Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-59/2023 10.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirili bilinib 08 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Biləsuvar Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə 04 ay müddətində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, Salyan rayonu Yolüstü kəndində yaşayan, barəsində Biləsuvar Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə 04 ay müddətində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Aslan» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı- Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda narkotik vasitə heroini əldə etmək məqsədilə yaşadığı Salyan rayonundan Cəlilabad rayonuna getməkdən ötrü cinayətdən xəbərsiz olan dayısı oğlu Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində cəza çəkmiş adını çəkmədiyi bir nəfər tanışı ilə Biləsuvar rayonunda görüşəcəyinə onu inandıraraq yol yoldaşı kimi onunla gəlməsini xahiş etməklə, 08 avqust 2022-ci ildə saat 20 radələrində Təqsirləndirilən şəxs2la tanımadığı taksi vasitəsi ilə Biləsuvar rayonunu ərzisində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına gəlməsinə nail olmuş, orada sonuncuya həmin yanacaq doldurma məntəqəsində gözləməsi, dostu ilə görüşüb bir neçə dəqiqəyə geri qayıdacağını bildirərək oradan uzaqlaşıb Biləsuvar rayonu, «Çaylı- Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının yanına gələrək həmin nişanın altında gizlədilmiş külli miqdarda, yəni 249,669 qram narkotik vasitə heroini (bundan sonra- heroin) qanunsuz olaraq əldə edib üzərində saxlamış, bundan sonra Təqsirləndirilən şəxs2 yanına qayıdaraq dostunun hələ gəlmədiyini bildirib həmin ərazidə piyada hərəkətdə olarkən Rafail Əhmədovun narkotik vasitələrin dövriyəsi barədə əməliyyat məlumatı almış Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 və Rafail Əhmədov piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən külli miqdarda, yəni 249,669 qram çəkidə heroin bir ədəd sellofan bağlamanın içərisində olmaqla aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisiddir. Saxlanılmamışdan bir müddət əvvəl tanış olduğu “Aslan” adlı tanımadığı iranlı bir şəxs iran nömrəsi ilə ona “WhatsApp” vasitəsi ilə zəng edərək narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, o, da narkotik vasitə istifadəçisi olduğunu, lakin pulunun olmadığını bildirmişdir. Həmin şəxs Biləsuvar rayonu ərazisində ona 10 qrama yaxın heroin göndərdiyini demiş, və həmin yerdən götürə biləcəyini bildirmişdir. Narkotik istifadəçisi olmaqla və ağrıları olduğundan həmin şəxsə inanmış, onun dediyi yerə getməyə qərar vermiş, buna görə də dayısı oğlu Rövşənə zəng edib Biləsuvar rayonunda dostu ilə görüşəcəyini deyib, həmin rayonu tanımadığı üçün onunla birlikdə həmin yerə getməsini xahiş etmiş, Rövşən də heç bir işinin olmadığını deyib onunla razılaşmış, Biləsuvar rayonuna tanımadıqları taksi vasitəsi ilə gəlib rayondakı “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 onu gözləməsini dediyindən sonuncu həmin yerdə çayxanada oturub çay içmiş, o, isə ərazidən bir qədər uzaqlaşmış, ona məlumat verilən yerə getdikdə orada hər hansı narkotik vasitə tapmamış və Rövşənin yanına geri qayıdarkən ağ rəngli NİVA markalı avtomaşın yanında saxlamış, maşının içində bir neçə şəxs onu, az sonra isə Rövşəni saxlayıb Biləsuvar RPŞ-yə aparmışlar. Həmin şöbədə polis əməkdaşları ona qarşı çox pis formada fiziki təzyiqlər edib, onu alçaldaraq bir bükümdə verdikləri kütləni ona məxsus olmasını etiraf etməsini istəmişlər və o, da təzyiqlərə dözməyərək həmin narkotik vasitəni cibinə qoyaraq özünə məxsus olmasını bildirmiş və etirafedici ifadələr vermişdir. Ona Akif və Eldəniz adlı polis əməkdşaları üzrinə götürməsi üçün narkotik vasitə vermişlər. Lakin o, həmin ərazidən hər hansı narkotik vasitə götürməmiş, narkotik vasitə qəbul etsə də həmin maddələrin satışı ilə məşğul olmamışdır. Onunla birlikdə gələn Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən məlumatı olmamışdır. Bütün bu halları, həmçinin hər hansı narkotik vasitə götürmədiyini, narkotik vasitələrin satışı ilə bağlı cinayəti ümumiyyətlə törətmədiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 08 və 10 iyul 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə edir, daha çox nəşə deyilən narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Lakin Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 3 ay əvvəl heroin istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 dayısı oğludur, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşamış, sonuncunun narkotik vasitə istifadə etməsini görməmiş və bundan heç bir məlumatı yoxdur. 2022-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində tanımadığı bir şəxs ona mesaj yazaraq İran İslam Respublikasından yaşamasını, adını Aslan olduğunu bildirmiş, Aslan adlı şəxs ona narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o da uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, bundan sonra Aslan özünə məxsus olan mobil telefon nömrəsini vermiş və Aslanla “WhatsApp” proqramı vasitəsilə danışıb əlaqə saxlamış, lakin sonradan Aslanla əlaqələri kəsilmişdir. 01 iyul 2022-ci il tarixdə Aslan ona “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq bir neçə ay əvvəl əldə etdiyi mobil nömrəsini itirdiyini və sonradan tapdığını bildirmiş, o, da Aslanı bu sözündən sonra tanımış, Aslan ona istifadə etmək üçün narkotik vasitə göndərməyi təklif etmiş, Aslanın bu sözü ilə razılaşmış və pulu olan vaxt göndərdiyi narkotikin pulunu verəcəyini bildirmişdir. Aslan isə həmin narkotiki ona pulsuz göndərəcəyini demişdir. Buna baxmayaraq Aslanın pulsuz narkotik vasitə göndərəcəyinə inanmamış, 08 iyul 2022-ci il tarixdə saat 17 radələrində Aslan “WhatsApp” proqramı vasitəsilə ona zəng edərək əlaqə saxlamış, Aslanla söhbət edərkən ondan istifadə etmək üçün narkotik vasitəsinin olubolmamasını soruşmuş, o da pulu olmadığına görə narkotik ala bilmədiyini, ağrılarının çox olmasını bildirmiş, bundan sonra Aslan Biləsuvar rayonu ərazisində 100 (bir yüz) qram narkotik vasitə heroin gizlətdiyini, həmin narkotik vasitəni gəlib aparmasını istəmiş, o, həmin narkotikin qarşılığında Aslandan nə verəcəyini soruşmuş, Aslan isə onun xəstə olmasına görə həmin narkotiki pay verdiyini və əvəzində pul istəmədiyini demişdir. O, Aslanın bu sözlərindən sonra Biləsuvar rayonu ərazisində gizlətdirdiyi narkotik vasitəni əldə etmək üçün Biləsuvara gəlməyə razılaşmış, bundan sonra dayısı oğlu Təqsirləndirilən şəxs2 yaşadığı ünvana çağırmış, Rövşən yaşadığı evə gəldikdən sonra onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş bir tanışının Biləsuvar rayonunda yaşamasını, həmin tanışı ilə görüşmək üçün onunla yoldaş kimi Biləsuvar rayonuna gəlməsini xahiş etmiş, Rövşən də onunla Biləsuvar rayonuna gəlməyə razılaşmış, bundan sonra həmin gün saat 18:30 radələrində Salyan rayonu ərazisindən Biləsuvar rayonu istiqamətində gələn avtomobillərin birinə əyləşib Biləsuvar rayonuna gəlməyə başlamış, həmin gün saat 19:40 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşmüş, Aslana “WhatsApp” proqramı vasitəsilə zəng edərək Biləsuvar rayonu ərazisində olduğunu bildirmiş, Aslan da narkotik vasitə heroinin gizlədildiyi baş yol və ikinci dərəcəli yolu göstərən yol nişanının fotoşəklini ona göndərmiş, bundan sonra Rövşənə dostunun gözləməsini, görüşüb geri qayıdacağını bildirmiş uzağa getməməsini istəmiş, Rövşən də onun sözləri ilə razılaşmış, o, həmin yol nişanının olduğu tərəfə gedərək yol nişanının yanında gizlədilmiş içərisində narkotik vasitə heroin olan bağlamanı götürüb əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra isə geri Təqsirləndirilən şəxs2 yanına qayıtmış və dostunun hələ gəlmədiyini demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2la Biləsuvar rayonu ərazisində piyada gəzən zaman polis əməkdaşları onlara yaxınlaşıb üzərilərində narkotik vasitə gəzdirmələri şübhəsini izah edərək hər ikisini polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt o, əynindəki şalvarın sol yan cibində saxladığı bağlamanı çıxarıb təqdim etmiş və həmin bağlamada narkotik vasitə heroin olmasını bildirmş, təqdim etdiyi bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 265,0 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs2 onun Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən, İranlı Aslan adlı şəxslə əlaqələrinin olmasından, Biləsuvar rayonu ərazisindən narkotik vasitə əldə etməyindən və üzərində gəzdirməyindən heç bir məlumatı olmamışdır. O, Rövşənə Biləsuvar rayonunda əvvəllər onunla cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı ilə görüşmək üçün gəldiyini bildirdiyi üçün Rövşən də onunla gəlməyə razılaşmışdır. Aslan ona istifadə etmək üçün 260 qram deyil, 100 qram narkotik vasitə heroin göndərməyə razılaşmış, lakin, həmin narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi üçün onların yazdığı ifadəyə imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında “Aslan adlı iran vətəndaşı ilə 10 qram heroin göndərəcəyi barədə razılaşmasının olmasını, həmin miqdarda narkotik vasitəni götürmək üçün Biləsuvar rayonuna gəldiyini, lakin deyilən yerdə narkotik vasitə tapa bilmədiyini, az sonra polis əməkdaşları tərəfindən saxlanıldığını və sonuncuların fiziki təzyiq nəticəsində onların verdiyi heroini üzərinə götürərək təqdim etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (iranlı şəxslə 10 qram heroin əldə etmək üçün razılaşması, lakin hər hansı narkotik götürməməsi, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün sonuncuların verdiyi heroini olan bükümü üzərinə götürdüyünü və etirafedici ifadə verməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə hal-əhval tutmaq üçün qohumu Təqsirləndirilən şəxs1 zəng etmiş, o, da canının ağrıdığını deyərək onu evlərinə dəvət etmiş, həmin gün Rəfailgilə getdikdə sonuncu dostu ilə Biləsuvar rayonunda görüşəcəyini və yolu tanımadığı üçün onunla birlikdə getməyi təklif etmiş, Biləsuvar rayonunda onun da qohumları olduğundan Rəfaillə getməyə razılaşmış, tanımadıqları taksi vasitəsi ilə Biləsuvar rayonuna yola çıxmışlar. Həmin vaxt taksidə Rəfail və özü arxa oturacaqda əyləşmiş, Rəfailin telefonuna zəng gəlsə də kimlərin zəng etməsini bilməmiş, təxminən 19 radələrində Biləsuvar rayonunda “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobildən düşmüş, Rəfail onu gözləməsini dediyindən həmin ərazidə çayxanaya girib çay içmiş, Rəfail oradan bir qədər uzaqlaşmış, az sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmiş. Orada Rəfailin də saxlanılmasını görmüş, o, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən məlumatının olmadığını bildirmişdir. Polis şöbəsində ona qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, ona hədə-qorxu gəliməmişdir. Təqsirləndirilən şəxs1 narkotik istifadəçisi olmasından məlumatı olmamış, həmçinin sonuncuya qarşı da hər hansı zor tətbiq edilməsini görməmişdir. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürməyə gəlməsindən xəbəri olmamış, narkotik vasitələrlə bağlı heç bir cinayət əməli törətməmişdir, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 08 və 10 iyul 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bibisi oğludur, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayında azadlığa buraxılmış, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəçisi olduğunu bilsə də, lakin onun yanında narkotik istifadə etməsini görməmişdir. 08 iyul 2022-ci il tarixdə saat 17 radələrində Salyan şəhərində yerləşən avtovağzalda olan taksi sürücülərindən birinə əyləşib Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayan qohumu molla Hidayət adlı şəxsin evinə qonaq getmək istəmiş, həmin vaxt bibisi oğlu Təqsirləndirilən şəxs1 təsadüfən avtovağzalda görmüş, Rəfaillə söhbət edərkən Biləsuvar rayonuna qonaq gəldiyini bildirmiş, Rəfail də onun əyləşdiyi taksiyə əyləşmiş və birlikdə Biləsuvar rayonuna gəlmişlər. Həmin gün saat 19 radələrində Biləsuvar rayonuna çatmışlar. Taksi sürücüsündən onu Biləsuvar rayonu, Bağbanlar kəndinə aparmasını xahiş etmiş, həmin taksi sürücüsü də onu Bağbanlar kəndinə aparmış, kəndin mərkəzində yerləşən çayxananın yaxınlığında avtomobildən düşüb qohumu molla Hidayətin evinə getmiş, Rəfail isə Biləsuvar rayonunda yaşayan dostu ilə görüşəcəyini bildirdiyi üçün taksi sürücüsü ilə birlikdə həmin yerdən uzaqlaşıb getmişdir. O, Hidayətin evinə getmiş və həmin evdə Hidayətin arvadı Ceyran, qızı Mətanəti görmüş, ailə üzvləri Hidayətin əkin sahəsində olmasını bildirmiş, Hidayətin evində təxminən 1 saata yaxın vaxt qalmış, ailə üzvləri ilə söhbət etmiş, təxminən 1 saat sonra Rəfail ona zəng edərək yaşadığı evə qayıtmasını bildirmiş, onun da evinə qayıtmaq istəyib-istəmədiyini soruşmuş, o, da evə qayıtmaq istədiyini bildirmiş, bundan sonra yoldan keçən taksilərdən birinə əyləşib Bağbanlar kəndindən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmiş və Rəfaillə görüşüb Salyan rayonuna qayıtmaq üçün taksi sürücülərinə yaxınlaşmış, bu zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitə gəzdirmələri şübhəsini izah edərək hər ikisini polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. O, yalnız polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsini bilmiş, həmin vaxta qədər Rəfailin Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən, narkotik vasitə əldə etməsindən və üzərində gəzdirməsindən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 bununla bağlı ona heç bir məlumatı verməmişdir. Təqsirləndirilən şəxs1 onunla bağlı istintaqa yalan ifadə vermiş, belə ki, 08 iyul 2022-ci il tarixdə saat 18 radələrində Rəfail ona zəng edərək yaşadığı ünvana çağırmamış və Biləsuvar rayonunda yaşayan birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş dostu ilə görüşəcəyini deyərək Biləsuvar rayonuna yoldaş kimi gəlməsini xahiş etməmişdir. O, həmin gün saat 18 radələrində Salyan rayon avtovağzalında Biləsuvar rayonuna gələn zaman Rəfaillə təsadüfən rastlaşmış, Rəfail ona Biləsuvarda yaşayan dostu ilə görüşmək üçün gəldiyini bildirmişdir. Biləsuvar rayonuna gəldikdən sonra o, Təqsirləndirilən şəxs1la birlikdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında taksidən düşməmiş, kənarda dayanıb Rəfailin dostu ilə görüşməyini gözləməmişdir. Rəfailin narkotik vasitə əldə etmək üçün getməsini və geri qayıtmasını görməmişdir. O, Rəfaillə görüşən zaman narkotik vasitə əldə etməsini və üzərində gəzdirməsini bilməmiş, Rəfail bu barədə ona heç bir söz deməmişdir. Yalnız polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsini bilmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəsinin bir hissəsini (Rəfaillə Salyan rayonunda taksidə rastlaşdığını, Biləsuvar rayonu Bağbanlar kəndinə qohumları gilə getməsini) təsdiq etmir, həmin ifadələrini belə yazmasını müstəntiq ondan istəmiş, o, da hər hansı problem yaranmayacağını hesab edib müstəntiqin yazdıqlarını təsdiq etmiş və imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la avtovağzalda təsadüfən rastlaşması, Biləsuvar rayonu Bağbanlar kəndinə qohumlarıgilə getməsini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirsə də sonuncunun bu yöndə ifadəsinin cinayət törətməsinə dəlalət edən və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətdə birgə icraçı kimi iştirakını təsdiq edən edən mötəbər sübut hesab etmir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 iyul 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, 08 iyul 2022-ci il tarixdə saat 20:45 radələrində Təqsirləndirilən şəxs1 və yanında olan başqa bir şəxs Biləsuvar şəhəri, Q.Həsənova küçəsində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 və yanında olan digər şəxs piyada hərəkətdə olarkən o və əməliyyat qrupunun digər üzvləri tərəfindən saxlanılıb Biləsuvar RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs1la birlikdə gətirdikləri şəxsin sonucunun qohumu Salyan rayon sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamanı tanımadığı İran İslam Respublikasının vətəndaşının göndərdiyini və içərisində narkotik vasitə heroin olmasını bildirmiş, təqdim etdiyi bağlama açıldıqda içərisində heroin olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 265 qram olması müəyyənləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlayarkən və RPŞ-də onunla şifahi sorğu aparılarkən sonuncu bildirmişdir ki, narkotik vasitəni götürmək üçün Biləsuvar rayonuna gəlməsindən qohumu Təqsirləndirilən şəxs2 xəbəri olmamış, Təqsirləndirilən şəxs2 dostu ilə görüşəcəyini deyib, yol yoldaşı kimi onunla gəlməsini xahiş etmiş, sonuncu da bu məqsədlə onunla gəlmiş, iranlı şəxslə danışmasından, narkotik vasitə götürməsindən Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-ın rəisi X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Göstərilən şəxslər Biləsuvar RPŞ-nin əməkdaşı Şahid1 əməliyyat məlumatı əsasında saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş, bu barədə onun da məlumatı olmuş, lakin həmin şəxslərlə hər hansı söhbəti olmamışdır. Belə ki, bölmə rəisi olduğundan RPŞ-yə gətirilən şəxslər barədə məlumatı olur, həmçinin təhqiqatçı tərəfindən sənədləşdirmə işləri aparılması ərəfəsində də saxlanılan şəxsləri görə bilir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 RPŞ-yə gətirilərkən görsə də onlarla hər hansı söhbəti olmamışdır. Şahid Akif Abbasov ona verilən suallara cavab olaraq bildirmişdir ki, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə onun tərəfindən narkotik vasitə qoyulmasını bildirməsi tamamilə yalandır, belə hal olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat tədbirinin keçirilməsindən və onların saxlanılaraq RPŞ-yə gətirilməsindən məlumatı olmuş, onları görmüş, lakin onlara qarşı hər hansı qanunsuz hərəkətlər etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməkdaşı Şahid5 şahid Akif Abbasovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, onun Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 08 iyul 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şifahi ifadələrində bildirdikləri onlar barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 4-9; 32- 34; 53-55) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:20-də, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 22:00-da şübhəli şəxs qismində tutulmuşlar. (i.v. 23;45. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 08 iyul 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 da əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamanı tanımadığı İran İslam Respublikasının vətəndaşının göndərdiyini və içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlama açılaraq baxılmış və içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə isə 265 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs1la aparılmış şifahi sorğu-sual zamanı o, narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən Təqsirləndirilən şəxs2 məlumatının olmadığını bildirmişdir. (i.v. 32- 34) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 08 iyul 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2la aparılmış şifahi sorğu-sual zamanı o, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsində məlumatının olmadığını bildirmişdir. (i.v. 53-55) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 iyul 2022-ci il tarixli, 19/777 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinə bənzər maddə” sözlər və imzalar olan bir ədəd paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi 249,669 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 249,669 qram, tədqiqata sərf edildi---0,05 qram, qalıq 249,619 qramdır. (i.v. 62-64) - “mobil telefona baxış keçirilməsi” haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefon «Samsung» markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuş, telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən cinayət işi üzrə digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olması və adının Rəfail kimi qeyd edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin mobil telefon vasitəsilə etdiyi zənglərə baxış zamanı onun Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə 03 iyul 2022-ci il tarixdə saat 10:35 dəqiqədən 08 iyul 2022-ci il tarixdə saat 08:59 dəqiqəyədək 33 dəfə qarşılıqlı olaraq zənglər edilməsi, sonuncu dəfə həmin mobil nömrələr arasında danışığın 08 iyul 2022-ci il tarixdə saat 08:59 dəqiqədə 13 saniyə ərzində danışığın olması müəyyən edilmiş, lakin 08 iyul 2022-ci il tarixdə saat 17:00 dəqiqədən 20:00 dəqiqəyədək Təqsirləndirilən şəxs1la aralarında hər hansı telefon danışığının olmaması müəyyən olunmuşdur. (i.v. 102) - “mobil telefona baxış keçirilməsi” haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon «Samsung Galaxy A-7 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi vardır. Telefonun “kontaktlar” hissəsinə baxış keçirilərkən cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olmaması müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs1 həmin mobil telefon vasitəsilə etdiyi zənglərə baxış zamanı onun Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 03 iyul 2022-ci il tarixdə saat 10:35 dəqiqədən 08 iyul 2022-ci il tarixdə saat 08:59 dəqiqəyədək 33 dəfə qarşılıqlı olaraq zənglər edilməsi, sonuncu dəfə həmin mobil nömrələr arasında danışığın 08 iyul 2022-ci il tarixdə saat 08:59 dəqiqədə 13 saniyə ərzində danışığın olması müəyyən olunmuşdur. Lakin baxış zamanı Təqsirləndirilən şəxs2 08 iyul 2022-ci il tarixdə saat 17:00 dəqiqədən 20:00 dəqiqəyədək Təqsirləndirilən şəxs1la aralarında hər hansı telefon danışığının olmaması müəyyən edilmişdir . Həmçinin həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı “Aslan” kimi yazılmış şəxsin ona Biləsuvar rayonu, “Çaylı-Əsgərəabad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının fotoşəklini göndərməsi müəyyən edilmişdir. ( i.v. 103) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 ittiham elan edilərkən o, əlyazma ilə qeyd etmişdir ki, cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 iştirakı olmamış, narkotik vasitə barədə Röövşənin məlumatı olmamış, narkotik vasitəni tək əldə etmiş, buna görə Təqsirləndirilən şəxs2 günahsızdır. Qərarla razı olmadığından imza etməkdən imtina etmişdir. (i.v. 106-107) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan edilərkən o, əlyazma ilə qeyd etmişdir ki, bu cinayətdən xəbərinin olmadığını bildirib qərarı imzalamaqdan imtina etmişdir. (i.v. 118-119) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(022)-52/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 146-147) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(022)-51/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 148-149) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(022)-149/2022 saylı qərarından görünür ki,Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 08 iyul 2022-ci il tarixli qərarı qanuni hesabb edilsin.(i.v. 170-171) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 05 sentyabr 2022-ci il tarixli, 909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 217) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 05 sentyabr 2022-ci il tarixli, 907 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 218) - “İfadənin yerində yoxlanılması” haqqında 06 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini əyani olaraq göstərməsi təklif edilmiş, lakin sonuncu 08 iyul 2022-ci il tarixdə saat 20:30-da Biləsuvar rayonu ərazisindən narkotik vasitə əldə etmədiyini, Astara-Ələt avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan taksi dayanacağını təqdim edərək 08 iyul 2022-ci il tarixdə saat 20:30-da radələrində Təqsirləndirilən şəxs2la birlikdə həmin taksi duracağında Salyan rayonu istiqmətində hərəkət edən taksilərdən birinə əyləşib Salyan rayonuna getmək üçün dayanan zaman polis əməkdaşlarının onları şübhəli şəxs kimi saxlayaraq RPŞ-yə gətirdiklərini, həmin vaxt üzərlərində narkotik vasitə olmadığını bildirdi. (i.v. 219-222) - “İfadənin yerində yoxlanılması” haqqında 06 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini əyani olaraq göstərməsi təklif edilmiş, sonuncu ifadəsinə uyğun olaraq 08 iyul 2022-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs1la birlikdə Salyan rayonu istiqamətində hərəkət edən taksilərdən birinə əyləşmək istəyən zaman polis əməkdaşlarının onları şübhəli şəxs kimi saxlayaraq RPŞ-yə gətirdiklərini, həmin vaxt üzərlərində narkotik vasitə olmadığını bildirdi. (i.v. 223-226) -“cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını barədə müraciəti üzrə Biləsuvar rayon prokurorluğunda araşdırma aparılmış, Biləsuvar RPŞ-nin MSY-ə daxil olan şəxslərin tibbi müayinə kitabında, elcə də Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar hissəsində Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçada sonuncunun bədəni üzərində hər hansı xəsarət olmamasına, həmçinin məhkəmə tibbi ekspertizanın 19 dekabr 2021-ci il tarixli, 2794 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində heç bir xəsarət olmadığına, eləcə də şahid ifadələrinə əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlillərə məhkəmə ayrıayrılıqda qiymət verməlidir. Belə ki, ilk öncə Təqsirləndirilən şəxs1 özünü müdafiəsi üçün irəli sürdüyü dəlilllərlə yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 “Aslan adlı iran vətəndaşı ilə 10 qram heroin göndərəcəyi barədə razılaşmasının olmasını, həmin miqdarda narkotik vasitəni götürmək üçün Biləsuvar rayonuna gəldiyini, lakin deyilən yerdə narkotik vasitə tapa bilmədiyini, az sonra polis əməkdaşları tərəfindən saxlanıldığını və sonuncuların fiziki təzyiq nəticəsində onların verdiyi heroini üzərinə götürərək təqdim etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Aslan” adlı şəxsin təklifi ilə narkotik vasitələri qoyulduğu yerdən götürmək məqsədi ilə Biləsuvar rayonuna gəldiyini, narkotik vasitənin olduğu yer barədə “Alan” adlı şəxsin sosial şəbəkə vasitəsi ilə danışaraq ona məlumat verməsini, narkotik vasitə qoyulduğu yerdən götürdüyünü, daha sonra polis əməkdaşlarının onu saxladığını, onunla gəlmiş Təqsirləndirilən şəxs2 isə onun narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəldiyindən məlumatının olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən cibində olan narkotik vasitəni təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, tanımadığı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu, Təqsirləndirilən şəxs2 bu hadisədən xəbərinin olmadığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs2 da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dostu ilə görüşmək üçün onu Biləsuvar rayonuna gətirməsini xahiş etmiş, onun xahişini qəbul etdiyindən onunla Biləsuvar rayonuna gəlmiş, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasından xəbəri olduğunu, Biləsuvar rayonu “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında maşından düşdükdə Təqsirləndirilən şəxs1 ondan ayrıldığını, az sonra geri qayıdıb dostu ilə görüşə bilmədiyini dediyini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung” markalı telefona baxış keçirilərkən sonuncunun İran İslam Respublikasının mobil operatorlarına məxsus telefon nömrəsi ilə “WhatsApp” vasitəsi ilə danışıqlar aparması, danışdığı şəxsin narkotik vasitə qoyduğu yer barədə ona fotoşəkillər atmaqla məlumat verdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı əməlini etiraf edərək iranlı şəxslə 100 qram narkotik vasitə heroin alması ilə bağlı razılaşdığını göstərsə də , məhkəmə istintaqında 10 qram heroin qəbul etməyə razılaşdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 hər iki mərhələdə qəbul edəcəyi narkotik vasitəyə görə hər hansı pul ödəmədiyini qeyd etməklə cinayət məsuliyyətini yüngülləşdirməyə çalışsa da özünə qarşı qeyd edilən qeyri səmimi ifadəsi digər sübutlarla müqayisəli təhlil edildikdə görünür ki, aralarında heç bir tanışlığı olmayan (Təqsirləndirilən şəxs1 dediklərinə inanılarsa) şəxslərin bir-birinə hər hansı ödəniş edilmədən, hər hansı şərt irəli sürülmədən külli miqdarda narkotik vasitə verməsi, özü də həmin narkotik vasitəni birbaşa deyil, digər şəxslər vasitəsi ilə daşıtdırıb əvvəlcədən şərtləşdirilən yerdə gizlədərək digər şəxsin götürməsinə şərait yaratması heç də inandırıcı deyildir. Bu hal konkret olaraq narkotik ticarətində istifadə edilən üsullardan biri kimi qəbul edilməli, bu üsulla külli miqdarda -250 qrama yaxın heroinin qəbul edilməsi və həmin heroinə görə pulun ödənilməməsi həmin kütləyə münasibətdə Təqsirləndirilən şəxs1 niyyətinin məhz satış olmasına birbaşa dəlalət edir. Əks halda cəzaçəkmə müəssisəindən yenicə çıxmış, hər hansı işlə məşğul olmayan şəxsin qara bazarda kifayət qədər yüksək qiyməti olan 250 qrama yaxın heroinin pulunu ödəmək imkanında olmasını istisna edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də şəxsi istehlak miqdarından 1660 dəfədən çox olan heroinin bir dəfəyə əldə edilməsi onun həmin narkotik vasitəyə münasibətdə niyyətinin satış olmasını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs1 ümumilikdə 20 ildən çox müddətdə cəzaçəkmə müəssisəsində cəza çəkməsi, cəzasını yeni baş çatdıraraq azadlığa çıxması və əvvəlki əməllərindən (sonuncu dəfə CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cəzanı çəkmişdir) nəticə çıxarmayaraq yenidən eyni xarakterli əməl törətməsi, bu dəfə isə qanunvericiliyə əsasən əməlində cinayətin təhlükəli residivinin olmasını bilməsi və buna görə daha ciddi cəzaya məruz qalacağından çəkindiyindən məhkəmə istintaqında müdafiəsi üçün qeyd edilən dəlilləri gətirmişdir və məhkəmə hesab edir ki, onun bu ifadələri məsuliyyətdən yaxa qurtarmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs1 və Elşən Süleymanova qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə istintaqı gedişində Təqsirləndirilən şəxs1 qeyd edilən müraciəti ilə əlaqədar Biləsuvar rayon prokurorluğunda ilkin yoxlama aparılmış, Biləsuvar RPŞ-nin MSY-ə daxil olan şəxslərin tibbi müayinə kitabında, elcə də Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar hissəsində Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçada sonuncunun bədəni üzərində hər hansı xəsarət olmamasına, həmçinin məhkəmə tibbi ekspertizanın 19 dekabr 2021-ci il tarixli, 2794 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində heç bir xəsarət olmadığına, eləcə də şahid ifadələrinə və digər sübutlara əsasən Təqsirləndirilən şəxs1 qarşı hər hansı işgəncə verilməsi faktı olmadığından 21 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini, onunla eyni vaxtda və eyni şübhə ilə saxlanılmış Təqsirləndirilən şəxs2 etirafedici ifadə verməsinə baxmayaraq hər hansı təzyiqlərə məruz qalmadığını bildirməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs1 tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadəsinin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş narkotik vasitələri əldə etmək üçün həmin əraziyə gəlmiş, qeyd edilən yerdən narkotik vasitəni götürərək üzərində saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin əldə edib, saxlamaq və daşımaq niyyətində olması onun məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.1ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham öz təsdiqini tapmadığından, daha dəqiq irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Konstitusiyanın 63-cü maddəsinin İİİ hissəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in: 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsində göstərilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, Təqsirləndirilən şəxs1, habelə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı « Aslan » adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı- Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 249,669 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə saat 20:35 radələrində Təqsirləndirilən şəxs1la həmin yerə gəldikdən sonra sonuncu qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb əynindəki şalvarın sol yan cibinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun ittiham elan olunmuş cinayət əməlinin obyektiv cəhətini Təqsirləndirilən şəxs1 və “Aslan” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs2 həmin kütlələrin Təqsirləndirilən şəxs1 tərəfindən götürüləcəyinə qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə: -Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında və sonrakı ifadələrində “...Təqsirləndirilən şəxs2 yaşadığı ünvana çağırmış, Rövşən yaşadığı evə gəldikdən sonra onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş bir tanışının Biləsuvar rayonunda yaşamasını, həmin tanışı ilə görüşmək üçün onunla yoldaş kimi Biləsuvar rayonuna gəlməsini xahiş etmişdir. Rövşən də onunla Biləsuvar rayonuna gəlməyə razılaşmışdır....”, “....Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşmüşlər, sonra Rövşənə dostunun gözləməsini, görüşüb geri qayıdacağını bildirmiş uzağa getməməsini istəmişdir. Rövşən də onun sözləri ilə razılaşmışdır. O, həmin yol nişanının olduğu tərəfə gedərək yol nişanının yanında gizlədilmiş içərisində narkotik vasitə heroin olan bağlamanı götürüb əynindəki şalvarın sol yan cibinə qoymuşdur....”, “ ... Təqsirləndirilən şəxs2 onun Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməsindən, İranlı Aslan adlı şəxslə əlaqələrinin olmasından, Biləsuvar rayonu ərazisindən narkotik vasitə əldə etməyindən və üzərində gəzdirməyindən heç bir məlumatı olmamışdır “ deyə bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu halı təsdiq etmişdir. -Cinayət işi materiallarında olan Rövşən Süleuymanovun ilkin izahatından, sonrakı ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs2 tutulduğu andan ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs1 Biləsvar rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bilmədiyini, hər hansı iranlı şəxsi tanımadığını, əlaqəsinin olmadığını bildirmişdir. - Bundan əlavə məhkəmə istintaqında iş üzrə şahid kimi dindirilmiş Biləsuvar RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs1 şifahi suallara cavab olaraq narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən, iranlı şəxslə danışıq aparmasından Təqsirləndirilən şəxs2 məlumatının olmadığını bildirdiyini qeyd etmişlər. Bu xüsusat da, Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu ərazisinə gəlməsində narkotik vasitə əldə etmək məqsədinin olmamasına dəlalət edir. - 08 iyul 2022-ci il tarixli raportdan görünür ki, Biləsuvar RPŞ-nin əməliyyat müvəkkilinə Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin həmin məlumat əsasında “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş , həmin qərardan da görünür ki, Təqsirləndirilən şəxs1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. - -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilərkən o, əlyazma ilə qeyd etmişdir ki, cinayətin törədilməslində Təqsirləndirilən şəxs2 iştirakı olmamış, narkotik vasitə barədə Rövşənin məlumatı olmamış, narkotik vasitəni tək əldə etmiş, buna görə Təqsirləndirilən şəxs2 günahsızdır. Qərarla razı olmadığından imza etməkdən imtina etmişdir. -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilərkən o, əlyazma ilə qeyd etmişdir ki, bu cinayətdən xəbərinin olmadığını bildirib qərarı imzalamaqdan imtina etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna gəlməkdə məqsədinin narkotik vasitələr əldə etmək olmaması, Rövşən Əhmədovun narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən məlumatının olmadığı barədə istintaq orqanına dəfələrlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ifadələr verilmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bu halı təkzib edəcək sübutlar toplamağa çalışsa da buna nail ola bilməmişdir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar - Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahid ifadələri, “mobil telefonlara baxış keçirilməsi barədə” protokol, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19\777 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 907 və 909 saylı rəyləri, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 15715 nömrəli məktubla Biləsuvar RPŞ-nə göndərilmiş CD disk və CD diskə baxış protokoludur. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün sübutlardan biri kimi Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə istinad edildikdə ibtidai istintaq orqanının hansı etirafedici ifadəni nəzərdə tutması anlaşılan deyil. Belə ki, Təqsirləndirilən şəxs1 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 təqsirliliyi barədə bir fikir belə qeyd etməmiş, əksinə Təqsirləndirilən şəxs2 onun hərəkətlərindən məlumatının olmadığını bildirmişdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir. Halbu ki, ibtidai istintaq zamanı ifadələri alınmış Biləsuvar RPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız Təqsirləndirilən şəxs1 saxlanılıb polis şöbəsinə gətirilməsini, üzərindən narkotik vasitə aşkar edilməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 hərəkətləri barədə Təqsirləndirilən şəxs2 məlumat verib-verməməsi sualı həmin şahidlərə verilməmiş, onlar da bu barədə hər hansı fikir bildirməmişlər. İbtidai istintaqı aparan şəxsin dindirmə zamanı bu sualı verməməsi halı sonuncunun işin obyektiv, hərtərəfli və tam araşdırılmasına maraqlı olmaması qənaətinə gəlməyə əsas verir Lakin məhkəmə istintaqı zamanı təhqiqatçı və müstətniq tərəfindən verilməyən bu sual şahidlərə- Biləsuvar RPŞ-nin əməkdaşlarına verilmiş və onlar da ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs1la şifahi sorğu-sual zamanı o, narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsi barədə Təqsirləndirilən şəxs2 bildirmədiyini dediyini qeyd etmişlər. -“Mobil telefonlara baxış keçirilməsi barədə” protokola əsasən isə Təqsirləndirilən şəxs2 deyil, Təqsirləndirilən şəxs1 ittiham elan edilməsi üçün sübutlar əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilərkən onun hazırkı cinayətlə əlaqəsini təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 telefonuna baxış keçirilərkən isə sonuncunun iranlı şəxslə əlaqəsinin olması, ona narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlar verməsi əksini tapmışdır. - ittiham elan edilməsi üçün əsas götürülmüş digər sübut kimi “ifadənin yerində yoxlanılması protokolları” göstərilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş həmin protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən saxlanıldıqları yeri göstərmişlər və həmin vaxt da fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Həmin protokolla Təqsirləndirilən şəxs2 hazırkı cinayətin törədilməsində hansı rolunun olması qətiyyən müəyyən edilmir. - digər sübut isə məhkəmə-fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19\777 nömrəli, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 907 və 909 saylı rəyləri qəbul edilmişdir. Halbu ki, məhkəmə fiziki-kimyəvi eksertizanın rəyi mövcud olan maddi sübutun narkotik vasitə olması faktını təsdiq edir, həmin narkotik vasitənin aşkar olunması isə törədilmiş cinayətdə Təqsirləndirilən şəxs2 rolunun nədən ibarət olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyləri də təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əzab çəkibçəkmədiyini müəyyən edir. - ittiham tərəfininin əsaslandığı son sübut isə "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 15715 nömrəli məktubla Biləsuvar RPŞ-nə göndərilmiş CD disk və CD diskə baxış protokoludur. Lakin məhkəmə iclasında tədqiq edilmiş həmin protokoldan da Təqsirləndirilən şəxs2 törədilən cinayətdə rolunun nə olmasını müəyyən etmək mümkün deyildir. Sadəcə həmin protokoldan görünür ki, 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsi 08 iyul 2022-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndi ərazisində anten dairəsi ətrafında olmamışdır. Bundan əlavə cinayət işi materiallarına nəzər yetirildikdə görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində 08 iyul 2022-ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayan qohumu molla Hidayət adlı şəxsin evinə qonaq getməsini, həmin evdə Hidayətin arvadı Ceyran, qızı Mətanəti gördüyünü, ailə üzvləri Hidayətin əkin sahəsində olmasını bildirdiyini, Hidayətin evində təxminən 1 saata yaxın vaxt qalıb ailə üzvləri ilə söhbət etməsini göstərməsi ilə bağlı hallar ibtidai istintaq orqanı tərəfindən araşdırılmış, dindirilmiş şahidlər – X8, X5 həmin gün Təqsirləndirilən şəxs2 görmədiklərini, sonuncunun onların evinə gəlmədiklərini bildirmişlər. Bu halın araşdırılması ona dələlət edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi alibinin təkzib edilməsinə çalışılmış və buna da müvəffəq olunmuşdur. Lakin Təqsirləndirilən şəxs2 həmin gün Bağbanlar kəndinə olan qohumlarıgilə getməməsinin təsdiq edilməsi sonuncunun Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayətdə birgə icraçı olmasına, ümumiyyətlə hər hansı formada iştirakını təsdiq edəcək bir sübut kimi qəbul edilməməldir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 ifadəsində bu halın yalan olmasını təsdiq etməklə sonuncunun Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında cinayət törətməsi nəticəsinə gəlmişdir. Göründüyü kimi ibtidai istintaq orqanın bu nəticəsi ehtimallara, fərziyələrə söykənmişdir. Nəzərə alınmamışdır ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs statusunda olduğundan onun ifadə vermək, ifadə verməmək, geniş mənadə təfsir etsək hətta yalan ifadə vermək kimi hüquqları vardır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Hər bir şəxs hüquqlarının müdafiəsində öz mülahizəsinə görə, istənilən üsul və vasitələrdən istifadə edə bilər, lakin bu zaman o, qanunla qadağan olunmuş hərəkətlərə yol verməməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiə hüququnu həyata keçirərkən özünə bəraət qazandırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə ona qarşı irəli sürülmüş ittihamla əlaqədar sübutlar təqdim etməklə istintaqın və məhkəmə araşdırmasının gedişinə təsir etmək hüququna malikdir. Qanunvericilikdə şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəsi çərçivəsində yalan ifadə verməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulmasa da, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində “cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəasının nəzərdə tutulması onu ifadə edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququ hədsiz və sərhədsiz olmamalı və bu hüquq həyata keçirilərkən başqalarının hüquqlarını pozan hərəkətlərə yol verilməməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyə əsaslanaraq bu nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs2 müdafiə hüququnu həyata keçirərkən qeyd edilən formada ifadə verməklə istintaqın gedişinə təsir etmək istəmiş, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ifadəsinin bu hissəsinin həqiqəti əks etdirməməsi sübut olunmuşdur. Lakin Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Başqa sözlə Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu Bağbanlar kəndinə qohumugilə getməsi barədə verdiyi ifadəsinin yalan olmasının təsdiq edilməsi sonuncunun Təqsirləndirilən şəxs1la qabacadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi nəticəsinə, yəni ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Bundan əlavə bir daha nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsində iştirak etməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni onun bibisi oölu Təqsirləndirilən şəxs1la hadisə yerinə gəlməsi halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs2 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPMin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməllərini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 34.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs1 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 08 iyul 2022-ci il tarixli protokol, protokola əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş CD disk, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 19\777 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə iki dəfə məhkum ounmuş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirili bilinib 08 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azadlığa buraxılmışdır. (i.v. 162-164) -Salyan rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində həyat yoldaşı və 2008-ci il təvəllüdlü qızı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 188-189). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayəsində azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), əməlində cinayətlərin təhlükəli residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən) nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökm çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 10 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs2 saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 907 nömrəli nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 909 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan narkotik vasitə - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 249,619 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd, “mobil telefona baxış keçirilməsi” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd DVD diskdə olan videogörüntü, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd «Samsung Galaxy A-7 » markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 350 – 353, 356, 357, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs2 iş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 249,619 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilməsi barədə protokollara 02 ədəd diskin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər, “mobil telefona baxış keçirilməsi” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş «Samsung Galaxy A-7» markalı mobil telefon mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-59/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-59/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver