Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-580/2024 05.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışları X2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib, 22 avqust 2023-cü il tarixdə, saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-dən “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdükdən sonra edəcəkləri basqın zamanı üzlərini gizlətmək və hadisə yerində əl-barmaq izlərinin qalmaması məqsədilə həmin ərazidəki aptekdən tibbi maskalar, inşaat materialların satışı mağazasından isə fəhlə əlcəkləri alıb icarəyə götürdükləri avtomobillə Bakı-Ələt-Astara- İran avtomobil yolu ilə hərəkət edib, saat 22:20 radələrində Biləsuvar rayonunun Əliabad kəndinə gəlib 43 dəqiqə ərzində yol kənarındakı istintaqa məlum olmayan kafedə şam yeməyi yedikdən sonra 23 avqust, saat 02:21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın yaxınlığında avtomobili saxlayıb piyada qaydada sonuncunun yaşadığı fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarının sağ tərəfindəki dalana gəlib, Ramil Ağayevin bilavasitə aktiv köməkliyi ilə Mirzə Həsənzadə ilə birlikdə hasarın üzərindən aşmaq yolu ilə yaşayış sahəsi olan həyətə qanunsuz olaraq girib, ev sahibinin evdən həyətdəki tualetə çıxacağını gözləmək məqsədilə həyətdəki tikilidə gizlənmiş, təxminən 40 dəqiqədən sonra Zərərçəkmiş şəxs evindən həyətə çıxdığını görüb, Mirzə ilə birlikdə gizləndikləri tikilidən çıxıb ev sahibinin üzərinə cumaraq basqın etmiş, həmin vaxt zərərçəkmişin müqavimətini sındırıb qorxudaraq özlərinə tabe etdirmək və köməyə çağıra bilməməsi üçün susdurmaq məqsədilə Mirzə Həsənzadə üzərində gəzdirdiyi istintaqa məlum olmayan pnevmatik tapançanı cibindən çıxardıb Zərərçəkmiş şəxs tuşlayaraq həmin tapança ilə zərərçəkmişin baş nahiyyəsinə vurduğu zərbədən sonuncunun müvazinətini itirib arxaya doğru yıxılaraq baş nahiyyəsinin evin divarına dəyib xəsarət almasından qorxub qışqıraraq qonşuları köməyə çağırdığını görüb, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı cibindən çıxardıb tiyəsini açaraq Zərərçəkmiş şəxs boğazına dayayıb, əlindəki əlcəyi isə ağzına tıxayıb səs salmamağını, maddiyyət üçün gəldiklərini deyərək pul və qızıl-zinət əşyaları tələb edib, hucuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib zərərçəkmiş şəxsə başın təpə nahiyyəsinin səthi yarası, sol çiyin, sağ bazu, qarnın ön divarının, sağ baldırın yuxarı 1/3-nin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmlak tələbi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra 2023-cü ilin fevral ayında Azərbaycana qayıdıb Gəncə şəhərində yaşamağa başlamışdır. 2023-cü ilin avqustun ortalarında Gəncədən Bakı şəhərinə gəlmiş, həmin gün əvvəldən tanıdığı tanışları Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşmüşdür. Mirzəni uşaqlıqdan tanımış, Ramili isə 2020-ci ildə Moskvada olarkən tanımışdır. Həmin gün onlar restoranlardan birinə gedib Mirzə və Ramilin tanışları ilə bir masa arxasında əyləşib yeyibiçmişlər. Söhbət edərkən dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların “qanını içdiyini”, həyətində “Porsche” markalı bahalı avtomobili olduğunu demişdir. Həmin gün o, Mirzə və Ramil restorandan çıxanda öz aralarında qərara gəlmişlər ki, birlikdə Salyan rayonuna gedib Rüstəmin evinə girib bu kimi işlərdən uzaq olmasını tələb etsinlər. Rüstəmi tanımadıqlarından əvvəlcə Salyan şəhərinə gedib Rüstəmin barəsində soraqlaşma aparıb evinin yerini öyrənmək qərarına gəlmişlər. Bu məqsədlə, tanışı Rəsul adlı şəxsdən rayona gedib axşam qayıdacağını deyib, sonuncuya məxsus avtomobili bir günlük ona verməsini xahiş etmiş, Rəsul etiraz etməyib avtomobilini ona vermişdir. Bundan sonra Mirzəyə zəng edib harada olduğunu soruşmuş, Mirzə isə Ramillə birlikdə Sumqayıt şəhərindəki bulvarda olduqlarını bildirmişdir. Sumqayıt şəhərinə gedib Mirzə ilə Ramili bulvardan götürüb Salyan rayonuna yola düşmüş, axşam saatlarında Salyana çatmış və küçədəki sakinlərdən soraqlaşıb Rüstəmin yaşadığı evin yerini öyrənmişlər. Sonra bir neçə dəfə avtomobillə Rüstəmin yaşadığı evin qarşısından keçmişlər, daha sonra avtomobili kənarda saxlayıb Rüstəmin evinin qarşısından piyada keçmişlər. Bir neçə saat Rüstəmin yaşadığı evin qarşısında dayanıb Rüstəmi gördükdə onu həyətinə salıb danışmaq üçün gözləmişlər, lakin Rüstəmi görə bilməmişlər və artıq gecə saatlarında Bakı şəhərinə qayıtmışlar. Növbəti dəfə Mirzə və Ramillə birlikdə Salyan şəhərinə gəlib Rüstəmi tapmaq üçün avtomobil lazım olduğundan avqustun 19-da səhər saatlarında Bakı şəhərində adını xatırlamadığı yerdən üç gün müddətinə icarayə “Mercedes Benz” markalı avtomobil götürmüş və 240 (iki yüz qırx) manat pul ödəmişdir. Daha sonra Mirzə və Ramillə telefon əlaqəsi saxlayıb, onları Bakı şəhəri Yasamal rayonundakı 20 Yanvar dairəsindən götürüb Salyan şəhərinə Rüstəmin yaşadığı evin qarşısına gəlmişlər. Bu dəfə də avtomobillə bir neçə dəfə Rüstəmin yaşadığı evin qarşısından keçmişlər, sonra avtomobili kənarda saxlayıb piyada Rüstəmin evinin qarşısından keçmişlər, lakin bu dəfə də Rüstəmi küçəyə çıxan görməmişlər və saat 19 radələrində Bakı şəhərinə qayıtmış, birlikdə avtomobili aparıb icarəyə götürdüyü yerə qaytarmışlar. Növbəti dəfə avqustun 22-də Mirzə və Ramillə birlikdə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının yanındakı "xxxx" adlı şirkətin qarşısına gəlmişlər. Mirzə ilə Ramil onu küçədə gözləmişlər, o isə ofisə daxil olub “Kia Forte” markalı avtomobili icarəyə götürmüş, və birlikdə Rüstəmi küçədə tuta bilmədikləri üçün gecə saatlarında Rüstəmin evinə girməyi qərarlaşdırmışlar. Bundan sonra avtomobili sürüb xatırlamadığı aptekin qarşısında saxlamış, yoldaşları aptekdən tibbi maska, yaxınlıqdakı təsərrüfat mağazasından isə əlcək almışlar, hər üçündə “kepka” yay papaqları var imiş. Həmçinin onun üzərində açılıb-bağlanan cib bıçağı, Mirzədə isə pnevmatik tapança olmuşdur. Bundan sonra onlar həmin avtomobillə Salyan şəhərinə gəlib bir neçə dəfə Rüstəmin evinin qarşısından keçmişlər, daha sonra Salyan şəhərində avtomobillə hərəkət etmişlər, lakin Rüstəmi bu dəfə də görə bilməmişlər. Axşam saatlarında yemək üçün Salyan rayonundan çıxıb Biləsuvar rayonuna gəlmiş, rayonun girişində adını xatırlamadığı restoranda əyləşib yemək yemiş, sonra oradan çıxıb təxminən saat 24-də yenidən Salyan rayonuna qayıtmışlar. Salyan rayonuna çatdıqdan sonra qurduqları plana əsasən avqustun 23-nə keçən gecə, saat 03 radələrində avtomobili Rüstəmin evindən bir qədər aralıda yolun kənarında saxlamışlar. Rüstəmin evinin qarşısında müşahidə kameraları olduğunu bilirmişlər və ona görə avtomobildən düşməmiş hər üçü aldıqları tibbi maska və əlcəkləri geyinmiş, üçü də avtomobildən enib küçədə heç kimin olmadığından əmin olduqdan sonra Rüstəmin evinin yanına gəlib, evin sağ tərəfindəki ensiz dalana girmiş və orada olan su çəninin yanında dayanmışlar. Hasar hündür olduğu üçün hasara çıxa bilməmişlər. Ona görə Ramil onların hasara qalxmaqlarına kömək edib, özü isə avtomobildə oturub onları gözləyəcəyini deyib oradan getmişdir. Qabaqda Mirzə, ardınca isə özü Rüstəmin həyətinə düşmüşlər, həyətdə “Porsche” markalı avtomobil var imiş. Mirzə ilə birlikdə həyətə düşəndən sonra həyətdəki tikilinin qapısını açıb içəri girmiş və Rüstəmin həyətə çıxmağını gözləməyə başlamışlar. Təxminən 40 dəqiqə sonra ev qapısının açıldığını və kiminsə evdən həyətə çıxdığını eşitmişlər. Mirzə həyətdə kimin olduğunu öyrənmək üçün onların olduğu tikilinin qapısını aralayıb həyətdə bir nəfər kişinin olduğunu demişdir. Həmin şəxsin Rüstəm olduğunu başa düşüb hər ikisi gizləndikləri yerdən çıxaraq Rüstəmin üzərinə cummuşlar. Qabaqda olan Mirzənin əlində tapança olmuşdur. Rüstəm onları görən kimi qorxub qışqırmağa, əl-qol atıb müqavimət göstərməyə başlamış, lakin arxa-arxaya gedərək büdrəyib yıxılmış və başı dəymişdir. Rüstəm yerə yıxıldıqdan sonra da qışqırmağa davam etmiş, o da cibindəki bıçağı çıxardıb açaraq tiyəsini Rüstəmin boğazına söykəyib sakit qalmasını tələb etmiş, lakin Rüstəmin qışqırmağa davam etdiyini görüb əlcək olan əlini Rüstəmin ağzına dayayıb ağzını tutmağa çalışmışdır. Rüstəm onu öldürməməyi, evindəki pul və qızılları götürüb getmələrini istəmiş, onlar isə Rüstəmə onu öldürmək üçün gəlmədiklərini, söhbət edib gedəcəklərini demişlər. Bu zaman Rüstəm əli ilə ürəyini tutub halının pis olduğunu demişdir. Rüstəmin halının pis olduğunu görüb Mirzəyə su gətirməyi tapşırmış, lakin bu vaxt həyətin küçə qapısının döyüldüyünü, qapının arxasından qadın səsi gəldiyini və Rüstəmi çağırdığını eşitmişlər. Qadın dayanmadan uca səslə qışqırıb qapını açmağı tələb etdiyindən onlar qadının səsinə qonşuların hadisə yerinə gələcəyindən qorxub Rüstəmi buraxıb həyət qapısını açaraq küçəyə çıxmışlar. Bu zaman Rüstəmin qapısını döyən qadın onların arxasınca qaçmağa başlamış, lakin onlar da qaçaraq oradan uzaqlaşmış, yolayrıcıdan sağ tərəfə dönüb gizlənmişlər. Sonra Ramil avtomobillə onların yanına gəlmiş və onlar avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Yolda söhbət edərkən qadının onları üzdən gördüyünü və sonradan onları tanıya biləcəyini fikirləşib ölkədən çıxmağa qərar vermişlər. Ona görə də arvadı Dianaya mobil telefonla zəng edib özü, Ramil və Mirzəyə Türkiyə Respublikasına getmək üçün təcili təyyarəyə bilet almasını xahiş etmiş və pasportların surətini “WhatsApp” vasitəsilə Dianaya göndərmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçərkən kimsəsiz yerdə yolun kənarında avtomobili saxlamış və avtomobildən enib əl izləri qalmasın deyə avtomobilin içərisini silmişlər, maskaları, əlcəkləri, bıçağı, Mirzə isə pnevmatik tapançanı avtomobildən kənara tullamışlar. Avtomobili icarəyə götürdüyü şirkətə zəng edib avtomobili saxladığı yeri deyib, gəlib avtomobili aparmalarını istəmiş, avtomobilin açaranı isə qabaq sağ təkərin üzərinə qoymuşdur. Sonra tanımadıqları maşına minib Bakıya getmiş, 20 Yanvar dairəsində “Azərsu” şirkətinin binası qarşısında avtomobildən düşmüş, oradan taksiyə əyləşib Heydər Əliyev adına Hava Limanına getmişlər və Bakı-İstanbul təyyarəsinə minib ölkədən çıxmışlar. 07 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmış və saxlanılmışdır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, onların heç biri əvvəllər Zərərçəkmiş şəxs tanımamış, sonuncunun evinin həyətinə daxil olanadək onu görməmişlər. Rüstəmin evinin yerini soruşub tapmışlar. Şəhərdə kimdən “dollar Rüstəm” deyə soruşulsa, evinin yerini deyəcəklərini bildirmişdir. Rüstəmin evinə pula görə girməmişlər, məqsədləri onu döymək olmuşdur. Rüstəmin insanların həm pulunu, həm də evlərinin sənədini aldığını, bəzilərini evsiz, zavodsuz qoyduğunu bildirmişdir. Lakin Rüstəmin ona və ya qohumlarına qarşı mənfi hərəkəti olmamışdır. Rüstəm istintaqda güya ondan pul istənildiyi, “Porsche”nin açarını götürmələri, avtomobilin sandıqçasında 30-50.000 (otuz-əlli) ABŞ dolları pul olduğunu deməsi məzmunda ifadə vermişdir. Halbuki, aralarında belə bir söhət olmamış, ona beş dəqiqə söhbət edib çıxıb gedəcəklərini demişlər. Məqsədləri o olmuşdur ki, zərərçəkmiş şəxs barəsində danışılan sözləri təsdiqləyərsə, onu həmin hərəkətləri etməkdən çəkindirsinlər. Əgər zərərçəkmiş şəxslə çöldə rastlaşsaydılar, maska taxmayacaqlarmış. Maska geyinməklərinin səbəbi zərərçəkmiş şəxsin həyətində kameraların olması imiş. Əgər kamera onların səsini yazmışsa, zərərçəkmiş şəxsin qapısına pula görə gəlmədikləri bilinərmiş. Ayrı-ayrı vaxtlarda olmaqla üç dəfə Salyana getməkdə məqsəd zərərçəkmiş şəxsin evinə girmədən çöldə onunla rastlaşıb söhbət etmək olmuş, lakin bu müddət ərzində onunla rastlaşa bilməmişlər. Onlar Rüstəmi vurmamış, ona xəsarət yetirməmişlər. Rüstəm özü arxa-arxaya gedərkən yıxılıb başı pəncərənin dəmir barmaqlığına dəymiş, lakin istintaqda ifadə verərkən güya onların onu vurduqlarını bildirmiş, o da bununla razılaşmadığından bəzi sənədləri imzalamamışdır. Ümumiyyətlə, zərərçəkmiş şəxsin sözlərinə əsasən ona ittiham verilməsi ilə razılaşmadığından sənədlərə imza atmamışdır. Hadisə vaxtı yerə düşmüş maskanın ona və ya Mirzəyə məxsus olmasını xatırlamır. Mirzə və Ramillə restoranda olduqları vaxt Rüstəm barədə məlumat verən şəxs Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızının verməsi barədə demişdir. Bu gün o tutulubsa, Rüstəmin qızı da onunla birlikdə həbsdə olmalıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Əməlindən özünü təqsirli bildiyi hissədə peşmandır. Məhkəmə cinayət prosesi tərəflərini (təqsirləndirilən şəxin qismən etirafedici, zərərçəkmiş şəxs və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi olmamışdır. Qırx dörd ildir ki, ailə həyatı qurmuşdur və bu müddət ərzində birinci dəfə idi ki, evdə tək qalırmış. Belə ki, arvadı Bakı şəhərində əməliyyat olunmuş, heç kim arvadının xəstəxanada olduğunu bilməmişdir. 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03 radələrində həyətdə oturmaq üçün olan otaqdan işıq gəldiyini görmüş, bu vaxt otağın qapısı açılmış, yavaş-yavaş yaxınlaşanda qarşısına maskalı şəxslər çıxmış, onlardan kim olduqlarını soruşmuşdur. Həmin şəxslər ona sifarişlə gəldiklərini, Salyan rayonunda ondan narazılıq olduğunu bildirmişlər. Cavabında “əgər ondan şikayət varsa, işinə hüquq-mühafizə orqanları baxsın” deyə bildirmişdir. Maskalı şəxslər ona maddiyyat, yəni pul üçün gəldiklərini bildirmişlər. Onların silahlı olduqlarını görmüşdür. Həmin şəxslər onu silahla vurmuşlar, necə yıxıldığını bilməmiş, ayılanda yerin laxta qan olduğunu görmüşdür. Maskalı şəxslər onu yerə yıxıb sinəsinin üzərində oturmuş və bıçağı dayamışlar ki, tərpənməsin. Maskalı şəxslər əski parçası tıxayaraq ağzını bağlamış və yapışqan lentlə sarımışlar ki, qışqıra bilməsin. Çırpınmağa başlamış, bu vaxt həyətinə girmiş maskalı adamlara zəng gəlmiş, zəng edən şəxs onlara qapıdakı adamların qapını qıracaqlarını, təcili həyətdən çıxmalı olduqlarını bildirmişdir. Həmin ərəfədə maskalı şəxslərdən biri yaşadığı evə daxil olmuşdur. Zəng gəldikdən sonra həmin şəxs evdən çıxmış və digəri ilə birlikdə həyətdən çıxmışlar. Qonşu evlə onun evi arasında məsafə çox yaxındır. Qışqırarkən səsinə qonşular gəlmiş, az qalıbmış ki, həyətin qapısını sındırsınlar. Qonşuları ondan nə baş verdiyini soruşmuş, düşünmüşlər ki, arvadının meyiti gətirilib. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən ərəfədə ondan narazı olan kimsə olmamış, hadisədən əvvəlki günlərdə heç nədən şübhələnməmişdir. Həyətinə girmək üçün gələn şəxslər üç nəfər olmuş və sonuncular üç gün Salyanda olmuşlar. Onlar kinolardakı kimi bir-birlərinin üstünə çıxıb, evinin hasarı aşmışlar. Maskalı şəxslər ona cinayətkar olduğunu, Salyan camaatının ondan narazı olduğunu, insanları bədbəxt etdiyini, faizə pul verdiyini demiş, ondan pul və qızıl istədiklərini bildirmişlər. Onlar həyətdəki otağın içərisindən çıxmışlar. Həmin adamlara onunla işləri olmamasını, həyətində maşını olduğunu, evə girib istədiklərini götürə biləcəklərini demişdir. Maskalı şəxslər əvvəl onu itələmişlər, lakin o yıxılmamış, sonradan vurulanda yıxılmışdır. Onun dediklərini dinlədikdən sonra silahın arxa hissəsi ilə başından vurmuş, yerə yıxıldıqdan sonra bıçağı ona dirəyib qışqıracağı halda bıçağı ona soxacaqlarını demişlər. Həmin şəxlərin üçü də maskalı olmuşlar, lakin boy ölçülərini xatırlamır. Üç nəfərdən biri həyət qapısının qabağında durmuş, həyətinə girib ona hücum edənlər isə iki nəfər olmuşlar. Üçüncü adamı görməmişdir. Ona hücum edənlərin hər ikisi onunla danışmışlar. Onlardan biri əl-qolunu tutmuş, digəri üstündə oturmuş, ağzını bağlayıb qışqırmağa qoymamış, daha sonra onu vurmağa başlamışlar. Maskalı şəxslərə telefon zəngi gəldikdən sonra qaçmaq istədiklərini görmüş, həmin şəxslər onu buraxıb həyətin qapısını açmışlar. Bu zaman qonşu qadın içəriyə girmiş, sonra onlar çıxmışlar. Onları ilk dəfə həyətdə görməyi ilə getmələri, təxminən on dəqiqə çəkmişdir. Yaşadığı məhəllədə olan yolayrıcında avtomobil dayanmış, həyətindən çıxan şəxslər qaçıb həmin avtomobilə əyləşmişlər və bütün bunlar evinin yanında olan kameraya düşmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş edir, lakin hər hansı bir maddi və ya mənəvi ziyana görə pul tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır, lakin hadisə vaxtı sonuncu maska taxdığından üzünü görməmişdir, zərərçəkmiş şəxs isə qonşusudur. Hər iki şəxslə qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. 23 avqust 2023-cü il tarixdə, gecə saat 03:05 radələrində bayırdan vahimə, boğuşma səsi gəldiyini eşitmiş, itlərin boğuşduğunu düşünmüşdür. Pəncərədən baxdıqda, it-pişik görməmiş, qarovulçunun küçədə o tərəf-bu tərəfə getdiyini görmüş, eyvana çıxanda səsin Rüstəmgildən gəldiyini eşitmişdir. Rüstəmin arvadı əməliyyat keçirmiş, arvadına nəsə olduğunu zənn etmiş, səsə gəlmiş, qonşunun qapısının bağlı olduğunu görmüş, “Rüstəm, qapını aç” deyə qışqırmışdır. Təxminən on dəqiqə ərzində ona cavab verilməmiş, Rüstəmin səsi kəsilmişdir. Rüstəmə nəsə olduğundan narahat olmuşdur. Maskalı şəxslər qapını elə açmışlar ki, heç onların səslərini eşitməmişdir. Onlarla üzbəüz dayanmış, üzlərində maska olduğu üçün təcili tibbi yardım gəldiyini, həmin şəxslərin Rüstəmə nəsə olduğuna görə gəldiklərini düşünmüşdür. Onlar sakitcə həyətdən çıxmışlar. Həmin anda Rüstəmin qan içində qapıya tərəf gəldiyini görmüş, maskalı adamlardan Rüstəmi vurub-vurmadıqlarını soruşmuş, həmin adamlar qaçmağa başlamış, o da onların arxasınca qaçmışdır. Qarovulçu Şahid4 qaçanlardan birini tutmasını istəmişdir. Onlar qaçıb Kür çayı tərəfə dönəndə, onları qara rəngli maşın götürmüşdür. Hadisədən iki gün qabaq, gecə 01:10 radələrində “Kia” markalı ağ rəngli maşının küçədə fırlandığını görmüşdür. Belə ki, səhərədək Bakıya gedib-gələnlər üçün toyuq-cücə təmizlədiyindən gecələr ayıq olur. Maskalı şəxslər həyətə girməmişdən qabaq 23:05 radələrində iki nəfər- biri cüssəli, biri nisbətən arıq, idman geyimi və hərbi papaqlı şəxsləri görmüşdür. Həmin şəxslər təhlükəsizlik kamerasını görüb papaqlarını başlarına çəkmiş, bir müddət sonra qonşuluqda yaşayan polisin evinin qabağında dayanmış, həmin qonşunun da kamerasına düşmüşlər. Onlar qara maşınla bir az fırlanıb qonşunun pəncərəsinin qabağında dayanmışlar. Başqa bir ağ maşın da orada dayanmışdır. Bir müddət sonra artıq həmin maşınlar orada olmamışlar. Daha sonra yenə qara rəngli maşın gəlmiş və maşından iki nəfər düşmüşdür. Qonşunun səsini eşidəndə, həmin adamların ola biləcəyi ağlına gəlməmişdir. Həmin şəxslər qaçandan sonra gəlini ilə qızını çağırmış, təcili tibbi yardıma zəng etmiş, daha sonra “102” xidməti zəng mərkəzinə zəng olunmuşdur. Təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı həyətdən iki nəfər çıxmış, onları həmin yerə gətirən bir nəfər də olmuş, lakin həmin üçüncü adamı görməmişdir. Hadisədən iki gün qabaq gecə ağ rəngli maşın küçədə fırlanarkən, içərisindəki adamları görməmişdir. Maskalı adamlar ona xəsarət yetirməmiş, onun gözünün içinə baxmışlar, o da həmin şəxslərin həkim olduqlarını düşünmüşdür. Onlardan birinin qaçarkən üzündəki maskası düşmüşdür. Pənaha qaçanlardan birini tutmasını desə də, sonuncu qorxduğundan onları tutmamışdır. Pənah ruhi xəstədir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur, zərərçəkmiş şəxsi isə tanımır. ünvan 3 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nümayəndə işləyir. 22 avqust 2023-cü il tarixdə, saat 16 radələrində tanımadığı bir nəfər şəxs ofisə yaxınlaşıb iki günlük icarəyə avtomobil götürmək istədiyini bildirmiş, həmin şəxsdən şəxsiyyət və sürücülük vəsiqələrini alıb yoxladıqda sənədlərin qaydasında, şəxsin isə Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sərxana “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təklif etmiş, Sərxan avtomobili bəyənmiş və onlar birlikdə ofisə keçmişlər. Sərxana avtomobil üçün iki günə 130 (bir yüz otuz) manat ödəməli olduğunu demiş, sənədləşmə işlərini gördükdən sonra avtomobilə dair yol vərəqəsi vermişdir. Sərxan ödənişi “onlayn” qaydada ödəmək istədiyini dedikdə, özünün “KapitalBank” hesab kartının hesab nömrəsini Sərxana vermişdir. Sərxan 130 (bir yüz otuz) manat pulu iki dəfəyə, yəni əvvəlcə 120 (bir yüz iyirmi) manat, daha sonra 10 (on) manat köçürtmüş, kirayə müddətini bir az artıq yazmağını demiş, o da razılaşmış və yol vərəqəsini 2023-cü il avqustun 26-dək yazmışdır. Bundan sonra, “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhvil vermiş, Sərxan da avtomobili təhvil alaraq sükan arxasına əyləşib çıxıb getmişdir. 2023-cü il, avqustun 23-də səhər saatlarında işləri ilə əlaqədar Lənkəran şəhərinə getmiş, yolda olarkən özünə məxsus “Samsung S23” markalı mobil telefona yüklədiyi “Wialo” mobil tətbiqi vasitəsilə icarəyə verilmiş avtomobillərə quraşdırılmış GPS proqramı vasitəsilə avtomobillərin harada olduğunu yoxlamışdır. Bu zaman Sərxana verdiyi avtomobilin Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən kafenin qarşısında dayandığını görmüş, Sərxanın orada yemək yediyini düşünmüşdür. Həmin gün Lənkəran şəhərində öz işlərini həll etdikdən sonra Bakı şəhəri istiqamətində yola düşmüş, yolda “Wialo” tətbiqi vasitəsilə avtomobillərə baxdıqda “Kia Forte” markalı avtomobilin hələ də həmin ünvanda dayandığını görüb, Sərxanın qəza törətdiyini və avtomobili orada qoyub getdiyini düşünmüş, Qobustan qəsəbəsindəki kafenin qarşısına çatdıqda dayanıb, Sərxana verdiyi avtomobilin yanına gəlmişdir. Avtomobilin sağ və sol tərəflərinə baxdıqda qəza izləri və əzik olmadığını aşkar etmiş, qabaq sağ təkərinin üzərində avtomobilin açarının olduğunu görüb, açarı götürərək avtomobilin qapısını açıb, salona və yük yerinə baxmış və avtomobildə heç bir problem olmadığını müəyyən etmişdir. Sərxanın nə üçün avtomobili Qobustan qəsəbəsində kafenin qarşısında saxlayıb açarını qabaq sağ təkərinin üzərinə qoyduğunu bilməmiş, əlaqə üçün verdiyi 099 ***-**-** mobil telefon nömrəsinə zəng etdikdə nömrəyə zəng çatmamışdır. Həmin avtomobilə əyləşərək avtomobili şirkətə gətirmiş və bu barədə direktora məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə daxil olmuş məlumatda Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 114-də yaşayan X1 zəng edərək qonşusu Rüstəmin döyülməsini xəbər verməsi bildirilmişdir (cild 01, i.v. 04). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs üst təpə nahiyəsinin əzilmiş yarası diaqnozu ilə Salyan Rayon Təcili X6 daxil olmuş və tanımadığı iki şəxs tərəfindən döyüldüyünü bildirmişdir (cild 01, i.v. 05). Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 03 radələrində yaşadığı evin həyətində olan zaman iki nəfər naməlum şəxs yaşadığı evin həyətinə daxil olaraq ona xəsarət yetirmişlər (cild 01, i.v. 06). Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən evin həyətidir. Hal şahidləri və zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman həyətin darvazısının yanında yerdən cinayət əməlini törətmiş şəxsə məxsusluğu ehtimal edilən bir ədəd tibbi maska aşkar edilib götürülmüşdür (cild 01, i.v. 07-12). Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, DVD diskdə olan birinci videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 02:17-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, Babazanlı qəsəbəsi istiqamətindən gələrək T.Davudzadə küçəsinin kəsişməsindən sol tərəfə dönərək getməsi; ikinci videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 02:21-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, T.Davudzadə küçəsi ilə “zavod məhəlləsi” istiqamətində hərəkət etməsi; üçüncü videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 03:05-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, T.Davudzadə küçəsindən keçməsi; dördüncü videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 09:35-də Zərərçəkmiş şəxs yaşadığı evin sol divarı ilə qonşu divarın arasındakı dalana üç nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin daxil olduğu, onlardan ikisinin divara qalxmaq istədikləri, sonra birinin çıxıb getməsi və iki nəfərin orada qalması; beşinci videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 09:41-də Zərərçəkmiş şəxs yaşadığı evin sol divarı ilə qonşu divarın arasındakı dalan tərəfdəki divardan iki nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin hasardan qalxıb növbə ilə həyətə düşdükləri; altıncı videogörüntüyə baxış keçirilən zaman xx.xx.2023 tarixdə, saat 10:04dən başlayaraq Zərərçəkmiş şəxs öz evindən yaşadığı evin həyətinə düşdüyü, daha sonra iki nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin həyətdəki avtomobilin arxa tərəfindən çıxıb həyətdəki ev sahibinə hücum etdikləri, həmin vaxt qabaqda olan şəxsin əlində tapançaya oxşar əşyanın olduğu; yeddinci videogörüntüyə baxış keçirilən zaman 2023.08.23 tarixdə, saat 10:15-də Şahid1 həyətindən küçəyə çıxaraq qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvaza qapısını döyməsi, qapının bağlı olması səbəbi ilə hərəkətlərindən Rüstəmi səsləməsi və qapını israrla açmaq istəməsi, qapının qəfildən açılması və həyətdən iki nəfərin çıxması, həmin şəxslərin başlarında papaq, üzlərində tibbi maska, əllərində əlcək olması, birinin əyinində qara rəngli qısaqol köynək, digərində uzunqol köynək və əyinlərində qara rəngli şalvar olması, sonra Gülçöhrənin Rüstəmi görməsi və həmin şəxslərin arxasınca qaçması müəyyən edilmiş, həmçinin videogörüntülərə baxış zamanı 3, 4, 5, 6 və 7 nömrəli videogörüntülərdə qeyd edilən saatın 07 saat 09 dəqiqə irəli olduğu müəyyən edilmişdir. DVD diskə məhkəmədə baxış keçirilmişdir (cild 01, i.v. 18-19). "xxxx" MMC-dən götürülmüş “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hesabatı və Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobillə həmin tarixdə, saat 15:34 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 44 ünvanından çıxıb saat 16:31 dəqiqədə H.Əliyev küçəsi 115 ünvanına gəlib orada 16 dəqiqə dayanmış, daha sonra M.Cəfərov küçəsi ilə hərəkət edib saat 17:32-də həmin küçədə 33 dəqiqə ərzində dayanmış, daha sonra Bakı-Ələt-Astara-İran avtomobil yolu ilə hərəkət edib saat 22:19 radələrində Biləsuvar rayonu, Əliabad kəndinə gəlib 43 dəqiqə ərzində orada dayanmış, daha sonra hərəkətə başlayıb xx.xx.2024-cü il tarixdə, saat 02:21 dəqiqədə Salyan şəhəri, T.Davudzadə küçəsində hadisə yerinə yaxın əraziyə gəlib orada dayanmış, daha sonra saat 03:09 dəqiqədə Bakı şəhəri istiqamətində hərəkətə başlayıb Bakı-Ələt avtomobil yolunun 65-ci kilometrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində saat 04:11 dəqiqədə avtomobili saxlamışdır (cild 01, i.v. 28-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 “canlı şəxsin ekspertizasına dair” 419 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər başın təpə nahiyyəsinin səthi yarası, sol çiyin, sağ bazu, qarnın ön divarının, sağ baldırın yuxarı 1/3-nin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə tüfəngin lüləsi, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalstik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hadisə yerindən götürülmüş bir ədəd tibbi maskanın üzərində olan bioloji mənşəli materiallardan kişi cinsinə mənsub olması müəyyən edilmişdir (cild 01, i.v.154). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhəri Xamovnişeski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin (soyğunçuluq) 2-ci hissəsinin a, q bəndləri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 01, i.v. 166-167). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsində göstərilir ki, “bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı). Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının ərazisində tanınmış xarici ölkə məhkəməsinin hökmü müəyyən olunmamışdır. Son sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, 06:49:08-də X8 Aeroportundan Türkiyə Respublikasına çıxış etmişdir (cild 01, i.v. 171). Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından hazırki cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i.v. 174). Salyan Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Hava Limanında saxlanılmış və xx.xx.2024-cü il tarixdə şöbəyə aparılmışdır (cild 01, i.v. 176). Salyan Rayon Polis X4 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunduğundan hazırki cinayət işi üzrə icraat təzələnmişdir (cild 01, i.v.177). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 192; 201). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş, həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk, fotoşəkillər protokola əlavə olunmuş və məhkəmə iclasında həmin diskə baxış keçirilmişdir (cild 01, i.v. 210-214). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər (cild 01, i.v. 245-246). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, baxış zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs diskdə olan yeddi ədəd videogörüntüdəki şəxslərin özü və dostları Mirzə ilə Ramil adlı şəxs olduqlarını təsdiq edərək, onlarla törətmiş olduğu cinayət əməlini etiraf etmişdir (cild 01, i.v. 222-223). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir (cild 01, i.v. 224). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 226- 227). Salyan Rayon Məhkəməsinin 4(057)-19/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 244-249). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hadisə yerindən aşkar edilib götürülmüş bir ədəd tibbi maska işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü həmin şöbənin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 01, i.v. 250). Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 3905 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir (cild 02, i.v. 30). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1571 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası dispanserdə qeydiyyatda deyildir (cild 02, i.v. 31). Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nüməyəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatdadır və barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır (cild 02, i.v. 33-34). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 02, i.v. 41-42). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxslə əlbir olan digər şəxslər barəsində ayrıca icraata cinayət işi ayrılmışdır (cild 02, i.v. 56-57). Salyan Rayon Polis X4 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, “Bakcell MMC”nin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi 099 ***-**-** mobil telefon nömrəsi onun öz adına qeydiyyatdan keçmişdir. Zənglərin detallaşması qovluğunda 481-ci səhifədə olan anten məlumatlarına dair məlumatların təhlili ilə Təqsirləndirilən şəxs adına olan 099 ***-**-** nömrəli mobil telefon cihazının xx.xx.2023-cü il tarixdə, saat 18:54 dəqiqədən başlayaraq həmin tarixdə saat 19:28 dəqiqəyədək olan müddətdə Salyan rayonu Kürsəngi və Xıdırlı kəndləri ərazisində aktiv vəziyyətdə olduğu, daha sonra həmin nömrənin və telefon cihazının xx.xx.2023-cü il tarixdə, saat 05:29 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şəbəkəyə qayıtdığı və sonuncu dəfə həmin tarixdə saat 06:23 dəqiqədə Hava Limanı köhnə terminal ərazisində şəbəkədə olduğu müəyyən edilmişdir (cild 2, i.v.123-125). Salyan Rayon Polis X4 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; hadisə yerindən aşkar edilib götürülmüş bir ədəd tibbi maska Təqsirləndirilən şəxs məxsus olmadığından Mirzə Həsənzadə istintaqa cəlb edildikdə həmin xüsusat üzrə müvafiq məhkəmə-genetik ekspertizasının keçiriləcəyi nəzərə alınmışdır (cild 02, i.v.132-151). Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi 016810 nömrəli vəsiqənin surətindən görünür ki, o, birinci qrup ümumi əlil statusuna malik şəxsdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı mülki iddia və ya tələbi yoxdur, lakin ondan şikayətçidir, onunla barışmamışdır və barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 12 (on iki) iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar vermiş və müdafiə tərəfi verilmiş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tanışları Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə gedib Zərərçəkmiş şəxs faizə pul verdiyi, borc alanların “qanını içdiyi” və belə hərəkətlərə yol verməməsi üçün onunla danışmaq, bu kimi işlərdən uzaq durmasını tələb etməyə görə qorxutmaq istədiklərindən, nəticədə belə bir hadisənin baş verməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; 181.2.3-cü maddəsində eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə; 181.2.5-ci maddəsində isə eyni əməllər silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasında izah olunur ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulması və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmçinin quldurluq cinayəti zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməklə, sağlamlığa zərər vurmaqla, döyməklə, əzab verməklə hədələmədə və s. ifadə oluna bilər. Burada hədə real, həqiqi və dərhal həyata keçirilə bilən olmalıdır. Bu, həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, silah nümayiş etdirilmədə və s.) ifadə olunur. Burada zərərçəkmiş şəxs hədəni real hədə kimi qəbul etməli və təqsirkarın tələblərinin yerinə yerinə yetirmədiyi halda onun reallaşacağına inanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Təqsirli şəxsin əməli Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Sözügedən Qərarda həmçinin o da göstərilir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Göstərilənlərin fövqündə, məhkəmə bu qənaətə gəlir ki, müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməsi barədə vəsatətinin təmini mümkünsüzdür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tanışları Mirzə Həsənzadə və Ramil Ağayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmə kimi qiymətləndirilmiş və əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmə ictimai təhlükəliliyin xarakteri və dərəcəsi baxımından cəzalandırılmalı olan kifayət qədər ictimai-təhlükəli əməldir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs illər öncə ölkə ərazisindən kənarda soyğunçuluq cinayəti törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əməlindən özünü təqsirli bildiyi hissədə peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətin təqsirkar üçün aşkar surətdə qoca şəxsə qarşı törədilməsi kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərdən biri də maddi sübutların necə həll edilməsinin müzakirəsidir. Məhkəmə hesab edir ki, hadisə yerindən aşkar edilib götürülmüş və maddi sübut kimi tanınmış bir ədəd tibbi maska Təqsirləndirilən şəxs məxsus olmadığından, Mirzə Həsənzadə istintaqa cəlb edildikdə həmin xüsusat üzrə müvafiq məhkəmə-genetik ekspertizasının keçiriləcəyinin nəzərə alınması barədə ibtidai istintaq orqanının qərarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə hadisə yerindən aşkar edilib götürülmüş və maddi sübut kimi tanınmış bir ədəd tibbi maska Təqsirləndirilən şəxs məxsus olmadığından, Mirzə Həsənzadə istintaqa cəlb edildikdə həmin xüsusat üzrə müvafiq məhkəmə-genetik ekspertizasının keçiriləcəyinin nəzərə alınması barədə ibtidai istintaq orqanının qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-580/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-580/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver