Məhkəmə qərarları › İş №1(099)-598/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-598/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-598/2024 17.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1998-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(050)- 32/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının 10 (on) ay 23 (iyirmi üç) günü çəkilməmiş qalmış, ünvan 1-da daimi qeydiyyatda olmaqla yaşamış, 16 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(050)-31/2024 nömrəli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 01 ədəd bükümdə xeyli miqdarda-0,216 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə heroini 13 aprel 2024-cü il tarixdə axşam saatlarında tanışı Şahid4 Masallı şəhər, Qurtuluş küçəsində 10 manat pul müqabilində satmış, 16 aprel 2024-cü il tarixdə saat 14 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 saxlanılaraq Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 01 ədəd bükümdə xeyli miqdarda-0,216 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan baqa o, təkrarən 15 aprel 2024-cü il tarixdə istintaqa və məhkəməyə məlum olmayan mənbədən satış məqsədi ilə 07 ədəd bükümdə, 1,104 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib bir hissəsini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, bir hissəsini isə üzərində saxlayaraq daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhər, H.Əliyev prospektində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,180 qram və 0,133 qram olmaqla ümumi təmiz çəkisi 0,313 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 16 radələrində əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı yaşadığı evdən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,127 qram, -0,143 qram, -0,169 qram, -0,145 qram və -0,207 qram olmaqla ümumi təmiz çəkisi 0,791 qram olan, üzərindən götürülmüş təmiz çəkisi 0,313 qram narkotik vasitə heroin ilə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 13 aprel 2024-cü il tarixdə Ülviyə narkotik vasitə vermiş, bundan sonra 15 aprel 2025-cü il tarixdə tanımadığı şəxsdən narkotik vasitə heroin almış, narkotik vasitəni alıb evinə gəlmiş, sonra evindən çıxıb gedən zaman, yəni 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhər, H.Əliyev prospektində Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı yaşadığı evdə saxladığı 05 ədəd bükümdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Saxlanılan zaman evində aşkar olunmuş elektron tərəzi özünə məxsus olmamışdır. Polis əməkdaşları onu döyməmiş, fiziki və ya psixi təsir etməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərindən və evindən aşkar olunmuş 7 bükümdə olan narkotik vasitə heroini 15 aprel 2024-cü il tarixdə tanımadığı şəxsdən almışdır. Həmin heroini Amid adlı şəxsdən almamışdır. Ülviyə narkotik vasitə heroini 13 aprel 2024-cü il tarixdə vermişdir. Ülvidən pul almamışdır. Ulviyə narkotik vasitə verdikdən 2 gün sonra, üzərindən və evindən çıxan narkotik vasitə heroini almışdır. 13 aprel 2024-cü il tarixdə Ülviyə verdiyi narkotik vasitə heroinlə 16 aprel 2024-cü il tarixdə üzərindən və evindən çıxan narkotik vasitə heroinin eyni tərkibli olması ilə bağlı qeyd edir ki, Masallı rayonu ərazisində eyni tərkibli narkotik vasitə heroin satılır, eyni mənbədən olan narkotik vasitə heroin Masallı rayonu ərazisində yayılır. Ancaq dəqiq olaraq qeyd edir ki, Ülviyə verdiyi narkotik vasitə heroinlə üzərindən və evindən aşkar olunmuş narkotik vasitə heroini ayrı-ayrı adamlardan və ayrı-ayrı vaxtlarda əldə etmişdir. Saxlanılan zaman üzərində azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi ilə əlaqədar elektron qurğu olmuş, həmin qurğunu da üzərində şəxsi axtarış keçirilən zaman təqdim etmişdir. Saxlanılma vaxtı dəqiq olaraq 16 aprel 2024-cü il tarix saat 15 radələri, saxlanıldığı yer isə dəqiq olaraq Masallı şəhər, H.Əliyev prospekti olmuşdur. Üzərinə quraşdırılmış qurğunun hərəkət trayektoriyasını çıxarmağa ehtiyac yoxdur. Saxlanılması tarixi, vaxtı və yeri ilə bağlı heç bir iddiası da yoxdur, çünki ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq yazılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində demişdir ki, uzun müddətdir narkotik vasitə heroin qəbul edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 15 aprel 2024-cü il tarixdə günorta saatlarında yuxudan ayılmış və bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq qərarına gəlmişdir. Bu məqsədlə həmin gün axşam saatlarında Masallı şəhər ərazisinə gəlmiş və tanımadığı şəxsdən 07 ədəd bükümdə narkotik vasitə almışdır. 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Əliyev prospektinə gəlmiş və orada piyada gəzməyə başlamışdır. Həmin vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin 2 nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. X4suz olaraq üzərində narkotik vasitə saxlamaqda, qanunsuz istifadəsində və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X12 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş X11 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf selofan bükümü, şalvarının sol yan cibindən «Nokia» markalı mobil telefonu, şəxsiyyətini təsdiq edən sənədini və "xxxx"a aid pul kartını, şalvarının sağ arxa cibindən «Huavei» markalı mobil telefonunu və şalvarının sol arxa cibindən üzərinə «Antenni» sözləri yazılmış cihazı çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümlərdəki maddənin narkotik vasitə olan heroin olduğunu, ümumilikdə 7 büküm narkotik vasitə heroini 15 aprel 2024cü il tarixdə axşam saatlarında Masallı şəhər sakini adını Amid kimi bildiyi şəxsdən 100 manata aldığını, həmçinin yaşadığı evində 5 büküm narkotik vasitə heroin saxlamasını, aldığı bükümlərin bir qismini şəxsi istifadəsi, digər qismini isə satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən təqdim etdiyi 02 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,57 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi 02 bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr, 01 ədəd «Nokia» markalı, 01 ədəd «Huavei» markalı mobil telefon, 01 ədəd pul kartı və 01 ədəd şəxsiyyətimi təsdiq edən sənədin ayrı-ayrı zərflərə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, müdafiəçisi Tofiq Şahmarov və digər iştirakçılar ilə birlikdə ünvan 1 ünvanında yerləşən ona məxsus evinə getmişlər. O, evinə baxış keçirilməsinə etiraz etməməsi barədə Masallı RPŞ-yə ərizə yazmışdır. Daha sonra baş X11 tərəfindən yaşadığı evə baxış keçirilən zaman o, evin giriş hissəsində olan otaqdakı taxta materialdan olan dolabda gizlətdiyi 01 ədəd elektron tərəzini və 05 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra baş X11 tərəfindən təqdim etdiyi 05 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,46 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi 5 bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, əldə etdiyi narkotik vasitə heroinin bir qismini özü istifadə etmək, digər qismini isə satmaq məqsədilə üzərində və yaşadığı evdə saxlamışdır. Həmin bükümlərin bir qismini satmaq üçün üzərində və evində saxlasa da, lakin polis əməkdaşlarının onu tutması səbəbindən sata bilməmişdir. Lakin bundan əvvəl Masallı şəhər ərzisində tanımadığı şəxsdən aldığı 01 büküm heroini Şahid4 10 manat qarşılığında 13 aprel 2024-cü il tarixdə satmışdır. Masallı rayonu, Ərkivan qəsəbə sakini Şahid3 ilə aralarında narkotik vasitələrin alışı və satışı ilə bağlı mesajlaşmalar olmuşdur. Şahid3 də narkotik vasitə aludəçisidir və ondan 2024-cü ilin fevral-mart aylarında narkotik tərkibli dərmanlar almışdır. Uzun müddətdir ki, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldur. 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan tutulmuş və Masallı Rayon Məhkəməsinin hökmü ilə barəsində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. O, evindən aşkar edilmiş elektron tərəzini narkotik vasitələrin satışı zamanı istifadə etmişdir. Satdığı narkotik vasitələrin çəkilərini müəyyənləşdirmək üçün istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin bəzi hissələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, yəni Şahid4 heroini 10 manat pulun müqabilində satmamış, yaşadığı evdən aşkar olunmuş elektron tərəzi özünə məxsus olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında verilən suallara cavab olaraq bildirdiyi Şahid4 heroini 10 manat pulun müqabilində satmaması və yaşadığı evdən aşkar olunmuş elektron tərəzinin özünə məxsus olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxs qismində cəlb olunduğu maddə ilə təyin olunacaq cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində demişdir ki, 16 aprel 2024-cü il tarixdə ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar daxil olmuş məlumatın yoxlanıması ilə əlaqədar olaraq qərar qəbul etmişdir. CAB-nin əməliyyat müvəkkili Şahid2 və TB-nin baş təhqiqatçısı Xalid Qurbanovdan ibarət əməliyyat qrupu yaradılmışdır. 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs tək gəzişərkən saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs Masallı RPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında baş X11un xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Tofiq Şahmarov müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb 02 ədəd «Huavei» və «Nokia» markalı mobil telefonları, 01 ədəd üzərinə «Antenni» yazılmış elektron cihazı, 01 ədəd özünə məxsus şəxsiyyətini təsdiq edən sənədi, 01 ədəd "xxxx" ASC-nə məxsus pul kartını və 02 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 15 aprel 2024-cü il tarixdə axşam saatlarında əvvəllər tanıdığı Masallı şəhər sakini Amid Nəzərli adlı şəxsdən 100 manata almasını, aldığı narkotik vasitədən bir qismini şəxsi istifadəsi, digər qismini isə satış məqsədilə üzərində gəzdirməsini, eləcə də bir qismini yaşadığı fərdi yaşayış evində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkiləri az miqdarda olmuş, lakin həmin çəkilər hazırda yadında qalmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələr və digər predmetlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baş X11 tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin 1-ci mərtəbəsində, yardımçı otaqda yerləşən taxta materialdan olan rəfdən 01 ədəd elektron tərəzi və 05 ədəd şəffaf selofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan həmin bükümləri də tanışı Amid Nəzərli adlı şəxsdən 100 manata almasını bildirmişdir. 05 ədəd bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, ancaq çəkiləri vaxt keçdiyindən yadında qalmamışdır. Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş 05 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Əliyev prospektində tək gəzişərkən saxlamışlar. Təqsirləndirilən şəxs Şahid1 düzgün ifadə verdiyini, yalnız elektron tərəzinin özünə məxsus olmadığını bildirmişdir Dindirilmiş Şahid4 ifadəsində demişdir ki, 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etmiş və demişdir ki, üzərində 01 ədəd bükümdə narkotik vasitə heroin vardır və pula ehtiyacı olduğu üçün həmin narkotik vasitə heroini satır. Həmin vaxtı onun bədənində kəskin ağrılar olmuş və buna görə də Təqsirləndirilən şəxs narkotik vasitə almaq qərarına gəlmişdir. Axşam saatlarında yaşadığı evdən çıxmış və piyada olaraq Təqsirləndirilən şəxslə görüşmək üçün Masallı şəhəri, Digah küçəsinə getmiş və həmin vaxtı Təqsirləndirilən şəxs küçədə gəzişərkən ona yaxınlaşaraq Orucdan 01 ədəd bükümdə narkotik vasitə heroini almış, Oruca mağazadan 10 manatlıq ərzaq alıb vermişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,313 qram, həmçinin fərdi yaşayış evindən 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,791 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1-45) -«şübhəli şəxsin tutulması haqqında» 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.14) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 16 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol arxa cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, 01 (bir) ədəd «Huwei» markalı mobil telefon, sol arxa cibindən 01 (bir) ədəd üzərində «Attenti» sözləri yazılmış elektron cihazı, sol yan cibindən 01 (bir) ədəd «Nokia» markalı mobil telefonu, sağ yan cibindən 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd "xxxx"a məxsus plastik kart və 02 (iki) ədəd şəffaf rəngli selofana bükülmüş bükülüləri təqdim etmiş, həmin bükülülərin heroin olduğunu, həmin heroinə bənzər kütlələri 15 aprel 2024-cü il tarixdə axşam saatlarında Masallı şəhər sakini Amil adlı şəxsdən 100 (yüz) manata aldığını, bir qismini satmaq, bir qismini istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və bir qismini də yaşadığı ünvan 1 ünvanında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, birinci kütlənin çəkisi 0,24 qram, ikinci kütlənin çəkisi 0,30 qram olmaqla, ümumilikdə çəkilərinin 0,57 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlər götürülmüşdür.(i.v.26-27) -«baxış keçirmə və götürmə haqqında» 16 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da yerləşən evinin birinci mərtəbəsini təqdim edərək üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən çıxan heroinə bənzər maddənin bir qismi həmin otaqdadır, otaqda taxtadan hazırlanmış rəfin içərisindən 01 (bir) ədəd elektron tərəzini və 05 (beş) ədəd şəffaf rəngli selofan bükülüyə bükülmüş bükülüləri təqdim edərək həmin bükülülərin heroin olduğunu və 15 aprel 2024-cü il tarixdə axşam saatlarında Masallı şəhər sakini Amil adlı şəxsdən 100 (yüz) manata alaraq evdə saxladığını bildirmişdir. Aşkar edilmiş heroinə bənzər kütlələr selofanla birlikdə elektron tərəzidə çəkilmiş, birinci kütlənin çəkisi 0,30 qram, ikinci kütlənin çəkisi 0,30 qram, üçüncü kütlənin çəkisi 0,24 qram, dördüncü kütlənin çəkisi 0,29 qram və beşinci kütlənin çəkisi 0,31 qram olmaqla ümumilikdə 1,46 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) ədəd bükümdə olan heroinə bənzər kütlələr və 01 (bir) ədəd elektron tərəzi götürülmüşdür.(i.v.29-30) -«məhkəmə-fiziki-kimyəvi ekspertizası»nın 17 aprel 2024-cü il tarixli, 19/336 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 büküm heroinə bənzər kütlələr....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,180 qr; -0,133 qram: ümumi təmiz çəkisi- 0,313 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 05 bükümdə heroinə bənzər kütlələr... » sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkləri -0,127 qr; - 0,143 qr; -0,169 qr; -0,145 qr; -0,207 qr: ümumi təmiz çəkisi -0,791 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 07 büküm olmaqla, ümumi təmiz çəkisi - 1,104 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Şahid4 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №-19/335» sözlər və imzalar olan zərfdəki 1 büküm heroinlə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 7 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bir ədəd elektron tərəzi.... » sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur.(i.v.37-40) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(050)- 31/2024 nömrəli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir. Üzərindən aşkar olunmuş narkotik vasitələri tutulduğu gündən bir gün öncə Masallı şəhərində Amid adlı şəxsdən almışdır. Ülvi adlı şəxsə isə 10 manat müqabilində bir bükümdə narkotik vasitəni satmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir.(i.v. 64-65, 80-81) -«maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qlıq qalmış 0,894 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsinin video çəkilişinin əks olunduğu 02 (iki) ədəd CD disk maddi sübut kimi tanınmış, 0,894 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi saxlanılması üçün Masallı RPŞ-nin Təchizat Qrupuna təhvil verilmiş, 02 (iki) ədəd CD disk cinayət işinin materillarında saxlanılmışdır.(i.v. 88-89) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 18 aprel 2024-cü il tarixli, 1251 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v. 93) -240640073 nömrəli cinayət üzrə qəbul olunmuş «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v. 97) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 17 aprel 2024-cü il tarixli, 19/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Şahid4 üzərindən aşkar edilmiş heroinə bənzər maddə…» sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi:-0,216 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v.98-100) -240640073 nömrəli cinayət üzrə Təqsirləndirilən şəxs ilə Şahid4 arasında aparılmış 18 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə 01 (bir) ədəd bükümdə heroini 10 manat pulun müqabilində Şahid4 satdığını onun üzünə qarşı demiş, Şahid4 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir.(i.v. 101-104) - 22 aprel 2024-cü il tarixli «üzləşdirmə dindirmə protokolun»dan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə narkotik vasitə heroini 100 manat pulun müqabilində nisyə olaraq Amid Nəzərlidən aldığını onun üzünə qarşı demiş, sonuncu isə bunu inkar etmişdir.(i.v. 108-113) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X18 25 aprel 2024-cü il tarixli, 18-1-60/2- 744/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetində dispanser qeydiyyatda durmur.(i.v.135) -«baxış keçirilməsi haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 15 iyun 2024-cü il tarixli, 10287 nömrəli məktuba əlavə edilmiş, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin mobil nömrədən çıxan sms mətn nümunələrinə baxış zamanı qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı şifrəli məlumatları özündə əks etdirən yazılı mətn nümunələri aşkar edilmişdir.(i.v.143-155) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon danışıqlarını, sms mətlərini və anten dairəsini özündə əks etdirən 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.157) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, X16 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.167-168) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 15 may 2024-cü il tarixli, 19/359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «X10 üzərindən və evindən aşkar edilmiş bir bükülü heroin, 4 bükülü metamfetamin, 4 bükülü marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd siqaret qutusu və 1 ədəd manatlıq əskinasdan hazırlanmış borucuq Rəy №- 19/339...» və «Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumlikdə 7 büküm heroin və 1 ədəd elektron tərəzi Rəy №19/336....» sözlər və imzalar olan 1 ədəd paketdəki və 1 ədəd zərfdəki heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birlərindən fərqlidirlər.(i.v.169-173) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 18 aprel 2024-cü il tarixli, 359 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur.(i.v.187) -20 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, X1 RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 Hacıyevə məxsus 01 (ədəd) "xxxx" ASC-yə məxsus pul kartını, «Nokia» və «Samsung» markalı mobil telefonları saz vəziyyətdə təhvil almışdır.(i.v.199) -«sübutların qiymətləndirilməsi haqqında» 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir.(i.v.204-214) -«cinayət işi materiallarından başqa material ayrılması və icraata qəbul edilməsi haqqında» 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmə mənbəyinin müəyyən edilməsinə görə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v. 216) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.219-220) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid4 heroini 10 manat pulun müqabilində satmaması, yaşadığı evdən aşkar olunmuş elektron tərəzinin özünə məxsus olmaması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələri, ibtidai istintaq və məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində 5 şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən «cinayətin təkrar törədilməsi», «qabaqcadan əlbir olan bir qrup şəxs» və «mütəşəkkil dəstə» anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra-Konstitusiya Məhkəməsi) müvafiq olaraq «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2021-ci il 25 yanvar tarixli, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 15 mart tarixli, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan «mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında» 1999-cu il 20 aprel tarixli və «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin Plenum qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı Cinayət Məcəlləsinin 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən Sinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl Cinayət Məcəlləsinin 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və evindən aşkar olunmuş 7 bükümdə olan narkotik vasitə heroini 15 aprel 2024-cü il tarixdə tanımadığı şəxsdən almışdır. Ülviyə narkotik vasitə heroini 13 aprel 2024-cü il tarixdə vermişdir. Ulviyə narkotik vasitə verdikdən 2 gün sonra üzərindən və evindən çıxan narkotik vasitə heroini almışdır. 13 aprel 2024-cü il tarixdə Ülviyə verdiyi narkotik vasitə heroinlə 16 aprel 2024-cü il tarixdə üzərindən və evindən çıxan narkotik vasitə heroinin eyni tərkibli olması ilə bağlı qeyd etmişdir ki, Masallı rayonu ərazində eyni tərkibli narkotik vasitə heroin satılır, eyni mənbədən olan narkotik vasitə heroin Masallı rayonu ərazidində yayılır. Ancaq dəqiq olaraq qeyd edir ki, Ülviyə verdiyi narkotik vasitə heroinlə üzərindən və evindən aşkar olunmuş narkotik vasitə heroini ayrı-ayrı adamlardan və ayrı-ayrı vaxtlarda əldə etmişdir. Sözügedən Plenum qərarında həmçinin göstərilmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə cinayət törətmiş şəxs tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya Cinayət Məcəlləsinin 234.4.1-ci və ya 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi və ya Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməlidir. Belə hallarda əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu 17 maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Təqsirləndirilən şəxs xeyli miqdarda-0,216 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması, həmin narkotik vasitə heroini 13 aprel 2024-cü il tarixdə axşam saatlarında tanışı Şahid4 Masallı şəhər, Qurtuluş küçəsində 10 manat pul müqabilində satması, bundan başqa Təqsirləndirilən şəxs təkrarən 15 aprel 2024-cü il tarixdə 07 ədəd bükümdə, 1,104 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib bir hissəsini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, bir hissəsini isə üzərində saxlayaraq daşıması, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,180 qram və 0,133 qram olmaqla ümumi təmiz çəkisi 0,313 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməsi, həmin gün saat 16 radələrində əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı yaşadığı evdən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,127 qram, -0,143 qram,-0,169 qram, -0,145 qram və -0,207 qram olmaqla ümumi təmiz çəkisi 0,791 qram olan, üzərindən götürülmüş təmiz çəkisi 0,313 qram narkotik vasitə heroin ilə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilib götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri təkrarən satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrin istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitələri tutulduğu gündən bir gün öncə Masallı şəhərində Amid adlı şəxsdən aldığını, Ülvi adlı şəxsə isə 10 manat müqabilində bir bükümdə narkotik vasitəni satdığını, əməlindən səmimi peşman olduğunu demişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə heroinə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid4 heroini 10 manat pulun müqabilində satmaması, pulsuz verməsi barədə bildirdiyi iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən, Masallı Rayon Məhkəməsinin 07 fevral 2023cü il tarixli, 1(050)-32/2023 nömrəli hökmünun surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 23 may 2024-cü il tarixli, 2-1245/24-62-16 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 16 aprel 2024-cü il tarixdək cəzasının 1 (bir) il 1 (bir) ay 3 (üç) gününü çəkmiş, çəkilməmiş çəzası 10 (on) ay 23 (iyirmi üç) gün təşkil etmişdir. (i.v.123- 124, 180-186) -Masallı Rayon İcra Hakimiyyətinin Masallı şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 995 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. (i.v.132-133) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs çəkilməmiş qalan 10 (on) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 aprel 2023-cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(050)- 31/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olu-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama yerinə saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,894 qram qalmış narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Masallı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(050)-32/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 16 aprel 2024-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(050)-31/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,894 qram qalmış narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar