Məhkəmə qərarları › İş №1(099)-589/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-589/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-589/2022 14.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən cinayətkar qrupun İİR vətəndaşı olan digər üzvü və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 7109,693 qram narkotik vasitə heroini, 28,754 qram çəkidə narkotik vasitə həşiş qətranını, külli miqdarda 310,096 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram olan 190 ədəd narkotik vasitə olan metadon həbini Masallı rayonunun girişində olan körpünün yanındakı 58 nömrəli yol hərəkəti nişanının altında bir ədəd qara rəngli sellofana bükülmüş qutuya yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra İİR vətəndaşı olan cinayətkar qrupun digər üzvünün və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək məqsədi ilə həmin kütlələri götürmək üçün 2 iyun 2022-ci il tarixdə günorta saatlarında göndərilən narkotiklərdən məlumatı olan tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Masallı rayonuna yollanmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan qutunu qoyulduğu yerdən - Masallı rayonunun girişində olan körpünün yanındakı 58 nömrəli yol hərəkəti nişanının altından götürdükdən sonra qeyd edilən çəkidə metamfetaminin külli miqdarda - 9,810 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 üzərində, heroinin külli miqdarda -14,693 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan külli miqdarda 7095,0 qram olan heroini, külli miqdarda 300,286 qram çəkidə metamfetamini, 28,754 qram çəkidə həşiş qətranını və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram olan 190 ədəd narkotik vasitə metadon həblərini Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobilinin salonunun arxa oturacağına daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 02 iyun 2022-ci il tarixdə saat 22:30-da Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin 11-ci YPX tağımı postunun yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşında saxlanılaraq həmin postun həyətində avtomaşına baxış keçirilən zaman avtomobilin salonunun arxa oturacağının üstündən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş karton qutunun içərisindən üç ədəd sellofan bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 2525,0 qr, 2505,0 qr və 2065,0 qram olmaqla ümumi çəkisi 7095,0 qram olan narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda 300,286 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə 28,754 qram çəkidə narkotik vasitə həşiş qətranı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram olan 19 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 190 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə külli miqdarda 9,810 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02.50 radələrində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə külli miqdarda 14,693 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında, 2019-cu ildən İİR-də tanış olduğu iranlı Peyman adlı şəxslə «Vatsap» ilə əlaqə saxlamışdır. Söhbət əsnasında Peymana maddi vəziyyətinin ağır olduğunu, dolana bilmədiyini demişdir. Peyman da ondan pul qazanmaq istədiyini soruşmuş, ona maddi imkanı zəif olduğu üçün pul qazanmaq istədiyini bildirmişdir. Bundan sonra iranlı Peyman ona narkotik göndərəcəyini, həmin narkotiki Bakı şəhərində onun dediyi ünvana qoyacağı və çatdıracağı təqdirdə ona 2000 manat pul verəcəyini bildirmişdir. Maddi vəziyyəti pis olduğu üçün Peymanın təklifi ilə razılaşmışdır. Sonra Peyman ona əlavə məlumat verəcəyini demişdir. 02 iyun 2022-ci il tarixdə iranlı Peyman «Vatsap»la ona zəng edərək narkotik vasitə olan qutunu Lənkəran-Masallı yolunun 58-ci kilometrliyində, yəni 58 nömrəli yol hərəkəti nişanının altına qoyduğunu və həmin qutunu götürməyini bildirmiş, o, da həmin narkotik vasitəni götürməyə razılıq vermişdir. Bundan sonra Biləcəri qəsəbəsində yaşayan tanışı taksi sürücüsü olan Hüseynlə görüşmüş, ona Masallı rayonunda bir qutu var onu götürüb Bakı şəhərinə aparmaq lazım olduğunu və bunun qarşılığında Hüseynə 200 manat verəcəyini demişdir. Hüseyn onun təklifi ilə razılaşmışdır. Onlar 2 iyun 2022-ci il tarixdə günorta saatlarında Hüseynin idarə etdiyi «Hyundai» markalı maşınla Bakıdan çıxmışlar, yolda Hüseynə narkotik dalınca getmələrini demişdir. Hüseyn qutuda narkotik olduğunu öyrəndikdən sonra o, Hüseynə 500 manat təklif etmiş, Hüseyn onunla razılaşmışdır. Bir neçə saatdan sonra Peymanın dediyi narkotiklərin qoyulduğu Masallı rayonuna gəlib 58 nömrəli yol hərəkəti nişanının altından içərisində narkotik olan qara rəngli qutunu götürüb maşının arxa oturacağına qoymuşlar. Qutuda olan heroinin bir qədərini Hüseynə verdi ki, istifadə etsin. Özü də qutudan öz istifadəsi üçün metamfetamin götürüb cibinə qoymuşdur. Peyman adlı şəxs ona qutuda hansı növ narkotik olduğunu deməmişdir. Narkotiki götürüb Bakıya yola düşmüşlər. Masallı rayonun ərazisində olan Yol Patrul Xidmətinin postunda Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Maşina baxış keçirilmiş və arxa oturcaqda Peymanın göndərdiyi qara rəngli qutuda külli miqdarda heroin, metamfetamin, həşiş qətranı, çoxlu sayda metadon həbləri aşkar edilmiş və elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun iranlı «Peyman»la danışqlarından və sonuncunun ona narkotik vasitələr göndərəcəyindən, həmin narkotiki Bakı şəhərinə aparıb Peymanın dediyi yerə qoyacaqları barədə əvvəlcədən məlumatı olmuşdur. Saxlanılarkən cibində aşkar olunun metamfetamin ona məxsusdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində «Hyundai» markalı maşınla taksi fəaliyyəti ilə məşğuldur. 02 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Biləcəri qəsəbəsində taksilər dayanan yerdə olduğu zaman tanışı Mais ona yaxınlaşıb Masallı rayonuna getməli olduğunu, orada işini həll etdikdən sonra Bakı şəhərinə qayıdacağını və bunun qarşılığında ona 200 manat verəcəyini demişdir. O, da Maislə razılaşmışdır. Mais ona Masallı rayonuna narkotik götürməyə getdiyini deməmişdir. Bakı şəhərindən çıxıb Maisin dediyi yerə - Masallı rayonuna gəlmişlər, Lənkəran-Masallı yolunun 58 nömrəli yol hərəkəti nişanının altından içərisində qara qutunu Mais götürmüş və maşının arxa oturacağına qoyduqdan sonra həmin qutuda irandan göndərilən narkotik olduğunu öyrənmişdir. Qutuda narkotik olduğunu öyrəndikdən sonra Mais ona 500 manat təklif etmiş, o, da Maislə razılaşmışdır. Həmin gün saat 22 radələrində narkotiki götürüb Masallı rayonundan Bakı şəhəri istiqamətinə yola düşmüşlər. X2 Masallı rayonu ərazisində olan Yol Patrul Xidmətinin postunda Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Maşina baxış keçirilmiş və arxa oturacaqda qara qutuda külli miqdarda heroin, metamfetamin, həşiş qətranı və tabletka formasında metadon aşkar edlmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, Mais yalan danışır, Bakı şəhərindən çıxarkən Mais ona hər hansı bir iranlının narkotik göndərəcəyini və Masallı rayonuna narkotik dalınca getmələri barədə heçnə deməmişdir. Mais Masallı rayonunda qutunu götürən zaman həmin qutuda narkotikin olmasını ona demişdir. Narkotikin iranlı tərəfindən göndərilməsindən məlumatı olmamışdır. Heç kimə narkotik satmamışdır. Saxlanılarkən şalvarının cibində istifadəsi üçün narkotik olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək avtomobilində aşkar olunan külli miqdarda narkotiklərin məhz Peyman adında iranlı tərəfindən Maisə göndərməsindən və narkotikin Bakı şəhərində iranlının dediyi yerə qoylacağından, Maisin Peymanla telefonla danışıqlarından, buna görə Maisə iranlı tərəfindən 2000 manat pul veriləcəyindən əvvəlcədən məlumatının olduğunu, bu işdə özünün də maddi marağının olduğunu, 500 manat qazanacağını, qutunu götürdükdən sonra Mais ona istifadəsi üçün bir büküm heroin verdiyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunm uş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, X3 Əliquliyev və Təqsirləndirilən şəxs1 Masallı rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmələri, üzərində gəzdirmələri və satmaları barədə daxil olmuş məlumat əsasında 02 iyun 2022-ci il tarixdə saat 22 radələrində Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin postunun yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai» markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşın saxlanılmış, maşında adını sonradan bildiyi Mais də olmuşdur. Həmin yerdə video çəkilişdən istifadə edilməklə maşına baxış keçirilmişdir. Baxış aparılmamışdan əvvəl Mais bildirmişdir ki, gəldikləri maşında narkotik var, onun üçün irandan göndərilmişdir. Hüseyn adlı sürücü özündə olan açarla maşının qaplarını açmış və Mais salonda arxa oturacağın üstündən qara rəngli selofan torbaya bükülmüş karton qutunu götürüb təqdim etmişdir. Qutunun yan tərəfinə yapışdırılmış ağ rəngli kağızın üzərində «Peyi, meyi, 2 pati, 5 torpağ, 1 ot» sözləri yazılmışdır. Mais şifahi sorğu zamanı bildirmişdir ki, Peyman adlı İranlı tərəfindən həmin qutu onun üçün göndərilmişdir, Astara-Ələt avtomobil yolunun Bakı istiqamətində 58-ci kilometrliyində lövhəciyin yanından götürmüş, sürücü Hüseynə də bu barədə demiş, sonra Bakı şəhərində «Peyman»ın dediyi yerə qoyacaqmışlar və bunun muqabilində kart vasitəsi ilə İranlı onun üçün 2000 manat pul göndərəcəkmiş, həmin puldan 500 manat Hüseynə verəcəyini demişdir. Sonra qutunun içərisində cəmi 7,215 kq heroin, 320 qr metamfetamin, 32,15 qram həşiş qətranı və 190 ədəd metadon həbləri aşkar olunmuşdur. Maşında qeyd olunan kütlələrdən və tabletlərdən başqa digər bir qanunsuz əşya və narkotik maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Mais əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə özünə məxsus metamfetamin aşkar edilmişdir. O, metamfetamini Biləcəri qəsəbəsində «Görüş» kafesinin qarşısında tanımadığı yaşlı bir kişidən özü qəbul etmək üçün 200 manata almışdır. Heç kimə narkotik satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. O, şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə heroini çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və bildirmişdir ki, narkotik özünə məxsusdur, Yasamalda «Günəş petrol»un yanında tanımadığı bir şəxsdən özü qəbul etmək üçün 200 manata almışdır, həmin heroindən qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisinə baxdıqda heroinə bənzər kütlə aşkar edilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli, fiziki-kimyəvi və bioloji ekspertizasının 19/660 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 9,810 qram olan ağ rəngli kristall şəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 14,693 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi Hyundai minik markalı **-UR-*** qeydiyyat nömrəli avtomaşından 03 büküm heroinə bənzər kütlələr, 1 büküm metamfetaminə bənzər kütlə, 1 büküm həşişə bənzər kütlə və 19 listdə metadon həbinə bənzər həblər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bağlamadakı, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2525,0 qr: - 2505,0 qr: - 2065,0 qram, ümumi təmiz çəkisi: - 7095,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd bükümdə təmiz çəkisi: - 300,286 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi: - 28,754 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranıdır və 19 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 190 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 7,6 qramdır( bir həbdə 0,04 qram) Tədqiqata təqdim edilmiş, üzərilərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” və “Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi Hyundai minik markalı **-UR-*** qeydiyyat nömrəli avtomaşından 03 büküm heroinə bənzər kütlələr, 1 büküm metamfetaminə bənzər kütlə, 1 büküm həşişə bənzər kütlə və 19 ədəd listdə metadon həbinə bənzər həblər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki və 1 ədəd bağlamadakı metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomaşından aşkar olunaraq götürülmüş 4 büküm ümumi təmiz çəkisi: - 7109,693 qram olan heroinlər kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: -Metamfetaminin ümumi təmiz çəkisi – 9,810 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq-9,76 qr (1№-li ob). -Metamfetaminin ümumi təmiz çəkisi – 300,286 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 300,236 qr (6№-li ob). -Heroinin ümumi təmiz çəkisi – 7109,693 qr, tədqiqata sərf edildi - 0,2 qr ( hər ob 0,05 qr), qalıq – 7109,493 qr (2,3-5 №-li ob). -Həşiş qətranının ümumi təmiz çəkisi – 28,754 qr, tədqiqata sərf edildi – 0,02 qr, qalıq – 28,734 qr (7№-li ob). Metadon həb – 190 ədəd, tədqiqata sərf edildi – 9 ədəd, qalıq – 181 ədəd. Məhkəmədə tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli 4061 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Məhkəmədə tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli 4063 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, öz deməsinə görə uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Həmçinin arabir psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsi tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 2 iyun 2022-ci il tarixli «axtarış və götürmə», «şəxsi axtarış və götürmə» aparılması haqqında protokollardan görünür ki, 02 iyun 2022-ci il tarixdə 22:30da Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin 11-ci YPX taqımı postunun yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq həmin yerdə “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomobilin arxa oturacağının üstündən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş karton qutunun içərisindən üç ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd sellofan bükümdə narkotik vasitə həşiş qətranına bənzər və 190 ədəd narkotik vasitə metadon həblərinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. -Əməliyyat axtarış tədbirinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. -Əməliyyat axtarış tədbirinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02:50-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və hər biri ayrı-ayrılıqda diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasını özündə əks etdirən 3 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli qərarla həmin cinayət işindən mənbə xüsusatı ilə bağlı ayrıca icrata cinayət işi ayrılmışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Peyman” adlı İİR vətəndaşının şəxsiyyəti, olduğu yer və Azərbaycan Respublikasındakı əlaqələrini müəyyən etmək mümkün olmamışdır. “Peyman” adlı şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin İİR-dən Azərbaycan Respublikaslnln ərazisinə gətizdirərək daşınması, satışı və qəbulu ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyəti, onların bu cinayətdə iştirakı və rolu müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarında 6 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9,76 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 300,236 qram çəkidə psixotrop maddə metamfetamin, 7109,493 qram çəkidə narkotik vasitə heroin, 28,734 qram çəkidə narkotik vasitə həşiş qətranı və 181 ədəd narkotik vasitə metadon həbi iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Masallı rayonuna narkotik dalınca getməsindən, narkotikin İrandan göndərilməsindən əvvəlcədən məlumatının olmaması, yalnız Masallı rayonuna çatdıqdan sonra Maisin ona narkotik dalınca gəlmələrinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı başlandığı ilk gündən ibtidai araşdırmanın və məhkəmə baxışının sonunadak dəfərlərə ifadələrində Təqsirləndirilən şəxs1 avtomobildə aşkar olunan narkotikin Peyman tərəfindən göndərilməsindən məlumatının olduğunu, Təqsirləndirilən şəxs1 məhz bu məqsədlə qazanc əldə etmək üçün idarə etdiyi avtmobillə Masallı rayonuna yollandığını göstərmişdir. Bu xüsusat məhkəmə istintaqı zamanı tədqiq olunmuş bağlamlara baxış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs1 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin izahat və ifadələrində müdafiəçisinin iştirakı verdiyi ifadələrində iranlı Peymanın Maisə narkotik göndərəcəyindən məlumatının olduğunu etiraf etmişdir. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs1 narkotik dalınca Masallı rayonun getməsinə dair məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, metadon və həşiş qətranı narkotik vasitələrdir, metamfetamin isə psixotrop maddədir. Heroinin və metmfetaminin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Həşiş qətranın 0,4 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 40 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, metaddonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 1,6 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gömrük nəzarətindən kənar gizli olaraq irandan göndərilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Masallı rayonunun girişində olan körpünün yanındakı 58 №li yol hərəkəti nişanının altından bir ədəd qara rəngli sellofana bükülmüş qutunu «Peyman» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb Bakı şəhərinə aparmaq məqsədi ilə avtomobildə qanunsuz daşımaqla saxlamaları və işin digər halları təqsirləndirilən şəxslərin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onların bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Peyman” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada qaçaqmalçılıq yolu məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitələri və psixotrop maddəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhərində başqa şəxsə çatdırmaq məqsədi ilə Masallı rayonu ərazisindən qanunsuz olaraq əldə edib daşıyarkən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq təqsirləndirilən şəxslərin qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştiraklarının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamda “Peyman” adlı şəxslə yanaşı təqsirləndirilən şəxslərin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları – cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Peyman” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Peyman” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin hərəkətləri “Peyman” ilə birgə icra etməmiş, onlar yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə Masallı rayonunun ərazisinə gələrək rayonun girişində olan körpünün yanındakı 58 №li yol hərəkəti nişanının altından içərisində narkotik vasitələr olan bir ədəd qara rəngli qutunu qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onların sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur» Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsirolunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Peyman” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Peyman” adlı şəxs təkbaşına icra etmiş, təqsirləndirilən şəxslər isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişlər. İşin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Peyman” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Mais Əliqnuliyev və Təqsirləndirilən şəxs1 qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Peyman”a kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxslərin həmin cinayətdə köməkçi olmaları “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Peymandan başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Peymana yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinə münasibətdə əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 3 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2 iyun 2022-ci il tarixdə saat 22.30-da saxlanılmışlar. 3 iyun 2022-ci ildə onlar şübhəli şəxs qismində tutulmuşlar, 4 mart 2022-ci il tarixdə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 2 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. Məhkəməyə təqdim olunmuş 025883 №li 12 mart 2002-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 müharibə veteranı olmasını, törətdiyi əməli səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, 234.4.3 maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 2 iyun 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 300,236 qram metamfetamin qalığı, 7109,493 qram heroinin qalığı, 28,734 qram həşiş qətranının qalığı və 181 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat (altmış beş) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 32 (otuz iki) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9,76 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 300,236 qram çəkidə psixotrop maddə metamfetamin, 7109,493 qram çəkidə narkotik vasitə heroin, 28,734 qram çəkidə narkotik vasitə həşiş qətranı və 181 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 03 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş manat) təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə, yəni hər birindən 32 (otuz iki) manat 50 (əlli) qəpik olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar