Məhkəmə qərarları › İş №1(099)-580/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-580/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-580/2022 03.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 11 avqust 1979-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Masallı şəhəri, H.Əliyev prospekti ev 7-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,737 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayıraraq onları 0,218 qram, 0,170 qram, 0,188 qram, 0,208 qram, 0,152 qram, 0,177, 0,259 qram, 0,261 qram, 0,253 qram, 0,256 qram, 0,281 qram və 0,314 qram olmaqla cəmi 12 ədəd ədəd bükümlərə qablaşdırılıb üzərində saxlayıb daşımış, 18 iyun 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Masallı şəhəri, H.Əliyev prospektində olan evin həyətində üzərində saxladığı həmin bükümlərdən 6 ədəd bükümdə-0,218 qram, 0,170 qram, 0,188 qram, 0,208 qram, 0,152 qram və 0,177 qram olmaqla cəmi 1,113 qram heroini 80 (səksən) manata tanışı Şahid3 satmış, daha sonra 6 ədəd bükümdə olan heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 19 iyun 2022-ci il tarixdə, saat 09 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 6 ədəd bükümdə-0,259 qram, 0,261 qram, 0,253 qram, 0,256 qram, 0,281 qram və 0,314 qram olmaqla cəmi 1,624 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, iki ildir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.Rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləliklə məşğul olmuşdur.Tutulmamışdan bir gün əvvəl, yəni 18 iyun 2022-ci il tarixdə, səhər saatlarında şəxsi istifadəsi üçün heroin almaq üçün Lənkəran rayonunun Qumbaşı kəndinə getmiş və orada tanımadığı şəxsdən bir bükümdə təxminən 1,9 qram heroin alıb evinə qayıtmışdır. 19 iyun 2022-ci il tarixdə yaşadığı evdə olarkən bir qrup polis əməkdaşları evinə gəlib evdə axtarış aparmış və özü üçün alıb saxladığı 1,9 qram heroini polislər aşkar edib götürmüş, sonra onu tutub polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində üzərində axtarış olmuş və üzərində heç nə, o cümlədən 6 ədəd bükümdə heroin aşkar olunmamışdır. Sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək qarşısına qoyulmuş 6 ədəd bükümdə olan heroinin özünə məxsus olmasını deməyə məcbur edib onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə veriləcəyini bildirmişlər.Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş 6 ədəd bükümdə olan heroini özü cibindən çıxarıb polislərə təqdim edib özünə məxsus olmasını demişdir. Sonradan isə ona ittiham verilmişdir ki, o, tanışı Elşənə 80 manata 6 ədəd bükümdə heroin satmışdır. Əslində isə o, tanışı Elşəni tutulmamışdan iki gün əvvəl görsə də, ona heroin satmamış, həmçinin üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroin ona məxsus deyildir.Üzərində aşkar olunmuş həmin 6 ədəd bükümdə olan heroini cibinə polis əməkdaşları qoymuşdur.O, üzərində aşkar olunmuş narkotik maddə ilə bağlı və tanışı Elşən adlı şəxsə heroin satması ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün əldə edib evində saxladığı 1,9 qram heroinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o uzun müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.18 iyun 2022-ci il tarixdə bədənində ağrıları olduğundan narkotik maddə almaq məqsədilə Lənkəran rayonunun Qumbaşı kəndinə getmiş, orada tanımadığı şəxsdən 160 manata 12 ədəd bükümdə heroin alıb Masallı şəhərinə, evinə qayıtmışdır.Həmin gün saat 12 radələrində yaşadığı evdə olarkən tanıdığı, Masallı şəhər sakini Şahid3 yanına gəlib bədənində ağrılar olduğunu bildirib istifadəsi üçün heroin istəmiş, o da aldığı 12 ədəd bükümdən 6 ədəd bükümdə olan heroini 80 manata Elşənə satmış, qalan 6 ədəd bükümdə olan heroini yaşadığı evdə yataq dəstinin altında gizlətmişdir.O, Elşənin narkotikə görə verdiyi 80 manat pulu şəxsi məqsədləri üçün xərcləmişdir. 19 iyun 2022-ci il tarixdə, saat 08 radələrində o, yaşadığı evində yataq dəstinin altında gizlətdiyi 6 ədəd bükümdə olan heroini götürüb əynindəki şalvarının cibinə qoyub evdən şəhərə çıxmışdır.Saat 09 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılıb narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş, həmin vaxt özü əynindəki şalvarın cibindən içərisində heroin olan 6 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan kütlələrin heroin olduğunu, 18 iyun 2022-ci il tarixdə Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən 160 manata 12 ədəd bükümdə heroin aldığını, 6 ədəd bükümdə olan heroini tanışı Elşən adlı şəxsə satdığı, qalan 6 ədəd bükümdə olan heroini isə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş heroin kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə Şahid3 üzləşdirilməsi zamanı Şahid3 üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroini Təqsirləndirilən şəxs 80 manata aldığını, Təqsirləndirilən şəxs də 6 ədəd bükümdə olan heroini Şahid3 80 manata satdığını bildirib ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və üzləşdirmə zamanı aparılmış videoçəkilişlər, eləcə də telefon danışıqlarına dair məlumatlar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələridə 12 ədəd bükümdə heroini 160 manata alması, həmin bükümlərdən 6 ədəd bükümdə heroini 80 manata tanışı Şahid3 satması, habelə üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroinin özünə məxsus olmasına dair yazılanları təsdiq etmir, həmçinin tanışı Elşənlə üzləşdirmə zamanı Elşəninin 6 ədəd bükümdə olan heroini ondan (Təqsirləndirilən şəxs) 80 manata aldığını, özünün də Elşənə 80 manata 6 ədəd bükümdə heroin satdığını bildirsə də, o, Elşənə 6 ədəd bükümdə heroin satmamış, bununla bağlı yazılanlar doğru deyildir. Əslində üzərindən aşkar olunmuş 6 ədəd bükümdə olan heroin ona məxsus deyil, həmin 6 ədəd bükümdə olan heroini üzərinə polis əməkdaşları qoymuş, həmçinin o, tanışı Şahid3 80 manata 6 ədəd bükümdə olan heroini satmamışdır.Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş 6 ədəd bükümdə heroinin özünə məxsus olduğunu, həmçinin tanışı Elşənə 80 manata 6 ədəd bükümdə heroin satdığını bildirmişdir.Narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün əldə edib evində saxladığı 1,9 qram heroinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. İstifadəsində 050/992-03- 73 saylı mobil telefon nömrəsi olmuşdur.İstifadəsində olmuş mobil telefon nömrəsinə gələn zənglər və mesajlar barədə, o cümlədən narkotiklə bağlı olması deyilən mesajlar barədə heç bir məlumatı yoxdur və ona belə mesajların göndərməsini xatırlamır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin əməkdaşıdır. 19 iyun 2022-ci il tarixdə Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün səhər saatlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Masallı şəhərində, H.Əliyev prospektində, küçədə saxlanılıb ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib Masallı RPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Anar Cəfərov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 6 ədəd büküm çıxarıb təqdim edib bükümlərin içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını billdirmişdir.Həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir gün əvvəl (18 iyun 2022-ci il tarixdə) Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən 160 manata 12 ədəd bükümdə heroin aldığını, həmin bükümlərdən 6 ədəd bükümdə heroini tanışı Elşən adlı şəxsə 80 manata satdığını, qalan 6 ədəd bükümdə heroini özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxsun hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, uzun müddət narkotiklərdən, əsasən də heroindən istifadə etmişdir. Masallı şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs də narkotiklərdən istifadə etdiyini bilir. 18 iyun 2022-ci il tarixdə Lənkəran rayonunun Qumbaşı kəndində gedib orada tanımadığı şəxsdən 80 manata 6 ədəd bükümdə heroin almışdır. Həmin gün Masallı şəhərində küçədə olarkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılmış və orada üzərində axtarış zamanı şəxsi istifadəsi üçün saxladığı 6 ədəd bükümdə heroin aşkar edilib götürülmüşdür. Sonra o, üzərində heroin aşkar edildiyinə görə cinayət məsuliyyətinə cəlb olunub tutulmuşdur.O, üzərində aşkar olunmuş 6 bükümdə heroini tanışı Şamildən almamış, bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini və Şamillə üzləşdirmə zamanı dediklərini, yəni Şamilə 80 manat pul verib 6 ədəd bükümdə heroin alması barədə dediklərini təsdiq etmir. Eyni zamanda məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 18 iyun 2022-ci il tarixdə, saat 12 radələrində istifadəsi üçün narkotik maddə almaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri, H.Əliyev prospektində olan evinə getmiş və evin həyətində Şamillə görüşüb ondan istifadəsi üçün heroin istəmiş, Şamil də Lənkəran rayonunun Qumbaşı kəndinə gedib tanımadığı şəxsdən 12 ədəd bükümdə heroin aldığını, həmin bükümlərdən 6 ədədini ona 80 manata sata biləcəyini bildirmiş, o da razılaşıb Şamilə 80 manat verib 6 ədəd bükümdə heroin almışdır. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 19 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 19 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə, saat 09 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 19 iyun 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Anar Cəfərov tərəfindən müdafiəçi Xudaverdi Niftiyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 6 ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin heroin olduğunu, 18 iyun 2022-ci il tarixdə Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən 160 manata 12 ədəd bükümdə heroin aldığını, 6 ədəd bükümdə olan heroini tanışı Elşən adlı şəxsə satdığı, qalan 6 ədəd bükümdə olan heroini isə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kutlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyun 2022-ci il tarixli, 19/715 №-li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 06 ədəd heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-0,259 qram, 0,261 qram, 0,253 qram, 0,256 qram, 0,281 qram, 0,314 qram olmaqla ümumi təmiz çəkisi-1,624 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 1,324 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2022-ci il tarixli qərarın surəti və digər sənədlərlə müəyyən edilir ki, daxil olmuş məlumat əsasında Masallı RPŞ-ninin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Şahid3 Rəfail oğlu 19 iyun 2022-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb şöbəyə gətirilib üzərində şəxsi axtarış zamanı 6 ədəd bükümdə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Araşdırma zamanı Şahid3 üzərində aşkar olunan 6 ədəd bükümdə olan heroini 18 iyun 2022ci il tarixdə tanışı Təqsirləndirilən şəxs əldə edib üzərində saxladığını bildirmişdir. Toplanmış material üzrə Şahid3 Rafael oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyun 2022-ci il tarixli, 19/714 №-li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid3 üzərindən aşkar edilərək götürülmüş 06 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,218 qram, 0,170 qram, 0,188 qram, 0,208 qram, 0,152 qram və 0,177 qram olmaqla ümumi təmiz çəkisi -1,113 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərilərində “Şahid3 məxsus 6 büküm heroin Rəy №19/714 ...” və “Təqsirləndirilən şəxs məxsus 6 büküm heroinlər Rəy №19/715 ...” sözlər və imzalar olan 2 ədəd zərflərdəki ümumi sayı 12 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra (Təqsirləndirilən şəxs aid iş üzrə) qalıq heroin 1,294 qram və (Şahid3 aid iş üzrə) qalıq heroin 0,783 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 20 iyun, 16 iyul və 31 avqust 2022-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1,294 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,783 qram heroin Şahid3 Rəfail oğlunun barəsində olan cinayət işi üzrə maddi sübutdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetmindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli protokolla müəyyən olunur ki, "xxxx" MMC-nin daxil olmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixədək istifadəsində olmuş 050/992-03-73 saylı mobil telefon nömrəsinə narkotik vasitələrin alışı-satışını ehtiva edən mesajların daxil olması müəyyən edilmişdir. İşdə olan, “Cinayət işinin ayrılması haqqında” 31 avqust 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik maddəni əldə etmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar olunmuş 6 ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin 6 ədəd bükümdə olan heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tanışı Şahid3 80 manata 6 ədəd bükümdə olan heroini satmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, polis əməkdaşları tərəfindən yaşadığı evdən yalnız 1,9 qram heroin götürülməsi, narkotik maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar olunmuş 6 ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin 6 ədəd bükümdə olan heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tanışı Şahid3 80 manata 6 ədəd bükümdə olan heroini satmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, polis əməkdaşları tərəfindən yaşadığı evdən yalnız 1,9 qram heroin götürülməsi, narkotik maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, həmçinin Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində o, üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroini tanışı Təqsirləndirilən şəxs 80 manata aldığını göstərmişdir), maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, 12 ədəd bükümdə heroini 160 manata almasını, həmin bükümlərdən 6 ədəd bükümdə olan heroini 80 manata tanışı Şahid3 satmasını, üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroinin özünə məxsus olmasını göstərmişdir), habelə videoçəkilişlə aparılmış üzləşdirmə zamanı verdiyi ifadəsi ilə (üzləşdirmə zamanı Şahid3 üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroini tanışı Təqsirləndirilən şəxs 80 manata aldığını, Təqsirləndirilən şəxs də tanışı Şahid3 6 ədəd bükümdə olan heroini 80 manata satdığını bildirmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədəqorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər.Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Masallı Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib 12 ədəd bükümdə heroin əldə etməsini, həmin bükümlərdən 6 ədəd bükümdə olan heroini pulla tanışı Şahid3 satdağını, habelə üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroinin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Həmçinin Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni tanışı Təqsirləndirilən şəxs pulla heroin almaması, üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroini 18 iyun 2022-ci il tarixdə Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən 80 manata almasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri və videoçəkilişlə aparılmış üzləşdirmə zamanı verdiyi ifadəsi ilə (üzləşdirmə zamanı Şahid3 üzərində aşkar olunmuş 6 ədəd bükümdə olan heroini tanışı Təqsirləndirilən şəxs 80 manata aldığını, Təqsirləndirilən şəxs də tanışı Şahid3 6 ədəd bükümdə olan heroini 80 manata satdığını bildirmişlər) tam təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və onun bu ifadəsini özü və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitələrdir.Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 2,737 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi, bu heroinin çəkilib 12 ədəd bükümlərə qablaşdırılıb üzərində saxlamaqla daşıması və həmin heroinin 6 ədəd bükümdə olan hissəsini tanışı Şahid3 pulla satması onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Masallı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-19 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Masallı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ev 7-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə mənfi (son zamanlar cəmiyyətə yaraşmayan hərəkətlərə yol verdiyindən) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən)yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Masallı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,294 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Masallı Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Masallı Rayon Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki işə də aid olan 0,783 qram heroinin Şahid3 Rəfail oğlunun barəsində olan cinayət işi üzrə maddi sübut olması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,294 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-115 (bir yüz on beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar