Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-592/2023 24.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X2 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxx 1963-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Salyan şəhəri, 20 yanvar küçəsi ev 158 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan “çətənə” (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin fevral ayının əvvəllərində yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki meyvə ağaclarının arasında yerləşən 3x4 metr ölçüdə torpaq sahəsində qanunsuz olaraq əkməklə orada külli miqdarda, cəmi 22 ədəd “çətənə” (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 08 may 2023-cü il tarixdə, saat 17 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus külli miqdarda, cəmi 22 ədəd yaş vəziyyətdə kök üstə olmaqla, ümumi təmiz çəkisi- 820,0 qram eyni tərkibli tərkibində narkotik maddələr “çətənə” (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 4 il əvvəl həbsdən çıxıb evinə qayıtmış və ondan sonra ünvan 2 ünvanda yerləşən evində tək yaşamış, ümumiyyətlə evlənmədiyindən ailəsi də olmamış, hərdən bir əlinə düşəndə “nəşə” çəkmişdir. 2022-ci ildən özündə bir qədər “nəşə”, yəni çətənə toxumu qalmışdır. O, “nəşə” çəkən olduğundan həmin toxumları əkmək qərarına gəlmiş və bu məqsədlə 2023cü ilin fevral ayının əvvəllərində özündə olan həmin çətənə toxumlarını yaşadığı evin həyətyanı sahəsində, divarın dibində əkmişdir. O, əkdiyi toxumlardan 22 ədəd “çətənə” bitkisi əmələ gəlmiş, onlara özü baxıb qulluq edərək suvarıb diblərini boşaltmaqla mütəmadi ətrafında bitən alaq otlarını təmizləmiş və onun bu işlərindən heç kimin xəbəri olmamışdır. 08 may 2023-cü il tarixdə, saat 15:30 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşlarını görüb özünü itirib qaçmaq istəmişdir. Onun bu hərəkəti polis əməkdaşlarında şübhə yaratdığından polis əməkdaşları ona yaxınlaşaraq birlikdə Salyan RPŞ-nə getməyi təklif etmiş, razılıq verdikdən sonra birlikdə Salyan RPŞ-nin inzibati binasıına gəlmişlər. Polis şöbəsində ona “şübhəli şəxs” kimi tutulmağı elan edildikdən sonra ona vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan öz seçimi əsasında özü üçün müdafiəçi seçmişdir. Sonra müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkar edilib götürülməmişdir. Ondan həmin vaxt yaşadığı evdə və ya başqa yerdə narkotik vasitələr, qadağan olunmuş predmetləri olub-olmaması soruşulduqda məcbur qalıb yaşadığı evin həyətyanı sahəsində “çətənə” bitkiləri əkdiyini etiraf etmişdir. Sonra özünün yazılı razılığı əsasında polis əməkdaşları ilə birlikdə müdafiəçisinin iştirakı ilə həmin bitkiləri əkdiyi yerə, yəni yaşadığı ünvana gəlmiş və orada çətənə bitkilərini əkib becərdiyi yeri polis əməkdaşlarına göstərib təqdim etmişdir. Həmin yerə onların və dəvət olunmuş mütəxəsis aqronomun iştirakı ilə baxış keçirilərkən oradan müxtəlif hündürlükdə 22 ədəd “nəşə” (çətənə) bitkisi aşkar olunaraq götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib edilmiş, oxunduqdan sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun yaşadğı evin həyətindən aşkar olunaraq götürülmüş həmin 22 ədəd “çətənə” bitkisi ona məxsus olmaqla onları özü tək əkib becərmişdir. Bundan kiminsə xəbəri olmamış, həmin bitkiləri özünün istifadəsi üçün əkib becərmiş, əkdiyi “çətənə” bitkiləri tam yetişmədiyindən onun məhsulundan da yığmamış və nə də onda başqa çətənə toxumu qalmamışdır. Hazırda səhvini başa düşməklə tutduğu əməlindən də səmimi peşimandır. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla hər hansı bir qohumluğu, ədavəti və münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 08 may 2023-cü il tarixdə onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş, alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmaqla tədbiri həyata keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı şöbədə müvafiq əmr verilmişdir. Bundan sonra o, Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün, saat 15:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi ona təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmiş və sonra o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən “şübhəli şəxs” qismində tutulmuşdur. Daha sonra onun öz seçimi əsasında dəvət olunmuş müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində heç bir narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində 22 ədəd “çətənə” bitkisi əkib yetişdirdiyini və onları göstərib təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim edib göstərəcəyi ərazidə iş üzrə əhəmiyyət kəsb edəcək əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan 08 may 2023-cü il tarixdə həmin əraziyə baxış keçirilməsi və ərazidə narkotik vasitə və ya cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi barədə müstəntiq tərəfindən qərar qəbul edimişdir. Həmin qərara, eləcədə Feyriz Abasovun yazılı razılıq ərizəsinə əsasən də aqronom-mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək həmin evin həyətyanı sahəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 158 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində, mişar daşından inşa edilmiş divarın dibində 3x4 metr ölçüdə ərazidə, yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan “çətənə” bitkilərinə oxşar bitkilər əkilmiş, həmin bitkilərin dibləri yumşaldılaraq ətrafı alaq otlarından təmizlənmişdir. Həmin vaxt, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin tərkibində narkotik maddələr olan “çətənə” bitkiləri olduğunu, onları özünün 2023-cü ilin fevral ayında əkdiyini, sonrakı müddətdə mütəmadi olaraq onlara qulluq göstərdiyini, yəni həmin bitkiləri daimi olaraq suvarıb diblərini yumşaltdığını bildirmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X3 həmin bitkilərə baxış keçirərək həmin bitkilərin tərkibində narkotik maddələr olan “çətənə” bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməklə mütəmadi olaraq suvarılıb diblərinin yumşaldıldığını bildirmişdir. Daha sonra aşkar edilmiş tərkibində narkotik maddələr olan “çətənə” bitkisinə bənzər bitkilər onlar tərəfindən bir-bir torpaqdan çıxarılaraq sayılmış, onların ümumilikdə cəmi- 22 ədəd olması müəyyən edilmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs başqa ərazidə həmin bitkilərdən əkib-əkmədiyi soruşulduqda o, digər ərazidə həmin bitkilərdən əkib-becərmədiyini bildirmişdir. Bundan sonra, baxış keçirilən ərazidən aşkar edilmiş yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan “çətənə” bitkilərinə oxşar 22 ədəd bitkilər Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirlmiş, burada aşkar edilərək götürülmüş həmin bitkilər bir daha sayılmış və protokolda qeyd olunan saylarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmin vaxt aşkar edilmiş 22 ədəd “çətənə” bitkiləri ekspertizaya təqdim edilməsi üçün sellofan torbaya qoyularaq qablaşdırılmış, torbanın ağzı “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib edilmiş protokol da oxunduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiq edilmişdir. İbtidai istintaq zamanı, şahid kimi dindirilmiş Şahid2 və Şahid3 da, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, 08 may 2023-cü il tarixli baxış və götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən orada mişar daşından inşa edilmiş divarın dibində biri-birinə yaxın məsafədə əkilmiş 22 ədəd tərkibində narkotik tərkibli maddələr olan “çətənə” bitkisi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan rayonu X1 baş aqronomu, orta ixtisas təhsilli X3 tərəfindən 08 may 2023-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, həmin gün ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən həyətyanı sahədə 3x4 metr ölçüdə sahədə əkilmiş 22 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, həmin bitkilər gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidir, bitkilərin kök dibində olan torpağı nəm və yumşaq olduğundan, onların boyu, gövdə, budaq və yarpaqları yaxşı inkişaf etdiyindən belə nəticəyə gəlmişdir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-bioloji ekspertizasının 09 may 2023-cü il tarixli, 18/483 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə...." sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 22 ədəd yaş vəziyyətdə ümumi çəkisi-820,0 qram olan bitki nümunələri əklib-becərilməsi qadağan olunmuş narkotik tərkibli “çətənə” (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 22 ədəd bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 08 may 2023-cü il tarixdə, saat 16:10-da istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 10 may 2023-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Salyan Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2009-cu il tarixdə ACDİÜ Azərbaycan Respublikası məhkəməsi tərəfindən CM-nin 234.4.3, 93.1.4-cü maddələrinə əsasən əmlakı müsadirə olunmaqla 10 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəza müddətinin başa çatması ilə qədar azad edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilib götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış çəkidə- 818,9 qram 22 ədəd “çətənə” bitkisi 11 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, iş üzrə verilmiş əməliyyat tapşırığına alınmış xx.xx.2023-cü il tarixli, 3-13-104/1-16431/23 nömrəli cavab raportunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkib becərdiyi “çətənə” bitkilərinin toxumlarını nə vaxt, harada, hansı miqdarda və kimdən əldə etməsini, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz satışı ilə bağlı məşğul olub-olmamasını müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə olunmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 16 iyun 2023-cü il tarixli, 1366 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sayan şəhəri, 20 Yanvar küçəsi ev 158 nömrəli evdə yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə müdafiəçisi X4 ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən iş üzrə törətmiş olduğu əməli etiraf edərək öz müdafiəsi üçün heç bir vəsatət verməmiş və dəlil gətirməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün, şahid qismində dindirilmiş şəxslərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, əməliyyat tapşırığının cavabı, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarışın keçirilməsinin görüntülərinin əks olunduğu disk, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən məcburi müalicəyə əks göstərişin olmasına dair yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Salyan rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış çəkisi- 818,9 qram olan 22 ədəd “çətənə” bitkisi məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zülüfüqar oğlu Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zülüfüqar oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Salyan rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış çəkidə- 818,9 qram olan 22 ədəd çətənə bitkisi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərinə görə 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs Zülüfüqar oğlundan tutularaq dövlət nəfinə keçirilsin. X5 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(099)-592/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-592/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver