Məhkəmə qərarları › İş №1(099)-583/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-583/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-583/2022 10.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında yaşadığı Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindəki evin həyətyanı sahəsində qanunsuz olaraq əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda-73 (yetmiş üç) ədəd çətənə (kannabis) bitkilərini əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında 03 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Neftçala Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindəki evin həyətyanı sahəsinə keçirilən baxış zamanı külli miqdarda-73 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailə üzvləri ilə birlikdə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində yaşayır, rəsmi olaraq işləməsə də, təsərrüfat işləri ilə məşğul olmuşdur. Bir neçə ildir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2021-ci ilin yay aylarında Kür çayının sahilində, yabanı halda bitmiş bir ədəd çətənə bitkisindən toxumlar yığıb saxlamışdır ki, toxumları əkib istifadəsi üçün çətənə bitkisi yetişdirsin. 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində bir yer tapıb torpağı şumlayıb çətənə toxumlarını həmin yerə əkmişdir. Bir müddət sonra əkdiyi toxumlardan bitkilər çıxmış və həmin bitkiləri vaxtaşırı suvarmaqla qulluq etmişdir. 03 iyun 2022-ci il tarixdə, günorta saatlarında həyətinə bir qrup polis əməkdaşları daxil olub ona həyətində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumatları olduğunu və bu səbəbdən həyətinə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə və videoçəkilişlə həyətinə baxış keçirilmişdir. Baxış zamanı özü yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkdiyi yeri polis əməkdaşlarına göstərmiş, həmin yerdə torpağa əkilmiş vəziyyətdə olan 73 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin çətənə kolları torpaqdan çıxarılıb sayılmış, sonra onlar qablaşdırılıb götürülmüş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. O, çətənə bitkilərini yalnız özünün şəxsi istifadəsi məqsədi ilə əkmiş, sonradan əldə edəcəyi marixuananı kiməsə satmaq niyyəti olmamış və heç kimə marixuana satmamışdır. Törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da işin mahiyyəti üzrə eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin əməkdaşıdır. 03 iyun 2022-ci il tarixdə ona Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs Mahmud oğlunun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkisi əkib-yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, günorta saatlarında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra təhqiqatçı X6 Məmmədova yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, narkotiklər əldə edib yaşadığı evdə saxlaması barədə məlumat daxil olduğunu və bu səbəbdən həyətinə və həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra əməliyyat qrupunun, mütəxəssis-aqronomun, Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan sahəni göstərib həmin yerdə çətənə bitkiləri əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi sahədə 73 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərin çətənə kolları olduğunu və bu bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini özünün şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş 73 ədəd çətənə kolları kökündən çıxarılıb, sayılıb sintetik torbaya qablaşdırılıb götürülmüş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Neftçalda RPŞ-nin əməkdaşının 03 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 03 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Neftçala RPŞ-nin TQ-nun təhqiqatçısı Abdulalı Bağırov tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və aqranom-mütəxəssis X3 iştirakı ilə və videoçəkilişlə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin sahədə 73 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş 73 ədəd çətənə koluna oxşar bitkilər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 03 iyun 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 73 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, peyin şirəsi verilib suvarılaraq xüsusi qaydada qulluq göstərilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 04 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs 73 (yetmiş üç) ədəd narkotik tərkibli bitki kökü … ” sözləri yazılmış və imzalar olan polietilen kisədəki ümumi say 73 (yetmiş üç) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-6885,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 05 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 73 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 16 iyun 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2010-cu ildən “Neftçala RMX” PHŞ-nin narkoloji kibinetdə dispanser qeydiyyatdadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxsun kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” və “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in ölçü vahidlərisayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 73 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Neftçala Rayon Məhkəməsinin 05 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-03 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 28 dekabr 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 avqust 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 19 günü şərti olaraq vaxtından əvvəl azad olunmuş, 04 may 2018-ci ildə cəzaçəkmə müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 28 dekabr 2006-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 16 mart 2011-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən ağır qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Neftçala rayon İHB-nın Cəngən kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla ailə üzvləri-arvadı, atası və anası ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kibinetdə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Neftçala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 73 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Neftçala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 73 (yetmiş üç) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar