Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-584/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara rayonu Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə saat 15 radələrində Astara rayonu Şiyəkəran kəndində yaşadıqları mənzildə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı X2 ailə başçısı kimi onun hicab taxması və şalvar geyinməməsi barədə tələblərinə məhəl qoymamasından hiddətlənib evin kişisi kimi bunu özünə sığışdırmayaraq Əfsanə Ramazanovanı və qayınanası Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə Əfsanə Ramazanova evin mətbəxində təklikdə olduğu zaman soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış səyahət bıçağı üzərində olmaqla mətbəxə daxil olaraq kənar şəxslərin müdaxilə etmək imkanının qarşısını almaq üçün mətbəxin qapısını içəridən bağlayıb Əfsanə Ramazanovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, Əfsanə Ramazanovaya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla ümumilikdə sonuncuya ölümünə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid döş, qarın və bel divarını dəlib keçən, döş, qarın və bel boşluqlarına nüfuz edən, hər iki plevranı, hər iki ağciyəri, ürək, qaraciyər, dalaq, bağırsaq və sol böyrəyi zədələyən, güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 8 ədəd kəsilmiş- deşilmiş yaralar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol süd vəzisi, döş qəfəsi (sağ qabırğaaltı), bel, sol bud, sağ said, sağ əlin ovuc səthi, sağ əlin İİ barmağı, sağ əlin V əl darağı, sağ əlin İİ əl darağı nahiyələrində kəsilmiş yaralar, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən döş və qarın boşluqları, sol peritonarxası sahədə qanaxmalar, sol körpücük, sağ said, sağ qalçatini nahiyələrində qançır xəsarətlərini yetirməklə zərərçəkmiş şəxs Əfsanə Ramazanovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra ümumi cinayətkar niyyətini tam icra etmək üçün hərəkətlərini davam etdirib mətbəxin qapısı bağlı olduğuna görə pəncərədən mətbəxə daxil olmaq istəyən qayınanası Zərərçəkmiş şəxs da qəsdən öldürmək məqsədilə pəncərənin qarşısında sonuncuya üzərindəki həmin bıçaqla bir zərbə vurub həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinə nüfuz edən, sol plevranı zədələyən, xarici və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərkən Zərərçəkmiş şəxs qışqırıb qonşuları köməyə çağırmasından sonra cinayəti başa çatdıra bilməyəcəyini dərk edib, qonşular tərəfindən yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən qaçmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, bununla da Əfsanə Ramazanovanı xüsusi amansızlıqla qəsdən öldürməklə, yəni qəsdən həyatdan məhrum etməklə bərabər Zərərçəkmiş şəxs da qəsdən öldürməyə yönələn cinayət əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, psixi xəstəlikdən əziyyət çəkir, Lənkəranda və Maştağada dəlixanada müalicə olunmuşdur. Bir müddət əvvəl bıçaq almaqla üzərində gəzdirmişdir. Arvadı Əfsanəni hicab taxmadığına, İmam Hüseynə ibadət etmədiyinə görə vurmuşdur. Arvadını bıçaqla vurmasının səbəbi o olmuşdur ki, başı getmişdir. Həyat yoldaşını öldürmüşdür, ancaq onun ruhu ilə danışır. Arvadını bıçaqla vurarkən uşaqları arxa evdə yatmışlar. Arvadını mətbəxdə vurmuşdur. Arvadına demişdir ki, mənə bax, çönüb baxanda əsəbiləşmiş və onu bıçaqla vurmuşdur. Təxminən yadındadır, yeddi bıçaq vurmuşdur. O, Əfsanəni bıçaqla vuranda Əfsanə anasını köməyə çağırmışdır. Qayınanasını bıçaqla vurmasının səbəbini bilmir. Gecə beyninə fikir gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, X5 ilə ailə qurmuş və bu nikahdan Sevda Əliyeva adlı qız övladı doğulmuşdur. Arvadı Əfsanə, qızı və qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus Şiyəkəran kəndində yeləşən mənzildə yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, 2023-cü ilin fevral ayından etibarən Əfsanə onun sözünü eşitməyib öz istədiyi kimi hərəkət etdiyinə görə aralarında mübahisə yaranmağa başlamışdır. Belə ki, o, namaz qıldığı üçün Əfsanəyə hicab taxmasını və şalvar geyinməməsini bildirsə də, Əfsanə onun sözlərinə məhəl qoymamış, buna görə də, xx.xx.2023-cü il tarixdə Əfsanə ilə aralarında mübahisə olmuşdur. Həmin vaxt Əfsanə atası Şahid2 zəng edib məlumat vermiş və sonuncu onların yaşadığı evə gəlib tövsiyələr verdikdən sonra onu və qızını öz yaşadığı evə aparmışdır. O, atasının yaşadığı evdə təxminən 3 saat qaldıqdan sonra öz evinə qayıtmış və həmin gecə evlərində hər hansı dava-dalaş olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında arvadı Əfsanə ilə birlikdə danışa bilməkdə fiziki qüsuru olan övladı Sevdanı Lənkəran şəhərində fəaliyyət göstərən loqopedin yanına aparmış, daha sonra isə evə gətirmişdir. Həmin vaxtdan sonra evdə olmuş və günorta ailə üzvləri ilə birlikdə yemək yemişlər. Sonra arvadı Əfsanə anası Sevda ilə birlikdə mətbəxdə şirniyyat bişirmək üçün xəmir hazırlamış, özü evin qarşısında yerləşən pilləkəndə əyləşmişdir. Bu zaman qonşusu Möhübbət Eyvazovun yeznəsi Şahid5 sürdüyü VAZ-2107 markalı avtomobillə yaşadığı binanın həyətinə gəlib onunla söhbət etmiş və əl hərəkətləri ilə onun Əfsanə ilə cinsi əlaqədə olan zaman sonuncunun hansı nahiyəsinə toxunamasına işarə eləmişdir. Əfsanənin hicab bağlamamasından, müxtəlif vaxtlarda kənd sakinlərinə dəli olduğunu bildirməsindən və onu saymayıb sözlərini eşitməməsindən bezdiyi üçün Əfsanəni öldürmək qərarına gəlmişdir. Buna görə də, qayınanası Sevda mətbəxin qarşısında olan eyvanda əlini yuyan zaman evin giriş qapısını bağlayaraq mətbəxdə pəncərənin yaxınlığında quraşdırılmış qaz sobasının yanında duran Əfsanənin yanına gedib, təxminən iki ay öncə Lənkəranda bazarda tanımadığı şəxsdən alıb üzərində gəzdirdiyi tiyəsi və dəstəyi qara rəngli bıçaqla Əfsanəyə çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Hadisənin təsirindən ilk bıçaq zərbəsini Əfsanənin hansı nahiyəsinə vurduğunu və sonuncuya neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. İlk bıçaq zərbələri zamanı Əfsanə ona müqavimət göstərmək istəsə də, ardıcıl olaraq bir neçə bıçaq zərbəsi də vurduqdan sonra Əfsanə yerə yıxılmış və hərəkətsiz qalmışdır. Əfsanəyə çoxsaylı bıçaq xəsarətləri yetirməkdə məqsədi sonuncunu öldürmək olmuş və Əfsaənin yerə yıxılıb hərəkətsiz qaldığını görüb öldüyünü düşünərək mətbəxin həyətə tərəf olan pəncərəsindən çölə çıxmışdır. Pəncərədən həyətə çıxan zaman qayınanası Sevda ilə qarşılaşmış, belə ki, sonuncu onun üzərinə gələrək onunla mübahisə etməyə başlamış, o da, Əfsanəni vuduğu bıçaqla Sevdanın bədəninə bir bıçaq zərbəsi vurub hadisə yerindən uzaqlaşmışdır. Bıçaq zərbəsini sonuncunun hansı nahiyyəsinə vurduğunu isə xatırlamır. İlk öncə kəndin içərisində qardaşı Şahid4lə qarşılaşmış, baş vermiş hadisəni qardaşına danışıb sonuncudan onu Astara rayon polis şöbəsinə aparmasını xahiş etmiş, Mahir də, istifadəsində olan “Mercedes” markalı avtomobillə onu polis şöbəsinə aparmışdır. Astara Rayon Polis Şöbəsinə yaxınlaşıb cinayət törətdiyini etiraf etmiş və hadisəsini törətdiyi bıçağı təqdim etmişdir. Arvadına və qayınanasına bıçaqla xəsarətlər yetirən zaman azyaşlı övladı Sevda yaşadığı mənzildə yatdığına görə bu hadisəni görməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, yeganə övladı olan Əfsanə Ramazanova 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların xx.xx.2017-ci il tarixdə Sevda adlı bir övladları doğulmuşdur. Qızı Əfsanə əri Fərmayıl və azyaşlı qızı ilə birlikdə ona məxsus evdə yaşamışlar. Fərmayıl və Əfsanə heç bir yerdə işləmədikləri üçün ailəni dolandırmaq üçün özü çox vaxt Dağıstan Respublikasında yaşayan qohumlarının yanında qalmaqla ticarətlə məşğul olmuşdur. Əvvəllər Fərmayıl ilə Əfsanənin münasibətləri yaxşı olmuş, lakin 2022-ci ilin dekabr ayında Əfsanə ona zəng edib Fərmayılın onunla yola getmədiyini bildirmiş və evə qayıtmasını istəmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına, daha sonra yaşadığı kəndə gəlib qızı, nəvəsi və yeznəsi Fərmayıl birlikdə yaşamağa başlamış və bir daha Rusiya Federasiyasına getməmişdir. Birlikdə yaşasalar, Fərmayılın ondan çəkinəcəyini və ailəsi ilə yaxşı yola gedəcəyini düşünmüşdür. Bir müddət sonra Fərmayıl yenə Əfsanə ilə yola getməmiş, bu səbəbdən Əfsanə Fərmayıla boşanacağını demişdir. Fərmayıl da Əfsanəyə boşanacağı təqdirdə onu öldürəcəyini bildirmişdir. Əfsanəyə Fərmayılın hər hansı bir hadisə törətməməsi üçün sakit olmasını məsləhət görmüşdür. Fərmayıl həmin vaxt Əfsanəyə öldürəcəyini bildirsə də, Əfsanəni öldürmək üçün heç bir hərəkət etməmişdir. Əfsanə ilə Fərmayılın yola getməməsinin səbəbi Fərmayılın Əfsanədən hicab taxmasını tələb etməsi, lakin Əfsanənin hicab taxmaması olmuşdur. Belə ki, Əfsanə Fərmayıla xəstə övladı sağaldıqdan sonra hicab taxacağını bildirmiş və bunu əhd etdiyini demişdir. Həmçinin Fərmayıl işləməmiş və evə qazanc gətirməmişdir. Bu səbəblərə görə Əfsanə ilə Fərmayıl yola getməmişlər. 17 mart 2023-cü il tarixdə Əfsanə qayınatası Şahid2 zəng edib Fərmayılın onunla yola getmədiyini bildirmiş, bundan təxminən yarım saat sonra Füzuli oğlu Şahid3lə birlikdə gəlib Fərmayıla tövsiyələr vermiş, daha sonra Fərmayılı və Sevda Əliyevanı öz evinə aparmışdır. Təxminən 3 saat sonra Fərmayıl qardaşı Mahir və azyaşlı Sevda ilə birlikdə evə qayıtmışdır. Fərmayıl evə gələndən sonra Əfsanənin atasına ondan şikayət etməsinə əsəbiləşmiş, həmin vaxt Mahir qardaşına iradını bildirərək atası Füzuliyə zəng edib məlumat vermiş və Fərmayıla tövsiyələrini bildirib öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Əfsanə onu çağıraraq atasına məlumat verdiyi üçün Fərmayılın yola getmədiyini bildirmiş, səhər saatlarında isə Əfsanə Fərmayılın narkotik vasitələrdən istifadə etdiyi üçün gecə yatmadığını demişdir. Qızının deməsinə görə Fərmayıl narkotik vasitələrdən istifadə etmiş, lakin o, belə halın şahidi olmamış, bunu yalnız qızı Əfsanədən eşitmişdir. Həmin gün səhər saatlarında o, əri Niyazın qohumu Hüseyn Ramazanovun yas mərasiminə gedib bir qədər sonra evinə qayıtmışdır. Həmin vaxt Əfsanə Fərmayılın onu ölümlə hədələdiyini, lakin heç bir xəsarət yetirmədiyini bildirmiş, tövsiyələrini verib, mehriban olmalarını tapşırmışdır. Əfsanə qaynı Şahid4 zəng edib onları Lənkəran şəhərinə aparmağı xahiş etdikdən sonra X7 maşını ilə Sevdanı Lənkəran şəhərinə loqopedə aparıb bir neçə saat sonra yenidən evə qayıtmışlar. Mahir isə evə daxil olmadan öz evinə getmişdir. Bundan sonra birlikdə günorta yeməyi yemişlər, yeməkdən sonra Əfsanə şirniyyat bişirməyə hazırlaşmışdır. O, dəst namaz almaq üçün eyvanda əl-ayağını yumuş, Fərmayıl isə eyvanın qarşısında pilləkəndə əyləşmişdir. Bu vaxt qonşusu Möhübbət Eyvazovun yeznəsi Şahid5 idarə etdiyi VAZ-2107 markalı avtomobillə binanın həyətinə gəlib Fərmayıla salam vermiş, sonuncu da heç bir söz demədən başı ilə Rəşidin salamını almış, Rəşid Fərmayıla heç bir söz deməyib getmişdir. Daha sonra Fərmayıl mənzilin mətbəxinə daxil olub Əfsanəyə nəsə demiş, Əfsanə Fərmayılın qardaşı Mahirə zəng edib gəlib Fərmayılı aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra mətbəxin giriş qapısının içəridən bağlandığını eşitmiş, bundan sonra Əfsanə “ay mama” deyərək qışqırmağa başlamışdır. Mətbəxə daxil olmaq istəsə də, mətbəxin giriş qapısı və eyvana tərəf olan pəncərəsi bağlı olduğu üçün içəri daxil ola bilməmiş, bundan sonra mətbəxin həyətə tərəf açılan pəncərəsinin qarşısına gedib Əfsanəyə kömək etmək və onları ayırmaq üçün pəncərədən içəri daxil olmaq istəmişdir. Həmin vaxt Fərmayıl pənəcərədən tullanmış, sonuncudan Əfsanəyə nə etdiyini soruşanda Fərmayıl Əfsanəni öldürdüyünü bildirib əlində olan bıçaqla onun üzərinə gəlmiş və “Səni də öldürəcəm” deyərək ona bir bıçaq zərbəsi vurmuşdur. O, qışqırıb qonşuları köməyə çağırmış, Fərmayıl onun qışqırdığını görüb qorxaraq qaçmışdır. Əgər qışqırmasa, Fərmayıl onu öldürəcəkdi. Fərmayıl qaçıb getdikdən sonra o, qızına kömək etmək məqsədi ilə yaralı formada mətbəxin yola tərəf olan pəncərəsindən içəri daxil olub qapının kilidini açaraq eyvana çıxmış və qonşuları köməyə çağırmışdır. Öncə qonşular gəlib ona və qızına kömək etməyə çalışmışlar. Telefonla zəng edib Fərmayılın atası Füzuliyə məlumat vermiş, sonuncu da hadisə yerinə gəlmişdir. Daha sonra isə X12 avtomobili gəlmiş, həkimlər Əfsanənin öldüyünü bildirib onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Fərmayıldan şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 bacısı Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs psixi xəstədir. Lənkəranda Maştağada psixi xəstəliklə bağlı müalicə olunmuşdur. Onu müalicə üçün İran İslam Respublikasına da aparmışdır. Lakin Fərmayıl yaxşılaşmamışdhır. Fərmayıl əlinə keçən balta və bıçaqla onlara hücum etmişdir. Ona görə də dəfələrlə onu tutub evdə zəncirlə bağlamaqla saxlamışlar. Dəfələrlə hətta önu döymüş, boğazından tutub sıxmışdır. Fərmayıl əvvəllər xəstəliyinin yüngül olduğu zaman həmkəndlisi Əfsanə Ramazanova ilə ailə qurmuş və bu nikahdan onların Sevda adlı bir qız övladları doğulmuşdur. Fərmayıl özü psixi xəstə olduğuna görə uşağı da qeyri-normaldır. Fərmayıl ailə qurduqdan sonra arvadı, qızı və qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus Şiyəkəran kəndində yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsində yaşamışdır. Əfsanədən bir qayınata kimi razı olmuşdur. Fərmayılın Əfsanə ilə münasibətləri əvvəl yaxşı olsa da, son illər psixi xəstəliyinin kəskinləşməsi səbəbəindən arvadı ilə yola getməmiş, teztez dalaşmışdır. Fərmayılı 23 mart 2023-cü il tarixdə psixi xəstəliyi ilə əlaqədar olaraq Maştağaya xəstəxanaya aparmalı olmuşdur. Əfsanə xx.xx.2023-cü il tarixdə mobil telefonla zəng edib Fərmayılın onunla mübahisə etməsi barədə məlumat vermiş, o da, axşam saat 18 radələrində Fərmayılın yaşadığı evə gedərək onlara tövsiyələrini verib Fərmayılı və nəvəsi Sevdanı öz yaşadığı evə gətirmişdir. Fərmayıl təxminən 3 saat onun yaşadığı evdə qalmış və sakitləşdikdən sonra qızı ilə birlikdə yaşadığı evə getmiş, bundan sonra hadisə baş verən vaxtadək Fərmayılın yaşadığı evə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ona zəng edib Fərmayılın Əfsanəni öldürdüyünü bildirdiyi üçün dərhal onların yaşadığı evə getmiş və Əfsanənin çoxsaylı bıçaq xəsarətləri alaraq mətbəxin ortasında yerə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ayaq üstə evin içərisində hərəkət edərək Fərmayılın Əfsanəni öldürüb getdiyini bildirmiş, daha sonra X12 xidməti hadisə yerinə gələrək Əfsanənin öldüyünü deyib, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Fərmayılın arvadı Əfsanəni öldürməsinə, qayınanası Sevdaya isə bıçaq xəsarətləri yetirməsinə səbəb onun psixi xəstəliyi olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, qardaşı Fərmayıl son vaxtlar psixi xəstəliyə tutulmuş, Lənkəranda, Maştağada Respublika Psixatriya Xəstəxanasında, İranda müalicə olunmuş, lakin yaxşılaşmamışdır. Atası onun hərəkətlərinin qarşısını almaq üçün onu evdə kəndirlə və ya zəncirlə bağlamışdır. Fərmayılın arvadı Əfsanədən qızı Sevdan doğulmiuşdur. Həmin uşaq da fiziki və psixi qüsurları olduğu üçün danışa bilməmişdir. xx.xx.2023-cü il tarixdə Əfsanə mobil telefonla ona zəng edib Sevdanı loqopedin yanına aparmağı xahiş etmişdir. O da istifadəsində olan «Mercedes» markalı avtomobili ilə qardaşı Fərmayılın yaşadığı evə getmişdir. Fərmayıl, Əfsanə və Sevda ilə birlikdə loqopedin yanına getmiş, sonuncu kursa getmiş, onlar isə avtomobildə gözləmişlər. Təxminən 1 saat sonra Sevda kursdan çıxmış və onlar birlikdə Şiyəkəran kəndinə qayıtmışlar. Yolda olan zaman Fərmayıl Əfsanə ilə mübahisə etmişdir. Fəpmayılı və ailə üzvlərini yaşadıqları mənzilin qarşısında avtomobildən düşüb özü yaşadığı evə qayıtmışdır. Təxminən yarım saat sonra Əfsanə istifadəsində olan “Whatsapp” proqramı vasitəsi ilə ona səsli mesaj göndərib Fərmayılın psixoloji xəstəliklə bağlı qəbul etdiyi dərmanlardan içdiyini və yatmayıb onunla mübahisə etdiyini bildirərək, gəlib Fərmayılı aparmasını xahiş etmişdir. Əfsanə ona səs göndərən zaman Fərmayıl kənardan Əfsanəyə “mən sənə neyləmişəm ki, qardaşımı bura çağırırsan” demiş, Əfsanəyə səs göndərib onlara gələcəyini bildirmiş və yaşadığı evdən çıxıb Fərmayılgilə tərəf getmişdir. Lakin təxminən 3-4 dəqiqə sonra Fərmayıl ona vhatsapp proqramı ilə zəng edib Əfsanəni öldürdüyünü, gəlib onu polisə aparmasını demişdir. O, Fərmayıla çatdıqda Fərmayıl avtomobilə əyləşmişdir. Həmin vaxt Fərmayılın əlində üzərində qanabənzər ləkələr olan, qara rəngli açılıb-qatlanan bıçaq olmuş və sonuncunun sol əlinin ikinci barmağından qan axmışdır. Fərmayıldan nə baş verdiyini soruşduqda o, əlindəki bıçaqla Əfsanəyə çoxsaylı xəsarətlər yetirərək öldürdüyünü bildirmişdir. Hadisənin təsirindən həyəcanlandığı və diqqətini avtomobili idarə etməyə yönəltdiyi üçün Fərmayıla başqa sual verməyib Astara Rayon Polis Şöbəsinin qarşısına getmişdir. Fərmayıl avtomobildən düşərək polis şöbəsinə yaxınlaşıb könüllü təslim olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, əvvəllər qardaşı Fərmayıl normal adam olmuşdur. Əfsanə adlı qızla evlənmişdir. Lakin son altı ildə psixi xəstəliyə tutulmuş, özünü idarə edə bilməmişdir. Evdə ailə üzvlərini, hətta onun özünü və öz atasını belə döymüşdür. Avtomaşını polis işçilərinin üzərinə sürmüş, sonralar isə avtomaşını idarə edə bilməmişdir. Əfsanə normal insandır. Ancaq Fərmayıl dəli olduğuna görə hər şey baş vermişdir. Fərmayılın başı «gedir», özünə gələ bilmir. Fərmayılı bir məqsədə gətirmək mümkün olmadığına görə atası çox hallarda onu evdə zəncirlə bağlamışdır. Fərmayıl psixiatriya xəstəxanalarında müalicə olunmasına baxmayaraq yaxşılaşmamışdır. Özü Fəpmayılı dəfələrlə Maştağaya xəstəxanaya aparmışdır. Fərmayıla dərmanlar vermişlər. Lakin yaxşılaşmamışdır. Fərmayıl Azərbaycan Respublikası DİN-nin «102» xitmətinə zəng edərək dövlət rəhbərlərinin ünvanlarına nalayiq sözlərlə söymüşdür. Bu səbəbdən də polis onu aparıb Maştağada psixi xəstəxanaya yerləşdirmişdir. Arvadını öldürməsindən sonra heç arvadının artıq öldüyünü başa düşmür. O, hadisəni eşidib, hadisə yerinə gedəndə Fərmayıl artıq hadisə yerində olmamışdır. Hadisədən bir gün əvvəl Fəpmayıl namaz qılanda Əfsanə televizoru yandırmış, televizorun səsi onun beyninə pis təsir etmişdir. Bu səbəbdən Əfsanə ilə mübahisə etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, qayınatasıgil Şiyəkəran kəndində Təqsirləndirilən şəxs və ailə üzvləri ilə qonşuluqda yaşamışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qayınatasıgilə gedəndə Fərmayılın yaşadığı mənzilin qarşısında olan pilləkəndə oturduğunu görmüşdür. Təxminən yarım saat sonra həyətdən səs gəldiyi üçün qayınatası Möhübbətlə birlikdə həyətə düşmüşlər. Sevda qışqıraraq Fərmayılın qızı Əfsanəni və onu bıçaqladığını bildirmiş, qışqırıq səsinə digər qonşular da, oraya gəlmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayon Şiyəkəran kəndində olmaqla ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildir. Mənzilin giriş qapısının aşağı hissəsində qanabənzər ləkələr aşkar olunmuşdur. Əfsanə Ramazanovanın meyiti mətbəxin ortasında yerə uzadılmış vəziyyətdə aşkar olunmuş, bədəni üzərində çoxsaylı bıçaq xəsarətləri görünmüşdür. Mətbəxdə çilənmiş halda çoxsaylı qan ləkələri müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Əfsanə Ramazanovanı yaşadıqları evin mətbəxində bıçaq xəsarətləri yetirməklə öldürdüyü, sonra isə pəncərədən həyətə düşən zaman qayınanası Zərərçəkmiş şəxs ilə qarşılaşdığı və bıçaqla ona da bir zərbə vurarduğu yeri və şəraiti yerində göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 05 saylı rəyində göstərilmişdir ki, Əfsanə Ramazanovanın ölümü zorakıdır, ölüm döş, qarın və bel nahiyələrindən daxilə keçən, hər iki plevra, hər iki ağciyəri, ürəyi, qaraciyəri, bağırsağı və sol böyrəyi zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayət olunan 8 ədəd kəsilmiş-deşilmiş yaralardan baş vermişdir. Qeyd olunan xəsarətlə onun ölümü arasında səbəbli əlaqə vardır. Hər bir kəsilmiş- deşilmiş yaralardan yaranmış xəsarətlər ayrı-ayrılıqda ölümə səbəb ola bilər. Əfsanə Ramazanovanın ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Əfsanə Ramazanovanın bədənində - döş, qarın və bel divarlarını dəlib keçən, döş, qarın və bel boşluqlarına nüfuz edən, hər iki plevranı, hər iki ağciyəri, ürək, qaraciyər, dalaq, bağırsaq və sol böyrəyi zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 8 ədəd kəsilmiş- deşilmiş yaralar, döş və qarın boşluqları, sol peritonarxası sahədə qanaxmalar, sol süd vəzisi, döş qəfəsi (sağ qabırğaaltı), bel, sol bud, sağ said, sağ əlin ovuc səthi, sağ əlin İİ barmağı, sağ əlin V əl darağı, sağ əlin İİ əl darağı nahiyələrində kəsilmiş yaralar, sol körpücük, sağ said, sağ qalçatini nahiyələrində qançırlar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyatı olub, onlardan döş, qarın, bel, hər iki yuxarı ətraf və sol bud nahiyələrində kəsilmiş-deşilmiş (kəsilmiş) yaralar kəsici-deşici əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə ekspertizaya təqdim edilmiş bıçaqla kəsilmiş-deşilmiş (kəsilmiş) xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, digər xəsarətlər isə qarşılıqlı mübarizə zamanı yarana bilər, qeyd olunan xəsarətlər canlı şəxslərdə hər biri ayrı-ayrıİıqa dərəcəsinə görə hər iki plevranı, hər iki ağciyəri, ürək, qaraciyər, dalaq, bağırsaq və sol böyrəyi zədələyən, güclü daxili və xarici qanaxma ilə müşaiyət olunan 8 ədəd kəsilmiş-deşilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol süd vəzisi, döş qəfəsi (sağ qabırğaaltı), bel, sol bud, sağ said, sağ əlin ovuc səthi, sağ əlin İİ barmağı, sağ əlin V əl darağı, sağ əlin İİ əl darağı nahiyələrində kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilmişdir. Əfsanə Ramazanovanın qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixatrop və güclü təsiredici maddələr, həmçinin cinsiyyət üzvləri ətrafında zorlama və ya digər növ seksual xarakterli xəsarətlər aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 107 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsinə nüfuz edən, sol plevranı zədələyən, xarici və daxili qanaxma ilə müşaiyət olunan döş qəfəsin 1 ədəd kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və uclu alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmişdir. Xəsarətin yaranma müddəti tibbi sənətdə göstərilən tarixə xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində kəsilmiş-deşilmiş yaradan başqa digər hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, mərhumə Əfsanə Ramazanovaya məxsus paltarlar üzərində deşilmiş- kəsilmiş zədələr aşkar olunmuşdur. Həmin zədələr ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. İbtidai istintaq zamanı təyin edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 72 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyindən əziyyət çəkmişdir. Bu patologiya psixoaktiv maddələrin mərkəzi sinir sisteminin fəaliyyətinə təsirindən irəli gəlir və şəxsiyyət dəyişikliyi kimi özünü göstərir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən qeyd olunan psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi az ifadəli olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşmüşdür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşməmiş, hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilməmişdir. Barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmasa da, onda aşkarlanan şəxsiyyət dəyişikliyinin dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti qənaətbəxşdir, hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Cinayət işinin məhkəmə baxışı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində stasionar qaydada təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs «psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi» müəyyən edilir. Bunu «Astara Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin poliklinka şöbəsinin ruhi-əsəb kabinetində «Uzadılmış şizofreeniyabənzər pozuntu» diaqonozu ilə dispanser qeydiyyatda olması, Lənkəran Rayon Psixatriya Xəstəxanasında 09 aprel 2018-ci ildən «Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə qeydiyyatda dayanması, Respublika Psixatriya Xəstəxanasında xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə «Uzadılmış şizofreniyabənzər pozuntu» diaqnozu ilə stasionar müalicədə olması və soneuncu müayinənəin nəticələri sübut edir. Fərmayıvl Əliyev təqsirləndirildiyi cinayət əməlini törədərkən psixoaktiv maddələrin müştərək qəbubu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsimyyət dəyişikliyindən əziyyət çəkmişdir.Onda aşkar olunan şəxsiyyət dəyişikliyi az ifadəli olduğundan o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsinə münasibətdə anlaqlı hesab edilməlidir.Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişkənliyi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs aşkarlanan şəxsiyyət dəyişkənliyinin dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş qızı Sevda Əliyevam vardır. Astara Rayon Mərkəzi Xəstəxanasının 30 mart 2023-cü il tarixli, 1933 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinka şöbəsində ruhiəsəb kabinetində «Uzadılmış şizofreniyabənzər pozuntu» diaqnozu ilə qeydiyyatda durur. Həmin xəstəxananın eyni tarixli, 1932 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinka şöbəsində «Opioid qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs iş üzrə 18 mart 2023-cü il tarixdə şubhəli şəxs kimi tutulmuş və barnəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Farmayıl Əliyevin şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı arvadı X3 xüsusi amansızlıqla qəsdən öldürməsi, sonra isə onun hadisə yerində olan anası Zərərçəkmiş şəxs da öldürmək məqsədi ilə əlindəki bıçaqla vuraraq həyat üçün təhlükəli olub, sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirsə də, öz iradəsindən asılı olmayan səbəblər üzündən qəsdini başa çatdıra bilməyib iki şəxsi öldürməyə cəhd etməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, anlaqlılığı istisna etməyən psixi pozuntusu olmasını CM-nin 59.1.9-cu maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını isə CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin CM-nin 120.2.4 və 29,120.2.7ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 29,120.2.7-ci maddəsi ilə təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci və 63.3-cü maddələrinin tələblərini nəzərə alır. Belə ki, CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən cəzanı CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə, CM-nin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə də CM-nin 120.2.7-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhdə görə cəzanın müddəti həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 20 ilin dörddən, 15 ildən çox ola bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal mövcüd olduğundan ona təyin olunan cəzanın müddəti 15 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 11 il 3 aydın çox ola bilməz. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ittiham olunmasını, törətmiş olduğu cinayətin xarakterini, öz cinayət əməli ilə Zərərçəkmiş şəxs yeganə övladını həyatdan məhrum etməsini, sonra isə onun özünü öldürməyə cəhd etməsini nəzərə alaraq hesab edir ki, o, təyin edilən azadlıqdan məhrum etmə cəzasının il iki ilini, qalan hissəsini isə CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə ücəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs, zərərçəkmiş Əfsanə Ramazanovaya və Zərərçəkmiş şəxs məxsus paltarlar, hadisə yerindən götürülmüş iki ədəd dəsmallar, bir ədəd gödəkçə və qanabənzər ləkələrin hopdurulduğu 06 ədəd pambıq tamponlar məhv edilməli, Əfsanə Ramazanovaya məxsus “Samsunq Galaxy A 13” markalı mobil telefon onun anası Zərərçəkmiş şəxs verilməli, iş materiallarına əlavə edilmiş telefon danışıqları barədə CD-R markalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə cinayət əməli nəticəsində anasını itirmiş, atası isə həbsə alınmış azyaşlı X4 Astara Rayon İcra Hakimiyyəti başçısının 18 may 2023-cü il tarixli, 66 №-li sərəncamı ilə nənəsi Zərərçəkmiş şəxs himayəsinə verilməsini nəzərə alır. İş üzrə ekspertiza xərci 80 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 120.2.4cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,120.2.7-ci maddəsi ilə isə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs, zərərçəkmiş X6 və Zərərçəkmiş şəxs məxsus paltarlar, hadisə yerindən götürülmüş iki ədəd dəsmallar, bir ədəd gödəkçə və qanabənzər ləkələrin hopdurulduğu 06 ədəd pambıq tamponlar məhv edilsin, Ə.N.Ramazanovaya məxsus “Samsunq Galaxy A 13” markalı mobil telefon onun anası Zərərçəkmiş şəxs verilsin, iş materiallarına əlavə edilmiş telefon danışıqları barədə CD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-584/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-584/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver