Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-589/2024 29.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1971-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə, Lənkəran şəhərinin “Kiçik bazar” adlanan ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa və məhkəməyə məlum olmayan mənbədən öz istifadəsi üçün, bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,355 qram olub külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 (bundan sonra - Lənkəran ŞRPŞ-nin Liman PB) əməkdaşları tərəfindən 29 fevral 2024-cü il tarixdə, saat 14:00-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən, Lənkəran ŞRPŞ-nin Liman PB-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə, saat 15:00-dan saat 15:09-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman külli miqdarda olan həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 fevral 2024-cü il tarixdə saat 12:20 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində toydan içkili vəziyyətdə çıxıb bərbərxanaya gedərkən kənd bələdiyyəsinin yanında polis əməkdaşları “pikap” markalı avtomobillə qarşısında saxlayaraq onunla görüşmüşlər. Həmin şəxslərin adlarını bilməsə də üzdən tanımışdır. Həmin polis əməkdaşları ona “rəisin qəbuluna getmək lazımdır” demiş, onlara bərbərə getdiyini və içkili olduğunu, bu səbəbdən səhər gələcəyini desə də, həmin şəxslər ona “özümüz səni yarım saatdan sonra gətirəcəyik” dediklərindən həmin şəxslərin avtomobilinə oturub bölməyə getmişdir. Liman PB-də üzərinə axtarış keçirilən zamanı üzərində heçnə aşkar edilməmişdir. Polis əməkdaşı Əzimin əlində böyük bükümün olduğunu görmüş, buna görə bükümün az olanını üzərinə götürüb videoçəkiliş zamanı təqdim etmişdir. Həmin gün saat 12:30-dan 19:30-dək onu Liman PB-də saxlamışlar, saat 19:30-da onu Lənkəran ŞRPŞ-yə gətirmişlər. Ona verilən bükümün çox olduğunu görmüş, lakin içkili olduğuna görə və sənədlərdə 2 qram yazıldığına görə sənədləri imzalamışdır. Sənədlərə imza çəkdiyi üçün özünü günahkar bilir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona fiziki təsir olunmamışdır. Üzərində narkotik vasitə olmamış, narkotik vasitəni üzərinə kapitan Əzim qoymuşdur. Narkotik vasitənin onun olmaması barədə polis əməkdaşlarına etiraz etmişdir. Saat 12:25-də polis şöbəsinə gətirilmiş, üzərinə axtarış Liman şəhərində olmuşdur. Avtomobildə deyil, polis bölməsində üzərinə baxış keçirilmiş, lakin narkotik vasitə aşkar edilməmişdir. Saxlandıqdan 3-4 saat sonra Liman şəhərində üzərinə videoçəklişlə axtarış keçirilmişdir. Narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, ancaq içki içmişdir. Ona qarşı fiziki təsir olmamışdır. İfadəsini özü imzalamış, lakin nə yazıldığını bilməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən videoçəkliş aparılmışdır. Videoçəkliş zamanı narkotik maddənin özünə aid olduğunu bildirmişdir. Ona qarşı fiziki təsir olmadığı halda hansı səbəbdən psixotrop maddənin ona aid olduğunu bildirməsinin səbəbini bilmir. İfadələrini imzaladıqdan sonra işin ağır cinayətlər məhkəməsinə qədər gələcəyini düşünmədiyindən, psixotrop maddənin ona aid olmaması və üzərinə qoyulması barədə azadlıqda olmasına rəğmən heç bir yerə şikayət etməmişdir. Heç bir polis əməkdaşı ilə qərəzli münasibəti olmamışdır. Barəsində başqa yerə getməmək haqqında iltizam seçildiyi, yəni həbs edilmədiyi halda nə istintaq müddəti ərzində, nə də ki, hazırkı məhkəmə iclasınadək heç bir yerə polis əməkdaşlarından şikayət etməmişdir. Əlilliyi yoxdur. 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmişdir. İbtidai istintaq zamanı vəkil ilə təklikdə söhbəti olmamış, vəkilin yanında ifadəsi alınmamış, vəkillə birlikdə cinayət işi ilə tanış olmamışdır. İfadəsi qeyd edilən protokolun, cinayət işi materialları ilə tanış etmə protokolunun sonunda əyazma ilə yazılan yazılar ona aidddir, həmin protokola hansı səbəbdən metafetaminin ona aid olması barədə sözlər yazmasının səbəbini izah edə bilmir, bunun günahı özündədir. Təqsirləndirilən şəxs heç bir günahı olmadığını nəzərə alıb onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 29 fevral 2024-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 01 və 02 mart 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, bədənində ağrılar olduğu üçün mütəmadi olaraq, hər gün spirtli içki qəbul edir. Lakin son 1 ildir ki, psixotrop maddə metamfetamindən də istifadə edir. Ağrıları kəskinləşdiyi üçün metamfetamin qəbul etmişdir. Əldə etdiyi psixotrop maddələri Lənkəran rayonunun müxtəlif yerlərində, əsasən “Kiçik Bazar” və “Böyük Bazar” adlanan ərazilərdə tanımadığı şəxslərdən əldə etmişdir. 29 fevral 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərinin “Kiçik Bazar” adlanan ərazisində bir nəfər tanımadığı, ad və soyadını bilmədiyi şəxsdən 20 manat verib 1 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin almış, ağrıları başlayanda istifadə etməsi üçün həmin sellofan bükümü əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Oradan evinə getmək üçün Lənkəran rayonu, Balıqçılar qəsəbəsinə gəlmiş, həmin gün, yəni 29 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində evinə doğru tək piyada hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün Liman şəhəri ərazisində yerləşən polis bölməsinə dəvət etmişlər. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları üzərində metamfetamin olduğunu bilirlər və onlara etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Polis bölməsində otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş maddə özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. Üzərində aşkar olunan həmin maddəni Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazidən almışdır. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu hədələdikləri üçün etirafedici ifadə vermişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində metamfetamin olmadığını, polislər tərəfindən hədələndiyi üçün onların verdiyi bir bükümdə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PBnin CA-üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə 29 fevral 2024-cü il tarixdə tərəfindən rəhbərliyə məruzə olunmuş, əməliyyat istintaq qrupu yaradılmış, saat 14 radələrində Təqsirləndirilən şəxs Balıqçılar qəsəbəsində piyada hərəkət edərkən saxlanılmışdır. Hərəkətin intensivliyini nəzərə alaraq Təqsirləndirilən şəxs Liman polis bölməsinə dəvət etmiş və orada üzərinə baxış keçirilmiş və baxış zamanı özü şalvarının sağ cibindən bir büküm təqdim etmiş və bükümün metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özü ilə birlikdə üç nəfər polis əməkdaşının iştirakı ilə saxlamışdır. Əməliyyat məlumatı narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı olmuş, Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra Liman PB-yə gətirmişlər, sonuncu psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanlar çox olduğundan üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni üzərinə polis əməkdaşı Əzimin qoymasını bildirməsinin səbəbini bilmir, lakin onu bildirmək istəyir ki, əməliyyat məlumatı onda olmuş və sənədləşməni özü etmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə 13:45-də aparmış və saat 14:00-da üzərinə axtarış keçirmişdir, müdafiəçi bölmədə olduğu üçün polis bölməsinə gətirilən kimi üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saat 13:50 yaxud 14:00-da tutmuşlar, çox şəxsləri tutduqlarından hər birinin saxlanılma vaxtını yadında saxlaya bilməz. Təqsirləndirilən şəxs üzərinə heç kim psixotrop maddə qoymamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən psixotrop maddəni “Kiçik bazar”dan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotiki aldığı şəxs barəsində tədbir davam etdirilir, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəri Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, Eldar psixotrop maddəni istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Saat 14 radələrində Təqsirləndirilən şəxs Balıqçılar qəsəbəsində saxlamışlar. Balıqçılar qəsəbəsindən polis bölməsinə kimi 10 dəqiqəlik yol vardır. Eldar Bölməyə gətirildikdən təxminən 1 saat sonra üzərində şəxsi axtarış keçirlimişdir. Müdafiəçinin gəlməsi 30 dəqiqə çəkmişdir. Vəkilə kimin zəng etdiyni bilmir. Əməliyyatda o, Şahid2 və Şahid1 iştirak etmiş, polis əməkdaşı Əzim əməliyyatda olmamışdır. Təqsirləndirilən şəxs nəyə görə üzərinə psixotrop maddənin polis əməkdaşı Əzim tərəfindən qoyulduğunu deməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs saat 12:30-da deyil, saat 14 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə heç kim narkotik qoymamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin qəbulu, üzərində saxlaması və daşıması ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 29 fevral 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 bükümdəki metamfetaminlə bağlı hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (i.v. 04-07; 29-31) - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) - “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 fevral 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş büküm təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (i.v. 29-31) - məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli, 19/199 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,355 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (i.v.43-45) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 53-54) - 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, sonuncu Lənkəran MSY-dən dərhal azad edilmişdir. (i.v. 66-69) - 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 2,255 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, Lənkəran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 84) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 235 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. (i.v. 92- 93) - Ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli, 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olmuş, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 95) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində metamfetamin olmadığını, polislər tərəfindən daha böyük bükümdə narkotiki üzərinə götürməsi ilə bağlı təkliflərlə hədələnildiyi üçün onların verdiyi bir bükümdə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi barədə ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində 29 fevral 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərinin “Kiçik Bazar” adlanan ərazisində bir nəfər tanımadığı şəxsdən metamfetamin alıb istifadə etmək üçün üzərində saxladığını, həmin metamfetaminin isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Lənkəran rayonu ərazisindən psixotrop maddə əldə etdiyini göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm metamfetaminin aşkar edilməsi ilə bağlı hər hansı hala etiraz etməmiş, onunla şifahi sorğu zamanı psixotrop maddənin ona məxsus olmasını, Lənkəran rayonunda “Kiçik Bazar” deyilən ərazidə tanımadığı adamdan şəxsi istifadəsi məqsədi ilə aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 01 mart 2024-cü il tarixli, 09/199 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan psixotrop maddə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. İbtidai istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs “şübhəli şəxs qismində dindirilməs haqqında” xx.xx.2024-cü il tarixli, “təqsirləndirilən şəxs qismində dindirilmə haqqında” xx.xx.2024-cü il tarixli protokolların sonunda Təqsirləndirilən şəxs əlyazama ilə kiril qrafikası ilə “ İfadəm sözlərimlə yazıldı, mənə oxundu, doğrudur. Bir daha bildirirəm ki, üzərimdə aşkar edilmiş metamfetamin mənə məxsusdur, öz istifadəm üçün əldə etmişəm, əməlimdən peşmanam, başqa əlavəm yoxdur” cümləsini yazmış və imzalamışdır. Bundan əlavə “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə barəsində olan cinayət işi materialları ilə tanış olmuş və protokolun sonunda Təqsirləndirilən şəxs əlyazama ilə kiril qrafikası ilə “ mənə elan olunmuş ittiham üzrə özümü təqsirli bilirəm. Üzərimdə aşkar edilmiş metamfetamin mənə məxsusdur, istifadə etmək məqsədi ilə əldə etmişəm. İş üzrə heç bir vəsatətim yoxdur. İşin baxılması üçün məhkəməyə göndərilməsinə etiraz etmirəm ” cümləsini yazmış və imzalamışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. - bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - polis əməkdaşları tərəfindən daha böyük çəkidə psixotrop maddə üzərinə qoyulması ilə hədələndiyi üçün həmin psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalması və hədələnməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir hədə və fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, onun hər hansı üsulla aldadılmadığını bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq işinin daha ağır olması hədəsi ilə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu gəlinməsi nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 01 mart 2024-cü il tarixli 19/199 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 219 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v 78) - Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi atası, anası, həyat yoldaşı və yetkinlik yaşına çatmış 2 övladından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 98-99) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini, İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, həmçinin Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, müəyyən edib təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 155.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzasının əvvəli həbs edildiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 219 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,255 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 29 iyul 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,255 qram metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə və təqsirləndirilən şəxs qismində dindrilməsi istintaq hərəkətləri protokoillarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-589/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-589/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver