Məhkəmə qərarları › İş №1(099)-581/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-581/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-581/2023 18.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, həbs olunana kimi Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatdla olmaqla ypaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu” formasında psixi xəstəlik keçirməsi ilə əlaqədar anlaqsız vəziyyətdə olduğundan, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı halda rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs, sonuncunun ona cadu etdirməsini düşünərək qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, 26 dekabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Sabirabad rayonu Qalaqayın kəndindəki evinə gəldikdə, qardaşı arvadı Şahid1 onlarda olmasını görüb, mane olmaması üçün sonuncunu ona məxsus “namaz kitabı”-nı gətirməsi adı ilə öz evlərinə göndərmiş, bundan sonra arvadı Zərərçəkmiş şəxs, guya ki, çiməcəyini bildirərək təmizlik işləri aparması üçün hamam otağına göndərmiş, özü də arxasınca hamam otağına daxil olaraq Zərərçəkmiş şəxs orada tutub, özü ilə əvvəlcədən evdən götürdüyü soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçağını boğazına dirəməklə, ona cadu etdirən şəxsin adını deməsini tələb etmiş, Zərərçəkmiş şəxs cavab verməməsini görüb boğaz nahiyəsinə bıçaq zərbəsi endirərək yerə yıxmış, həmin vaxt Zərərçəkmiş şəxs yalvararaq ondan əl çəkməsini xahiş etsə də o, buna əhəmiyyət verməyərək, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, xüsusi əzab və işgəncə verməklə Fərqanənin bədəninin müxtəlif nahiyələrinə, 19 dəfə bıçaq zərbəsi vuraraq, sonuncuya döş qəfəsinin ön sol hissəsində sol məmə xətti üzrə 6-cə qabırğa səviyyəsində, döş boşluğuna keçən sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, bir ədəd yara, boynun ön səthində, sol körpücük sümüyü proyeksiyasında, döş sümüyünün əsası proyeksiyasında, döş qəfəsinin ön səthində sağ döşyanı xətt üzrə 5-ci qabırğa səviyyəsində, sol döşün bayır yuxarı və aşağı iş kvadrantlarında, sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, sağ bazu oynağının üst səthində, sağ saidin yuxarı, orta və aşağı 1/3-də bayır və iç səthdə, sol budun aşağı 1/3-də iç səthdə, sol baldırın orta 1/3-də ön səthdə yaralarla müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirmiş, həmin vaxt özündə güc toplayan Zərərçəkmiş şəxs hamam otağından qaçaraq həyətə çıxıb qışqırmaqla kömək çağırdığında o, sonuncunun qarşısını kəsərək getməsinə mane olmuş, həmin vaxt sürünərək evinin qarşısınadək gələn Zərərçəkmiş şəxs almış olduğu çoxsaylı zərbələrin təsirində yerə uzanaraq can verərkən, o, sonuncunun başı üzərində dayanıb ölümünü gözləmiş, bu anda baş verənləri görmüş qardaşı arvadı Şahid1 çağırışı ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası Fərqanəni vaxtında Sabirabad rayon Mərkəzi xəstəxanasına çatdırmaqla ixtisaslı tibbi yardım göstərilməsi sayəsində zərərçəkmişin həyatı xilas edildiyindən, o, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməsi və bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında anlaqsız halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, hadisəni xatırlamır. Arvadı ilə əvvələr aralarında hər hansı narazçılıq olmamış, dalaşmamışdır. İstintaq zamanı ona məlum oldu ki, arvadının ona cadu etdiyini düşünüb onu bıçaqlamışdır. Arvadına neçə bıçaq zərbəsi vurmasını da xatırlamır. Əsəbləşərkən, hərəkətlərinə cavabdeh ola bilmir. Əməlindən peşmandır. Xəstə olmasını bildirərəl, məhkəmədən müalicə olunmasınına dair qərar verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuş, bu nikahdan 3 azyaşlı övladları vardır. Fərqanə ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 1 aydır ki, Fərqanə ilə münasibətləri pisləşmiş, buna səbəb isə sonuncunun ona etdiyi cadu olmuşdur. Həmin cadunu evində aşkar etmiş və həmin gündən etibarən Fərqanədən bunun səbəbini soruşsa da, sonuncu buna cavab verməmişdir. 26 dekabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində işlədiyi sexdən evə gəlmiş, bu zaman qardaşı arvadı Fərqiyyə də onlarda olmuşdur. Fərqanəyə hamamı hazırlamağı və çimdikdən sonra yenidən namaza başlayacağını bildirmiş, əvvəllər namaz qılsa da, təxminən 2 aydır ki, namazı buraxdığını və ara-sıra içki içdiyini qeyd etmişdir. Baldızı Fərqiyyədən namaz kitabını gətirməsini xahiş etmiş və sonuncu çıxıb evlərinə getmişdir. Fərqanə da sonradan hamama getmiş, daha sonra bir müddət əvvəl ova gedərkən istifadə etdiyi, Saatlı rayonu Bəylik kəndi tərəfdə asfaltda tapdığı bıçağı götürüb Fərqanənin arxası ilə hamama getmişdir. Hamama daxil olduqdan sonra bıçağı cibindən çıxarıb Fərqanəyə göstərmiş və ona bugünə qədər onu öldürə biləcəyini, lakin öldürmək istəmədiyini bildirərək, nə üçün cadu elədiyini deməsini tələb etmişdir. Lakin, Fərqanə cavab verməyərək susmuş və o da bundan əsəbiləşərək Fərqanəni bıçaqlamağa başlamışdır. Birinci dəfə onun boğazından bıçaqla vurmuş, daha sonra dayanmadan Fərqanəni bıçaqlamağa davam etmişdir. Lakin, ona neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını qeyd edərək, həmin vaxtı ona zərbələr endirərkən, yenə də cadunu nə məqsədlə etməsini soruşduğunu bildirmişdir. Fərqanə bu vaxt cadunu guya bacısı Aytənin etdiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs Azərbaycan Respubikası Konstitusiyasının 66-cı və CPM-nin 20-ci maddələrinə əsasən əri olan Təqsirləndirilən şəxs qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs istintaq vaxtı verdiy ifadəsini elan etmiş, həmin ifadədə o göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 26 dekabr 2022-cı il tarixdə isə saat 08 radələrində Rəşad evdən çıxıb işlədiyi sexə getmiş, saat təxminən 11 radələrində evə gəlmişdir. Bu zaman həyətlərində onunla rastlaşmış, sonuncu onunla heçnə danışmadan evin qarşısında olan baltanı yerdən götürüb, ona məxsus 01 ədəd, həmçinin özünə məxsus 2 ədəd mobil telefonu balta ilə sındırmışdır. Bundan sonra isə Rəşad evə keçmiş, həmin vaxtı qaynı arvadı Fərqiyyə də onların evlərində olmuşdur. Fərqiyyəyə Rəşadın yaxşı olmadığını bildirmiş, Rəşad daha sonra ona hamamı təmizləməsini tapşıraraq, çiməcəyini və daha sonra namaza başlayacağını bildirmişdir. O da hamamı təmizləmək üçün hamam otağına tərəf getmiş, bu zaman Rəşad onu səsləyib namaz öyrənmək üçün olan kitabı istəmişdir. Həmin vaxtı ona evlərində elə bir kitabın olmadığını bildirsə də, Rəşad onunla mübahisə edib tapmasını tapşırmışdır. Fərqiyyə isə ola bilsin ki, həmin kitabın evlərində, oğlu Aqildə ola biləcəyini bildirərək, öz evlərinə getmişdir. Bundan sonra hamam otağına daxil olmuş və bir neçə dəqiqə sonra Rəşad da oraya gəlmişdir. Daha sonra Rəşad onu divara tərəf itələyib, əlində olan bıçağı boğazına tutmuş və onu öldürə biləcəyini, lakin öldürmək istəmədiyini deyərək, ona kimin cadu etdiyini bildirməsini tələb etmişdir. Lakin, Rəşada heçnə etmədiyini dedikdə, sonuncu onun boğaz və sinə nahiyəsindən dəfələrlə bıçaqla vurmuşdur. Bədənindən axan qanı gördükdə özünü yaxşı hiss etməmiş və yerə yıxılmış, daha sonra qızı Əntiqə hamamın qapısına tərəf gəlmişdir. Bu zaman Rəşad onun vəziyyətini görməməsi üçün qızını otaqdan çıxarmaq üçün getmək istəyərkən, Əntiqəyə nəsə etməsindən qorxduğu üçün Rəşadın ayağından tutub getməsinə icazə verməmiş, sonuncu daha sonra yenidən onun üzərinə gəlib bir neçə dəfə də bədən nahiyələrinə bıçaqla zərbələr endirmişdir. O da özünü müdafiə etmək üçün qolunu və ayağını qabağa tutduqda, zərbələr qolundan, ayağından dəymişdir. Daha sonra isə Rəşad dayanmış və hamam otağından çıxıb harasa getmişdir. Onu xəstəxanaya aparıb müalicə etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynı, Fərqanə isə sonuncunun arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Rəşadgilin evlərində böyük qızı Əntiqəni çimdirməyə köməklik etmək üçün getmiş, bu vaxt Rəşad evə gəlib namaz qılacağını bildirərək, ondan “Ayətül kürsi” kitabını istəmişdir. Daha sonra ona həmin kitabı oğlu Aqilin apardığını bildirmiş və onu gətirməsini istəmişdir. O da gedib 5 dəqiqə sonra balaca dua vərəqini gətirib Rəşada vermiş, lakin Rəşad bunun olmadığını, kitabı istədiyini bildirmişdir. O da elə bir kitab olmadığını bildirsə də, Rəşad gedib gətirməsini tapşırmışdır. O da gedib daha sonra geri qayıtmamışdır. Üzərindən bir müddət keçdikdən sonra çölə çıxmış və bu zaman Rəşadın uşaqlarının ağlamasını eşitmişdir. Həmin vaxtı böyük qızları Əntiqə, “ay nənə, tez gəl, mamamı atam vurdu” deyə bildirmiş, o da oğlu Amili oyadaraq, onunla getməsini tələb etmişdir. Daha sonra Amil küçədə gözləmiş və o həyətə daxil olmuşdur. Bu zaman evlərinin qarşısında torpağın üzərində Fərqanənin büzülüb uzandığını, Rəşadın əlində bıçaq ilə çömbələrək başı üzərində durduğunu, giriş qapısının yaxınlığında isə uşaqların ağladıqlarını görmüşdür. Həmin vaxtı Fərqanənin öldüyünü düşünmüş, Rəşadın əlində bıçağı gördükdən sonra heç bir şey deməmiş və qorxduğundan uşaqları götürüb Amilə vermişdir. Bu zaman qışqırsa da, qonşulardan heç kim səsinə gəlməmiş, daha sonra dərhal təcili tibbi yardıma zəng etmişdir. Bir müddət sonra təcili tibbi yardım gələrək Fərqanəni xəstəxanaya aparmış, oda onlarla birlikdə xəstəxanaya getmişdir. Təcili tibbi yardım gələnə kimi, Rəşad sakitcə Fərqanənin başı üzərində durmuş, heç bir şey danışmamış və ya hərəkət etməmişdir. Daha sonra polislər gəlib Rəşadı aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə anası onu yuxudan oyatmış, onunla əmisi Rəşadın həyətinə getmişdir. Oraya çatanda anası onu həyətə qoymamış, uşaqları evdən çıxarmış və onu yanına gətirmiş, daha sonra küçədə gözləmiş və əmisinin həyətinə girməmiş, daha sonra əmisi Rəşadın uşaqlarını götürüb evlərinə aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Evləri arası yaxındır və arada sadəcə bir çəpər olmuşdur. Tez-tez evlərinə gedib-gəlmişlər, bir-birilərinə köməklik etmişlər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evlərində olarkən, Rəşadın evindən uşaqların ağlama səsini eşitmiş, bu zaman çölə çıxanda Rəşadın qızı Əntiqənin səsini eşitmişdir. Dərhal baxçaya tərəf getmiş və bu zaman Rəşadgilin evlərinin giriş qapılarından sağ tərəfdə, Fərqanənin üzü-üstə uzanıb hərəkət etmədiyini, Rəşadın da onun başının üzərində çömbəlib oturduğunu görmüş, lakin həyətlərinə baxanda uşaqları görməmişdir. Daha sonra Rəşad ona baxdıqda qorxmuş və dərhal evlərinə getmişdir. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və Fərqanəni aparmış, daha sonra polis əməkdaşları gəlib Rəşadı aparmışlar. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. xx.xx.2022-ci il tarixdə hadisə baş verən zaman evdə olmamış, hadisəni görməmişdir. Ona zəng edib telefonla məlumat verilmiş, evə gəlmişdir. Qardaşı Rəşad ona arvadı Fərqanəyə 3 bıçaq zərbəsi vurduğunu demişdir. Həmin vaxt Rəşad özündə deyildi, qeyri-adekvat hərəkətlər etmişdir. X1 müalicə alması üçün yerləşdirilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin onu gəlib aparmamışdırlar, məcburiyyət qarşısında qalaraq DİN-in “102” xidmətinə zəng etmiş və Rəşadı gəlib aparmaqları üçün yalan məlumat verərək Rəşadın Fərqanəyə 18 bıçaq zərbəsi endirməsi barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Rəşadı aparmışlar. İstintaqın gedişi zamanı Rəşadı Salyan Rayon Psixiatriya Xəstəxanasına müalicə məqsədilə aparmış, 8 gün orada qalmış, daha sonra 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına aparmış, orada müalicə məqsədilə 8-10 stassionar qaydada müalicə almışdır. Rəşad Fərqanəyə 18 bıçaq deyil, 3 bıçaq zərbəsi endirmiş, o, Rəşadın yenidən cinayət törədə bilməsi ehtimalını düşünərək onu gəlib tez aparmaqları üçün yalan məlumat vermişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs şifahi olaraq arvadı Zərərçəkmiş şəxs ona cadu etməsi səbəbindən hamam otağında bıçaqladığını, Zərərçəkmiş şəxs haman otağından çıxıb mətbəxdəki pəncərədən çölə çıxdığını, onu həyətdə tutub, bir neçə sual vermişdir. Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra bıçağı özündə saxlamış, daha sonra təcili tibbi yardıma məlumat vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Arvadı Zərərçəkmiş şəxs bıçaqladığı özünə məxsus üzərində 5 guşəli qızılı rəngli ulduz həkk olunan dəstəyi qəhvəyi rəngli açılıb bağlanan bıçağı təqdim etdi. Bıçaq Təqsirləndirilən şəxs təhvil alınıb ekspertizaya təqdim edilmək üçün götürüldü. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli 75 nömrəli “məhkəmə tibbi ekspertizasının” rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön sol hissəsində sol məmə xətti üzrə 6-cə qabırğa səviyyəsində, döş boşluğuna keçən sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, bir ədəd yara, boynun ön səthində, sol körpücük sümüyü proyeksiyasında, döş sümüyünün əsası proyeksiyasında, döş qəfəsinin ön səthində sağ döşyanı xətt üzrə 5-ci qabırğa səviyyəsində, sol döşün bayır yuxarı və aşağı iş kvadrantlarında, sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, sağ bazu oynağının üst səthində, sağ saidin yuxarı, orta və aşağı 1/3-də bayır və iç səthdə, sol budun aşağı 1/3də iç səthdə, sol baldırın orta 1/3-də ön səthdə on səkkiz (ümumi on doqquz) ədəd yara kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.20222ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli 18/156 nömrəli “məhkəmə ballistik ekspertizasının” rəyindən görünür ki,tədqiqata təqdim edilən bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 57 manat təşkil edir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli «konmpleks stasionar məhkəməpsixiatrik ekspertizasının» 69 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən «şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Qeyd olunan psixi pozuntu sayıqlama, hallüsinasiya, qavrayış pozuntusu kimi kəskin başlanan psixotik simptomlarla, narahatlılıq, hirslilik hissiyyatları formasında müşahidə olunan emosional davamsızlıqla səciyyələnir. Təqsirləndirilən şəxs cinayət əməlini şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntudan əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, buna görə ittiham olunduğu cinayət əməli barəsində ANLAQSİZ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində CM-nin 95.03.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hazırda “qarışıq tipli şizoaffektiv pozuntu” müəyyən edilir və hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. İş materiallarında olan 26 may 2023-cü il tarixli «təkrar stasionar məhkəməpsixiatrik ekspertizasının» 69 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən “şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu”dan əziyyət çəkmişdir, onun keçirdiyi həmin psixi pozuntu əsasən müxtəlif məzmunlu sayıqlama fikirləri ilə xarakterizə olunmuş və həmin sayıqlama fikirləri onun davranışını müəyyən etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, o təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da “qarışıq tipli şizoaffektiv pozuntu” müəyyən edilir və o hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında deyildir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli «təkrar, komisyon, kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının» rəyində göstərilmişdir ki, Ümumiyyətlə hər hansı bir rəyin əsaslı olub-olmadığının müəyyənləşdirilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid deyildir. Belə ki «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqnatıın nəticələrinə uyğün olaraq rəy verir. Buna görə də, yoxlanılan şəxs X4 barəsində verilən ekspertiza rəyləri kifayət qədər əsaslıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Qarışıq tipli şizoaffektiv pozuntu» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntudan əziyyət çəkmişdir. Buna gürə də, Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən «Şizofreniya simptomlan ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Həmin psixi pozuntu sayıqlama, hallüsinasiya, qavrayış pozuntusu kimi kəskin başlanan psixotik simptomlarla, narahatlıq, hirslilik hissiyyatları formasında müşahidə olunan emosional davamsızlıqla səciyyələnmiş və davamlı olaraq şizofreniya əlamətləri və affektiv simptomlar özünə büruzə verdiyindən hal-hazırkı müayinə zamanı onda «Qanşıq tipli şizoaffektiv pozuntu» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdınlmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmadığından təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 54 saylı rəyin psixoloji hissəsində gəlinmiş nəticədə hər hansı ziddiyət və qeyri səhihlik aşkar olunmamışdır. İş materiallarında olan 04 mart 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdr. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 11 mart 2023-cü il tarixli «Respublika Psixiatriya X8 şəxsin» məktubundan və tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Sabirabad RMX-nin göndərişinə əsasən, xx.xx.2023-cü il tarixdə həmin xəstəxanaya qəbul olunub, xx.xx.2023-cü il tarixdə isə xəstəxanadan evə yazılıb. İş materiallarında olan 16 mart 2023-cü il tarixli Salyan Rayonlararası Psixiatriya Xəstəxanası PHŞ-in məktubdan və məktuba əlavə olunmuş xəstəlik sənədlərindən görünür ki, Rüstəmov X3 RMX-nin xx.xx.2022-ci il tarixli 8712 saylı göndərişinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi “kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə Salyan RPX-də stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə xəstə qardaşının müşayiəti ilə 793/2022- saylı köçürmə epikriz əsasında 1 saylı Respublika Psixiatriya xəstəxanasına müalicəsinin davam etdirilməsi üçün göndərilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli Sabirabad RMX-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27.0.2023-cü il tarixdən Sabirabad RMX-nin poliklinika şöbəsinin “əsəb-ruhi” kabinetində “kəskin polimorf psixosin pozuntu” dispanser qeydiyyatdadır və o “narkoloji” kabinetdə qeydiyyatda deyildir. İş materiallarında olan Sabirabad RMX-dən daxil olmuş 01 may 2023-cü il tarixli məktubdan görünür ki, Sabirabad rayonu Qalağayın kənd sakini Zərərçəkmiş şəxs üçün xx.xx.2022-ci il tarixdə saat 11:02 radələrində Sabirabad RMX TTYS-yə çağırış edilmişdir. Sabirabad RMX TTYS-nin əməkdaşları tərəfindən xəstəyə “sinənin və qolun kəsilmiş, deşilmiş yarası” diaqnozu ilə ilkin tibbi yardım göstərilmiş, xəstə TTYS-nin sanavtonəqliyyat vasitəsi ilə xəstəxanaya gətirilərək Təcili yardım bölməsinə yerləşdirilmişdir. Zərərçəkmiş şəxs Təcili Tibbi yardım bölməsində həkim-cərrah Adışov Nizami tərəfindən yardım edilmiş və xəstə Sabirabad RMX-nin Terapiya şöbəsinə yerləşdirilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər terapiya şöbəsində stasionar şəraitdə müalicə olunmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətli hesab olunmuş və 07 iyun 2023-cü il tarixli Sabirabad rayon prokurorluğunun qərarı ilə qardaşı Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında»qərarı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün istifadə etdiyi və cinayətin predmeti olan məişət təsərrüfat təyinatlı turist bıçağı maddi sübut kimi tanınmış və Sabirabad Rayon Prokurorluğunun saxlanma kamerasına təhvil verilmişdir İş materiallarında olan Sabirabad rayon Qalağayın kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Rüstəmov X3 rayonu, Qalağayın kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından 2017-ci il təvəllüdlü X5, 2020-ci il təvəllüdlü X6 və 2022-ci il təvəllüdlü X10 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, psixi pozuntusunun özünə və başqa şəxslərə zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan çoxsaylı psixiatrik və psixoloji ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində CM-in 93.0.5-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X8 Şəxsə tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, ixtisaslaşdırılmış psixiatriya stasionarına təhvil verilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün istifadə etdiyi və cinayətin predmeti olan məişət təsərrüfat təyinatlı turist bıçağı məhv edilmədidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.4-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X8 Şəxsə tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilsin. İş üzrə maddi sübutub - Sabirabad rayon prokurorluğunda saxlanılan təsərrüfat təyinatlı turist bıçağı məhv edilsin. Qərardan elan olunduğu, (həbsdə olan anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar