Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-583/2025 27.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Sabirabad rayonu, Muğan Gəncəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sabirabad rayonu Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayında yaşadığı Sabirabad rayonu Muğan Gəncəli kəndinin ərazisində, Kür çayı ətrafında yerləşən sıx ağac və kolluq sahədə qanunsuz olaraq külli miqdarda, 53 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, həmin toxumlardan əmələ gəlmiş 53 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 2025-ci ilin iyun ayından başlamaqla həmin çətənə bitkilərinin yarpaqlarını və hissələrini qoparıb qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə 8,2 kq çəkidə, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırmaqla həmin bitkilərin arasında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis X2 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində həmin sahəyə Təqsirləndirilən şəxs özünün iştirakı ilə video çəkilişdən istifadə etməklə baxış keçirilərkən sahədə 53 ədəd yaşıl çətənə bitkiləri və 01 ədəd ağ rəngli sintetik kisədə həmin çətənə bitkilərindən hazırlanmış 8,2 kq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 20 ildir ki, narkotik vasitə qurudulmuş marixuandan istifadə etmişdir. Çətənə bitkilərinin toxumlarını özündə saxlamışdır. Öz istifadəsi üçün 2025-ci ilin aprel ayının əvvəllərində həmin toxumları yaşadığı Sabirabad rayonu Muğan Gəncəli kəndi ərazisində, Kür çayının ətraf ərazidə kolların arasında əkmişdir. Təxminən 10 gündən bir gecələr oraya gedərək bitkilərin dibini özü ilə apardığı kətmənlə alaq otlarından təmizləmiş, həmçinin, özü ilə apardığı rezin şlanqla suvarmış və bitkiləri inkişaf etdirmişdir. Bundan başqa oraya özü ilə su qabları da aparmışdır. 09 avqust 2025-ci il tarixdə saat 18 radələrində çətənə kollarını suvarmaq üçün həmin sahəyə getmişdir. Polis işçiləri onu orada saxlaimışlar Özünün iştirakları ilə sahəyə baxış keçirilərkən 53 ədəd yaşıl çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Lakin Həmin sahədə qurudulmuş marixuana olmamışdır. Qurudulmuş marixuananı polis işçiləri sahəyə qoymuşlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, sahədə əkdiyi toxumlardan təxminən 70 ədəd çətənə bitkiləri əmələ gəlmişdir. Həmin kollarından təxminən 16–17 ədədini 2025ci ilin iyun ayından etibarən çıxarıb hissələrini kənara qoyaraq qurutmuşdur. Bəzən də artıq qurumuş kütlələrdən özü istifadə etmişdir. O, qurutduğu təxminən 16-17 ədəd çətənə kollarını özü ilə oraya apardığı ağ rəngli kisəyə qoyub saxlamışdır. Qalan 53 ədəd kolu isə böyüdüb sentyabr ayında həm özü istifadə etmək üçün, həm də alıcı olarsa, kibrit qutularına toplayaraq, həmçinin 100 qram çəkidə bağlamalara büküb satmağı planlaşdırmışdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, əraziyə getmişdir ki, həmin əkdiyi bitkiləri suvarsın. Bu zaman polis əməkdaşları anidən ağac və kolların arasından çıxaraq onu saxlamışlar. Sahəyə baxış keçirdikdə 53 ədəd çətənə kolları aşkar olunmuşdur. Həmçinin orada təqdim etdiyi ağ rəngli kisədəki qurudulmuş marixuana kütləsi də polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs Fərprux İmanovun cinayət əməlləri öbzünün ifadəsindən əlavə məhkəmədə dindirilən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Sabirabad Rayon Polis X2 bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 avqust 2025-ci il tarixdə ona Sabirabad rayonu Muğan Gəncəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində çöl sahədə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində polis işçiləri və aqronom mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs məxsus əkin sahəsinin yaxınlığındakı əraziyə getmişlər. Onlar həmin ərazidə Təqsirləndirilən şəxs dayanıb siqaret çəkdiyini görmüş, dərhal yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamış və özlərini ona təqdim etmişlər. Fərruxla şifahi söhbət apardıqdan sonra o, çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs həmin yerə tikan və kolları təmizləyib sürünərək getdiyi tunel kimi yeri göstərmişdir. Onlar həmin yerin tikan və kollardan keçilməz olduğunu görmüşlər. Buna görə də həmin çətənə bitkilərinin əkildiyi yerə bulduzerli traktor çağırılmışdır. Traktorçu həmin göstərilən yerə kolları təmizləyərək yolu açmışdır. Sonra Təqsirləndirilən şəxs onları çətənə kolları əkdiyi və qurudulmuş marixuana saxladığı yerə gətirmişdir. Həmin yer tikan və kollardan tamamilə təmizlənmişdir. Onlar orada çətənə kollarını və bir ədəd ağ rəngli kisədə narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Həmin bitkilər torpaqdan çıxarılmış, sayının 53 ədəd olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs çəkmək məqsədilə öz istifadəsi üçün saxladığını bildirdiyi bir ədəd ağ rəngli kisənin içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Onlar həmin kütləni tərəzidə çəkmiş və çəkisinin 8,345 qram olmasını müəyyən edərək aşkar olunduğu həmin kisədə qablaşdırmışlar. Onlar sahəyə gedərkən çətənə bitkiləri əkilmiş sahədə bitkilərin arasında kisədə qurudulmuş marixuana aşkar olunmuşdur. Qurudulmuş marixuana sahəyə polis işçiləri tərəfindən qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 və Şahid5 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işi materiallarında olan 09 avqust 2025-ci il tarixli əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi sahədə tikan və kolların arasında əkilmiş vəziyyətdə ümumilikdə 53 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər və 8 kq 345 qr çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 10 avqust 2025-ci il tarixli, 18/580 nömrəli ekspert rəyindən görünür ki: 1)Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əkib-becərdiyi...çətənə koluna bənzər..” sözləri və imzalar olan 02 ədəd sintetik torbada ümumi sayı 53 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 10000,0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən, təqdim olunmuş 53 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. 2)Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs məxsus..marixuanaya bənzər...” sözləri və imzalar olan sintetik torbada olan 01 ədəd sintetik torbada təmiz çəkisi – 8200,0qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 53 ədəd çətənə bitkiləri və marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sabirabad RMX-da (F12x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli ərizəsində göstərilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 1(056)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsmirli bilinərək 04 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs «Konstitusiya və suverenlik ili» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinin təsiri altına düşdüyü üçün nəzarət işi xx.xx.2026-cı il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Sabirabad Rayonu Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2014 və 2015-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Fərux İmanovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kültivasiya etməsi və həmin bitkilərın hissələrini qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 53 ədəd çətənə bitkiləri və 8199,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 53 ədəd çətənə bitkiləri və 8199,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-583/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-583/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver