Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-594/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1991-cı ildə Əli-Bayramlı rayonunda (hazırda Şirvan) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində Lerik Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 171.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəlində tanışı 27 iyun 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yanında olan digər şəxslərlə birlikdə Lerik rayonun, Hamarmeşə kəndinə aparıb, orada yerləşən X4 məxsus günlük kirayə verilməsi üçün nəzərdə tutulmuş evdə mənəviyyat və əxlaq normalarını kobud surətdə pozan hərəkətlərə yol verərək, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs spirtli içkilər qəbul etməsinə və sonuncunun X16 ilə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsinə cəlb etmədən ibarət cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan şəhərində “Ümüdlər Dünyası” adlı gözəllik salonunda işləmişdir. Həmin salonda dərzi kimi fəaliyyət göstərmiş, gəlinlik libasları tikmişdir. Həmin salona Şahanə xanım da işləmək məqsədi ilə yaxınlaşmışdır. Həmin salonda Ləman adlı xanım da işləmişdir. Ləman ona yaxınlaşıb Şahanə xanımın işi öyrənmək istədiyini demiş, o, Ləman xanıma etiraz etmədiyini, Şahanənin salona gələcəyi halda onunla danışacağını bildirmişdir. O, vergi və pensiya məsələlərinə görə adətən salonda işləmək istəyənlərdən şəxsiyyət vəsiqələrinin surətini götürmüşdür. Şahanə xanım isə onunla görüşəndə nənəsi ilə yaşadığını, onun himayəsində olduğunu, şəxsiyyət vəsiqəsinin nənəsigildə qaldığını, lakin doğum günündən video olduğunu, nənəsi ilə danışmadığını, bu səbəbdən şəxsiyyət vəsiqəsini gətirə bilməyəcəyini bildirmiş, ona razılıq verdikdən sonra Şahanə 18 yaşına çatmasını qeyd etdiyi doğum günü videosunu göstərmiş, həmin videonu da Şahanədən götürmüşdür. Şahanə 2023-cü ilin yay aylarında bir neçə ay onun yanında fəaliyyət göstərmiş, sonradan davamlı olaraq gəlməmişdir. Daha sonra isə Şahanənin nənəsi salona gəlib Şahanənin 18 yaşının olmadığını, həmin videonun saxta olduğunu, dəfələrlə qızı ilə bağlı verlişə çıxdığını bildirdikdən sonra Şahanə xanımı işdən çıxartmışdır. Həmin ərəfələrdə yəni 2023-cü ilin avqust ayında kollektiv şəkildə Lerik rayonuna gəzməyə getmişlər. Sonradan eşitmişdir ki, Şahanə şikayət verərək bildirmişdir ki, güya gəzməyə gedəndə orada olan oğlanla cinsi münasibəti olmuşdur. Lakin Lerik rayonunda bu hadisə baş verməmiş və bu halı orada olan digər şahidlərdə təsdiq edə bilərlər. Lerik rayonuna o, azyaşlı qızı, Ləman, Şahanə bir avtomobildə, Cavidan və Fuad isə digər avtomobildə getmişlər. Onun Cavidanla münasibəti olmuşdur. Lerikə özləri getmək istəmiş, Cavid və Şahanə isə onlarla gəlmək istədiklərini bildirmişlər. Şahanəyə anasının razılığı olmadığı halda onu özü ilə apara bilməyəcəyini bildirmiş, buna görə də Şahanənin anasına zəng edib məlumat verdikdə anası problem olmadığını, Şahanənin onlarla birlikdə gedib əylənib qayıdacağına etiraz etmədiyini bildirmişdir. Evdən Şahanəni o, deyil Cavid götürmüş, həmin vaxt Şahanənin anası da orada olmuş və çantaları Cavid evdən düşürərək Şahanəni öz avtomobilinə əyləşdirmişdir. Anası onunla, Ləman ilə danışmış, Şahanənin özü mobil telefonda səsli danışmış sonra Cavid onu götürüb yanına gətirmişdir. Onlar Lerik rayonuna getməmişdən bir-iki ay əvvəl Şahanə Cavid ilə bir-birilərini tanımışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahanənin anası Lerikə kiminlə gedəcəklərini bilmişdir. Hadisə baş verən günə kimi Cavidin Şahanə ilə əlaqədə olub-olmadığını bilmir. Şahanə anasına Lerikə oğlanla gedəcəyini özü bildirmişdir. O, Lerikdə spritli içki içməmiş, lakin o, yatdıqdan sonra Şahanəgil içki içmişlər. Lerik rayonunda qaldıqları ev ümümi olaraq üç otaq olmuşdur. Otaqların birində qızıyla özü, Cavidanla Cavid isə eyvanda olan divanda yatmışlar. Şahanə isə orta otaqda Ləmanla birlikdə yatmışdır. O, ümumiyyətlə spirtli içki qəbul etmir. Şahanənin isə spirtli içki qəbul etməsini görməmişdir. Şahanəyə Lerik rayonuna getməyi təklif etməmiş, həmin yerə onu da aparmağı Şahanə ondan xahiş etmişdir. İlk öncə Zərərçəkmiş şəxs onlarla gəlməsi barədə ona məlumat verilməmiş, sonra Ləman xanım bilir Zərərçəkmiş şəxs anasıyla danışmış və onun razılığı ilə Şahanənin aparmışlar. Zərərçəkmiş şəxs 18 yaşı olmadığını bilməmişdir. Zərərçəkmiş şəxs iş öyrənmək məqsədi ilə salona gəlmişdir. Zərərçəkmiş şəxs anasından Ləman xanım icazə almışdır. Cavidan ilə Cavid bir avtomobildə olmuşlar. Cavid isə Şahanəni Lerik şəhərinə gedənədək tanımış, onları o, tanış etməmişdir. Lerikə gedərkən orada gecələmək fikri olmamışdır. Güclü yağış olduğundan və avtomobilin təkəri hava buraxdığından orada gecələməli olmuşlar. Səhhəətində problemlər olduğundan ümümiyyətlə spirtli içki qəbul etmir. Belə ki, cərrahi əməliyyatla onun dalağı çıxarılmış, eləcə də asma xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs onun yanında içki içməmişdir. Spirtli içkini Cavidan gələndə almışdır. Lerikə gedərkən yol boyu heç bir problem yaşanmamış, deyib-gülərək getmişlər. Lerikdə olarkən Cavidan və Şahanə arasında olan münasibət barədə məlumatı olmamışdır. Qayıdarkən Zərərçəkmiş şəxs Cavidanla aralarında hər hansısa münasibətin olması barədə heç bir məlumat verməmişlər. Ləman xanım Zərərçəkmiş şəxs 17-18 yaşı olmasını bildirmişdir, sonradan Şahanə salona gələrkən onun yaşının 17-18 olmasını bilmişdir. Sonradan Zərərçəkmiş şəxs nənəsi onun yaşı barədə məlumat vermiş, bundan sonra Şahanənin 15 yaşı olduğunu bilmişdir. Ləman, o, qızı və Şahanə bir avtomobillə, oğlanlar isə digər avtomobillə Lerik rayonuna getmişlər. Hal-hazırda himayəsində iki övladı vardır. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışdığını, Zərərçəkmiş şəxs hər hansı əxlaqsız hərəkətlər etməyə cəlb etmədiyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib həmin ifadəyə uyğun ifadə verərək göstərdi ki, hadisədən təxminən 2 ay əvvəl Fəridənin Şirvan şəhərində işlədiyi “Əsmanur” adlı gözəllik salonuna Ləman adlı şəxsdən makyaj və digər işləri öyrənmək üçün getmiş və orada işə başlamışdır. 2023-cü ilin avqust ayında o, Ləman, Fəridə, Fəridənin qeyri-rəsmi yaşadığı Cavidan, Fəridənin qızı, Cavidanın qardaşı Fuad və dostları Cavid Nəcizadə ilə birlikdə Lerik rayonuna istirahətə getmişlər. Həmin yerə qızlar bir maşında, oğlanlar isə digər maşında getmişlər. Onlar Lerikə çatanda axşam olmuş, onlar ora çatdıqdan sonra Fəridə onlar üçün ev kirayə götürmüş, həmin ev 3 yataq otağı və 1 qonaq otağından ibarət olmuşdur. Bundan sonra Cavidan, Cavid və Fuad da arxalarınca gəlmişlər. Sonra Cavidangil yemək bişirmişlər. Onlarda evdə yemək üçün salat və digər şeylər hazırlamışlar. Həmin vaxt o, halsız olmuş və ürəyi bulanmışdır. Buna görə, o, yemək yeməmiş, orada olan otaqdan birinə keçmişdir. Bir müddət sonra Fəridə otağa gəlmiş və demişdir ki, o da onlara qoşulsun. O, Fəridənin israrına görə, onların yanına gəlmiş, həmin vaxt o, Fəridəyə kömək etmiş, meyvə doğramışlar və sonra onların yanına getmişdir. Həmin vaxt təxminən 1 saat müddətinə Fəridə və yanında olan oğlanlarla müxtəlif növ spirtli içkilər qəbul etmişdir. O, artıq dərəcədə spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss etmədiyindən ayağa durmaq istəmiş, lakin müvazinətini itirmiş və yerə yıxılmışdır. Bu zaman Cavid onun qucağına götürmüş və oradan olan otaqlardan birinə aparmışdır. Onlar otaqda olarkən Cavidlə öpüşmüşlər, sonra otaqda olarkən Cavid əynində olan paltarını çıxartmış, sonuncunun cinsiyyət orqanı sərtləşmiş və o, cinsiyyət orqanını əli ilə oynatmış, sonra Cavid ona yaxınlaşmış və cinsiyyət orqanını və döşlərini əlləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Cavid boşalmış, sonra Cavid əynini geyinmiş və onlar birlikdə yatmışlar. Səhəri gün isə onlar Lerik rayonundan Şirvan şəhərinə gəlmişlər. Onlar Şirvan şəhərinə gəldikdən sonra Cavidlə telefonda danışmışlar və dəfələrlə yazışmışlar. O, Cavidə yaşının az olduğunu demiş, bu səbəbdən Cavid onunla cinsi əlaqədə olmaqdan qorxurmuş, sonra Cavidlə razılaşmışlar ki, Şirvan şəhərində kirayə evdə görüşsünlər. 2023-cü ilin sentyabr ayında Cavidlə Şirvan şəhərində ünvanı yadında qalmayan mənzilə getmişlər. Həmin mənzildə Cavidlə öpüşmüşlər, bundan sonra yenə Cavid əynində olan paltarlarını çıxartmış və həmin vaxt Cavidin cinsiyyət orqanı sərtləşmiş və o, cinsiyyət orqanını əli ilə oynatmağa başlamışdır. Həmin vaxt Cavid onun döşlərini və cinsiyyət orqanını əlləmişdir. Bir neçə dəqiqə sonra Cavid boşalmış və əynini geyinmiş və onlar həmin evdə bir müddət oturub söhbət etdikdən sonra oradan çıxmışlar və sağollaşıb ayrılmışlar. Sonradan o, “Tik tok” sosial şəbəkəsində etdiyi hərəkətlərə görə Cavidlə aralarında mübahisə yaranmış və onlar ayrılmışlar. O, X11 vasitəsilə tanımış, Lerik rayonu ərazisində kirayə qaldığı evdə olanda Fəridənin təkidi ilə Cavidgil ilə spirtli içki qəbul etmişdir. Cavidlə arasında cinsi əlaqə olmamışdır, sonuncu sadəcə onun cinsiyyət orqanını və döşlərini əlləmişdir. Ona cinsiyyət orqanın nümayiş etdirib, boşalmışdır. O, Cavidlə tanış olmazdan əvvəl Rahib adlı şəxslə qısa müddətli münasibət qurmuş, həmin vaxt bakirəliyi pozulmuşdur, sonradan Rahiblə ayrılmışlar. Hazırda Rahibin harada olmasını və yerini bilmir. Sonuncunun telefon nömrəsin xatırlamır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavid ona qarşı əxlaqsız hərəkətlər etmişdir, 15 fevral 2024-cü il tarixdə verdiyi ifadəsində yazılanlar da doğrudur. Spirtli içkiləri oğlanlar yoldan almışlar. Fəridə spirtli içki içməmişdir. Onun Lerik rayonuna getməsi barədə valideyninin məlumatı olmuşdur. Belə ki, Ləman onun anasından icazə almışdır. Anası Cavidin də istitrahətə gedəcəyindən məlumatı olmuşdur. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirib, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahana Axundovanı əvvəllər tanımamışdır. 2023-cü ilin avqust ayında Bakı şəhərində olarkən qardaşı Şahid2 ona zəng edərək “ Cavid ilə birlikdə Lerik rayonuna gəzməyə gedirik, istəyirsənsə gəl” demiş, o, başqa kimlərin olduğunu soruşduqda ona Fəridə, Ləman və Şahanə adlı qızların da ayrı avtomobil ilə Lerik rayonuna gələcəyini və orada ev tutub piknik edəcəyini demişdir. O, Bakı şəhərindən çıxıb Salyan rayonu ərazisində yerləşən “Hacıoğlu” restoranına gedib onların gəlməsini gözləmiş, Cavidin idarə etdiyi “Chevrolet cruze” markalı avtomobilə əyləşib Lerik rayonuna gəlmişlər. Lerik rayonun, Hamarmeşə kəndi ərazisində bir günlük Fəridənin tapdığı 100 manat müqabilində həyət evi kirayələmişlər. Evə daxil olub, yolda müxtəlif yerlərdə aldığı əzaqlarla evin həyətində piknik etmiş və həmin gün gecəni orada qalmışlar. Axşamüstü Şahana, Cavid, Cavidan spirtli içki qəbul etmişdir. O, otaqların birində hamıdan əvvəl tək yatmış, qızlar hərəsi ayrı otaqda qalmış, Fəridə azyaşlı qızı ilə, Ləman isə Şahanəya köməklik edirmiş, Cavidan ilə Cavid də qonaq otağında olmuşdur. Qəflətən Şahanənin halı pisləşmiş, onun ürəyi bulanmış, qusmağa başlamış, ona Ləman köməklik etmişdir. Gecəni orada qalmışlar, səhərisi gün günorta hazırlaşıb Lerik rayonundan çıxaraq Şirvan şəhərinə getmişlər. Bir gün sonra Bakı şəhərinə qayıtmışdır. Əvvəllər Şahanəni tanımamışdır. Cavid ilə onun arasında hər hansı bir yaxınlığın olub-olmaması və ya bakirəliyin pozulması barədə dəqiq məlumata sahib deyil. Həmin gecə saat təxminən 23 radələrində yatmış, səhərisi gün saat 12 radələrində oyanıb Şirvan şəhərinə getmişdir. Onunla həmin qızlar arasında heç bir yaxınlıq və ya cinsi münasibət olmamışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Lerikə qardaşı Cavidanla gəzməyə getmiş, bu təklifi də qardaşı Cavidan etmişdir. O, Cavidanın sürdüyü maşınla Lerikə getmiş, qızlar isə Fəridənin maşını ilə gəlmişlər. Öncədən Lerikdə hansı evə gedəcəklərini bilməmişdir. Az miqdarda Şahanə də spirtli içki qəbul etmişdir. O, gecəni bir otaqda tək qalmışdır. Cavid və Şahanənin Lerik rayonunda münasibətləri olmasını həmin vaxt bilməmiş, bu hadisədən 3-4 ay keçdikdən sonra bu barədə eşitmişdir. Şahanənin vəziyyəti pisləşdikdə Ləman ona köməklik etmişdir. Lerikdə olduqları günün səhəri gün Şahanə hər hansı narazılıq etməmişdir. Fəridənin içki içib-içməməsi yadında deyil. Həmin gün o, saat 23 radələrində yatmışdır. Şahanənin neçə yaşı olmasını o, bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindrilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahanə Lerik rayonunda özünü pis hiss etdiyi vaxt axşam vaxtı olmuşdur. Həmin gecəni onlar həmin evdə qalmşlar. Ev 4 otaq olmuşdur. Bir otaqda Fəridə və qızı, orta otaqda Şahanə və Ləman, digər otaqda Fuad olmuş, o, isə Cavidlə bir otaqda qalmışdır. O, Cavidin Şahanənin otağına keçməsini görməmişdir. Cavid və Şahanə arasında hər hansı münasibətlər olmasını həmin gün bilməmiş, lakin bir müddət sonra onların münasibətindən xəbərdar olmuşdur. Yemək yeyərkən heç kim spirtli içki içməmiş, yeməkdən sonra meyvə ilə spirtli içki içmişlər. Şahanənin nə qədər içki içməsini bilmir. Şahanə içki içməmişdən əvvəl özünü normal hiss etmişdir. Lerik rayonundan qayıdarkən Cavid Şahanə arasında əlaqə olması barədə ona heç nə deməmişdir. Cavidin Şahanə adlı qızla əlaqə saxladığını Lerik rayonuna gəlməmişdən əvvəl bilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında dostu Cavidan ona Lerik rayonuna getməyi təklif etmişdir. Həmin vaxt evdə Fəridə, onun qızı, Ləman və Şahanə adlı qızlar da olmuşlar. Həmin evdə az miqdarda spirtli içki də qəbul etmişlər. Az sonra Şahanənin halı pisləşmiş və onu otağa yerləşdirmişlər. Şahid Cavid Nəciyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Lerik rayonuna getməzdən əvvəl Şahanə adlı qızla əlaqəsi olmamış, lakin onu tanımışdır. Şahanənin də getməsi barədə Lerik rayonunda bilmişdir. Lerik rayonuna getməsi ilə bağlı Şahanənin anasından icazə alınması prosesində o, olmamışdır. Şahanənin anasını da görməmişdir. Şahanə ilə Lerik rayonunda aralarında cinsi əlaqə olmamış, lakin digər hərəkətlər olmuşdur.Bu barədə verdiyi ifadəsini də təsdiq edir. Həmin vaxt o, da az miqdarda spirtli içki qəbul etmişdir. Şahanə ilə olan münasibətindən Fəridənin məlumatı olub-olmamasını bilmir. Lakin Fəridə bu barədə sonradan bilmişdir. Həmin evin pulunu bildiyinə görə Fəridə ödəmişdir. Lerikə gedənədək Şahanə ilə hər-hansı yaxın əlaqəsi olmamışdır. Şirvan Şəhər Məhkəməsi tərəfindən barəsində çıxarılan hökmdə yazılan ifadəsini təsdiq edir. Şahanə ilə aralarında münasibət Şahanəni otağına yerləşdirərkən olmuşdur. Şahanə ilə otaqda bir saatdan az miqdarda qalmış, həmin vaxt da aralarında əlaqə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Şirvan Şəhər Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (İ cild, i.v.1-4) - 03 noyabr 2023-ci il tarixli raportdan görünür ki, həmin gün saat 15:38-də DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, X3 13 yaşlı nəvəsi Şahanənin qızı Ülviyyə tərəfindən əxlaqsızlığa cəlb edilməsini bildirmişdir. (İ cild, i.v. 7) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə ərizə ilə Şirvan ŞPŞnin rəisinə müraciət edərək Şirvan şəhər sakini X7 2023-cü ilin avqust ayında Lerik rayonunda yerləşən istirahət mərkəzində 2008-ci il təvəllüdlü qızı Şəhanə Axundova ilə təbii yolla cinsi əlaqədəa olmasını bildirmiş, buna görə də Cavid Nəcizadə barəsində tədbir görülməsini xahiş etmişdir. (İ cild, i.v. 14) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində, eyni tarixli qərarla isə Qanuni nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. (İ cild, i.v. 25; 27) - məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 605 nömrəli rəyində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü X6 bədən səthində heç bir xəsarət aşkar olunmamış, X6 qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti iki həftədən artıqdır. X12 qeyri-təbii yolla (arxa keçəcək vasitəlilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamış, arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. (İ cild, i.v. 69-71) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X13 Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 72-73) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-304/2023 saylı qərarından görünür ki, X13 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 89-94) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 30 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:20 dəqiqədə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 99; 114) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 171.2.4-cü maddəsinə tövsif olunmuşdur. (İ cild, i.v. 122) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 126-127) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-234/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 144-148) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-63/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla 30 may 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 191-197) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 171.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Lerik RPŞ-nin İstintaq Qrupuna göndərilmişdir. (İ cild, i.v. 198-199) - X8 Azərbaycan Respublikası CM-in 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktı xx.xx.2024-cü il tarixdə Şirvan şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. (İİ cild, i.v. 8-13) - Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(048)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncu həbsdən azad edilmişdir. (İİ cild, i.v. 27-32) - Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(048)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 12 iyul 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 48-51) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində, eyni tarixli qərarla isə Qanuni nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. (İİ cild i,v. 60-62; i.v. 64) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. ( İİ cild, i.v. 77) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-80/2024 saylı Hökmündən görünür ki, Zərərçəkmiş şəxs qarşı Cahid Nəcizadə tərəfindən törədilmiş və buna görə CM-nin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılmış və məhkəmənin hökmünə əsasən X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, X8 20 noyabr 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək və 25 aprel 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 08 (səkkiz) ay müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olması barədə bilməməsi, onu hər hansı əxlaqsız əməllərə cəlb etmədiyini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs ilə bağlı bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 171.2.4cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.2.4cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, eləcə də şahidlər Şahid1 və Şahid2, əlavə şahid qismində dindirilmiş X10 ifadələri ilə, cinayət işi materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 605 saylı rəyi və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 156) - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin Xəqani küçəsi, ev 770a ünvanında yaşamış, himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (İİ cild, i.v. 58-59) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 4 ildən 6 ilədək olan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, eyni zamanda ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş, hər hansı eksppertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə yetkinlik yaşına çatmayan şəxslərlə müntəzəm təmasla bağlı olan hər hansı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - yetkinlik yaşına çatmayan şəxslərlə müntəzəm təmasla bağlı olan hər hansı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-594/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-594/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver