Məhkəmə qərarları › İş №1(099)-594/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-594/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-594/2025 29.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisi X9, onun nümayəndəsi-Nümayəndə, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 2000-ci ildə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axtaçı kəndində qeydiyyatda olmaqla yaşamış, 03 dekabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 4(056)-72/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Vaz-21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində Şirvan şəhəri istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni avtomobili idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni avtomobili hadisə baş verən sahədə icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirməməsinə dair tələblərini pozaraq, avtomobili bundan daha yüksək sürətlə hərəkət etdirməsi səbəbindən idarəetməni itirərək əks hərəkət zolağına çıxarmış, həmin vaxt avtomobilin ön hissəsi ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 Əlisa oğlunun idarə etdiyi “Vaz-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs2 döş qəfəsinin və qarnın qapalı küt travması, dalağın cırılması, qarın boşluğunda maye və laxtalı qan, sol məmə xətti üzrə 5-6-7-8-9-10-cu qabırğaların qapalı az yerini dəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, sol büd sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, ənsə nahiyəsində yara, sol əlin üst səthində, sol budun aşağı 1/3-də bayır səthdə qançırlar, təpə nahiyəsində sol çənə buçağı proyeksiyasında, sol bazunun bayır səthində, sol məmə xətti üzrə 5-ci qabırğa səviyyəsində, sol ön qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol saidin bayır səthində, sol əlin üst səthində, sağ və sol diz oynağının ön səthində, sağ baldırın iç səthində, sol iç topuq proyeksiyasında sıyrıqlarla nəticələnən ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən hadisə yerində ölümünə, həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişinlər -X4 açıq kəllə beyin travması, təpə sağ gicgah sümüklərinin açıq, qəlpəli basılmış sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qışasında, baş beyində qansızma, baş beynin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, təpə sağ gicgah nahiyəsində yara, təpə nahiyəsində, sol gözaltı nahiyədə, sol budun orta 1/3-də ön səthdə qançırlar, sağ körpücük sümüyü proyeksiyasında, sol diz oynağının ön səthində sıyrıqlarla nəticələnən ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən müalicə olunduğu “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X10 ölümünə, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol beyin yarımkürəsində təpə payında epidural hematoma, təpə sümüyünün xətti sınığı ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurulmasına, avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 isə sol bazu sümüyünün başının qapalı sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla, ehtiyatsızlıqdan iki şəxsin ölümü, bir şəxsə ağır, bir şəxsə isə az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir gün öncə toyu olmuş, 28 avqust 2025-ci il tarixdə evdən çıxıb Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxmış, aralarında olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməyərək avtomobillərin toqquşacağını görüb idarə etdiyi avtomobili yolun əks istiqamətinə, yəni əks yola çıxmış, həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını görüb öz yoluna qayıdan zaman toqquşma baş vermişdir. Hər iki avtomobil sürücü tərəfdən toqquşmuş, hadisədə özü də xəsarət aldığı üçün hadisə baş verdikdən sonra olanları tam xatırlamamışdır. Yolun yararsız olması nəticəsində avtoqəza baş vermişdir. Belə bir hadisənin olmasını istəməmişdir. Baş vermiş hadisəyə görə peşmandır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə 28 avqust 2025-ci il tarixdə günorta saatlarında baş vermişdir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İdarə etdiyi “Vaz-21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil atasının adına olsa da etibarnamə ilə idarə etmişdir. Zərərçəkmiş şəxslər qonşu kənddə yaşamışlar. Onlarla münasibətləri yaxşı olmuşdur. Hadisə baş verən zaman avtomobildə tək olmuş, yanında heç kim olmamışdır. Avtomobili saatda 80 km/saat surətlə idarə etmişdir. Yolda hadisəyə səbəb olan çuxur onun 15-20 metr məsafəsində olmuşdur. Avtomobili yolun sağ tərəfinə çəkməyə imkanı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində kürəkəni Rəhimin avtomobili ilə Şirvan şəhərindən evlərinə getmişlər. Avtomobildə kürəkəni Rəhim, Rəhimin gəlini Şahid, nəvələri Zərərçəkmiş şəxs2 və Nilay Əlizadə ilə bir yerdə olmuşlar. Avtomobili kürəkəni idarə etmişdir. Avtomobildə qabaq oturacaqda əyləşmişdir. Öz yollarında olan zaman qarşıdan avtomobilin üzərlərinə gəldiyini görmüş, Zərərçəkmiş şəxs2 torpaq yola çıxmasını, qarşıdan gələn maşının yanlarından keçməsini demişdir. Hadisə baş verən yol çox narahat yol olmuşdur. Avtoqəza baş verdikdən sonra huşu getmişdir. Ayılan zaman onun tərəfindən avtomobilin qapısını açdıqlarını görmüş və həmin vaxt Zərərçəkmiş şəxs2 çağırmış və onun rəhmətə getdiyini bilmişdir. Xəsarət alanlara kömək etmək istəyən zaman sol qolunun qalxmadığını hiss etmiş, həmin vaxt sol qolunun sındığını bilmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, ona qarşı şikayəti və tələbi olmamışdır. Qarşıdan gələn avtomobili yaxın məsafədən görmüş, onlar öz yolları ilə gedən zaman qarşıdan gələn avtomobil onların yoluna çıxmışdır. Hadisə baş verən yol düz yol olmuş, yolda döngə olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. Dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün evdə olmuş, atasının avtoqəza keçirməsi barədə ona zəng edərək məlumat vermişlər. Dərhal hadisə yerinə getmiş, xəsarət alanların xəstəxanaya aparıldığını görmüşdür. Xəstəxanaya getdikdən sonra atası və qızının rəhmətə getdiklərini görmüşdür. Zərərçəkmiş şəxslərin hüquqi varisi Rahib Əliyev məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət, tələb və iddiasının olmadığını bildirərək Mircavadın barəsində cəza təyin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hadisə baş verən gün atasıgildə olmuş, qayınatası Rəhim gəlib onları götürərək evlərinə yola düşmüşlər. Rəhim yolda maşını saxlayıb marketdən alış-veriş etmiş, daha sonra yollarına davam etmişlər. Maşında 5 nəfər olmuşlar. Rəhim avtomobili idarə etmiş, dayısı Mirtalıb qabaqda sərnişin oturacağında oturmuş, arxada isə özü, qızı Nilay yanında oturmuş, oğlu Rəhim isə qucağında olmuşdur. Maşında başı uşaqlara qarışmış və anidən avtoqəza baş vermişdir. Avtoqəzadan sonra huşunu itirmiş, hazırda da qəzanının necə baş verdiyini xatırlamamışdır. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, gələcəkdə də ondan tələb və şikayəti olmayacaqdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin, zərərçəkmiş şəxsin, və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, 28 avqust 2025-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan-Güdəcühür-Sabirabad yolunun Sabirabad rayonu Güdəcühür kəndindən keçən hissəsində onunla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 Əlisa oğlunun idarə etdiyi “Vaz-21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “Vaz-21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisə yerində ölməsi, həmin avtomobilin sərnişinləri X2, Şahid, X7 və X8, eyni zamanda “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 müraciət etmələri barədə Sabirabad RPŞ-nə daxil olmuş məlumat üzrə toplanmış araşdırma materialları əsasında Cinayət Məcəlləsini 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır.(i.v.1) -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 avqust 2025-ci il tarixli protokol, yol-nəqliyyat hadisə yerinin sxemi və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Sabirabad rayonu, Güdəcühür kəndində baş vermişdir. Yol ikitərəfli olmaqla, biri rayonun Qaragüney kəndi, biri isə Sabirabad şəhəri istiqamətindədir. Həmin ərazi yaşayış məntəqəsidir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və yer-yer nahamardır. Asfalt yolun iki hərəkət hissəsi olmaqla hər birinin eni 3,9 metrdir. Toqquşma “Vaz-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətdə olduğu yolun sağdan sola istiqamətdə 2,65 metr hissəsində baş vermişdir. Toqquşmadan sonra Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-21074” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 5,15 metr, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerindən 39 metr məsafədə dayanmışlar.(i.v.5-17) -“zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi kimi tanınması haqqında” 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Nilay Əlizadənin hüquqi varisi kimi tanınmışdır.(i.v.50-52) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Mirtalıb Talıb zərərçəkmiş şəxs kimi tanınmışdır.(i.v.57) -“məhkəmə-tibbi ekspertizası”nın 28 avqust 2025-ci il tarixli, 39 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və qarnın qapalı küt travması, dalağın cırılması, qarış boşluğunda maye və laxtalı qan, sol məmə xətti üzrə 5-6-7-8-9-10-cu qabırğaların qapalı az yerinidəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, daxil orqanların azqanlılığı, ürəyin daxili qişasında qansızma, sol bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, ənsə nahiyəsində yara, sol əlin üst səthində, sol budun aşağı 1/3-də bayır səthdə qançırlar, təpə nahiyəsində sol çənə bucağı proyeksiyasında, sol bazunun bayır səthində, sol məmə xətti üzrə 5-ci qabırğa səviyyəsində, sol ön qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol saidin bayır səthində, sol əlin üst səthində, sağ və sol diz oynağının ön səthində, sağ baldırın iç səthində, sol iç topuq proyeksiyasında sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixdə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 Əlisa oğlu ölümündən az əvvəl spirtli içkilər və güclü təsir edici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs2 Əlisa oğlunun ölümünə səbəb qarnın və döşün qapalı küt travmasından dalağın cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur.(i.v.69-74) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir.(i.v.93) -“yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”nın 28 noyabr 2025-ci il tarixli, 8/2513 nömrəli rəyindən görünür ki, “Vaz-21074” markalı 54BM920 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Vaz-21074” markalı 77BC043 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır.(i.v.102-105) -“məhkəmə-tibbi ekspertizası”nın 30 avqust 2025-ci il tarixli, 41 nömrəli rəyindən görünür ki, mərhum X4 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-açıq kəllə beyin tarvması, təpə-sağ gicgah sümüklərinin açıq, qəlpəli basılmış sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyində qansızma, təpə-sağ gicgah nahiyəsində yara, təpə nahiyəsində, sol gözaltı nahiyədə, sol budun orta 1/3-də ön səthdə qançırlar, sağ körpücük sümüyü proyeksiyasında, sol diz oynağının ön səthində sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Nilay Əlizadənin ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur.(i.v.106-111) -“məhkəmə-tibbi ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 497 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol beyin yarımkürəsində təpə payında epidural hematoma, təpə sümüyünün xətti sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 28 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi.(i.v.112-114) -“məhkəmə-tibbi ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 499 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-sol bazu sümüyünün başının qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 28 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi.(i.v.115-117) -“məhkəmə-tibbi ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər üst çənə, əng, almacıq və burun sümüklərinin sınıqları, üst dodaqda, sol yanaqda, sol gözaltı nahiyədə çapıqlar-sağalmış yaraların izləri küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 28 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi.(i.v.121-124) -“cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs kimi tutulmuşdur.(i.v.125) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v.171-173) -Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 4(056)-72/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 dekabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablanmışdır.(i.v.191-195) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qarşıdan gələn avtomobilin çuxurdan qaçıraraq onun yoluna çıxmasını gördüyünü, avtomobillərin toqquşmasının qarşısını almaqdan ötrü idarə etdiyi avtomobili yolun əks istiqamətinə, yəni həmin avtomobilin yoluna idarə etdiyini, həmin vaxt qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını, idarə etdiyi avtomobili öz yoluna qaytaran zaman hadisə baş verdiyini bildirməsi ilə bağlı məhkəmə tərkibi tərəfindən araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasına görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin şəxsin bu maddə ilə nəzərdə tutulmuş eyni əməlləri törətməsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, onun göstərilən əməli törətməsinin ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu Güdəcühür kəndi ərazisindən keçən hissəsində Şirvan şəhəri istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni avtomobili idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni avtomobili hadisə baş verən sahədə icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirməməsinə dair tələblərini pozaraq, avtomobili bundan daha yüksək sürətlə hərəkət etdirməsi səbəbindən idarəetməni itirərək əks hərəkət zolağına çıxarmış, həmin vaxt avtomobilin ön hissəsi ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 Əlisa oğlunun idarə etdiyi “Vaz-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsini vurmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs2, sərnişin-Nilay Əlizadənin ölmələrinə, sərnişinlər Zərərçəkmiş şəxs2 ağır və Zərərçəkmiş şəxs1 isə az ağır xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. Məhkəmə tərkibi bildirir ki, hadisə sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni avtomobili idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni avtomobili hadisə baş verən sahədə icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirməməsinə dair tələblərini pozması səbəbindən baş vermişdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisi Rahib Əliyev və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizələr təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri olmadıqlarını, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı mülki iddiaları olmadıqlarını bildirmişlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydi”nin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətməsi nəticəsində avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik sol bazu sümüyünün başının qapalı sınığı xəsarəti, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurma əlamətlərinə malik qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol beyin yarımkürəsində təpə payında epidural hematoma, təpə sümüyünün xətti sınığı xəsarətləri almaları xüsusatı sonuncuya verilmiş ittihamın həcmindən çıxılmalı və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 19 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.66) -Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Axtaçı kəndində ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.158-159) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, zərərçəkmiş şəxslə və zərərçəkmişlərin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsi), şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik üst çənə, əng, almacıq və burun sümüklərinin sınıqları, üst dodaqda, sol yanaqda, sol gözaltı nahiyədə çapıqlar xəsarətləri almasını, cinayət nəticəsində dəymiş ziyanın ödəməsinə cəhd etməsini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs az müddət əvvəl ailə həyatı qurması və ailənin sosial-iqtisadi rifahının bilavasitə onun əmək fəaliyyətindən asılı olması təyin ediləcək cəzanın yalnız onun özünə deyil, eyni zamanda ailə üzvülərinə də təsir göstərcəyini göstərir. Bundan əlavə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunması, əməlindən səmimi peşmançılıq keçirməsi onun törətdiyi əməlin nəticələrinə məsuliyyətlə yanaşdığını sübut edir. Qeyd olunan hallar Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən müsbət cəhətlər kimi qəbul edilib, qanunvericliyin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs də fiziki zərərçəkmiş, bu isə onun törətdiyi əməlin nəticələrinin yalnız zərərçəkənlərlə məhdudlaşmadığını, həmçinin özü üçün də ağır nəticələr doğurduğunu göstərir. Təqsirləndirilən şəxs xəsarət alması, onun hadisədən müəyyən mənada zərərçəkmiş şəxs qismində çıxış etməsinə səbəb olmaqla yanaşı, əməli törədərkən nəticələrə laqeyd münasibətinin olmadığını da ehtimal etməyə əsas verir. Bu hal, cinayətin subyektiv tərəfinin qiymətləndirilməsində və cəzanın fərdiləşdirilməsi zamanı təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən amil kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, ağır xəstə olmasını, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 21-cü bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 4(056)-72/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət- Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilmədir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət-Prosessual Məcəlləsinin 155.1.5-ci madəsində göstərilmiş məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalı olmadığından, şəxsiyyətini, yaşını və səhhətini, ailə, maddi və sosial vəziyyətini, daimi yaşayış yerinin olmasını (Cinayət-Prosessual Məcəlləsinin 155.2.2-ci maddəsi), zərərçəkmiş şəxslərlə və ya onun yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini (Cinayət- Prosessual Məcəlləsinin 155.2.4-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömərəli qərarının 22-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Həmin plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra-Cəzaların İcrası Məcəlləsinin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.3-cü maddəsində gsötərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza azadlığın məhdudlaşdırılması intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 179-188, 318, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 dekabr 2025-ci il tarixdən 05 dekabr 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün, 05 dekabr 2025-ci il tarixdən 29 yanvar 2026-cı il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 24 (iyirmi dörd) gün, ümumilikdə 1 (bir) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar