Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-592/2025 26.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (məhkəmə iclasına sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X17, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X11 iştirakı ilə xx xxxx 1961-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikası, Akuşinskiy rayonun Akuşa kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Dağıstan Respublikası, Akuşinskiy rayonun Akuşa kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Sumqayıt şəhəri, Yaşma qəsəbəsində “Linkoil-İ MMC”-yə məxsus 1 saylı X12 “İstirahət otağı”nda müvəqqəti yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Rusiya Federasiyasının vətəndaşı X7 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verilmişdir ki, o, 15 avqust 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri xüsusilə külli miqdarda-63805 qram qurudulmuş marixuana narkotik vasitəsini cəmi 76 bağlamanın içərisində qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 04 ədəd paletdə Özbəkistan Respublikasında qeydiyyatda olan “X26” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X25 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilən 22 ədəd palet kahı yükünün arasında yerləşdirib onun idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839- 05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə qeyd edilən narkotik vasitəni İran İslam Respublikasında qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerində saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 15 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonun ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və qeyd edilən narkotik vasitə 20 avqust 2025-ci il tarixdə, saat 14 radələrində keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyini təsdiq edən sübutlar əldə olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X8 11 avqust 2025-ci il tarixində idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “heyvan üçün yem” yükünü Rusiya Federasiyasından Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının (bundan sonra İranın) Astara şəhərinə aparmış, orada yerləşən dəniz limanına yükü boşaltmazdan əvvəl, əvvəllər tanıdığı Mehdi adlı iranlıya zəng edib geri qayıdarkən aparmaq üçün yük tapmasını xahiş etmiş və həmin gün yükü boşaltdıqdan sonra Mehdi ona zəng edib Rusiyaya aparması üçün “kahı” yükünün olduğunu bildirdikdən sonra o, “Pəyanə” terminalında Mehdi adlı şəxslə görüşüb veriləcək 340.000 Rus rublu müqabilində kahı yükünü (Özbəkistan Respublikasında qeydiyyatda olan “X26” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X25 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilən) Moskva şəhərinə aparılmasına və RF-nın Dərbənd gömrük keçid məntəqəsindən rəsmiləşdirmə bitdikdən sonra kahı yükünün hara aparmalı olması barədə ona telefonla zəng edilib deyiləcəyinə razılaşdıqdan sonra “Pəyanə” terminalında digər (naməlum) “Volvo” markalı yük maşınının qoşqusundan onun idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna 22 ədəd paletdə kahı yükü yüklənmişdir. Bundan sonra Həsən Həmzələəliyev bir müddət sərhəd keçidi üçün növbədə olmuş və 15 avqust 2025-ci il tarixdə İran gömrüyünə daxil olub orada yoxlamadan keçib saat 22 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, orada nəqliyyat vasitəsi rentgen qurğusunda yoxlanarkən nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə müəyyən edilən görüntülərin (şübhəli halların) olmasına, habelə daxil olmuş əməliyyat məlumatına (nəqliyyat vasitəsində narkotik vasitənin olmasına) əsasən nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. 20 avqust 2025-ci il tarixdə, saat 14 radələrində gömrük nəzarəti qaydasında Həsən Həmzələəliyevin idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanılarkən nəqliyyat vasitəsinin qoşqusunda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 04 ədəd paletdə olmaqla cəmi 76 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 76 ədəd bağlamalarda xüsusilə külli miqdarda-63805 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı X4 ittiham olunduğu cinayət əməlləri törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının (bundan sonra RF və ya Rusiya) vətəndaşıdır, evlidir, RF Dağıstan Respublikası, Akuşinskiy rayonun Akuşa kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və 44 ildir ki, fərdi qaydada yük maşının sürücü kimi yük daşıma ilə, əsasən də Rusiyadan İrana və digər ölkələrə yüklərin daşınması ilə məşğuldur. Etibarnamə ilə “Volvo” markalı, P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük maşınını idarə etmişdir. Əvvəllər, həmçinin 2025-ci ildə idarə etdiyi nəqliyyat vasitəsilə Rusiyadan İrana, habelə İrandan Rusiyaya müxtəlib yüklər daşımışdır. Sonuncu dəfə 11 avqust 2025-ci il tarixində idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük maşını ilə “heyvan üçün yem” yükünü Rusiyadan Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərinə aparmış, orada-Astara şəhərində yerləşən dəniz limanına yükü boşaltmazdan əvvəl, əvvəllər tanıdığı Mehdi adlı iranlıya zəng edib geri qayıdarkən aparmaq üçün yük tapmasını xahiş etmiş, həmin şəxs də yük tapacağını demişdir. Həmin gün o, deyilən yerə yükü boşaltdıqdan sonra Mehdi ona zəng edib Rusiyaya aparması üçün kahı yükünün olduğunu bildirmişdir. Sonra o, “Pəyanə” terminalında Mehdi adlı şəxslə görüşmüş və Mehdi ona dediyi kahı yükünü Moskva şəhərinə aparsa ona 340.000 Rus rublu ödəniləcəyini demiş, yük sahibi barədə isə heç bir məlumat verməmiş, yalnız Dərbənd gömrük məntəqəsində rəsmiləşdirmə bitdikdən sonra ona yük sahibinin telefonla zəng edib yükün hara aparmalı olduğunu deyəcəyini bildirmiş, o da bu şərtlərlə razılaşmışdır. Bundan sonra “Pəyanə” terminalında nömrəsini xatırlamadığı ağ rəngli “Volvo” markalı yük maşınının qoşqusundan onun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusuna kahı yükü yüklənmişdir. 14 avqust 2025ci ildə İranın Astara şəhərindəki gömrük keçid məntəqəsində növbəyə dayanmış, 15 avqust 2025-ci ildə İran gömrüyünə daxil olub orada yoxlamadan keçib saat 22 radələrində Azərbaycan Respublikasının gömrük məntəqəsinə (Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) daxil olub yoxlama xəttində maşını saxlamışdır. Növbə ona çatdıqda bir nəfər gömrük əməkdaşı yaxınlaşıb üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş əşya və maddələrin olub-olmamasını soruşmuş, o da üzərində və idarə etdiyi nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusunda baxışdan keçirildikdən sonra gömrük əməkdaşı ona qoşquda olan yükdə şübhəli görüntülərin olduğunu deyib qoşquda olan yükün yoxlanılacağını bildirilmişdir. Bundan sonra gömrük əməkdaşının göstərişi ilə o, idarə etdiyi nəqliyyat vasitəsini əlavə yoxlanma aparılması üçün ayrılan yerə (sahəyə) sürüb orada maşını saxlamışdır. Bir neçə gündən sonra, 20 avqust 2025-ci il tarixdə, günorta saatlarında bir nəfər gömrük əməkdaşı tərəfindən idarə etdiyi maşının qoşqusunda olan yükün yoxlanmasına başlanmış və qoşquda olan 22 ədəd palet kahı yükü yerə boşaldılıb həmin yüklərə it vasitəsilə (kinoloji xidməti it tətbiq edilməklə) yoxlanmışdır. Yoxlama zamanı it kahıi yükü olan 4 ədəd paletə reaksiya vermiş və həmin paletdəki içərisində kahı olan qutular bir-bir açılıb baxılaraq yoxlanılmışdır. Yoxlama zamanı həmin paletlərdə, içərisində kahı olan qutularının alt hissəsində dəqiq sayını bilmədiyi qədər sellofana bükülmüş formada tanımadığı kütlələr aşkar edilmişdir. Gömrük əməkdaşı həmin kütlələrin narkotik maddələr, yəni marixuana olmasını dedikdən sonra o, qutuların aşağı hissəsində aşkar olunan bağlamalarda olan kütlələrin narkotik olmasını bilmişdir. Orada şifahi sorğu zamanı o, daşıdığı kahı yükünün içərisində narkotik maddənin olması barədə heç bir məlumatının olmamasını, aşkar olunan narkotik maddənin kimə məxsus olduğunu bilmədiyini, kahı yükünün sahibini tanımadığını və ələqə telefonunun belə olmadığını bildirmişdir. İranda olarkən Mehdi adlı şəxs ona Rusiyaya keçdikdən sonra yük sahibinin onunla telefonla əlaqə saxlayacağı demiş, lakin yük sahibin adını bildirməmişdir. O, iranlı Mehdi adlı şəxslə İrana aid telefon nömrəsi (+**********38 saylı nömrə) ilə əlaqə saxlamışdır. Yükdaşıyıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində hansı malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində, eləcə də yük olan qutuların aşağı hissəsində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıyıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni içərisində kahı yükü olan karton qutuların üst tərəfdən baxıldıqda nə olması bilinmiş, lakin qutuların aşağı hissəsində nə olması görünməmiş, ona görə də içərisində kahı yükü olan qutuların aşağı hissəsində narkotik vasitənin olmasını bilmək imkanı da olmamışdır. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, narkotik vasitələrin əldə olunması və daşınmasının cinayət olduğunu bilmiş, lakin daşıdığı yükün içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Ona görə də o, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Həmçinin təqsirləndirilən şəxs Həsən Həmzələəliyev ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin əməkdaşıdır və hazırda Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin baş inspektoru vəzifəsində xidmət edir. 20 avqust 2025-ci il tarixdə o, iş bölgüsünə əsasən Astara Gömrük İdarəsində yoxlama qrupuna yönləndirilmiş nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 14 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Rusiyaya gedən şəxsiyyəti sonradan ona məlum olan RF-nın vətəndaşı Həsən Həmzələəliyev idarə etdiyi “Volvo” markalı, P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi rentgen yoxlamasından keçdikdən sonra müəyyən edilən görüntülərə, yəni şübhəli halların olmasına, həm də daxil olmuş əməliyyat məlumatına əsasən yoxlama qrupuna göndərilmişdir. Yoxlama zamanı dəvət edilmiş hal şahidlərinin və sürücünün iştirakı ilə həmin yük avtomobilinin qoşqusunda olan 22 ədəd paletdə kahı yükü yerə boşaldılıb kinoloji xidməti it tədbiq edilməklə yüklər yoxlanılmışdır. Yoxlama zaman kinoloji xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış içərisində kahı yükü olan 4 ədəd paletə reaksiya vermiş, həmin paletlərdə karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuşdur. Sonra karton qutuların içərisindəki üzəri sellofanla bağlı kahı bağlamaları boşaldılmaqla karton qutular yoxlanmış və bu zamanı 76 ədəd karton qutularda üzəri kahı yükü ilə ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş sellofana bükülü vəziyyətdə dördbucaqlı formada bağlamalar və həmin bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar etmişdir. Şifahi sorğu zamanı sürücü Həsən Həmzələəliyev idarə etdiyi avtomobilin qoşqusunda olan kahı yükünün içərisində narkotik vasitənin olması barədə heç bir məlumatının olmamasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş, bundan sonra yoxlama ilə bağlı protokol tərtib olunmuş, daha sonra isə sürücü Həsən Həmzələəliyev və götürülmüş kütlələr, eləcə də nəqliyyat vasitəsi aidiyyəti üzrə təhvil verilmişdir. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, Həsən Həmzələəliyevin idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklənmiş 22 ədəd paletdə karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuş və kənardan baxdıqda qutularda kahı yükünün olması görünsə də, həmin yükün qablaşdırıldığı karton qutuların aşağı hissəsində nə olmasını görmək mümkün olmamışdır. Həmçinin yoxlama zamanı yükün içərisindən narkotik vasitə aşkar olunarkən sürücü Həsən Həmzələəliyevin reaksiyasından belə başa düşmüşdür ki, onun bu maddələrin yükün içərisində gizlədilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid X19 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin yükləmə-boşaltma hissəsində günəmuzd fəhlə işləyir. 20 avqust 2025-ci il tarixdə, günorta saatlarında Vüqar adlı gömrük əməkdaşının xahişi ilə Astara gömrük postunda Rusiya vətəndaşı Həsən adlı şəxsin (X4) idarə etdiyi yük maşınında (“Volvo” markalı, “P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində) olan yükün yoxlanılmasında hal şahidi kimi iştirak etmişdir. Yoxlama zamanı sürücü Həsən adlı şəxs də orada olmuşdur. Yoxlama zamanı əvvəl maşının qoşqusunda olan paletlər yerə boşaldılmış, sonra paletlərdə olan yüklər kinoloji iti tətbiq edilməklə yoxlanılarkən it bir neçə paletdə olan yükə reaksiya vermişdir. Sonra həmin paletlərdə olan yüklər (içərisinə kahı yığılmış karton qutuları) bir-bir açılıb yoxlanılarkən dəqiq yadında qalmadığı sayda olan qutularda kahı bağlamaların altından, qutuların aşağı hissəsində üzəri sellofana bükülü vəziyyətdə bağlamalar və həmin bağlamaların içərisində narkotik maddələr aşkar edilmişdir. Orada olan gömrük əməkdaşları qutularda aşkar olunan kütlələrin narkotik maddə-marixuana olmasını bildirmişlər. Həmin vaxt sürücü Həsən adlı şəxs kahı yükünün içərisində narkotik vasitənin olmasından heç bir məlumatının olmasını və həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunmuş kütlələr gömrük əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra yoxlama ilə bağlı protokol tərtib edilmişdir. İşdə olan, “X3 Sistemində sərhədkeçmə məlumatları” və digər sənədlərə müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı X8 idarə etdiyi “Volvo” markalı, “P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiyadan 10 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 11 avqust 2025-ci il tarixdə X22 Məntəqəsindən keçməklə İrana getmiş, 15 avqust 2025-ci il tarixdə X22 Məntəqəsindən keçməklə İran ərazisindən Azərbaycan Respublikasının ərazisinə, daha sonra idarə etdiyi nəqliyyat vasitəsi ilə 20 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İşdə olan, “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 20 avqust 2025ci il tarixli protokolla müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı X4 idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə daxil olduqdan sonra onunla şifahi şəkildə sorğu-sual aparılaraq üzərində, ona məxsus əşyalarda, idarə etdiyi yük nəqliyyat vasitəsində və həmin nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərdə gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, sürücü Həsən Həmzələəliyev üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük postunda stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərdə müəyyən edilən görüntülərə (şübhəli halların olmasına), həm də daxil olmuş əməliyyat məlumatına əsasən yoxlama qrupuna göndərilmişdir. Daha sonra gömürük əməkdaşı tərəfindən hal şahidləri və sürücü Həsən Həmzələəliyevin iştirakı ilə, həm də videoçəkilişlə “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanmasına başlanmış və yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda kahı yükü olan 22 ədəd paletdən 4 ədəd paletdə olan cəmi 76 ədəd karton qutularında üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 76 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 21 avqust 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs (X4) idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi aşkar edilmiş 76 (yetmiş altı) ədəd bağlama” yazısı olan 05 ədəd kisədəki, ümumilikdə 76 ədəd paketdəki təmiz çəkisi-63805,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 63803,0 qramdır. İşdə olan, “Əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən edilməsi haqqında” 22 avqust 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 63803,0 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. X15 məxsus bir ədəd “X24 12S” markalı, mobil telefon iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, “Narkotik vasitədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunənin götürülməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan qurudulmuş marixuanaya ekspertlərin iştirakı ilə baxış keçirilərək qurudulmuş marixuananın xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 15000 qram olması üçün tələb olunan 56100 qram (qablaşdırılma ilə birlikdə) nümunə götürülərək ayrıca qablaşdırılmışdır. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 sentyabr 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitə qurudulmuş marixuana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 19/338 nömrəli rəyinə əsasən) xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 50000 qram olması üçün tələb olunan 56100 qram (56 kq 100 qram) (qablaşdırma ilə birlikdə) qurudulmuş marixuana nümunə götürülərək 03 ədəd kisəyə, qalan ayrılmış hissəsi olan 15000 qram (15 kq) çəkidə narkotik vasitə marixuana 01 ədəd kisəyə qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsi Tədqiqat obyekti N2” ştamp əksi ilə möhürlənmiş və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılmışdır. Həmçinin bu rəyə əsasən marixuana 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prokursorların Siyahıları”na əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə hesab olunur. Həmin Qanunun qeyd olunan tələblərindən göründüyü kimi həmin narkotik vasitə Azərbaycan Respublikasının ərazisində tibbi və digər məqsədlərlə istifadə oluna bilməz. İşdə olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərarı ilə müəyyən edilir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, xüsusilə külli miqdarın aşağı həddi miqdarında-15000 qram olması üçün tələb olunan 56100 qram (qablaşması ilə birlikdə) nümunə götürüldükdən sonra qalıq qalan 15000 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrası Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat-İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilməsi qərara alınmışdır. İstintaq orqanı tərəfindən məhkəmənin bu qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına 31 oktyabr 2025-ci il tarixli məktub göndərilmişdir. İşdə olan, “Malların məhv olunması haqqında” 28 avqust 2025-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınaraq “Azərterminalkompleks” Birliyinin Astara şəhərindəki terminalında saxlanılan “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan, mal-müşayiət sənədlərinə əsasən invoys dəyəri 2738 ABŞ dolları təşkil edən 22 paletdən və 1590 qutudan ibarət kahı yükü yararsız olduğundan məhv edilməsi qərara alınmış və qərarın surəti icra edilməsi üçün 29 avqust 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinə xidməti qeyd göndərilmişdir. İşdə olan, “Nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında” 04 dekabr 2025-ci il tarixli aktla müəyyən olunur ki, X4 idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 dekabr 2025-ci il tarixdə etibarnamə əsasında Rusiya Federasiyasının vətəndaşı X10 təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 oktyabr 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı X5 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məkəmə təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə cinayət təqibi orqanı tərəfindən Həsən Həmzələəliyevə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Heydər Əsgərov və Şahid4 ifadələrini törədilmiş cinayət hadisələrinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-nin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4-1-ci maddəsi) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətlərin törədilməsində Həsən Həmzələəliyevin iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi tam təkzib olunur. Məhkəmə hesab edir ki, Həsən Həmzələəliyevin qabaqcadan əlbir olmuş şəxslərlə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Həsən Həmzələəliyevə CM-nin 206.3.2 və 234.4- 1-ci maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin bu cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Həsən Həmzələəliyevin ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Hazırki iş üzrə istintaq orqanı tərəfindən Həsən Həmzələəliyevin hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-nin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti (CM-nin 234.4-1-ci maddəsi) ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Həsən Həmzələəliyevin qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu kimi ittiham tərəfi Astara Gömrük İdarəsində gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı Həsən Həmzələəliyevin idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yüklərin, yəni kahı yükü olan 76 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 76 ədəd bağlamaların içərisində xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olarar əldə edilib, saxlanıb, daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində Həsən Həmzələəliyevin iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə də təqdim olunmamışdır. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Şahid1, Heydər Əsgərov və Şahid4 ifadələrində göstərmişlər ki, Həsən Həmzələəliyevin idarə etdiyi nəqliyyat vasitəsində olan yükün, yəni 22 ədəd paletdən 04 ədəd paletdə olan 76 ədəd karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuş və kənardan baxdıqda qutularda kahı yükünün olması görünsə də, həmin yükün qablaşdırıldığı karton qutuların aşağı hissəsində nə olmasını görmək mümkün olmamışdır. Həmin qutular bir-bir açılıb yoxlanarkən bu qutuların bir hissəsinin içərisindən narkotik vasitə olan marixuana kütlələri aşkar edilmişdir. Bundan başqa “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 20 avqust 2025-ci il tarixli protokol və bununla bağlı protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, Rusiya Federasiyası vətəndaşı X4 idarə etdiyi “Volvo” markalı, P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə 15 avqust 2025-ci il tarixdə, saat 22 radələrində daxil olmuş, orada nəqliyyat vasitəsi rentgen qurğusunda yoxlanarkən nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə müəyyən edilən görüntülərə (şübhəli halların olmasına), habelə daxil olmuş əməliyyat məlumatına əsasən nəqliyyat vasitəsi yoxlama qrupuna (DGK Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) yönləndirilmiş və 20 avqust 2025-ci il tarixdə, saat 14 radələrində gömrük nəzarəti qaydasında Həsən Həmzələəliyevin idarə etdiyi “Volvo” markalı, P386XK- 05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanılmağa başlanmışdır. Yoxlanılan nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom vardır. Gömrük əməkdaşı tərəfindən yoxlama ilə bağlı nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom qırılıb qapı açıldıqdan sonra nəqliyyat vasitəsinin qoşqusunda olan 22 ədəd paletdə olan yük yerə boşaldılır. Həmin 22 ədəd paletdə olan kahı yükü ayrı-ayrı karton qutulardadır. Kənardan baxdıqda qutularda kahı yükü olması görünür. Bundan sonra kinoloji it tətbiq edilməklə 22 ədəd palet yoxlanılır və kinoloji it 04 ədəd paletdə olan kahı yükünə reaksiya verdiyindən həmin paletdəki yüklər, yəni içərisinə kahı qablaşdırılmış karton qutular bir-bir açılıb yoxlanılır və 76 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş və sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 76 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilir. Həmçinin təqsirləndirilən şəxs Həsən Həmzələəliyev ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, aşkar olunmuş narkotik vasitənin idarə etdiyi maşında olan kahı qablaşdırılmış qutuların bir hissəsinin içərisində gizlədilməsini bilməmiş, onun bundan heç bir məlumatı olmamışdır. Həmin qutular heç bir yerdə açılmamış, yalnız Azərbaycanın Astara gömrük postunda yoxlama aparılarkən bu yük açılmış və onda ona məlum olmuşdur ki, həmin yükün içərisində narkotik vasitə gizlədilmişdir. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükləri açıb içərisində hansı malın (yükün) olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yüklərin xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni kənardan baxdıqda qutularda kahı yükünün qablaşdırması bilinmiş, lakin bu yükün altında nə olması görünməmiş, ona görə də həmin qutuların bir hissəsinin içərisində narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Beləliklə, iş üzrə dindirilmiş şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, habelə iş üzrə olan digər sübutlarla, o cümlədən Astara gömrük postunda Həsən Həmzələəliyevin idarə etdiyi “Volvo” markalı, P386XK-05/AM3839-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin gömrük əməkdaşları tərəfindən yoxlanması ilə bağlı çəkilmiş fotoşəkil və videoçəkilişə dair materiallara baxış keçirilməsinə dair 20 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş videogörüntülərlə tam olaraq təsdiq olunur ki, Həsən Həmzələəliyevin idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda olan 22 ədəd paletdə olan kahı yükü üzəri sellofanla bağlı olmaqla ayrı-ayrı karton qutulara qablaşdırılmış və həmin yüklər Astara gömrük postunda yoxlanan vaxtadək açılmamış və yüklərin üzərində olan sellofanın cırılması və ya açılması halları aşkar edilməmişdir. Qeyd olunan 22 ədəd paletdən 4 ədəd paletdə olan 76 ədəd karton qutular yalnız gömrük postunda bir-bir açılıb yoxlanılarkən onların bir hissəsinin (04 ədəd paletdə olan 76 ədəd karton qutuların) içərisində narkotik vasitənin olması məlum olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, kahı yükü ayrı-ayrı karton qutularda olmaqla hər birinin üzəri sellofanla bağlanmış vəziyyətdə yükgöndərən tərəfindən yükdaşıyıcı (sürücü) Həsən Həmzələəliyevə təhvil verilmişdir. Eyni zamanda iş üzrə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur ki, yükdaşıyıcı (sürücü) Həsən Həmzələəliyevin daşıdığı yükün, yəni hər bir kahının üzəri sellofanla bağlanıb ayrı-ayrı karton qutulara qablaşdırılmış vəziyyətdə olması və üzəri kahı yükü ilə örtülməklə həmin qutuların bir hissəsinin içərisində, yəni bu qutuların aşağı hissəsində narkotik vasitənin gizlədilməsinin bilməsi və ya bilməli olması istisna edilir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil. Həmçinin bu Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. X6 və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı Həsən Həmzələəliyevin daşıdığı yükün daxilini (ayrı-ayrı qablaşdırılmış yükün qablaşdırılmış hissələrini açıb baxmaqla yükün nədən ibarət olmasını) yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayiət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Həsən Həmzələəliyevin istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Həsən Həmzələəliyevin CM-nin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə Həsən Həmzələəliyevin təqsirliliyinə dair istintaq orqanı heç bir əsaslı dəlil-sübut gətirmədən, əməlin qiymətləndirilməsi şablon xarakterli cümlələr yazılmaqla, yəni “təqsirləndirilən şəxsin ifadəsi işin faktiki hallarına uyğun gəlmədiyindən, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünümüdafiə kimi qiymətləndirilməsi” yazılmaqla kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlilləri (törədilmiş cinayətdə onun iştirakını istisna edən halları) təkzib edən sübutların nədən ibarət olmasını göstərməmiş, yalnız ümumi xarakterli əsaslar-narkotik vasitənin xüsusilə külli miqdarda olması və həmin narkotik vasitənin təqsirləndirilən şəxsin idarə etdiyi maşında olan yükün içərisində aşkar olunması, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkotik vasitənin Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına daşınması faktı, cinayətlərin iştirakçılıqla törədilməsi və işin digər halların (həmin halların nədən ibarət olması məlum deyil) olması göstərilməklə təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin cinayət əməlinin sübuta yetirilməsi qənaətinə gəlinmiş və onun cinayət məsuliyyətinə cəlb olunması barədə əsassız qərar qəbul etmişdir. Halbuki, Həsən Həmzələəliyevin təqsirli bilindiyi əməllər iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-nin 143-146-cı maddələrin tələblərinə müvafiq olaraq qiymətləndirilərək onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Həmçinin ibtidai istintaq natamam aparılmış, cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əsaslı araşdırma aparılmamış, o cümlədən nəqliyyat vasitəsində olan kahı yükünün Özbəkistan Respublikasında qeydiyyatda olan “X26” şirkətinin sifarişi əsasında İran İslam Respublikasında X25 Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına göndərilməsi müəyyən edilsə də, bununla bağlı mümkün olan sübutların əldə edilməsi üçün yalnız Rusiya Federasiyasının, İranın və Özbəkistanın aidiyyəti orqanlarına işin mahiyyəti üzrə hüquqi yardımla bağlı müvafiq sorğular göndərilmiş, lakin həmin sorğuların cavabları alınmaqla sonrakı istintaq hərəkətlərin aparılması təmin edilməmişdir. Habelə istintaq orqanın gəldiyi nəticəyə əsasən X13 dövriyyəsi ilə bağlı cinayətkar dəstənin fəaliyyətinin İran, Özbəkistan və Rusiya Federasiyasını əhatə etməsi, o cümlədən cinayətkar məqsədin reallaşması üçün Azərbaycan Respublikası ərazisindən tranzit marşrut kimi istifadə edilməsi cinayətkar dəstənin fəaliyyəti transmilli xarakter daşıması kimi qəbul edilməlidir. Hazırki iş üzrə verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin cinayətkar qrupun üzvü kimi rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Həsən Həmzələəliyevin qabaqcadan əlbir olmuş şəxslərlə CM-nin 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla (iş üzrə dindirilmiş şəxslərin ifadələri, nəqliyyat vasitəsində olan kahı yükünün, yəni hər bir kahının üzəri sellofanla bağlanıb ayrı-ayrı karton qutulara qablaşdırılmış vəziyyətdə olması və üzəri kahı yükü ilə örtülməklə həmin qutuların bir hissəsinin içərisində, yəni bu qutuların aşağı hissəsində narkotik vasitənin gizlədilməsi və sürücünün yükün-qutuların bir hissəsinin içərisində narkotik vasitənin gizlədilməsini bilməsini istisna edən halların olması və s.) təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Həsən Həmzələəliyevə CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Həsən Həmzələəliyevin bu cinayətini törətməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Həsən Həmzələəliyevin CMnin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X14 X9 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Həsən Həmzələəliyevin təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Həsən Həmzələəliyevin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 56100 qram (56 kq 100 qram) narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, Həsən Həmzələəliyevə məxsus bir ədəd “X24 12S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Həsən Həmzələəliyevə təhvil verilməlidir. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Həsən Həmzələəliyev azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X7 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. X4 barəsində seçilmiş “başqa yeri getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 56100 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, 1 (bir) ədəd “X24 12S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X7 təhvil verilsin. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən X8 azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-592/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-592/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver