinəsi aparılmış, qırıq deyil, əzilmə olduğunu demişlər. Şöbədə onu yerə yıxıb videoçəkiliş zamanı avtomobildə olan bağlamanın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün ona dedikləri yerdən götürdüyünü və digər təfərrüatları bildirməsini tələb etmişlər. Narkotik vasitənin onun olmadığını bildirmişdir. Bu zaman onu yerdə sürüyərək şillə-təpik vurmuşlar. Bu prosedur bir-iki saat çəkmişdir. Onun şalvarını cırıb çıxarmış, dəyənək göstərərək hədələmişlər. Aqşin adlı polis əməkdaşı “mən Aqşinəm, mən deyirəmsə getməlidi, deməli getməlidir, sən getməlisən” demişdir. Narkotik vasitə istifadəçisi kimi tutulmağa razı olmuşdur. Məhkəmədə dediklərini ibtidai istintaq zamanı müstəntiqə bildirmişdir. Müstəntiq əlil atasını səkkiz dəfə Biləsuvara çağırmışdır. Biləsuvar Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində rəis Məmməd və nəzarətçi Bəhruz adlı şəxslərin yanında müstəntiq sənədlər gətirmiş və Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə aid sənədi qarşısına qoyaraq barəsində olan cinayət işininin istintaqının həmin ittihamla tamamlanacağını bildirmişdir. Müstəntiq narahat olmamağı, atasının xətrinə ona güzəşt etdiklərini deyərək, sənədlərə imza atmasını istəmişdir. Müstəntiqdən narkotik vasitənin onun olmadığını bilibbilməməsini soruşmuş, müstəntiq də bildiyini demişdir. Müstəntiqə onu Biləsuvara kimin gətirdiyini, adını polisə kimin verdiyini yaxşı bildiyini bildirmişdir. Videoçəkilişdə əynində olan şalvar onun deyildir. Həsən adlı polis onu ustaların işlədiyi yerə aparmış və orada ona geyinməsi üçün şalvar vermişdir. Öz şalvarı cırıldığından həmin şalvarda videoçəkilişə çıxarıla bilməzdi. İbtidai istintaq zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir və bunu inkar etmir. Lakin bağlamadakı narkotik vasitə və psixotrop maddələr onun deyildir. Biləsuvara gələrkən yolda onların avtomobili heç bir avtomobillə toqquşmamış, aşmamışdır. Daşlıq yola girmişlər, bununla əlaqədar avtomobilin üzəri tozlu ola bilər. Avtomobilin qapısı bağlı olmamışdır. Avtomobil qəzaya düşməmiş, sağ-salamat gəlmişlər. Videoçəkiliş olmamışdan qabaq Teymurun avtomobilinin qabağına kəndir bağlayıb avtomobili buksura almış, çəkilişdən əvvəl kəndiri açmışlar. Avtomobilin hansı səbəbdən buksura alındığını bilmir, Teymurun avtomobili saxlayarkən ani olaraq əyləci sıxmasından nasazlıq yaranmış ola bilərdi. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixli məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 32 yaşı var, özünü “batırmamış”dır. Şahid4 düzgün ifadə vermir. Həsən adlı polis onu anbara aparmış, orada ustalar işləmişlər. Orada polis ondan hansı şalvarı götürmək istədiyini soruşmuş, o birini seçib götürmək istədikdə Həsən adlı təhqiqatçı razı olmayaraq, başqa şalvarı götürməsini istəmişdir. Videoçəkilişdən də onun əynində idman şalvarı olmadığı görünmüşdür. Teymur mütəmadi ünsiyyət saxladığı şəxsdir. 2024-cü ilin 06 mart tarixində Teymurla görüşməmiş, 05 martda görüşmələrini isə xatırlamadığını bildirmişdir. Rayona getmək təklifini Teymur etmiş, lakin ola bilsin ki, zəngi özü etmişdir. 07 mart 2024-cü il tarixinə yaxın günlərdə Teymurla birlikdə narkotik istifadə etmişdir. Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixli məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarışdan əvvəl mobil telefonu özündə olmuşdur. Belə ki, kapüşonlu pencəyinin cibi zəncirbəndli olmuş, pulqabı və telefonunu cibində daşımışdır. Polislərdən biri mobil telefonun videoçəkilişə düşdüyünü demiş, Aqşinin onu saxlayan əməliyyatçılara telefonun arxasına izolent vurub avtomobilə yerləşdirməyi deməsini eşitmişdir. Avtomobilə baxış zamanı avtomobilin yanından kənarlaşmamışdır. Avtomobildən çıxan bağlamanı ilk dəfə videoçəkiliş zamanı görmüşdür. Avtomobildə ayağının altında bağlama olmamışdır. Özü-özünə xəsarət yetirməmişdir. Bədənində kəsik izləri tutulmamışdan əvvəl olmuşdur. Heroin, metamfetamin, marixuana kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitəni inyeksiya yolu ilə də qəbul etmişdir. Polislər tərəfindən döyülməsi nəticəsində çiynində və sinəsində əzik olmuş, ləkəsi qalmamış, ağrı vermişdir. Bakı İstintaq Təcridxanasında bədəninin yoxlanılmasını istəmiş, onu iki dəfə rentgen müayinəsindən keçirmişlər. Bədənini yoxlamış və əzik olduğunu, qırıq olmadığını bildirmişlər. Rentgen müayinəsindən təcridxanaya gəldiyi günün sabahı keçirilmişdir. İzahat yazmaq istəməmiş, müstəntiq Şamil Həsənli telefonun arxası ilə onun başına vuraraq izahat yazmasa, başqa yerə aparılacağını deyib onu hədələmiş, o da təzyiq altında izahat yazmış, lakin nə yazdığını xatırlamamışdır. Tutulmamışdan qabaq telefondan danışıqlarını silməmişdir. Ümumiyyətlə, narkotik əldə etmək üçün heç kimlə danışmamışdır. Teymur və o narkotik istifadəçisi olduqlarından aralarında telefon danışıqları olmuşdur. Bəzən o, bəzən də Teymur narkotik götürüb birlikdə istifadə etmişlər. Teymurun avtomobili və tanışları çox olduğundan narkotik əldə etmək üçün ona zəng vururmuş. Müstəntiq valideynləri ilə də danışaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verildiyini, narahat olmamalarını bildirmiş, o da buna görə sakitləşmişdir. Şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən yanında müdafiəçisi olmamış, həmin müddət ərzində onu görməmişdir. Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixli məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində şəxsi axtarış zamanı iki dəfə videoçəkiliş olmuşdur. Birinci dəfə narkotiki boynuna almamış, razılaşmamışdır. Daha sonra Aqşin otağa gəlmiş və çəkilişə etirazını bildirmiş, ondan narkotik vasitənin onun olmasını niyə demədiyini soruşmuş, sonra müdafiəçini çölə çıxartmış, onu hədələyib videoçəkilişdə dedikləri kimi danışmasını istəmişdir. Narkotik vasitənin ona aid olmadığını müdafiəçiyə deməmişdir. Müdafiəçi özü hər şeyi bilirmiş. Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixli məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə Şahid4la Salyana, oradan da Biləsuvara şəxsi istifadə məqsədilə narkotik götürmək arxasınca gəlməyi Teymur ona demiş və təşkil etmişdir. İbtidai istintaq zamanı işin istintaqını aparan müstəntiq Şamil Həsənliyə bu barədə desə də, sonuncu onun dediklərini qeyd etməmişdir. Belə olan halda, ibtidai istintaq zamanı ona təqdim olunan sənədləri imzalamasına səbəb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi barədə aldadılması olmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı Bakı İstintaq Təcridxanasında saxlanıldığı vaxt valideynləri yanına gəlib-getmiş və onlara da hadisənin Teymur tərəfindən törədilməsini, yəni, şəxsi istifadə üçün narkotik arxasınca gəlməsinin Teymur tərəfindən təklif və təşkil olunduğunu bildirmiş, özü isə təzyiq altında olduğundan bu barədə başqa bir orqana müraciət etməmişdir. Valideynləri müxtəlif orqanlara müraciət etmişlər və nəticədə prokurorluqdan gəlib izahatı alınmış, nəticədə əsassız olaraq rədd qərarı qəbul olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan olunmuş və o, məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ittiham aktında yazılmış ifadəsində çox şeyin yalan olduğunu, polis əməkdaşlarının ondan narkotikin özünə məxsus olduğunu deməsini istəmələrini, ona “bu sənindi, getməlisən”, “biz deyirik sənindisə, sənindi, sən heç nə edə bilməzsən” dediklərini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmiş, ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiq və təsirlə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə ən gözəl bicliyin düzlük olduğunu, hər şeyi doğru danışdığını bildirərək, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143.1 və 145.1-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırki işlə bağlı tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, bununla əlaqədar şöbə rəhbərliyinə raportla məruzə etmiş, daha sonra isə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Əməlin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, Biləsuvar Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis kapitanı Şahid2, Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin iki nəfər əməkdaşı daxil edilmişlər. 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs içərisində olduğunu ehtimal etdikləri “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun 104-cü kilometrliyində hərəkətdə olan zaman müşahidəyə götürülərək saxlanılmışdır. Sürücü avtomobili saxladıqdan sonra avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobilin içərisində olduğunu görmüşlər. Özlərini avtomobildə olan şəxslərə təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını izah etmiş, sonra onları Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmiş və avtomobillə birlikdə şöbəyə gətirmişlər. İlk olaraq xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, Şəhriyar isə üzərində heç bir narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrin istifadəçisi olmasını, “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və psixotrop maddələr olduğunu və sürücünün bu barədə məlumatı olmadığını bildirmişdir. Daha sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla sürücü Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Son olaraq isə Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla Şahid4 idarə etdiyi “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və sürücünün sağ tərəfindəki sərnişin oturacağının qarşısında ayaqaltı hissədən narkotik vasitə olan kisə aşkar edilmişdir. Kisə açılıb baxıldıqda içərisindən metamfetamin, üzərində “M-40” sözləri yazılmış metadon həbləri və xatırlamadığı başqa narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, üç nəfər əməliyyatçı xidməti avtomobildə, iki nəfər Yol Patrul Xidmətinin əməkdaşı da öz xidməti avtomobillərində olmaqla əməliyyat tədbirində iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında Post Patrul Xidmətinin əməkdaşları iştirak etməmişlər. Əməliyyat məlumatında adı qeyd olunan şəxsin ola bilməsi ehtimal olunan ərazidə xidməti fəaliyyətdə olduqları zamanı Yol Patrul Xidməti əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan avtomobili üç-dörd dəqiqə müddətində müşahidə etmişlər. Yol Patrul Xidmətinin əməkdaşları həmin avtomobili saxlatmış və bundan sonra onlar yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini açıqlamış və avtomobildəki şəxsləri rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Bakı şəhərində qeydiyyatda olduğunu bilmiş, Biləsuvar rayonunda yaşamasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs Biləsuvar rayonunun ərazisinə çatana yaxın onun hansı avtomobildə olduğu barədə məlumat əldə etmişlər. Avtomobildə, təxminən iki nəfər şəxsin olduğunu bilmişlər. Təqsirləndirilən şəxs kiminlə gəldiyi onlara bəlli olmamışdır. Avtomobil Ələt-Astara yolunun 104-cü kilometrliyində İdrak adlı şəxsə məxsus mağazanın qarşısında saat 22 radələrində Bakı istiqamətində hərəkət edərkən saxlanılmışdır, lakin avtomobilin 104-cü kilometr nişanından neçə metr məsafədə saxlanıldığını, saxlanılma prosedurunu xatırlamamışdır. Avtomobil saxlanıldıqdan sonra sürücü Şahid4 maşından düşərək Yol Patrul Xidməti əməkdaşına yaxınlaşmışdır. Avtomobildəki bağlamanın kim tərəfindən götürülməsini xatırlamamışdır. Polis şöbəsinə gələrkən saxlanılan avtomobilin sürücüsü Şahid4 öz avtomobilində sərnişin qismində əyləşdirilmiş, Yol Patrul Xidmətinin əməkdaşı isə avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs, o və bir nəfər başqa əməliyyatçı həmin avtomobilin arxa oturacağında oturmuşlar. “VAZ-21015” markalı avtomobildə nasazlıq olduğundan sürücü Şahid4 polis əməkdaşına avtomobili işə salmaqda kömək etmişdir. Digər əməliyyatçı onlara məxsus avtomobili idarə edərək arxalarınca gəlmişdir. Avtomobilin ön sağ oturacağında, yəni ayaqaltı hissəsində narkotik vasitə olan oturacaqda Təqsirləndirilən şəxs əyləşdirilməməsi həmin narkotik vasitənin ona məxsusluğuna dair daha çox şübhənin olması və onun avtomobildən düşüb qaçması təhlükəsi ilə əlaqədar olmuşdur. Lakin, Şahid4 avtomobildən qaçma ehtimalı olmamış, saxlanılarkən taksi sürücüsü olduğunu bildirmişdir. Polis şöbəsində hər iki şəxsin üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid4 taksi sürücüsü qismində gəldiyini, heç nədən xəbəri olmadığını, Təqsirləndirilən şəxs isə şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu, taksi sürücüsünün bundan məlumatsız olduğunu, narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göndərdiyini bildirmişdir. Avtomobilin şüşəsi saxlanılma zamanı sındırılmamış, Şəhriyar avtomobildən özü düşmüşdür. Avtomobili saxladıqları vaxt axşam olmuş, avtomobilə kifayət qədər diqqət yetirməmişlər. Odur ki, şüşənin nə vaxt, kim tərəfindən və hansı şəraitdə sındığını bilmir. Avtomobilin şüşəsi əvvəlcədən sınmış və Təqsirləndirilən şəxs şüşə qırıntılarının üzərində oturmuş ola bilərdi. O özü normal insan kimi şüşə qırıntılarının üzərində oturmazdı. Polis şöbəsinə gedərkən şüşə qırıntılarının olduğu yerdə sürücü oturmuş, arxa oturacaqda da şüşə qırıntıları olmuşdur. Avtomobilin ön hissəsinə diqqət yetirməmişdir. Polis şöbəsinin həyətində avtomobilə nəzarət etmək üçün təhlükəsizlik kamerası vardır. Avtomobilin açarı sürücü Şahid4 olmuşdur. Yol Patrul Xidmətinin əməkdaşları xidməti zərurətlə əlaqədar videoçəkilişlə aparılan istintaq hərəkətlərində iştirak etməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni götürməsini görməmişdir. Hadisəni tam xatırlamır, ola bilsin ki, narkotik vasitə götürülərkən görmüşdür. Avtomobilin saxlanıldığı yerdən Biləsuvar Rayon Polis Şöbəsinə qədər təxminən on beş kilometr məsafə vardır və bu məsafəni təqribən iyirmi dəqiqəyə qət etmişlər. Şəxsi axtarışın keçirilmə vaxtını xatırlamır. Avtomobilin tərəflərindən saxlanılması ilə saxlanılan şəxslərin üzərinə şəxsi axtarış keçirilməsi arasındakı zaman fərqini müdafiəçinin gecikməsi səbəbindən ola biləcəyi ilə əlaqələndirmişdir. Aqşin adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişdir. Ona əməliyyat məlumatını sürücü Şahid4 verməmiş, Teymur onlarla əməkdaşlıq etməmişdir. Şahid1 məhkəmə istintaqı təzələndikdən sonra 19 dekabr 2024-cü il tarixli məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, avtomobildə başqa şəxsin olmasını avtomobili saxladıqdan sonra bilmişdir. İstifadəsində 050 ***-**-** mobil nömrəsi vardır və əməliyyat zamanı istifadəsində bu nömrə olmuş, başqa nömrə olmamışdır. Avtomobil saxlanıldıqda şüşəsi sınmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin şüşəsinin polis əməkdaşları tərəfindən sındırılması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs əynindəki şalvara diqqət yetirməmişdir. Onun döyülmə nəticəsində şalvarının cırılması, ona başqasının şalvarının verilməsi barədə bildirdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs saxlanılarkən əynindəki şalvarın əyninə böyük olması onun problemi deyildir. İçərisində narkotik vasitə olan bağlama Təqsirləndirilən şəxs avtomobildə oturduğu oturacağın ayaqaltı hissəsində olmuşdur. Bağlamanın ölçüsü böyük olduğundan oturacağın altına keçə bilməzdi, ola bilsin ki, bir hissəsi oturacağın altında qalmışdır. Bağlamanı ayaqaltına qoyanda orada ayaq qoymağa da yer qalmışdır. Avtomobilə baxış zamanı bağlamanın olduğu yeri bildiyindən birbaşa avtomobilin həmin yerinə yaxınlaşmışdır. Avtomobildə bağlama olduğunu avtomobili saxladıqları yerdə görmüş, orada şərait olmadığından avtomobilə yerində baxış keçirilməmişdir. Rəhbərliyə bu barədə məruzə etmiş, rəhbərlik də hava şəraiti ilə əlaqədar avtomobili polis şöbəsinə gətirmələrini istəmişdir. Həmin vaxt hava yağışlı, yer palçıq olmuşdur. Biləsuvar Rayon Polis Şöbəsində Aqşin adlı əməliyyatçı var, lakin Həsən adlı əməkdaş yoxdur. Təqsirləndirilən şəxs döyülməsini görməmiş və eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Səmədabad Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. 07 mart 2024-cü il tarixdə axşam saatlarında Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə Ələt-Astara yolunun 104-cü kilometrliyində əməliyyat qrupunun üzvləri olan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “saxla” əmri verilmiş, avtomobil saxlanıldıqdan sonra yaxınlaşıb özlərini təqdim etmiş və avtomobildə olan şəxsləri Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində kriminalist və müdafiəçilər dəvət olunmuş, onların iştirakı ilə təhqiqatçı saxlanılmış şəxslərin üzərində şəxsi axtarış keçirmiş, nəticədə həmin şəxslərin üzərlərindən qanunla qadağa olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs avtomobildə ona aid narkotik vasitənin olduğunu, bundan sürücü Şahid4 məlumatsız olduğunu bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş və qeyd olunan narkotik vasitə avtomobildən aşkar edilərək götürülüb qablaşdırılmışdır. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat qrupuna Şahid1 başqa o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfəri İsmayıl Ağazadə, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Elçin Əsədov, həmçinin Yol Patrul Xidmətinin əməkdaşları Babək Əzimov və Orxan Həsənov daxil olmuşlar. Hadisə yerinə neçə avtomobildə getdiklərini xatırlamır. Polis şöbəsindən çıxaraq getmişlər və bu zaman hava qaranlıq olmuşdur. Əməliyyat qrupunun rəhbəri onlara Biləsuvar rayonu ərazisində “VAZ-21015” markalı avtomobilin olduğunun ehtimal edildiyini, həmin avtomobilin içərisində olan şəxsin narkotik vasitə apardığını bildirmişdir. Avtomobilin içərisində neçə nəfərin olduğunu bilməmiş, lakin Təqsirləndirilən şəxs olacağını bilmişdir. Ələt-Astara yoluna gedib, orada gözləmişlər. Yol Patrul Xidmətinin əməkdaşları şübhəli avtomobili təqib edib saxlamışlar. “Saxla” əmri verildikdən sonra sürücü avtomobili saxlamış, onlardan yayınmağa çalışmamışdır. Avtomobil saxlanıldıqdan sonra yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini bildirmişlər. Sürücü Şahid4 avtomobildən düşmüş, digər şəxs, yəni Təqsirləndirilən şəxs isə avtomobildə qalmış, sonradan avtomobilin ön sağ tərəfindən yerə düşmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşürülmüş, polis əməkdaşları Şəhriyarın avtomobildən düşüb qaçmaması üçün lazımi mövqedə dayanmışlar, özünün isə avtomobilin hansı tərəfində dayandığını xatırlamır. Şəhriyar qapını açaraq avtomobildən özü düşmüş, onun düşməsi üçün hansısa vasitə tətbiq edilməmişdir. Təqsirləndirilən şəxslə sürücü Şahid4 “VAZ-21015” markalı avtomobildə polis şöbəsinə aparmışlar. Həmin avtomobili Yol Patrul Xidmətinin əməkdaşlarından biri idarə etmişdir. Yol Patrul Xidməti əməkdaşının yanında kimin əyləşdiyini xatırlamır. Avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən narkotik vasitə aşkar olunmuşdur. Özünün hansı avtomobilə əyləşərək şöbəyə getdiyini xatırlamır. Sürücü Şahid4 şöbəyə aparılarkən harada oturduğunu xatırlamır. Saxlanılmış şəxslərin qoluna qandal vurmuşlar. Avtomobilin şüşəsinin sınmasını xatırlamır. Avtomobilin şüşəsini sındırmamış, Təqsirləndirilən şəxs hədələməmişlər. Biləsuvar Rayon Polis Şöbəsində Aqşin və Həsən adlı polis əməkdaşları var. Təqsirləndirilən şəxs döyülməsi barədə eşitməmişdir. Avtomobili saxladıqda içərisində bağlama olduğunu görmüşlər. Adətən belə halda yerindəcə çəkiliş etmir, avtomobili polis şöbəsinə aparırlar. Bütün videoçəkilişlərdə iştirak etmişdir. Avtomobilin üzərində hər hansı əzik, şüşə qırığı aşkar etməmişdir. Təqsirləndirilən şəxs polisə tabesizlik göstərməmişdir. Onu əməliyyat tədbirində iştirak etməsi üçün Şahid1 çağırmışdır. Sürücü Şahid4 polislə əməkdaşlıq etməmiş, onunla hadisədən qabaq hər hansı əlaqə yaradılmamışdır. Şahid3 19 dekabr 2024-cü il tarixli məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində Aqşin və Həsən adlı şəxslər iştirak etməmişlər. İstifadəsində 050 ***-**-** saylı mobil nömrə olmuş, həmin nömrə əməliyyat tədbiri zamanı üzərində olmuşdur, başqa mobil nömrəsi yoxdur. Polis şöbəsinə başqa avtomobildə getmiş, saxlanılmış şəxslərlə birlikdə Şahid2 və Şahid1 getmişlər. Sürücü Şahid4 öz avtomobilində qabaq sağ tərəfdə oturmuşdur. Avtomobilin saxlanıldığı yerdən polis şöbəsinə qədər təqribən on beş kilometr məsafə var. Polis şöbəsinə on beş-iyirmi dəqiqəyə çatmışlar. Şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin vaxtlarını xatırlamır, lakin əvvəl şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Avtomobildə “kapotun” açıq olması, yan şüşənin sınması kimi halları görməmişdir. Belə ki, o, avtomobilə çox yaxın getməmiş, həmçinin, hava qaranlıq olmuşdur. Polis şöbəsinin həyətində avtomobilə Şahid1 baxış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı olan dostu ilə danışdığını, narkotik vasitəni də sonuncunun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarla bağlı, habelə şöbədə əlində telefonla Şəhriyara yaxınlaşaraq telefonun ona məxsus olub-olmaması barədə sual verməsi barədə bildirdikləri doğru deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. 07 mart 2024-cü il tarixdə axşam saatlarında Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar şöbə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Elçin Əsədov, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3, Post Patrul Xidməti Bölüyünün polis nəfəri İsmayıl Ağazadə və iki nəfər Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin əməkdaşı daxil edilmişdir. 07 mart 2024-cü il tarixdə Ələt-Astara yolunda İdrak adlı şəxsə məxsus mağazanın yaxınlığında Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil nəzarətə götürülmüş, daha sonra isə sürücüyə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “saxla” əmri verilərək avtomobil saxlanılmışdır. Bundan sonra sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, onları Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində sürücü Şahid4 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərlərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitənin avtomobildə olduğunu demişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş və avtomobildən bağlama aşkar olunmuşdur. Həmin bağlamaya baxış keçirilən zaman içərisindən heroin, metamfetamin və metadon həbləri aşkar edilmişdir. Şahid2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirinə getməmişdən əvvəl qrup rəhbəri Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Onlar dörd nəfər olmaqla, xidməti avtomobildə şübhəli şəxsin aşkar edilməsi məqsədilə İdrak adlı şəxsə məxsus mağaza istiqamətində hərəkət etmiş, oraya çatıb öz avtomobillərində gözləmişlər. Daha sonra Təqsirləndirilən şəxs içərisində olduğu avtomobil saxlanılmış, həmin avtomobilə yaxınlaşdıqları zaman Yol Patrul Xidmətinin əməkdaşı sürücü ilə söhbət edirmiş. Həmin vaxt sürücünün avtomobildən düşüb-düşmədiyini xatırlamamışdır. Avtomobildə iki nəfər olmuş, onlardan hansının Təqsirləndirilən şəxs olduğunu bilməmiş, həmin şəxslər özlərini təqdim etdikdən sonra sərnişinin Şəhriyar olmasını bilmişlər. Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Şəhriyar onlara müqavimət göstərməmiş, qaçmağa çalışmamış, avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs oturduğu tərəfin qapısında nasazlıq olduğundan bir neçə cəhddən sonra qapı açılmışdır. Onlar avtomobili saxlamalarının səbəbini izah etdikdə sürücü Şahid4 etiraz etmiş, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxslə cəzaçəkmə müəssisəsində tanış olduğunu, Şəhriyarı sərnişin kimi gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq narkotik vasitəyə görə gəlməsini etiraf etməmişdir. Səhv etmirsə, saxlanılan şəxslərə qandal tətbiq edilməmişdir. Avtomobilin ön sağ qapısının şüşəsi qırılmış vəziyyətdə və içəridə şüşə qırıntıları olmuşdur. Şüşə qırıntıları barədə saxlanılmış şəxsləri sorğu-sual etməmişlər. Şüşənin qırılması onun marağını kəsb etməmişdir. Əvvəlcə avtomobildə bağlama olduğunu aşkar etməmişlər. Avtomobilin qapısını açmağa çalışarkən havanın qaranlıq olması və ya bağlama oturacağın altında olduğundan ola bilsin ki, bağlamanı görməmişdir. Ümumiyyətlə, həmin vaxt avtomobilə nəzər yetirmiş, fərqli nəsə aşkar etməmişlər. Polis şöbəsinə gedərkən avtomobildə sürücü Şahid4 qabaq sağ oturacaqda, Təqsirləndirilən şəxs arxa tərəfdə ortada, o və Şahid1 isə sonuncunun yanında əyləşmişlər. Avtomobili Yol Patrul Xidmətinin əməkdaşı idarə etmişdir. Avtomobil şöbəyə gətirildikdən sonra qapılarını sürücü Şahid4 bağlamış və açar sürücüdə olmuşdur. Avtomobili şöbənin həyətində saxlayanda qabaq sərnişin tərəfdən şüşəsi olmamışdır. Polis şöbəsinin həyətində müşahidə kamerası olmuşdur. İbtidai istintaq zamanı bu barədə suallar verilmədiyindən avtomobilin şüşəsinin qırılması barədə bildirməmişdir. Avtomobilə baxış keçirilməsi zamanı avtomobilin ön sağ qapısını kimin açdığını və narkotik vasitəni avtomobildən kimin götürüb təqdim etdiyini dəqiq xatırlamamışdır. Avtomobildə əzik, “kapotun” açıq olması kimi hallar olmamış, lakin avtomobilin işə salınmasında problem olmuşdur. Avtomobildə olan problemlərlə bağlı hər hansı akt tərtib etməmişlər. Təqsirləndirilən şəxs Aqşin və Həsən adlı polis əməkdaşları tərəfindən döyülməsi barədə deməsinin səbəbini bilmir. Onu əməliyyat tədbirində iştirak etməyə Şahid1 dəvət etmişdir. Şahid1 onu əməliyyat tədbirində iştiraka hansı vasitə ilə dəvət etdiyini xatırlamır. Həmin vaxt istifadəsində hansı nömrənin olduğunu bilmir, hazırda istifadəsində 050 ***-**-** saylı mobil nömrə var. Hadisə vaxtı həmin nömrənin üzərində olub-olmadığını xatırlamır. Şahid2 19 dekabr 2024-cü il tarixli məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, avtomobil polis şöbəsinin həyətində saxlanılmış, sınmış şüşə bərpa edilməmişdir. Avtomobilin açarının kimdə qalmasını, qapıları kimin bağladığını xatırlamamışdır. Təqsirləndirilən şəxs oturduğu halda avtomobilin şüşəsi sındırılsaydı, sonuncunun üzərində xəsarət yaranmalı idi, lakin belə bir xəsarət olmamışdır. Əvvəl şəxsi axtarış keçirilmiş, lakin dəqiq vaxtını xatırlamamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ yan oturacağında bağlama olduğunu bildirmişdir. Polis şöbəsində avtomobilə nəzarət kamera vasitəsilə həyata keçirilmişdir. Şöbənin həyətində Post Patrul Xidməti əməkdaşının olub-olmamasını, habelə avtomobilin nə qədər müddət nəzarətsiz qaldığını xatırlamır. Avtomobilə baxış keçirilməsinin yubanması müdafiəçilərin gecikməsi və başqa onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən hər iki tərəfdən polis əməkdaşı ilə əhatə olunmasına baxmayaraq, saxlanılmış digər şəxs Şahid4 ön oturacaqda oturdulmasının səbəbi kimi digər avtomobildə yer olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı istifadəsində 050 ***-**-** saylı mobil nömrə olmuşdur. Biləsuvar Rayon Polis Şöbəsində Aqşin adlı əməliyyatçı var, lakin bu əməliyyat tədbirində iştirak etməmişdir. Həsən adlı şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı olmuş, təhqiqatçı qismində iştirak etmişdir, hazırda Daxili İşlər Nazirliyində xidmətdən çıxmışdır. Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Şəhriyar onun müştərisi olmuşdur, aralarında qohumluq, ədavət və ya düşmənçilik yoxdur. İyirmi ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Şəhriyar ailəsi ilə birlikdə əvvəllər on-on beş il Ramana yolunda kirayədə yaşamış, sonra Zabrat qəsəbəsinə köçmüşlər. Şəhriyar narkotik alqı-satqısı ilə məşğul olduğu üçün tutulmuş, cəzasını çəkib azadlığa çıxdıqdan sonra bir gün ona yaxınlaşıb hər şeylə qurtardığını, idmana başladığını, yaxşı ki, tutulub çıxdığını demiş, o da ona cavan oğlan olduğunu, narkotikdən uzaq durmasını bildirmişdir. Bir gün Şəhriyar yenə ona yaxınlaşmış, bu dəfə isə Biləsuvarda yol tikintisində işlədiyini, orada perforator və sair əşyalar olmaqla 1.500 (bir min beş yüz) manat dəyərində əşyalarının qaldığını, Biləsuvara gedib qayıtmaq müqabilində ona 150 (bir yüz əlli) manat pul verəcəyini bildirmiş, onun bu təklifi ilə razılaşmış, həqiqətən də Şəhriyar ona 150 (bir yüz əlli) manat pul vermiş, həmin pulun 50 (əlli) manatına avtomobilə benzin doldurmuşdur. Biləsuvar rayonuna çatmışlar. Biləsuvara “konum” vasitəsilə getmişlər. Orada bir kafenin yanında avtomobili saxlamış, Şəhriyar avtomobildən düşüb getmiş və qayıdacağını bildirmiş, o da bu arada tualetə getmiş və qayıdanda Şəhriyarın əlində qırmızı rəngli bağlama ilə gəldiyini görmüşdür. Şəhriyar ona getməyi bildirmiş, həmin vaxt hava qaranlıq olmuşdur. Avtomobili işə salıb bir qədər geriyə getmiş, sonra irəli sürüb getmək istəyərkən polis əməkdaşı xidməti avtomobilin sayrışan işıqlarını yandırmış və ona “saxla” əmri vermişdir. Avtomobili təxminən on metr irəli sürdükdən sonra saxlamışdır. Şəhriyar avtomobili saxlayıbsaxlamamaq barəsində ona heç nə deməmiş, avtomobilin qapısını, şüşəsini sındıraraq ondan avtomobili saxlamasını tələb etməmişdir. Polis əməkdaşları yaxınlaşıb avtomobilə baxış keçirəcəklərini bildirmişlər, etiraz etməmiş və avtomobildən düşmüşdür. Həmin vaxt avtomobili saz vəziyyətdə olmuş, heç bir zədə almamışdır. Polislər elə onların saxlanıldığı yerdə avtomobilə baxmış, bu zaman oturacağın qarşısında bağlama olduğu müəyyən edilmişdir. Polis əməkdaşları onları saxladıqdan sonra avtomobilə həm onun, həm də Şəhriyarın olduğu tərəfdən yaxınlaşmış, avtomobilin qapılarını, baqajını açıb baxmışlar. Şəhriyar bağlamanı avtomobildə oturduğu yerdə ayağının altına qoymuşdur. Həmin bağlamanın kimə məxsus olması soruşulduqda Şəhriyar özünə məxsus olduğunu bildirmişdir. Onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkiliş zamanı Şəhriyar narkotikin özünə məxsus olmasını, onun isə taksi sürücüsü olduğunu, 150 (bir yüz əlli) manat pul verdiyini, narkotikdən məlumatı olmadığını bildirmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, üzərindəki əşyaları çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını xatırlamamışdır. Üzərində şəxsi axtarış keçirildiyi zaman idman şalvarı əynində olmuşdur. Şəhriyarın narkotik dalınca getdiyini bilsəydi, getməzdi. Şəhriyar narkotik istifadə etməmiş, işləmiş, ona görə də Biləsuvara getməyi bildirəndə onun narkotik dalınca getdiyini düşünməmişdir. Biləsuvara ilk dəfədir ki, getmişdir. Bakıdan Biləsuvara təqribən 180 kilometr məsafə vardır. İstədiyi qiymətə Bakıdan Biləsuvara gedib qayıda bilər. Bakıdan gələndə Şəhriyarda bağlama olmamışdır. Şəhriyar bağlamanı yol kənarında olan plakata təxminən 200 metr qalmış yerləşən kafenin yaxınlığından götürmüşdür. Şəhriyar bir ədəd lentlə sarılmış bağlama gətirmişdir. Bağlama böyük ölçüdə, rəngi isə səhv etmirsə, qırmızı olmuşdur. Şəhriyar bağlamanı avtomobildə öz yanına, ayaq altına qoymuş, oturacağın altına salmamış, bağlama oraya yerləşəcək ölçüdə olmamışdır. Şəhriyar bağlamada perforator və başqa qiymətli əşyalar olduğunu bildirmişdir. Heç bir iranlı ilə danışmamışdır. İstifadəsində 055 ***-**-** saylı mobil nömrə vardır. Şəhriyar onun telefonu vasitəsilə kiminləsə danışmışdır. Şəhriyarın mobil telefonunda “WhatsApp” proqramı olmadığından onun telefonundan istifadə etmişdir. Şəhriyar yolboyu telefonla danışmışdır. Hadisə günü Şəhriyarın əynində hansı paltarların olduğunu xatırlamır. Polis şöbəsində olarkən Şəhriyara altdan geyindiyi idman şalvarını vermişdir. Şöbədə olarkən polislər ona Şəhriyarın qarın ağrısı olduğunu, şalvarını batırdığını, paltar lazım olduğunu demişlər, o da altdan geyindiyi idman şalvarını verə biləcəyini bildirmişdir. Altdan geyindiyi şalvar dar olmuşdur. Şəhriyar ondan arıqdır. Avtomobilinin qabaq sağ qapısı açılıb bağlanmış, şüşəsi yerində olmuşdur. Polis onları saxlayanda heç kim qapını güclə açmamış, şüşəni qırmamışdır. Polis əməkdaşları sürücü tərəfdən heç bir problem olmadan qapını açıb içəri daxil ola bilərmişlər. Polis şöbəsinin həyətində avtomobilə videoçəkilişlə keçirilmiş baxış zamanı iştirak etmişdir. Həmin vaxt avtomobilin qapısını kimin açdığını xatırlamır. Onu polis şöbəsinə öz avtomobilində aparmışlar. Polis şöbəsinə gedərkən avtomobilin arxa oturacağında əyləşmiş, polis əməkdaşları da onun yanında oturmuşlar. Həmin polis əməkdaşlarını tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Həmin vaxt əli qandallı olmuşdur. Şəhriyar polis şöbəsinə başqa avtomobillə aparılmışdır. Avtomobil özünə məxsus olduğundan onu öz avtomobili ilə şöbəyə aparmışlar. Polislər tərəfindən saxlanılmalarının dəqiq vaxtını, həmin vaxtdan nə qədər müddət sonra şəxsi axtarış keçirildiyini xatırlamır. Şəxsi axtarış keçirilənədək adını bilmədiyi polis əməkdaşının otağında saxlanılmışdır. Şəhriyar həmin müddətdə başqa otaqda olmuşdur. Şəhriyar döyülməmiş, ümumiyyətlə onlara heç bir təzyiq göstərilməmişdir. Şəhriyar döyülsəydi, bunu eşidərmiş. Şəhriyar Biləsuvara gedərkən yolda bir neçə dəfə qarnının ağrıdığını bildirmiş, lakin avtomobili yolda saxlamamışdır. Yolboyu Şəhriyar ondan avtomobili yalnız bir dəfə “Kamaz” avtomobillərinin olduğu yerdə saxlamasını istəmiş, o da tualetə getmək istədiyini deyib, avtomobili həmin yerə çatmamış kafedə saxlamış, tualetə gedib qayıdandan sonra avtomobildə oturduğu zaman Şəhriyar yüklə qayıtmışdır. Avtomobili nasaz vəziyyətdə olmuş, polis şöbəsinə çatana yaxın yolda sönmüş, işə düşməmiş, buksirə almışlar və nəticədə avtomobilin qabaq hissəsi əyilmiş, yəni kapot qalxmış və aşağı düşməmiş, o da yerə oturub avtomobilini düzəltməyə çalışmış, kapot yerinə oturmadığı üçün əyilib avtomobildə qarmağı qaldırmış, lakin “kapot” yenə də yerinə oturmamışdır. Əynindəki şalvarın üzərində palçıq ləkəsinin olması bununla əlaqədar olmuşdur. Həmin vaxt avtomobilini kimin idarə etdiyini bilməmiş, habelə özü də sükan arxasında olmamışdır. Avtomobilin akkumulyatorunda nasazlıq olmuş, polis şöbəsinə çatdıqdan sonra düzəltməyə çalışmışdır. Polis şöbəsinə gedərkən avtomobilin ön, yaxud arxa oturacağında oturduğunu, Şəhriyarın hansı avtomobillə aparılmasını xatırlamamışdır. Polis şöbəsinə gedərkən avtomobildə cəmi beş nəfər olmuşlar və ön sağ oturacaqda da kimsə oturmuşdur. Şəhriyara şalvarı Müvəqqəti Saxlama Yerində olarkən vermiş, şəxsi axtarış zamanı əynindəki şalvar onun verdiyi şalvar olmamışdır. Bakıdan gələrkən Şəhriyarın əynində videoçəkilişdə görünən şalvarın olub-olmadığını xatırlamır. Şəhriyar Müvəqqəti Saxlama Yerində saxlanılarkən şalvarını batırması barədə ona xəbər göndərmiş, o da əynindəki cins şalvarın altından geyindiyi şalvarı ona göndərmişdir. Əvvəl avtomobilə baxış keçirilmiş, Şəhriyara şalvar verməsi isə sonradan baş vermişdir. Avtomobilə baxış zamanı bağlamadan narkotik çıxdığı deyilmişdir. Avtomobilin oturacaqlarının üzərində olan şüşə qırıntılarının üzərində adam otura bilərdi, lakin özü həmin şüşə qırıntılarının üzərində oturmamışdır. Avtomobilinin şüşəsinin sınması səbəbini bilmir. Polis şöbəsindən çıxanda avtomobilin şüşəsi yerində olmuşdur. Yaddaş problemi olduğundan hadisəni tam dəqiqliyi ilə xatırlamadığını bildirmişdir. Şəhriyar hadisədən əvvəlki günlərdə ona zəng etməmiş, telefonla Şəhriyarla əlaqə saxlamamışdır. Şəhriyarı 07 mart 2024-cü il tarixindən əvvəl mütəmadi olaraq görmüşdür. Şəhriyar kirayədə qaldığı yerdən başqa ünvana köçsə də, onun yaşadığı Ramana yolunun kənarında narkomanlar yığışırmış deyə oraya gəlirmiş. Sakinlər narkomanlardan şikayət etmiş, polislər oradan narkomanları yığışdırmışlar. Həmin yerdə narkomanlar alqı-satqı etmişdirlər. Şəhriyarla birlikdə narkotik istifadə etməmişdir. Ona məxsus olan mobil telefon vasitəsilə Şəhriyar iranlı ilə danışmışdır. Belə ki, Şəhriyar “konum” göndərilməsi lazım olduğunu bildirmiş və öz telefonunda “WhatsApp” proqramı olmadığı üçün onun telefonunu istəmişdir. Tutulmamışdan əvvəl Şəhriyarla zəngləşmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və təxminən iki il olar ki, azadlığa çıxmışdır. Polislər Şəhriyarın onun taksi sürücüsü olması, narkotik vasitədən xəbərsiz olması barədə dediklərinə dərhal inanmamış, araşdırma aparmış, onu iki gün saxladıqdan sonra günahı olmadığı üçün buraxmışlar. İttiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi olmuş, şəxsi də bununla əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində onu cəmi bir dəfə gördüyünü doğru deməmişdir. Belə ki, şəxsi axtarış və avtomobilə baxış zamanı iştirakdan başqa, təqsirləndirilən şəxs sanksiya məhkəməsinə çıxarılarkən də onun yanında olmuş, şəxsi axtarış zamanı polisdən şikayəti olubolmadığını soruşmuş, o da heç bir şikayəti, etirazı olmadığını bildirmişdir. Şəhriyargil Biləsuvara iki nəfər gəlmişlər, lakin digər şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxslə birlikdə tanış olmuşdur. Şəxsi axtarış bir il əvvəl keçirildiyindən həmin vaxt masanın üzərində olan mobil telefonun yoxa çıxması, daha sonra lentlənmiş halda avtomobildən çıxmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirilməsi barədə heç nə deməmişdir. Konfidensial ünsiyyət zamanı Təqsirləndirilən şəxs Biləsuvara niyə gəldiyini soruşmuş, o da narkotikə görə gəldiyini bildirmiş, bundan sonra ona heç nə deməmişdir. Şəxsi axtarış videoçəkilişinin neçə dəfə aparılmasını xatırlamamışdır. Şəxsi axtarışdan sonra polis şöbəsinin həyətində olan avtomobilə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yenə də ona təzyiq göstərilib-göstərilməməsi barədə soruşmuş, bu dəfə də heç bir şikayəti olmadığını bildirmişdir. İyirmi beş ildir ki, məhkəmə-hüquq sistemində işləyir, müvəkkilində hər hansı xəsarət aşkar olunarsa, səhəri gün prokurora bu barədə məlumat verir. Təqsirləndirilən şəxs hər hansı xəsarət müəyyən etməmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın dəyişdirilməsini, avtomobilin şüşəsinin sınmasını, avtomobilə baxış zamanı videoçəkilişdə Şəhriyarın kadrdan çıxmasının səbəblərini xatırlamamışdır. Belə ki, koronavirusa yoluxandan sonra güclü yaddaş itkisi problemi yaşayır. Adətən narkomanların gözünün altında xarakterik xüsusiyyətlər olur və ola bilər ki, Təqsirləndirilən şəxs gözünün altındakı da bununla əlaqədar olmuş, burnunun üzərinə isə diqqət yetirməmişdir. Avtomobilin şüşəsinin sınıq olması onun müvəkkilinə aid olan məsələ deyildir və bu barədə sürücü etiraz etməli idi. Təqsirləndirilən şəxs özü şüşənin sınıq olmasını mübahisələndirmədiyi üçün o da heç bir hərəkət etməmişdir. 050 ***-**-** saylı mobil nömrə ona məxsusdur. İstifadəsində iki mobil telefon var, bəzən telefonunu üzərində gəzdirmir. Sorğulanan nömrəsi əsasən oğlunun istifadəsində olur, hazırki məhkəmə iclasına da telefonsuz gəlmişdir. Mobil telefonunun markası “İphone” olduğu və bu da oğluna maraqlı gəldiyi üçün bəzən oğlu həmin telefondan istifadə edir. 08 mart 2024-cü il tarixdə, 17:00-dan 19:30-dək dindirmə zamanı təqsirləndirilən şəxsin yanında olmuşdur. 09 mart 2024-cü il tarixdə, saat 09:45-də müstəntiqin ona məxsus nömrəyə zəng edərək kiminlə danışdığını deyə bilmir, çünki, həmin vaxt telefon onda və ya oğlunda ola bilərdi və bunu dəqiq xatırlamamışdır. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarından, yəni; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 05). Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, protokolu və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 06-08; 11-12). Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli protokol və raportundan görünür ki, həmin tarixdə, saat 22:20 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsinin 104-cü kilometrliyində yerləşən X8 məxsus ərzaq mağazasının yaxınlığında şöbənin yol polisi əməkdaşları tərəfindən saxlanılmış, sürücünün Şahid4, sərnişinin isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (iş vərəqi 09). Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 14; 24; 26). Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “Whinston” mətni yazılmış siqaret qutusu və pul kisəsini təqdim edərək “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və psixotrop maddələr olmasını bildirmişdir. Pul kisəsinə baxış zamanı içərisində iki ədəd 1 (bir) manatlıq pul əskinazının olması müəyyən edilmişdir. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 33-35). Biləsuvar Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsus narkotik və psixotrop maddələrdən ibarət bükülünün olduğunu bildirmiş, avtomobilin sağ ön oturacağının ayaq altısında Təqsirləndirilən şəxs məxsus üzəri qırmızı rəngli yapışqan lentlə sarılmış bir ədəd bağlama və bir ədəd “Samsung” markalı mobil telefon olması, həmin bağlama açılıb baxıldıqda içərisində beş ədəd bükülü olması, birinci bükülü açılıb baxıldıqda içərisindən 1015 qram çəkidə narkotik vasitə heroin, ikinci bükülüdə 845 qram çəkidə psixotrop maddə metamfetamin, üçüncü bükülüdə 171 ədəd üzərində “M-40” sözləri yazılmış narkotik vasitə metadon həbi, dördüncü bükülüdə 670 qram çəkidə narkotik vasitə həşiş, beşinci bükülünün içərisində 2310 qram çəkidə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələrin, habelə mobil telefon aparatının ona məxsus olmasını bildirmişdir. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 59-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/221 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ““VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ....” sözlər və imzalar olan bağlamadakı bir ədəd bükülüdə təmiz çəkisi 975,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bir ədəd bükülüdə təmiz çəkisi 830,0 qram olan ağ kristallardan ibarət maddə metamfetamindir; bir ədəd bükülüdə təmiz çəkisi 670,0 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır; bir ədəd bükülüdə təmiz çəkisi 2080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; ümumi sayı 171 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir və həblərin ümumi təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 6,84 qramdır (bir həbdə 0,04 qr). Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir (iş vərəqi 69-72). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy” markalı, ağ rəngli mobil telefona baxış zamanı üzərində 070 339-16-29 mobil nömrəsinin olduğu, “kontaktlar”, “qalareya”, “WhatsApp” proqramına baxış zamanı isə orada olan məlumatların silinməsi müəyyən olunmuşdur (iş vərəqi 103). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 105-106). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 108-109). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 mart 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 132-135). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 975,0 qram narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 974,9 qram qalığı, 830,0 qram metamfetaminin tədqiqatdan sonrakı 829,9 qram qalığı, 670,0 qram həşiş qətranının tədqiqatdan sonrakı 669,9 qram qalığı, 2080,0 qram qurudulmuş marixuananın tədqiqatdan sonrakı 2079,9 qram qalığı, 171 ədəd metadonun tədqiqatdan sonrakı 157 ədəd qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (iş vərəqi 139-140). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar Rayon Polis Şöbəsinin 07 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2.925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə və 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının 2 (iki) ay hissəsindən azad edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklərin tətbiq olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan cəzası 3 (üç) il 6 (altı) aya azaldılmış, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş; Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2.925 (iki min doqquz yüz iyirmi beş) manat cərimə cəzası 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 183-185; 215-224). Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 111 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır (iş vərəqi 195-196). Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 252 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulundan yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 197). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən CD diskə baxış zamanı onun istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı şəxslərin istifadəsində olan mobil telefon nömrələri arasında çoxlu telefon danışıqlarının olması müəyyən olunmuşdur (iş vərəqi 208). Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Xındırıstan Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Xındırıstan kəndində qeydiyyatdadır və barəsində nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (iş vərəqi 227-228). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü tarixli, 1402 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur, onda aşkar edilən bu pozuntu hal-hazırda kompensasiya vəziyyətində olduğundan hazırki vəziyyəti ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur və bu hal onu, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmiş, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 229-232). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında”, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında”, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi; ilkin araşdırma zamanı “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD diskin maddi sübut hesab edilməsi; Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş “Samsung Galaxy” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etmədiyindən onun yaxın qohumlarından birinə qaytarılması; narkotik vasitə və psixotrop maddənin mənbəyinin, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işinin ayrılması qərar alınmışdır (iş vərəqi 236-251; 253-254; 258-259). Cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmənin sorğusu əsasında daxil olmuş və məhkəmə iclaslarında elan olunmaqla tədqiq edilmiş aşağıdakı sənədlərdən, yəni; Biləsuvar Rayon Polis Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs şöbənin müvəqqəti saxlama yerinə daxil olarkən tibbi müayinədən keçirilmiş və onda hər-hansı bir xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş Tibb Baş İdarəsinin 2381/2024 nömrəli "Tibbi Kitabça"-dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmiş, boyunun hər iki yan səthində, hər iki yuxarı ətraflarda və sağ qalça çüxurunda köhnə çapıq toxumalar, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyadan sonrakı izlər və çapıqlaşmış sahələr müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs zədə aldığını bildirməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdrımalar İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə onun anası Zəhra Məmmədovanın müraciəti əsasında həmin idarədə araşdırılma aparılmış, lakin müraciətdə göstərilən xüsusat öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə şahid qismində keçən Biləsuvar Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 hazırki cinayət işi üzrə keçirilmiş əməliyyat tədbiri zamanı istifadəsində olduğunu dediyi (050) ***-**-** mobil telefon nömrəsinin qərarda göstərilən 01 noyabr 2023-cü il tarixdə, saat 00:00-dan 09 mart 2024-cü il, saat 00:00-dək olan müddətdə, ümumiyyətlə, 20 oktyabr 2021-ci il tarixdən deaktivdir; digər əməliyyat müvəkkili Şahid2 hazırki cinayət işi üzrə keçirilmiş əməliyyat tədbiri zamanı istifadəsində olduğunu dediyi (050) ***-**-** mobil telefon nömrəsinə dair 07 mart 2024-cü il tarixdə anten dairəsi qeydə alınmamış, həmin nömrənin anten dairəsi 06 mart 2024-cü ildə, saat 9:25-də Biləsuvar rayonu, növbəti dəfə isə 08 mart 2024-cü il tarixdə, saat 13:39-da Biləsuvar rayonu, Bəydili kəndində qeydə alınmış; digər əməliyyat müvəkkili Şahid3 hazırki cinayət işi üzrə keçirilmiş əməliyyat tədbiri zamanı istifadəsində olduğunu dediyi (050) ***-**-** mobil telefon nömrəsinə dair 07 mart 2024-cü il tarixdə, saat 17:10-da ünvan 4-də anten dairəsi qeydə alınmış, həmin nömrənin anten dairəsi 06 mart 2024-cü ildə, saat 15:43-də və 08 mart 2024-cü il tarixdə, saat 22:05-də ünvan 4 ünvanda qeydə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkili olmuş Şahid5 istifadəsində olan (050) ***-**-** mobil nömrənin müvafiq operatorda qeydə alınmış 06 mart 2024-cü il, saat 00:00-dan 14 iyun 2024-cü il, saat 00:00-dək olan müddətə anten məlumatları və giriş-çıxış zənglərindan görünür ki, həmin nömrə 08 mart 2024-cü il tarixdə, saat 17:54-də Biləsuvar rayonunun Zəhmədabad kəndində, 18:08-də Biləsuvar şəhərində, 18:09-da Biləsuvar şəhərində, 18:19-da Biləsuvar şəhərində, 18:23-də Biləsuvar rayonunda, 18:26-da Biləsuvar rayonunda, 19:32-də Biləsuvar şəhərində; 09 mart 2024-cü il tarixdə, saat 9:41-də Biləsuvar rayonunun Zəhmədabad kəndində, 9:45-də Biləsuvar şəhərində, 10:54-də Biləsuvar rayonunda qeydə alınmış, sözügedən nömrəyə həmin tarixdə, saat 9:45-də zəng işin müstəntiqi Şamil Həsənlinin istifadəsində olan (050) ***-**-** mobil nömrəsindən daxil olmuş və 29 saniyə danışıq qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Şahid4 istifadəsində olmuş (055) ***-**-** mobil nömrənin müvafiq operatorda qeydə alınmış 01 noyabr 2023-cü il tarixdə, saat 00:00-dan 09 mart 2024-cü il, saat 00:00-dək olan müddətdə anten dairəsi məlumatları MOC- 07 mart 2024-cü il tarixdə, saat 22:44:01-də Biləsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; GPRS- saat 22:44:43-də Biləsuvar HUB /Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; usage_int- saat 22:54:48-də Biləsuv ATS/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- 08 mart 2024-cü il tarixdə, saat 12:26:26-da Bilsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- 08 mart 2024-cü il tarixdə, saat 17:02:55-də və 17:03:53-də Bilsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; GPRS- saat 17:03:35 və 17:04:59-da Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MTCsaat 17:21:09-da Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- saat 17:43:33-də Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; GPRS- saat 17:44:01də Bilsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; MTC- saat 17:52:55-də Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də qeydə alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş rentgen şəkili və rentgenoloqun rəyindən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı rentgendən keçirilmiş və ağ ciyərlərdə patoloji kölgəliklər aşkar edilməmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 30 (otuz) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə yekun qərarının (hökmün) əsaslandırma hissəsinə keçməmiş aşağıdakı ümumi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin 2-ci bəndi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında onların hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi vasitəsilə iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz fikirlərini bildirmiş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi və bilavasitə özü tərəfindən suallar verilmiş, məhkəməyə vəsatətlər təqdim olunmuş və beləliklə, təqsirləndirilənə qarşı irəli sürülmüş ittiham tərəflərindən mübahisələndirilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla, habelə müdafiə tərəfinin vəsatətləri təmin olunmamaqla, təmin olunmuş vəsatətləri isə səthi araşdırılmaqla və bununla da iş üçün əhəmiyyətli halların vaxtında aşkar olunmasının qarşısı alınmaqla ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən ibtidai istintaq orqanı tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı ziddiyyətli ifadələr verilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsinin ibtidai istintaq orqanı tərəfindən onun özünün etirafedici ifadələri, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması barədə xx.xx.2024-cü il tarixli protokol və raport, “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokol, “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2024-cü tarixli protokol, “videogörüntüyə baxış keçirilməsi haqqında” 15 və 16 mart 2024-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 111 nömrəli rəyi, cinayət işi üzrə ittihamın həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı vəsatət əsasında dəvət olunmuş şahidlərinin ifadələri reallığı əks etdirmir. Belə olan halda qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 1-ci bəndində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyat axtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş ürzə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Məhkəmə onu da qeyd edir ki, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. “İrlandiyanın İngiltərəyə qarşı işi üzrə” xx.xx.2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham olunması ilə bağlı iş üzrə ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik istifadəçisi olduğundan 2024-cü ilin yanvar ayından “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Nasif adlı şəxslə tanışlığı yarandıqdan sonra bir-birinin mobil telefon nömrəsini əldə edərək “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamaları, Nasifin ona Biləsuvar rayonuna narkotik vasitə göndərməyi və həmin narkotik vasitəni Bakı şəhərinə aparması, bunun qarşılığında ona pul verməyi təklif etməsi, 07 mart 2024-cü il tarixdə, saat 18 radələrində Nasifin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona zəng edərək istifadə etmək üçün Salyan rayonuna 1 kq narkotik vasitə nəşə, yəni qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni gəlib Biləsuvar rayonundan aparmasını təklif edib, qarşılığında 2.500 (iki min beş yüz) manat pul verməsini istəməsi, Nasifin bu təklifini qəbul etməsi, Nasifə göndərdiyi narkotik vasitə qarşılığında hər ay verdiyi bank kartına 100 (bir yüz) manat olmaqla iyirmi beş ay müddətində pul göndərməyə razılaşması, buna görə də Şahid4 zəng edərək görüşmək istədiyini bildirməsi və görüşmələri, Teymura Salyan rayonunda yaşayan bir tanışı ilə görüşüb pul alacağını bildirməsi və buna görə də idarə etdiyi avtomobillə onu taksi kimi Salyan rayonuna aparmasını xahiş etməsi, xidmət haqqı olaraq 100 (bir yüz) manata razılaşmaları, həmin gün saat 19 radələrində Teymurun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Salyan rayonuna yola düşmələri, yolda hərəkətdə olan zaman özünə məxsus olan mobil telefonla İranlı Nasif adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq şifrəli şəkildə danışsa da, Teymurun onun nə barədə danışmasından məlumatı olmaması və bununla bağlı aralarında heç bir söhbət etmədikləri, Salyan rayonuna çatan zaman Nasifin ona, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə konum göndərməsi, həmin konuma baxaraq narkotik vasitənin içərisində olduğu bağlamanın Biləsuvar rayonu ərazisində gizlədilməsini bilməsi, buna görə də Teymura dostunun Salyan rayonunda olmamasını və onu Biləsuvar rayonu ərazisində gözləməsini deyib, bu səbəbdən də onu Biləsuvar rayonuna gətirməsini xahiş etməsi, əvəzində əlavə 20 (iyirmi) manat pul verəcəyini deməsi və razılaşmaları, saat 22 radələrində Biləsuvar rayonu ərazisinə çatdıqdan sonra Nasifin göndərdiyi konuma baxaraq “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığını keçdikdən sonra Nasifin göndərdiyi konumun yanına çatarkən Teymurdan avtomobili saxlamasını istəyib, tanışı ilə orada görüşəcəyini bildirməsi, avtomobildən yerə düşərək körpünün yaxınlığında gizlədilmiş, içərisində narkotik vasitə olan üzəri qırmızı rəngli yapışqanla sarılmış bağlamanı götürüb beş dəqiqə sonra yenidən avtomobilə qayıtması, Teymur ondan əlindəki bağlamada nə olmasını soruşduqda yalandan həmin bağlamanı dostunun ona verməsini və içərisində pay olduğunu bildirməsi, bağlamanı ayaqaltı hissəsinə qoyması, Teymurun avtomobili geri döndərib Bakı şəhəri istiqamətində hərəkət etdirməyə başlaması, “Lukoil” yanacaqdoldurma məntəqəsini keçəndən sonra Yol Patrul Xidməti əməkdaşlarının Teymura avtomobili saxlamaq işarəsi verməsi, Teymurun da avtomobili yolun sağında olan mağazanın yaxınlığında saxlaması, əvvəlcə yol patrul xidməti əməkdaşları, daha sonra isə mülki geyimdə olan polis əməkdaşlarının onlara yaxınlaşıb özlərini təqdim edərək, üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə gəzdirmələri şübhəsini izah edərək Biləsuvar Rayon Polis Şöbəsinə gətirmələri, Şahid4 idarə etdiyi “VAZ-21015” markalı avtomobilə baxış keçirilərkən avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsindən içərisində narkotik vasitə olan, üzəri yapışqan lentlə sarılmış bir ədəd bağlamanı çıxarıb təqdim etməsi, həmin bağlamada narkotik vasitə olmasını bildirməsi, Şahid4la əvvəlcədən narkotik vasitə və psixotrop maddə əldə etməsi barədə hər hansı razılıq olmaması, bağlamanı əldə edib avtomobilə qayıdan zaman Teymurun bağlamanı onun əlində görüb içərisində nə olduğunu soruşması, cavabında yalandan həmin bağlamanı dostunun verməsini deməsi, Biləsuvar rayonuna istifadə etmək üçün 1 kq narkotik vasitə nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə gəlməsi barədə özünün heç bir təzyiq altında qalmadan deməsi fikri absurddur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə və həmin ifadəni iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə uzlaşdırmaqla, habelə toplanmış istintaq sənədləri ilə öz təsdiqini tapması əsasında bu qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində sürücü Şahid4 07 mart 2024cü il tarixdə, saat 15-17 radələrində ona zəng edərək ondan narkotik istifadə etmək istəyib-istəməməsini soruşması, müsbət cavab aldıqdan sonra Sabunçu dairəsinə dəvət etməsi, orada görüşəndən sonra narkotiki götürmək üçün Salyana getməli olmalarını deməsi barədə bildirməsi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin vaxt istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrəyə dair giriş-çıxış zənglərinin əldə olunması üçün verilmiş sorğuya cavab olaraq alınmış məlumatları özündə əks etdirən CD diskə baxış zamanı öz təsdiqini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, onun istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrə ilə iş üzrə əlavə şahid, sürücü Şahid4 istifadə etdiyi (oğlu Emil Hüseynovun adına rəsmiləşdirilmiş) 055 545-80-82 mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarix, saat 00:00:00-dan 09 mart 2024-cü il tarix, saat 00:00:59-dək olan müddətdə xx.xx.2024-cü il tarixdə, saat 13:50:39-da 45 saniyə; xx.xx.2024-cü il tarixdə, saat 07:04:38-dən-07:12:13dək fasilələrlə 21, 21, 258 saniyə; xx.xx.2024-cü il tarixdə, saat 17:11:30-da 91 saniyə, saat 21:09:22-də 45 saniyə; xx.xx.2024-cü il tarixdə, saat 19:41:31-də 21 saniyə, saat 20:05:51-də 27 saniyə, saat 22:36:48-də 20 saniyə, saat 22:45:00-da 40 saniyə; xx.xx.2024-cü il tarixdə, saat 10:56:11-də 5 saniyə; xx.xx.2024-cü il tarixdə, saat 16:11:17-də 25 saniyə, saat 16:23:40-da 27 saniyə, saat 16:35:18-də 29 saniyə qarşılıqlı telefon zəngləri olmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, bu zənglərin əksər hissəsi Şahid4 tərəfindən Təqsirləndirilən şəxs edilmiş, bundan başqa, Şəhriyar tərəfindən Teymura zəng, sonuncu zəng etdiyi və onun telefonuna cavab vermədiyi üçün ona geri dönüş edərək yığması nəticəsində baş vermişdir. Məhz 07 mart 2024-cü il tarixdə yuxarıda qeyd olunan hər üç zəng (saat 16:11:17-də 25 saniyə, saat 16:23:40-da 27 saniyə, saat 16:35:18-də 29 saniyə) Teymurun istifadəsində olan nömrədən Şəhriyarın istifadəsində olan nömrəyə daxil olmuşdur. Şahid4 da ifadəsində 07 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan öncə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinə dair anten məlumatları 07 mart 2024-cü il tarixdə, saat 20:51:23-də “Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kichik istehsal muassisasi Bilasuvar Aran”, 23:09:41də isə “Bilasuvar shahari, ünvan 5 ünvanlarda qeydə alınmışdır ki, bu da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həmin tarixdə, saat 19-20 radələrində saxlanılması barədə iddiasını sübut edir. Diqqəti çəkən digər məqam nömrənin həmin gün saat 20:51-dək aktiv işləməsi, bu saatdan sonra isə bir də 23:09-da işlək vəziyyətə gətirilməsidir. Bundan başqa, Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış sürücü Şahid4 istifadəsində olan 055 545-80-82 mobil telefon nömrəsinə dair anten məlumatlarından görünür ki, 07 mart 2024-cü il tarixdə, saat 19:53:13-də telefon nömrəsinin əhatə dairəsi artıq Biləsuvar rayonu ərazisində qeydə alınmışdır. Bundan əlavə, Şahid4 ifadəsindən məlum olmuşdur ki, onlar 07 mart 2024-cü il tarixdə avtomobillə Biləsuvar rayonu ərazisinə daxil olandan sonra orada bir kafenin yanında avtomobili saxlamış, Şəhriyar avtomobildən düşüb getmiş və qayıdacağını bildirmiş, o da bu arada tualetə getmiş və qayıdanda Şəhriyarın əlində qırmızı rəngli bağlama ilə gəldiyini görmüş, Şəhriyar ona getməyi bildirmiş, həmin vaxt hava qaranlıq olmuş, avtomobili işə salıb bir qədər geriyə getmiş, sonra irəli sürüb getmək istəyərkən polis əməkdaşı xidməti avtomobilin sayrışan işıqlarını yandırmış və ona “saxla” əmri vermiş, avtomobili təxminən on metr irəli sürdükdən sonra saxlamışdır. Məhkəmədə dindirilən şahidlərdən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs içərisində olduğunu ehtimal etdikləri “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun 104-cü kilometrliyində hərəkətdə olan zaman üçdörd dəqiqə ərzində müşahidəyə götürülərək saxlanılmış, yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını izah edib Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Avtomobilin saxlanıldığı yerdən Polis Şöbəsinə qədər təxminən on beş kilometr məsafə vardır və bu məsafəni təqribən iyirmi dəqiqəyə qət etmişdirlər. Şahid3 da ifadəsində Şahid1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqları vaxtın müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirində iştirak etmiş şahidlərin həmin vaxt istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatlarında Şahid1 hazırki cinayət işi üzrə keçirilmiş əməliyyat tədbiri zamanı istifadəsində olduğunu bildirdiyi (050) ***-**-** mobil telefon nömrəsinin 20 oktyabr 2021-ci il tarixdən deaktiv olması; Şahid2 istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsinə dair 07 mart 2024-cü il tarixdə anten dairəsinin qeydə alınmaması; Şahid3 istifadəsində olan (050) ***- **-** mobil telefon nömrəsinə dair 07 mart 2024-cü il tarixdə yalnız bir dəfə saat 17:10-da ünvan 4-də, bundan əvvəl və sonra isə 06 mart 2024-cü ildə, saat 15:43-də və 08 mart 2024-cü il tarixdə, saat 22:05-də ünvan 4 ünvanda qeydə alınması məlum olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hadisə günü Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin saat 20:51:23-dən, onunla birlikdə olan sürücü Şahid4 istifadəsində olan mobil telefon nömrəsinin saat 19:53:13-dən anten dairələrinin artıq Biləsuvar rayonun ərazisində qeydə alınması, şahid qismində dindirilmiş əməliyyatçıların ifadələri əsasında Şəhriyarın içərisində olduğu avtomobilin təxminən beş dəqiqə ərzində müşahidəyə götürülməsi, özlərini təqdim etdikdən sonra polis şöbəsinə gətirilmələri, həmin yerdən şöbəyə kimi təxminən iyirmi dəqiqəlik qət olunmalı yolun olması və bütün bu müddətləri hesablasaq, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması barədə xx.xx.2024-cü il tarixli protokol və raportda, habelə ittiham aktında qeyd olunduğu kimi Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 22:10 radələrində “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 105-ci kilometrliyinə gəlməsi və saat 22:20 dəqiqədə əməliyyatçılar tərəfindən həmin ərazidən keçən 104-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılması həqiqəti əks etdirmir. Yuxarıda qeyd olunanlar əsasında iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə tanışı sürücü Şahid4 arasında telefon əlaqəsi olmuş, bu zənglər Şahid4 tərəfindən onun istifadəsində olan mobil nömrəyə saat 16:11-16:35 aralığında daxil olmuş, Teymur narkotik əldə etmək üçün onu “Sabunçu dairəsi”nə dəvət etmiş və narkotik vasitə əldə edib istifadə etmələri üçün Salyan rayonuna yola düşmüşlər, sonra Biləsuvara gedəsi olduqlarını bildirmiş və saat 19:53-də artıq Biləsuvar rayonu ərazisində olmuşlar. Biləsuvar rayonunun girişində arxadan Post Patrul Xidmətinin avtomobili daxil olmaqla bir neçə avtomobil gəlmiş, Teymur avtomobili sürməyə davam etmiş, bir az gedib dayanmış, bu vaxt polislər avtomobildən düşmüş və onların avtomobilinin qabaq tərəfdən qapının şüşəsini qıraraq onu çıxardıb yerdə döymüşlər, Teymuru öz avtomobilinə, onu isə başqa maşına əyləşdirib polis şöbəsinə apararaq, şöbədə narkotikin ona məxsus olduğunu israrla bildirmiş, ona göstərilmiş fiziki təzyiq nəticəsində polis əməkdaşlarının təkidi ilə psixotrop maddə və narkotik vasitələri qəbul etmiş, etirafedici ifadələr vermişdir. Bununla belə, cinayət işinin materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həmin gün saat 22:20 dəqiqədə saxlanılmış və saat 22:55-də şöbənin inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 23:10-dan 23:25dək üzərində şəxsi axtarış, xx.xx.2024-cü il tarixdə, saat 00:05-dən 00:45-dək avtomobilə baxış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Belə olan halda, məhkəmə istintaqı zamanı əldə olunmuş təkzibedilməz sübutlar əsasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrindən bir-iki saat əvvəl saxlanılmasının təsdiq olunmasına baxmayaraq, onun iş materiallarında qeyd olunduğu kimi 22:20 dəqiqədə saxlanılmasının qeyd olunmasını nəzərə alsaq belə, özünün, habelə cinayətin predmetinin aşkarlandığı avtomobilə saxlanılandan təxminən iki saat sonra axtarış və baxış keçirilməsi əlli dəqiqə ərzində qanunsuz olaraq Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının sərəncamında olmasını və həmin müddət ərzində müdafiə hüquqlarının kobud şəkildə pozulmasını deməyə əsas verir. Avtomobildə isə saxlanılandan bir saat qırx beş dəqiqə sonra baxış və götürmə həyata keçirilmişdir. Nəzərə alsaq ki, cinayətin predmeti olan içərisində psixotrop maddə və narkotik vasitələrin olduğu bağlama sözügedən avtomobilin şüşəsi qırıq olan qabaq sərnişin oturacağının ayaqaltı hissəsindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı real vaxta (saat 19-20 radələri) münasibətdə isə qeyd olunan müddətlər üç-dörd saat müəyyən olunur. Məhkəmə qeyd olunan məsələyə hüquqi münasibət bildirmədən öncə ona diqqət edir ki, “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti keçirilərkən avtomobil artıq polis şöbəsinin həyətində, psixotrop maddə və narkotik vasitələrin olduğu bağlamanın aşkarlandığı tərəfdən şüşəsi qırıq, nəzarətsiz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsin həmin avtomobillə birgə idarəyə gətirilməsi, avtomobilin qabaq sərnişin oturacağı tərəfindən şüşəsinin qırılması, şüşə qırıqlarının ön və arxa oturacaqların üzərinə səpələnməsi barədə nə təqsirləndirilən şəxsin şöbəyə gətirilməsinə dair tərtib edilmiş müvafiq raportda, nə “şəxsi axtarış və götürmə”, nə də “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” protokollarda hər hansı bir məlumat əks olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən araşdırılmalı olan, lakin məhkəməyə məlum olmayan səbəblərdən araşdırılmayan yuxarıda qeyd olunan nüanslara aydınlıq gətirilməsi üçün proses tərəflərinə suallar ünvanlanmış və Təqsirləndirilən şəxs Biləsuvara getdikləri avtomobilin yolda heç bir avtomobillə toqquşmamasını, aşmamasını, qabaq sərnişin oturacağı tərəfdəki şüşənin saxlanılarkən polis əməkdaşları tərəfindən onlarda vahimə yaratmaq üçün sındırılmasını, polis şöbəsinə Teymurun öz avtomobilində, onu isə başqa avtomobildə gətirmələrini; şahidlərdən əməliyyatçılar Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı avtomobil və sürücü ilə birlikdə həmin avtomobildə- sükan arxasında yol patrul xidmətinin əməkdaşı, sürücü Teymur qabaq oturacaqda, özü və başqa əməliyyatçı təqsirləndirilən şəxs Şəhriyar ortada olmaqla arxa oturacaqda əyləşərək polis şöbəsinə gəldiklərini, həmin vaxt hava qaranlıq olduğundan avtomobilə elə də diqqət yetirməməsini, avtomobil tərəflərindən saxlanılarkən şüşəsinin sındırılmamasını, kim tərəfindən, nə vaxt və hansı şəraitdə sındırılması barədə də məlumatı olmadığını; Şahid3 polis şöbəsinə gedərkən özünün, habelə digər iştirakçılarla saxlanılan şəxslərin hansı avtomobillə şöbəyə getmələrini, həmçinin avtomobilin şüşəsinin qırılmış vəziyyətdə olmasını xatırlamadığını, ümumiyyətlə avtomobilin üzərində hər hansı əzik, şüşə qırığı olmasını aşkar etmədiyini; Şahid2 avtomobilin şüşəsi qırıq olsa da, bunun onun marağında olmamasını, şöbəyə Şahid1 dediyi qaydada beş nəfər olmaqla saxlanılan avtomobildə gəlmələrini; əlavə Şahid4 saxlanılarkən avtomobilinin saz vəziyyətdə olmasını, heç bir zədə almamasını, avtomobilin qapısının güc tətbiq edilmədən açılmasını, qapının şüşəsinin qırıq vəziyyətdə olmamasını bildirmişlər. Şahid2 əlavə olaraq, avtomobildə olan problemlərlə bağlı hər hansı akt tərtib etmədiklərini bildirmişdir. Beləliklə, şahidlərin ziddiyyətli və natamam ifadələrindən Təqsirləndirilən şəxs Şahid4 məxsus olan “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanıldıqları vaxt güya içərisində cinayətin predmeti olan psixotrop maddə və narkotik vasitələrin olduğu həmin avtomobilin polis şöbəsinə kim tərəfindən, hansı vəziyyətdə idarə olunaraq gətirilməsi, habelə Şəhriyarın hansı avtomobildə idarəyə gətirilməsi məsələsi qeyri-müəyyən olaraq qalmışdır. Lakin, məhkəmədə “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2024cü il tarixli protokola əlavə edilmiş CD disk nümayiş etdirilərkən Şahid4 məxsus olan “Vaz- 21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağı tərəfdəki qapının şüşəsinin qırılmış vəziyyətdə olması, şüşə qırıntılarının ön və arxa oturacaqların üzərinə dağılması videogörüntüdə açıq-aydın görünmüşdür və avtomobilin sanki aşması kimi təəsurat yaranmışdır. “Əsaslı şübhə yaratmayan” sübutetmə standartını əsas götürməklə sübutları qiymətləndirən məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin predmeti olan psixatrop maddə və narkotik vasitələrin sonradan aşkar edildiyi avtomobilin şüşəsinin qırıq vəziyyətdə olmasının səbəbini, habelə Təqsirləndirilən şəxs polis şöbəsinə həmin avtomobildə gətirilib-gətirilməməsi barədə məsələyə ittiham tərəfinin təklif etdiyi şahidlər, yəni polis əməkdaşlarının dindirilməsi yolu ilə aydınlıq gətirməyə cəhd etsə də, onların qeyd edilən hallarla bağlı qeyri-dəqiq, ziddiyyətli ifadələri, suallara “xatırlamıram”, “bilmirəm” kimi cavablarının verilməsi təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsində avtomobilin şüşəsinin polis əməkdaşları tərəfindən sındırılması, özünün ayrı, sürücünün isə öz avtomobilində şöbəyə aparılması barədə göstərdiyi halların təkzib edilməsini istisna etmişdir . Toplanmış sübutlarla Təqsirləndirilən şəxs ifadəsində Şahid4 məxsus “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağı tərəfdəki qapısının şüşəsinin qırılmış vəziyyətdə olması və şüşənin polis əməkdaşları tərəfindən sındırılması, özünün ayrı, sürücünün isə öz avtomobilində şöbəyə aparılması barədə dedikləri təkzib edilmədiyindən, sözü gedən nəqliyyat vasitəsinin açarının isə sonradan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı sürücü Teymurun üzərindən aşkar edilməsi, avtomobilə baxış və götürülmə istintaq hərəkəti aparılarkən açarın Teymur tərəfindən təqdim olunması həmin avtomobildən aşkar olunan içərisində psixotrop maddə və narkotik vasitələr olan bağlamanın həqiqətən Təqsirləndirilən şəxs məxus olması halı da daxil olmaqla bütövlükdə onun üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin nəticələrinin və bu zaman tərtib olunan protokolun, ona əlavə edilmiş DVD-də göstərilən videogörüntülərin mötəbərliliyini şübhə altına alır. Məhkəmə apardığı istintaq nəticəsində araşdırıb müəyyən etdiyi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19-20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, həmin gün saat 23:10-da üzərində şəxsi axtarış, xx.xx.2024-cü il tarixdə, saat 00:05-də avtomobildə baxış və götürmə istintaq hərəkətlərinin aparılmasına hüquqi qiymət verərək, bu qənaətə gəlir ki, yuxarıda şərh olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs üç-dörd saat ərzində qanunsuz olaraq Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının sərəncamında olmuş, bu müddətdə aparılan istintaq hərəkətləri ciddi prosessual pozuntularla həyata keçirilmiş, müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinin materiallarının 33-34-cü səhifələrində olan “şəxsi axtarış və götürmə haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 23:10-dan saat 23:25-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş diskdəki videogörüntülərdən görünür ki, videoçəkiliş 04 dəqiqə 49 saniyə davam etmişdir. Təhiqatçı, polis leytenantı Həsən Əliyev videoçəkilişin əvvəlində Təqsirləndirilən şəxs saxlanılması, şübhəli şəxs qismində tutulması və iştirakçılar barədə məlumat verir, videoçəkilişin 01:00 dəqiqəsində Şəhriyarın saxlanıldığı vaxtı əvvəlcə saat 21, dərhal da 22:15, beş dəqiqə isə müşahidəyə götürülməsi və saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirir, arxasınca Şəhriyarın əynində qara rəngli gödəkçə, göy rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı olmasını bildirir, videoçəkilişin 01:43 dəqiqəsində Şəhriyara üzərində qanunsuz əşya, predmet, nəsə bir psixotrop maddə varsa, təqdim etməyi təklif edir, 01:49 dəqiqədə Şəhriyar əynindəki gödəkçənin sağ yan cibindən siqaret qutusu və pul kisəsi təqdim edə-edə deyir ki, “bir də ki maşında var”, bu anda təhqiqatçı onun sözünü kəsərək soruşur ki, “üzərinizdə başqa nəsə var?”, Şəhriyar “üzərimdə xeyr” deyə cavabını verir. Bundan sonra təhqiqatçının göstərişi ilə əməliyyatçı Şəhriyarın üzərinə ətraflı (gödəkçənin, şalvarın cibləri) axtarış keçirir və heç bir əşya və ya predmet aşkar olunmur. Təhqiqatçı Şəhriyarın az öncə təqdim etdiyi siqaret qutusunun və pul qabının içərisinə baxır, siqaret qutusunda bir neçə siqaret, pul qabında isə iki ədəd 1 (bir) manatlıq pul əskinazı aşkarlanır. Videoçəkilişin 02:45 dəqiqəsində təhqiqatçı Şəhriyarın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb polis şöbəsinə gətirilməsini, üzərinə keçirilmiş şəxsi axtarışda qanunsuz heç nə aşkar olunmadığını elan edərək, Şəhriyardan “saxlanılarkən Şahid4 da sizinlə birlikdə avtomobildə olmuşdur, saxlanılan zaman avtomobildə sizə və ya Teymura məxsus narkotik vasitə və ya psixotrop maddə, kəsici-deşici və ya soyuq silah olmuşdurmu?” deyə soruşur, Şəhriyar isə cavabında “narkotik vasitə olub” deyir. Bundan sonra şəxsi axtarış təhqiqatçı ilə Şəhriyarın arasında aşağıdakı dialoq şəklində aparılır: Təhqiqatçı:- “kimə məxsus olub?” Şəhriyar:- “mənə məxsus olub”. Təhqiqatçı:- “narkotik vasitəni haradan əldə etmişdiniz?” Şəhriyar:- “yolun qırağından götürmüşdüm. Beş-on dəqiqə gəlmişdik, polis ...” (təhqiqatçı onun sözünü kəsib sual verməyə davam edir). Təhqiqatçı:- “nə vaxt götürmüşdünüz, bu gün 07 mart tarixində götürmüsən?” Şəhriyar:- “bəli”. Təhqiqatçı:- “kimin idi bildin götürdün?” Şəhriyar:- “bu gün İran vətəndaşı ilə danışmışdım, dedi ki, orada ol qoyulub ...” Təhqiqatçı:- “narkotik vasitəni?”. Şəhriyar:- “bəli”. Təhqiqatçı:- “Biləsuvara narkotik vasitəni götürməyə gəlmişdin?” Şəhriyar:- “bəli, bəli”. Təhqiqatçı:- “Şahid4 xəbəri varıydımı ki, Biləsuvara nə məqsədlə gəlirsən? Biləsuvarda dedin götürmüşəm, götürən zaman onun xəbəri oldumu ki, içərisində nə var, narkotik vasitədir yoxsa nədir?” Şəhriyar:- “xeyr, xeyr”. Təhqiqatçı:- “heç bir məlumatı olmayıb?” Şəhriyar:- “xeyr, xeyr”. Təhqiqatçı:- “narkotik vasitəni sən götürmüsən?” Şəhriyar:- “bəli”. Təhqiqatçı:- “götürəndə avtomobilə yerləşdirmisən də?” Şəhriyar:- “bəli”. Təhqiqatçı:- “nə məqsədlə götürmüsən?” Şəhriyar:- “istifadə etmək məqsədi ilə”. Bundan sonra videoçəkilişin 04:25 dəqiqəsində təhqiqatçı Təqsirləndirilən şəxs vəkilindən müvəkkilinizə sualınız varmı deyə soruşur. Vəkilin Şəhriyara ünvanladığı “polis əməkdaşları saxlayarkən sənə hər hansı bir təzyiq, təsir göstərməyib, polislərdən şikayətin yoxdur?” kimi suallara Şəhriyar “xeyr” cavabını verir və bununla da təhqiqatçı şəxsi axtarışın başa çatmasını bildirərək, Şəhriyarın üzərindən aşkarlanmış siqaret qutusu ilə pul qabını içərisindəkilərlə birlikdə onun özünə qaytarır. Bundan başqa, şəxsi axtarışın videogörüntülərindən görünür ki, videoçəkilişin ilk dəqiqələrində Təqsirləndirilən şəxs dayandığı stolun üzərində onun qarşısında ağ rəngli mobil telefon var, təhqiqatçı əməliyyatçıya Şəhriyarın üzərində axtarış keçirməsini dediyi anda, yəni videoçəkilişin 02:00 dəqiqəsində əli ilə mobil telefonu çəkib kənara qoyur, 02:20 dəqiqəsində mobil telefon təhqiqatçı tərəfindən sürüşdürülüb qoyulduğu yerdə görünür, 03:12 dəqiqəsindən isə mobil telefonun artıq stolun üzərində olmadığı məlum olur. Bundan əlavə, şəxsi axtarışın videogörüntülərinin əks olunduğu videoçəkilişin 00:10- 00:12 dəqiqə aralığında Təqsirləndirilən şəxs burnunun üstündə və sağ yanağında almacıq sümüyünün üstündə, 01:13-01:17 dəqiqə aralığında sol gözaltı nahiyəsində, 01:53-02:09 dəqiqə aralığında isə qeyd olunan nahiyyələrdə xəsarət izlərinin olduğu açıqaydın müşahidə olunur. Ümumiyyətlə, şəxsi axtarış zamanı videoçəkilişdəki görüntülərdən Təqsirləndirilən şəxs ətrafdakılara qorxu dolu gözlərlə baxması, davranışı müşahidə olunmuşdur. Bundan başqa, şəxsi axtarış videogörüntüsünün əks olunduğu videoçəkiliş nümayiş etdirilərkən çəkilişdə “ani kəsintilərin” olması da məhkəmənin diqqətindən yayınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin protokolu, aparılmış videoçəkilişlə eynilik təşkil etməmiş, videoçəkilişdə olan bütün hərəkətlər protokola yazılmamış, videoçəkiliş ara verilməklə, fasilələrlə qeydə alınmış, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şifahi şəkildə dindirilmiş, verilmiş suallardan isə müşayiət edilmişdir ki, suallar “arzuolunan cavabların” verilməsinə yönləndirilmişdir. Belə ki, təhqiqatçının “üzərinizdə qanunsuz əşya, predmet, nəsə bir psixotrop maddə varmı? sualına şübhəli şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən siqaret qutusu və pul kisəsi çıxarıb təqdim edə-edə “bir də ki, maşında var” demiş və bu anda təhqiqatçı onun sözünü kəsərək “üzərinizdə başqa nəsə var?” deyə soruşmuş, Şəhriyar “üzərimdə xeyr” cavabını vermiş, “narkotik vasitəni nə vaxt götürmüşdünüz, bu gün 07 mart tarixində götürmüsən?” sualına Şəhriyar “bəli” cavabını, “Biləsuvara narkotik vasitəni götürməyə gəlmişdin?” sualına Şəhriyar “bəli, bəli” cavabını, “götürəndə avtomobilə yerləşdirmisən də?” sualına Şəhriyar “bəli” cavabını vermişdir. Şübhəli şəxsin təhqiqatçı tərəfindən ona ünvanlanmış üzərində qanunsuz əşya, predmet, nəsə bir psixotrop maddə olması barədə sualına “bir də ki, maşında var” cavabını verməsi, təhqiqatçının dərhal onun sözünü kəsərək yenidən “üzərinizdə başqa nəsə var?” sualını verəndən sonra “üzərimdə xeyr” cavabını verməsi, bundan sonra qeyd olunan digər sualların içərisində həm də cavabı səsləndirməsi şübhəli şəxsin özünün əvvəlcədən verməli olduğu cavablar barəsində məlumatlandırılmaması və sanki verəcəyi cavabların ona xatırladılmaması halını şübhə altına alır. “Opuz Türkiyəyə qarşı iş üzrə” Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, ərizəçi fərqli rəftarın baş verdiyini sübut etdikdə hökumət həmin rəftarın əsaslı olduğunu sübut etmək vəzifəsini daşıyır. Sübutetmə yükünün cavabdeh dövlətin üzərinə keçməsi üçün hansı dəlillərin ilkin sübut təşkil etməsi məsələsinə gəlincə, “Nachova və başqalarının işi”ndə (yuxarıda istinad edilmiş qərar, 147-ci bənd) məhkəmə bildirmişdir ki, onun araşdırdığı işlərdə sübutların qəbulu üçün heç bir prosessual maneə yoxdur və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş hər hansı formul yoxdur. Məhkəmə bütün sübutların, o cümlədən faktlar və tərəflərin arqumentləri əsasında çıxarılan nəticələrin müstəqil surətdə qiymətləndirilməsi əsasında müəyyən rəyə gəlir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübutlar ciddi, aydın və uzlaşan nəticələrin və ya faktlara dair bu cür ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün bölüşdürülməsi faktların konkretliyi ilə, iddiaların xarakteri ilə və pozulduğu iddia edilən Konvensiya hüququ ilə qırılmaz surətdə bağlıdır. “Sisoyeva və başqalarının Latviyaya qarşı iş üzrə” Avropa Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarında göstərilir ki, “təzyiq" sözü ərizəçilərin birbaşa məcbur edilməsini və ya təhdid edilməsi kimi də başa düşülməlidir. Şəxsi axtarışın videogörüntülərində diqqəti çəkən digər məqam təhqiqatçının videoçəkilişin 01:00 dəqiqəsində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı əvvəlcə saat 21, dərhal da 22:15, beş dəqiqə isə müşahidəyə götürülməsi və saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirməsi hissəsidir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının ilk günündən polis əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixdə, saat 19-20 radələrində saxlanılmasını demiş və onun bu barədə dedikləri özünün və Teymurun istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatları, giriş-çıxış zəngləri, nömrənin işlək vəziyyətə gətirildiyi vaxtla üst-üstə düşmüşdür. Videoçəkilişdə bir də təhqiqatçının saxlanılma vaxtı ilə bağlı əvvəlcə 21, sonra isə dərhal 22:15 radələri deməsi, Şəhriyarın polis əməkdaşları tərəfindən 07 mart 2024-cü il tarixdə birmənalı şəkildə saat 22 radələrində saxlanılmasını şübhə altına alır. Hökmün hazırkı hissəsinə kimi təhlil edilmiş qanunsuz və əsassız olduğu aydın olan, həyata keçirilməsinə dair rəsmi istintaq sənədləri tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş ittiham sübutu hesab edilərək istinad edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir maddi əsas olmadan Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham irəli sürülmüş, faktiki olaraq avtomobil üç-dörd saat ərzində polis əməkdaşlarının sərəncamında olmuş, məhkəmə istintaqı zamanı toplanmış sübutlar və ibtidai istintaq zamanı yol verilmiş nöqsanlardan aydın olur ki, maşından aşkar olunmuş üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd bağlamanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 830 qram olan, ağ kristallardan ibarət xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 975,0 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 670,0 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə həşiş qətranı, bir ədəd bükümdə təmiz çəkisi 2080,0 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təsiredici miqdarı 6,84 qram olan, 171 ədəd, təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynilik təşkil edən, qəhvəyi rəngli, dairəvi formalı külli miqdarda narkotik vasitə metadon həbləri polis əməkdaşları tərəfindən maşına qoyularaq götürülmüşdür. Təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videoçəkilişdən də aydın olur ki, təhiqatçı, polis leytenantı Həsən Əliyevin belə, şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilən zaman avtomobildə külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddə olmasından məlumatı olmuşdur. Şərh edilən istintaq sənədlərindən əlavə, hazırkı cinayət işi üzrə ittiham tərəfi üçün əsas ittiham sübutu olan avtomobilə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin özündən belə hazırkı cinayət işinin polis əməkdaşları tərəfində qurama bir iş olduğunu, maşından aşkar olunmuş külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddənin maşında olmadığını, məhz polis əməkdaşları tərəfindən maşına qoyulduğunu sübut edir. Belə ki, cinayət işinin materiallarının 59-60-cı səhifələrində olan “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 00:05-dən 00:45-dək Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılarkən içərisində olduğu “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin protokola əlavə olunmuş diskdəki videogörüntülərdən görünür ki, videoçəkiliş 34 dəqiqə 12 saniyə davam etmişdir. Təhiqatçı, polis leytenantı Həsən Əliyev videoçəkilişin əvvəlində iştirakçılar barəsində məlumat verdikdən sonra araşdırma zərurəti ilə əlaqədar sözügedən avtomobilə baxış keçirilməli olduğunu bildirir. Videogörüntünün ilk dəqiqəsindən avtomobilin palçığa bulaşmış, ön hissəsinin (“kapot”) yarım açılmış, sanki qəza keçirmiş vəziyyətdə olması aydın görünür. Videogörüntünün 05:14 dəqiqəsində avtomobilin qarşı tərəf görüntüsündən (“kapot”un yarım açıq, bamperin içəri doğru əyilməsi) bu daha dəqiq müşahidə olunur. Videoçəkilişin 02:04 dəqiqəsində təhqiqatçının “avtomobildə qanunsuz əşya var?” sualına Şəhriyar “mənə aiddir” cavabını verir, 02:42 dəqiqəsində təhqiqatçının təklifi ilə sürücü Şahid4 avtomobilinin açarını əynindəki qara rəngli gödəkçəsinin yan cibindən çıxarıb avtomobilə yaxınlaşaraq sürücü tərəfdən qapısını açır, bundan sonra təhqiqatçının Şəhriyara ünvanladığı “narkotik vasitəni avtomobildə harada yerləşdirmisən?” sualına sonuncu “sağ tərəfdə” cavabını verib, həmin istiqamətdə irəliləyir və 02:54 dəqiqədə görüntüdən itir, bir də 03:54 dəqiqədə görünür, yəni, kadra daxil olur, halbuki həmin bir dəqiqə ərzində normal qaydada çəkiliş aparılır və ətraf aydın görünür. Videoçəkilişin 03:00 dəqiqəsində əməliyyatçı avtomobilə yaxınlaşaraq qabaq sərnişin tərəfdən qapısını açır və bu zaman həmin qapının şüşəsinin üzərində olmadığı, şüşə qırıqlarının sərnişin oturacağının üzərinə tökülməsi, bundan başqa oturacağın üzərində arxası sarı rəngli skoçla örtülmüş (izolentlənmiş) Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatı və usb kabelin olduğu görünür. Əməliyyatçı əlində əlcək olmadan həmin oturacağın ayaqaltından qırmızı rəngli skoçla bükülmüş bir ədəd bağlamanı, sonra bir ədəd mobil telefonu, daha sonra usb kabelini götürüb gətirərək avtomobilin ön hissəsinin üzərinə qoyur, 03:43 dəqiqədə avtomobilin sürücüdən sağ tərəfdə arxa qapısını açır və həmin oturacağın üzərində, həmçinin ayaqaltında şüşə qırıqlarının olduğu görünür. Videoçəkilişin 30:45 dəqiqəsindən təhqiqatçı hər iki şübhəli şəxsi şifahi şəkildə sorğu-suala başlayır. Təhqiqatçının “telefon kimə məxsusdur?” sualına Təqsirləndirilən şəxs “mənə” cavabını, “narkotik vasitədən istifadə edirsiniz?” sualına “bəli” cavabını, “narkotik vasitəyə görə cinayətə cəlb olunmusunuz?” sualına “xeyr” cavabını, “bəs rayona nə məqsədlə gəlmişdiniz?” sualına “narkotiki götürmək məqsədi ilə” cavabını, “sizə kim demişdi Biləsuvar rayonuna gəlin?” sualına “İran vətəndaşı ilə danışmışam” cavabını, “o da demişdi ki, Biləsuvar rayonuna gedin?” sualına “hə, flan yerdədi götür” cavabını, “bəs yaxşı külli miqdarda narkotik maddə aşkar olunub siz götürübsünüz də, onu nə məqsədlə götürməyə gəlmisiniz, istifadə məqsədi ilə, satış məqsədi ilə, hansı məqsədlə gəlib götürmüsünüz?” sualına “istifadə məqsədi ilə” cavabını, “sizinlə birlikdə Şahid4 olub?” sualına “bəli” cavabını, “Bakı şəhərindən Biləsuvar rayonuna gələndə həmin şəxs bilirdi ki, siz narkotik vasitə götürməyə gəlirsiniz?” sualına “xeyr” cavabını, “nə demişdiniz bəs həmin şəxsə, Biləsuvara hansı məqsədlə gəldiyinizi dediniz?” sualına “ona bir tanışım var onla görüşməyə gedirəm dedim” cavabını, “pul verəcəydiniz?” sualına “bəli, yol pulu” cavabını, “bəs yaxşı, siz narkotik vasitəni Biləsuvar rayonu ərazisində götürmüsünüz də?” sualına “bəli” cavabını, “götürəndən sonra bəs Şahid4 sizə sual vermədi ki, sizin avtomobilə yüklədiyiniz həmin kütlə nədir?” sualına “dedim sumkadı, adam var ona çatasıdı” cavabını, “içərisində narkotik vasitə olduğunu demədiniz, heç bir məlumatı olmadı?” sualına “xeyr” cavabını, “aydındır, polis əməkdaşları saxlayan zaman həmin narkotik vasitə sizin avtomobilinizdə idi, sən əyləşdiyin avtomobildə idi də?” sualına “bəli” cavabını, “sizin üzərinizdə olub da, avtomobildə olub?” sualına “bəli” cavabını verir. Videoçəkilişin 32:45 dəqiqəsindən təhqiqatçının “Şahid4 həmin şəxs Biləsuvar rayonunun ərazisinə gələn zaman narkotik vasitə götürməsi barədə hər hansısa bir məlumatınız olub?” sualına Şahid4 “xeyr” cavabını, “siz Biləsuvara nə məqsədlə gəlmisiniz, sizə nə deyib həmin şəxs?” sualına “gedək benzin töküm evə qayıdanda hörmət edərəm” cavabını, “dedi ki, Biləsuvara nə üçün gedirəm bəs?” sualına “dostumla görüşməyə” cavabını, “narkotik vasitəni yerləşdirib sizin avtomobilə, bəs siz ona sual verdiniz ki, həmin bu kütlə nədir?” sualına “dedim bu nədi, dedi ki heç nə” cavabını, “həmin kütlədə narkotik vasitə olduğundan heç bir məlumatınız olmayıb?” sualına “xeyr” cavabını, “aydındır, sizi polis əməkdaşları nə vaxt saxlayıb?” sualına “elə onu götürən kimi dedim bu nədi?” cavabını, “polis əməkdaşları saxlayan zaman həmin narkotik kütlə avtomobilinizdə idi də? Sualına “bəli” cavabını, “həmin bu kütləni kim götürüb avtomobilə yerləşdirmişdi?” sualına “Şəhriyar” cavabını verir. Bundan sonra təhqiqatçının “aydındır, sualı olan var?” sualına iştirakçılar “xeyr” cavabını verir və dərhal videoçəkiliş bitir. Şəxsi axtarışın videogörüntülərinin əks olunduğu videoçəkilişdə olduğu kimi avtomobilə baxış və götürmənin videogörüntülərinin də əks olunduğu videoçəkiliş cinayət işinin materiallarına əlavə edilmiş protokolla eynilik təşkil etməmiş, nümayiş etdirilərkən çəkilişdə “ani kəsintilərin” olması məhkəmənin nəzərindən yayınmamışdır. Videoçəkiliş təhlil edilərkən də aydın olunur ki, istintaq hərəkətinin adı baxış və götürmə olsa da, məsul şəxs tərəfindən faktiki olaraq maşında axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242.1-ci maddəsində göstərilmişdir ki, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Həmin Məcəllənin 243.1-ci maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Göründüyü kimi avtomobildə əslində axtarış və götürmə istintaq hərəkəti icra edilsə də, təhqiqatçı Həsən Əliyev tərəfindən baxış və götürmə istintaq sənədi kimi sənədləşdirilmişdir. Əməliyyatçıların avtomobilə baxış keçirmələri üçün saxladıqları yerdə kifayət qədər imkanları olsa da, nədənsə bunu etməmiş, maşını kifayət qədər uzun müddətdə öz sərəncamlarında saxlamışlar. Onların məhkəmədə verdikləri ifadələrdən də aydın olur ki, maşın sərəncamlarına keçib Biləsuvar Rayon Polis Şöbəsinə gətirilən zaman içərisi təmiz olmuş, lakin videoçəkilişdən maşının içərisində əvvəlcədən axtarış aparıldığı aydın şəkildə müşahidə edilmişdir. Avtomobilə baxış zamanı diqqəti çəkən digər məqam Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman videogörüntülərdə stolun üzərində görünən və çəkiliş boyunca təhqiqatçı tərəfindən yeri dəyişdirilən, sonda isə ümumiyyətlə stolun üzərində görünməyən Şəhriyara məxsus olan mobil telefon aparatının arxası lentlənmiş formada avtomobilin qabaq sərnişin oturacağının üzərində aşkarlanmasıdır. Bu fakt bir daha onu göstərir ki, videoçəkilişdə qapılarının sürücü Şahid4 tərəfindən açılması görüntüsü yaradılan avtomobilə həqiqətən də, baxış və götürmə aparılanadək bu və ya digər formada müdaxilə olunmuş, içərisinə “məqsədəmüvafiq” əşya və predmetlər qoyulmuşdur. Bundan başqa, avtomobilin cinayətin predmetinin aşkar olunduğu tərəfdən şüşəsinin qırıq vəziyyətdə olması, habelə mobil telefonun sonradan avtomobilin məhz həmin istiqamətdəki oturacağın üzərində aşkar olunması kimi hallar maşının açarının sürücüdə, qapılarının bağlı vəziyyətdə olması kimi yaradılmış görüntünü əhəmiyyətsiz edir. Göründüyü kimi, hər bir halda sözügedən avtomobilə əşya və ya predmet qoyulması mümkün idi. Bundan başqa, avtomobilə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu videoçəkilişdən görünür ki, içərisində külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddə olan bağlama avtomobilin qabaq sərnişin oturacağının ayaqaltısından aşkar olunmuşdur. Lakin, buna baxmayaraq cinayət işi üzrə tərtib olunmuş bir sıra sənədlərdə (“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda (i.v. 253), ittiham aktında (i.v. 296) avtomobilə baxış keçirilən zaman qabaq sağ oturacağın altından üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamanın aşkar olunduğu qeyd olunmuşdur. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edərkən eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Göründüyü kimi “şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtomobilə baxış keçirilməsi və götürülməsi haqqında” istintaq hərəkətləri bir çox prosessual hüquq normalarının pozulması ilə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.1, 51.1.2 və 51.4-cü maddələrinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:- cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:- şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sözügedən Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:- insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən onun konstitusiyon hüquq və azadlıqlarının, Cinayət-Prosessual Məcəllənin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da təqsirləndirilən şəxsin qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırılmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkətləri zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 125.4-cü maddədə göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. 134.1-ci maddəyə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə əməliyyatçılar tərəfindən saxlanılarkən içərisində olduğu “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin qırılmış, şüşə qırıqlarının avtomobilin içərisinə səpələnmiş, ön hissəsinin (kapotun) yarımaçıq, bamperin içəri doğru əyilmiş, üzərinin palçıqlı vəziyyətdə olması həmin avtomobilə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərdə açıqaydın şəkildə görünsə də, bu barədə məsul şəxslər tərəfindən hər hansı bir akt və ya digər sənəd tərtib olunmamış, baxış və götürmə protokolunda da yazılmamışdır. Eyni zamanda, təhqiqatçı və müstəntiqin əməliyyatçılardan bu barədə sorğu etmədikləri də müəyyən olunmuşdur. Halbuki, təhqiqatçı, müstəntiq işin araşdırılması zamanı yalnız ittihamın verilməsi ilə bağlı sübutları deyil, eyni zamanda şəxsin təqsirinin olmaması və ya xeyrinə olan digər sübutları da iş materiallarına əlavə etməli, işi obyektiv, tam və hərtərfli araşdırmalıdır. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq, cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur (Cinayət-Prosessual Məcəllənin 85.3 və 86.3-cü maddələri). Cinayət-Prosessual Məcəllənin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Bununla da, ibtidai istintaq orqanı cinayət-prosessual qanunvericiliyin sübutetmə institutunun, sübutların toplanılması müddəasının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində qeyd olunur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış, avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin hansı səbəbdən onun tutulduğu yerdə, tarixdə və vaxtda deyil, məhz Biləsuvar Rayon Polis Şöbəsində aparıldığını, eləcə də obyektiv həqiqəti özündə ehtiva edən avtomobilin mövcud vəziyyəti (ön hissəsinin sanki aşmış, kapotun yarımaçılmış, bamperin içəri doğru əyilmiş vəziyyətdə olması, cinayətin predmetinin aşkar olunduğu tərəfdə şüşəsinin qırılması) barədə sənədin tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilməməsi də ona işarə edir ki, verilmiş ittiham qurama olmuş və polis əməliyyatçılarının özləri tərəfindən qoyularaq özləri tərəfindən götürülmüş sübuta əsaslanmışdır. Məhkəmə istintaq zamanı dindirilmiş əməliyyatçıların hər biri ayrıayrılıqda qeyd olunan hallarla bağlı suallara müxtəlif, bir-birindən fərqlənən cavablar vermişlər. Bu da ondan irəli gəlmişdir ki, iş üzrə əhəmiyyətli hallar ibtidai istintaq zamanı heç də ətraflı araşdırılmamış, şahidlərin ümumi ifadələri ilə kifayətlənilmişdir. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübutlara- narkotik vasitə və psixotrop maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Məhkəmə, eyni zamanda diqqəti ona yönəldir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi və götürülmə aparılması zamanı baş verən və yuxarıda göstərilən bütün qanunsuzluqlar onun müdafiəçisi Şahid5 gözləri qarşısında baş vermiş, sonuncu isə səsini belə çıxarmadan sadəcə olaraq hal şahidi qismində baş verənləri izləməklə müşahidə aparmışdır. Belə ki, “şəxsi axtarış və götürmə haqqında” 07 mart 2024-cü il tarixli protokola əlavə edilmiş diskdəki videogörüntülərdə Təqsirləndirilən şəxs burnunun üstündə və sağ yanağında almacıq sümüyünün üstündə, sol gözaltı nahiyəsində, 01:53-02:09 dəqiqə aralığında isə qeyd olunan nahiyyələrdə xəsarət izlərinin olduğu açıq-aydın müşahidə olunmasına baxmayaraq, hüquq müdafiəçisi Şahid5 bunu mübahisələndirməmiş, müstəntiqin sualından sonra müvəkkilinə “polis əməkdaşları saxlayarkən sənə hər hansı bir təzyiq, təsir göstərməyib, polislərdən şikayətin yoxdur?” kimi sual verib, “xeyr” cavabını almaqla kifayətlənmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş cinayət işinin 82-83-cü səhifələrindəki “şübhəli şəxsin CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında” bildiriş, 84-85-ci səhifələrindəki “şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokol, 86-cı səhifəsindəki “etiraz edilə bilən şəxslər barəsində məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında” protokol, 87-ci səhifəsindəki “şəxsə ifadə verməkdən imtina etmək hüququnun olmasının izah edilməsi barədə” protokol, 88-ci səhifəsində “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokol müdafiəçi Şahid5 tərəfindən imzalanmış, 89-91-ci səhifələrindəki Təqsirləndirilən şəxs dindirilməsinə dair tərtib edilmiş “şübhəli şəxsin dindirilməsi haqqında” 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəhriyar həmin gün saat 17:00-dan saat 19:30-dək müdafiəçisi Şahid5 iştirakı ilə dindirilmişdir. "xxxx" MMC-dən alınmış vəkil Şahid5 istifadəsində olan (050) ***-**-** mobil nömrənin həmin operatorda qeydə alınan 06 mart 2024-cü il, saat 00:00-dan 14 iyun 2024-cü il, saat 00:00-dək olan müddətə anten məlumatları və giriş-çıxış zənglərindan məlum olmuşdur ki, həmin nömrə 08 mart 2024-cü il tarixdə, saat 17:54-də Biləsuvar rayonunun Zəhmədabad kəndində, 18:08-də Biləsuvar şəhərində, 18:09-da Biləsuvar şəhərində, 18:19-da Biləsuvar şəhərində, 18:23-də Biləsuvar rayonunda, 18:26-da Biləsuvar rayonunda, 19:32-də Biləsuvar şəhərində olmaqla müxtəlif anten dairələrində olmuş, sabit olaraq eyni anten altında qalmamışdır. Göründüyü kimi qeyd edilən istintaq hərəkətləri müdafiəçi Şahid5 iştirakı ilə faktiki olaraq icra edilməmiş, formal olaraq tərtib olunmuş prosessual sənədlər müdafiəçi tərəfindən imzalanmışdır. Bundan başqa, cinayət işinin 108-109-cu səhifələrindəki “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunur, qərar həmin tarixdə, saat 09:00 dəqiqədə müdafiəçi Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs elan olmuş, 109-cu səhifəsindəki “müdafiəçi təqdim olunması haqqında” protokol, 110-111-ci səhifələrdəki “təqsirləndirlən şəxsin hüquq və vəzifələrinə dair” protokol, 112-ci səhifəsindəki “təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, hüquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında” protokol, 113-cü səhifəsindəki “təqsirləndirilən şəxsə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində olan hüquqlarının izah edilməsi haqqında” protokol, 114-cü səhifəsindəki “etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında” protokol, 115-ci səhifəsindəki “təqsirləndirilən şəxsə ifadə verməkdən imtina etmək hüququnun olmasının izah edilməsi barədə” protokol, 116-120-ci səhifələrində olan Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokol (dindirmə saat 09:20-də başlamış, saat 11:20-də bitmişdir) istintaq hərəkətləri müdafiəçi Şahid5 iştirakı ilə aparılmış və o, həmin rəsmi sənədlərə imza etmişdir. "xxxx" MMC-dən alınmış vəkil Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, həmin nömrə 09 mart 2024-cü il tarixdə, saat 09:41-də Biləsuvar rayonunun Zəhmədabad kəndində, 09:45-də Biləsuvar şəhərində, 10:54-də Biləsuvar rayonunda qeydə alınmış, sözügedən nömrəyə həmin tarixdə, saat 09:45-də zəng işin müstəntiqi Şamil Həsənlinin istifadəsində olan (050) ***-**-** mobil nömrəsindən daxil olmuş və 29 saniyə danışıq qeydə alınmışdır. Göründüyü kimi, bu dəfə də vəkil müvəkkili barəsində istintaq hərəkətlərinin aparılması zamanı onun yanında olmalı olduğu halda istifadəsində olan mobil telefon nömrəsinin müxtəlif anten dairələrində müəyyən olunması, bundan başqa, həmçinin dindirmə istintaq hərəkəti aparılarkən müstəntiqlə onun istifadəsində olan mobil nömrə arasında telefon əlaqəsinin olması onu deməyə əsas verir ki, qeyd edilən istintaq hərəkətləri müdafiəçi Şahid5 iştirakı ilə faktiki olaraq icra edilməmiş, formal olaraq tərtib olunmuş prosessual sənədlər həmin müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmədə ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş vəkil Şahid5 yaranmış vəziyyətlə bağlı ona ünvanlanmış suallara dəqiq və əsaslı cavablar verə bilməmiş, sorğu olunan nömrənin əsasən oğlunun istifadəsində olmasını, buna görə də, təqsirləndirilən şəxsin yanında olduğu halda mobil telefon nömrəsinin anten dairələrinin müxtəlif yerlərdə aşkar olunmasını, 09 mart 2024-cü il tarixdə, saat 09:45-də müstəntiqin ona məxsus nömrəyə zəng edərək kiminlə danışdığını deyə bilmədiyini göstərmişdir. Analiz edilənlərdən aydın olur ki, məhkəmənin bu hissədə, yəni, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı məsul şəxs (müstəntiq) tərəfindən müdafiə hüququnun pozulması barədə gəldiyi nəticə doğrudur. “Hüseyn və digərləri Azərbaycana qarşı iş üzrə” Avropa Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən təqsirləndirilən şəxs və şahid ifadələrinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin, mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Daxili məhkəmələrin həmin qiymətləndirmədə səhvə yol veribverməməsini müəyyənləşdirmək məhkəmənin üzərinə düşməsə də, o, məhkəmələrin təqdim edilmiş sübutları rədd etməsi qərarını əsaslandırıb-əsaslandırmadığını nəzərdən keçirməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə təqsirsizlik prezumpsiyası və təqsirləndirilən şəxsin özünə qarşı irəli sürülən sübutları mübahisələndirmək hüququnu nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların məqbulluğunun və etibarlılığının tam, müstəqil və hərtərəfli təhlil və qiymətləndirməsini aparmalıdır. Hazırkı işdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai araşdırma dövründə verdikləri ifadələrinin mötəbər sübut qismində qəbul edilməsi və bilavasitə məhkəmədə həmin bəyanatlardan geri çəkilmələrinin nəzərə alınmaması təqsirləndirilən şəxsin onun əleyhinə olan sübutların tam və hərtərəfli qiymətləndirilməsi imkanından məhrum edilməsinə gətirib çıxarar. Bu nöqteyi-nəzərdən, habelə Avropa Məhkəməsi presedent hüququna əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadələrlə ibtidai istintaq dövründə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr qarşılıqlı şəkildə müqayisə edilərkən mövcud ziddiyyətlərin aradan qaldırılması istiqamətində məhkəmə tərəfindən müqayisəli təhlil aparılmışdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, onun şübhəli şəxs və təqsirləndirilən şəxs qismində 08 və 09 mart 2024-cü il tarixli ifadələri “mahiyyəti üzrə bildirirəm ki,” hissədən başlayaraq hərfbəhərf, sözbəsöz, hətta qrammatik səhvlərə qədər eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin əks olunduğu protokolların bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Təqsirləndirilən şəxs ifadələri arasındakı mövcud ziddiyyətləri ibtidai istintaq zamanı əməliyyatçılar tərəfindən ona göstərilmiş fiziki, psixi təzyiq və təsirlərə məruz qalması, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmasına dair yalan vəd verilməsi ilə əlaqələndimişdir. Belə ki, polis əməkdaşları onları saxlayarkən onlarda vahimə yaratmaq üçün avtomobilin qabaq sərnişin tərəfdən şüşəsini vurub sındırmış, onu çıxardıb yerdə qoluna qandal vuraraq döymüşlər, nəticədə bir neçə dəfə huşunu itirmişdir. Polis Şöbəsində iki saat ərzində döyülmüş, qabırğaları əzilmiş, bununla əlaqədar istintaq təcridxanasında üzərindəki xəsarətləri qeyd ediləndən sonra rentgendən keçirilmişdir. Polis şöbəsində Aqşin və Həsən adlı əməkdaşlar tərəfindən döyülmüş, Aqşin badalaq vuraraq onu yerə yıxmış, Həsən isə ürək nahiyəsindən vurmuşdur. Onu şöbədə yerdə sürüyərək şillə-təpik vurmuş, dəyənək göstərərək hədələmişlər. Döyülməkdən əynindəki şalvar cırılmış və yararsız hala düşmüş, ona başqa şalvar verilmişdir. Ona qarşı edilmiş bütün bu qanunsuzluqlar barədə işini aparan müstəntiqə və valideynlərinə demiş, anasının müraciəti əsasında onun döyülməsi, işgəncəyə məruz qalması barədə araşdırma aparılmış, izahatı alınmışdır. Məhkəmə bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə sorğu verərək, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin anasının müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərarın surətinin məhkəməyə göndərilməsini tələb etmiş, nəticədə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət prosesində tərəflərin çəkişməsi” başlıqlı 32-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında cinayət-mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutlmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədilə məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Beləliklə, məhkəmə sorğu əsasında əldə etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə onun anasının müraciəti əsasında qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarını tədqiq etmiş və məlum olmuşdur ki, sözügedən qərarda təqsirləndirilən şəxsin döyülməsi, işgəncəyə məruz qalması iddiasına qarşı yalnız, ona fiziki və psixoloji təzyiq, təsir göstərən əməliyyat müvəkkillərinin izahatlarına, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba (Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinə daxil olarkən tibbi müayinə zamanı üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 111 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin ekspert rəyinə (Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır) istinad edilmişdir. Halbuki, istinad olunan 111 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs deməsinə görə xx.xx.2024-cü il tarixdə axşam vaxtı Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddə ilə tutularkən tanımadığı polis əməkdaşları əl və təpik ilə onu vurmuşlar. Bundan başqa, Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş “məhkumun tibbi kitabçası”nın təsdiq olunmuş surətində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən aparılmış müayinə zamanı boyunun hər iki yan səthində, hər iki yuxarı ətraflarda və sağ qalça çuxurunda köhnə çapıq toxumalar, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyadan sonrakı izlər və çapıqlaşmış sahələr müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Bundan əlavə, Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı rentgen şəkli və rentqeneloqun rəyinin kserosurəti məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın çıxarışında və ilkin tibbi ekspertizanın rəyində Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saxlanılıb şöbəyə gətirilərək müvəqqəti saxlama yerinə təhvil veriləndən bir neçə saat sonra tibbi müayinədən (xx.xx.2024-cü il saat 00:55), üç gün sonra məhkəmə-tibbi ekspertizadan (xx.xx.2024-cü il) keçirilərkən bədəni üzərində heç bir xəsarətin aşkar olunmadığı qeyd olunduğu halda, elə xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən bədəni üzərində özünün təsvir etdiyi, əməliyyatçılar tərəfindən ona göstərilmiş fiziki təzyiq nəticəsində ala biləcəyi xəsarətlərlə üst-üstə düşən xəsarət izlərinin (köhnə çapıq toxumaları) aşkar olunması, rentgendən keçirilməsi, zədə aldığını bildirməsinin qeyd olunması təsadüfi deyildir. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəyinə tənqidi yanaşaraq, qeyd edir ki, Şəhriyarın bədəni üzərində faktiki olaraq xəsarətlər olduğu halda, buna qiymət verməyən məhkəmətibbi ekspertizasının rəyinə əsaslanan araşdırma Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin döyülmə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni bu faktın olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Bundan əlavə, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 07 mart 2024-cü il tarixli protokola əlavə edilmiş diskdəki videogörüntülərdə, videoçəkilişin 00:10-00:12 dəqiqə aralığında Təqsirləndirilən şəxs burnunun üstündə və sağ yanağında almacıq sümüyünün üstündə, 01:13-01:17 dəqiqə aralığında sol gözaltı nahiyəsində, 01:53-02:09 dəqiqə aralığında isə qeyd olunan nahiyyələrdə xəsarət izlərinin olduğu açıq-aydın müşahidə olunur. Bundan başqa, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il, “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokollara əlavə edilmiş diskdəki videogörüntülərdən görünür ki, hər iki videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynində həddindən artıq böyük ölçüdə idman şalvarı vardır, belində kəmər yoxdur və şalvar belindən düşmək üzrədir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 bu barədə bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsində polislər ona Şəhriyarın qarın ağrısı olduğunu, şalvarını batırdığını, şalvar lazım olduğunu demişlər, o da əynindəki şalvarın altından geyindiyi şalvarı çıxarıb vermişdir ki, Şəhriyara versinlər. Polislərin deməsindən şübhələnməmişdir, çünki, Bakıdan Biləsuvara gedənə kimi yolboyu Şəhriyar tez-tez maşından düşmüş, ona qarnı ağrıdığını bildirmişdir. Məhkəmə əlavə şahidin bu hissədə dediklərinin həqiqət olduğuna inanmır, çünki, videogörüntülərdə açıq-aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gen cins şalvardır, hansı ki, başqa bir şalvarın altından, hələ ki, Şahid4 hadisə vaxtı əynində olan (şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş diskdəki videogörüntülərə əsasən) cins şalvarın altından geyinilən şalvar olması mümkün deyil. Belə ki, Teymurun əynində olan şalvar Şəhriyarın əynində olan şalvardan daha kiçik ölçüdə görünür. Beləliklə, Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən döyülməsi faktı və prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın formal aparılması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs əməliyyatçıların qanunsuz hərəkətləri, döyülməsi, qabırğasının əzilməsi faktı ilə bağlı yerli prokurorluqda düzgün şəkildə araşdırmalar aparılmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da, iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyriinsani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla təqsirləndirilən şəxsin əməliyyatçılar tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan president olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsinin bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə belə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə, bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin, ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrin həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılanadək bədənində xəsarətlər olmamış, əynində başqa, yəni özünə məxsus olan şalvar olmuş, xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz əməliyyatçılar tərəfindən ona verilmiş ittihamda avtomobilə qoyulmuş külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddənin özünə aid olması barədə izahat və ifadələr verməsi, həmin sözləri şəxsi axtarış və götürmə, maşına baxış və götürmə barədə istintaq hərəkətləri icra edilərkən videoçəkiiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində almışdır. Bu hal isə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də “şəxsi axtarış və götürmə haqqında”, “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” protokolları, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliliyini şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində əməliyyatçılar tərəfindən döyülməsi və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. Həmçinin, məhkəmədə istintaqın təzələnməsindən sonra dindirilən şahidlərin ifadələri ilə onların əvvəlki məhkəmə iclaslarında verdikləri ifadələr arasında da fərqlilik müşahidə olunmuşdur (bu barədə hökmün təsviri hissəsindəki ifadələrində xüsusi kursivlə qeyd olunmuşdur). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı, əməliyyatçıların şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyatçıları Şahid1, Şahid2, Şahid3 hər biri Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər əməliyyatçıların fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki təqsirləndirilən şəxsə verilmiş ittihamın əsasını, eyni zamanda digər əməliyyatçıların hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eynilə, əməliyyatçıların ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qrammatik səhvlər daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha baş müstəntiq tərəfindən ifadələrin əks olunduğu protokolların bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı da adları göstərilən əməliyyatçılar eyni məzmunlu ifadələr vermiş, onlara ünvanlanmış suallara fərqli məzmunlu cavablar vermişlər, bu da ondan irəli gəlmişdir ki, ibtidai istintaq zamanı araşdırılması zəruri olan hallarla bağlı araşdırma aparılmamış, məhkəmədə məhz araşdırılmalı olan, lakin araşdırılmayan səpkidə ünvanlanmış suallara verdikləri cavablar onu deməyə əsas vermişdir ki, əməliyyatçılar üzərlərinə düşən vəzifəni doğru-düzgün icra etməmiş, məqsəd yalnız şəxsi nə yolla olurolsun tutub gətirib istintaqa təhvil vermək, təqsirləndirilən şəxsə qarşı saxlanıldığı yerdə və Biləsuvar Rayon Polis Şöbəsində fiziki təzyiq göstərməklə etirafedici ifadələr almağa nail olmaq olmuşdur. Belə ki, hər üç əməliyyatçı məhkəmədə onlara ünvanlanmış sualları cavablandırarkən Təqsirləndirilən şəxs nə vaxt, hansı şəraitdə saxlanılması, avtomobilin xarici görünüşü, avtomobildəki şəxslərin hansı ardıcıllıqla, hansı qaydada avtomobildən düşmələri, hadisə yerində avtomobildə içərisində narkotik vasitələr və psixotrop maddə olan bağlamanı görüb-görməmələri və sair kimi mühüm hallara fikir vermədiklərini, yaxud xatırlamadıqlarını bildirmişlər. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, əməliyyatçıların həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz və bu ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “İrlandiya Birləşmiş Krallığa qarşı” və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdikləri ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Göstərilənlərdən başqa, məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış, onunla birlikdə Biləsuvar rayonuna getmiş taksi sürücüsü Şahid4 barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış ibtidai istintaq hərəkətlərinə də diqqət yetirmiş və belə qənaətə gəlmişdir ki, hadisə yerində iki şəxsin birlikdə saxlanılmasına və şöbəyə gətirilənədək kimin hansı statusda olmasının məlum olmamasına baxmayaraq, Şəhriyara nisbətən Teymura daha “mülayim” davranılmışdır. Belə ki, təqsirləndirilən şəxs, habelə şahid qismində dindirilən əməliyyatçıların bir qismi ifadələrində bildirmişlər ki, 07 mart 2024-cü il tarixdə saxlanılıb Biləsuvar Rayon Polis Şöbəsinə aparılarkən sürücü Şahid4 öz idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş, əməliyyat müvəkkili Şahid1 bunu avtomobildə olan narkotikin Təqsirləndirilən şəxs məxsus olmasından daha çox şübhələndikləri, belə olan halda Teymurun avtomobildən qaçma ehtimalının olmaması, saxlanılarkən taksi sürücüsü olmasını bildirməsi ilə izah etmişdir ki, bu da absurddur. Bundan başqa, cinayət işinin materiallarının 56-57-ci səhifələrində olan “şəxsi axtarış və götürmə haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 23:45-dən saat 23:55-dək Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Həmin protokola əlavə olunmuş diskdəki videogörüntülərdən görünür ki, videoçəkiliş 10 dəqiqə 11 saniyə davam etmişdir. Təhqiqatçı, polis kapitanı Bəhruz Bayramov Şahid4 üzərində narkotik vasitə saxlanılması ehtimal olunduğundan şəxsi axtarış keçiriləcəyini deyib, “üzərində qanunla saxlanılması qadağan edilən hər hansı əşya, predmet varmı” deyərkən Teymur “heç nə” deyib əlini əynindəki şalvarının arxa yan cibinə aparıb bir ədəd mobil telefonu çıxararaq stolun üzərinə qoyur, bu anda təhqiqatçı əli ilə işarə etməklə “üzərində nə var hissə-hissə qoy” deyir və Teymur ardıcıllıqla üzərində olan pul kisəsini, siqaret qutusunu, alışqanı və avtomobil açarını təqdim edir. Bundan sonra təhqiqatçının göstərişi ilə əməliyyatçı videoçəkilişin 02:54 dəqiqəsindən 03:03 dəqiqəsinədək olan 09 saniyə ərzində səthi axtarış aparır. Belə ki, Şahid4 əynində olan gödəkçənin yan cibləri, şalvarının cibləri yoxlanılsa da, gödəkçənin yuxarı (sinə) hissəsində olan cibləri yoxlanmır, corabları çıxarılmır və “boşdur” deməklə axtarış başa çatır. Bundan sonra, Şahid4 təhqiqatçı tərəfindən şifahi formada sorğu-sual olunur. Məlum olur ki, Şahid4 Cinayət Məcəlləsinin bir dəfə 177-ci, iki dəfə isə 234.1-ci maddələri ilə təqsirli bilinərək cəmi üç dəfə məhkum olunmuşdur, hazırda narkotik istifadə etmir, islah olunmuşdur. Təhqiqatçının “sizinlə birlikdə maşında saxlanılan Təqsirləndirilən şəxs haradan tanıyırsınız?” sualına Şahid4 əvvəlcə “Sabunçudan”, sonra “məhkumluq vaxtı tanış olmuşuq, ilk tanışlığımız orda olub, salam-sağolumuz var, dedi 120 manat verim gedək” deyib, bir anlıq gələcəkləri yerin adını deməkdə çətinlik çəkir və müdafiəçisinin köməyi ilə davam edərək bildirir ki, “Biləsuvara, orada adamlar var pul borcludurlar pul götürürəm. Kafenin yanında düşdü sonra qayıtdı, mən də həmin vaxta tualetimi edib qayıtdım”. Təhqiqatçının “bağlamanı gördünüzmü?” sualına Teymur “ayaqyolundan qayıdanda bəli gördüm” cavabını verir və yenə davam edir ki, “Şəhriyar əlində bağlama ilə qayıdıb dedi “sür sür”, dedim əlindəki nədir, dedi “sür” polis gəldi saxladım”. Təhqiqatçının “Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsi ilə məşğul olması barədə hər hansı bir məlumatınız var idimi” sualına Teymur “xeyr” cavabını, “bağlamanı hara qoydu?” sualına “saxlamışdı yanında, bəli sağ tərəfimdə, sərnişin oturacağında oturmuşdu”, “polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin bağlama Təqsirləndirilən şəxs əyləşdiyi yerin ayağaltısında idi, yoxsa?” sualına “bəli” cavabını verərək arxasınca bildirir ki, “saxladılar ki, bu narkotikdi xəbəriniz var, dedim vallah yoxdu, taksi sürücüsüyəm, 120 (bir yüz iyirmi) manata danışdıq, 30 (otuz) manat benzinə, 50 (əlli) manat ələ, 40 (qırx) manat da gətirəcəkdi” və bu anda təhqiqatçı “aydındır” deyib onu dayandırır və iştirakçıların şübhəli şəxsə suallarının olubolmaması barədə sualından sonra müdafiəçinin “polislər tərəfindən ona qarşı qanunsuz hərəkət olunub-olunmaması, şikayətinin olub-olmaması" barədə suallarına Teymur “şikayətim yoxdur, boynuma qoymayıblar, eləməyiblər, nə şikayətim olacaq ki, xəbərim olmayıb, sağ olsunlar (təhqiqatçı və əməliyyatçılara üzünü tutaraq)” cavabını verir. Şahid4 həmin günün səhəri şübhəli şəxs, bundan bir neçə gün sonra şahid qismində verdiyi ifadələrində isə tamamilə fərqli məzmunda ifadələr verir, bununla belə ifadələri arasındakı ziddiyyət araşdırılmadan, hətta adı məhkəməyə çağırılacaq şəxslərin siyahısına salınmadan sərbəst buraxılır. Halbuki, Şahid4 Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış, onunla aralarında uzunmüddətli tanışlığı, yaşadığı üç məhkumluğun ikisinin məhz narkotik vasitələrin istifadəsi ilə əlaqədar olmuşdur. Məhkəmənin diqqətini çəkən digər məqam ibtidai istintaq orqanı tərəfindən Şahid4 barəsində ətraflı araşdırma aparmadan, yəni, istifadəsində olan mobil telefon nömrəsinə aid giriş-çıxış zəngləri barədə məlumat əldə olunmadan (halbuki, o özü etiraf etmişdir ki, yolboyu Şəhriyar ona məxsus olan mobil telefondan zənglər etmişdir) və digər zəruri istintaq hərəkətləri aparılmadan, şəxsi axtarış videogörüntüsündən də göründüyü kimi üzərində yalnız səthi axtarış aparılmaqla və ifadəsi alınmaqla sərbəst buraxılmışdır. Belə ki, cinayət işinin materiallarındakı “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında həmin tarixdə, saat 23:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2024-cü il tarixdə şöbənin müvəqqəti saxlanılma yerində müvəqqəti saxlanılmaqdan azad edilmiş və həmin gün saat 15:30-da qərarın surəti ona təqdim olunmuşdur. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Şahid4 istifadəsində olmuş (055) ***-**-** mobil nömrəyə dair "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, həmin nömrənin müvafiq operatorda qeydə alınmış anten dairəsi məlumatları MOC- 07 mart 2024-cü il tarixdə, saat 22:44:01-də Biləsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; GPRS- saat 22:44:43-də Biləsuvar HUB /Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; usage_int- saat 22:54:48də Biləsuv ATS/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- 08 mart 2024-cü il tarixdə, saat 12:26:26-da Bilsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- 08 mart 2024-cü il tarixdə, saat 17:02:55də və 17:03:53-də Bilsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; GPRS- saat 17:03:35 və 17:04:59-da Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MTCsaat 17:21:09-da Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; MOC- saat 17:43:33-də Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də; GPRS- saat 17:44:01də Bilsuvar HUB/Biləsuvar şəhəri, Nizami küçəsi, ev 77/Biləsuvar/(39.452xx/xx.54202)-də; MTC- saat 17:52:55-də Biləsuv ATS/Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 49/Biləsuvar/(39.456xx/xx.54305)-də qeydə alınmışdır. Göründüyü kimi Şahid4 şübhəli şəxs qismində tutulduğu və şöbənin müvəqqəti saxlanılma yerində saxlanıldığı halda ona məxsus mobil nömrə üzrə çıxış və giriş zəngləri olmuş, çıxış zəngləri fərqli ünvanlardan, habelə həmin ünvanlarda ona daxil olan zənglər isə əvvəlki olduğu ünvandan daxil olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ifadələrində şəxsi istifadə məqsədilə narkotik maddə əldə etmək üçün Salyana, daha sonra isə Biləsuvara getmək barədə təklifin Şahid4 gəlməsi, əməliyyatçılar tərəfindən döyülməklə fiziki təzyiqə məruz qalmasına baxmayaraq, Teymura toxunulmaması barədə dediklərini həqiqətəuyğun hesab etmək olar. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilməmiş, istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə 01 noyabr 2023-cü il tarixdən 09 mart 2024-cü il tarixədək olan zaman kəsiyini əhatə edən dörd ay yarımlıq dövr ərzində aparılan danışıqları, “sms”-ləri özündə əks etdirən CD diskə baxış keçirilməsi zamanı onun narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması, istifadə etməsi, tapması barədə hər hansı məlumata rast gəlinməmiş, şəxsi axtarış zamanı üzərindən aşkar edilən bir ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq dövründə baxış keçirilərkən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatların mövcud olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına əsasən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddəni Biləsuvar rayonu ərazisinə göndərmiş İran İslam Respublikasının vətəndaşı Nasif adlı şəxsin şəxsiyyətini, habelə həmin kütlələrin mənbəyini müəyyən etmək mümkün olmamamışdır (iş vərəqi 156). Məhkəmə müəyyən etmişdir ki, cinayət işinin materiallarının 208-ci səhifəsində olan “baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 339- 16-29 saylı mobil telefon nömrəsi ilə ayrı-ayrı şəxslərin istifadəsində olan mobil telefon nömrələri arasında çoxlu telefon danışıqlarının olması, lakin iş üçün əhəmiyyət kəsb edən halların olmadığı qeyd olunmuşdur və məhkəmə istintaqında da həmin zənglərin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə istinad edilən cinayət əməli ilə səbəbli əlaqəsi müəyyən edilməmişdir. Bununla yanaşı qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs telefonunda aşkar edilmiş zənglər dövlət ittihamçısı tərəfindən onun Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddələr əldə edib saxlayaraq daşıma cinayət əməlini törətməsini təsdiq edən dolayı sübut kimi qeyd edilsə də, məhkəmə baxışı zamanı sonradan əldə edilmiş bu dolayı sübutların Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə aidiyyəti müəyyən edilməmiş, onun Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsiri istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, sübut edilməli olan hallarla əlaqələrin xarakterinə görə sübutlar birbaşa və dolayı sübut növlərinə ayrılır. Əgər sübutun məzmununu təşkil edən məlumatlar müəyyən edilməli olan hallarla üst-üstə düşürsə, buna birbaşa sübut deyilir. Dolayı sübut sübut edilməli olan halların mövcud olmasını birbaşa göstərmir və Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində sadalanan halların sübut edilməsinə xidmət edən digər faktları müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bundan başqa, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, təqsirləndirilən şəxsin opioidlərin qəbulundan yaranan asılılıq sindromu- narkomaniya xəstəliyinin, məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloi kabinetində qeydiyyata alınmasının məsləhət görülməsi müəyyən olunur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla, ittiham aktında sübut kimi istinad olunan rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməlini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində, yəni, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edildikdən sonra ifadə verməkdən imtina etməsini, məhkəmə istintaqı zamanı müdafiəçisinin iştirakı ilə ifadə verərkən narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, içərisində olduğu avtomobildən aşkar edilən külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddənin ona məxsus olmaması, fiziki təzyiq nəticəsində etirafedici ifadələr verməsi barədə dediklərini məhkəmə istintaqı zamanı toplanmış sübutlarla qarşılıqlı şəkildə yoxlayıb qiymətləndirməklə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində fiziki təzyiqə, psixoloji təsirlərə məruz qalması səbəbindən etirafedici ifadələr verməsi, barəsində həyata keçirilmiş avtomobilə baxış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin ona aid olmaması barədə ifadəsini həqiqətə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” xx.xx.2000ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs verdiyi ifadələrin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Onun Biləsuvar Rayon Polis Şöbəsinə xx.xx.2024-cü il tarixdə gətirilməsi, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq, psixoloji təsir göstərilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini formalaşdıran hərəkətlər formal xarakterli, yəni törədildiyi andan bitmiş hesab olunsa da, təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələr və psixotrop maddənin mənbəyini (yəni tərəfindən əldə edilməməsini, ona məxsus olmamasını) mübahisələndirdiyi müddətdə “avtomobilə baxış keçirilməsi və götürülməsi” istintaq hərəkətinin nəticəsi şəxsin təqsirliliyini sübut edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əks təqdirdə şəxsin məhkəmə qarşısına çıxarılmasına zərurət olmazdı. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Hansı sübutun həqiqətəuyğun hesab edilməsi isə bir çox hallarda əməlin motivinin müəyyən edilməsi ilə düz mütənasiblik təşkil edir. Bu səbəbdən təqsirləndirilən şəxsin subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunan narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması əməlləri ilə əlaqədar hazırkı iş üzrə ittiham tərəfinin üzərinə düşən yük həmin hərəkətlərin edilməsini, o cümlədən müvafiq hərəkətlərin hansı məqsədlə şərtləndirilməsini sübuta yetirməkdir. İbtidai araşdırmanın məhkəmə iclaslarından fərqli olaraq açıq şəkildə keçirilməməsi, istintaqın normal gedişatını təmin etmək məqsədilə əksər məlumatların istintaqın qurtarmasına qədər gizli saxlanılması və s. kimi amillər ibtidai araşdırma orqanını təqsirləndirilən şəxsin etirafedici ifadələri üzərinə köklənməməsini (ifadə verməyin təqsirləndirilən şəxsin hüququ olması və gələcəkdə həmin hüquqdan istifadə edərək verdiyi ifadələri məhkəmədə müahisələndirmək imkanı baxımından), tərəfindən həmin ifadələrin düzgünlüyünün yoxlanması məqsədilə bir sıra istintaq hərəkətlərinin keçirilməsini zəruri edir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi təqsirləndirilən şəxs ona yenidən ittiham veriləndən sonra ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı boyu verdiyi bütün ifadələrində külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddənin ona məxsus olmamasını, həmin kütlələri polis şöbəsinə gətiriləndən sonra avtomobilə baxış zamanı avtomobildən çıxarılanda gördüyünü bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs cari məhkəmə iclaslarında külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddənin ona məxsus olmaması barədə verdiyi ifadələri məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə, saat 22:20 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş “VAZ- 21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı qabaq sağ oturacağın ayaqaltısındakı üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamanın içərisindən aşkar olunmuş xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələrin ona məxsus olmasına əsaslı şühələr vardır və məhkəmə baxışı nəticəsində qeyd olunan şübhələrin aradan qaldırılması mümkünsüz olmuşdur. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutların qanunsuz yolla əldə olunması qənaətinə gələrək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əleyhinə toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr vardır, bu sübutlar cinayət təqibi üzrə mötəbər dəlillər kimi qiymətləndirilə bilməz və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutların qanunsuz yolla əldə olunması müəyyən edildiyindən və məhz bu əsasa görə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutların toplanması zamanı yol verilmiş pozuntulara, o cümlədən “şəxsi axtarış və götürmə haqqında”, “avtomobilə baxış keçirilməsi və götürülməsi barədə”, “videogörüntüyə baxış keçirilməsi haqqında” protokollara, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinə, habelə, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji, ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəylərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur . Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ona qarşı fiziki və psixoloji təzyiq göstərilməklə, müəyyən vədlər verməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid qismində dindirilmiş polis əməkdaşlarının (əməliyyatçıların) ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında, məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə heyəti həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur:- “Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmalıdır”. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Qeyd olunan prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. xx.xx.2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı işi”ndə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin hakimlərin müstəqilliyindən bəhs edən 25-ci maddəsi qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Sözügüdən Məcəllənin 42.1.4-cü maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 145.2 və 145.3-cü maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Sözügedən Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəllənin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallardan birində də məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyinin nəzərdə tutulmasıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi şəxs barəsində bəraət hökmünün çıxarılması əsaslarından biri təqsirliliyinin sübuta yetirilməməməsidir (təqsirsizliyinin sübuta yetirilməsi deyil). Şəxsin təqsirliliyinin sübuta yetirilməsi isə kifayət qədər mötəbər, bir-biri ilə uzlaşan, ziddiyyət təşkil etməyən sübutlar toplusunun mövcudluğunu zəruri edir. Sübutlar “əsaslı şübhə standartı” prinsipinə riayət edilməklə toplanmalı və bir-biri ilə zəncir şəkildə bağlı olmalıdır. Əks təqdirdə təqsirliliyin sübuta yetirilməsində yaranan bütün boşluqlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 975,0 qram narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 974,9 qram qalığı, 830,0 qram metamfetaminin tədqiqatdan sonrakı 829,9 qram qalığı, 670,0 qram həşiş qətranının tədqiqatdan sonrakı 669,9 qram qalığı, 2080,0 qram marixuananın tədqiqatdan sonrakı 2079,9 qram qalığı, 171 ədəd metadonun tədqiqatdan sonrakı 157 ədəd qalığı materiala əlavə edilməlidir. Avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin- məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəllənin 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 344-347, 348.3, 349-350, 352-354, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 975,0 qram narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 974,9 qram qalığı, 830,0 qram metamfetaminin tədqiqatdan sonrakı 829,9 qram qalığı, 670,0 qram həşiş qətranının tədqiqatdan sonrakı 669,9 qram qalığı, 2080,0 qram marixuananın tədqiqatdan sonrakı 2079,9 qram qalığı, 171 ədəd metadonun tədqiqatdan sonrakı 157 ədəd qalığı materiala əlavə edilsin. Avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-58/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-58/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver