Məhkəmə qərarları › İş №1(099)-585/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-585/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-585/2022 03.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru baş ədliyyə maşaviri Dövlət ittihamçısı və müdafiəçilər Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1991-ci ildə Sabirabad rayonu ÇölDəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonu ÇölDəllək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin fevral ayında Sabirabad rayonu Çöldəllək kəndində yaşadığı evin həyətyanı sahəsində olan kustar üsulla hazırlanmış istixanada əkmiş, həmin toxumlardan yetişmiş qanunsuz olaraq tərkibində narkotik maddələr olan 28 ədəd yəni külli miqdarda çətənə bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 23 may 2022-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətində istixanada, 1 ədədi şitil olmaqla 21 ədəd, evin arxa hissəsində olan otlaq sahədən isə 2 ədəd, dəmir vedrədə və 5 ədəd plastik qablarda hər birində 1 ədəd olmaqla 7 ədəd, ümumi çəkisi 285 qram olan cəmi 27 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və təmiz çəkisi 0,11 qram olan 1 ədəd narkotik təbiətli çətənə bitkisinin şitili aşkar edilərək götürülmüşdür. Belə ki, dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yanvar ayında yaşadığı kəndin ərazisində olan kanalın kənarından içərisində çətənə bitkisinin toxumları olan kibrit qutusu tapmışdır. Fevral ayında isə tapdığı toxumları yaşadığı evin arxa hissəsində olan istixanada əkmiş, əkdiyi toxumlara qulluq etmişdir. Həmin toxumlardan 28 ədəd çətənə şitili yetişmiş, şitillər zəif bitdiyindən, o həmin şitillərdən 7 ədədini çıxardıb, onları vedrə və plastik qablarda əkərək, evin arxa hissəsində olan otluq sahəyə qoymuşdur. 23 may 2022-ci il tarixdə təxminən saat 14 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının onun yaşadığı evə yaxınlaşdıqlarını görüb, istixanaya qaçaraq orada olan şitilləri kökündən çıxartmağa başlamışdır. Sonra da polis əməkdaşları onun yaşadığı həyətə daxil olaraq, həyətyanı sahəyə baxış keçirəcəklərini bildirib, onun razılığı ilə hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış keçirtməyə başlamışlar. Onlar evin arxa hissəsində olan istixanaya daxil olduqda, əkdiyi çətənə bitkisinin şitillərini və sonra evin arxa hissəsində olan otlaq sahəsində iki ədəd dəmir vedrədə və beş ədəd plastik qabda 7 ədəd əkdiyi çətənə bitkilərini aşkar etmişlər. Sonra yaşadığı evə baxış keçirtmişlər, lakin evdə qanunla qadağan edilmiş əşya və predmet tapılmamışdır. Sonra da şkar edilmiş çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və o da protokolla tanış olub, imzalamışdır. O həmin çətənə bitkilərini özü istifadə etmək üçün əkib becərmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində 3 nəfər azyaşlı uşağının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahid edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə Sabirabad rayonu Çöl-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və əkməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında hal şahidlərinin, aqranom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə onun evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin arxa hissəsində istixanada əkib becərdiyi və yeni kökündən çıxarılmış vəziyyətdə olan 20 ədəd, kökü üstə olan 1 ədəd ümumlikdə 21 ədəd, evin arxa hissəsində olan otlaq sahədə 2 ədəd dəmir vedrədə və 5 ədəd plastik qabda hər birində 1 ədəd olmaqla ümumlikdə 7 ədəd narkotik tərkibli çətənə bitkilər aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən aqronom çətənə bitkilərinə baxmış, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy tərtib etmişdir. Sonra da 28 ədəd çətənə bitkilər qablaşdırılmış və bu bardə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Protokol ucadan oxunmaqla bütün iştirakçılaq tərəfindən imzalanmışdır. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdilər. Cinayət işinin materiallarında olan 23 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu ÇölDəllək kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə olan kustar üsulla hazırlanmış istixanadan 21 ədəd, həyətyanı sahənin arxa hissəsində otlaq sahədən 02 ədəd dəmir vedrədə və 05 ədəd plastik qabda hər birində bir ədəd olmaqla 07 ədəd, ümumilikdə qanunsuz olaraq əkib-becərdiyi 28 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan Sabirabad rayon məhkəməsinin 8 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Saatlı rayon Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 23 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 27 may 2022-ci il tarixli qərarından görünür ki, 23 may 2022-ci il tarixli protokolla götürülüb qablaşdırılmış 283,71 qram çəkidə narkotik tərkibli 28 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut hesab edilmiş və saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 24 may 2022-ci il tarixli, 18/570 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş....” sözləri yazılmış və imzalar olan sellofan paketdəki və 01 ədəd kağız paketdəki, ümumi sayı 27 ədəd yaş vəziyyətdə ümumi çəkisi 285 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi 0,11 qram olan bitki şitili, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilidir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 iyun 2022-ci il tarixli, 3409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidirlər. Ona görə də Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1991-ci ildə Sabirabad rayonu ÇölDəllək kəndində anadan olmuşdur. Sabirabad rayonu ÇölDəllək kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 2012-ci il təvəllüdlü Aytac, 2013-cü il təvəllüdlü Müşgünaz adlı qızları və 2015-ci il təvəllüdlü Elvin adlı oğlu vardır. İşdə olan ibtidai istintaq orqanının 23 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan Sabirabad rayon məhkəməsinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən ev dustaqlığı qətimkan tədbiri müddətinin başlanğıcı 23 may 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıtan halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunacağını nəzərə alaraq hesb edir ki, ona qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəıyişdirilməməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli o tutulduğu andan, yəni 23 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 28 ədəd çətənə bitkiləri CM-in 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 30,40 manat Təqsirləndirilən şəxs alnmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin başlanğıcı onun tutulduğu vaxtdan, 23 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 28 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 30,40 manat Təqsirləndirilən şəxs alınmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar