Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-586/2024 04.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X18, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1968-ci ildə Bərdə rayonunun Darğalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əməklə məşğul olan (usta-fəhlə), əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Darğalar kəndində qeydiyyatda olmaqla, orada yaşayan, haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə stansiyası Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən 82ci kilometrliyində 80 km/saat sürətlə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqəti daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda yolun hərəkət hissəsində dayanmış piyadaları və qarşıdan əks istiqamətdə avtomobilin yaxınlaşmasını nəzərə alaraq avtomobili piyadalara çatmadan saxlamalı olduğu halda bunu etməyərək, avtomobilinin qabaq sağ tərəfi ilə yolun sağ kənarından ortaya doğru 0,6 metr məsafədə dayanmış X10 vurmuş, daha sonra ondan iki metr qarşıda yolun sağ kənarından sola doğru 1,6 metr məsafədə dayanmış X3 avtomobilinin qabaq tərəfi ilə vurmuş, avtomobil istiqamətini dəyişərək əks hərəkət yoluna çıxıb, qabaq sol tərəfi ilə qarşıdan gələn Şahid2 Bəxtiyar oğlunun idarə etdiyi “Mercedes- Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərindən yolun orta xəttindən sola doğru 0.4 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Elşən Abdullayevin baş beyin sağ yarımkürəsi üzərinə yayılmış qansızma, sağ təpə və ənsə sümüklərinin xətti sınığı, sağ bud sümüyünün orta üçdə birinin qapalı sınığı, sol baldır sümüklərinin yuxarı üçdə birinin qapalı sınığı, başın sağ təpə nahiyəsində əzilmiş yara, sol üst göz qapağında qançır, sağ iç topuqda səthi əzilmiş yara, sağ budun arxa səthində qançır, sağ əlin arxa səthində sıyrıqlar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölməsinə, Rəfael Kərimovun baş beyin sağ və sol yarımkürəsinin üzərində yayılmış qansızmalar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən 24 fevral 2024-cü il tarixdə yaşadığı evdə ölməsinə, yəni iki nəfər şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Laçın rayonunun Sus kəndində fərdi evlərin tikintisində fəhlə işləmişdir. 15 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində iş yoldaşları Şahid4, Şahid5 və Şahid6la işlədiyi Laçın rayonundan yola düşmüşdür. Ağcabədi rayonu ərazisindən Bərdə rayonuna doğru hərəkətdə olarkən qəza baş vermişdir. Belə ki, təxminən 200 metr qarşıda yolun sağ və sol tərəfindən ona tərəf avtomobil işığı düşdüyünü görmüş, amma nə olduğunu başa düşməmişdir. Soldan gələn işıq bir az geridə onun istiqamətində hərəkətdə olmuş, sağda dayanmış avtomobil isə hərəkət etmirmiş. Öz zolağında hərəkətini davam etdirib onların ortasından ötüb keçmək istəmişdir. Təcili Tibbi Yardım avtomobili onun hərəkət zolağının kənarında onunla əks istiqamətdə dayanmışdır. Yolun kənarında dayanmış avtomobildən yük boşaldılırmış. Həmin avtomobildən ona tərəf güclü işıq düşmüşdür. Həmin an qarşıdan gələn avtomobil “Tır” avtomobili olmuşdur. Yolun kənarında dayanmış Təcili Tibbi Yardım avtomobilinə ikiüç metr məsafə qalmış yolun hərəkət hissəsində iki nəfər adamın olduğunu görmüşdür. Artıq həmin şəraitdə qəzadan yayınmaq üçün əyləci sıxmaqdan başqa çıxış yolu olmamışdır. Əyləci basıb sükanı sola, yəni qarşıdan gələn “Mercedes-Benz Actros yük” markalı avtomobilə tərəf çevirmişdir. Bu zaman həmin avtomobillə toqquşmuş və onun idarə etdiyi avtomobilin sol qapı hissəsi zədələnmişdir. Toqquşma zamanı avtomobili yük avtomobilinin sol arxa təkərinə dəyib, sağa doğru istiqamətlənmişdir. Piyadalardan biri Elşən Abdullayev əvvəlcə avtomobilinin motorxanasının üstünə, oradan da təxminən 20- 25 metr qarşıda avtomobilin üstündən sağ zolaqda asfaltın üstünə düşmüşdür. Ondan 10- 15 metr qarşıda avtomobili yolun ehtiyat hissəsində saxlamışdır. Vurduğu digər piyada Rəfael Kərimov “Mercedes-Benz Atego” markalı avtomobilin yanına düşmüşdür. Nə qədər çalışsa da, qəzadan yayına bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. İyirmi beş ilə yaxındır avtomobil sürür. Hərəkət etdiyi yolda sürət həddi 90 km/saat olmuşdur. Hadisədən əvvəl harasa tələsməmiş, avtomobili 80 km/saat sürətlə idarə etmişdir. Hər iki tərəfdən gözünə işıq düşdüyündən yolu yaxşı görə bilməmişdir. Görmə qabiliyyəti yaşına uyğundur. Qəza anında hava şəraiti yağışlı olmasa da, yer yaş olmuşdur. Vurduğu şəxslər onun hərəkət zolağında olmuşlar. Onun hərəkət istiqamətində yolun kənarında iki avtomobil arxaları bir-birinə çevrilmiş şəkildə dayanmışlar. Avtomobildən oksigen balonları yolun hərəkət hissəsinə boşaldılmış və hərəkətə mane olmuşdur. Yola xəbərdaredici nişan qəzadan sonra qoyulmuşdur. Hadisə yerinə gələn polis əməkdaşları yol kənarında dayanmış avtomobilin uzaq məsafə işıqlarının yanılı olduğunu görmüşlər. Hadisə nəticəsində dünyasını dəyişmiş şəxslərin yas mərasimlərində iştirak etmiş, onların ailə üzvlərinə maddi yardım etmişdir. Hər iki zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yekun qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahidlər) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur, zərərçəkmiş mərhum Elşən Abdullayevin böyük qardaşıdır. Elşən heç vaxt ailə həyatı qurmamış, Tərtər rayonunun Şıxarx kəndində yerləşən məcburi köçkün qəsəbəsində yaşamış, işləməmiş, Qarabağ veteranı olmuşdur. 15 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində bacısı oğlu ona zəng vuraraq Elşəni Ağcabədi yolunda avtomobil vurduğunu və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. Bunu eşitdikdən sonra dərhal həmin xəstəxanaya getmişdir. Elşən yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs onun qardaşının yas mərasimlərində iştirak etmişdir, onunla barışmışlar və ona qarşı heç bir şikayət və ya tələbləri yoxdur. Məhkəmədə mərhum zərərçəkmiş şəxs X6 hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. X14 qardaşıdır. Rəfael ailə həyatı qurmamış, onunla eyni ünvanda yaşamış, Tərtər Rayon Mərkəzi Xəstəxanasında bağban kimi çalışmışdır. 15 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Rəfaeli stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonundan keçən hissəsində avtomobil vurduğunu və xəstəxanaya aparıldığını eşitmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gedəndə Rəfael işdə olarkən Mehman adlı şəxsin onu oksigen balonları gətirmək üçün Ağcabədi rayonuna göndərdiyini eşitmişdir. Rəfael digər şəxslərlə birlikdə yük boşaldarkən qarşıdan gələn avtomobil Rəfaellə Elşəni vurmuş, onların hər ikisini Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Elşən həmin gecə xəstəxanada vəfat etmişdir. Xəstəxanaya çatanda Rəfael reanimasiya şöbəsində olmuş, səhəri gün onu Gəncə şəhər Mərkəzi Klinikasına aparmışlar. 24 aprel 2024-cü il tarixdə yaşadıqları evdə Rəfael vəfat etmişdir. Belə ki, Rəfael qırx gün koma vəziyyətində qalmış və komadan ayılmamışdır. Təqsirləndirilən şəxs Rəfael xəstəxanada olduğu müddətdə onunla maraqlanmış, rəhmətə gedəndən sonra yas mərasimlərində iştirak etmiş və onlara maddi yardım etmişdir. Onunla barışmışdır və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, zərərçəkmiş şəxsin hüquqi varisi Seymur Kərimovu tanıyır, onlarla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. 15 yanvar 2024-cü il tarixdə, saat 17:20 radələrində xəstəxananın baş həkiminin müavini Mahir müəllim ona zəng edərək xəstəxanada işləyən Mehman və onun yanında olan fəhlələrlə birlikdə idarə etdiyi Təcili Tibbi Yardım avtomobili ilə onları Bərdə rayonuna aparmağı, oraya qaz balonları gələcəyini, boş balonları aparıb, doluları yükləyib xəstəxanaya gətirmələrini söyləmişdir. Belə ki, xəstəxanada yeddi əməliyyat keçirilməli olmuş və buna görə oksigen balonları qısa zamanda xəstəxanaya çatdırılmalı imiş. Mehman yanında xəstəxanada bağban işləyən Rəfael, Vəli və Elşən adlı fəhlələrlə birlikdə Təcili Tibbi Yardım avtomobilinə əyləşib, birlikdə Bərdə rayonuna gələrək, stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun kənarında gözləmişlər. Mehman oksigen balonları gətirən şəxslə danışmış, avtomobilin Ağcabədi rayonu istiqamətində Bərdə rayonu ərazisində xarab olduğunu söyləmişdir. Həmin şəxs ərazini yaxşı tanımadığından Ağcabədi rayonu istiqamətində getmişlər. Bərdə rayonu ərazisində rast gəlmədikdə Mehman Ağcabədi rayonu ərazisinə sürməyi söyləmişdir. Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində həmin “Mercedes-Benz Atego” markalı avtomobilin yanına çatmışlar. Həmin avtomobil Bərdə rayonu istiqamətində yolun sağ ehtiyat hissəsində dayanmışdır. Avtomobili yük avtomobilinin arxasında saxlamışdır. Fəhlələr boş balonları təcili yardım avtomobilindən boşaltmış, daha sonra yük avtomobilindən dolu balonları onun idarə etdiyi təcili yardım avtomobilinə yığmışlar. Bundan sonra onun idarə etdiyi avtomobilindən boşaldılmış boş balonları yük avtomobilinə yükləməyə hazırlaşarkən Ağcabədi rayonu istiqamətindən gələn “Vaz-21063” markalı avtomobil Elşənlə Rəfaeli vurmuşdur. Onların vurulma anını görməmiş, səslərini eşitmişdir. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, onlar yük avtomobilinin dayandığı yerə çatanda hava qaranlıq olmuşdur. Təcili tibbi yardım avtomobilini yolun əks hərəkət istiqamətində, kənarda saxlamışdır. Məqsəd avtomobili yol kənarında dayanmış “Mercedes-Benz Atego” markalı avtomobillə arxa-arxaya saxlamaq olmuşdur ki, yükü rahat şəkildə boşaldıb yığa bilsinlər. İdarə etdiyi avtomobili yolun hərəkət hissəsindən kənarda, daha dəqiq olaraq sarı xətdən bir metr aralıda saxlamışdır. “Mercedes-Benz Atego” markalı yük avtomobili öz hərəkət istiqamətində yolun kənarında, azca yolun hərəkət hissəsinə çıxmış şəkildə saxlanılmışdır. Həmin avtomobil nasaz olduğu üçün onu saxlanıldığı yerdən tərpətmək olmamışdır. Təcili yardım avtomobilini saxladıqdan sonra qəza işıqlarını yandırmış, lakin yaxın və uzaq işıqları yandırmamışdır. Əvvəl təcili yardım avtomobilindəki boş balonlar çıxarılaraq iki avtomobilin arasına yerləşdirilmişdir. Yolun hərəkət hissəsinə balon yerləşdirilməmişdir. Yükləri boşaldıb yığan fəhlələrə xəbərdarlıq etmişdir ki, ehtiyatlı olsunlar, onları avtomobil vura bilər. Avtomobilində xəbərdaredici nişan olmamışdır. Hadisə yerində xəbərdaredici nişan yük avtomobilinin sürücüsü tərəfindən sonradan yerləşdirilmiş və saxladığı avtomobil xəbərdaredici nişanın qarşısını kəsməmişdir. Təcili Tibbi Yardım avtomobilinin sayrışan işıqları, yük avtomobilinin isə qəza işıqları yanılı olmuşdur, lakin həmin avtomobilin digər işıqlarının yanılı olub-olmamasını xatırlamır. Hadisə vaxtı təcili yardım avtomobili ilə yük avtomobilinin arasında dayanmış, buna görə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin gəldiyini görməmişdir. Qəza saat 19-20 radələrində baş vermişdir. Həmin vaxt yolda intensiv hərəkət olmamışdır, habelə hava yağıntılı deyildir. Sonradan xəbərdaredici nişanın qəzadan sonra qoyulduğunu, da yanılı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. "Mercedes-Benz Atego" markalı, “**-KN-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 15 yanvar 2024-cũ il tarixdə, saat 07 radələrində idarə etdiyi "Mercedes-Benz Atego" markalı avtomobillə Bakı şəhərində yerləşən "xxxx" ASC-dən doxsan ədəd oksigen balonu yığıb xəstəxanalara aparmaq üçün yola düşmüşdür. Həmin gün saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasına on ədəd oksigen balonu çatdırmaq üçün Bərdə rayonu istiqamətində hərəkətdə olan zaman yolun Ağcabədi rayonu ərazisindən keçən hissəsində idarə etdiyi avtomobilin arxa sol təkərinin boltları qırılmış və təkər sıradan çıxmışdır. Bu zaman avtomobili yolun sağ hərəkət zolağının yol çiynində saxlamış və mobil telefonla Tərtər Rayon Mərkəzi Xəstəxanasına bu barədə məlumat vermişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasından Təcili Tibbi Yardım avtomobili ilə bir neçə nəfər şəxs onun idarə etdiyi avtomobilin dayandığı yerə gəlmiş, ona oksigen balonlarının təcili lazım olduğunu deyib, balonları təcili yardım avtomobilinə yığıb aparacaqlarını bildirmişlər. Yük avtomobilinin yük hissəsinin qapısını açmışdır. Bu zaman köməyə gəlmiş şəxslərdən iki nəfəri avtomobildə olan boș balonları avtomobildən götürüb, onun idarə etdiyi avtomobilin sol hissəsinə, asfalt yola yığmağa bașlamışlar. Həmin vaxt Bərdə istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil fəhlələri vurmuşdur. Qəza anında hadisə yerində olmuş və qəzanı görmüşdür. Şahid3 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, avtomobili üzü Bərdə istiqamətində yolun kənarında sarı xətdən 20-30 sm kənarda saxlamış və avtomobildə tək olmuşdur. Təcili Tibbi Yardım avtomobili onun idarə etdiyi avtomobilin arxasında, üzü Ağcabədi istiqamətində dayanmışdır. Dolu oksigen balonları avtomobilin arxa hissəsindən yerə boşaldılmışdır, boş oksigen balonları isə avtomobilin sol tərəfindən yükləniləcəkmiş. Özü də yüklərin boşaldılmasına kömək etmişdir. Qəza vaxtı artıq onun avtomobilindəki dolu oksigen balonları təcili yardım avtomobilinə yerləşdirilmiş, lakin boş balonlar onun idarə etdiyi avtomobilə yüklənməmişdir. Təhlükəsizliyi təmin etmək üçün hansısa tədbir görməmişdir. Yalnız təcili yardım avtomobilinin sayrışan işıqları və qəza işıqları yanılı vəziyyətdə olmuşdur. Yola xəbərdaredici nişan yerləşdirməmişdir. Sürücü nişan olmasa da, ambulansın işıqlarını görə bilərdi. Qəza anında zərərçəkmiş şəxslər yolda dayanmış, lakin işləməmişlər, siqaret çəkirmişlər. Həmin fəhlələrə hər hansı xəbərdarlıq etməmiş, təcili yardım avtomobilinin sürücüsünün isə xəbərdarlıq etdiyini xatırlamadığını bildirmişdir. Qəza saat 19-20 radələrində baş vermişdir. Həmin vaxt yolda avtomobillərin sıx hərəkəti olmamışdır. Qəza vaxtı hava şəraiti yağıntılı, yer isə yaş olmamışdır. Qəza anında yolda oksigen balonları olmamış, təqsirləndirilən şəxsin avtomobili onun idarə etdiyi avtomobillə toqquşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, zərərçəkmiş şəxsin hüquqi varisi Seymur Kərimovu tanıyır, onlarla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Rəfael Kərimov onunla qonşuluqda yaşamış, münasibətləri yaxşı olmuşdur. 15 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Əvvəllər həmin xəstəxanada işləmişdir. Orada ağaclar əkdiyindən arada ağaclara qulluq etməyə oraya getmişdir. Xəstəxanada olarkən X15 də oraya gəlmişlər. Elşəni əvvəllər tanısa da, yaxın münasibəti olmamışdır. Rəfael xəstəxananın işçisi olmuşdur. Rəfael ona Bərdə rayonuna oksigen balonları aparacaqlarını, onları yükləyib boşaltmağa kömək etməyi xahiş etmişdir. Xəstəxanadan boş balonları sürücü Şahid1 idarə etdiyi Təcili Tibbi Yardım avtomobilinə yükləyib yola çıxmışlar. Həmin avtomobillə hərəkət edərkən “Mercedes-Benz Atego” markalı avtomobilin yol kənarında dayandığını görmüşlər. Vaqif də avtomobili yolun əks tərəfində yol çiynində saxlamışdır. Həmin yük avtomobilinin sürücüsü yük yerinin sol yan tərəfdən “palatkanı” açmış, əvvəlcə dolu balonları avtomobildən asfalt hissəyə boşaltmışlar. Yük avtomobilinin arxasında sürücü ilə birlikdə balonları vermiş, Rəfaellə Elşən isə aşağıdan alırmışlar. Dolu balonları boşaldandan sonra Vaqifin avtomobilində olan boş balonları yenidən “Atego”ya yükləməyə başlamışlar. Boş balonları “Atego” markalı avtomobilə yandan, yəni yol tərəfdən yükləyirmişlər. Bu zaman Ağcabədi rayonu istiqamətindən gələn avtomobil Rəfaellə Elşəni vurmuşdur. Avtomobildə olduğu zaman yoldan keçən avtomobilləri görüb-görmədiyini, zərərçəkmiş şəxslərin qəza anında yolun hərəkət hissəsində olub-olmadıqlarını xatırlamır. Təcili Tibbi Yardım avtomobilinin sayrışan işıqlarının yanıb-yanmadığına fikir verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində Şahid9 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, “Mercedes-Benz Atego” markalı avtomobilin sol təkəri yolun kənarında sarı xəttin üzərində dayanmışdır. Oksigen balonlarını yola tərəf düşürdüklərindən, həmin balonları yolun kənarına çəkməklə məşğul olmuşdur. Sonuncu balonu kənara çəkəndən qısa müddət sonra qəza baş vermişdir. Təcili yardım və yük avtomobillərinin uzaq məsafə işıqları yanmamış, qəza işıqları yanılı olmuşdur. Hadisə vaxtı hava çiskin olmuş, lakin yer yaş olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Bəxtiyar oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Hadisə vaxtı “Mercedes-Benz Actros” markalı, “**-TN-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Hadisə baş verən gün, yəni, 15 yanvar 2024-cü il tarixdə idarə etdiyi avtomobilin qoşqusuna on dörd ton tikinti materialı yükləyib Zəngilan rayonuna aparmaq üçün yola düşmüş, saat 19:30 radələrində stansiya Mingəçevir-Bəhrəmtəpə yolu ilə Beyləqan rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində sol hərəkət zolağının yol çiynində qəza işıqlarını yandırmış yük və təcili yardım avtomobillərinin dayandığını görmüşdür. Yolun sağ zolağı ilə hərəkətini davam etdirərək, həmin avtomobillərə çatan zaman əks istiqamətdə hərəkətdə olan “Vaz-21063” markalı avtomobilin ona tərəf gəldiyini görmüş, siqnal verərək idarə etdiyi avtomobili sağ tərəfə qaçırtmışdır. Bu zaman qarşıdan gələn avtomobil onun idarə etdiyi avtomobilin sol tərəfinə dəyərək bir qədər getdikdən sonra dayanmışdır. Avtomobili yolun sağ hərəkət hissəsinin yol çiynində saxlamış və nə baş verdiyini aydınlaşdırmaq üçün avtomobildən düşəndə “Vaz- 21063” markalı avtomobilin iki nəfər piyadanı vurduğunu, sonra isə onun avtomobilinin sol arxa təkərinə çırpıldığı məlum olmuşdur. Həmin adamların vurulduğunu əvvəldən görməmişdir. Vurulan şəxslərdən birini yolun əks istiqamətində dayanmış avtomobilin yanında görmüş, digərinin isə bir qədər irəlidə olduğunu, avtomobilin həmin adamı vurub o tərəfə atdığını demişlər. Hadisə yerində xəbərdaredici nişan görməmişdir. Yol kənarında dayanmış avtomobillərin qəza işıqları yanılı olmuş, uzaq məsafə işıqlarının yanılı olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, aralarında qohumluq əlaqəsi, ədavət və ya düşmənçilik olmamışdır. Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavinidir. Yol-nəqliyyat hadisəsini görməmişdir. 15 yanvar 2024-cü il tarixdə axşam saatlarında evində olarkən xəstəxananın oksigen balonlarına məsul şəxsi ona zəng vuraraq Ağcabədi yolunda qəza baş verdiyini, bir nəfər xəstəxana işçisi, bir nəfər də başqa şəxsi oksigen balonlarını boşaldarkən avtomobil vurduğunu bildirmişdir. Həmin şəxsi tanımamışdır. Hadisə barədə məlumat aldıqdan sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına getmiş, orada qəzaya düşmüş Elşən Abdullayevin dünyasını dəyişdiyini eşitmiş, Rəfael Kərimov isə müalicə olunması üçün Gəncə şəhərinə aparılıb, özəl xəstəxanaya yerləşdirilmişdir. Həmin əməkdaşın müalicəsi üçün xəstəxana ödəniş istədiyindən 1.000 (bir min) manat da o köməklik etmişdir. Rəfael xəstəxanada olarkən bir dəfə onun yanına getmişdir. X23 rayonuna gətirilmiş və bir müddətdən sonra onun vəfat etdiyini eşitmişdir. Rəfael Tərtər Rayon Mərkəzi Xəstəxanasında bağban işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi yoxdur. Seyfəddin, Şahid6 və qardaşı Şahid5la birlikdə Laçın rayonunun Sus kəndində fərdi evlərin tikintisində işləmişlər. Hadisə baş verən gün avtomobildə dörd nəfər olmuşlar, qabaq oturacaqda sürücünün yanında oturmuşdur. Qəza baş verən zaman axşam saatları və hava çiskin olmuşdur. Üzərlərinə qarşıdakı avtomobilin uzaq işıqları düşmüş, üstlərinə avtomobil gəldiyini düşünmüşlər. Seyfəddinə bu barədə demişdir. İçərisində olduqları avtomobil yüksək sürətlə hərəkət etməmişdir. Qarşıdan düşən işığı keçən kimi qarşılarına iki nəfər şəxsin çıxdığını görmüşlər. Bu anda yolun əks istiqamətindən “Tır” avtomobili gəlirmiş. Qəzadan yayına bilməmişlər və Seyfəddin avtomobili sola çəkəndə qarşıdan gələn yük avtomobili ilə də toqquşmuşdur. Şahid5 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, qarşıdakı avtomobilin işığı qəza yerinə 50-60 metr qalmışdan onların gözünə düşmüşdür. Yolun kənarında dayanmış yük avtomobilinin təkəri sarı xətdən kənarda, yolun hərəkət hissəsində olmuş, yola heç bir xəbərdaredici nişan qoyulmamış, heç bir qəza işıqları yanmamış, yalnız uzaqvuran işıqlar yanılı olmuşdur. Asfaltın üzərində oksigen balonları olmamışdır. Seyfəddinin əvəzinə o olsaydı, qəzanın nəticələri daha ağır olardı, sürücü ustalıqla avtomobildəki şəxsləri xilas etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi Yolnəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 19:30 radələrində stansiyası Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 82-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 vurmuş, daha sonra əks istiqamətdə hərəkətdə olan Şahid2 Bəxtiyar oğlunun idarə etdiyi “Mercedes-Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə çırpılmış, nəticədə X16 Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və həmin tarixdə sonuncu həyatını itirmişdir (iş vərəqi 05). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli protokolu, ona əlavə edilmiş sxem və fotocədvəllərdən görünür ki, hadisə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən 82-ci kilometrliyində baş vermişdir (iş vərəqi 06-14). Nəqliyyat vasitəsinin BD110555 nömrəli qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİ 751437 nömrəli etibarnamənin surətlərindən görünür ki, “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X11 tərəfindən Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2024-cü ilədək etibar edilmişdir (iş vərəqi 15-16). Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkaqol qəbulu aşkarlanmamış və o, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur (iş vərəqi 24). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 66). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək BD 214099 saylı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur (iş vərəqi 68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 01 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədənində aşkar edilmiş xəsarətlər- baş beyin sağ yarımkürəsi üzərinə yayılmış qansızma, sağ təpə və ənsə sümüklərinin xətti sınığı, sağ bud sümüyünün orta üçdə birinin qapalı sınığı, sol baldır sümüklərinin yuxarı üçdə birinin qapalı sınığı, başın sağ təpə nahiyəsində əzilmiş yara, sol üst göz qapağında qançır, sağ iç topuqda səthi əzilmiş yara, sağ budun arxa səthində qançır, sağ əlin arxa səthində sıyrıqlar həyati olmaqla bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 15 yanvar 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Elşən Abdullayevin ölümünə bilvasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş skelet sümüklərinin (sağ təpə-ənsə sümükləri, sağ bud və baldır sümüklərinin sınığı) çoxsaylı sınıqları və baş beyinə yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, Elşən Abdullayevin ölümü meyitin məhkəmətibbi müayinəsindən 8-10 saat əvvəl, yəni, 15 yanvar 2024-cü il tarixdə baş vermişdir. Elşən Abdullayevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında 0.6 promilli etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğa uyğun gəlir (284/k saylı, 25 yanvar 2024-cü il tarixli məhkəmə-kimyəvi akt) (iş vərəqi 69-72). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir (iş vərəqi 101). Zərərçəkmiş şəxsin hüquqi varisi X7 Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur (iş vərəqi 114). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 07 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X6 adına Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 001272 saylı xəstəlik tarixində yazılanlardan görünür ki, xəstə Rəfael Kərimov xx.xx.2024-cü tarixdə avtoqəza nəticəsində xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə daxil olmuş və kəllə travması dioqnozu ilə xx.xx.2024-cü il tarixdə ixtisaslaşmış digər xəstəxanaya göndərilmişdir. Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasında tərtib edilmiş ******* saylı xəstəlik tarixində yazılanlardan görünür ki, xəstə Rəfael Kərimov xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuş və kəllədaxili travma dioqnozu ilə xx.xx.2024-cü il tarixdə evə yazılmışdır. Onun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər- baş beyin sağ və sol yarımkürəsinin üzərində yayılmış qansızmalar həyati olmaqla bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 15 yanvar 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə qeyd olunan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Rəfael Kərimovun ölümünə bilvasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, Rəfael Kərimovun ölümü 24 fevral 2024-cü il tarixdə baş vermişdir (iş vərəqi 121- 130). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/857 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes-Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Mercedes-Benz Atego” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Qaz-32214” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən olunmuşdur (iş vərəqi 131- 135). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı və qəbzlərindən görünür ki, “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes-Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və qanuni sahiblərinə qaytarılmışlar (iş vərəqi 143-145). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-28/2-910/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında deyildir (iş vərəqi 150). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 162-163). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 262 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və o, bu barədə iltizam imzalamışdır (iş vərəqi 179-180). Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Darğalar kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı, oğlu, gəlini, nəvələrindən ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 183-184). Baş İstintaq və Təhqiqat İdarəsi Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 185-194). Zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və X7 məhkəməyə təqdim etdikləri müvafiq olaraq 18 iyul və 12 sentyabr 2024-cü il tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və ya tələbləri, mülki iddiaları yoxdur, məhkəmədən ona yüngül və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edirlər. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 10 (on) iş saatı həcmində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmiş, sonuncu tərəfindən cinayət prosesi iştirakçılarına suallar verilmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, o, həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx.xx.1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/857 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X12 və X6 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemi, fotocədvəllər, məhkəmə-tibbi ekspertizasının 1 və 7 nömrəli, 29 yanvar, 06 mart 2024-cü il tarixli rəyləri, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/857 nömrəli, 18 aprel 2024-cü il tarixli rəyi, iş üzrə maddi sübut və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, onlara maddi yardım göstərməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddialarının olmamasını, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır (21-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddənin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarının 22 və 23-cü bəndləri). Məhkəmə, hökmün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözü gedən Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, o, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquq varisləri Seymur Kərimov və Elgiz Abdullayevə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Cinayət işi üzrə maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Vaz-21063 markalı”, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes-Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə istintaqı mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs edildiyi, yəni 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarları və Cinayət- Prosessual Məcəlləsinin müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına köçürülüb həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin hüquqi varisləri X18 və X4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan “Vaz-21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes-Benz Actros yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-586/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-586/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver