Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-586/2022 06.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara şəhəri, H.Aslanov küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbrahimov Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 11,071 qram narkotik vasitə heroini və 1,578 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamışdır. 26 may 2022-ci il tarixdə saat 00.15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri Qum küçəsində saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 01:30 radələrində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan idman gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə 11,071 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 1,578 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən İbrahimov Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, özü psixotrop maddə olan metamfetamindən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddəni istifadə etmək üçün iranlı, Bakı şəhərində yaşayan tanışı “Əmi” adlandırdığı şəxsdən almışdır. 25 may 2022-ci il tarixdə “Əmi” onunla vhatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq metamfetamini Bakı şəhəri Razin qəsəbəsində yerləşən qəbirstanlığın yanında bir yerə qoydurduğunu və gedib oradan götürməsini demişdir. O, həmin yerə gedərək oradan təxminən 1,5 qram psixotrop maddə metamfetamini götürmüşdür. 26 may 2022-ci il tarixdə saat 01:30 radələrində Astara şəhərində Qum küçəsində olduğu zaman polis işçiləri onu saxlyaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində bir ədəd bükümdə 1,5 qram metamfetamin olmuşdur. Lakin polis işçisi Mehti Səfyarov onun üzərinə əlavə olaraq 11 qramdan çox heroin qoymuşdur. Üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən təzyiq altında olduğuna görə həm heroinin, həm də metamfetaminin ona məxsus olmasını demişdir. Lakin Təqsirləndirilən şəxs İbrahimov ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən uzun müddətdir ki, istifadə etmişdir. Heroin və metamfetamini İran İslam Respublikası vətəndaşı olan və Bakı şəhərində yaşayan «Əmi» ləqəbli şəxsdən almışdır. O, həmin şəxslə ancaq vhatsapp vasitəsi ilə danışmışdır. Həmin iranlıya pul köçürdükdən sonra iranlı ona istədiyi narkotik vasitə və psixotrop maddələri Bakıda müxtəlif yerlərə tanımadığı şəxslər vasitəsi ilə qoydurduqdan sonra ona həmin yerin ünvanını vhatsapp vasitəsi ilə göndərmişdir. O da həmin ünvana gedib oradan narkotik vasitələri götürmüşdür. 24 may 2022-ci il tarixdə həmin iranlı tanışına vhatsapp vasitəsi ilə zəng edib ona heroin və metamfetamin təşkil etməsini demişdir. O da təşkil edən kimi ona xəbər verəcəyini demişdir. 25 may 2022-ci il tarixdə günorta radələrində həmin iranlı tanışı vhatsapp vasitəsi ilə ona səsli mesaj göndərərək Bakı şəhərinə gəlməsini, dediyi narkotik vasitələri hazırladığını, dəqiq ünvanı ona göndərəcəyini bildirmişdir. Bakı şəhərinə getmək üçün yol pulu olmadığına görə tanışı Əliyev Şahid4 25 may 2022-ci il tarixdə gecə saat 03 radələrində yol pulu etmək üçün 30 manat pul almış, əvəzində isə ona özü üçün alacağı narkotik vasitədən bir az verəcəyini demişdir. Taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra iranlı ona Bakı şəhəri Sabunçu rayonu Razin qəsəbəsində qəbirstanlığın yanında narkotik vasitə və psixotrop maddəni bir yerə qoydurduğunu və gedib oradan götürməsini demişdir. O, həmin narkotik vasitələrə görə iranlının ona atdığı, hazırda şifrələrini xatırlamadığı bank hesabına “Milliön” aparatı vasitəsi ilə xatırlamadığı miqdarda pul göndərmişdir. O həmin gün təxminən saat 17 radələrində iranlı «Əmi» ləqəbli şəxsin dediyi ünvana, yəni Razin adlanan yerdəki qəbirstanlığın yaxınlığına gedib oradan onun üçün qoyulmuş bir ədəd göy rəngli bükümü götürmüşdür. Götürdüyü bükümün içərisində heroin və metamfetamin olmuşdur. Onları götürdükdən sonra əynində olan idman gödəkcəsinin cibinə qoyub tanımadığı taksi ilə Astara şəhərinə qayıtmışdır. 26 may 2022-ci il tarixə keçən gecə saat 00:15 radələrində Astara şəhəri, Qum küçəsində piyada hərəkətdə olduğu zaman 3 nəfər mülki geyimli polis işçiləri onu saxlamışlar. Ona üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmiş və rayon polis şöbəsinə aparmışlar. Şöbədə ona vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə üzərində şəxsi axtarış keçiriməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan idman geyiminin sol yan cibindən narkotik vasitə heroini və metamfetamini bir bükümdə çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs İbrahimovun cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona 25 may 2022-ci il tarixdə Astara şəhəri sakini İbrahimov Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində narkotik vasitələri gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 00:15 radələrində Təqsirləndirilən şəxs İbrahimov Astara şəhəri Qum küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs İbrahimov üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs İbrahimova təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə vardırsa, təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs İbrahimov həmin vaxt əynində olan idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd göy rəngli sellofan büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində 02 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilərkən onlardan birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digərinin içərisində isə narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs İbrahimov üzərində aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, həmin maddələri «Əmi» ləqəbli iranlıdan bir gün əvvəl Bakı şəhəri Razin qəsəbəsində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Məmmədlinin üzərinə polis əməkdaşları tərəfindən heç bir narkotik vasitə qoyulmamışdır. Ümumiyyətlə onlarla eyni şöbədə işləyən polis əməkdaşı Mehti Səfyarov Təqsirləndirilən şəxs İbrahimovla bağlı keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təstiq etdi. 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar İbrahimov Təqsirləndirilən şəxs saxlanılmış, üzərində şəxsi axtarış aparılarkən əynində olan idman gödəkcəsinin sol yan cibindən 01 ədəd göy rəngli sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm və içərisində narkotik vasitə heoinə oxşar kütlə olan 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs İbrahimov üzərində aşkar olunmuş həmin maddələrin özünə məxsus olduğunu, onları “Əmi” kimi tanıdığı iranlının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri Razin qəsəbəsində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 26 may 2022-ci il tarixli, 19/627 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs İbrahimovun üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 11,071 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 1,578 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4492 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs İbrahimovda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İbrahimov Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respblikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İbrahimov subaydır. Barəsində yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İbrahimovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs İbrahimovun 26 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkn onun üzərində yalnız 1,5 qram psixotrop maddə metamfetaminin olması, 10 qramdan çox miqdarda heroinin isə üzərinə əməliyyatçı, polis əməkdaşı Mehti Səfyarov tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi niymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs İbrahimovun üzərində şəxsi axtarış aparılması barədə 26 may 2022ci il tarixli protokoldan, bu zaman aparılmış videoçəkilişdən və başqa sənədlərdən görünür ki, Mehti Səfyarov ümumiyyətlə Təqsirləndirilən şəxs İbrahimovla bağlı aparılmış əməliyyat tədbirlərində iştirak etməmişdir. Bundan başqa, məhkəmə narkotik vasitənin və psixotrop maddə matamfetaminin ümumi miqdarını və iki növdə olmasını və həmçinin polis əməkdaşı Şahid1 ona Təqsirləndirilən şəxs İbrahimovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olması barədə ifadəsini nəzərə alaraq Təqsirləndirilən şəxs İbrahimovun narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs İbrahimovun əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İbrahimovun cəzasını yüngülləşdirən və CM-nin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbrahimova CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs İbrahimova CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 11,021 qram narkotik vasitə heroin və 1,528 qram psixotrop maddə metamfetamin məhv edilməli, O.İbrahimovun üzərində şəxsi axtarış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul O.İbrahimovdan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: İbrahimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbrahimov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il il tarixdən hesablansın. İbrahimov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbrahimov Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 11,021 qram narkotik vasitə heroin və 1,528 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsİbrahimovun üzərində şəxsi axtarış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan İbrahimov Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-586/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-586/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver