Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-599/2024 14.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X16, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Masallı rayonu, Hişkədərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla yaşamış, 12 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli, 4(050)-30/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz-2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Hişkədərə-Mişkəmi kəndlərarası avtomobil yolunun Masallı rayonu Hişkədərə kəndi ərazisindən keçən hissəsində yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olamayan halda idarə etməklə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək hərəkət zolağında asfalt yolun üzərində əks istiqamət üzrə piyada hərəkətdə olan həmkəndlisi X13 asfalt yolun üzərində avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Şirəli Əliyevin açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin açıq sınığı, sağ baldırın aşağı 1\3-nin əzilmiş yarası, başın alın nahiyəsinin və hər iki göz nahiyəsinin qançırı, alın, sol yanaq və sol əlin arxa hissəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 aprel 2024-cü il tarixdə axşam tərəfi təxminən saat 20 radələrində qızı çipsi almaq istəmiş, qızını götürüb mağazaya getmişdir. Mağazaya gedərkən mərhum Şirəli yolun sağ istiqaməti ilə getmişdir. Şirəlini düz yolun üzərində görmüş, Şirəliyə çatan zaman avtomobilini yolun sol istiqamətinə qaçırtmış, Şirəli də yolun sol tərəfinə qaçmış və özünü maşının qabağına atmışdır. Həmin vaxtı qızı maşında olmuşdur. Maşınını Şirəlini vurmamaq üçün qaçırtmış, Şirəli isə maşının qabağına tullanmışdır. Həmin vaxtı maşın Şirəliyə dəymişdir. Hadisə qızı ilə mağazaya gedərəkən baş vermiş, həmin vaxtı qızı xəsarət almamışdır. Hadisə zamanı sərxoş olmamışdır, bununla bağlı ittihamla razı deyildir. Sərxoş olmamasına dair ekspert rəyi olmasına baxmayaraq müstəntiq bunu nəzərə almamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə baş verəndən sonra özündə olmamışdır. Hadisə baş verən yolda yol tam işıqlı deyildir. Uşağın istədiyi çipsi, onlara yaxın mağazada olmadığı üçün ona görə avtomobili ilə başqa mağazaya getmişdir. Avtomobilində qızından başqa heç kim olmamışdır. Sərxoş olubolmadığını Polis Şöbəsində yoxlamışlar. Həkim polis şöbəsinə gəlmişdir. Hadisə baş verən gün “ayı ödü” yemiş, “ayı ödü”nün tərkibində ola bilsin ki, spirt olmuş, ancaq onun sərxoş olması dərəcəsində ola bilməzdi. Rusiya Federasiyasından Azərbayacan Resublikasına təxmini bir il olar gəlmiş, Rusiya Federasiyasında 8-9 il sürücülük vəsiqəsi olmuşdur. Mərhum Şirəlini uşaqlıqdan tanımış, onunla münasibəti yaxşı olmuşdur. Hadisə günü, yəni 11 aprel 2024-cü il tarixdə hava yaxşı olmuşdur. Hadisə günü spirtli içki qəbul etməmişdir. “Ayı ödü” rəhmətlik atasından qalmışdır. Mərhum Şirəlini yolu dönən kimi görmüş, həmin yol az döngədən ibarətdir. Hadisə baş verən anda başqa cür imkanı olmamış, maşını qaçırmış, sağ tərəfdə hasar olmuş, ona görə maşını yolun sol tərəfinə qaçırtmışdır. Sürücülük vəsiqəsi maşında qalmışdır. Rusiya Federasiyasının vətəndaşı olmuş, sürücülük vəsiqəsi də Rusiya Federasiyasının sürücülük vəsiqəsidir. Həmin sürücülük vəsiqəsini Azərbaycan Respublikasında qeydiyyatdan keçirməmişdir. Rusiya Federasiyasından Azərbaycan Respublikasına 2023-cü il tarixdə gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmiş və məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum X17 əri olmuş, Şirəli Əliyev ilə 2012-ci ildə evlənmiş, rəsmi nikahı olmuşdur. Şirəli Əliyev ilə birlikdə Masallı rayonu, Hişkədərə kəndində rəhmətə getmiş qayınatasının evində yaşamış, 11 aprel 2024-cü il tarixdə təqribən saat 20 radələrində X30i yaşadığı kənddə asfalt yolda avtomobil vurması və ərinin başı qanlı vəziyyətdə asfalt yolun kənarında yerə sərilməsi barədə ona məlumat verilmişdir. Dərhal yaşadığı evdən çıxmış, kənd ərazisində yerləşən asfalt yola getmiş, oraya çatdıqda ərinin baş nahiyəsinin qan içində asfalt yolun kənarında yerdə olmasını görmüşdür. Həmin vaxtı oraya Boradigah qəsəbə xəstəxanasının təcili tibbi yardım həkimləri gəlmişlər, həkimlər artıq həyat yoldaşının öldüyünü və meyiti aidiyyatı üzrə aparıb təhvil verəcəklərini bildirmişlər. Həmin vaxtı orada “Vaz-2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında olan ağaca çırpılmış, həmin avtomobilin həmkəndlisi olan Tahir adlı sürücüsü orada olmuş və həmin sürücü içkili vəziyyətdə olmuşdur. Hadisənin Tahirin idarə etdiyi “Vaz-2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyyatsızlıqdan törədildiyini bilmiş, Tahir həmkəndlisi olmuş, lakin sonuncunu tanımamış, hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamış, hadisənin canlı şahidi olmamışdır. X30 nitqində olan qüsurlara görə İ qrup əlil olmuş və mərhum ərinin başqa xəstəliyi olmamışdır. Tərəfindən verilmiş mülki iddianın təmin olunmasını, əri öldüyü üçün vurulmuş maddi və mənəvi ziyana görə 100000 (yüz min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərinin yas mərasiminə aid xərcləri özü deyil qaynı çəkmişdir, qaynın hansı məbləğdə xərc çəkməsini dəqiq bilməmişdir. Ola bilsin ki, qaynı yas mərasiminə 10000 (on min) manatadək xərc çəkmişdir. Digər maddi ziyanı ərinin dövlətdən aldığı pensiyaya görə yazmış, pensiya pulunu təqsirləndirilən şəxsdən tələb etmişdir. Dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Hadisə barədə hava rabitəsi ilə onlara məlumat verilmiş, məlumatı aldıqdan sonra hadisə yerinə getmişlər. Hadisə yerinə gəldikdən sonra ilk növbədə sürücünü hadisə yerindən uzaqlaşdırmışlar, daha sonra sürücünün sərxoş olubolmamasını müəyyən etmək üçün onlara həvalə edilmiş alkotesterlə sürücünü alkotester müayinəsindən keçirtmişlər, sürücü həmin vaxtı sərxoş olmuşdur. Daha sonra sürücünü Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparmışlar. Dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə, saat 20:00dan sonra dayısıgildən gəlmişdir. X10 görmüş, ona demişdir ki, “hara gedirsən” cavab vermişdir ki, çayxanaya gedir. Şirəli ona demişdir ki, “cümə axşamına gedirəm, yolum həmin istiqamətdədir, gəl bir yerdə gedək”. O, da razılaşıb birlikdə getmişlər. Şirəli yolda dükana girib dükandan alışqan alıb çıxmişdır. Şirəli, ondan 1-1,5 metr qabaqda getmişdir. Yolda gedərkən yüksək sürətlə gələn maşının səsini eşitmiş, səs gələn tərəfə baxdıqda maşının eninə onun üstünə gəldiyini görmüş, həmin vaxt o, bir addım xəndəyə tərəf geriyə tullanmışdır. Şirəliyə tərəf baxdıqda onu görməmişdir. Şirəlini maşın vurub kənara atmışdır. Verilmiş suallara cavab olaraq şahid Əlihikmət Əliyev bildirmişdir ki, maşının Şirəlini vurması anını görməmiş, maşın Şirəlini yan tərəfdən qıraq hissədən vurmuşdur. Həmin yolda döngə olmuşdur. Maşın həmin yerə çatanda sürücü maşını idarə edə bilməmişdir. Maşın yan tərəfli sürüşə-sürüşə gəlmişdir. Şirəliyə tərəf baxanda onu görməmiş, amma maşının sürüşərək ağaca dəydini görmüşdür. Hadisədən sonra həyəcanlandığı üçün aptekdən dərman alıb qəbul etmiş, sonra evə getmişdir. Həyəcanlandığı üçün Şirəlini hadisə yerində qoyub evə getmiş, həmin vaxtı özündə olmamışdır. Orada olanlardan biri aptekdən dərman alıb gətirib ona su vermiş, dərmanı qəbul etmişdir. Hadisə yerinin yaxınlığında aptek olmuşdur. Şirəli alışqan almaq istəmişdir. Şirəlini gözləmiş, Şirəli dükana girib alışqan almışdır. Həmin vaxtı qabaqda getmiş, Şirəli ona “gözlə qabaqda gedim, sən arxada gəl” demişdir. O, Şirəlini gözləmiş, Şirəli qabaqda getmiş, o da Şirəlinin arxasınca getmişdir. Hava artıq qaralmışdır. Maşının yüksək səslə gəldiyini eşidib geriyə dönüb baxanda “Lada-2109” markalı maşının gəldiyini görmüşdür. Maşının işıqları yanılı olmuşdur. Maşına baxanda maşının yüksək sürətlə gəldiyini görmüşdür. Sürücü idarəetməni itirmişdir. Əvvəl maşın başqa istiqamətə getmiş, sonra maşın eninə onun üstünə gəlmişdir. Sürücü maşının idarəetməsini itirmiş, maşın “ziqzaqvari” hərəkətlər etmişdir. Maşının eninə tərəf gəldiyini görüb arxaya tullanmış və yerə yıxılmışdır. Ayağa durduqda Şirəlini görməmişdir. Maşının Şirəlini vurmasını görməmişdir. Hadisədən sonra Şirəlinin hara düşdüyünü görmüş, amma qorxub yanına getməmişdir. Şirəli yerdə uzanıqlı vəziyyətdə olmuş, yanına gedə bilməmişdir. Maşın Şirəlini vurandan sonra, Şirəli yolun digər hissəsinə keçib, maşinin sol hissəsi ağaca dəymişdir. Maşında uşağın ağlamaq səsini eşitmiş, qorxmuş, amma uşağı görməmişdir. Qorxduğu üçün Şirəliyə və maşına tərəf getməmişdir. Sürücünün düşməyini, ümumiyyətlə maşından kimlərinsə düşməyini və Şirəliyə yaxınlaşmasını görməmişdir. Hadisə Zəkəriyyə adlı şəxsin evinin qarşısında olmuşdur. Onlar yolda olan sarı xəttin üzəri ilə hərəkət etmişlər. Yolun qarşı hissəsi ilə də hərəkət etmək olur. Onlar bu hissə ilə hərəkət etmişlər. Onların yolunun üstündə Xanlar müəllimin evinin qarşısında balaca xəndək var idi, sol tərəfdə isə böyük xəndək var idi. Ona görə balaca xəndək olan yol ilə hərəkət etmişlər. Şirəlini maşın vurandan sonra, onu uzaq məsafəyə atmışdır. Xanlar müəllimin evinin qarşısında turba olmuş, onlar həmin turbadan 1-2 metr aralıda olmuşlar. Maşın Şirəlini vurandan sonra Şirəli həmin turbadan o tərəfə, uzağa düşmüşdür. Onlar yolun asfalt hissəsinin, sağ künc hissəsi ilə hərəkət etmişlər. Yolda iki maşın sərbəst hərəkət edə bilir. Xanlar müəllimin evi ilə yolun arasında 2-3 metr məsafə olmuşdur. X22 qohumluq münasibəti olmuşdur, Şirəli atası ilə dost olmuş, ona görə onu tanımışdır. Təxminən 30-35 metr Şirəli ilə birlikdə getmişlər. Şirəli qabaqda getmiş, o isə arxada getmişdir. Özünə gəldikdən sonra Şirəlinin yas məclisinə getmişdir. Məhkəməyə gəlməmişdən iki gün əvvələ kimi heç kim ondan hadisə barədə heç nə soruşmamışdır. İki gün əvvəl ona, məhkəməyə gəlməsini demişlər. Hadisə vaxtı hadisə yerində olmasını hamı bilmişdir. Onu istintaq orqanı çağırmamışdır. Maşının tormoz izini görməmişdir. Onlardan başqa hadisə yerində heç kim olmamışdır. Hadisədən sonra yerdən qalxıb Şirəliyə tərəf baxdıqda onu görməmişdir. Sonradan Şirəlinin yerdə uzandığını görmüş, amma yaxınına getməmişdir. Maşının sağ tərəfi Şirəliyə dəymişdir. Maşın mərhum Şirəlini fotoşəkildə göstərilən yerdə vurmamışdır. Maşın Şirəlini arxada vurmuşdur. Maşın sürətli gəldiyi üçün mərhum Şirəlini vurub uzağa atmış, sonra maşın fırlana-fırlana gedib ağaca dəymişdir. Şirəli ondan 1 metr qabaqda olmuşdur. Onlar yolun sağ tərəfi ilə, sarı xəttdən ehtiyyat hissəyə tərəf getmişlər. Özü də istər mexanika, istərsə də avtomat karobka avtomobillərini idarə edə bilir. Hadisə baş verən günü Şirəlini vuran maşın, təxminən saatda 90 km sürətlə hərəkət etmişdir. Maşın düz yolla hərəkətdə olmuşdur. Maşının yüksək sürətlə gəlməsi səsini eşidib, geriyə dönəndə maşının artıq üstünə gəldiyini görmüşdür. Maşını təxminən 5- 10 metr məsafədən görmüşdür. Şirəli yolun ortası ilə hərəkət etməmişdir. Sürücü Şirəlini görüb ondan yayınmaq üçün maşını sola tərəf istiqamətləndirməmişdir. Belə olduğu halda özünü arxada olan xəndəyə tərəf ata bilməzdi. Meyiti yoldan kimsə çəkməmişdir. Həmin yolda iki tərəfli maşınlar sərbəst hərəkət etmişdir. Onlar yolun ehtiyat hissəsi ilə getmişlər. Şirəli yolun ortası ilə getsəydi maşın onu vurandan sonra o, yolun o biri tərəfinə düşərdi. O, da arxa tərəfə kanala tullana bilməzdi. Şirəli onun qarşısında getmiş, o, hadisədən yayınmış, Şirəli isə hadisədən yayına bilməmişdir. Hadisənin səhərisi ondan, “hadisə vaxtı orada olmusan?” deyə soruşmuşlar, o da “bəli hadisə vaxtı orada olmuşam” demişdir. Bu barədə ondan çoxlu adam soruşmuşdur. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hadisə yerinə özü getmişdir. Rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında hadisə yerinə getmişdir. Həmin günü RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Hadisə yerində olarkən hərəkət iştirakçılarından orada olmamış, çünkü mərhumun meyiti Masallı rayonu Boradigah qəsəbə xəstəxanasının təcili tibbi yardım xidməti vasitəsi ilə Masallı rayonuna Pataloji Anatomiya Birliyinə aparılmışdır. Polis şöbəsindən hadisə yerinə təxminən 20-25 kilometr məsafə olmuşdur. Onlardan əvvəl hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları getmişlər. Hadisə yerinə gedən zaman avtomobil hadisə yerində olmuşdur. Avtomobil yolun Mişkəni kəndindən üzü Hişkədərə kəndi istiqamətində, yəni piyadanı vurduğu yerdən əks istiqamətdə olmuşdur. Avtomobil yol kənarında olan ağaca çırpılmış vəziyyətdə idi. Hadisə yerinə çatan vaxtı hava qaralmış, lakin yol süni işıqlandırma vasitəsi ilə işıqlandırılmışdır. Hadisə yerində iz axtarmışlar, piyadanı avtomobil vurduqdan sonra yaşayış evinin darvazasının qabağ hissəsinə atmışdır. Hadisə yerinə vizual baxış keçirəndə yolda piyada səkisi deyilən bir anlayış olmamış, asfalt örtüyü bitdiyi yerdən kolluğdan ibarət xəndək olmuşdur. Piyadanın atıldığı yer darvazanın qarşısı olmuş, həmin yerdə qan izləri olmuş, avtomobilin qabağ hissəsində qan izləri olmuşdur. Avtomobil yolun sol istiqamətində, meyit isə yolun sağ hissəsində olmuş, qan izlərindən belə görünmüşdür. Hadisə yerinə baxış keçirilən zaman açıq aydın zərərçəkənin ayaqqabısının bir tayı vurulduğu yerə düşmüş, ayaqqabı sxemdə çəkdikləri yerdə düşmüşdür. Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra avtomobili döndərmiş və ağaca çırpılmışdır. Piyadanın vurulduğu yer asfalt yolun üzəridir, həmin yolda ehtiyat yol yoxdur. Yolda sarı xətt var, sarı xətdən sonra xəndəklərdir. Sarı xəttin üzəri ilə getmək olar, lakin avtomobil gələrsə hansısa yaşayış evinin darvazasının qarşısına keçib gözləmək olar. Piyadanın vurulduğu yerlə, meyitin düşdüyü ehtimal olunan yer arasındakı məsafə təxminən 9-10 metr olar. Piyadanın vurulduğu yerlə piyadanın atılma məsafəsi, təxminən 1 metr olardı. Meyitə Masallı Rayon X5 meyitin üzərinə tibb eksperti tərəfindən baxış keçirilən zaman paltarların üzərində hər hansı torpaq və ya toz olmamışdır. Hadisə yerinə çıxdıqdan sonra hadisə yerinin sxemini müəyyənləşdirmişlər, daha sonra təqsirləndirilən şəxsin dedikləri əsasında sxem tam tərtib olunmuşdur. Yol döngəli yoldur, vizual baxışda 3 metr məsafədə o hissəni görmək mümkün deyildir. Yol döngəli gəlir, daha sonra yol düzəlir, düzələn kimi piyada vurulur. Təqsirləndirilən şəxs üçün hardasa 3-4 saniyə vaxt olmuşdur ki, əyləcdən istifadə edə bilərdi. Yol döngəli yoldur, hadisə yeri görünür, əks istiqamətdə olsaydı hadisə yerini görmək olmazdı. Hadisə yerini müayinə edərkən ilkin olaraq piyadanın vurulma yerini təyin edirlər. Piyadanın ilk vurulma yerini və avtmobilin hərəkət istiqamətini müəyyənləşdirmişlər. Hadisənin yeganə şahidi olmuş şəxs dedikdə həmin şəxsi istintaqa heç kim təqdim etməmiş, o şahidin hadisənin yeganə şahidi olub-olmadığı sual altındandır, nə təqsirləndirilən şəxs nə də zərərçəkmiş şəxsin hüquqi varisi şahidi istintaqa gətirməmişlər. Təqsirləndirilən şəxs avtomobilin saatda 40-50 kilometr getdiyini bildirmiş və onun dediklərinə əsasən avtotexniki ekspertiza təyin etmişlər. Şahidin dediklərini təkzib etmiş, əyər hadisənin şahidi olmuşdursa istintaqa gəlib ifadə verərdi. Hadisə yerinə gələrkən meyit hadisə yerində olmamışdır. Qan izi ilə meyitin harda vurulduğunu müayinə etmişlər. Təqsirləndirilən şəxsin qan nümunələrini nə vaxt ekspertizaya göndərmişlərsə, məktub da həmin vaxt göndərilmiş, məktubu ekspertizaya poçt vasitəsi ilə deyil, əl ilə aparmışlar. Təqsirləndirilən şəxsdən evində “ayı ödü” olub-olmamasını soruşmamışdır. Sərxoşluğun müayinəsi zamanı tərtib olunan akta imza etməmiş, akt tərtib olunan zaman orada iştirak etməmişdir. Dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi sərxoşluqla bağlı müayinə etmiş, amma tarixi xatırlamamışdır. Təqsirləndirilən şəxsin sərxoşluğunu alkotesterlə müayinə etmişlər, ancaq sərxoşluq aşkarlanmamışdır. Verilən suallar cavab olaraq şahid Ramil Ağazadə bildirmişdir ki, təqsirləndirilən şəxsi müayinəyə polis əməkdaşları gətirmişdilər. Həmin gün işdə olmuş, təqsirləndirilən şəxsi polis əməkdaşlarının saat neçədə gətirmələrini xatırlamamışdır. Təqsirləndirilən şəxsi nə vaxt gətirmələri barədə xəstəxananın qeydiyyat kitabına qeyd olunmuşdur. Təqsirləndirilən şəxsi hal-hazırda tam xatırlamamışdır. Aktı özü yazmış, şəxsi alkotesterlə yoxlamışlar, alkotesterin cavabı çap olunmamışdır. Polis əməkdaşlarından bir nəfər olmuş, hal şahidi olmamışdır. Adətən hal şahidini vətəndaş tələb edəndə gətirmişlər. Alkotesterin sertifikatı olmuşdur. Şəxslərin sərxoşluğunu onlara təhkim olunan alkotesterlə müayinə etmişlər. Alkotester 24 saat ərzində olmuş sərxoşluğu müəyyən etmişdir. Sərxoşluğun dərəcəsini faizlə qeyd etmişlər. Alkotesterin ekranında nə görmüşsə, elə də qeyd etmişdir. Sərxoşluğu promillə deyil faizlə qeyd etmişlər. Sidiy analizini narkotikə görə götürmüşlər. İş üzrə 4 (dörd) nəfər əlavə şahid qismində məhkəmə baxışı zamanı dindirilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Hişkədərə kəndi ərazisində yerləşən kəndlərarası asfalt avtomobil yolunun üzərində yerləşir. Yolun asfalt hissənin ümumi eni 5,2 metrdir, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 2,6 metrdir. Zolaqları ayıran 1.1 nişanlanma xətti vardır. Masallı rayonu, Hişkədərə kəndindən üzü Mişkəmi kəndi istiqamətində nəzərdə tutulmuş kəndlərarası avtomobil yolunda təhlükəli döngəni nəzərdə tutan 1.11.1 və 1.11.2 yol nişanları vardır. Yol asfalt örtüklü, döngəli, hamar olub, qurudur. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuş, lakin yol işıqlandırılmış, hava şəraiti dumanlı və ya yağışlı olmamış, asfalt yol quru vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerində “Vaz 2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. Yolnəqliyyat hadisəsi baş verən ərazinin ətrafında müşahidə kamerası olmamışdır.(i.v. 5-13) -“sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”nin 11 aprel 2024-cü il tarixli, 000518 nömrəli protokolu ilə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir.(i.v. 27) -“cinayət əməlinin tövsif edilməsi haqqında” 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif olunmuşdur.(i.v. 40) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 17:30-da Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 45-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v. 64-65) -Masallı Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli, 4(050)-30/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi cinayət əməlini səmimi etiraf edərək qeyd etmişdir ki, qızı acıdığından yemək almaq üçün mağazaya getmişdir, həmin vaxtı telefonla arvadı ilə danışdığı zaman əsəbləşdiyi üçün mağazada alış-veriş etdiyi zaman bir butulka piyvə alıb içdikdən sonra avtomobili idarə etmişdir. Mərhuma təxminən bir metr məsafədə olduğu zaman, onun yolun ortası ilə hərəkət etdiyini görmüş və avtomobili sağ istiqamətə qaçırsa da mərhum özünü itirərək avtomobilin özünə tərəf getmişdir və nəticədə o, həmin şəxsi vurmuşdur. Mərhumu vurmamaq üçün avtomobili sağ istiqamətə qaçırdığı zaman yol kənarında olan ağaca dəymiş və xəsarət almışdır. Azərbaycan Respublikasında sürücülük hüququ olmasa da Rusiya Federasiyasında sürücülük hüququ haqqında vəsiqəsi vardır, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina eidilməsini xahiş etmişdir.(i.v. 82- 83) -“təsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və hadisə yerini əyani şəkildə göstərmişdir.(i.v. 87-94) -“Lənkəran Şəhər Psixiatriya Xəstəxanasını 15 aprel 2024-cü il tarixli, 332 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v. 100) -“məhkəmə-tibbi ekspertizası”nın 13 aprel 2024-cü il tarixli, 289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gicgah, sağ dirsək, sağ baldır, sol diz və sol bud nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 11 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.(i.v. 103-104) -“Masallı Rayon Mərkəzi Xəstəxanası” X25 18 aprel 2024-cü il tarixli, 18-1-60/2- 708/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in narkoloji və psixonevroloji kabinetlərində dispanser qeydiyyatında durmur.(i.v. 119) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 3-13-16-5/2-3/58/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən olunmuşdur.(i.v. 121) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, X7, zərərçəkmiş şəxs-X30in hüquqi varisi təyin edilmişdir.(i.v. 125-126) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin Boradigah PB-nin duracağında saxlanılmışdır.(i.v. 152) -“məhkəmə-tibb ekspertizası”nın 12 aprel 2024-cü il tarixli, 09 nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin açıq sınığı, sağ baldırın aşağı 1\3-nin əzilmiş yarası, başın alın nahiyəsinin və hər iki göz nahiyəsinin qançırı, alın, sol yanaq və sol əlin arxa hissəsinin sıyrıqları ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin və zərbənin təsirindən tullanılaraq yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişaların yayılmış qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 8-12 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır.(i.v. 167-172) -“məhkəmə-kimyəvi ekspertizası”nın 26 aprel 2024-cü il tarixli, 1360/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spitləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.(i.v. 173- 175) -“məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 05 iyun 2024-cü il tarixli, 8/1346 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Vaz- 2109” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v. 176-179) -“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 13 may 2024-cü il tarixli, 1347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu dayanıqlı kompensasiya vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə kompensasiya (yaxşılaşma) vəziyyətində olmuş və həmin dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v. 184-186) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir.(i.v. 202-203) -“maddi sübutun qaytarılması haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2109 minik” markalı **- EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X1 qaytarılmışdır.(i.v. 217-218) Məhkəmə istintaqı zamanı əldə edilib, elan edilməklə tədqiq edilmiş “məhkəmə yolnəqliyyat hadisələri ekspertizası”nın 05 iyun 2024-cü il tarixli, 8/1346 nömrəli rəyindən görünür ki, iş üzrə 8/1346 nömrəli rəy istintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasında mövcud metodikanın və təlimatın tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Vaz-2109” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.S Dadaşov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd edilir ki, sürücünün hadisədən əvvəl nəqliyyat vasitəsini sərxoş və yaxud ayıq vəziyyətdə idarə etməsinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin ekspertinin səlahiyyətinə aid deyildir. Əvvəlki, yəni 15 aprel 2024cü il tarixli qərarda istintaq tərəfindən müəyyən edilərək göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs “Vaz-2109” markalı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də 8/1346 nömrəli rəydə istintaq tərəfindən təqdim olunan məlumata əsasən, yəni sürücü Təqsirləndirilən şəxs “Vaz-2109” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olması göstərilmişdir. Hadisədən əvvəl piyadanın avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sag kənarı ilə düzünə hərəkətdə olması və hadisə baş verən yolun kənarlarında olan elektrik işıqları ilə işıqlanması nəzərə alınmaqla qeyd edilir ki, mövcud şəraitdə “Vaz- 2109” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşıda hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyadanı kifayət qədər böyük məsafədən görməli idi. Bu isə onu izah edir ki, mövcud şəraitdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyadanın ani zaman kəsiyində, yəni kiçik məsafədən sürücünün görünüş dairəsinə düşməsi real hadisə mexanizminə uyğun deyildir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş olmaması barədə bildirməsi ilə məhkəmə tərtkibi tərəfindən araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasına görə, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin şəxsin bu maddə ilə nəzərdə tutulmuş eyni əməlləri törətməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: 1) həmin şəxsin avtomobili, tramvayı və ya digər mexaniki nəqliyyat vasitəsini idarə etməsi və bu vaxt onun alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması; 2) belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması; 3) onun göstərilən əməli törətməsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi “VAZ 2109 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hişkədərə- Mişkəmi kəndlərarası avtomobil yolunun Masallı rayonu Hişkədərə kəndi ərazisindən keçən hissəsində saatda təxminən 40-50 kilometr surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu əməl etməyərək hərəkət zolağında asfalt yolun üzərində əks istiqamət üzrə piyada hərəkətdə olan həmkəndlisi X13 asfalt yolun üzərində avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Şirəli Əliyevin açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin açıq sınığı, sağ baldırın aşağı 1\3-nin əzilmiş yarası, başın alın nahiyəsinin və hər iki göz nahiyəsinin qançırı, alın, sol yanaq və sol əlin arxa hissəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhz bu əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 263-1.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən üç dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. İbtidai araşdırma orqanının qənaətinə, görə bu əlamətlərin hamısı, o cümlədən Təqsirləndirilən şəxs məhz alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti qaydalarını pozması toplanmış sübutlarla təsdiq edilmişdir. İş materiallarında “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”nin protokolu ilə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spitləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materialları təhlil edilən zaman aydın olur ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 23:55-də Lənkəran Şəhər Narkolji Xəstəxanasnda həkim-narkolok Ramil Ağazadə tərəfindən nəfəs və sidik yolu ilə sərxoşluq vəziyyəti müayinəsindən keçirilmiş yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olması müəyyən edilmiş, 12 aprel 2024-cü il tarixli protokol ilə saat 00:55-dən saat 01:55-dək müstəntiq Şahid tərəfindən Təqsirləndirilən şəxs qan nümunəsi götürülərək, “Məhkəmə-tibbi ekspertiza və X12” X29 göndərilmiş, ekspert tərəfindən 17 aprel 2024-cü il tarixdə tədqiqat aparılmağa başlanılmışdır. Ekspert rəyində göstərilmişdir ki, məhkəmə-kimya şöbəsinə 5 yerdən möhürlənmiş (möhürün üzərində olan yazı: “Azərbaycan Respublikası DİN Zərflər üçün N90”) ağ zərfin (zərfin üzərində olan yazı: Təqsirləndirilən şəxs, Masallı RPŞ”) içərisində 9 ml qan nümunəsi daxil olmuşdur. Ekspert rəyi nəticəsində Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spitləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Lənkəran Şəhər Narkoloji Xəstəxanasından daxil olmuş 08 oktyabr 2024-cü il tarixli, 755 nömrəli məktubdan görünür ki, 11 aprel 2024-cü il tarixdə Lənkəran Şəhər Narkoloji Xəstəxanasının inzibati binasında Masallı RPŞ-si tərəfindən müayinəyə təqdim olunmuş vətəndaş Təqsirləndirilən şəxs feldşer narkoloq Ramil Ağayev tərəfindən müayinə olunaraq alkotester və narkotester tibbi vasitələrindən istifadə edilərək hər tərəfli müayinə olunmuş və onda narkotik sərxoşluq aşkar olunmamış, lakin yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmuşdur və buna müvafiq olaraq tibbi müayinə protokolu tərtib olunaraq təhvil verilmişdir. Onu da qeyd edək ki, hal-hazırda Səhiyyə Nazirliyi İnnovasiya Mərkəzi tərəfindən xəstəxanaya təchiz olunmuş alkotesterin qəbzi mövcud deyildir. Alkotester yalnız öz manitorunda spirtli içkinin qəbulunun dərəcəsini göstərməklə müayinə olunur. Daxili İşlər Nazirliyinin təchizatı olan alkotesterdən fərqli olaraq Səhiyyə Nazirliyi tərəfindən təchiz olunan alkotesterlərdə qəbz mövcud deyildir. Cinayət işinin materiallarının 191-200-cü səhifələrində olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı “məhkəmə-kimyəvi ekspertizası”nın rəyini sübu kimi qəbul etməmiş, bu nəticəyə gəlməsini isə cinayətprosessual qanunvericiliyə uyğun olaraq əsaslandırmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadəsinə “sonuncunun marketdən 0,75 litirlik butulkada olan piyvəni alıb içdiyini” qeyd edərək bu əsasa görə onun yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olması qənaətinə gəlmiş, bu istiqamətdə toplanmış digər sübutları mənsubiyyəti, mükünlüyü və möhtəbərliliyi üzrə qiymətləndirməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 145 və 146-cı maddələrinin tələblərinə də əsaslanaraq vurğulamışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdarılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olubolmaması Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq olunmuş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndində göstərilmişdir ki, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 3.3-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qaydaların 3.4-cü bəndində göstərilmişdir ki, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndində göstərilmişdir ki, müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ramil Ağazadə sərbəst ifadəsində təqsirləndirilən şəxsin sərxoşluğunu alkotesterlə müayinə etdiklərini, ancaq sərxoşluq aşkarlanmadığını bildirsə də, verilən suallara cavab olaraq təqsirləndirilən şəxsi tam xatırlamadığını, lakin sərxoşluğunu yoxlayaraq qeydiyyat apardığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş olması təsdiq olunmadığından həmin xüsusat sonuncuya verilmiş ittihamdan xaric edilməlidir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin olması ilə əlaqədar göstərdiyi halla bağlı məhkəmə tərkibi qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 35-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin Qanunun 35-1-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Göründüyü kimi Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 03 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v. 146) -Masallı Rayon İcra Hakimiyyəti başçısının Hişkədərə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 164 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. 144-145) Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, cəzalandırılmalı və təyin olunmuş cəzanı çəkməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, onun himayəsində azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini, ailənin tək qazanc gətirəni olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli, 4(050)-30/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.3-cü maddəsində gsötərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza azadlığın məhdudlaşdırılması intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Əliyeva Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında sonuncunun ona, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə 60000 (altmış min) manat və mənəvi zərər görə 40000 (qırx min) manat məbləğdə pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir (Maddə 185). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-cı bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 71-cı bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Hişkədərə Bələdiyyəsi tərəfindən məhkəməyə verilmiş 14 oktyabr 2024-cü il tarixli, 98 nömrəli arayışdan görünür ki, Masallı rayonu Hişkədərə kəndində keçirilən yas mərasimlərində 3-7 və 40-a qədər olan müddət, cümə axşaları da daxil olmaqla çəkilən ümumi xərclər, 3000-4000 (üç- dörd min) manata qədər məbləğdə təşkil edir. Mərhum üçün hazırlanmış məzarın (baş və sinə daşı) xərci 1000-3000 (min-üç min) manat məbləğdə təşkil edir. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Əliyeva tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olmasını nəzərə alaraq və cinayət işi materiallarına əsasən belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Əliyeva tərəfindən verilmiş mülki iddia qismən (maddi ziyanın və mənəvi ziyanın ödənilməsi hissəsində qismən) təmin edilməlidir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin yas mərasiminə və digər xərclərə 6000 (altı min) manat məbləğində xərcin çəkilməsi ağlabatandır. Məhkəmə tərkibi zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Əliyevanın Təqsirləndirilən şəxs, mərhum X30in aldığı pensiyanı tələb etməsini qanununsuz və əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Göründüyü kimi Şirəli Əliyevə pensiya onun xəstəliyi ilə bağlı təyin olunmuş, pensiyanın alınmasında zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Əliyevanın hər hansı subyektiv hüququ olmamışdır. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada mənəvi zərərlə bağlı xahişə münasibətdə hesab edir ki, Fəridə Əliyevanın mənəvi zərərlə bağlı tələbi qismən təmin olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi “Scordino İtaliyaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. (Jensen Danimarkaya qarşı və Freimanis və Lidums Latviyaya qarşı işlər üzrə qərarlarında məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb-qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər (Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı, Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı). Beləliklə də aydın olur ki, məhkəmələr, baxılan işin bütün hallarını nəzərə almaqla təkcə pozuntunun müəyyən olunmasının mənəvi zərərin kompensasiyası üçün yetərli olmadığı qənaətinə gəldikdə, mənəvi zərərə görə müəyyən (ağlabatan) məbləğdə vəsaitin tutulması barədə də qərar qəbul etməlidirlər. Hazırkı halda məhkəmə tərkibi hesab edir ki, bu işin xüsusi halları, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin ölməsi baxımından, təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər, buna görə də mənəvi zərərin əvəzi olaraq həm də iddiaçının tələb etdiyi məbləğin müəyyən həcmində 3000 (üç min) manat məbləğdə pulun tutulması ədalətli və ağlabatandır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 6000 (altı min) manat, vurduğu mənəvi ziyana görə 3000 (üç min) manat, cəmi 9000 (doqquz min ) manat məbləğində pul tutulub X4 ödənilməlidir. Fəridə Əliyevanın verdiyi mülki iddiada göstərilmiş maddi və mənəvi ziyanın qalan hissəsi baxılmamış saxlanılmalı, mülki iddiaçı Fəridə Əliyevaya mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış “Vaz-2109 minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 132, 179-188, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 6000 (altı min) manat, vurduğu mənəvi ziyana görə 3000 (üç min) manat, cəmi 9000 (doqquz min) manat məbləğdə pul tutulub X4 ödənilsin. Mülki iddianın qalan hissəsi baxılmamış saxlanılsın. Mülki iddiaçı X4 mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınmış “Vaz-2109 minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-599/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-599/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver