Məhkəmə qərarları › İş №1(099)-597/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-597/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-597/2025 16.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X5 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Ağcabədi rayonu, Pərioğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Pərioğlular kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində həbsdə saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2026-cı il tarixdə saat 17:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 avqust 2025-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Dörd Yol” adlanan ərazidə yerləşən “Yol Üstü” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı əvvəlcədən üzərində daşıdığı, məhkəməyə və istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi və 2-ci qabırğanın kəsilməsi ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara diaqnozlu, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra həmkəndlisi və dostu Cabir Behbudov vasitəsilə tanımış, münasibətləri yaxşı olmuşdur. Hadisədən təxminən 10-15 gün əvvəl Cabirlə İnqilabın münasibətləri pisləşmişdir. Belə ki, İnqilab Cabirdən ona məxsus avtomobillə evlərinə su aparmağı xahiş etsə də, Cabir qızla görüşə getdiyini bəhanə edərək onun xahişini yerinə yetirməmiş, bununla bağlı onlar arasında mübahisə yaranmışdır. Bu zəmində aparılan telefon danışıqları zamanı o da “konfrans” vasitəsilə İnqilab və Cabirin telefon danışığına qoşulmuş, İnqilab mobil telefonda onun və Cabirin ünvanına təhqiredici, nalayiq ifadələr səsləndirmiş, onların cinsi azlıq nümayəndələri olmalarına eyham vurmuşdur. Hadisə baş verən gün Cabir İnqilabla mobil telefon vasitəsilə danışmış, onlar aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Dörd yol” adlanan ərazidə görüşməyə qərar vermişlər. O, görüş zamanı dava-dalaş olacağından ehtiyat edərək özü ilə evdən bir ədəd mətbəx bıçağı götürərək şalvarının bel hissəsində gizləmişdir. O, Cabirlə birlikdə “Dörd yol” adlanan əraziyə gəlmiş, orada İnqilabla görüşmüşdür. İnqilabın yanında sonradan tanıdığı, Emil adlı şəxs də olmuşdur. Söhbət zamanı İnqilab görüşə üzərində heç bir silah olmadan gəldiyini bildirmiş, üzərində silah olmaması ilə bağlı onları əmin etmək üçün söyüş söymüşdür. Bundan sonra İnqilab ondan və Cabirdən də üzərilərində silah olmaması ilə bağlı söyüş söyməyi tələb etmiş, o, söyüş söyməkdən imtina etmişdir. Həmin vaxt onlar ətrafda adamlar olduğunu görərək daha sakit bir yerə keçməyə qərar vermiş, “Yol Üstü” marketin qarşısına çatdıqda İnqilab qəfildən onun çənə nahiyyəsinə yumruq zərbəsi vurmuş, onlar əlbəyaxa dava etməyə başlamışlar. Dava zamanı o, İnqilabın vurduğu zərbədən yerə yıxılmış, yerə yıxıldıqdan sonra ayağa qalxaraq üzərində olan bıçaqla İnqilaba zərbə vurmuşdur. Bundan sonra Cabirlə birlikdə oradan uzaqlaşaraq həmin bıçağı yaxınlıqdakı su kanalına atmışdır. Bir müddət sonra atası ona mobil telefon vasitəsilə zəng edərək polis əməkdaşlarının onu axtardığını bildirmiş, o, evə gəlmiş, qardaşı Şahid3 onu polis əməkdaşlarına təhvil vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, əvvəllər İnqilabla aralarında heç bir mübahisə və ya dava-dalaş olmamışdır. İnqilabla hadisə baş verən gün görüşməsinə səbəb İnqilabın onun ünvanına təhqiramiz ifadələr işlətməsi olmuşdur. Onun əvvəlcədən İnqilaba xəsarət yetirmək niyyəti olmamış, İnqilab ilk olaraq ona zərbə vurduqdan sonra aralarında əlbəyaxa dava olmuşdur. İnqilaba bıçaqla yalnız bir dəfə zərbə vurmuşdur. İnqilabın vurduğu zərbələrdən xəsarət almışdır. Dava zamanı İnqilabın yanında Emildən başqa digər həmkəndliləri də olmuş, lakin onların adını bilməmişdir. İnqilabla barışmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs birlikdə müddətli həqiqi hərbi xidmət keçdiyi Cabir Behbudov vasitəsilə tanımış, münasibətləri yaxşı olmuşdur. Hadisə baş verməmişdən təxminən on-on beş gün əvvəl Cabirlə aralarında mübahisə yaranmışdır. Belə ki, o, Cabirdən avtomobili ilə evinə su gətirməyi xahiş etsə də, Cabir qızla görüşə getməsini bildirərək bundan imtina etmişdir. Bundan sonra onların münasibətləri pisləşmiş, mobil telefon vasitəsilə danışarkən bir-birlərinin ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmişlər. Telefonla danışarkən o, Azərin də ünvanına nalayiq ifadə işlətmişdir. Hadisə baş verən gün Cabir ona zəng edərək aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün görüşməyi təklif etmiş, o, Cabirin bu təklifini qəbul etmiş, onlar Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində “Dörd yol” adlanan yerdə görüşməyi qərarlaşdırmışlar. Həmin vaxt o, həmkəndlisi və tanışı Emillə birlikdə “mal bazarı”nda olmuş, Emil onun görüşə tək getməməsi üçün onunla birlikdə gəlmişdir. Onlar Cabir və Azərlə “Dörd yol” adlanan ərazidə görüşmüşlər. Görüş zamanı aralarında sözlü mübahisə olmuş, o, Cabir və Azərə onlarla dava etmək üçün gəlmədiyini, söhbət edərək aralarındakı mübahisəyə aydınlıq gətirmək istədiyini bildirmişdir. O, üzərində heç bir silah olmadığını qeyd edərək bununla bağlı öz payına söyüş söymüş, Cabir və Azərdən də üzərlərində silah olmaması ilə bağlı söyüş söymələrini tələb etmişdir. Cabir də dava etmək üçün gəlmədiklərini bildirsə də, Azər üzərində silah olmaması ilə bağlı söyüş söyməkdən yayınmışdır. Həmin vaxt onlar bir qədər sakit yerə keçib söhbətlərini davam etdirmək üçün “Yol Üstü” market istiqamətində hərəkət etməyə başlamışlar. Bu zaman o, “Yol Üstü” marketin qarşısında Azərin sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş, onlar arasında əlbəyaxa dava başlamışdır. Dava zamanı Azər yerə yıxılmış, yerə yıxılarkən Azərin üzərində olan bıçaq yerə düşmüşdür. Azər yerə yıxıldıqdan sonra o, davanın bitdiyini düşünərək bir qədər ondan aralanmış, yaxınlıqdakı minik avtomobilinin arxa tərəfinə keçmişdir. Minik avtomobilinin qarşı tərəfinə keçən zaman qəfil onun qarşısına çıxan Azər əlindəki bıçaqla ona bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Emil onun köməyinə gəlmiş, onu taksi ilə xəstəxanaya aparmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Azərlə əlbəyaxa dava edərkən eləcə də, Azər ona bıçaqla zərbə vurarkən yaxınlıqda tanımadığı adamlar olmuş, dava zamanı həmin şəxslər onları aralamağa çalışmışlar. Azər ona bıçaqla yalnız bir dəfə zərbə vurmuşdur. Azərdən heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Müalicəsi ilə əlaqədar Azərin ailə üzvləri tərəfindən ona maddi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün axşam saatlarında həmkəndlisi Zərərçəkmiş şəxsla “Mal bazarı” adlanan yerdə olarkən, İnqilab Cabirlə mobil telefon vasitəsilə danışmış, bundan sonra Cabirgillə Hacıbədəlli kəndi ərazisində “Dörd yol” adlanan yerdə görüşəcəyini bildirmişdir. O, İnqilaba görüşə getməməsini, bazara mal heyvan almaq üçün gəldiklərini bildirsə də, İnqilab Cabirlə görüşə getməli olduğunu bildirmişdir. O, İnqilabın görüşə tək getməməsi üçün onunla birlikdə “Dörd yol” adlanan əraziyə gəlmişdir. O, əvvəlcə İnqilab, Cabir və Azərin söhbətlərinə qarşımamış, onları bir qədər aralıdan müşahidə etmişdir. Onların sözlü mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, davadalaşa ehtiyac olmadığını, aralarındakı məsələni danışıq yolu ilə həll etməyi məsləhət bilmişdir. O, İnqilabın da, özünün də üzərində heç bir silah olmadığını, mübahisənin ağır nəticələrə səbəb olmaması üçün kiminsə üzərində silah olduğu halda silahı kənara qoymasını bildirmişdir. Onun bu təklifindən sonra İnqilab öz payına söyüş söyərək üzərində silah olmadığını bildirmişdir. İnqilab Azər və Cabirdən də eyni qaydada üzərilərində silah olmaması ilə bağlı söyüş söymələrini tələb etmişdir. Azər bununla bağlı söyüş söyməkdən yayınmışdır. Daha sonra onlar insanların daha az olduğu, sakit yerdə söhbət etmək üçün bir qədər kənara çəkilmiş, “Yol Üstü” marketin qarşısında piyada hərəkətdə olduqları zaman Azər və İnqilab sözlü mübahisəni davam etdirmiş, bu zaman İnqilab Azərə yumruqla zərbə vurmuş, onlar arasında əlbəyaxa dava başlamışdır. Yaxınlıqda olan tanımadığı şəxslər onları aralamağa çalışmışlar. Həmin vaxt Cabir İnqilabın üzərinə hücum etmək istəmiş, o, Cabirə zərbə vuraraq onun qarşısını almışdır. Əlbəyaxa dava zamanı Azər yerə yıxılmış, yerə yıxılarkən Azərin üzərində olan bıçaq yerə düşmüşdür. Onun başı Cabirlə davaya qarışdığından Azərin nə zaman, hansı formada İnqilaba bıçaqla zərbə vurduğunu görməmişdir. O, qəfildən İnqilabın qan içində olduğunu görərək ona yaxınlaşmış, həmin vaxt Cabir Azərin qolundan tutaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt bıçağı Azərin əlində görmüşdür. O, taksi ilə İnqilabı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 İntiqan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ana bir qardaşıdır. Hadisə baş verən gün Azərin atası Əşrəf ona zəng edərək Azərin İnqilab adlı şəxsi bıçaqlaması, polis əməkdaşlarının Azəri axtarmaları barədə məlumat vermişdir. O, evdə olarkən polis əməkdaşları evə gələrək Azərin harada olması ilə maraqlanmış, o, Azəri taparaq polis əməkdaşlarına təhvil verəcəyini bildirmişdir. O, Azərə zəng edərək evə gəlməsini bildirmiş, Azər evə gəldikdən sonra onu 30 avqust 2025-ci il tarixdə saat 23 radələrində Ağcabədi şəhərində yerləşən Heydər Əliyev parkının qarşısında polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra işlədiyi Ağcabədi RMX-yə gedərək İnqilabın sağlamlıq vəziyyəti ilə maraqlanmışdır. Azərlə İnqilabın arasındakı mübahisədən, hadisənin hansı şəraitdə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün o, kənddə olarkən Azərin İnqilab adlı şəxsi bıçaqlaması barədə eşitmiş, bu barədə Azərin qardaşı İntizama məlumat vermişdir. İntizam Azəri özü ilə apararaq polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra o, xəstəxanaya gedərək İnqilabın müalicəsi ilə maraqlanmış, müalicə müddətində mütəmadi olaraq İnqilaba maddi yardım göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; İşdə olan, “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 31 avqust 2025-ci il tarixli qərardan görünür ki, Ağcabədi rayon Polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Vüsal Qasımov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatına qəbul edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, 30 avqust 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 30 avqust 2025-ci il tarixdə saat 22:50-də hadisə baş vermiş yerə, yəni Ağcabədi rayonu Hacıbədəlli kəndində “Dörd yol” adlanan ərazidə yerləşən “Yol Üstü” marketin qarşısına gəldikdə həmin yerdə heç kəsin olmadığı, qeyd olunan marketin və ətrafda yerləşən obyektlərin bağlı olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirtdikdə asfalt örtüklü yerdə, yuxarıda adı qeyd olunan marketin qarşısında qan ləkələrinin olması müəyyən edilmiş, lakin həmin qan ləkələrini götürmək mümkün olmamışdır. (Cild 1, i.v. 6-9;) İşdə olan, 30 avqust 2025-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş bir ədəd kişi qısaqol maykası ağ rəngli olmaqla, boğaz, qol və qarın hissəsində qanabənzər maye çöküntüləri, maykanın ön hissəsində olan həmin çöküntülərin orta hissəsində isə bir ədəd kəsilib cırılmış zədə vardır. Qeyd olunan qısaqol mayka qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v. 11-12;) İşdə olan, 31 avqust 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan, o, 31 avqust 2025-ci il tarixdə saat 18:00-da şübhəli şəxs kimi tutulmuşdur. (Cild 1, i.v. 24; Cild 1, i.v. 39;) İşdə olan, 02 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (Cild 1, i.v. 49;) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 4(017)- 65/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 avqust 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 72-73;) İşdə olan, 10 sentyabr 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v. 75;) İşdə olan, Ağcabədi Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş 26 sentyabr 2025-ci il tarixli, 18-1-23/2-1018/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Mərkəzi X6 Şəxsin konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyil. (Cild 1, i.v. 96;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (Cild 1, i.v. 97-98;) İşdə olan, Ağcabədi regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. (Cild 1, i.v. 124;) İşdə olan, canlı şəxsin ekspertizasının 06 sentyabr 2025-ci il tarixli 474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarət – döş qəfəsinin ön və arxa səthində, eləcə də sağ budda olan sıyrıqlar – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, özü-özünə yetirmə üçün xarakterik deyil, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. (Cild 1, i.v. 125-126;) İşdə olan, “Məhkəmə Psixiartik Ekspertiza Mərkəzi” PHŞ-nin X10 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, 766 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Azər Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, i.v. 133-135;) İşdə olan, canlı şəxsin ekspertizasının 22 noyabr 2025-ci il tarixli 610 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi və 2-ci qabırğanın kəsilməsi ilə müşayət edilən bir ədəd deşilmiş-kəsilmiş yara – iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, özüözünə yetirmə üçün xarakterik deyil, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (Cild 1, i.v. 137-139;) İşdə olan, 26 noyabr 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Zərərçəkmiş şəxsla görüşdüyü yeri, İnqilab Qəhrəmova bıçaqla xəsarət yetirdiyi yeri, cinayətin törədilmə mexanimzini, bıçağı su kanalına tulladığı yeri əyani şəkildə göstərmişir. (Cild 1, i.v. 141-144;) İşdə olan, Ağcabədi RİHB-nın Pərioğullar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində yaxından iştirak etmiş və kənd sakinlərinin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barəsində Pərioğullar kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Təqsirləndirilən şəxs aşağıda adları göstərilən ailə üzvləri vardır. 1.Atası: Şahid4. 2.Anası: X1. 3.Qardaşı: X4. (Cild 1, i.v. 146-147;) İşdə olan, “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin Gəncə şəhər Narkoloji Dispanserinin 02 dekabr 2025-ci il tarixli, 1902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, i.v. 152;) İşdə olan, 24 noyabr 2025-ci il tarixli, 747/2025-TBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, i.v. 156-159;) İşdə olan, 12 dekabr 2025-ci il tarixli, 491-2025/MTKŞ saylı maddi sübutların ekspert rəyindən və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədələr müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilən zədələrin yerləşmə nahiyəsinə əsasən demək olar ki, zədə yetirilən anda iz törədən alət (alətlər) köynəyin üzərində olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi və 2-ci qabırğanın kəsilməsi ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yaranın yerləşmə nahiyəsinə əsasən demək olar ki, həmin xəsarəti yetirmiş şəxslə Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətində olmaqla, xəsarət iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. (Cild 1, i.v. 162-163;) İşdə olan, 04 dekabr 2025-ci il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməlin həmin məcəllənin 126.2.4cü maddəsinə tövsif edilməsi və cinayət işinin ibtidai istintaqının həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. (Cild 1, i.v. 164;) İşdə olan, 04 dekabr 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 167;) İşdə olan, 04 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan və üzərində qan ləkələri və zədə olan ağ rəngli qısaqol mayka iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 179-190;) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konnstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.2.4-cü maddəsində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Hazırki iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, qəsdən 30 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərasizində olan və “Dörd Yol” adlanan ərazidə yerləşən “Yol Üstü” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq surətdə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq müstəsna şəxsiyyət olduğunu təsdiq etmək üçün Zərərçəkmiş şəxs üzərində olan və istintaqla dəqiq müəyyən olunmayan bıçaqla bir dəfə vuraraq zərbə endirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçərək sağ ağciyərin zədələnməsi və 2-ci qabırğanın kəsilməsi ilə müşayət edilən bir ədəd deşilmiş kəsilmiş yara xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətlə qəsdən ağır zərər vurmuşdur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-nin 221-ci maddəsi ilə yanaşı, CM-nin 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxslə tanışı Cabir Behbudovun Zərərçəkmiş şəxsla aralarında hadisədən təxminən on-on beş gün əvvəl mübahisə yaranmış, telefon danışıqları zamanı tərəflərin bir-birlərinin ünvanına təhqiramiz, nalayiq ifadələr işlətmələri aralarındakı münaqişəni daha da kəskinləşdirmiş, bunun nəticəsi olaraq onlar aralarındakı münasibətlərə aydınlıq gətirmək üçün xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Dörd yol” adlanan ərazidə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs orada olan digər şəxslərdən fərqli olaraq Zərərçəkmiş şəxs tələbi ilə üzərində silah (kəsici-deşici alət) olmaması ilə bağlı tərəfləri əmin etmək üçün söyüş söyməməsi Zərərçəkmiş şəxs şübhə yaratmış, məhz bununla əlaqədar onların sözlü mübahisəsi davam etmiş, ilk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çənə nahiyyəsinə yumruqla zərbə vurmuş, onlar əlbəyaxa dava etmişlər. Əlbəyaxa dava zamanı Təqsirləndirilən şəxs aldığı zərbədən yerə yıxılmış, yerə yıxılarkən əvvəlcədən üzərində götürdüyü bıçaq belindən yerə düşmüş, o, həmin bıçağı götürərək Zərərçəkmiş şəxs bıçaqla bir dəfə zərbə vurmaqla xəsarət yetirmişdir. Göründüyü kimi münaqişənin “bilavasitə tərəfləri” X11 Qəhrəmanov olmuş (mübahisə ilk olaraq onların arasında yaranmışdır), daha sonra telefon danışıqları zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də ünvanına təhqiramiz ifadələr işlətməsi Təqsirləndirilən şəxs də həmin münaqişənin “tərəfi” etmişdir. Eləcə də, görüş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilk olaraq zərbə vuraraq xəsarət yetirməsi (müvafiq ekspert rəyi hökmdə qeyd olunub) münaqişənin şəxsi münasibətlər zəminində bilavasitə Zərərçəkmiş şəxs tərəfindən başlanmasını təsdiq edir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti müəyyən olunmadan əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya görə ittiham verilməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir. (halbuki, hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Ümumiyyətlə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarla, ittiham aktının nəticəvi hissəsinin məzmunun təhlili onu göstərir ki, ibtidai istintaq orqanı xuliqanlıq niyyətilə törədilən hərəkətlə, xuliqanlıq hərəkətini şərtləndirən halları fərqləndirə bilməmişdir. Mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Belə ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-nin) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Məhkəmə nəzərə alır ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə 06 (altı) ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 4(017)-65/2025-ci il tarixli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bununla belə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid3 İntiqan oğlu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Ağcabədi şəhərində Heydər Əliyev parkının qarşısında Ağcabədi RPŞ-nin əməkdaşlarına təhvil vermiş, yəni Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə saat 23 radələrində məhdudlaşdırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, CM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri və zədə olan 01 (bir) ədəd ağ rəngli qısaqol mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Ağcabədi rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri və zədə olan 1 (bir) ədəd ağ rəngli qısaqol mayka məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar