Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-593/2023 06.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X7 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayında yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən evinin həyətində qanunsuz olaraq əkməklə külli miqdarda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuşəməliyyat məlumatıəsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə 2023-cü il mayın 21-də saat 13:30 radələrində keçirilmiş baxış zamanı külli miqdar təşkil edən cəmi 30 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 1800,0 qram eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o bir neçə il narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olmuş, 2023-cü ilin mart ayının sonlarında yaşadığı evin yaxınlığında, Kür çayının sahilində gəzərkən kibrit qutusunda qurudulmuş marixuana toxumlarını tapıb həmin toxumları öz həyətində əkibbecərmək qərarına gəlmiş və bir neçə gündən sonra yaşadığı evin arxasındakı həyətyanı sahədə həmin çətənə toxumlarını əkmişdir. Həmin toxumlardan cəmi 30 ədəd çətənə bitkiləri cücərmiş, onlara qulluq etməyə, alağını təmizləyib vaxtı-vaxtında suvarmağa başlamışdır. Məqsədi həmin çətənə bitkilərini yetişdirdikdən sonra toplayıb qurudaraq özü istifadə etmək olmuşdur. 2023-cü ilin mayın 21-də saat 12 radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt vaxt mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçimin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, üzərində qadağan olunmuş heç bir əşya və narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt o özü yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Burada dəvət olunmuş aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən onun həyətinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin arxasındakı həyətyanı sahədə əkib-becərdiyi kök üstə yaş vəziyyətdə olan 30 ədəd çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin çətənə bitkilərini öz istifadəsi üçün əkmiş, onlar balaca, böyüməyən növ çətənə kolları olmuşdur.İstintaq zamanı ona qarşı heç bir haqsızlıq olmamış, təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu, subay olmaqla ailədə yaşlı və təqaüdçü anası, iki xəstə qardaşının onun himayəsində olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə Salyan rayonu Kürqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, qrupun tərkibində Təqsirləndirilən şəxs yaşadığı kəndə gedib onun ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında küçədə müşahidə edib yaxınlaşaraq özlərini ona təqdim edərək narkotik tərkibli bitkiləri qanunsuz olaraq əkib-becərməkdə şübhəli olduğunu bildirib ona birlikdə Salyan rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o, üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində öz şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs özü və müdafiəçisi ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kəndinə onun yaşadığı evin həyətinə gəlmişlər. Burada mütəxəssis qismində dəvət olunmuş aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin arxa hissəsindəki həyətyanı sahədə yaş halda, kök üstə olmaqla çətənə növünə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onların toxumlarını mart ayında Kür çayının sahilində gəzərkən tapıb öz şəxsi istifadəsi üçün əkib-becərdərək qulluq etdiyini bildirmişdir. Aşkar olunmuş kollar balaca və böyük olmaqla müxtəlif ölçülərdə olmuşlar. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması faktını isə müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə Salyan rayonu Kürqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən yaradılmış əməliyyat qrupun tərkibində o da Təqsirləndirilən şəxs yaşadığı kəndə gedib onun ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında küçədə görüb özlərini ona təqdim edərək narkotik tərkibli bitkiləri qanunsuz olaraq əkib-becərməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Salyan rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, o, üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində öz şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyi barədə yazılı ərizə verdikdən sonra Təqsirləndirilən şəxs özü və müdafiəçisi ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kəndinə onun yaşadığı evin həyətinə gəlmişlər. Burada mütəxəssis qismində dəvət olunmuş aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin arxa hissəsindəki həyətyanı sahədə yaş halda, kök üstə olmaqla çətənə növünə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması faktını isə müəyyən edə bilməmişlər.Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları öz şəxsi istifadəsi üçün əkib-becərdərək qulluq etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış və götürmə protokolundan görünür ki, 2023-cü il mayın 21-də Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin, habelə dəvət edilmiş aqronom-mütəxəssis və polis əməkdaşlarının iştirakı ilə Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı cəmi 30 ədəd yaş vəziyyətdə kök üstə olmaqla narkotik tərkibli çətənə növünə oxşar bitki nümunələri aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/538 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 30 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 1800,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom rəyinə əsasən təqdim olunmuş 30 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X4 rayon Mərkəzinin aqronomu X6 mütəxəssisaqronom rəyinə əsasən Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 30 ədəd çətənə növlü bitkilərə mütamadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 555 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin arayışından görünür ki, Rzayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsilə təqsirli bilinib 04 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞin arayışından görünür ki, Təqsirləndirilən şəxs “tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır, digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş çətənə bitkilərini öz istifadəsi üçün əkərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi müəyyən edilsə də, əkib-becərdiyi çətənə bitkilərindən kimlərəsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı kəsb edən məlumatlar əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan Rayon İcra Hakimiyyətinin başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaya görə məhkumluğu ödənilməsə də həmin hökmə əsasən məhkum olunduğu cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət olduğuna görə yenidən törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasınıyüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Salyan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan ekspertizadan sonra qalıq qalmış 1799,40 qram çəkidə 30 ədəd çətənə bitkilərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 21 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 05 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrəmaddisübut olan və Salyan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan ekspertizadan sonra qalıq qalmış 1799,40 qram çəkidə 30 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-593/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-593/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver