Məhkəmə qərarları › İş №1(099)-585/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-585/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-585/2023 04.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Astara rayonu, Artupa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (018)- 172/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, 19 mart 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli, 4(018)- 36/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 29,120.2.4, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Astara rayonu, Artupa kənd sakini Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 dekabr 2022-ci il tarixdə saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Astara rayonu, Artupa kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən evin həyətyanı sahəsinə giriş darvazasından daxil olub həmin həyətdə yerləşən başqa saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq kəndirlə bağlanmış, qiyməti 360 manat və 600 manat olmaqla ümumi qiyməti 960 manat olan 2 (iki) baş iri buynuzlu heyvanı gizli şəkildə talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs arvadı Şahid3 Rahib qızı ilə həmkəndlisi Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətləri olmasından şübhələnib bu məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1lə görüşmək istəsə də, Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirib görüşmək istəməməsindən sonra şübhələrindən əmin olub qısqanclıq zəminində Zərərçəkmiş şəxs1 öldürmək qərarına gələrək, niyyətini həyata keçirmək üçün 18 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Astara rayonu, Artupa kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən daxil olub evin ikinci mərtəbəsində qarşılaşdığı Zərərçəkmiş şəxs1 arvadı Şahid1 gözü qarşısında sonuncuya xüsusi əzab və işgəncələr verdiyini dərk edərək və bunu arzu edərək əvvəlcədən özü ilə götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib və mətbəx bıçaqları ilə bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinə nüfuz edən, sağ plevranı zədələyən, sağ tərəfli hemopnevmotoraks, sağ tərəfli dərialtı emfizema ilə müşaiyət olunan döş qəfəsin 3 ədəd kəsilmiş-deşilmiş yaraları, sağ dirsək nahiyəsində 1 ədəd kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərkən bıçaqlardan birinin tiyəsi dəstəyindən qopduğuna, digərinin isə tiyəsi qopub əyildiyinə və Şahid1 müdaxilə edərək zərbələr vurmasına maneə olduğuna görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindənona Cinayət Məcəlləsinin 29, 120.2.4, 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Astara rayonu, Artupa kəndində qayınanası Şahid8, arvadı Şahid3 və iki azyaşlı uşaqları ilə birgə yaşamışdır. 08 dekabr 2022-ci il tarixdə axşam saatlarında tanışı və həmkəndlisi Şahid2 ilə qabaqcadan razılaşdıqları kimi təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına getmişlər. Tövləyə girmək üçün metal tordan qoyulmuş darvazanı açıb Salehlə tövləyə daxil olmuşlar, Saleh qapının yaxınlığında bağlanmış iki baş iribuynuzlu heyvanın iplərini açaraq, birinin ipini ona vermiş, digərinin ipini isə özü tutmuşdur. Heyvanların birinin çəkisi təxminən 50-60 kq, ikincisinin isə təxminən 45-50 kq olmuş, birinini rəngi qara, digərinin rəngi isə şabalıdı olmuşdur. Heyvanların ipindən tutaraq Salehin dediyi kimi kənddə futbol meydançasının yaxınlığında yerləşən köhnə xəstəxananın qarşısına gətirmişlər. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra Salehin danışdığı Kamil adlı şəxs idarə etdiyi «Qazel» markalı avtomobillə xəstəxanın qarşısına gəlmiş, Saleh oğurladıqları iki baş iri buynuzlu heyvanları Kamilə göstərib, həmin heyvanları evdə xəstəsi olduğu üçün təcili satmaq istədiyini bildirmişdir. Kamil də heyvanların balaca olduğunu deyib ümumilikdə 400 manat vermək istədiyini bildirmişdir. Saleh əvvəlcə Kamillə razılaşmasa da, sonradan Kamilin heyvanları almayacağından qorxub razılaşmış və iki baş iri buynuzlu heyvanları Kamilin «Qazel» markalı avtomobilinə mindirdikdən sonra sonuncudan aldığı 400 manat puldan 200 manatını ona vermiş, 200 manatını özü götürmüşdür. Bundan sonra hərə öz evinə getmişdir. Aldığı 200 manat pulu öz şəxsi işləri üçün xərcləmişdir. Oğurluq hadisəsini Salehlə əlbir olub birlikdə törətmiş, hər hansı başqa şəxsin iştirakı olmamış, heç kim onlara kömək etməmişdir. Kamil isə həmin heyvanların oğurluq olduğunu bilməmiş, çünki Saleh Kamilə heyvanların özünə məxsus olduğunu və evində xəstəsi olduğuna görə təcili pula ehtiyac olduğu üçün satmaq istədiyini demişdir. Kamili əvvəllər görməmiş və tanımamışdır. Həmçinin bildirmişdir ki, 2023-cü ilin yanvar ayında işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, 15 mart 2023-cü il tarixdə gecə saat 00:15 radələrində Bakı şəhərindən çıxaraq Astara rayonuna qayıtmışdır. Təxminən saat 02 radələrində Astara rayonu, Artupa kəndinə qaynanası Mahirəgilə getmişdir. Evə gələndə arvadı Şahid3 evdə görməmiş, qayınanası Mahirəni yuxudan oyadaraq Röyalənin harda olduğunu soruşanda, sonuncu Röyalənin yatdığını bildirmişdir. Sonradan bütün otaqlara və düşüb evin həyətinə baxmış, lakin Röyaləni tapa bilməmişdir. Həmin vaxt qayınanası Mahirə öz qardaşı Züngüləş kənd sakini Şöhrətə zəng edərək Röyalənin evdə olmadığını bildirmişdir. X6 kəndində yaşayan babası Bəşirgilə getdiyini öyrənmişdir. Səhərə kimi qayınanasının evində qalmış, səhər isə öz evinə getmişdir. Həmin gün Röyalə ona dayısı Şöhrətin telefonu ilə zəng vurmuş, sonuncudan gecə evə hansı səbəbdən gəlmədiyini soruşduqda Röyalə evə gələndə hər şeyi izah edəcəyini demişdir. Daha sonra uşaqlarını götürərək qayınanasının evinə getmiş, təxminən 15 dəqiqə sonra Röyalə, qaynı Turqut və Şöhrət gəlmişlər. Röyalədən gecə evə niyə gəlmədiyini soruşanda, sonuncu onun guya Bakıdan qadınlarla Astaraya gəldiyini və ona xəyanət etməsini eşitdiyini, bunu yoxlamaq üçün gecə Alqışın maşınına oturaraq Astara şəhərinə getdiyini, bu səbəbdən evdə olmadığını bildirmişdir. Bu barədə kimin dediyini soruşanda isə, Röyalə Alqışın dediyini və həmin gecə elə Alqışın maşını ilə Astara şəhərinə getdiyini demişdir. Röyalənin Alqışla ona xəyanət etdiyindən şübhələnmiş və buna görə də mütəmadi olaraq Alqışa zəng etməyə başlamış, Alqışla görüşmək istədiyini bildirmiş, sonuncu Maşxanda işlədiyini deyərək axşam gəlib görüşəcəyini demişdir. Sonradan Alqış ümumiyyətlə onunla görüşməmiş və telefonlara cavab verməmişdir. Bütün bunlar ona mənəvi olaraq təsir etmiş və intihar həddinə çatmışdır. 18 mart 2023-cü il tarixdə bacanağı Hamletə limon parnikində işləri görməkdə kömək etmiş, bir qədər də içki içmişdir. Axşam saatlarında isə Hamletlə birlikdə içkili vəziyyətdə dəniz kənarına gəlmiş, orada da Alqışa bir neçə dəfə zəng vurmuş, lakin sonuncu telefonu götürmədiyinə görə əsəbləşib intihar etmək üçün özünü dənizə atmış, həmin vaxt balıqçılar onu dənizdən sahilə çıxartmışlar. Hamletin arvadı Validə də ora gəlmişdir. Hamlet onu sakitləşdirərək öz evinə aparmış və orada paltarını dəyişib bir az uzanmış, yuxudan qalxanda Hamletin evdə olmadığını görmüşdür. Hamletin arvadı Validədən Hamletin harada olduğunu soruşanda sonuncu Hamleti Astara Rayon Polis Şöbəsinə çağırdıqlarını demişdir. Bundan sonra Validədən Hamletin maşınının açarlarını istəmiş, Validə açarları verərək özü də maşına əyləşmiş və Artupa kənd istiqamətinə atasının evinə sürməyi xahiş etmişdir. Maşını Artupa kəndi istiqamətində sürərəkən qarşısına velosiped çıxdığından vurmamaq üçün maşını kənara çəkmiş, bu zaman maşın yolun qırağında olan dirəyə çırpılmışdır. Hadisə zamanı heç kim xəsarət almamışdır. Qayınanasıgilə getmiş, məqsədi gizlətdiyi bıçağı götürüb Alqışın evinə gedib sonuncunu qətlə yetirmək olmuşdur. Bıçağın biri özünün olmuş, lakin həmin bıçağı uzun müddət öncədən Hüseynağaya vermişdir. Həmin bıçağı Hüseynağadan sonuncunun xəbəri olmadan Salehin mağazasından götürmüşdür. Bıçağın digərini isə öz qaldığı evin mətbəx otağından götürüb qaynanasıgildə gizlətmiş, elə ora getməsinə səbəb də həmin bıçağı gizlətdiyi balışın altından götürmək olmuşdur. Bıçaqları götürərək təxminən saat 23-24 radələrində Alqışın qaldığı evə gedərək Alqışı çölə çağırmış, çağırışına Alqışın arvadı Əfsanə çıxmışdır. Əfsanə yalandan Alqışın evdə olmadığını demiş, çıxıb getmək istəyərkən evin ikinci mərtəbəsində Alqışın mətbəx otağında olduğunu görmüşdür. Bundan sonra yenidən qayıdıb Əfsanəyə Alqışın çölə çıxmasını demiş, Əfsanə bir daha Alqışın evdə olmadığını bildirmişdir. Əfsanənin yalan danışdığını görərək evin pəncərəsindən içəri daxil olmuş və evin ikinci mərtəbəsinə qalxıb gizlənmək üçün hamam otağına girmişdir. Sonra isə hamam otağı ilə üzbəüz olan qapıdan içəri girərək Alqışı mətbəx otağından çıxan zaman tutub bıçaqla zərbələr vurmağa başlamışdır. Həmin vaxt hər iki bıçaq əlində olmuşdur. Bıçaqlarla Alqışın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmin vaxt Aqlışın arvadı Əfsanə qışqırmağa başlamışdır. Alqışla əlbəyaxa olan zaman Əfsanə onun bel nahiyəsindən stulla zərbələr vurmuş, lakin buna baxmayaraq Alqışa bıçaqla zərbələr vurmağa davam etmişdir. Sonradan Alqışı bıçaqla vura-vura evin pilləkənlər tərəfinə sürüyə-sürüyə gətirmişdir. Zərəbələrin təsirindən bıçaqların hər ikisinin dəstəyi qırılmış, bu səbəbdən yumruqla Alqışın baş nahiyəsinə zərbələr vurmağa davam etmişdir. Həmin vaxt Əfsanə döşəmə ağacı ilə onun kürəyinə və başına zərbələr vurmuş, belində ağrılar hiss etdiyinə görə qan içində olan Alqışı buraxıb pəncərdən çıxaraq qaçmışdır. Qayınanasıgilə gedərək Röyaləyə Alqışı bıçaqladığını demiş, lakin sonuncu onu evə buraxmamışdır. Uşaqları ilə vidalaşaraq öz anasının evinə gedib, anası Şahid5 isə həmin vaxt yatmışdır. Anasını oyatmadan çay bağına gedib səhərə kimi orada qalmış, səhər evə gələndə anasının ağladığının və hadisədən xəbər tutduğunu görmüş, sonra isə polis əməkdaşları gəlib onu tutmuşlar. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Alqışa bıçaqla zərbə vurmaqda məqsədi sonuncunu öldürmək olmuş, çünki arvadı Röyalə Alqışla münasibətə girib ona xəyanət etmişdir. Məqsədi Alqışı öldürmək olsa da onu öldürə bilməməyinə səbəb bıçaqların dəstəyinin qırılması və Əfsanənin müdaxiləsi olmuşdur. Hadisə zamanı orada yalnız Alqışın arvadı Əfsanə olmuş və Əfsanə Alqışı bıçaqla vurmasını görmüşdür. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə uzun müddət dost münasibətləri olmuş, bir-birilərinin evinə tez-tez gedib-gəlmişlər. Şamxal bir müddət onun həyətində usta işləmişdir. 18 mart 2023-cü il tarixdə axşam radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs gəlib onu çağırmış, arvadı Əfsanə çıxaraq onun evdə olmadığını deyib Şamxaldan geri qayıtmasını istəmişdir. Əfsanə onun Şamxalla dostluq etməyindən narazı olmuş və dəfələrlə bu barədə aralarında söhbət olmuşdur. Əfsanə onun evdə olmadığını Şamxala dedikdən sonra Şamxal çıxıb getmiş, təxminən 10 dəqiqədən sonra isə gəlib evin birinci mərtəbəsinin pəncərəsindən içəri girmişdir. Həmin vaxt özü evin ikinci mərtəbəsinin mətbəxində olmuş və birinci mərtəbədən səs gəldiyini eşitmişdir. Evin yataq otağına gedib həyətə baxmış və toyuq hininin qapısının açıq olduğunu görmüşdür. Əfsanəyə hinin qapısının bağlı olmadığını bildirərək, düşüb qapını bağlamağı tapşırmışdır. Əfsanə aşağı düşmək istəyən vaxtı Əfsanənin qışqırıq səsini eşitmişdir. Əfsanə qışqıraraq “Alqış, qaç, vurdu” demiş, həmin vaxt təxminən saat 23:30 radələri olmuşdur. Səsi eşidib mətbəxdən dərhal çıxıb koridorda pilləkənə tərəf gedəndə Şamxal hamam otağından qəflətən çıxıb onun sinəsinə bir bıçaq zərbəsi vurmuşdur. Əfsanə həmin vaxt pilləkənin yanında olmuş və Şamxalın onu vurduğunu görmüşdür. Şamxalın əlində iki bıçaq olmuş, hər əlində bir bıçaq tutmuşdur. Birinci olaraq Şamxal onu sağ əlindəki bıçaqla vurmuş, bıçağı sinəsindən çıxarıb ikincini vuranda həmin bıçağın sapı qırılmışdır. Sonra Şamxal sol əlindəki bıçaqla onun qoltuqaltı nahiyəsinə də bıçaq zərbəsi vurmuşdur. Əfsanə bütün baş verənləri görmüş və qışqıraraq qonşuları köməyə səsləmişdir. Sonra huşunu itirməyə başlamış, gözləri qaralmış, Şamxal isə ona ardıcıl bıçaq zərbələri vurmaqda davam etmişdir. Şamxal onu sürüyə-sürüyə evin birinci mərtəbəsinə aparmışdır. Əfsanənin deməsinə görə Şamxal onu sürüyəndə başına və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri də vurmuşdur. Həmin vaxt Əfsanə ikinci mərtəbədə olan pol taxtasını götürərək Şamxalın baş və bel nahiyələrindən zərbələr vurmuş, bundan sonra Şamxal onu buraxaraq çıxıb qaçmışdır. Şamxalın onu öldürmək istəməsinə səbəb onun Şamxalın arvadı Röyalə ilə münasibətlərinin olması olmuşdur. Şamxalla bir-birinin evinə tez-tez gedib-gələn vaxt Röyalə ilə münasibətləri yaranmışdır. Röyalə özü ona sms-lər yazmış və sevgi etirafları etmişdir. Röyalə ilə yazışsa da, Röyalə ilə heç bir yaxın əlaqəsi olmamışdır. Şamxal Röyalə ilə olan münasibətlərini bildiyi üçün evinə onu öldürmək məqsədilə gəlmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə gecə saatlarında Röyalə ilə görüşmüş, maşında oturub gəzmişlər. Röyalə ilə heç bir yaxın münasibəti olmamışdır. Röyalə ilə gəzən zaman Röyaləyə zəng gəlmiş, lakin kimin zəng etdiyini bilməmişdir. Röyaləyə Şamxalın gəldiyini və onu axtardığını bildirmişlər. Röyaləni evin yaxınlığına gətirib düşürmüş, sonra evinə getmiş, arvadı Əfsanəyə Röyalə ilə görüşməyi barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 28 iyul 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittihama xitam verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təsərrüfatında oğurluq hadisəsindən öncə 3 baş iri-buynuzlu heyvanı olmuş, 3 baş iri-buynuzlu heyvanı 08 dekabr 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus tövlədə bağlamışdır. 09 dekabr 2022-ci il tarixdə saat 9 radələrində iri-buynuzlu heyvanlarına ot və su vermək məqsədilə tövləyə daxil olmuş, həmin vaxt 2 baş mal-qaranın tövlədə olmadığını görmüş, mal-qaranı həmişə qalın iplə 3 dəfə düyün atmaqla tövlədəki taxta payalara bağlamışdır. Bu səbəbdən həmin mal-qaranın kimlərsə tərəfindən ipinin açılması yolu ilə tövlədən oğurlanmasına əmin olmuşdur. Oğurlanmış heyvanlardan birini 2022-ci ilin noyabr ayında Astara rayonu, Pensər kəndində yerləşən bazardan almış, həmin heyvan 1 yaşında, 360 manat dəyərində, digəri isə 2 yaşında, qara rəngli, təxmini dəyəri 600 manat olmuşdur. Heyvanlarının oğurlanması ilə ona ümumilikdə 960 manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hadisə yerinə gətirilmiş, həmin vaxtı da Şamxal Astara rayonu Artupa kənd sakini Şahid2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında törətdikləri oğurluq cinayət əməlini etiraf etmişdir. Ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 28 iyul 2023-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 18 mart 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində divanda uzandığı vaxt aşağıdan səs gəldiyini eşitmiş, Alqış da toyuq hininin qapısının açıq olduğunu deyib qapını bağlamağı tapşırmışdır. Evdə olan fənəri götürüb evin ikinci mərtəbəsinin qapısını açanda hamam otağında kiminsə olduğunu görmüş, lakin həmin şəxsin Şamxal olduğunu bilməmiş, çünki hamam otağı qaranlıq olmuşdur. Həmin şəxsin əlində iki ədəd bıçaq olmuş, barmağı ilə işarə edərək ona susmağını bildirmişdir. Qışqıraraq “Alqış, qaç, vurdu” demiş, sonra fənərı həmin şəxsin üzünə salanda onun Şamxal olduğunu görüb qorxaraq ikinci mərtəbədə pilləkənlər tərəfdə olan su qızdırıcısının yanına qaçmışdır. Alqış səsi eşidib mətbəx otağından çıxıb irəli gələndə Şamxal qəflətən hamam otağından çıxıb Alqışın sinəsinə onun gözü qarşısında bir bıçaq zərbəsi vurmuşdur. Şamxal Alqışa birinci bıçaq zərbəsi vurandan sonra onlar əlbəyaxa olmuşlar, Şamxal bıçağı çıxaran zaman həmin bıçaq qırılmışdır. Əlbəyaxa olduqları zaman Şamxal Alqışa ikinci bıçaq zərbəsini də əlində olan digər bıçaqla onun gözü qarşısında vurmuşdur. Qışqıraraq qonşuları köməyə səsləmiş və qonaq otağına girib stul götürərək Alqışdan əl çəksin deyə Şamxala zərbələr vurmuşdur. Həmin zərbələr Şamxala təsir etməmişdir. Alqış artıq bıçaq zərbələrinin təsirindən huşunu itirərək qan içində olmuş, Şamxal isə huşsuz vəziyyətdə olan Alqışı sürüyərək evin birinci mərtəbəsinə tərəf aparmış, sürüyəndə Alqışa yumruqla zərbələr vurmuşdur. Alqışı müdafiə etmək üçün qapının arxasında olan pol taxtasını götürmüş, Şamxal Alqışı pilləkənlərlə aşağı sürüyən zaman Şamxalın baş nahiyəsindən çoxsaylı zərbələr vurmuşdur. Şamxalın başına taxta ilə zərbələr vuranda Şamxal da bıçaqla onun gözü qarşısında Alqışa bir neçə zərbə vurmuşdur. Şamxalın əlində olan ikinci bıçağın da sapı qırılmış, bıçağın dəmir hissəsi isə Şamxalın əlində qalmışdır. Pol taxtasının qırılmasına baxmayaraq pol taxtasının qırılmış parçası ilə Şamxalı vurmağa davam etmiş, Şamxal da Alqışı buraxaraq əlindəki bıçağı atıb evin pənəcərsindən çıxıb qaçmışdır. Şamxalın Alqışı hansı səbəbdən öldürmək istəməsini bilməmiş, Zərərçəkmiş şəxs1 Şahid3 ilə münasibətlərinin olduğunu görməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin başa çatdıra bilməməsinə səbəb Alqışa bıçaq zərbələri vurarkən əlində olan bıçaqların dəstəyinin qırılması və Şamxala pol taxtası ilə çoxsaylı zərbələr vurması olmuşdur. Şamxalın məqsədi Alqışı öldürmək olmuş və bıçaqla zərbələr vuranda sonuncunu öldürəcəyini demişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmiş, bu nikahdan 4 və 3 yaşlı qız uşaqları vardır. Evləndikdən bir müddət sonra Şamxalın narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Şamxal heç bir yerdə işləməmişdir. Şamxal Bakı şəhərinə işləmək üşün getsə də, evə heç bir qazanc gətirməmiş, əksinə hər dəfə ondan yol pulu almışdır. Şamxal 8 yanvar 2023-cü ildə Bakı şəhərinə getmişdir. 14 mart 2023-cü il tarixdə də axşam saatlarında Alqışla söhbət etmək üçün küçəyə çıxmışdır. Telefon vasitəsilə Alqışla danışmış, sms-ləşmişdir. Onun Alqışla münasibətləri təxminən 7-8 ay əvvəldən başlamış, aralarında sevgi münasibətləri olmuşdur. Şamxalın bundan xəbəri olmamışdır. 15 mart 2023-cü il tarixdə təxminən saat 02 radələrində Şamxal Bakıdan qayıtmış, Şamxalın Astaraya gəldiyindən xəbəri olmamışdır. Təxminən saat 02 radələrində Hamletin arvadı Validə ona zəng edərək Şamxalın Astaraya gəldiyini və onu axtardığını bildirmişdir. Alqış maşınından düşüb evə getmiş, çatanda Şamxalın artıq həyətdə olduğunu, dayısı Şöhrətin və anası Mahirənin də orada olduqlarını görmüşdür. Şamxal onun gəldiyini görməmiş, həyətə girəndə dayısı Şöhrət Şamxalın onu öldürəcəyini bildirib evə girməməyi məsləhət görmüşdür. Dayısı onu Züngüləş kəndinə nənəsinin evinə aparmışdır. Həmin gecəni nənəsinin evində qalmış, səhəri gün isə Şamxala zəng edib danışmaq istədiyini bildirmişdir. Sonra dayısı Şöhrət onu Artupa kəndinə evə gətirmiş, evdə Şamxalla söhbət edərkən sonuncuya yalandan guya Bakı şəhərindən Astaraya qızlarla gəlməsi barədə Alqışın ona dediyini bildirmiş, bunu yoxlamaq üçün Alqışla Astaraya getdiyini demişdir. Şamxal inanmış və heç nə deməmişdir. Həmin gündən hadisə baş verən günə qədər Şamxal hər gün evdə olmuş və axşamlar evdə qalmışdır. Lakin gündüzlər harasa getmişdir. Şamxal ondan və Alqışdan şübhələndiyi üçün sonuncu ilə bir neçə dəfə görüşmək istəmiş, lakin Alqış Şamxalla görüşməkdən çəkinmiş və görüşməmişdir. Bu da Şamxalın şübhələrini daha da artırmışdır. Şamxal ona evdə Alqışı öldürəcəyini desə də, Şamxala inanmamış, Şamxala boşanmağı təklif etsə də sonuncu razılaşmamışdır. Şamxal 18 mart 2023-cü il tarixdə içkili vəziyyətdə Alqışın evinə getmiş və Alqışı bıçaqlayıb öldürmək istəmiş, lakin Əfsanə müdaxilə etdiyindən Alqışı öldürə bilməmişdir. Şamxal gecə saatlarında evə gəlmiş, Alqışı bıçaqladığını demiş, Şamxalı evə buraxmamışdır. Şamxal Alqışı sonuncunun onunla münasibətləri olduğuna görə öldürmək istəmişdir. Alqışla onun münasibətini bildikdən sonra Şamxal Alqışı öldürmək qərarına gəlmiş, Alqışı öldürəcəyini desə də Şamxala inanmamışdır. Verilən suallara cavab olaraq Şahid3 həmçinin bildirmişdir ki, hadisə onun Alqışla münasibətinin olmasına görə baş vermiş, baş vermiş hadisənin bir başa şahidi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid5 bildirmişdir ki, oğlu Şamxal 2017-ci ildə Artupa kənd sakini Şahid3 ilə ailə həyatı qurmuşdur. Yanvar ayının əvvəllərində Şamxal işləmək üşün Bakı şəhərinə getmişdir. Şamxal 15 mart 2023-cü il tarixdə təxminən saat 02 radələrində Astara rayonuna qayıtmış və qayınanasının evinə ailəsinin yanına getmişdir. Səhər açılanda isə Şamxal azyaşlı uşaqları ilə birlikdə onun yanına gəlmiş, Şamxaldan Röyalənin harada olduğunu soruşanda sonuncu Röyalənin gecə evə gəlmədiyini demişdir. Mahirənin evinə getmiş, Mahirədən Röyalənin gecə harada olduğunu soruşanda sonuncu “Röyalə ölüb” deyərək Röyalədən gileylənmişdir. Bir müddət sonra isə Röyalə qardaşı Turqutla birlikdə gəlmiş, Röyalədən harada olduğunu soruşanda sonuncu cavab verməmiş, Turqut isə Röyaləni Züngüləş kəndində yaşayan nənəsinin evindən gətirdiyini demişdir. Həmin vaxt Şamxal da orada olmuşdur. 19 mart 2023-cü il tarixdə səhər saatlarında həyətə polis əməkdaşları gəlmiş və Şamxalı axtardıqlarını bildirmişlər. Polis əməkdaşları ona Şamxalın Alqışı bıçaqlayıb öldürmək istədiyini bildirmişlər və Şamxalın evdə olmadığını görüb çıxıb getmişlər. Bir müddət sonra Şamxal evə gəlmiş və sonuncudan nə üçün Alqışı bıçaqladığını soruşanda Şamxal ona Alqışın Röyalə ilə xəyanət etməsi səbəbindən Alqışı bıçaqladığını demişdir. Şamxala heç yerə getməməsini tapşırmış və evdə qalmasını söyləmiş, sonra isə Astara RPŞ-nin əməkdaşları evə yenidən gələrək Şamxalı götürüb şöbəyə aparmışlar. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı Şahid3 ilə ailəlidir, onların iki uşaqları vardır. İlk əvvəl Şamxal ilə Röyalənin münasibətləri yaxşı olsa da, sonralar Şamxal narkotik maddələr qəbul etməyə başladı. 2017-ci ildə Şamxal qardaşı tutulduğuna görə Rusiya Federasiyasına getmiş, orada 3-4 ay qalandan sonra geri qayıtmışdır. Şamxal tutulmamışdan 2 ay əvvəldən onlarla birgə bir evdə qalmışdır. 15 mart 2023-cü il tarixdə axşam Şamxal ona zəng vuraraq Röyalənin evdə olmadığını və Bakıdan çıxıb evə gəlməyini tələb etmiş, Səhər saat 07 radələrində Astara rayonu, Artupa kəndində anasıgilin evinə çatmışdır. Yolda olduğu zaman dayısı Şöhrət ona zəng vuraraq Röyalənin onlarda olduğunu bildirmişdir. Röyalənin bu əməllərini, yəni ki gecə evdə olmaması və Alqışla sevgi münasibətlərinin olması haqda məlumatı yalnız 15 mart 2023-cü il tarixdə evə çatdığı zaman Şamxal ona dedikdən sonra öyrənmişdir. Şamxal həmin vaxt Röyalənin Alqış ilə harasa getdiyini və buna görə hər ikisini öldürəcəyini bildirmişdir. Şamxal ilə bir az söhbət edəndən sonra oradan çıxıb bacısının dalınca dayısı Şöhrətgilin evinə getmişdir. Evə gəlib çatan kimi dayısı Şöhrətgilin evinə getmiş və Röyaləni orada görüb onu danlamağa başlamış, ona belə hərəkətlər etməməyini və ailəsinin yanında olmağını bildirmişdir. Röyalə ilə bir az söhbət etdikdən sonra onu dayısı Şöhrətlə birgə evlərinə aparmışdır. Həmin vaxt Şamxal da onlarda olmuş və Röyaləni görən kimi onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Şamxalın anası Pəri də orada olmuş və bacısını danlamağa başlamışdır. Röyalə həmin vaxt heç nə demədən sadəcə ağlamış, daha sonra isə o, Şamxal və Röyalə oturub söhbət etməyə başlamışlar, söhbət zamanı Şamxal Röyalədən niyə gecə evdə olmadığını soruşanda Röyalə həmin gecə Alqışla birgə olduğunu bildirmişdir. Röyalənin dediyinə görə həmin gün Şamxalın öz evində olan itə yemək vermək üçün gedəndə Alqışla üz-üzə gəldiyini və Alqış ona həmin vaxt Şamxalın Bakıdan qızlar gətirdiyini və Astarada otellərin birində vaxt keçirdiyini bildirmiş, bunu yoxlamaq üçün həmin gecə evdən çıxaraq Alqışla çıxıb getmişdir. Bunu Röyalə ona və Şamxala etiraf etmiş, daha sonra hər ikisi bir az söhbət etdikdən sonra araları düzəlmiş və mübahisəyə son qoymuşlar. 15 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək hər hansı ciddi bir hadisə baş verməmiş, həmin tarixədək Şamxal onlarda olmuşdur. 18 mart 2023-cü il tarixdə səhər saatlarında Şamxal evdən çıxıb getmiş və ondan sonra Şamxalı görməmişdir. Bir gün sonra Şamxalın Alqışı bıçaqladığını, sonradan isə onun tutulduğunu eşitmişdir. Şamxal qısqanclıq zəminində Alqışa çoxsaylı bıçaq zərbələri vuraraq öldürmək istəmişdir. Baş vermiş hadisənin şahidi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə gecə saatlarında qohumu Şamxalın qayınanası Mahirə ona zəng edərək, Röyalənin evdə olmadığını və Şamxalın Bakıdan evə gəldiyini bildirmişdir. Qudası Şöhrətlə birlikdə Mahirəgilə getmiş və onların Röyaləni axtardıqlarını öyrənmişdir. 18 mart 2023-cü il tarixdə Şamxala zəng vuraraq sonuncudan Züngüləş kəndində anasının yaşadığı həyətdə limon ağacları ilə bağlı təsərrüfat işlərin görülməsində kömək etməyini xahiş etmiş və saat 11 radələrində yolüstü Artupa kəndində Şamxalı götürərək Züngüləş kəndinə getmişlər. Təxminən saat 14 radələrinə kimi kənddə işləmiş. Şamxal bir müddət harasa gedib qayıtmış, qayıdanda onun içkili olduğunu hiss etmişdir. Şamxalı qayınanasının evinə aparmış Şamxal arvadı və qayınanası ilə sözlü mübahisə etmiş, sonra evdən çıxaraq yenidən maşına oturmuş və ona bulvara sürməyini xahiş etmişdir. Dəniz qırağında olanda Şamxal ağlamağa başlamış və özünü pis hiss etdiyini bildirmişdir. Ondan nə üçün ağladığını soruşanda Şamxal ailəsində problemlərin olduğunu deyərək ətraflı heç bir məlumat verməmişdir. Arvadı Validəyə zəng edib bulvara gəlməsini istəmişdir. Validə çatan zaman Şamxal ayağa qalxıb dənizə çimməyə getmiş, həmin vaxt orada olan balıqçılar Şamxalı dənizdən çıxartmışlar. Sonradan Şamxal yenə dənizə girmək istəyəndə onun intihar etmək istədiyini anlamış, lakin balıqçılar Şamxalı yenə də sudan çıxartmışlar. Şamxalı maşınla yaşadığı Astara şəhəri İstiqlaliyyət küçəsində yerləşən evə gətirmişdir. Şamxal yatmış, bir müddət sonra isə onu Astara RPŞ-dən çağırmışlar, o da çağırış üzrə Astara RPŞ-nə getmiş, maşının açarlarını evdən çıxanda arvadı Validəyə vermişdir. Şöbəyə çağrılmağına səbəb isə Şamxalın özünü dənizə atmaq istəməsi olmuşdur. Şöbədən evə qayıtmış və həmin vaxt arvadı evdə, maşını isə həyətdə olmamışdır. Validəyə zəng edərək harada olduğunu soruşmuş, Validə anasıgildə olduğunu və Şamxal onu ona məxsus maşınla anasının evinə apararkən yolda maşını vurduğunu bildirmişdir. Səhəri gün, yəni 19 mart 2023-cü il tarixdə Şamxalın Alqışı bıçaqlayıb öldürmək istədiyini eşitmiş və baş vermiş hadisənin şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs Astara rayonu, Artupa kənd sakini, xx.xx.1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etməsi faktı və bu faktla əlaqədar toplanmış ilkin materiallar olmuşdur. (cild 1, i.v. 1-10) -«şübhəli şəxsin tutulması haqqında» 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 19 mart 2023-cü ildə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 25-26) -«baxış aparılması haqqında» 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Artupa kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Ev iki mərtəbə və mansarddan ibarətdir. Evin arxa tərəfindən birinci mərtəbəyə açılan pəncərə vardır. Fərdi yaşayış evinin birinci mərtəbəsinin döşəməsində Şahid1 Təqsirləndirilən şəxs zərbələr endirdiyi pol taxtasının qırıntıları aşkar edilmiş, evin ikinci mərtəbəsinə qalxanda evin divarlarında və pilləkənlərdə qanabənzər ləkələr müşahidə edilmişdir. Hadisənin baş verdiyi yer evin ikinci mərtəbəsinin dəhlizidir. İkinci mərtəbəyə qalxan kimi dəhlizdə sol tərəfdə hamam otağı yerləşir, pilləkənlər və pilləkənlərin ətraf divarlarında qanabənzər ləkələrin olduğu müşahidə edilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu iki ədəd birinin tiyəsi boz, sapı qırmızı rəngdə olan, digərinin isə tiyəsi və sapı boz rəngdə olan bıçaqlar, evin birinci mərtəbəsində üzərində qan ləkələri olan bir ədəd ağ rəngli pərdə və hadisə yerində aşkar edilmiş qanabənzər ləkələr 4 ədəd pambıq tampona höpdurularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (cild 1, i.v. 40-60) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 20 mart 2023-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları təsdiq edərək hadisənin baş verdiyi konkret yeri göstərmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə baş verən günü Astara rayonu, Artupa kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək görüşmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 arvadı Şahid1 Alqışın evdə olmadığını, ova getdiyini bildirmişdir. Həmin vaxt evin pəncərisindən baxarkən Zərərçəkmiş şəxs1 evdə olduğunu görmüş və evin arxasına keçərək pəncərədən evə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evə daxil olduğu yeri və hansı formada daxil olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs davam edərək bildirmişdir ki, evə daxil olarkən üzərində iki ədəd bıçaq olmuş, evə daxil olaraq pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxaraq hamam otağında gizlənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 arvadı Şahid1 evin dəhlizinin qapısını açdıqda onu görərək qorxub gizlənmişdir. Sonra evin içinə daxil olaraq evin mətbəx otağından çıxan Zərərçəkmiş şəxs1lə rastlaşmış və sonuncuya bıçaq zərbələri vurmağa başlamışdır. Daha sonra bıçaqların hər ikisi qırıldığından Zərərçəkmiş şəxs1 sürüyərək evin dəhlizinə, oradan isə pilləkənlərdən aşağı düşürüb başına çoxsaylı yumruq zərbələri endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq zərbələri vurduğu və sürüyərək gətirdiyi yeri göstərdi. Daha sonra davam edərək Zərərçəkmiş şəxs1 arvadı Şahid1 pol taxtası ilə onun baş və bel nahiyyələrinə zərbələr vurduğu üçün Zərərçəkmiş şəxs1 buraxıb qaçmışdır. (cild 1, i.v. 68-70) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Astara Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli, 4(018)-36/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.90-94) -«əşyaya baxış keçirilməsi haqqında» 21 mart 2023-cü il tarixli protokollardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş və cinayətin aləti olan bıçaqların hər ikisi qırılmış, birinin tiyəsi dəstəyindən qopmuş, digərinin isə tiyəsi qopub əyilmiş vəziyyətdə olmuş, bıçaqlar üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v.95-98) -«paltarlara baxış keçirilməsi haqqında» 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar Təqsirləndirilən şəxs götürülmüş, hadisə zamanı sonuncunun əynində olan-01 ədəd boz rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı və 01 cüt-tünd yaşıl-qəhvəyi rəngli başmaqdır. Köynəyin ön səthinin orta nahiyəsində iki ədəd küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmiş cırılma zədələri aşkar edilmişdir. Köynəyin üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Qara rəngli idman şalvarın üzərində geyinilmə izləri, bundan əlavə üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Həmin idman şalvarın sağ və sol ciblərin yuxarı kənarında bir ədəd küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmiş bir ədəd cırılma zədəsi aşkar edilmişdir. (cild 1, i.v.102- 105) -«paltarlara baxış keçirilməsi haqqında» 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya Zərərçəkmiş şəxs1 götürülmüş hadisə zamanı sonuncunun əynində olan - 01 ədəd boz rəngli qısaqol yay köynəyi, 01 ədəd boz rəngli gödəkçə və 01 ədəd qara rəngli mayka olmuşdur. Baxış zamanı boz rəngli köynəyin üzərində ön tərəfdə cırılmasökülmə-kəsilməyə xarakterik zədə aşkar edilmiş, həmçinin köynəyin üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Gödəkçənin üzərində ön və iç tərəfdə qanabənzər ləkələr müşahidə edilmiş, həmçinin ön tərəfdə dəlib-keçən zədələr aşkar edilmişdir. Qara rəngli maykanın üzərində ön tərəfdə dəlib-keçən zədələr aşkar edilmiş və qanabənzər ləkələrin olması müşahidə edilmişdir. (cild 1, i.v.109-113) -«birgə istintaq qrupunun yaradılması haqqında» 27 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Astara rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 (istintaq qrupuna rəhbərlik tapşırılmışdır) və rayon prokurorunun köməkçisi, İİl dərəcəli hüquqşünas X1 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır. (cild 1, i.v.128) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v.146) -«diskə baxış keçirilməsi haqqında» 03 aprel 2023-cü il tarixli və 20 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Şaxmal Şahverdiyevin istifadəsində olmuş ********** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** mobil nömrə arasında müxtəlif tarixlərdə mütəmadi danışıqlar aparılmışdır. Şahid3 istifadəsində olmuş **********, **********, ********** və ********** mobil nömrələr ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** və ********** mobil nömrələr arasında müxtəlif tarixlərdə mütəmadi olaraq danışıqların və sevgi məzmununda sms-lərin olması aşkar edilmişdir. (cild 1, i.v. 179-180, cild 3, i.v. 38-39) -«cinayət işinin ayrı icraata ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında» 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Astara RPŞ-nin İB-də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq Astara Rayon Prokurorluğunda istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə göndərilmişdir. (cild 2, i.v.2-3) -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus tövlədən dəyəri 360 manat, digərinin dəyəri isə 600 manat olan 2 baş iri buynuzlu heyvanı oğurlamaqla ona ümumilikdə 960 manat maddi ziyan vurulması faktına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul olunmuşdur. (cild 2, i.v.4) -«baxış keçirilməsi haqqında» 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus tövlə Astara rayonu, Artupa kəndində yerləşir, həmin tövlə saxlanc yeri kimi istifadə olunur, tövlə Zərərçəkmiş şəxs2 məxsus iki hissəyə ayrılmış həyatyanı sahədə yerləşir, tövlə iki otaqdan ibarətdir, birinci otağın girişi olsa da girişdə qapı yoxdur və qapı əvəzinə örtüklə örtülür, ikinci otağa giriş qapısında qıfılsız taxta qapı vardır, tövlənin üzəri şiferlə örtülmüşdür. (cild 2, i.v.7-12) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, i.v.17) -«cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında» 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat istintaqın davam etdirilməsi üçün təzələnmişdir. (cild 2, i.v.32) -«şahidin ifadəsinin yerində yoxlanılması haqqında» 23 mart 2023-cü il tarixli protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus tövlədən Şahid2 ilə birlikdə 2 baş iri buynuzlu heyvanı oğurladıqlarını əyani göstərərək ifadəsində qeyd etdikləri xüsasatları bir daha təsdiq etmişdir. (cild 2, i.v.52-54) -«cinayət əməlinin tövsif olunması haqqında» 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və istintaq Cinayət Məcəlləsinin həmin maddələr ilə davam etdirilmişdir. (cild 2, i.v.58) -«təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında» 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddələr ilə ona ittiham elan edilmişdir. (cild 2, i.v.61-62) -«cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında» 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Astara RPŞ-nin İB-də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən ayrılaraq Astara Rayon Prokurorluğuna göndərilmiş ********* nömrəli cinayət işi Astara Rayon Prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaq davam etdirilmişdir. (cild 2, i.v.180-181) -«birgə istintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında» 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 29, 120.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Astara RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X7 istintaq qrupuna daxil edilmişdir. (cild 2, i.v.183-184) -"xxxx"nın 28 aprel 2023-cü il tarixli, 131-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçənin ön səthinin sağ yaxalığında üç ədəd, idman gödəkçənin sağ qolunun ön nahiyəsində iki ədəd, idman gödəkçənin sağ qolunun arxa səthində bir ədəd; köynəyin ön səthinin orta nahiyəsində bir ədəd; maykanın ön səthinin orta nahiyəsində bir ədəd, maykanın ön səthinin sağ nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçənin sağ qolunun manjetinin tikişi üzərində aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, idman gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində iki ədəd və idman şalvarın sağ və sol ciblərin yuxarı kənarında bir ədəd aşkar edilmiş cırılma zədələri, qeyd olunan paltarların müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 2, i.v.191-200) -«məhkəmə tibbi-bioloji ekspertizası»nın 14 aprel 2023-cü il tarixli, 188/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: AB(İV), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu:A(İİ) 01 ədəd pərdə, 02 ədəd bir birindən ayrılmış bıçaq, 04 ədəd plastik çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçəsi, kofta, alt mayka, Təqsirləndirilən şəxs məxsus idman şalvarı və rezin yay başmağının sağ tayı üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə «A», «B», «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB/H/ (İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər, əgər onun qanında müşayiətçi «H» antigeni varsa. Qanın qarışıq olduğu halda isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanının lması inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus papaqlı kofta və rezin yay başmağının sol tayı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 2, i.v.201-207) -«məhkəmə-tibbi eksepertizası»nın 20 mart 2023-cü il tarixli, 91 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild 2, i.v.210-211) -«məhkəmə-tibbi ekspertizası»nın 05 aprel 2023-cü il tarixli, 122 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - döş qəfəsinə nüfuz edən, sağ plevranı zədələyən, sağ tərəfli hemopnevmotoraks, sağ tərəfli dərialtı emfızema ilə müşaiyət olunan döş qəfəsin 3 ədəd kəsilmiş-deşilmiş yaraları, sağ dirsək nahiyəsində 1 ədəd kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaq tipli əşya ilə xəsarətlərin aşkar olunan nahiyələrə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini nəzərə alaraq qeyd etmək olar ki, qarşılıqlı mübarizə zamanı zərbələrin istiqaməti öndən-arxaya, duruş vəziyətləri isə xəsarət yetirənlə qarşı-qarşıya, ayaq üstə və s vəziyyətdə ola bilərdi. (cild 2, i.v.213-216) -«birgə istintaq qrupunun tərkibinin dəyişdirilməsi haqqında» 20 may 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 29,120.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Astara rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 istintaq qrupundan xaric olunmuş, qrupa rəhbərlik Astara rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 həvalə edilmiş, qrupun digər üzvləri dəyişdirilmədən saxlanılmışdır. (cild 2, i.v.240-241) - Astara Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(018)-76/2023 nömrəli hökmündən görünür ki, Şahid2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şahid2 tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı (24 mart 2023cü il tarixdən 16 may 2023-cü il tarixədək) 1 (bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Şahid2 təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 3 (üç) ay 14 (on dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 3, i.v.9-18) -«kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası»nın 22 may 2023-cü il tarixli, 1408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional sferasında hirslilik, qəzəb yaranmış həmin halın yaranması situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman fizioloji affekt vəziyətində olmamışdır. (cild 3, i.v.19-23) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 120.1, 177.2.1 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 29,120.2.4, 157.1, 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. (cild 3, i.v.40-41) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək o, həmin məcəllənin 29,120.2.4, 157.1. 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild 3, i.v.42-43) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.4, 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 Rahib qızı ilə həmkəndlisi Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətləri olmasından şübhələnib bu məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1lə görüşmək istəsə də, Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirib görüşmək istəməməsindən sonra şübhələrindən əmin olub qısqanclıq zəminində Zərərçəkmiş şəxs1 öldürmək qərarına gələrək, niyyətini həyata keçirmək üçün 18 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Astara rayonu, Artupa kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən daxil olub evin ikinci mərtəbəsində qarşılaşdığı Zərərçəkmiş şəxs1 arvadı Şahid1 gözü qarşısında sonuncuya xüsusi əzab və işgəncələr verdiyini dərk edərək və bunu arzu edərək əvvəlcədən özü ilə götürdüyü cib və mətbəx bıçaqları ilə bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinə nüfuz edən, sağ plevranı zədələyən, sağ tərəfli hemopnevmotoraks, sağ tərəfli dərialtı emfizema ilə müşaiyət olunan döş qəfəsin 3 ədəd kəsilmiş-deşilmiş yaraları, sağ dirsək nahiyəsində 1 ədəd kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərkən bıçaqlardan birinin tiyəsi dəstəyindən qopduğuna, digərinin isə tiyəsi qopub əyildiyinə və Şahid1 müdaxilə edərək zərbələr vurmasına maneə olduğuna görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi Zərərçəkmiş şəxs1 qətlə yetirməyə cəhd etməsi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xüsusi amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arvadı Şahid1 gözü qarşısında sonuncuya xüsusi əzab və işgəncələr verdiyini dərk edərək və bunu arzu edərək əvvəlcədən özü ilə götürdüyü cib və mətbəx bıçaqları ilə bir neçə zərbə vurmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Cinayət işinin müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs1 öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirmək məqsədilə özü ilə götürdüyü bıçaqlar ilə bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərkən bıçaqlardan birinin tiyəsi dəstəyindən qopduğuna, digərinin isə tiyəsi qopub əyildiyinə və Şahid1 müdaxilə edərək zərbələr vurmasına maneə olduğuna görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 dekabr 2022-ci il tarixdə saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Astara rayonu, Artupa kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən evin həyətyanı sahəsinə giriş darvazasından daxil olub həmin həyətdə yerləşən başqa saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq kəndirlə bağlanmış, qiyməti 360 manat və 600 manat olmaqla ümumi qiyməti 960 manat olan 2 (iki) baş iri buynuzlu heyvanı gizli şəkildə talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətməyə görə ittihamının qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara tam şəkildə uyğundur. Astara Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(018)-76/2023 nömrəli hökmündən görünür ki, Şahid2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şahid2 tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı (24 mart 2023cü il tarixdən 16 may 2023-cü il tarixədək) 1 (bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Şahid2 təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 3 (üç) ay 14 (on dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən 05 aprel 2023-ci il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, üzərində 1 (bir) il, 5 (beş) ay, 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, i.v. 136-145, 214-215) -Astara Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 04 avqust 2023-cü il tarixli, AM-55/03 nömrəli məktubdan görünür ki, Astara Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (018)-172/2020 nömrəli hökmünə əsasən, Astara rayonu, Artupa kəndində anadan olmuş, Astara rayonu, Artupa kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, xx xxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Üzərinə Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu, Artupa kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi məhkumun yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya həvalə edilmişdir. Astara Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (018)-172/2020 nömrəli hökmü və hökmün icrası barədə göstəriş 22 yanvar 2021-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə şöbədə qanunvericiliyin tələblərinə uyğun qeydiyyata götürülmüşdür. "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiqi ilə bağlı Astara Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 7(018)-66/2022 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (018)-172/2020 nömrəli hökmü ilə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və həmin Qərarın 3-cü hissəsinin 7-ci bəndinə əsasən onun üzərindən məhkumluq götürülmüşdür. Göstərilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində olan Astara Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (018)-172/2020 nömrəli hökmü 29 mart 2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. -Astara rayonu İcra Hakimiyyəti Başçısının Səncərədi kəndi İƏD-i üzrə nümayəndəliyindən verilmiş 06 aprel 2023-cü il tarixli, 35 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Artupa kəndində yaşayır, ailəlidir, 2018-ci təvəllüdlü Mələk Şahverdiyeva və 2019-cu il təvəllüdlü Nuray Şahverdiyeva adlı qızlar vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild 1, i.v. 210-211) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışmasını, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olması və yaşayış yerindən müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hallar nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 mart 2023-cü il tarixdən hesablanmalı, Astara Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli, 4(018)-36/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Astara Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin törədilməsində alət kimi istifadə edilmiş 2 ədəd bıçaq, Təqsirləndirilən şəxs əynində olan 1 ədəd boz rəngli köynək, 1 ədəd qara rəngli bel hissəsi rezindən olan idman şalvar və 1 cüt tünd yaşıl-qəhvəyi rəngli şəpit, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan 1 ədəd boz rəngli qısaqol yay köynək, 1 ədəd boz rəngli gödəkçə və 1 ədəd qara rəngli mayka, üzərinə qanabənzər ləkələr hopdurulmuş 4 ədəd pambıq tampon, 1 bir ədəd üzərində qanabənzər ləkə olan ağ rəngli pərdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış ifadənin yerində yoxlanılması haqqında protokollara əlavə edilən 4 ədəd disk, telefon danışıqlarını əks etdirən 2 ədəd disk icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış və Astara Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin törədilməsində alət kimi istifadə edilmiş 2 ədəd bıçaq, Təqsirləndirilən şəxs əynində olan 1 ədəd boz rəngli köynək, 1 ədəd qara rəngli bel hissəsi rezindən olan idman şalvar və 1 cüt tünd yaşıl-qəhvəyi rəngli şəpit, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan 1 ədəd boz rəngli qısaqol yay köynək, 1 ədəd boz rəngli gödəkçə və 1 ədəd qara rəngli mayka, üzərinə qanabənzər ləkələr hopdurulmuş 4 ədəd pambıq tampon, 1 bir ədəd üzərində qanabənzər ləkə olan ağ rəngli pərdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış ifadənin yerində yoxlanılması haqqında protokollara əlavə edilən 4 ədəd disk, telefon danışıqlarını əks etdirən 2 ədəd disk icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar