Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-592/2024 08.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 12.1, 29,120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 00:30-dan 01:20-dək olan müddət ərzində Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, bina 16 ünvanında yerləşən “Randevu” restoranında Rusiya Federasiyasının vətəndaşı, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində münaqişə edərkən restoranın müştəriləri və mühafizəçilərinin onları ayırmasından sonra münaqişələrini küçədə, 16 nömrəli binanın qarşısında davam etdirərək Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə şalvarının sağ arxa cibində saxladığı və istintaqla müəyyən edilməyən açılıb-qatlanan bıçağı çıxararaq sağ əlinə götürməklə, cinayətkar niyyətini həyata keçirmək üçün bıçaqdan silah qismində istifadə edərək qəsdən güc tətbiq etməklə Zərərçəkmiş şəxs qarın boşluğu, sol çiyin oynağı və sol ayaq nahiyələrinə 4 dəfə zərbələr endirmiş, nəticədə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna keçərək yoğun bağırsağın və sol paranefral toxumanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin oynağında deltoid əzələlərinin və sirkumfleks arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara, sol baldırın orta üçdə birində əzələlərin, ön və arxa baldır arteriyalarının və damarların zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara, sol baldırın kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, hadisənin törədildiyi binanın yaxınlığına toplaşmış şəxslər münaqişəyə müdaxilə edərək onun Zərərçəkmiş şəxs əlavə zərbələr yetirməsinə mane olduqlarından və sonuncuya ilkin tibbi yardım göstərərək qanaxmanı dayandırdıqlarından, eyni zamanda Zərərçəkmiş şəxs çağırış əsasında hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən qısa müddətdə “Koryajma şəhər xəstəxanası” dövlət büdcəli səhiyyə müəssisəsinə çatdırılmaqla ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi nəticəsində həyatı xilas olunduğundan sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Azərbaycan Respublikasının hüdudlarından kənarda qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavadeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2018ci ildən Rusiya Federasiyasına gedib gəlmiş, orada işləmişdir. Hadisə baş verən gün - 15 iyul 2023-cü ildə saat 00:00-00:30 radələrində işdən çıxıb dostu Pavel ilə birlikdə yaşadığı yerdən təxminən 200 metr fəsafədə yerləşən “Randevu” adlı restoranına getmişdir. Restoranda olduğu vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq “mənə ikinci dəfədir ki, çiyin vurursan” demiş, o, isə ona “birinci dəfə nə vaxt vurdum ki, ikinci dəfə vurduğumu da deyirsən” demişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Restorandan çıxanda Zərərçəkmiş şəxs restoranın foyesində önünü kəsmiş, həmin vaxt ilk dəfə orada onunla mübahisə edib dalaşmış, lakin restoranın mühafizəçiləri onları ayırıb restorandan çıxarmışlar. O, da restorandan çıxıb evə getmək istəyərkən Zərərçəkmiş şəxs və dostları onu çağırmışlar. Həmin vaxt onlar 3 nəfər olduqlarından onu orada möhkəm döymüşlər, buna görə də o, özünü qorumaq məqsədi ilə bıçaqla Zərərçəkmiş şəxs 4 zərbə endirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və digərlərini əvvəllər tanımamış, digərləri də ona yumruq zərbələri endirmişlər. Lakin həmin şəxslər Zərərçəkmiş şəxs zəif olduqları üçün onlara bıçaqla zərbə vurmamışdır. O, Zərərçəkmiş şəxs bıçaqlayandan sonra onun dostları həmin yerdən qaçmamışlar, lakin ona da hücum etməmişlər. Hadisə zamanı istifadə etdiyi bıçağı hadisə yerindən aralanandan sonra atmışdır. Zərərçəkmiş şəxslə ilkin olaraq restoranda dalaşmış, belə ki, restorana daxil olduqdan 15 dəqiqə sonra dava düşmüşdür. Dava düşməsinin səbəbi onun Zərərçəkmiş şəxslə çiyin-çiyinə toqquşması olmuşdur. Hadisə baş verdikdən 2 gün sonra Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmişlə barışıq əldə edə bilməmişdir. Restoranda adamlar çox olduğundan bəlkə də Zərərçəkmiş şəxs çiyninə dəymişdir. Buna görə ondan üzr istəmiş, lakin içəridə musiqinin səsi çox olduğundan Nikolayın nə dediyini eşitməmiş, buna görə onun nə dediyini eşitmək üçün Nikolaydan restoranın giriş qapısının kənarına çıxmağı tələb etmişdir. Restoranın foyesində birinci dəfə o, Nikolayı vurmuşdur. Küçədə isə Zərərçəkmiş şəxs söyüş söyüb onu çağırdığı üçün qayıtmışdır. O, Rusiya Federasiyasında sürücü kimi işləmiş, avtomobilində həmişə bıçaq olmuşdur. Əməlindən peşmandır, Zərərçəkmiş şəxslə ibtidai istintaq zamanı görüşməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, özünü müdafiə etdiyini nəzərə alaraq ona daha az cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə “Randevu” restoranında olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona bir dəfə çiyin vurmuş, ikici dəfə də üstünə gəlib ona çiyin vurduğunda ondan nə istədiyini soruşanda aralarında mübahisə olmuş, mühafizəçilər onların əlini buraraq hər ikisini çölə çıxartmışlar. Küçədə olarkən o, yenə də Davuddan nə istədiyini soruşmuş, daha sonra aralarında dava düşmüş, qaranlıq olduğundan onun əlində nə olduğunu tam olaraq görməmiş, sonra isə onun əlində bıçaq olduğunu görmüş, lakin arxada olan şəxslərin üstünə yıxılması nəticəsindəmi, yoxsa qan itirməyi səbəbindənmi artıq yerə yıxılmışdır. Dava zamanı o, Davuddan əlindəki bıçağı yerə atmasını və yalın əllə vuruşmağı təklif etmiş, o, yıxıldıqdan sonra Davud ona yerdə də zərbələr yetirməyə davam etmiş, o, isə ayaqları ilə onu özündən uzaqlaşdırmağa çalışmışdır. O, yerdə olarkən Davud ətrafında gəzərək onu öldürməklə hədələmiş, o, isə onu öldürə bilməyəcəyini bildirmişdir. Daha sonra orada olan adamlar onları ayırmağa başlamışlar. Həmin vaxt bədəninin müxtəlif yerlərindən, eləcə də ayaq nahiyəsində olan orteriya damarından bıçaq zərbəsi almış, restorandan çıxan adamlar ona ilkin tibbi yardım göstərmiş, ayağına bint sarımış, daha sonra təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs və mülki iddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Randevu” restoranına öz dostları və onların qız dostları ilə getmiş, həmin şəxsləri narahat etməmək üçün başqa masaya keçmişdir. Gecə saat 00:00 radələrində “Randevu” restoranında olmuş, orada spirtli içki qəbul etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Davudun da içkili olub-olmadığını bilməmişdir. Davud bıçağı qəflətən çıxartmışdır. Təqsirləndirilən şəxslə dalaşərkən dostları yanında olmamış, onları da həmin yerə çağırmamışdır. Davudun dediyi kimi, hadisə yerində üç nəfər olmamışlar. Formada qala bilmək üçün həmişə idmanla məşğul olmuşdur. Belə ki, konkert olaraq bir deyil, bir neçə idman növü ilə - futbol, üzgüçülük və s. məşğul olmuşdur. Davudun hansı səbəbdən ona çiyin vurduğunu bilməmiş, onun tərəfindən mübahisə yaradacaq heç bir hadisə olmamışdır. Dava zamanı restoranın giriş zalında (foedə) Davud ona ilk zərbəni vurmuş, bu hal da kameraya düşmüşdür. Davudun hansı səbəbdən onu öldürməyə cəhd etdiyini bilməmişdir. O, Davudla barışmamış, ona qarşı mülkü iddia da vermişdir. Hazırda da mülki iddiasını müdafiə edir. Mülki iddiada göstərdiyi 3 milliyon rus rublu məbləğ ona dəymiş mənəvi ziyana görə etdiyi tələbidir. Belə ki, hadisə nəticəsində yalnız mənəvi ziyanı tələb edir. Əvvəllər də bir iş üzrə zərərçəkmiş olmuşdur. Həmin hadisə 2008-ci ildə olmuş və hadisə zamanı ona “butulka” ilə xəsarət yetirmişlər. Həmin hadisədə təqsirləndirilən şəxslər 03 nəfər olmuşdur ki, onlardan biri azərbaycanlı, ikisi isə rus olmuşlar. Həmin hadisə vaxtı onun və qarşı tərəfin, eləcə də vəkillərin iştirakı ilə təqsirləndirilən şəxs tərəfindən ona verilən pulu qəbul etməyi təklif edilmiş, həmin pulu qəbul etdiyindən mülki iddia verməmiş, buna görə də həmin təqsirləndirilən şəxslərə qarşı heç bir sanksiya tətbiq olunmayacağı bildirilmişdir. Hazırda Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəsə belə onunla barışmaq istəmir,çünki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası qanunlarına əsasən cəzasını çəkməsini istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası qanunlarına əsasən cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə, gecə saat 00:00 radələrində küçədə dava olduğunu görmüşdür. Şahid8 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gününün səhərsi onu polis şöbəsinə çağırdıqları üçün o, Davudu orada gördüyünü bildirmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçağa bənzər predmet görmüş, hadisə baş verdikdən sonra orada yerdən tapılan bıçağı ona göstərmişlər. Restoran daxilində Davud və Nikolay arasında olan mübahisənin şahidi olmamış, çölə çıxanda artıq dava olduğunu görmüşdür. Həmin vaxt kimin polis çağırdığını bilmir, lakin o, təcili yardıma zəng etmişdir. Hadisə vaxtı kimin birinci zərbə endirdiyni bilmir. Lakin o, gördüyü vaxt artıq Davudun Nikolaya zərbə endirdiyini görmüşdür. Onları ayırmağa təqsirləndirilən şəxsin- Davudun dostu çalışmışdır. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində evdə yatarkən ona Təqsirləndirilən şəxs ona zəng edib dava etdiyini, həmin şəxslərin çox olduğunu deyib onu köməyə çağırmışdır. Hadisə yerinə çatdığı zaman Davudun burnunun qırıq olduğunu, göz altının qaraldığını, Nikolayın isə yerə yıxılmış olduğunu görmüşdür. Həmçinin yerdə qan olmasını görüb həmin qanın Davudun burnundan axdığını düşünmüş, lakin sonradan orada olan şəxslər Nikolayın bıçaqlandığı demişlər. O, Nikolaya yaxınlaşmaq istəmiş, lakin onun aqresiv olduğunu görüb ona yaxınlaşmamış, daha sonra oradakı adamların təcili tibbi yardım çağırmalarını bilmişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verərkən orada olmamış, hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Lakin Nikolayın azərbaycanlıları xoşlamadığını eşitmişdir. Nikolayın əvvəllər azərbaycanlılarla mübahisələrinin olduğunu, məhkəmə zamanı onlardan pul istəməsini eşitmişdir. Həmçinin Nikolayın boksçu olduğunu da eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə saat 22:00-dan 23:00dək yaşadığı evdə olarkən böyük X8ya zəng etmiş və sonuncu ilə danışaraq Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, 16 ünvanında yerləşən “Randevu” restoranına getməyə razılaşmışlar. 15 iyul 2023-cü il tarixdə saat 00:00-dan 00:30-dək Koryajma şəhərində Andrey Makarenkoya ilə görüşərək “Randevu” restoranına gəlmişlər. Həmin restoranda çoxlu qonaqlar və spirtli içki qəbul etməklə istirahət edənlər olmuşdur. Andrey Makarenko ilə giriş bileti almış, restoranın salonuna daxil olmuş, masada oturaraq spirtli içki və qəlyanaltı sifariş etmişlər. Restoranda həm kişilər, həm qadınlar olmuşdur. Təxminən bir saat sonra, yəni saat 01:00-dan 01:10dək siqaret çəkmək üçün X8 ilə küçəyə çıxmışlar. Restoranın zalından çıxaraq pilləkənlərlə yuxarı qalxmış, “Brigantina” ticarət mərkəzinin eyvanına çıxmışlar. Küçəyə çıxarkən restoranın girişindən sol tərəfdə, təxminən 7 metr məsafədə, səkinin üzərində bir kişinin uzandığını və yanında da qan gölməçəsinin olduğunu görmüşdür. Yaralının şüuru özündə olmuşdur. Sonradan yaralının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs yanında restoranın müştəriləri olan başqa kişilər və qadınlar dayanmışdır. Onların içərisində ən azı üç Qafqaz əsilli kişi də olmuşdur. X8 ilə birlikdə vəziyyəti anlamaq, kömək təklif etmək və münaqişənin qarşısını almaq üçün aşağı enmiş və səkinin üzərində uzanan yaralıya doğru getmişlər. Zərərçəkmiş şəxs yaxınlaşdıqda sonuncunun üzərində xeyli qan olduğunu, əynindəki köynəyin sol tərəfdən yırtıldığını, bədənindəki yaradan şiddətli qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs bıçaqlandığını başa düşmüşdür. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşsa da sonuncu cavab verməmişdir. Orada olan bir neçə qafqazlı digər bir nəfər qafqazlını sakitləşdirməyə çalışmış və sonuncuya bıçağı yığışdırmasını demişlər. Həmin anda qafqazlılardan biri, ağır bədən quruluşlu və tanımadığı kişi ona tərəf dönərək “burda sənə nə lazımdır” deyə soruşmuşdur. Həmin adamın sağ əlində bıçaq olmuş, bıçağın tiyəsi qara poladdan və uzunluğu ən azı 8 sm olmuş, açılıb-qatlanan bıçaq olmuşdur. Həmin şəxsə cavabında nə baş verdiyini öyrənmək, yaralıya kömək etmək, münaqişəyə son qoymaq üçün yaxınlaşdığını demişdir. Sonradan həmin şəxsin 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişənin baş verdiyini və hələ də davam etdiyini anlamışdır. Təqsirləndirilən şəxs xarici görünüşünə görə çox aqressiv olmuş, özünü son dərəcədə sərt və təkəbbürlü aparmışdır. Təqsirləndirilən şəxs səkidə uzanmış Zərərçəkmiş şəxs yaxınlaşmağa, sonuncuya bıçaqla əlavə xəsarətlər yetirməyə çalışmışdır. Özünün və X8nun onlara yaxınlaşmasından, münaqişəyə müdaxilə etmələrindən Təqsirləndirilən şəxs açıq-aydın narazı olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs istiqamətini ona və Andrey Makarenkoya doğru dəyişmişdir. Yəni özü və Andrey Makarenko onlara yaxınlaşmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinə, sonuncuya bıçaqla əlavə xəsarətlər yetirmək niyyətinə mane olmuşlar. Sağ əlində bıçaq tutan Təqsirləndirilən şəxs aqressiv və sərt davranışlarından aydın olmuşdur ki, sonuncu Zərərçəkmiş şəxs zərbələr endirməyə davam etmək niyyətində olmuş, lakin özü və X8ya buna mane olmuşlar. O, Təqsirləndirilən şəxslə qısa dialoqa girməklə Zərərçəkmiş şəxs bıçaqlayanın məhz Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. O, vəziyyəti aydınlaşdırmaq və Zərərçəkmiş şəxs kömək etmək məqsədi ilə onlara yaxınlaşdığını dedikdə Təqsirləndirilən şəxs ona kobud şəkildə “bura bax, sənə nə lazımdır, səni də onun yanına uzandıraram” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs məhəl qoymamış və Zərərçəkmiş şəxs ilə söhbət etməyə davam etmiş, sonuncudan nə baş verdiyini soruşmuşdur. Lakin Zərərçəkmiş şəxs xeyli qan itirdiyi üçün ağır vəziyyətdə olmuş və ona cavab verə bilməmişdir. O, bir anlıq yenidən Təqsirləndirilən şəxs döndükdə sonuncuya nə isə deməyə macal tapmadan onun boynunun arxa nahiyəsindən küt əşya ilə sərt zərbə endirilmişdir. Buna görə şiddətli ağrılar yaşamış və dərhal yıxılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ətrafında olan qafqazlı kişilərdən biri ona arxadan yaxınlaşaraq başına yumruq zərbəsi endirmişdir. O, yerdə uzandığı zaman Təqsirləndirilən şəxs və sonuncunun Qafqaz əsilli 2 yoldaşı onun baş və kürək nahiyələrinə ən azı 5 dəfə zərbə endirmiş, fiziki ağrılar yetirmişlər. O, əlləri ilə üzünü örtdüyündən konkret şəxslərin ona hansı zərbələri endirdiyini görməmişdir. Nəticədə onun başında və kürəyində qançırlar əmələ gəlsə də sağlamlığına ciddi ziyan dəyməmişdir. Döyülməsi ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, döyülməsi ilə bağlı şikayət verməyi onun əqidəsinə ziddir. Qafqaz əsilli şəxslər onun başına və bədəninin digər nahiyələrinə zərbələr endirdikdən sonra Təqsirləndirilən şəxslə birlikdə naməlum istiqamətə getmişlər. Daha sonra X8ya ona yaxınlaşaraq ayağa qalxmasına kömək etmiş və təcili tibbi yardıma zəng vurmuşdur. Lakin təcili tibbi yardım şöbəsinin operatoru hadisə barədə məlumatlarının olduğunu, briqadanın yola çıxdığını bildirmişdir. Zərərçəkmiş şəxs xeyli qan itirdiyi üçün dərisinin rəngi solmuşdur. Təcili tibbi yardım briqadası Zərərçəkmiş şəxs Koryajemski şəhər xəstəxanasına çatdırmışlar. Daha sonra X8 ilə birlikdə restorana qayıdaraq istirahətlərinə davam etmişlər. Andrey Makarenko ilə söhbət edən zaman sonuncunun da hadisə zamanı Qafqaz əsilli şəxslər tərəfindən döyüldüyünü öyrənmişdir. Məhkəmə iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, onunla hadisədən 2-3 il əvvəl Koryajma şəhərində istirahət edərkən tanış olmuş, vaxtaşırı görüşərək spirtli içkilər qəbul etmişlər. Bildiyinə görə Təqsirləndirilən şəxs hadisədən 1,5-2 il əvvəl Rusiya Federasiyasının ərazisindən ona məlum olmayan səbəblərdən deportasiya edilmişdir. Təqsirləndirilən şəxs spirtli içkidən nadir hallarda və mülayim dərəcədə istifadə edir. Təqsirləndirilən şəxs dolanışıq üçün hansı işlə məşğul olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində açılıb-qatlanan bıçaq gəzdirdiyini görmüş, lakin həmin bıçağı nə üçün gəzdirdiyini soruşmamışdır. 15 iyul 2023-cü il tarixdə saat 00:00-dan 00:30-dək tanışı Şahid4lə birgə “Randevu” restoranına getmişdir. Restorana gedərkən M.V.Lomonosov parkında Təqsirləndirilən şəxslə təsadüfən görüşmüş, sonuncunun da həmin restorana getdiyini bilmişdir. Təqsirləndirilən şəxs davranışlarından sonuncunun ümumi dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olduğunu müşahidə etmişdir. Üçü də birlikdə restorana gedərək bar piştaxtasının arxasında oturmuş və pivə sifariş edərək içməyə başlamışlar. Təqsirləndirilən şəxs onun yanında 0,5 litr pivə qəbul etmişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs rəqs meydançasına yaxınlaşmışdır. Restoranın daxilində Təqsirləndirilən şəxs hər hansı şəxslə münaqişəsi olmamışdır. Bir müddətdən sonra Şahid4 ilə birlikdə siqaret çəkmək üçün restorandan küçəyə çıxmışlar. Təxminən 10-20 dəqiqə sonra Təqsirləndirilən şəxs də restorandan çıxmış, sonuncunun ardınca tanımadığı bir kişi çıxmışdır. Sonradan həmin kişinin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs aqressiv olmuş, Zərərçəkmiş şəxs “mənimlə küçəyə çıxmaq istəyirsən” deyə soruşmuşdur. Həmin anda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs dalaşmağa başlamışlar. Onlar eyni gücdə dalaşmış, yumruqları ilə bir-birinin baş və bədən nahiyələrinə vurmuşlar. Onların yanına insanlar toplaşsa da heç kim münaqişəyə daxil olmamışdır. O, münaqişəni başa çatdırmaq üçün onları bir-birindən ayırmaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs ona daha yaxın dayandığından sonuncunun çiynindən tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs də tutmaq imkanında olmuşdur, lakin Zərərçəkmiş şəxs ona daha yaxın dayandığından sonuncunun çiynindən tutmuş və kənara çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı məsafə təxminən bir metr olmuşdur. O, Təqsirləndirilən şəxslə üzbəüz dayanmaqla Zərərçəkmiş şəxs özünə tərəf çəkmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir zərbə endirməmişdir. Münaqişəni sonlandırmaq üçün Zərərçəkmiş şəxs kənara çəkərkən sonuncu qəflətən onun əlindən çıxaraq yerə yıxılmışdır. Zərərçəkmiş şəxs nə üçün yıxıldığını bilməmiş, sonuncuya heç bir təzyiq göstərməmiş və ya badalaq verməmiş, axsadığına görə yıxıldığını ehtimal etmişdir. Zərərçəkmiş şəxs yerə çökmüşdür, sonuncuya baxanda bədənindən şiddətli qan gəldiyini görmüşdür. Beləliklə onun münaqişəyə müdaxilə etməsindən əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ən azı bir dəfə bıçaqla zərbə endirdiyini və sonuncunun ağır yaralandığını anlamışdır. Təqsirləndirilən şəxs baxanda sonuncunun əlində bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs bıçağı əllərində yelləyərək və yüksək səslə qışqıraraq Zərərçəkmiş şəxs qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs isə yerdə uzandığı halda Təqsirləndirilən şəxs təpiklər vurmağa başlamışdır. Təqsirləndirilən şəxs aqressiv olmuş və Zərərçəkmiş şəxs zərbələr vurmağa davam etmişdir. Bundan sonra o, münaqişəni dayandırmaq məqsədi ilə Təqsirləndirilən şəxs bədənindən və qollarından tutaraq kənara çəkmişdir. Həmin vaxt tanımadığı 2 nəfər Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu bədənləri ilə örtmüş, əhatələmiş və Təqsirləndirilən şəxs müdafiə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs buraxıb restorana qayıtmış və küçədə daha sonra nələrin baş verdiyini görməmişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, bıçaq yalnız Təqsirləndirilən şəxs əlində olmuşdur. Bir müddət sonra siqaret çəkməkdən ötrü təkbaşına küçəyə çıxdıqda restoranın qarşısına təcili tibbi yardımın gəldiyini, həkimlərin Zərərçəkmiş şəxs köməklik göstərdiklərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs artıq küçədə olmamış, sonuncunun haraya getdiyini bilməmişdir. Hadisədən qısa müddət sonra, yəni həmin gün saat 01:17-də, 01:21-də və 01:32-də Təqsirləndirilən şəxs üç dəfə ona zəng etmiş, lakin restoranda yüksək musiqi olduğundan həmin zəngləri eşitməmiş və cavab verməmişdir. Sonradan Təqsirləndirilən şəxs zəng etdikdə isə sonuncu onun zənglərini açmamışdır. Saat 02:04-də isə Təqsirləndirilən şəxs ona yenidən zəng etmiş və təxminən 2 dəqiqə danışmışlar, lakin baş vermiş hadisəyə görə şok keçirdiyindən həmin danışığın məzmununu xatırlaya bilmir. Hadisədən sonra Təqsirləndirilən şəxs bir daha görməmiş, sonuncunun haraya getdiyi ona məlum olmamışdır. Hadisə zamanı o, Zərərçəkmiş şəxs hər hansı zərbə vurmaq niyyətində olmamış və sonuncuya xəsarət yetirməmişdir. Sadəcə münaqişəni bitirmək üçün Zərərçəkmiş şəxs tutaraq kənara çəkmişdir. Məhz Zərərçəkmiş şəxs tutmasının səbəbi sonuncunun ona daha yaxın dayanması olmuşdur. Zərərçəkmiş şəxs fiziki ağrılar keçirməsini və ölməsini qətiyyən arzu etməmişdir. Məhkəmə iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə saat 20:30-21:00 radələrində işdən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin gün saat 23 radələrində “Randevu” restoranında istirahət edən rəfiqələrinə zəng etmiş və yaşadığı ev həmin restoranın yaxınlığında yerləşdiyindən özü də oraya getmək qərarına gəlmişdir. Beləliklə 15 iyul 2023-cü il tarixdə saat 00:30-dan 00:50-dək müddətdə “Brigantina” ticarət mərkəzinin binasının birinci mərtəbəsində yerləşən “Randevu” restoranına getmişdir. Saat 00:50-dən 01:00-dək müddətdə təkbaşına ticarət mərkəzinin eyvanına yaxınlaşmışdır. Həmin vaxt xeyli sayda kişi və qadınlar siqaret çəkmək üçün restoranın həyətinə çıxmışdılar. Eyni zamanda ticarət mərkəzinin eyvanına yaxınlaşdıqda Qafqaz əsilli, sıx bədən quruluşlu bir kişinin restorandan əsas çıxışından eyvana çıxdığını və eyvandan düşərək bir neçə addım kənara çəkildiyini görmüşdür. Həmin şəxsin ardınca isə eyvandan rus əsilli bir adam qaçaraq çıxmışdır. Onlar prospektdə yerləşən evlərə tərəf gedən səkiyə yaxınlaşmışlar. Sonradan rus əsilli şəxsin Zərərçəkmiş şəxs, qafqazlının isə 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs restorandan çıxdıqdan dərhal sonra bir-birinə yumruq zərbələri vurmağa başlamışlar. Zərərçəkmiş şəxs boksçu mövqeyində dayanmış və Təqsirləndirilən şəxs sifətinə ən azı 2 dəfə yumruq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs isə yumruqlarını yelləyərək Zərərçəkmiş şəxs sifətinə zərbə endirməyə cəhd göstərmiş, lakin zərbələri hədəfə dəyməmişdir. Münaqişə davam edərkən onlar restoranın girişindən 7 metr məsafəyə qədər uzaqlaşmışlar. O, hər iki şəxsə qışqıraraq sakitləşmələrini, münaqişəni dayandırmalarını demişdir. Həmin şəxslərə təxminən 3 metr məsafədə dayanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən qara rəngli, açılıb-qatlanan bıçaq çıxarmış, sağ əli ilə bıçağın düyməsinə basmış və bıçaq açılmışdır. Bıçağın sapı və tiyəsi qara rəngli olmuş, kiçik ölçülü bıçaq olmuş, tiyəsi təqribən 8 sm, sapı da təxminən eyni uzunluqda olmuşdur. Təqsirləndirilən şəxs bıçağı bıçağın tiyəsini Zərərçəkmiş şəxs doğru tutaraq hücum etmiş, sonuncu isə geri çəkilmişdir. Təqsirləndirilən şəxs bıçağı sağdan sola, soldan sağa doğru yelləməyə başlamışdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bıçağı atmasını və yumruqları ilə ədalətli şəkildə döyüşməsini demişdir. Həmçinin o da Təqsirləndirilən şəxs qışqıraraq bıçağı atmasını demişdir, lakin sonuncu bıçağı yelləməyə davam etmiş, aqressiv və idarəolunmaz halda olmuşdur. Nəticədə Təqsirləndirilən şəxs atdığı çoxsaylı, ən azı 10 bıçaq zərbəsindən biri Zərərçəkmiş şəxs qarnının sol nahiyəsindən tutmuşdur. Həmin zərbəni dəqiq görmüş, çünki bıçaq futbolkanı deşərək Zərərçəkmiş şəxs bədəninə girmişdir. Təqsirləndirilən şəxs endirdiyi zərbələrdən növbətisi isə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən tutmuşdur. O və Zərərçəkmiş şəxs qışqıraraq Təqsirləndirilən şəxs bıçağı yerə atmasını desələr də sonuncu onları eşitməmişdir. Zərərçəkmiş şəxs qarın və çiyin nahiyələrindəki yaralardan şiddətli qan axmağa başlamış, sonuncunun futbolkası tamamilə qana bulaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yetirdiyi zərbələrin təsirindən Zərərçəkmiş şəxs bir anda kürəyi üstündə səkinin üzərinə yıxılmışdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs hücum etməyə davam etmiş, əlindəki bıçağı yelləyib sonuncuya əlavə zərbələr endirməyə çalışmışdır. Zərərçəkmiş şəxs betonun üzərində kürəyi üstündə uzanmış halda olarkən Təqsirləndirilən şəxs hücumunun qarşısını ayaqları ilə qarşısını almağa çalışmış, sonuncunu yaxına buraxmamaq üçün ayaqları ilə təpiklər atmışdır. Təqsirləndirilən şəxs isə bıçağı hələ də yelləməyə davam etmişdir. Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs üçüncü bıçaq zərbəsini endirmiş, həmin zərbə sonuncunun sol ayağının bud nahiyəsini tutmuşdur. Həmin yaradan güclü qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs bıçaqla zərbələr endirməyə davam edərkən Zərərçəkmiş şəxs öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs dayanmaq niyyəti olmadan zərbələr endirməyə davam edən zaman başqa bir qafqazlı restorandan küçəyə çıxmış və Təqsirləndirilən şəxs doğru qaçaraq sonuncunu Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışmışdır. Təqsirləndirilən şəxs son dərəcə aqressiv, idarəolunmaz vəziyyətdə olmuş, yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. Həmin vəziyyətdə Təqsirləndirilən şəxs niyyətinin Nikolay Suxuxi öldürməkdən ibarət olduğu açıq-aydın müşahidə olunmuşdur. İkinci qafqazlı Təqsirləndirilən şəxs kənarlaşdıran zaman ətrafdakı şəxslər dərhal qaçaraq Zərərçəkmiş şəxs yaxınlaşmışlar, sonuncunu müdafiə etməyə başlamışlar və Təqsirləndirilən şəxs yaxınlaşmasına imkan verməmişlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs aqressiv və cinayətkar əməllərini davam etdirməyə, hər vasitə ilə Zərərçəkmiş şəxs doğru gedərək sonuncunu bıçaqla vurmağa çalışmışdır. Əgər ikinci qafqazlı Təqsirləndirilən şəxs itələyərək Zərərçəkmiş şəxs uzaqlaşdırmasa və digər iki nəfər münaqişəyə qarışmasaydı Təqsirləndirilən şəxs bıçaqla əlavə zərbələr endirməyə davam edəcəyi və Zərərçəkmiş şəxs öldürəcəyi qaçınılmaz olmuşdur. Sadəcə ikinci qafqazlı və köməyə çatan iki nəfər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşmasına və sonuncuya növbəti zərbələri endirməsinə imkan verməmişlər. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına yıxılan və sonuncunu müdafiə etməyə çalışan oğlanın baş və kürək nahiyələrinə ən azı 5 dəfə yumruq vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs köməyə gələn digər adamın da baş nahiyəsinə dəfələrlə yumruq vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və ikinci qafqazlı bir anda gözdən itmişlər. O və ətrafdakı digər şəxslər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər və o, mobil telefonu ilə təcili tibbi yardıma zəng etmişdir. Özü və ətrafdakı şəxslər qanaxmanı dayandırmaq üçün Zərərçəkmiş şəxs ayağını şalvar kəməri ilə bağlamışlar. Lakin Zərərçəkmiş şəxs qarnında, çiynində və ayağında olan yaralardan qanaxma davam etmiş, sonuncu çoxlu qan itirmişdir. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 00:00-dan 01:00dək “Randevu” restoranına getmişdir. Həmin restoranda dostları Zərərçəkmiş şəxs, Sergey Oleşkov, həmçinin Olqa və Svetlana adlı qızlarla olmuşdur. O, dostu Sergey Oleşkov və 2 qızla birlikdə restoranın daxilində masada əyləşmişlər. Zərərçəkmiş şəxs isə başqa bir qızla piştaxtanın yanında dayanmışdır. Restoranın içində heç bir münaqişəyə şahid olmamışdır, çünki restoran qaranlıq olmuş və musiqi səslənmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs restoranda görmədiyi üçün sonuncunu axtarmaq üçün küçəyə çıxmışdır. Restoranın zalından çıxıb pilləkənlə qalxaraq “Brigantina” ticarət mərkəzinin eyvanına çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs küçədə, restoranın girişinin qarşısında dayandığını görmüşdür. Zərərçəkmiş şəxs qarşısında qara geyimdə olan və qara saqqalları olan Qafqaz əsilli tanımadığı kişi dayanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə həmin qafqazlı arasında dava baş vermiş və onlar bir-birinin başına və bədəninə ən azı 2 dəfə yumruq zərbəsi endirmişlər. Bir müddət sonra Zərərçəkmiş şəxs yerə yıxılmış və oturmuşdur. Əvvəlcə Zərərçəkmiş şəxs nə üçün yıxıldığını anlamamış, lakin sonuncu həmin qafqazlıya “bıçağı rədd elə, bıçaqsız döyüşə bilmirsən” sözlərini demişdir. Yerdə oturan Zərərçəkmiş şəxs ayaqları ilə qafqazlıya müqavimət göstərmiş, sonuncu isə əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs zərbə endirməyə cəhd göstərmişdir. Zərərçəkmiş şəxs ayaqları ilə qafqazlının zərbələrindən yayınmağa çalışmışdır. Həmin qafqazlı bıçaqla Zərərçəkmiş şəxs ayağına ən azı bir zərbə endirmişdir və zərbəsi tutmuşdur, çünki sonuncunun ayağından qan axmağa başlamışdır. Bundan sonra həmin qafqazlı Zərərçəkmiş şəxs qışqıraraq “səni öldürəcəyəm” sözlərini demişdir. Həmçinin həmin qafqazlı yerdə uzanmış halda olan və ayağını tutan Zərərçəkmiş şəxs kürəyinə və döş qəfəsinə ən azı 5 təpik zərbəsi endirmişdir. O, özünü itirdiyindən münaqişəyə müdaxilə etməmiş, Zərərçəkmiş şəxs müdafiə etməmişdir. Davam edən münaqişə zamanı tanımadığı, sonradan İqor Matvayev olduğunu öyrəndiyi şəxs münaqişəyə müdaxilə etmiş, Zərərçəkmiş şəxs üzərinə əyilərək bədəni ilə sonuncunu əhatə etmiş və qafqazlının Zərərçəkmiş şəxs bıçaqla əlavə zərbələr endirməsinin qarşısını almışdır. Həmçinin münaqişə davam edərkən daha 3-4 nəfər qafqazlı da hadisə yerinə yaxınlaşmışdır. Onlardan biri Zərərçəkmiş şəxs hələ də bıçaqlamağa çalışan qafqazlının çiyinlərindən dartıb hadisə yerindən uzaqlaşdırmışdır. Həmin vaxt sözügedən qafqazlının əlində olan bıçağı görmüşdür, həmin bıçaq qara rəngli, açılıb-qatlanan olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs bıçaqlayan qafqazlı İqor Matvayevin arxasında durub sonuncuya söyüşlər söyməyə və qışqırmağa başlamış, çəkməli ayağı ilə İqor Matvayevin başına güclü bir zərbə endirərək sonuncunun Zərərçəkmiş şəxs yanında yerə yıxılmasına səbəb olmuşdur. Bir az sonra restoranın eyvanına toplaşan insanların sayı artmış, onlardan biri təcili tibbi yardıma zəng etmişdir. Buna görə də Zərərçəkmiş şəxs bıçaqlayan qafqazlı və digər qafqazlılar sürətlə hərəkət edərək hadisə yerini tərk etmiş və naməlum istiqamətdə getmişlər. Bundan sonra o, yerdə uzanan Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunun paltarının tamamilə qan içində olduğunu, futbolkasının sol tərəfdən yırtıldığını, bədənindəki yaradan şiddətli qan axdığını görmüşdür. Həmçinin Zərərçəkmiş şəxs şalvarı da qan içərisində olmuşdur və sonuncunun ayağından zərbə aldığını anlamışdır. Zərərçəkmiş şəxs huşu özündə olmuş, rəngli solmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs çoxlu qan itirdiyindən huşunu itirmişdir. Tezliklə təcili tibbi yardım həkimləri hadisə yerinə gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Bundan sonra o, restoranın tualetinə gedərək əl-üzünü yumuş və orada İqor Matvayevə qarşılaraq tanış olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmaq üçün Koryajemski şəhər xəstəxanasına yollanmışdır. Hadisə zamanı İqor Matvayev münaqişəyə daxil olaraq Zərərçəkmiş şəxs özünün bədəni ilə örtdüyü üçün qafqazlı adam Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməyi dayandırmış, eyni zamanda başqa bir qafqaz əsilli şəxs hücum edən qafqazlını kənarlaşdırmışdır. Əgər həmin hallar olmasaydı sözügedən qafqazlı Zərərçəkmiş şəxs öldürəcəkdi, çünki həmin qafqazlı çox aqressiv olmuş və silahsız halda olan Zərərçəkmiş şəxs mümkün qədər çox zərbələr endirməyə çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 00:30-dan 01:00dək Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, 16 ünvanında yerləşən “Randevu” restoranına gəlmişdir. Saat 01:00-dan 02:00-dək təmiz hava almaq məqsədi ilə restoranın eyvanına çıxmışdır. Həmin vaxt iki kişinin restorandan çıxdığını görmüşdür, onlardan biri rus olmaqla əynində göy rəngli futbolka və açıq rəngli şalvar olmuş, digəri isə qafqazlı olmaqla tünd qara geyimdə, qara saqqallı və sıx bədən quruluşlu olmuşdur. Həmin şəxslər bir anda dalaşmağa başlamışlar və hər biri digərinin bədəninə ən azı 2 yumruq zərbəsi endirmişdir. Münaqişə zamanı qeyd olunan şəxslər birbirinə qışqırmışlar, lakin onların nə dediyini tam eşitməmişdir. Sözügedən qafqazlı bir anda əlində bıçaq varmış kimi əllərini rusa tərəf yelləməyə başladı, lakin onun hərəkətləri sürətli olduğundan əlində olan bıçağı görməmişdir. Bundan sonra rus əsilli şəxs yerə yıxılmış və sol ayağının bud və baldır nahiyələrini əlləri ilə tutmuşdur. O, sözügedən qafqazlının bıçaqla “rus”un ayaq nahiyəsinə ən azı bir dəfə zərbə vurduğunu başa düşmüşdür. Rusun ayağının hər tərəfi qan içində olmuşdur. Daha sonra qafqazlı ayaqlarında ayaqqabı olduğu halda yerdə uzanmış vəziyyətdə olan rusun bədəninə və kürəyinə ən azı 5 dəfə təpik zərbəsi endirmişdir. Qafqazlı çox aqressiv əhval-ruhiyyədə olmuş, çalağan kimi rusun ətrafında gəzmiş, ayaqlarını yelləyərək sonuncunun bədəninə ard-arda zərbələr vurmuşdur. Münaqişə zamanı həmin şəxslərə 2 nəfər rus yaxınlaşaraq yaralanmış adama kömək etməyə və sonuncunu qafqazlıdan müdafiə etməyə çalışmışlar. Qafqazlı isə yaralını müdafiə edən şəxslərin arxasında dayanaraq hər birinin başına ən azı 2 dəfə təpik zərbəsi endirmiş və hər iki şəxs yerə yıxılmışdır. Bundan sonra başqa bir adam sözügedən qafqazlını çəkib yaralıdan uzaqlaşdırmışdır. Restorandan çıxan şəxslər yaralının ətrafında toplaşmağa başlamışlar. Həmin vaxt sözügedən qafqazlının şərq istiqamətində getdiyini görmüşdür. Bundan sonra özü də yaralı rusa yaxınlaşmış, sonuncunun ayağından şiddətli qan axdığından arterial damarın zədələnmiş ola biləcəyini ehtimal etmişdir. Əsas tibbi biliklərə sahib olduğundan və ilkin tibbi yardım göstərməyi bacardığından dəri kəmərini çıxararaq yaralanmış şəxsin ayağına kəmərlə jqut çəkmiş, beləliklə arterial qanaxmanı dayandırmışdır. Həmçinin xilasedici olduğunu deyən başqa bir adam yaralıya yaxınlaşmış, yaralı şəxsin əzasına ikinci jqutu vurmuşdur. Yaralanmış şəxs özündə olmuş, qan itkisindən çox solğun olmuş, heç nə danışmır, onun suallarını başını tərpətməklə cavab verirdi. Bundan sonra ətrafdakı şəxslərdən biri təcili tibbi yardım çağırmışdır. O, yaralının yanında dayanaraq təcili tibbi yardımın gəlməsini gözləmiş və yaralını həkimlərə təhvil vermişdir. Təcili tibbi yardım briqadasının həkimləri yaralını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər xilasedici işləmişdir və buna görə ilkin tibbi yardım göstərmək bacarıqları vardır. 14 iyun 2023-cü il tarixdə saat 23:00-dan 24:00dək müddətdə “Randevu” restoranına getmişdir. 15 iyul 2023-cü il tarixdə saat 00:00-dan 01:30-dək həmin restorandan küçəyə çıxmışdır. Həmin vaxt restoranın qarşısındakı meydançada bir nəfərin qan içində uzandığını görmüşdür. Həmin şəxs onun tanışı Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs ətrafına xeyli insan toplaşmışdır. Həmin vaxt o, hər hansı münaqişəyə şahid olmamışdır. Zərərçəkmiş şəxs yaxınlaşdıqda sonuncunun sol ayağındakı yaradan arterial qanaxmanın olduğunu görmüş və ətrafdakı insanlardan ona kəmər vermələrini istəmişdir. Yanında dayanan kişilərdən biri şalvarının kəmərini çıxararaq ona vermişdir. O, da həmin kəmərlə Zərərçəkmiş şəxs ayağındakı yaranın yuxarı hissəsindən jqut qoyaraq qanaxmanı dayandırmışdır. Yaxınlıqda olan insanlardan biri təcili tibbi yardıma zəng etmişdir. O, təcili tibbi yardım həkimləri gələnədək Zərərçəkmiş şəxs şüurunu itirməməsi üçün sonuncuya psixoloji dəstək vermişdir. Bir az sonra təcili tibbi yardım həkimləri gələrək Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə davam etmişlər və daha sonra sonuncunu xəstəxanaya aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Arxangelsk vilayəti və X11 üzrə istintaq idarəsinin Koryajemskiy rayonlararası istintaq şöbəsinin müstəntiqi P.O.Şimkusun 15 iyul 2023-cü il tarixli qərarı ilə Rusiya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 1-ci hissəsi ilə başlanaraq istintaq aparılmışdır. (İV cild, i.v. 1- 2) - “Hadisə yerinə baxış aparılması haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, sözügedən cinayət Rusiya Federasiyası, Argangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, 16 ünvanında yerləşən “Brigantina” ticarət mərkəzinin birinci mərtəbəsindəki “Randevu” restoranının qarşısında, restoranın eyvanından 9 metr cənubqərbdə baş vermişdir. Cinayətin baş verdiyi yerdə 120x160 sm ölçüdə qan gölməçəsi aşkar edilmişdir. (İV cild, i.v. 8-14) - “Hadisə yerinə baxış aparılması haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş geyim əşyaları – üzərində qanabənzər ləkələr olan tünd-göy rəngli futbolka, üzərində qanabənzər ləkələr olan zədələnmiş başlıqlı kofta, üzərində qanabənzər ləkələr olan zədələnmiş şalvar 15 iyul 2023-cü il tarixli protokol üzrə Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, Arxangelskaya küçəsi, 54 ünvanında yerləşən “Koryajma şəhər xəstəxanası” dövlət büdcə səhiyyə müəssisəsinin binasından götürülmüşdür. (İV cild, i.v. 15-20) - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cÜ il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İV cild, i.v. 107-110) - Rusiya Federasiyası İstintaq Komitəsinin Arxangelsk vilayəti və X11 üzrə istintaq idarəsinin Koryajemskiy rayonlararası istintaq şöbəsinin müstəntiqi D.S.Artyomenkonun 16 iyul 2023-cü il tarixli qərarı üzrə Əliyev X5 Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində axtarışa verilmişdir. (İV cild, i.v. 166-167) - Rusiya Federasiyası İstintaq Komitəsinin Arxangelsk vilayəti və X11 üzrə istintaq idarəsinin Koryajemskiy regional istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi S.V.Bojedomovun 17 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Rusiya Federasiyasının hüdudlarından kənarda istintaqdan gizlənməsi ilə əlaqədar ona ittihamın elan edilməsi mümkün olmamışdır. ( İV cild, i.v. 204-206) - Rusiya Federasiyası Arxangelsk vilayətinin Koryajma şəhər məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində qiyabi həbs qətimkan tədbiri seçilmişdir. (İV cild, i.v. 227-230) - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə idarəsinin Koryajma şəhər polis bölməsinin rəisinin 18 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində federal axtarış elan edilmişdir. ( İV cild, i.v. 231-232) - Rusiya Federasiyasının Arxangelsk vilayətinin “Koryajma şəhər xəstəxanası” dövlət büdcə səhiyyə müəssisəsindən verilmiş 3 avqust 2023-cü il tarixli arayışda göstərilmişdir ki, Zərərçəkmiş şəxs 15 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək həmin xəstəxananın cərrahiyyə şöbəsində yoğun bağırsağın aşağı-son hissəsini zədələməklə qarın boşluğuna nüfuz edən bıçaq yarası, sol çiyin birləşməsində deltoid əzələsinin və dərialtı arteriyanın zədələnməsi ilə müşayiət olunan bıçaq yarası, sol baldırın orta üçdə birində əzələlərin, arxa və ön arteriyaların və damarların zədələnməsi ilə müşayiət olunan bıçaq yarası, sol baldırın kəsilmiş yarası, həmçinin subkompensasiya olunmuş hemorragik şok diaqnozu ilə stasionar müalicədə olmuşdur. ( Vİ cild, i.v. 5) - 15 iyul 2023-cü il tarixli təcili tibbi yardımın çağırış kartından görünür ki, Rusiya Federasiyasının Arxangelsk vilayətinin “Koryajma şəhər xəstəxanası” dövlət büdcə səhiyyə müəssisəsinə 15 iyul 2023-cü il tarixdə saat 01:04-də “Randevu” restoranının qarşısında 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanması haqqında məlumat və çağırış daxil olmuş, təcili tibbi yardım briqadası saat 01:08-də çağırış yerinə çatmış və saat 01:28-də zərərçəkmiş şəxs tibb müəssisəsinə çatdırılmışdır. Müayinə zamanı zərərçəkmiş şəxsdə sərxoşluq müəyyən edilmiş, ümumi vəziyyəti ağır və şüuru açıq olaraq qiymətləndirilmiş və təxirə salınmadan cərrahi əməliyyata göndərilmişdir. ( Vİ cild,i.v.7-9) - məhkəmə-tibbi ekspertizanın 10 avqust 2023-cü il tarixli 353 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -qarın boşluğuna keçərək yoğun bağırsağın və sol paranefral toxumanın zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara, 15 iyul 2023-cü il tarixdə saat 01:08-dən gec olmayaraq iti kənarlı əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aiddir; sol çiyin oynağında deltoid əzələsi və sirkumfleks arteriyanın zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yara, 15 iyul 2023-cü il tarixdə saat 01:08-dən gec olmayaraq iti kənarlı əşyanın təsirindən əmələ gəlmişdir; -sol baldırın orta üçdə birində ön və arxa baldır arteriyaları və damarların zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara, 15 iyul 2023-cü il tarixdə saat 01:08-dən gec olmayaraq iti kənarlı olan əşyanın təsirindən əmələ gəlmişdir; sol baldırın kəsilmiş yarası, 15 iyul 2023-cü il tarixdə saat 01:08-dən gec olmayaraq əmələ gəlmişdir, yaranma mexanizmini və xəsarəti yetirən əşyanı müəyyən etmək mümkün deyil; sol çiyin oynağında olan bir ədəd və sol baldır nahiyəsində olan iki ədəd xəsarətlər həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. ( Vİ cild, i.v. 40-42) - məhkəmə-trasoloji ekspertizanın 31 avqust 2023-cü il tarixli 17/0104 nömrəli rəyindən görünür ki, cinayət hadisəsinin törədilməsi zamanı Zərərçəkmiş şəxs üzərində olmuş geyim əşyaları üzərində aşağıdakı trasoloji zədələr aşkar edilmişdir; başlıqlı koftanın sol qolunun arxa səthində və belinin aşağı arxa səthində kəsici əşyanın təsirindən yaranmış zədələr, sol qolunun arxa hissəsində cırılma nəticəsində yaranmış zədə; futbolkanın sol qolunun arxa hissəsində və belinin aşağı arxa səthində kəsici əşyanın təsirindən yaranmış; şalvarın sol ayağının ön səthində, sol ayağın yan tikişində və sol cibin üzərində kəsici əşyanın təsirindən yaranmış zədələr; paltarlarda müəyyən edilmiş kəsilmiş zədələrin nisbətən qalın və iti tiyəsi olan bıçağın təsirindən əmələ gəlməsi mümkündür. ( Vİ cild, i.v. 60-65) - 5 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X3 Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, 16 ünvanında yerləşən “Randevu” restoranında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərin mövcud olduğu kompakt diski istintaqa təqdim etmiş və həmin kompakt disk götürülmüşdür. ( Vİ cild, i.v. 112-116) - 5 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədilməsi zamanı üzərində olmuş geyim əşyaları, yəni başlıqlı kofta, futbolka və şalvar maddi sübut kimi tanınmışdır. ( Vİ cild, i.v. 134) - “diskə baxış keçirilməsi haqqıda” 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası, Arxangelsk vilayəti, Koryajma şəhəri, M.V.Lomonosov prospekti, 16 ünvanında yerləşən “Randevu” restoranında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərə baxış aparılmış və müəyyən edilmişdir ki , 15 iyul 2023-cü il tarixdə saat 00:26-da Təqsirləndirilən şəxs restoranın foyesinə gəlir və bir qədər sonra restorandan küçəyə çıxır; 15 iyul 2023-cü il tarixdə saat 00:31-də Zərərçəkmiş şəxs restoranın foyesinə gəlir; 15 iyul 2023-cü il tarixdə saat 00:33-də Zərərçəkmiş şəxs restoranın foyesində olarkən Təqsirləndirilən şəxs restoranın foyesinə təkrarən daxil olur və onun yanından keçir, onların arasında heç bir münaqişə yoxdur; 15 iyul 2023-cü il tarixdə saat 01:06-da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə qarderobun foyesindən küçəyə aparan pilləkənə çıxırlar, bundan dərhal sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə endirir, sonuncu həmin zərbənin təsirindən yıxılır, lakin kürəyi ilə divara söykənərək ayağa qalxır, bundan sonra isə onlar qarderob foyesinin yanında əlbəyaxa dalaşmağa başlayırlar, bundan sonra iki nəfər kişi onlara yaxınlaşaraq onları ayırır və Zərərçəkmiş şəxs müşahidə kameralarının baxış sahəsindən çıxır; 15 iyul 2023cü il tarixdə saat 01:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanından kənara çəkilərək sağ əli ilə şalvarının arxa sağ cibindən qara saplı, açılıb-qatlanan bıçağa bənzər əşyanı gizlicə çıxarır, həmin əşyanı sağ əlində saxlayaraq Zərərçəkmiş şəxs arxasınca gedir və kameraların baxış sahəsindən çıxır; 15 iyul 2023-cü il tarixdə saat 01:08-də Zərərçəkmiş şəxs restoranın foyesinə tək qayıdır və bundan sonra qarderobun foyesindən təkrarən küçəyə çıxır; 15 iyul 2023-cü il tarixdə saat 01:11-də Şahid7 qarderobun foyesindən küçəyə çıxır, bundan dərhal sonra küçədən qarderobun foyesinə qaçaraq daxil olur, dərhal sonra isə X4 ilə birlikdə qarderobun foyesindən küçəyə çıxırlar; 15 iyul 2023-cü il tarixdə saat 01:14-də Şahid3 küçədən restoranın qarderobunun foyesinə qayıdır. ( Vİ cild, i.v. 149-160) - 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixə aid olan videogörüntülərin olduğu optik kompakt disk maddi sübut kimi tanınmışdır. ( Vİ cild, i.v. 161) - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla hazırda Azərbaycan Respublikasında yaşadığı müəyyən olunduğundan Rusiya Federasiyasının İstintaq Komitəsinin Arxangelsk vilayəti və X11 üzrə istintaq idarəsinin Koryajemskiy rayonlararası istintaq şöbəsinin müstəntiqinin müvafiq qaydada şöbənin rəisi ilə razılaşdırılmış 13 oktyabr 2023-cü il tarixli qərarı ilə “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 7 oktyabr 2002-ci il tarixdə Moldova Respublikasının Kişinyov şəhərində imzalanmış Konvensiyaya uyğun olaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Rusiya Federasiyasının Baş Prokurorluğunun vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. ( Vİ cild, i.v. 227-229) -“ Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərar qəbul edilmişdir. ( Vİİ cild, i.v. 23-27) - “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Ağcabədi RPŞ-yə gələrək özünü təqdim etmişdir. ( Vİİ cild, i.v. 36-37) - Ağcabədi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 4(017)-35/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. (Vİİ cild, i.v. 74-76) - “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəliklərdən əziyyət çəkməmiş, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanında, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır və hazırda əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3cü maddəsinin təsirinə düşmür.Onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmadığından və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətinə malik olduğundan onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur və o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Eləcə də o, hadisə haqqında məntiqi fikir yürütmə, praktiki olaraq şəxsi fikirlərini müdafiəyə meyillilik, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başaqları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini dam dərk etmək qabiliyyətinə malik olmuşdur. Sonuncu ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixi-emosional halda olmuş və həmin halın yaranma səbəblərindən biri onun zərərçəkmiş şəxslə mübahisəsi olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (fizioloji affekt keçirməmişdir). Sonuncu təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. ( Vİİ cild, i.v. 115-119) - “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 12.1, 29,120.1-ci maddələrinə tövsif edilmiş, sonuncuyta həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. ( Vİİ cild, i.v. 125-155) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 29,120.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. ( Vİİ cild, i.v. 157-159) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, zərərçəkmiş şəxsin ətrafında olan digər 2 nəfərlə birlikdə ona hücum edərək onu yumruq və təpik zərbələri ilə döydüyünü, buna görə özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsə üzərində olan bıçaqla xəsarətlər yetirdiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, zərərçəkmiş və şahid ifadələrinə, eləcə də işin faktiki hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddələrində qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış ədavət nəticəsində öldürməyə cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsində nəzərdə tutulan tövsifedici əlamətlər və 121 – 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayəti (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və ya dalaşma zamanı, qısqanclıq səbəbindən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranan nifrət, paxıllıq, ədavət üzündən törədilən cinayətlər) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Münaqişə və dalaşma zamanı qəsdən adam öldürmə, bir qayda olaraq, zərərçəkmiş şəxsi öldürməyə qabaqcadan düşünülməmiş niyyətin olması ilə xarakterizə olunur. Ağırlaşdırıcı hallar olmadan dalaşma zamanı adam öldürmə, tərəflərdən hansının dalaşmanın təşəbbüskarı qismində çıxış etməsindən, habelə dalaşmanın qarşılıqlı olubolmamasından asılı olmayaraq hər bir halda Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən niyyətinin iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmaması əməlin cinayət-hüquqi qiymətləndirilməsinə təsir göstərir. Belə ki, cinayətin başa çatması üçün cinayət törədən şəxsin niyyəti ilə əhatə olunan bütün hərəkət epizodları törədilmiş olmalıdır. Təqsirkarın niyyəti ilə əhatə edilən sonuncu hərəkət aktının edilməməsi cinayətin başa çatmaması deməkdir. Təqsirləndirilən şəxs əməllərinə münasibətdə görünür ki, o, Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə cinayət törətsə də niyyətinə nail ola bilməmiş, sonuncunu həyatdan məhrum edə bilməmişdir. Belə ki, hadisənin törədildiyi binanın yaxınlığına toplaşmış şəxslər münaqişəyə müdaxilə edərək onun zərərçəkmiş şəxsə əlavə zərbələr yetirməsinə mane olduqlarından və sonuncuya ilkin tibbi yardım göstərərək qanaxmanı dayandırdıqlarından, eyni zamanda zərərçəkmiş şəxs çağırış əsasında hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən qısa müddətdə “Koryajma şəhər xəstəxanası” dövlət büdcəli səhiyyə müəssisəsinə çatdırılmaqla ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi, bir sözlə Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblər onun adam öldürməyə yönəlmiş niyyətini başa çatdırmasına mane olmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlillərlə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş üzrə şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, müşahidə kameralarına baxışın aparılması haqqında protokol və digər sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs münaqişəyə ikilikdə başlamış, onların yanında üçüncü şəxs olmamış, yalnız Təqsirləndirilən şəxs bıçaqdan istifadə etməyə başlayaraq zərərçəkmişə zərbələr endirdikdən sonra ətrafdakılar müdaxilə edərək onları ayırmış, Təqsirləndirilən şəxs tutaraq saxlamışlar. Bundan başqa zərərçəkmiş şəxsin bıçaqlandıqdan sonra yerə yıxılmasından sonra belə Təqsirləndirilən şəxs ona xəsarətlər yetirməkdə davam etməsi Təqsirləndirilən şəxs niyyətinin zərərçəkmiş şəxsə mümkün qədər çox xəsarət yetirmək, dolayısı ilə onu öldürmək niyyətini təsdiq edir. Digər şəxslərin müdaxiləsi olmasaydı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə əlavə xəsarətlər yetirəcəyi, zərərçəkmiş şəxsin qətlini başa çatdıracağı aşkardır. Onun niyyətini başa çatdırmasına səbəb olan qeyri-iradi hallar isə zərərçəkmiş şəxsin peşəkar boksçu olması ilə əlaqədar olaraq aktiv müqavimət göstərməsi, münaqişəyə müdaxilə edən İqor Matvayevin bədəni ilə zərərçəkmiş şəxsin üzərini örtməsi, sonuncu əhatələməsi, Şahid3 isə Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırması və ətrafdakıların zərərçəkmiş şəxsə jqut bağlamaqla qanaxmanı dayandırmaları, ilkin tibbi yardım göstərmələri və dərhal təcili tibbi yardıma zəng etmələri ilə əlaqədar zərərçəkmiş şəxsin qısa müddətdə ixtisaslı tibbi yardım alması və sair olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qarşılıqlı münaqişə zamanı silahsız halda olan və əliyalın döyüşən zərərçəkmiş şəxsə qarşı bıçaqdan istifadə etməsi heç bir halda zəruri müdafiə, eləcə də zəruri müdafiə həddini aşma kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığı, zərərçəkmiş şəxsin digər 2 nəfərlə birlikdə ona hücum etməsi, özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirməsi kimi ifadələri işin faktiki hallarına uyğun olmadığından və onların həqiqi olmadığı yuxarıda göstərilən sübutlar əsasında təsdiq edildiyindən, eləcə də daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmağa yönəldiyindən sübut hesab olunmamalı və rədd edilməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 29,120.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - Şahid8, Şahid5 ifadələri, eləcə də şahidlər - Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli, “müşahidə kameralarına baxış keçirilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli, “diskə baxış keçirilməsi haqqıda” 08 oktyabr 2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizanın 10 avqust 2023-cü il tarixli 353 nömrəli, məhkəmə-trasoloji ekspertizanın 31 avqust 2023-cü il tarixli 17/0104 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı olaraq törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 279 nömrəli rəyi ilə tam sübuta yetirilir. Bundan başqa qeyd olunan cinayətin Azərbaycan Respublikasının hüdudlarından kənarda törədilməsi ilə əlaqədar cinayət qanunvericiliyinin məkana görə qüvvəsinin normalarına müraciət etmək lazımdır. Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum edilməmişlərsə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi əsasında məsuliyyətə cəlb edilirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni yüngülləşdirici və ağırlaşdırıcı hallar olmadan qəsdən adam öldürməyə cəhd tərkibi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur və Təqsirləndirilən şəxs həmin cinayətə görə Rusiya Federasiyasında məhkum edilməmişdir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi həmin cinayətə görə Azərbaycan Respublikasında cinayət qanunvericiliyinə cəlb edilməsi mümkündür və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərkən həmin Məcəllənin 12.1-ci maddəsinə istinad olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 12.1, 29,120.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Vİİ cild, i.v 97) - Ağcabədi rayon icra hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X6, 2014-cü il təvəllüdlü övladı X9 və 2015-ci il təvəllüdlü övladı X10 ilə birlikdə Avşar kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİİ cild, i.v 149-151) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmin cinayəti törətməyə onu zərərçəkmişin sövq etməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən digər hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in: - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bundan əlavə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və könüllü gəlib təqsini boynuna aldıqda Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələri) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini- qəsdən adam öldürməyə cəhd cinayət əməlini Rusiya Federasiyası ərazisində törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-in 12.1 və 12.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla (CM-in 12-ci maddəsinə istinad edilməklə) CM-nin 29,120.1ci maddəsi ilə, eyni zamanda bu əmələ görə cinayət məsuliyyəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi ilə tövsif olunmaqla həmin maddənin sanksiyasında altı ildən on beş ilədək ilədək azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsinin sanksiyasında isə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda cinayət qanunvericiliyin müddəaları nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin edilərkən eyni əmələ görə Rusiya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 105ci maddəsinin 1-ci hissəsinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin altı il, yuxarı həddi isə Azərbaycan Respublikası CM-in 29,120.1ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on dörd il olması nəzərə alınaraq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti altı ildən on dörd ilədək müddət müəyyən edilməklə qəbul edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəs ilə 06 ildən 14 ilədək olan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Lakin Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox cəza təyin edilə bilməz. Yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,120.1-ci maddəsinə əsasən 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmədən artıq cəza təyin edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldıqda – CM-in 59.1.10-cu maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma halı nəzərə alındıqda isə sonuncuya təqsirləndirildiyi CM-in 29,120.1-ci maddəsinə əsasən 07 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmədən artıq cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzaların təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin könüllü olaraq gəlib təqsirini boynuna almasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), eləcə də işin faktiki halları, o cümlədən şəxsi münasibətlər zəminində, eləcə də zərərçəkmiş şəxsin təşəbbüsü ilə aralarında qəflətən yaranan mübahisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarətlər yetirməsini, zərərçəkmiş şəxsin əvvəllər də bu kimi davalarda iştirak etməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 12.1, 29,120.1-ci maddəsinin (eləcə də iya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsinin) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə ittiham elan edilməsi üçün tutulduğu 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan - Cinayətin törədildiyi vaxt Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, yəni tünd-göy rəngli futbolka, başlıqlı kofta və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında sonuncunun ona 3.000.000 rus rublu mənəvi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs tərəfindən mənəvi ziyan tələbinə dair verilmiş mülki iddia qismən təmin edilməlidir. Məhkəmə verilmiş mülki iddiada mənəvi zərərlə bağlı xahişə münasibətdə hesab edir ki, Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu, işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116). Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb - qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən də (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119). Beləliklə də, aydın olur ki, məhkəmələr, baxılan işin bütün hallarını nəzərə almaqla təkcə pozuntunun müəyyən olunmasının mənəvi zərərin kompensasiyası üçün yetərli olmadığı qənaətinə gəldikdə, mənəvi zərərə görə müəyyən (ağlabatan) məbləğdə vəsaitin tutulması barədə də qərar qəbul etməlidirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə vurduğu mənəvi ziyana görə 1.000.000 rus rublu xx.xx.2024-cü il tarixə olan məzənnə ilə 17.700 Azərbaycan manatı məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 29, 120.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə tutulduğu 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, yəni tünd-göy rəngli futbolka, başlıqlı kofta və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia - mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu mənəvi ziyana görə 1.000.000 rus rublu xx.xx.2024-cü il tarixə olan məzənnə ilə 17.700 Azərbaycan manatı manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs oğluna ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-592/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-592/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver