Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-595/2024 27.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X17, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X7 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 29,149.3.3, 32.4,150.3.3, 32.4,156.1, 32.4,171.2.3, 32.4,171.2.4, 32.4,171- 1.2.1, 32.4,171-1.2.4 və 32.4,171-1.2.5-ci maddələri ilə, xx.xx.1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Xocavənd rayonu, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 ARCM-in 32.3,29,149.3.3, 150.3.3, 156.1, 171.2.3, 171.2.4, 171- 1.2.1, 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə aralarında olan intim münasibətdən istifadə edərək, 2023-cü ilin dekabr ayının ortalarında sonuncunun on dörd yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq istəyini bildirməsi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşaraq qızı ilə cinsi əlaqədə olacağını təşkil edəcəyinə söz vermiş və bu məqsədlə 2023-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs2 qızı Zərərçəkmiş şəxs1 hədə-qorxu və məcburiyyət təsiri altında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbənin çıxış hissəsində olan avtomobil yolunun qurtaracağından 500 metr məsafədə olan ağac və kolların olduğu sahəyə onun iradəsinə zidd apardıqdan sonra Təqsirləndirilən şəxs1 həmin yerdə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onu qucaqlamış, azyaşlının hərəkətlərindən onunla cinsi əlaqədə olmaq istəmədiyini gördüyü halda iradəsinə zidd olaraq ilk əvvəl onun sinəsinə və bədəninin müxtəlif nahiyələrinə əli ilə toxunaraq öpüb, Zərərçəkmiş şəxs1 qucaqlayıb kürəyi üstə yerə yıxaraq, zərərçəkmiş şəxsin cinsi əlaqədə olmaq istəmədiyini bildirib qəti şəkildə etiraz edərək aktiv müqavimət göstərdikdən sonra Təqsirləndirilən şəxs2 cinayət əməlinin başa çatdırılması üçün zərərçəkmiş şəxsin müqavimətini qırmaq məqsədilə sağ əli ilə onun qollarını sinəsinə çarpaz şəkildə sıxıb saxlayaraq hərəkətini məhdudlaşdırmış, sol əli ilə isə azyaşlının qışqırmaması üçün ağzını tutub, zərərçəkmiş şəxsi tamamilə köməksiz vəziyyətə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs1 ayağından tutub hərəkət etməsinin tam qarşısını alaraq zərərçəkmiş şəxsin əynində olan cins şalvarı və alt paltarı dartıb çıxarıb, sonuncu ilə zorla cinsi əlaqədə olmaq məqsədilə təxminən 4-5 dəqiqə müddətində bir neçə dəfə cinsiyyət üzvünü zorla daxil etmək istəmiş, lakin cinsiyyət üzvü tam gərginləşmədiyi üçün öz iradəsindən asılı olmayan səbəbə görə azyaşlı ilə zorla cinsi əlaqədə ola bilməmiş, bununla da Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olmağa cəhd etmiş, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə Təqsirləndirilən şəxs1 on dörd yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olmasını təşkil etmiş və ona rəhbərlik etmiş, lakin, öz iradələrindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişlər. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs2 əla alaraq aralarında olan sövdələşmə əsasında onunla barışmaq, özündə cinsi ehtiras hislərini oyatmaq və cinsi təlabatını ödəmək məqsədilə 14 yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq halda seksual xarakterli hərəkətləri özündə əks etdirən foto və video çəkiliş edərək görüntüləri ona verməsini tələb etmiş, onun təhriki ilə Təqsirləndirilən şəxs2 01 yanvar 2024-cü il tarixdə yaşadıqları evin mətbəx otağında Zərərçəkmiş şəxs1 çılpaq halda seksual xarakterli fotoşəklini çəkərək uşaq pornoqrafiyası hesab olunan həmin fotoşəkli telefonun yaddaş kartına köçürülmüş halda ona vermiş, Təqsirləndirilən şəxs1 bununla kifayətlənməyərək Təqsirləndirilən şəxs2 əlavə seksual xarakterli fotoşəkillər və videoçəkilişlər edib ona verməsi üçün təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 videoçəkiliş aparmaqla Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq şəkildə seksual xarakterli hərəkətlər etmələrini Zərərçəkmiş şəxs1 təkidlə təklif etmiş, ona hədə-qorxu gəlmiş, sonuncunun onun təklif və istəyi ilə razılaşmayıb ona etiraz etməsinə baxmayaraq köməksiz vəziyyətindən istifadə edərək həmin hərəkətlərin xeyirli olması və neqativ bir iş olmaması barədə yalan sözlər deyərək onu inandırmış, Zərərçəkmiş şəxs1 da anasının dediklərinə inanaraq məcburən razı olmuş, bundan sonra, Təqsirləndirilən şəxs2 10 və 19 fevral 2024-cü il tarixlərində yaşadıqları evin mətbəx otağında Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək birlikdə çılpaq halda seksual xarakterli zorakılıq hərəkətləri edərək özündə seksual hərəkətlərin əks olunduğu, seksual xarakterli hərəkətlərdə iştirakını ehtiva edən və cinsi orqanını əks etdirən videoçəkiliş eidb, telefonun yaddaş kartına köçürülmüş halda həmin görüntüləri Təqsirləndirilən şəxs1 vermiş, həmçinin, Təqsirləndirilən şəxs1 təkrar təhriki ilə Təqsirləndirilən şəxs2 azyaşlı qızları Zərərçəkmiş şəxs1 və xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 çılpaq halda, özündə seksual xarakterli və cinsi orqanlarını əks etdirən fotoşəkillərini 10, 14 və 29 fevral 2024-cü il tarixlərdə həmin mətbəx otağında çəkib təkrarən uşaq pornoqrafiyası hesab olunan həmin videoçəkilişləri və fotoşəkilləri telefonun yaddaş kartına köçürülmüş halda Təqsirləndirilən şəxs1 vermiş, bununla da Təqsirləndirilən şəxs1 təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə təhrik etmə, yetkinlik yaşına çatmayanın valideyni tərəfindən fahişəliyə və əxlaqsız əməllərə cəlb etməyə təhrik etmə, şəxsi və ailə həyatının sirri olan məlumatları əks etdirən video və fotoçəkiliş materiallarını başqasına verməyə təhrik etmə, yetkinlik yaşına çatmayanın valideyni tərəfindən və təkrarən təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxslərin uşaq pornoqrafiyasını başqasına verməyə təhrik etmə cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, yetkinlik yaşına çatmayanın valideyni tərəfindən digər əxlaqsız əməllərə cəlb etmə, şəxsi və ailə həyatının sirri olan məlumatları əks etdirən video və fotoçəkiliş materiallarını başqasına vermə, yetkinlik yaşına çatmayanın valideyni tərəfindən və təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsin təkrarən uşaq pornoqrafiyasını başqasına vermə cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, lakin, qeyd olunan hərəkətləri zorla etmədiyini, Zərərçəkmiş şəxs1 özünün razılığı ilə onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin sentyabr ayından başlayaraq Təqsirləndirilən şəxs2 ilə mütəmadi olaraq görüşmüş və cinsi əlaqədə olmuşlar. 2023-cü ilin noyabr ayının sonu, dekabr ayının əvvəlləri Təqsirləndirilən şəxs2 ilə mobil telefon vasitəsilə danışdığı zaman sonuncunun qızı Zərərçəkmiş şəxs1 gördüyünü, sonuncudan xoşu gəldiyini və bəyəndiyini, həmçinin görüşə gedəndə Zərərçəkmiş şəxs1 da gətirməsini bildirmiş, həmin gün axşam saat 19 radələrində Xocavənd rayonu, 500 ailəlik qəsəbənin qurtaracağında yerləşən yoncalıq sahəsində sonuncuları gözləmiş, daha sonra sonuncular gəlmiş, ilk olaraq Təqsirləndirilən şəxs2 ilə görüşmüş, 5 dəqiqə söhbət etdikdən sonra kənarda gözləyən qızı Zərərçəkmiş şəxs1 çağırmış, sonuncunun yanağından öpmüş, lakin aralarında yaxınlıq olmamış, daha sonra anası Təqsirləndirilən şəxs2 ilə orada cinsi əlaqədə olmuş, bundan sonra oradan uzaqlaşıb evinə getmişdir. Bundan təxminən 15 gün sonra Təqsirləndirilən şəxs2 “Whatsapp” sosial mesajlaşma proqramı vasitəsilə videozəng formatında istifadəsində olmuş mobil telefona zəng edərək qızı Zərərçəkmiş şəxs1 çılpaq halda, paltarsız şəkildə ona göstərmiş, həmçinin qızının sinəsini əli ilə tumarlayaraq “gör nə qəşəngdi, armud kimidir” ifadəsini işlətmiş, növbəti gün axşam təxminən 19 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək yenidən yoncalıq sahəsinə qızı ilə birlikdə gəlməsini bildirmiş, saat 20 radələrində həmin yerdə görüşmüşlər, eyni qaydada ilk olaraq Təqsirləndirilən şəxs2 ilə görüşüb 3-5 dəqiqə söhbət etdikdən sonra kənarda dayanmış Zərərçəkmiş şəxs1 yanına çağırmış, sonuncunun bədəninin müxtəlif nahiyələrini öpmüş, daha sonra Təqsirləndirilən şəxs2 azyaşlıya soyunmasını bildirmiş, Zərərçəkmiş şəxs1 da üzərində olan şalvarı və alt paltarını çıxarmış, lakin, cinsiyyət üzvü sərtləşmədiyindən Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə ola bilməmiş, bundan sonra ayağa qalxmış və paltarlarını geyinib oradan uzaqlaşmışlar. Həmçinin bildirmişdir ki, təxminən 2 il bundan əvvəl onun qızı Nuray İsmayılova ilə Zərərçəkmiş şəxs1 eyni sinifdə oxumuş, məktəbdə mütəmadi olaraq görmüş, 2010-cu il təvəllüdlü olduğu barədə məlumatı olmuşdur. Hadisə vaxtı onun əynində boz rəngli içərisi qara rəngli sport tipli gödəkçə və ortası rezinli göy rəngli cins şalvar olmuş, həmin paltarları da istintaqa təqdim etmiş, həmin vaxt əynində alt paltarı isə ağ rəngli olmuş, üzərində qara rəngli xətləri olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində göy rəngli cins şalvar, əynində qara rəngli gödəkçə, alt paltarı (trusiki) isə qara rəngdə olmuşdur. Həmçinin bildirmişdir ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs2 başqa kişilərlə əlaqə saxladığını, sevgi münasibəti yaşadığını öyrənmiş, bundan sonra sonuncuya onunla əlaqə saxlamamasını və bir daha danışmayacağını bildirmiş, həmin vaxtlarda onun mobil telefonu olmadığına görə də Təqsirləndirilən şəxs2 onula əlaqə saxlaya bilməmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 həm onunla barışmaq üçün könlünü almaq məqsədilə, həm də mobil telefonu olmadığına görə əlaqə saxlamaq üçün mobil telefon alacağını demiş, lakin o Təqsirləndirilən şəxs2 telefon almamasını bildirmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 həmin telefonu aldığını ona işdə olan zaman demiş, həmin mobil telefonu götürdükdən sonra Təqsirləndirilən şəxs2 ona demişdir ki, mobil telefonun içərisində bir neçə fotoşəkil var, onlara baxdıqdan sonra fikrini bildirsin. Daha sonra telefonun “şəkillər” bölməsinə daxil olduqda Gütləkin Quliyevanın, qızları Aysun və Zərərçəkmiş şəxs2 çılpaq halda fotoşəkilləri olmuşdur. Həmin şəkillərə baxdıqda onun ehtirası artmış, Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb fotoşəkilləri bəyəndiyini bildirmişdir. Gecələr Təqsirləndirilən şəxs2 porno saytına girib oradakı videolara baxaraq öz cinsi ehtirasını qarşılamış və bunu da ona bildirmişdir. Daha sonra o da həmin videolarda olduğu kimi qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq halda seksual hərəkətlər edib videolar çəkməsini və ona verməsini Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 ona aldığı göy rəngli mobil telefon vasitəsilə həmin videoyazıları və fotoşəkilləri qeydə almış, daha sonra həmin mobil telefonu 500 ailəlik qəsəbənin mərkəzində yerləşən Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığından keçən arxın yanında otluğa gizlədərək ona demiş, o da həmin mobil telefonu oradan götürdükdən sonra telefonun “şəkillər” bölməsində olan fotoşəkillərə baxmış, bir neçə gün sonra Təqsirləndirilən şəxs2 yuxarıda qeyd etdiyi kimi qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə videolar çəkməsini istəmiş, mobil telefonu Təqsirləndirilən şəxs2 vermiş, eyni qaydada mobil telefonu həmin yerdən götürüb baxmışdır. Təqsirləndirilən şəxs2 həmin fotoşəkilləri özü çəkərək ona vermiş, sadəcə olaraq həmin fotoşəkillərə baxdıqdan sonra sonuncudan porno saytda olduğu kimi qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq halda seksual xarakterli hərəkətlər edib videoya çəkməsini və ona verməsini istəmiş, digər formada zor tətbiq etməmiş, həmin videoyazılar və fotoşəkilləri cinsi ehtirasını qarşılamaq və həzz almaq məqsədilə istəmiş, çünki Təqsirləndirilən şəxs2 qızı Zərərçəkmiş şəxs1 xoşu gəldiyini bildirmiş, həmin videoyazılar və fotoşəkillərdən yalnız bu məqsədlə baxmaq üçün istifadə etmişdir. Həmin fotoşəkillərə və videoyazılara mütəmadi olaraq telefonda yalnız özü baxmış, heç bir yerə göndərməmiş, yaymamış, sadəcə olaraq həmin mobil telefonun yaddaşında qalmış, fotoşəkil və video görüntüləri 2024-cü ilin fevral ayında əldə etmişdir. ( Cild İ, i.v. 181-185; Cild İİ, i.v. 211-215; Cild İİ, i.v. 243-249). Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamlarla təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən, AR CPM-in 327.1.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü elan olunmuş ittihamlarla təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, təxminən 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs1la sevgi münasibətinə başlamış, həyat yoldaşı təxminən 9 ay bundan əvvəl vəfat etdiyindən tək olduğuna görə təbii ehityaclarını ödəmək üçün Təqsirləndirilən şəxs1la mütəmadi cinsi əlaqədə olmuş, əsasən sonuncu ilə gecə saatlarında qəsəbə ətrafında olan sahəlikdə görüşüb cinsi əlaqədə olmuşdur. Təxminən 2023-cü ilin dekabr ayında mobil telefonla danışdıqları zaman Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, onun qızı Zərərçəkmiş şəxs1 xoşu gəlir və sonuncu ilə cinsi əlaqədə olmaq istəyir, o da qızı Zərərçəkmiş şəxs1 500 ailəlik qəsəbənin qurtaracağında yerləşən yonca əkilmiş sahəyə getməli olduqlarını bildirmiş, ondan Zərərçəkmiş şəxs1 nə üçün gedəcəklərini soruşduqda sonuncuya həmin yerdə Təqsirləndirilən şəxs1 onları gözlədiyini və sonuncu ilə görüşmək üçün gedəcəklərini demiş, qızı Zərərçəkmiş şəxs1 ilk olaraq razılaşmasa da, onun təkidi ilə birlikdə həmin yerə getmişlər, saat 19 radələrində orada olduqları zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanağından öpmüş, lakin hər hansı cinsi əlaqə və ya digər hərəkət baş verməmiş, qızı Zərərçəkmiş şəxs1 çəkilib kənarda dayanmış, o, Təqsirləndirilən şəxs1la cinsi əlaqədə olmuş, bundan sonra yaşadıqları ünvana qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə getmişlər. Bundan təxminən 2023cü ilin dekabr ayının sonlarında yenidən Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə danışdıqları zaman Təqsirləndirilən şəxs1 ondan qızı Aysu Quliyevanı yenidən gətirməsini xahiş etmiş və həmin yerə getmələrini bildirmiş, saat 20 radələrində qızı Zərərçəkmiş şəxs1 evdə olduqları zaman bildirmişdir ki, Təqsirləndirilən şəxs1la görüşmək üçün yenidən yoncalıq sahəsinə getməlidirlər, qızı onunla getmək istəmədiyini və evdə qalmaq istədiyini bildirmiş, lakin təkidlə sonuncunu məcbur edərək əlindən tutub birlikdə evdən çıxmış və həmin yerə getmişlər, təxminən piyada olaraq 15 dəqiqə getdikdən sonra həmin yerə çatmışlar, daha sonra Təqsirləndirilən şəxs1 qızı Zərərçəkmiş şəxs1 yanına çağırmış, ilk bədəninin müxtəlif nahiyələrindən öpmüş, qızı buna etiraz edərək istəmədiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1 qızına sonuncu ilə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, ilk olaraq qızı bununla razılaşmasa da, Təqsirləndirilən şəxs1 cinsiyyət üzvünü qızının cinsiyyət üzvünə daxil etmək istəsə də, sonuncunun cinsiyyət üzvü bərkimədiyindən bu mümkün olmamış, öz cinsiyyət üzvünü qızının cinsiyyət üzvünə toxundurmuş və sürtmüş, bundan sonra qızı Zərərçəkmiş şəxs1 ayağa qalxmış və paltarını geyinmiş, daha sonra yaşadıqları ünvana geri qayıtmışlar. Həmçinin bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs1 yalnız əllərindən tutmuş, ağzından tutmamışdır. Qızı Zərərçəkmiş şəxs1 həmin vaxt əynində olan cins şalvarı və alt paltarını Zərərçəkmiş şəxs1 özü çıxarmışdır, 10 dəqiqə Təqsirləndirilən şəxs1la söhbət etdikdən sonra qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə evə qayıtmışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında baş vermiş hərəkətlər təxminən 5-10 dəqiqə çəkmiş, Təqsirləndirilən şəxs1 cinsiyyət üzvü bərkimədiyindən cinsiyyət üzvünü Zərərçəkmiş şəxs1 cinsiyyət üzvünə daxil edə bilməmiş, buna görə də cinsi əlaqə baş tutmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 mobil telefonla danışan zaman onun qızı Zərərçəkmiş şəxs1 bəyəndiyini, xoşu gəldiyini və sonuncu ilə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs1 sevdiyi üçün bununla razılaşmışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 əynində hansı paltarların olması yadında deyildir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bu ilin fevral ayında aldığı mobil telefonun yaddaş kartının içərisində olan videoyazılar və fotoşəkillər onun tərəfimdən 2024-cü ilin fevral ayında çəkilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hədiyə olaraq aldığı markasını unutduğu göy rəngli mobil telefon vasitəsilə yaşadığı evin mətbəx otağında qızı Zərərçəkmiş şəxs1 ilə çılpaq halda seksual xarakterli hərəkətlər edərək videoya çəkmiş, daha sonra qızı Zərərçəkmiş şəxs2 həmin telefonu verərək qızı Zərərçəkmiş şəxs1 ilə onu çılpaq halda seksual xarakterli hərəkətlər edərkən çəkməsini bildirmiş, həmçinin qızları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çılpaq halda cinsiyyət orqanları da görünməklə fotoşəkillərini çəkmiş və həmin mobil telefonu Təqsirləndirilən şəxs1 vermişdir. Qeyd olunan videolarda qızı Zərərçəkmiş şəxs1 sinə nahiyəsindən öpmüş və sonuncuya da onun döşlərini öpməsini, həmçinin ehtirası artırmaq üçün səslər çıxarmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin sonlarında ona bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs1 ilə görüşmək istəyir, bir dəfə sahəlik ərazidə Təqsirləndirilən şəxs1 qızı ilə onu həmin yerdə gözləmiş, lakin onlar getmədiklərindən Təqsirləndirilən şəxs1 əsəbiləşib özünün sadə qara rəngli mobil telefonunu sındırmış, həmçinin, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 gizli başqa şəxslərlə görüşüb söhbət etdiyindən Təqsirləndirilən şəxs1 xəbər tutduğuna görə onunla danışmamağa və münasibəti kəsməyə başlamış, o da sonuncu ilə barışmaq və münasibəti normallaşdırmaq üçün sonuncuya Beyləqan şəhərində yerləşən telefon mağazasından 90 manata göy rəngli mobil telefon almış və qutusunda Təqsirləndirilən şəxs1 vermişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona hələ də küsülü olduğunu, onunla danışmasına baxmayaraq incik olduğunu və münasibətinin yaxşı olmadığını bildirmiş, münasibətin yaxşılaşması və normallaşması üçün onun və qızı Zərərçəkmiş şəxs1 çılpaq halda şəkillərini çəkməsini və sonuncuya verməsini təkidlə istəmiş, o da ayrılmamaq və münasibətlərini yaxşılaşdırmaq üçün həmin fotoşəkiləri çəkərək Təqsirləndirilən şəxs1 vermiş, fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq halda seksual xarakterli hərəkətlər edib videoya çəksin və Təqsirləndirilən şəxs1 versin, o da həmin qeyd olunan videoları Təqsirləndirilən şəxs1 aldığı telefonla çəkərək Təqsirləndirilən şəxs1 eyni qaydada vermişdir. Videolar yaşadığı evin mətbəx otağında çəkilmişdir. Təqsirləndirilən şəxs1 aldığı göy rəngli markasını unutduğu mobil telefonla həmin videoyazı və fotoşəkilləri qeydə almış, daha sonra həmin mobil telefonu 500 ailəlik qəsəbənin mərkəzində yerləşən Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binasının yaxənlığından keçən arxın kənarındakı otluğa gizlədərək Təqsirləndirilən şəxs1 yerini bildirmiş, sonuncu da həmin telefonu oradan götürmüşdür. Təqsirləndirilən şəxs1 cinsi ehtirasını qarşılamaq, həmçinin qızı Zərərçəkmiş şəxs1 xoşu gəldiyi üçün həmin videoyazı və fotoşəkilləri çəkib atmasini ondan təkidlə istəmiş, o da çılpaq halda həmin video və fotoşəkilləri çəkib Təqsirləndirilən şəxs1 vermişdir. İlk dəfə qızı Zərərçəkmiş şəxs1 təklif etdikdə razı olmamış, etiraz etmiş, lakin qızı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, heç bir problem yoxdur, Təqsirləndirilən şəxs1 sadəcə şəkil və videolara baxacaq və sonra siləcəkdir, həmçinin videolarda olan hərəkətlərin heç bir ziyanı yoxdur. Zərərçəkmiş şəxs2 şəkillərini sadəcə olaraq elə-belə çəkmiş və Təqsirləndirilən şəxs1 baxması üçün vermişdir. “Video190224-023305-29” və “Video190224-025742-92” adlı video fayllar qızı Zərərçəkmiş şəxs2 tərəfindən çəkilmiş, çünki həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə çılpaq halda seksual xarakterli hərəkətləri etdiklərindən Zərərçəkmiş şəxs2 telefonu verərək onları çəkməsini bildirmiş, həmin hərəkətləri porno saytında olan videolara baxaraq görmüş, Təqsirləndirilən şəxs1 da ondan belə videolar çəkməsini istəmiş, daha sonra o da qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin hərəkətləri edərək videoya çəkib Təqsirləndirilən şəxs1 cinsi ehtirasını artırmaq, həzz vermək üçün vermiş, digər fotoşəkil və videoyazı verməmiş, Nemət İsmayılvodan başqa heç bir şəxsə verməmiş, nə də hər hansı formada yaymamış, ancaq sonuncuya aldığı mobil telefonla çəkib özünə vermişdir. Qızı Zərərçəkmiş şəxs2 səhər məktəbə getmək üçün yuxudan oyandığı vaxt sonuncuya həmin yataq otağına çevirdikləri mətbəx otağına keçməsini bildirmiş, orada Zərərçəkmiş şəxs2 tam soyunmasını dedikdə sonuncu ondan nə üçün soyunmalı olduğunu soruşmuş, o da sadəcə Zərərçəkmiş şəxs2 bədəninin şəkillərini çəkəcəyini, heç bir problem olmadığını və narahatlıq yadacaq heç nəyin olmadığını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 soyunmuş və sonuncunun bir neçə dəfə çılpaq halda fotoşəkillərini Təqsirləndirilən şəxs1 aldığı telefon vasitəsilə çəkmişdir. Videoyazılar qeydə alınan zaman qızları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə olmuşlar, digər şəxs yanlarında olmamış, fotoşəkillər çəkilən vaxt da heç bir şəxs olmamışdır. (Cild İ, i.v. 127-131; Cild İİ, i.v. 216-221; Cild İİİ, i.v. 14-21). Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, ədalətli cəza təyin edilməsini xahiş etmişdir. AR CPM-in 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, video və foto görüntülər, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, atası 2023-cü ilin yayında vəfat etmişdir, anası hər gün işdən gələndə telefonla Nemətlə danışırmış, anasına Nemətlə danışmasını irad bildirsə də, anası ona bunun ona aidiyyatının olmadığını bildirirmiş, anası Nemətlə onu cinsi əlaqədə olması məqsədilə iki dəfə görüşdürmüşdür. Hadisə baş verdiyi gün ona Nemətin yanına gedəcəklərini bildirmiş, o, razı olmasa da, onu məcbur aparmışdır. Birinci dəfə Nemətlə əvvəl özü görüşmüş, sonra Nemət özü yaxınlaşıb koftasının qabağını açmış, onun boğazına, sinəsinə toxunaraq “səni sevirəm” demiş, ikinci göüşdə Nemət onu zorla öpüb yerə uzandırmış, tamamilə soyundurub cinsiyyət üzvünü öz cinsiyyət orqanına daxil etmək istəmiş, ancaq alınmamışdır. Həmin anda anası Gültəkin qollarını və qışqırmaması üçün ağzını tutmuşdur. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, anası Gültəkinin göstərişi ilə videonu bacısı çəkmiş, video çəkilərkən anası onu soyundurub üzərinə çıxmışdır, anası videonu Nemətə göndərəcəyini demişdir, o, heç vaxt Neməti istəməmişdir, anası onu Nemətin yanına zorla aparmışdır, qolunu tutanda Nemət şalvarını çıxarmışdır, o, həmin an evə getmək istədiyini bildirsə də, anası qorxmamasını, gələcəyinə xeyir olmasını bildirmişdir, anası videonu Nemətə göndərəcəyini demiş, belə ki, Nemət anasından başqa kişilərlə görüşdüyü üçün küsmüş, anası da Nemətlə barışmaq üçün Nemətin uşaqların çılpaq videosunu çəkməsi tələbini qəbul edib, videonu çəkib göndərmişdir, anası videodakı onlarla intim hərəkətləri edənədək o, həmin hərəkətlərin nə mənaya gəldiyini başa düşməmişdir, böyük bacısına olanları deməmişdir, gün ərzində bir dəfə yemək yeyirmişlər, 5-ci sinifdən məktəbdən çıxmışdır, soğan yığmaqla pul qazanmış, bacısı ilə qazandığı pulları anası Gültəkinə vermiş, anası da mağazaya borclarını ödəmişdir, mərhum atasının ili çıxmamış anası bu hərəkətləri etmişdir, Neməti istəmədiyini hər dəfə anasına demişdir, bir dəfə Nemət anasına zəng edəndə anası telefonu ona uzatmış, o, danışmaq istəməmiş, Nemət telefonda ona cips aldığını deyərək görüşə dəvət etmiş, o, istəmədiyini deyərək telefonu stolun üzərinə atmış, bundan sonra Nemətin anasına Aysunun onun üstünə qışqırmasını bildirməsiylə anası onu döymüş, Nemətlə xoş davranmalı olduğunu tapşırmışdır. Anası onları uşaq evinə verəcəkləri ilə hədələdiyi üçün anasının etdiklərini heç kimə, qohumlarına deməmişlər, anası evdə olanda zəng gəlmiş, Xocavənd rayon İcra Hakimiyyətindən Əfsanə xanım adında şəxs onları çağırmışdır. Anası, qardaşı və o, getmişlər, Əfsanə xanım anasından nəyə görə uşaqları diləndirdiyini soruşmuşdur. Əfsanə xanım qardaşı ilə onu ayrıca otağa salaraq uşaq evinə getmək barədə fikirlərini soruşduqda o, getmək istədiyini bildirmiş, həmçinin, anasının ona və Fatiməyə qarşı etdiklərini Əfsanə xanıma danışmışdır. Evə gəldikdən sonra Xocavənd Rayon İcra Hakimiyyətinin işçisi Orxan müəllim evə gələrək, Əfsanə xanımın onları çağırdığını, oradan prokurorluğa gedəcəklərini və hərşeyi danışmalı olduqlarını bildirmişdir, hazırda bibisigildə yaşayırlar. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərin hər ikisininin cəmiyyətə qaytarılmaması ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Aysunla işdən gəlib yemək bişirib yeyirmişlər, anası bir gün işdən gələndən sonra Aysuna sözünün olduğunu dedikdə anasından nə olduğunu soruşmuş, ona heçnə deməmişdir. Həmin günün səhərisi axşam vaxt anası Aysunla birlikdə harasa getmiş, gedərkən adyal da aparmışdır. Ondan sonrakı gün anası yenə Aysunu aparmışdır. Anasından adyalı niyə götürdüyünü soruşduqda, Əzizəgilə getdiyini demişdir. Bir dəfə Nemət anasına zəng edəndə anası telefonu Aysuna verib Nemətlə danışmasını bildirmişdir. Aysun danışmaq istəmədiyini bildirdikdə, anası Aysuna Nemətlə yaxşı davranmasını bildirmişdir. Anası Aysunu apardığı gündən sonrakı gün onu Nemətin yanına aparmış, anası Nemətlə görüşmüş, Nemət həmin vaxt içkili olmuşdur. Sonra anası onu çağırıb Nemətin ona sözü olduğunu demiş, Nemət ona yaxınlaşıb toxunmuş, kurtkasının üzərindən sinəsinə əl vurmuş, istəmədiyini bildirdikdən sonra anası ilə görüşmüşdür. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, anası onunla gedərkən adyalı götürməmişdir, anası bacısının videosunu çəkdirəndə telefonu ona verib çəkməsini bildirmiş, bundan sonra anası ilə bacısı bir-birinə toxunmağa başlamışlar, anası onun da şəklini çəkmişdir, qazandığı pullardan böyük bacılarına da göndərmişlər, anasının onu Nemətlə görüşdürdüyünü Aysuna deməmiş, Aysunun anasına deyəcəyini, anasının da onu döyəcəyini düşünmüşdür, anası onları döyürmüş, anasından onun çılpaq şəkillərini niyə çəkdiyini soruşduqda sakit olmasını tapşırmışdır, anası onları qonşuların evlərini təmizləməyə göndərmiş, onlar da qapı süpürüb ev təmizləməklə 1-2 manat pul qazanmışlar, qardaşları da dilənərək pul qazanmış, qazandıqları pulları anası almışdır. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərin hər ikisininin cəmiyyətə qaytarılmaması ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X20 ifadəsində qeyd etmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslər Aysun və Fatimənin bibisidir, mərhum qardaşı Qəhrəman içki aludəçisi olmuşdur, qardaşı arvadı Təqsirləndirilən şəxs2 yüngül həyat tərzi keçirdiyindən həyat yoldaşı qardaşının ailəsi ilə görüşməyə icazə verməmişdir, bu səbəbdən qardaşının azyaşlı uşaqlarının başına gələnlərdən vaxtında xəbəri olmamışdır. Hazırda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə qardaşının beş azyaşlı və yetkinlik yaşına çatmayan övladı onun qəyyumluğu və himayəsinə verilmişdir, beş uşağa da Bakı şəhərində özü ailəsi ilə birlikdə baxır, Aysun və Fatimə hazırda onun evində yaşayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən orta məktəbdə 7-ci sinifdə təhsil alırlar, bundan əlavə, hər ikisinə özəl psixologiya mərkəzində xidmət göstərilir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və onların qanuni nümayəndəsinin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 96 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. (C-İİ, i.v.35-37) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində tərtib edilmiş 10 may 2024-cü il tarixli, 11/203 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2010cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 psixi cəhətdən normal inkişaf etməklə onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur, onun hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir, əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. (C-İİ, i.v. 157-160) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1540 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. ( C-İİ, i.v.181-184) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 150 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olunacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmiş, cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs1 2023-cü ilin dekabr ayında cinsi qabiliyyətli olması inkar olunmur. (C-İİ, i.v.173-175) - «Baxış keçirilməsi haqqında» 17 may 2024-cü il tarixli protokoldan görünür ki, rayon prokururluğuna təqdim edilmiş SD karta baxış keçirən zaman Təqsirləndirilən şəxs2, qızları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çılpaq şəkildə görüntüləri olan fotoşəkillər və Təqsirləndirilən şəxs2 ilə qızı Zərərçəkmiş şəxs1 seksual xarakterli hərəkətlər etdikləri görüntülər olan 3 ədəd videoyazı aşkar edilmişdir. Belə ki, video qeydlərdə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 bir-birini qucaqlamaları, sinə nahiyələrindən öpmələri, həmçinin Təqsirləndirilən şəxs2 özündə cinsi ehtiras yaratmaq üçün qızı Zərərçəkmiş şəxs1 bəzi ehtiraslı səslər çıxarmasını bildirməsi ilə bağlı görüntülər mövcuddur. (C-İİ, i.v. 135-136) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/796 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “SD” xarici yaddaş kartında tədqiqata təqdim olunmuş fotoşəkillərdə və MP 4 fayllarda olan video yazılarda montaj əlamətləri müəyyən olunmamışdır. (C-İİ, i.v.191-196). - «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 05 iyun 20214-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (C- İ, i.v. 62) - «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 07 mart 20214-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (C- İİİ, i.v. 27-28) - «Götürmə və baxışın aparılması haqqında» 07 mart 2024-cü il tarixli, 65a nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus və onun istifadəsində olmuş qara rəngli, “A05S” markalı, içərisində ***-***-**-** saylı nömrə olan mobil telefon qablaşdırılaraq götürülmüşdür. (C-İ, 98-100) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ARCM-in 32.3, 29, 149.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 101-102) - Xocavənd Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 4(069)-3/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04(dörd) ay müdddətinə həbs qətimkan tədbiri seçillmişdir.(C-İ, i.v. 141-145) - «Götürmə və baxışın aparılması haqqında» 12 mart 2024-cü i tarixli, 074 nömrəli protokoldan görünür ki, X18 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli şalvar və bir ədəd qara rəngli içliyi olan qəhvəyi rəngli gödəkçə qablaşdırılaraq götürülmüşdür . (C-İ, 148-150) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ARCM-in 29, 149.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (C-İ, i.v. 151-152) Xocavənd Rayon Məhkəməsinin 08 mart 2024-cü il tarixli, 4(069)-4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 05 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmışdır. (C-İ, i.v. 195-197) - «Götürmə və baxışın aparılması haqqında» 12 mart 2024-cü i tarixli, 093 nömrəli protokoldan görünür ki, X21 məxsus və onun istifadəsində olmuş qara rəngli, “f+” markalı, içərisində ***-***-**-** saylı nömrə olan mobil telefon qablaşdırılaraq götürülmüşdür. (C-İ, 235-237) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona ARCM-in 29, 149.3.3, 32.4, 150.3.3, 32.4, 156.1, 32.4, 171.2.3, 32.4, 171.2.4, 32.4, 171-1.2.1, 32.4, 171-1.2.4 və 32.4, 171-1.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (C-İİ, 230-232) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona ARCM-in 32.3, 29, 149.3.3, 150.3.3, 156.1, 171.2.3, 171.2.4, 171-1.2.4, 171- 1.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (C-İİİ, 1-3) - «Sübutların qiymətləndirilməsi» haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, 1 ədəd içərisində foto və videogörüntü olan SD xarici yaddaş kartı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. X9 hadisə zamanı əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1ədəd “Samsung A05S” markalı və 1 ədəd “f+” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına göndərilmişdir. ( C-İİİ, i.v. 51-84) Məhkəmə təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 zor tətbiq edilməməsi, onun köməksiz vəziyyətindən istifadə edilməməsi, onun özünün də cinsi əlaqədə olma istəyi ilə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə zərərçəkmiş şəxsin yaşı, atasının vəfat etməsi, məhkəmə istintaqında anasından qorxu içində yaşamasına dair bildirdikləri, həmçinin, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la görüşə məcburi olaraq aparmasına dair ifadəsi də nəzərə alındıqda Zərərçəkmiş şəxs1 öz arzusu ilə Təqsirləndirilən şəxs1la cinsi əlaqədə olmasını istəməsini inandırıcı hesab etməməklə, təqsirləndirilən şəxslərin həmin dəlillərini qeyri-mötəbər, iş materialları ilə uzlaşmayan hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ARCM-in 29,149.3.3, 32.4, 150.3.3, 32.4,156.1, 32.4,171.2.3, 32.4,171.2.4, 32.4,171-1.2.1, 32.4,171-1.2.4 və 32.4, 171-1.2.5ci maddələri ilə və Təqsirləndirilən şəxs2 32.3,29,149.3.3, 150.3.3, 156.1, 171.2.3, 171.2.4, 171-1.2.1, 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini təqsirli olaraq törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxslərin ifadəsi, «götürmə və baxışın aparılması haqqında» protokol, «təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında», «zərərçəkmiş şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında» protokollar və onlara əlavə edilmiş disklər və digər istintaq sənədləri ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (ARCM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir: - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə 4 il müddətinə, xx.xx.2001-ci il tarixdə həmin Məcəllənin 334.1-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2003-cü il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli “Amnistiya haqqında” qərarına əsasən azad olunmuşdur. ( C-İİ, i.v. 12-13) - Təqsirləndirilən şəxs1 əvvəllər AR CM-in 243-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ictimai mənəviyyat və şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə cinayət törətməyə meyillidir və bu hal onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 15 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 barəsində heç bir məlumat yoxdur. ( C- İİ, i.v.11) - Xocavənd rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 01 aprel 2024-cü il tarixli, 5-52-8/2-10 saylı Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Xocavənd rayonu Muğanlı kəndində anadan olmuş, Beyləqan rayonu ərazisində yerləşən ünvan 3 ünvanda məskunlaşmış, uzun müddət ünvan 4lədiyi vaxtlarda qeyri-etik hərəkətləri və özünü apara bilməməsi səbəbilə ictimai qınağa tuş gəlmiş və işdən uzaqlaşdırılmış, daha sonra Xocavənd rayon Kommunal müəssisələri kombinatında dalandar vəzifəsində işləmiş, kənd sakinləri arasında hörmət və nüfuz sahibi deyil, rayon və kənd icra nümayəndəliyinin ictimai işlərində iştirak etməyib, hazırki vaxtadək cinayət xarakterli cəza alması barədə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə rəsmi məlumat daxil olmamışdır. ( C-İİ, i.v. 47) - Xocavənd rayon İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Quliyeva X8 rayonu, Xocavənd kənd sakinidir, sonuncu törətdiyi əmələ qədər onun haqqında kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət və digər formada narazılıq daxil olmamışdır. (C-İİ, i.v. 87) - Xocavənd rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və müvafiq ifadədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı X12, X13 (xx.xx.2007) və X3 (xx.xx.2010) ibarətdir. (C-İİ, i.v.46, 164-166) Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş:
1. Xocavənd Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, yetkinlik yaşına çatmayan şəxslər X14 və X1 rayonu ərazisində yerləşən 500 ailəlik Xocavənd qəsəbəsində “Oba” marketin və Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsində yerləşən “Mandarin” marketin qarşısında dayanır, bəzən gecə saatlarına qədər ocaq qalayaraq adamlardan pul dilənirlər.
2. Xocavənd Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən tərtib olunmuş Təqsirləndirilən şəxs2 həyat şəraitinin müayinəsi haqqında xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs2 500 ailəlik Xocavənd qəsəbəsində 239 nömrəli evdə məskunlaşıb yaşayır, ümumilikdə 3 otaqdan ibarət evin şəraiti zəifdir, anti-sanitar vəziyyət hökm sürür və ətrafından üfunət qoxu gəlir, otaqların divarları ləkəlidir, dəhlizdə qaz sobası, birinci otaqda çirkli yorğan-döşək dəstləri, ikinci otaqda televizor, üçüncü otaqda yerdən qalaqlanmış şəkildə uşaqların paltarları və məktəbli geyimləri vardır.
3. Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 15 oktyabr 2024-cü il tarixli 03 saylı və 01 mart 2024-cü il tarixli 01 saylı iclasının protokolun Qərarından Çıxarışdan görünür ki, X14 və X22 500 ailəlik Xocavənd qəsəbəsində və Füzuli rayonu 9 saylı Qayıdış qəsəbəsində dilənçilik fəaliyyəti ilə məşğul olmuş, fərdi söhbət zamanı Əli Quliyev dilənçiliklə əldə etdiyi pulu anası Təqsirləndirilən şəxs2 verdiyini etiraf etmişdir, komissiyanın iclası zamanı Təqsirləndirilən şəxs2 övladlarına qarşı diqqət göstərəcəyinə, onların təhsil və tərbiyəsilə məşğul olacağına komissiya qarşısında söz versə də, sözlərini yerinə yetirməmişdir. Nəticədə Təqsirləndirilən şəxs2 dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq övladlarına qarşı etinasız münasibət bəsləməsini, onların tərbiyə işi ilə məşğul olmamasını, təhsildən yayındırmasını və anti-sanitar şəraitdə saxlamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan övladları X4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X2 və X10 uşaq evinə verilməsi üçün hüquqi prosedurun başladılması, qərarın surətinin Təqsirləndirilən şəxs2 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ regional nümayəndəliyinə göndərilməsi qərara alınmışdır.
4. Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının 12 iyun 2024-cü il tarixli Sərəncamı ilə xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 bibiləri X11 himayəsinə, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Qəhrəma qızı, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X22 qəyyumluğuna verilmişdir. Məhkəmə istintaqında azyaşlı zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, onlar atalarının yenicə vəfat etməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la yaxın münasibətdə olmasından narahat olmuş, Zərərçəkmiş şəxs1 hətta anasının təkidinə baxmayaraq Təqsirləndirilən şəxs1la telefonda danışmaqdan imtina etdiyinə görə anası tərəfindən döyülmüş, hər ikisi orta məktəbə göndərilməmiş, belə ki, Zərərçəkmiş şəxs2 3-cü sinfə qədər təhsil almış, Zərərçəkmiş şəxs1 9-cu sinifdə oxumasına baxmayaraq, təhsildən geri qaldığı üçün hazırda 7-ci sinifdə oxuyur, gün ərzində cəmi bir dəfə yemək yemişlər, yeməyi ya Zərərçəkmiş şəxs2, ya Zərərçəkmiş şəxs1 bişirmiş, orta məktəbdə təhsil almayaraq Zərərçəkmiş şəxs1 soğan yığmaqla əldə etdiyi qazancı, Zərərçəkmiş şəxs2 anasının göndərməsiylə 1-2 manat müqabilində qonşuların evlərini təmizləməklə əldə etdiyi qazancı anaları Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 həmin pulları özünün və Təqsirləndirilən şəxs1 şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, işin müəyyən olunmuş yuxarıda qeyd olunan hallarından görünür ki, Təqsirləndirilən şəxs2 ailədə valideyn kimi göstərməli olduğunu qayğını göstərməmiş, övladlarını maddi və mənəvi cəhətdən təmin etməmiş, tərbiyəsi ilə məşğul olmamış, bunun əksinə, onlara qəddar münasibət göstərmiş və uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 törətdiyi sözügedən əməllər nəticəsində Zərərçəkmiş şəxs2 11 yaşında, Zərərçəkmiş şəxs1 isə 13 yaşında arzuolunmaz formada intim münasibətlər barədə bilavasitə məlumatlanmışlar. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilərkən aşağıda qeyd olunan hüquq normalarının nəzərə alınmasını zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 19-cu maddəsində qeyd olunmuşdur ki, iştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 64.0.8-ci maddəsinə əsasən valideynin uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməsi valideynlik hüquqlarından məhrumetmə üçün əsasdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 11-ci maddəsinə əsasən zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır. Həmin Qanunun 12-ci maddəsində qeyd olunmuşdur ki, valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Həmin Qanunun 19-cu maddəsində qeyd olunmuşdur ki, valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” X6 təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsində qeyd olunmuşdur ki, hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə onların ağırlığı nəzərə alınmaqla səmərəli, mütənasib və kəsərli cəzaların nəzərdə tutulması təmin edilsin. Bu cəzalar ekstradisiyaya əsas verə biləcək azadlıqdan məhrumetmə ilə bağlı cəzalan ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 cəza təyinində Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinin tətbiqini qanunun məqsədinə müvafiq hesab etmir: Belə ki, əvvəla, Cinayət Məcəlləsinin 59-cu maddəsində qeyd olunan cəzanı yüngülləşdirən halların təhlilindən görünür ki, CM-in 59.1.4-cü maddəsindən başqa, həmin hallar ya əməlin ictimai təhlükəliliyini azaldan, (məsələn: hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; və s.) ya da təqsirləndirilən şəxsin əqlipsixoloji cəhətdən yetkin insanla müqayisədə fərqli statusda olduğu hallardır. (məs: cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən, hamilə qadın tərəfindən törədilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi və s.) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi isə ona istiqamətlənmişdir ki, azyaşlı övladların valideyn qayğısına ehtiyacı çox olduğundan, təqsirləndirilən şəxsə mümkün qədər aşağı həddə cəza təyin edilməsi ilə azyaşlı uşaqların valideynin varlığından məhrumiyyətinin azaldılmasına nail olunsun. Lakin, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs2 qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən cinsi bütövlüyünün pozulmasına nail olmaq istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 azyaşlını zorlamasını asanlaşdırmaq məqsədilə onun əllərini və ağzını tutmuş, bundan başqa, qızlarına əxlaqsız hərəkətlər etdirərək videoya çəkmiş, onlarda cinsi ehtiraslar oyatmağa nail olmaq istəmiş və həmin videoları Təqsirləndirilən şəxs1 göndərmiş, bütün bunları Təqsirləndirilən şəxs1 ona qarşı cinsi ehtirasının bərpa edilməsi məqsədilə etmiş, sonuncu isə azyaşlıya qarşı zorlama cinayətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 dörd azyaşlı övladı olduğu halda, onların ikisinə qarşı valideynlik hüquqlarından məhrumetmə üçün əsas olan cinsi zorakılıq cinayəti törətməsi, digər azyaşlı övladlarının da qayğısına qalmaması, onları ağır həyat şəraitinə məruz qoyması onun azyaşlıların tərbiyəsində mənfi rol oynadığını təsdiq etməklə, “himayəsində azyaşlı uşaqların olması”na dair Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin ona münasibətdə tətbiq edilməməsi üçün əsasdır. Belə ki, Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş müvafiq sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs2 dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq övladlarına qarşı etinasız münasibət bəsləmiş, onların tərbiyə işi ilə məşğul olmamış, təhsildən yayındırmış və anti-sanitar şəraitdə saxlamışdır. Onun öz azyaşlı övladlarına qarşı cinsi zorakılıq cinayətini törətməsi nəticəsində valideyn himayəsindən faktiki məhrum olmuş övladları hazırda Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının 12 iyun 2024-cü il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 5 övladı uşaqların bibisi X11 qəyyumluğuna və himayəsinə verilmişdir. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, məhkəmə elan olunmuş ittihamlardan yalnız ARCM-in 156-cı maddəsinə münasibətdə : Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət əməlini azyaşlı və köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır; Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini azyaşlı və köməksiz vəziyyətdə, eləcə də, ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə törədilmiş cinayətin ağırlığını və xarakterini, Təqsirləndirilən şəxs1 əvvəllər ictimai mənəviyyat əleyhinə cinayət törədib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, azyaşlı qız uşağını zorlamağa cəhd etməsini, azyaşlı bacıların pornoqrafik görüntülərinin anası tərəfindən videoya çəkilib ona göndərilməsini tələb etməsini və həmin görüntüləri əldə edib saxlamasını, bir sözlə, azyaşlı uşaqlara qarşı cinsi meylinin olmasını onun şəxsiyyətini cəmiyyət üçün, xüsusilə də azyaşlı uşaqlar üçün təhlükəli edən hal hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 yalnız cəzasının bir hissəsini həbsxanada çəkməklə islah oluna bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 9cu bəndində qeyd olunmuşdur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CİM-nin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır.” Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının ilk üç ilini CM-in 56.2-ci maddəsinə əsasən həbsxanada çəkməli, cəzasının qalan hissəsini CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmalı, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə təyin edilmiş həbsxana müddətinə hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd içərisində foto və video görüntü olan SD xarici yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Xocavənd Rayon Prokurorluğunda saxlanılan 1 ədəd “Samsung A05S” markalı və 1 ədəd “f+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə 330 (üç yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 165 manat olmaqla) tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3, 32.4,150.3.3, 32.4,156.1, 32.4,171.2.3, 32.4,171.2.4, 32.4,171-1.2.1, 32.4,171-1.2.4 və 32.4,171-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,150.3.3-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,171.2.3, 32.4,171.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.4,171-1.2.1, 32.4,171-1.2.4 və 32.4,171-1.2.5-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,156.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 hər ay qazancından 15 faiz miqdarında pul tutulub dövlət nəfinə keçirilməklə 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş 6 ay müddətə islah işlərinin 4 günü azadlıqdan məhrumetmənin 1 günü hesab edilməklə, ona həmin maddə ilə 1 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 3 (üç) ilini həbsxanada çəksin, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablansın, cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 mart 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,29, 149.3.3, 150.3.3, 156.1, 171.2.3, 171.2.4, 171-1.2.1, 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 32.3,29,149.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 171.2.3, 171.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 171-1.2.1, 171- 1.2.4 və 171-1.2.5-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 hər ay qazancından 15 faiz miqdarında pul tutulub dövlət nəfinə keçirilməklə 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş 6 ay müddətə islah işlərinin 4 günü azadlıqdan məhrumetmənin 1 günü hesab edilməklə, ona həmin maddə ilə 1 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd içərisində foto və video görüntü olan SD xarici yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkçə, 1 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xocavənd Rayon Prokurorluğunda saxlanılan 1 ədəd “Samsung A05S” markalı və 1 ədəd “f+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın. İş üzrə 330 (üç yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 165 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov