Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-59/2025 07.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1955-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, “Azerinfo.az” xəbər saytının rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 182.2.2-ci maddəsilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2021-ci ilin dekabr ayından etibarən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Maral” və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/22 ünvanında yerləşən “Dalğa” adlı mehmanxanaların guya fahişəxana olaraq fəaliyyət göstərməsi, Zərərçəkmiş şəxs4 həmin mehmanxanaları fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs4 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs4 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Maral” adlı mehmanxana barəsində yuxarıda qeyd edilən məlumatların yayılmaması üçün həmin mehmanxananın ərazisində 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək hər ay 50 manat olmaqla 650 manat, eləcə də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/22 ünvanında yerləşən “Dalğa” adlı mehmanxana barəsində yuxarıda qeyd edilən məlumatların yayılmaması üçün 2023-cü ilin yanvar ayında mehmanxananın inzibati ərazisində 30 manat, 2023-cü ilin fevral ayından 03 dekabr 2023-cü il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına köçürülməsi üsulu ilə hər ay 30 manat olmaqla, 300 manat məbləğində, ümumilikdə isə 2021-ci ilin dekabr ayından 03 dekabr 2023-cü il tarixədək olan müddət ərzində hər ay üzrə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 1.010 manat məbləğində vahid niyyətlə Zərərçəkmiş şəxs4 pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs5 qanunsuz olaraq kəsilmiş meşə ağaclarının emalı barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs5 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs5 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 2023-cü ilin mart ayının ortalarında Qax rayonu Uzuntala kəndi ərazisində 300 manat məbləğində Zərərçəkmiş şəxs5 pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 rəhbəri olduğu qurumun ərazisində qanunsuz təmir-tikinti işlərinin aparılması, işçilərin əmək qanunvericiliyinə uyğun olmayan şəraitdə çalışdırılması barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs6 özü və xidməti fəaliyyəti üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs6 və onun rəhbəri olduğu qurum haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək 200 manat pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 05 iyun 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən yuxarıda qeyd edilən qurumun inzibati binasında 100 manat məbləğində Zərərçəkmiş şəxs6 pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayının əvvəllərində X3 və Texnologiya Kollecinin direktor vəzifəsi səlahiyyətlərini müvəqqəti olaraq icra edən Zərərçəkmiş şəxs2 rəhbəri olduğu kollecdə işləyən bəzi müəllimlərin diplomunun saxta olması və kollecin rəhbər şəxslərinin rüşvət alması barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs2 özü və xidməti fəaliyyəti üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs2 və onun rəhbəri olduğu təhsil müəssisəsi haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 300 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 həmin məlumatların yayılmaması üçün 2023-cü ilin iyul ayının əvvəllərində Göyçay şəhəri ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 300 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs5 qanunsuz olaraq kəsilmiş meşə ağaclarının emalı barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs5 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs5 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 200 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs5 həmin məlumatların yayılmaması üçün 2023-cü ilin iyul ayının sonlarında Qax rayonu ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs5 qanunsuz olaraq kəsilmiş meşə ağaclarının emalı barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs5 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs5 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs5 həmin məlumatların yayılmaması üçün 2023-cü ilin sentyabr ayının sonlarında Qax rayonu ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 qanunsuz olaraq ağac kəsməsi və qanunsuz ağac emalı barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs3 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs3 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədəqorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs3 həmin məlumatların yayılmaması üçün 30 sentyabr 2023-cü il tarixdə Qax rayonu ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 30 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 rəhbəri olduğu idarənin guya səmərəsiz fəaliyyət göstərməsi, məişət tullantılarının vaxtı-vaxtında yığılmaması barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs1 özü və xidməti fəaliyyəti üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs1 və onun rəhbəri olduğu idarə haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 200 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs1 həmin məlumatların yayılmaması üçün 30 oktyabr 2023-cü il tarixdə Şirvan şəhəri ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 50 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 rəhbəri olduğu idarənin guya səmərəsiz fəaliyyət göstərməsi, məişət tullantılarının vaxtı-vaxtında yığılmaması barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs1 özü və xidməti fəaliyyəti üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs1 və onun rəhbəri olduğu idarə haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 50 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs1 həmin məlumatların yayılmaması üçün 30 noyabr 2023-cü il tarixdə Şirvan şəhəri ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 50 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 rəhbəri olduğu idarənin guya səmərəsiz fəaliyyət göstərməsi, məişət tullantılarının vaxtı-vaxtında yığılmaması barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs1 özü və xidməti fəaliyyəti üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyinə, Zərərçəkmiş şəxs1 və onun rəhbəri olduğu idarə haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağına dair sonuncuya hədə-qorxu gələrək pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində 50 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs1 həmin məlumatların yayılmaması üçün 08 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri ərazisindən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərdiyi 50 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2020-ci il tarixdə ağır qəza keçirmiş, həyat yoldaşı, bacısı və bacısı oğlu rəhmətə getmiş, onun ayağı isə əməliyyat olunmuş və ayağına protez qoyulmuşdur. O, heç kimə hədəqorxu gəlib pulunu ala biləcək vəziyyətdə olmamışdır. Sadəcə olaraq tanıdığı şəxslərdən xəstəliyi ilə bağlı pul istəmiş, onlar da ona köməklik göstərmişlər. Zərərçəkmiş şəxs4 göndərdiyi pullar kontur pulları olmuşdur, digər zərərçəkmiş şəxslər pulları ona maddi yardım məqsədilə göndərmişdir, Zərərçəkmiş şəxs5 isə ümumiyyətlə pul almamışdır, o, yalan danışır. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, “Maral” və “Dalğa” adlı otelləri işlədir. Təqsirləndirilən şəxs ona zəng edərək otellərin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini, bu məlumatın yayımlamaması üçün “Maral” otelə görə aylıq 50 manat, “Dalğa” otelə görə aylıq 30 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 900 manat məbləğdə pul vermiş, həmin göndərdiyi pulların ödəniş qəbzlərini özündə saxlamışdır. Pullar ona qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs kontur borcu olmamışdır, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 23 aprel 2025-ci il tarixli, 4-5/1-B-219-23/25 saylı teleqramla məhkəməyə müraciət edərək ibtidai istintq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əlavə olaraq Təqsirləndirilən şəxslə bağlı şikayət tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 iştirakı mümkün olmadığı üçün CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Qax rayonu Uzuntala kəndində taxta sexini işlətməklə məşğul olur. Həmin taxta sexində meyvə yığılması üçün nəzərdə tutulan taxta yeşiklər hazırlanır. Özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs 2022-ci ilin sonlarında onun fəaliyyət göstərdiyi taxta sexinə gəlib orada qanunsuz olaraq çəkiliş aparmış, sonra sexdə işləyən işçilərə yaxınlaşıb sexə rəhbərlik edən şəxsin kim olduğunu soruşmuşdur. Həmin vaxtı o, özü də Qax rayonunda olduğu üçün sexə gəlib özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə görüşüb tanış olmuşdur. Təqsirləndirilən şəxs jurnalist olduğunu və “Azerinfo.az” xəbər saytına rəhbərlik etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun işlətdiyi sexdə çəkiliş apardığını, sexdə meşədən qanunsuz kəsilmiş ağacların emal edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, sexdə yalnız taxta yeşiklər hazırlamaqla məşğul olur, taxta yeşiklərin hazırlanması prosesində isə yalnız ən ucuz və ya başqa bir yerdə istifadəyə yararsız taxtalardan istifadə edilir. Buna görə də onun işlədiyi taxta sexində meşə ağacları olmur. O, Təqsirləndirilən şəxs nə demək istədiyini başa düşərək ona bildirmişdir ki, heç bir problem yoxdur, sexdə apardığı çəkilişi xəbər saytında paylaşa bilər. Təqsirləndirilən şəxs isə onunla kobud şəkildə danışmış və onun başına oyun açacağını bildirib çıxıb getmişdir. Sonra Təqsirləndirilən şəxs onun işlədiyi sexdə apardığı çəkilişi “Azerinfo.az” xəbər saytında paylaşmışdır. Bundan sonra, işlədiyi sexə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yoxlama gəlmiş, yoxlama onun işlədiyi sexdə meşə ağacları və eyni zamanda digər qanunsuz faktlar aşkar etməmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn nümayəndələr tərəfindən Qax rayonu Uzuntala kəndində yerləşən digər taxta emalı sexlərini də yoxlama aparılmış, digər sexlərdə qanunsuz faktlar aşkar edilmiş və həmin sexlərin sahiblərinə 5.000-10.000 manat arasında cərimələr yazılmışdır. Sonra həmin taxta emalı sexlərinin sahibləri məsələni öyrənib bilmişlər ki, Təqsirləndirilən şəxs adlı jurnalist onun işlədiyi sexə gəlib çəkiliş apararaq “Azerinfo.az” xəbər saytında paylaşmış və buna görə də yoxlama gəlmişdir. Həmin sexlərin sahibləri onunla çox kobud şəkildə danışıb bildirmişlər ki, niyə həmin vaxtı o, Təqsirləndirilən şəxsla danışıb məsələni yoluna qoymamışdır. O, da digər sex sahiblərinin cərimə olunmasına görə çox utanmışdır. Bundan sonra, 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs yenidən onun işlətdiyi sexə gələrək onunla görüşmüş, yenə də sexdə çəkiliş apardığını bildirib onun qanunsuz ağac emalı fəaliyyəti ilə məşğul olması barədə mətbuatda xəbərlər paylaşmaması üçün ondan 300 manat pul tələb etmişdir. O da bu dəfə onunla normal şəkildə danışmaq və onunla razılaşmaq məcburiyyətində qalmışdır. Həmin günü Qax rayonu Uzuntala kəndində Təqsirləndirilən şəxs 300 manat pul vermiş və eyni zamanda Təqsirləndirilən şəxs xahiş etmişdir ki, bir də onu narahat etməsin. Təqsirləndirilən şəxs isə onunla razılaşıb çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının sonlarında “Whatsapp” vasitəsi ilə onunla əlaqə saxlayıb bildirmişdir ki, ona məlumat daxil olmuşdur ki, işlədiyi sexdə meşədən qanunsuz olaraq kəsilmiş ağacların emalı ilə məşğul olmağa başlamışdır və onun qanunsuz fəaliyyətlə məşğul olması barədə mətbuatda məlumatlar paylaşacağını bildirib, həmin məlumatları paylaşmaması üçün ondan 200 manat pul tələb etmişdir. O, artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs toruna düşmüşdür. İstəmişdir ki, kobud cavab versin, lakin fikirləşmişdir ki, Təqsirləndirilən şəxs yenə də onun barəsində mətbuatda həqiqətəuyğun olmayan məzmunda məlumatlar paylaşacaqdır. Buna görə də məcbur olub onunla razılaşmış və Təqsirləndirilən şəxs dediyi bank hesab nömrəsinə bankomatdan 100 manat pul köçürmüşdür. O, telefonda Təqsirləndirilən şəxsla danışan zaman xahiş etmişdir ki, bir də ona qarşı belə hərəkətlər etməsin. Daha sonra Təqsirləndirilən şəxs üçüncü dəfə 2023-cü ilin sentyabr ayının sonlarında ona zəng edib, yenə də onunla kobud şəkildə danışaraq pul verməsini tələb etmişdir. O, çıxılmaz vəziyyətə qalmış, nə edəcəyini bilməmiş və Təqsirləndirilən şəxs söyüb-təhqir etmək istəmişdir. Lakin qorxmuşdur ki, Təqsirləndirilən şəxs söyüb-təhqir etsə, sonuncu ondan acıqlı qalıb sosial şəbəkədə yenə də onun barəsində həqiqətə uyğun olmayan məzmunda, yəni onun qanunsuz olaraq ağac emalı ilə məşğul olması barədə xəbər paylaşacaq və onun işgüzar nüfuzuna mənfi təsir edəcəkdir. Çünki, birinci dəfə Təqsirləndirilən şəxs onun barəsində “Azerinfo.az” xəbər saytında xəbərlə paylaşan zaman yaxın dostları və tanışları narahat qalıb ona zəng etmişlər, hətta valideynləri ona hirslənib nə üçün qanunsuz işlərlə məşğul olduğunu bildirmişlər. O, zəng edən qohum və tanışlarına qanunsuz işlərlə məşğul olmadığını bildirib, sosial şəbəkədə paylaşılan məlumatların yalan olduğunu izah etmiş, eyni zamanda düşdüyü vəziyyətdən utanmışdır. Buna görə də məcburiyyət qarşısında qalıb bu dəfə də Təqsirləndirilən şəxsla normal şəkildə danışıb ondan nə istədiyini soruşmuş və sonuncu onun barəsində sosial şəbəkədə qanunsuz ağac emalı ilə məşğul olması barədə məlumatlar paylaşmaması üçün ondan 100 manat pul tələb etmiş, o, da məcbur olub Təqsirləndirilən şəxsla razılaşmış və onun dediyi bank hesab nömrəsinə bankomatdan 100 manat pul köçürmüşdür. Bununla da Təqsirləndirilən şəxs hədə-qorxu yolu ilə ondan ümumilikdə 500 manat pul tələb edib almışdır. Zərərçəkmiş şəxs5 ifadəsində Təqsirləndirilən şəxs ondan ümumilikdə 500 manat pul aldığını, həmin pulun 300 manatını 2023-cü ilin mart ayının ortalarında Qax rayonu Uzuntala kəndində nağd şəkildə, 100 manatını 2023-cü ilin iyul ayının sonlarında Qax şəhərindən Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesabına, qalan 100 manatını isə yenə də Qax şəhərindən Təqsirləndirilən şəxs onun verdiyi bank hesabına köçürməklə vermiş, həmin pulları Təqsirləndirilən şəxs verməkdə məqsədinin isə Təqsirləndirilən şəxs rəhbəri olduğu “Azerinfo.az” xəbər saytında onun barəsində həqiqətə uyğun olmayan məlumatları paylaşmaması olmuşdur. Təqsirləndirilən şəxs həmin pulları onunla kobud şəkildə danışaraq və ona hədə-qorxu gələrək məcburi şəkildə almışdır. (C-İ, i.v. 184-188) İş üzrə Zərərçəkmiş şəxs1 12 fevral 2025-ci il tarixli, 4-3/1-C-106-23/25 nömrəli teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxslə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin iştirakı mümkün olmadığı üçün CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmədə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. 2005-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan şəhərində yerləşən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 2020-2023-cü illərdə isə Ağcabədi şəhərində yerləşən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayında yenidən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə təxminən İkinci Qarabağ müharibəsi zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona zəng edərək jurnalist fəaliyyəti ilə məşğul olduğunu, Ağdam rayonundan məcburi köçkün düşdüyünü, maddi vəziyyəti yaxşı olmadığına görə ailə üzvlərini Bakı şəhərinə aparmaq üçün yanacaq puluna ehtiyacı olduğunu bildirib ona köməklik etməsini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs yazığı gəlmiş və sonuncunun göndərdiyi bank hesabına 30 manat pul köçürmüş, Təqsirləndirilən şəxs isə ondan razı qalaraq təşəkkürünü bildirmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs davamlı olaraq ona zəng etməyə başlamış, artıq həmin şəxsin ondan istifadə etdiyini başa düşmüş və zənglərinə cavab verməmişdir. 2023-cü ilin fevral ayında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb təbrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun fəaliyyətində ciddi nöqsanlar olduğunu və həmin nöqsanlarla bağlı faktları mətbuatda paylaşacağı təqdirdə həmin vəzifədə çox qalmayacağını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs pul istədiyini başa düşmüş, lakin onun dediklərinə fikir verməmişdir. Sonrakı 5-6 ay ərzində Təqsirləndirilən şəxs davamlı olaraq ona zəng etməsinə baxmayaraq sonuncunun zənglərinə cavab verməmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs zənglərindən narahat olub ona cavab vermiş və nə istədiyini soruşduqda, Təqsirləndirilən şəxs telefonda onunla kobud şəkildə danışaraq onun rəhbərlik etdiyi İdarənin inzibati ərazisində xeyli nöqsanların olduğunu və bu barədə əlində faktlar olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxs həmin faktları ona göndərməsini xahiş etdikdə, sonuncu ona hədə-qorxu gələrək həmin faktları mətbuata paylaşdıqdan sonra görəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bir sıra şəxslər barəsində mətbuatda rüsvayedici məlumatlar paylaşdığını bildiyi üçün ondan çəkinməyə başlamış və düşünmüşdür ki, Təqsirləndirilən şəxs onun da barəsində hər hansı bir məlumat paylaşıb onun işgüzar nüfuzuna xələl gətirə bilər. Buna görə də, Təqsirləndirilən şəxsla normal şəkildə danışmağa başlamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında onunla əlaqə saxlayıb Sabirabad rayonu ərazisində məişət tullantılarının ətraf ərazilərə atıldığını bildirmiş, o, isə həmin məsələdən məlumatı olduğunu və həmin məsələ ilə bağlı artıq tədbir görüldüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs isə qeyd olunan məsələ ilə bağlı ondan olan faktları mətbuatda paylaşdıqdan sonra tədbir görülüb-görülməməsinin məlum olacağını bildirmişdir. O, Sabirabad rayonu ərazisində məişət tullantılarının vaxtında yığılmaması ilə bağlı həmin rayonun Mənzil İstismar Sahəsinin rəisi barəsində inzibati tədbir görməsinə baxmayaraq, bu məsələnin mətbuatda paylaşılmasının hər bir halda onun üçün mənfi nəticələr yarada biləcəyini fikirləşmiş, Təqsirləndirilən şəxs isə bu məsələnin mətbuatda paylaşmaması üçün 200 manat pul tələb etmişdir. O, Təqsirləndirilən şəxs 50 manat pul verə biləcəyini bildirmiş, sonuncu isə onunla razılaşmış və daha sonra onun mobil telefonuna plastik bank kartını şəklini göndərmiş və xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs göndərdiyi plastik bank kartının hesabına 50 manat pul köçürmüşdür. Təxminən 20 gündən sonra yəni, 2023-cü ilin noyabr ayının sonlarında sonuncu yenidən onunla əlaqə saxlamış və işlərində nöqsanlar olduğunu və bu məsələləri mətbuatda paylaşacağını bildirmişdir. O, yenə də işgüzar nüfuzuna xələl gələcəyindən qorxduğu üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kartına yenidən 50 manat pul göndərmişdir. İkinci dəfə pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona yenidən zəng edərək rəhbərlik etdiyi İdarənin inzibati ərazisində əlavə nöqsanlar aşkar etdiyini və həmin nöqsanları mətbuatda paylaşmaması üçün ondan yenə də pul tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 işində ciddi nöqsanların olmadığını bilsə də, lakin rəhbəri olduğu 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati ərazisinə 8 rayon daxil olduğu üçün düşünmüşdür ki, ərazidə gözdən qaçan müəyyən nöqsanlar ola bilər. Buna görə də Təqsirləndirilən şəxs xahiş etmişdir ki, aşkar etdiyi nöqsanlar barəsində ona məlumat versin və həmin nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülsün. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək faktları ona göndərməmiş və nöqsanları mətbuatda paylaşacağı ilə ona hədə-qorxu gəlmişdir. O, da Təqsirləndirilən şəxs mətbuatda onun barəsində işgüzar nüfuzuna xələl gətirə bilən məlumatları paylaşmaması üçün məcbur olub həmin günü yenə də Təqsirləndirilən şəxs plastik kart hesabına 50 manat da pul göndərmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs ümumilikdə 180 manat pul verdiyini, həmin pullardan 30 manatını köməklik etmək üçün Təqsirləndirilən şəxs göndərdiyini, sonuncunun həmin 30 manat pulu hədə-qorxu ilə ondan tələb edib almadığını, lakin qalan 150 manat pulu isə hədə-qorxu gələrək ondan aldığını, 150 manat pulu xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə hər dəfə 50 manat olmaqla göndərdiyini, pulları öz mobil telefonundan “Birbank” mobil tətbiqi ilə Şirvan şəhəri ərazisindən göndərdiyini, pulları göndərməkdə məqsədinin isə Təqsirləndirilən şəxs onun barəsində işgüzar nüfuzuna xələl gətirə bilən məlumatları mətbuatda paylaşmaması olmuşdur. (C-İ, i.v. 88-91). İş üzrə Zərərçəkmiş şəxs6 12 fevral 2025-ci il tarixli, 4-3/1-M-105-23/25 nömrəli teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin iştirakı mümkün olmadığı üçün CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 3 ilə yaxın müddətdir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs6 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində xidməti iş otağında olan zaman bir nəfər tanımadığı şəxsin qəbul otağında gözlədiyini görüb köməkçidən həmin şəxsin kim olduğunu soruşmasını xahiş etmişdir. Köməkçi həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və onun yaxın tanışı olduğunu bildirmişdir. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi tanımasa da onu qəbul etmiş, həmin şəxs onun iş otağına daxil olub ilkin olaraq onunla salamlaşmış və özünü jurnalist kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun rəhbəri olduğu Mənzil Kommunal Təsərrüfat Birliyinin inzibati ərazisində nöqsanlar aşkarladığını, bununla bağlı onun əlində qanunsuz olaraq aparılan təmir-tikinti işləri və süpürgəçilərin əmək qanunverciliyinə uyğun iş şəraitində işləməməsi ilə bağlı foto şəkillərin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs xidməti fəaliyyətini qanuni şəkildə təşkil etdiyini izah etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs onda olan foto materialları və digər rüsvayedici məlumatları mətbuatda paylaşmaması üçün pul tələb etmişdir. O isə Təqsirləndirilən şəxs özünün də maddi vəziyyətinin yaxşı olmadığını, aldığı əmək haqqının ailəsinin dolanmasına ancaq yetdiyini bildirərək, onu şərləməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə onun nəzarətində olan ərazidə aparılmış təmir-tikinti işlərinin və ərazini süpürən zaman süpürgəçilərin foto şəkillərini göstərərək, onun bütün bu işlərə cavabdeh olduğunu, eyni zamanda onun əxlaqsız həyat tərzi sürərək dövlət qulluqçusu adına xələl gətirdiyini söyləyərək, bu şəkillərin mətbuatda yayılmasının onun xidməti işinə xələl gətirəcəyini qeyd edərək, həmin foto materialları və yayımlayacağı məqaləni öz redaksiyasında işıqlandırmaması müqabilində 200 manat pul tələb etmişdir. O, Təqsirləndirilən şəxs ona şər atmamasını xahiş etmişdir. O, belə şəxslərin təhlükəli olduğunu, onun işgüzar nüfuzuna xələl gətirməməsi və ondan uzaq durması üçün həmin vaxtı Təqsirləndirilən şəxsla kobud şəkildə danışmamış, sonra danışıb razılaşaraq Təqsirləndirilən şəxs 100 manat pul verərək onu xidməti iş otağından yola salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona +**********15 saylı mobil nömrə ilə zənglər etsə də, sonuncunun zənglərinə cavab verməmiş və zəng olunan nömrəni mobil telefonunda qara siyahıya əlavə etmişdir. Təqsirləndirilən şəxs ona qarşı hədə-qorxu gələrək tələblərinin davam etdirməsinin qarşısını almaq məqsədilə şikayət etmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində Təqsirləndirilən şəxs 100 manat pulu xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Nəsimi rayonu MKTB-nin inzibati binasında yerləşən xidməti iş otağında verdiyini və həmin pulu verməkdə məqsədinin isə Təqsirləndirilən şəxs onun barəsində işgüzar nüfuzuna xələl gətirə bilən məlumatları mətbuatda paylaşmaması olmuşdur. (C-İ, i.v. 74-76). İş üzrə Zərərçəkmiş şəxs2 25 fevral 2025-ci il tarixli, 4-3/1-Ə-138-23/25 nömrəli teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin iştirakı mümkün olmadığı üçün CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2 ilə yaxın müddətdir ki, X3 və Texnologiya Kollecində direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq icra edir. 2023-cü ilin iyun ayının sonlarında kollecdə işləyən müəllimlər tərəfindən ona məlumat verilmişdir ki, “Azerinfo.az” xəbər saytında X3 və Texnologiya Kollecində fəaliyyət göstərən müəllim kollektivi barəsində kiçik anons verilmişdir. Həmin anons da qeyd edilmişdir ki, X3 və Texnologiya Kollecində qanunsuzluq baş verir, kollecdə işləyən bəzi müəllimlərin diplomu saxtadır, kollecin rəhbər şəxsləri rüşvət alır və sair həqiqətə uyğun olmayan məlumatlar paylaşılmışdır. Eləcə də anonsda göstərilmişdir ki, bu barədə yaxın günlərdə ətraflı şəkildə məlumat veriləcəkdir. Həmin günü “Azerinfo.az” xəbər saytının rəhbəri, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun mobil telefonuna ***-***-**-** saylı nömrədən zəng edərək əlaqə saxlamış, Təqsirləndirilən şəxs onunla hörmətsiz şəkildə danışmış, kollecin barəsində rəhbərlik etdiyi saytda paylaşdığı məlumatların silinməsi və eləcə də əlavə məlumatların paylaşmaması üçün hədə-qorxu yolu ilə ondan 300 manat pul tələb etmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə fikir verməmiş və sonuncu ilə kobud şəkildə danışıb telefonu bağlamışdır. Sonra bu barədə kollecin bir neçə müəlliminə məlumat vermiş, kollecin müəllimləri bu işdən narahat olduqlarını və Təqsirləndirilən şəxsla danışıb kollecin müəllim kollektivi haqqında mətbuatda həqiqətə uyğun olmayan məlumatların paylaşmasının qarşısını almasını ondan xahiş etmişlər. O, da özünün, eyni zamanda kollecin müəllim kollektivinin rüsvay olmasından və nüfuzdan düşməsindən qorxaraq Təqsirləndirilən şəxsla əlaqə saxlayıb rəhbərlik etdiyi “Azerinfo.az” xəbər saytında X3 və Texnologiya Kollecinin kollektivi barəsində paylaşdığı məlumatları silməsi müqabilində 300 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və özünə məxsus olan bank kartının şəkilini onun mobil telefonuna göndərmiş, o, da pulun verilməsi ilə bağlı bir neçə gün vaxt istəmiş və bir neçə gündən sonra 300 manat pul düzəldib Göyçay şəhərində bankomatdan Təqsirləndirilən şəxs hesabına 300 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs bundan sonra “Azerinfo.az” xəbər saytında X3 və Texnologiya Kollecinin kollektivi barəsində paylaşdığı məlumatları silmişdir. Həmin dövrdə onlar üzbəüz görüşməsələr də, 2023-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Göyçay şəhərinə gəldiyini bildirmiş, onun Təqsirləndirilən şəxsla görüşmək fikri olmasa da, onun narahat adam olduğunu bildiyi üçün məcburiyyət qarşısında qalıb gedib Təqsirləndirilən şəxsla görüşüb tanış olmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs 300 manat pulu 2023-cü ilin iyul ayının əvvəllərində Göyçay şəhərindən bankomatdan sonuncunun kart hesabına göndərdiyini, pulu göndərməkdə məqsədinin isə Təqsirləndirilən şəxs “Azerinfo.az” xəbər saytında onun rəhbərlik etdiyi X3 və Texnologiya Kollecinin müəllim kollektivi barəsində paylaşdığı həqiqətə uyğun olmayan məlumatları silməsi olmuşdur. (C-İ, i.v. 234-237). Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, ödəniş qəbzlərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş diskləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da ARCM-in 182.2.2-ci maddəsilə ilə şübhəli şəxs qismində tutulmuşdur. (C-İ, i.v. 52). - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 4(005)- 1685/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 169-173) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmə haqqında» 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 182.2.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (C-İ, i.v.175-178). - «Mobil telefona baxış keçirilməsi haqqında» 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi Xioami” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonun -***-***-**-** və -***-***-**-** saylı nömrələr ilə istifadə edildiyi müəyyən edilmişdir, telefonun daxili məlumatlarına baxış keçirilən zaman “Whatsapp” təminat proqramının “Söhbətlər” bölməsində Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Göyç Shahin direktor Kollec” adı ilə qeyd edilməsi və Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə “Rabitəbank” tərəfindən onun adına verilmiş 4189 8000 0090 5248 nömrəli plastik bank kartının şəkilini göndərilməsi müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Qax Elvin sex” adı ilə qeyd edilməsi və Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə plastik bank kartının şəkilini göndərilməsi müəyyən edilmişdir. Lakin həmin bank kartının şəkili telefonda tam şəkildə açılmadığı üçün bank kartının kimin adına olması və nömrəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Aqc Elnur ek reis” adı ilə qeyd edilməsi və Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə təmir işləri görülən və yük avtomobillərinin işlədiyi ərazinin 03 ədəd videogörünütüsünü göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Dalğa Sadiq” adı ilə qeyd edilməsi və ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan telefona 23 noyabr 2023cü il tarixdə “salam ağsaqqal neçəsən, ağsaqqal allah haqqı imkanım yoxdur, quran haqqı imkanım yoxdur, bir-iki günə həll edəcəyəm” məzmunda səsli ismarıc və 03 dekabr 2023cü il tarixdə isə 30 manat pulun Təqsirləndirilən şəxs adına olan 526163******0783 nömrəli bank hesabına köçürülməsi barədə qəbzin surətinin göndərilməsi müəyyən edilmişdir. (C- İİ, i.v. 21) - «Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hadisənin baş verdiyi tarixlərdə 9 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hadisənin baş verdiyi tarixdə və sonrakı tarixlərdə 8 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hadisənin baş verdiyi tarixlərdə 4 dəfə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. (C-İİ, i.v. 23) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 150 manat pulu Təqsirləndirilən şəxs hesabına göndərməsinə dair 03 ədəd qəbzin surətini istintaqa təqdim etmiş və həmin qəbzlərdən görünür ki, 418980******5248 nömrəli bank hesabına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat və xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs3 30 manat pulu Təqsirləndirilən şəxs hesabına göndərməsinə dair 01 ədəd qəbzin surətini istintaqa təqdim etmiş və həmin qəbzdən görünür ki, 416973******2190 nömrəli bank hesabına xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs hesabına pul göndərməsinə dair 04 ədəd qəbzin surətini istintaqa təqdim etmiş və həmin qəbzlərdən görünür ki, 52*******360783 nömrəli bank hesabına xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat və xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində pul köçürülmüşdür. İstintaq zamanı "xxxx" ASC-dən alınmış RB02/815 nömrəli 04 mart 2024-cü il tarixli məktuba əlavə edilmiş plastik kart əməliyyatları üzrə hesabdan çıxarış sənədlərindən görünür ki, 418980******5248 nömrəli və 526163*****360783 nömrəli plastik bank kartları "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hesabına köçürülmüş pullara dair qəbzlər cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materialların əlavə edilmişdir. (1-ci cild, səh. 92-95, 111-112, 125-130). - «Sübutların qiymətləndirilməsi haqqında» 14 may 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hesabına köçürülmüş pullara dair qəbzlər, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Xioami” sübutları saxlama yerinə təhvil verilmişdir. (C-İİ, i.v. 157-170). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, cinayət prosesi tərəflərini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin heç kəsdən hədə-qorxu ilə pul tələb etməməsi, Zərərçəkmiş şəxs4 göndərdiyi pulların ona çatası kontur pulları olması, Zərərçəkmiş şəxs5 ümumiyyətlə pul almaması, digər zərərçəkmiş şəxslərin ona maddi yardım məqsədilə pul verməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iş materialları ilə uzlaşmayıb qeyri-inandırıcı olduğundan, mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs4lə Təqsirləndirilən şəxs yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs “salam ağsaqqal neçəsən, ağsaqqal allah haqqı imkanım yoxdur, quran haqqı imkanım yoxdur, bir-iki günə həll edəcəyəm” məzmunda səsli ismarıc göndərmişdir. Həmin ismarıcın xarakterindən tələb edilən pulun İbrahim Hümbovun dediyi kimi “kontur pulu” olmadığı aydın görünür. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materialları ilə uzlaşmayan, qeyri-inandırıcı və özünümüdafiə xarakterli kimi qiymətləndirərək, mötəbər sübut növü kimi qəbul etmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 3-cü bəndinə görə rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.” Həmin Qərarın 3-1-ci bəndinə görə “hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir.” Təhlil olunan iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 barələrində olan rüsvayedici məlumatların mətbuatda işıqlandırılacağı hədəsiylə pul tələb etmiş, sonuncular həmin məlumatların yayılmaması üçün təqsirləndirilən şəxsə mütəmadi olaraq pul vermişlər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 19 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə ARCM-in 147.1-ci maddəsi ilə 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş 29 aprel 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. (c İİ, i.v. 10-11) - Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 31/290 nömrəli arayışlardan və 30 yanvar 2024-cü il tarixli 03 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 5-mkr., 20 yanvar küçəsi ev 40, mənzil 17-də Ağdam rayonunun məcburi köçkünü kimi məskunlaşmış, 31 saylı Mənzil Kommunal İstismar Sahəsinə onun barəsində heç bir şikayət daxil olmamışdır. ( C-İİ, i.v. 37-38) - İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs4 dəymiş ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığının nəzərə alınmasını xahiş etmişlər. Əlavə olaraq, Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. - İşdə olan AR ƏN PX Müalicə Müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq xəstəlik sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs çoxsaylı xəstəliklərdən əziyyət çəkir və müvafiq müalicə müəssisəsində məhkəmə istintaqı dövründə müalicə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin, xəstəliyini və yaşlı olmasını ARCM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ödəniş qəbzləri, "xxxx" MMC və "xxxx" MMC”-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır, AR DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Xioami” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 189-191, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ödəniş qəbzləri, "xxxx" MMC və "xxxx" MMC”-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, AR DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Xioami” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-59/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-59/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver