Məhkəmə qərarları › İş №1(099)-6/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-6/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-6/2022 08.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X54, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, onların nümayəndəsi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Qanuni nümayəndə1 Calal oğlu, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonu, Mirzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadıqları evdə oğurluq etmək məqsədilə özünə məxsus olan, idarə etdiyi “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobillə (bundan sonra – özünə məxsus avtomobil) 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindən çıxıb 04 dekabr 2019-cu il tarixə keçən gecə Cəlilabad rayonu, Mirzəli kəndinə gəlmiş, Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin orada yerləşən, yaşadıqları evə həyətin qarşı tərəfinə açılan pəncərəsinin örtülü olsa da, cəftəsindən bağlanmadığına görə hər hansı zədə yetirmədən açdığı layından qanunsuz daxil olub yataq otağındakı sandıqdan sonuncuya məxsus 15000,00 manat məbləğində pul vəsaitlərini, ayrı-ayrılıqda hər birinin dəyəri 1500,00 manat olan bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl saat, hər birinin dəyəri 500,00 manat olan iki ədəd qızıl üzük, Zərərçəkmiş şəxs2 qızı Zeynəb Bəşirovaya məxsus, hər birinin dəyəri 500,00 manat olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, həmin otaqdakı şkafın qab-qacaq yığılan hissəsində olmuş fincandan (“çaşka”) Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 məxsus, dəyəri 1000,00 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 500,00 manat olan iki ədəd qızıl üzük və iki cüt qızıl sırğanı, beləliklə də ər-arvad olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus cəmi 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində, pul və qızıl-zinət əşyalarında ifadə olunan özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub və sonunculara xeyli miqdarda ziyan vurub gizli talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki,: - onun iş üzrə baş vermiş hadisəyə aidiyyəti yoxdur. Əslən Cəlilabad rayonu, Mirzəli kəndindən (bundan sonra – Mirzəli kəndi) olsa da, arvadı X26 (bundan sonra - arvadı) və bir nəfər yetkinlik yaşına çatmamış uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə (bundan sonra – yaşadığı ev) yaşayır. Özünə məxsus olan “Daewoo Gentra” markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili idarə etməklə taksi sürücüsü kimi işləmişdir. İş üzrə hadisənin baş verdiyi ərəfədə və ondan əvvəl ***-***-**-** mobil nömrədən istifadə etmişdir. ***-***-**-** mobil nömrə isə arvadının istifadəsində olmuşdur. - 28 noyabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gəlmiş X50 özünə məxsus avtomobildə Bakı şəhərindən Cəlilabad rayonunun Mirzəli kəndi ilə qonşuluqda yerləşən Rəcəbli kəndində, onun baldızı Səadətlə (bundan sonra – Səadət) qonşuluqda yaşadığı evə gətirmiş, Rəcəbli kəndinin ərazisindəki torpaq sahəsində əkdiyi taxıl sahəsinə baxdıqdan sonra qayınanası Dünyaxanımın Mirzəli kəndində yaşadığı evə getmişdir. Orada sonuncu ona yemək və qəhvəyi rəngli fincanda çay vermiş, oradan yaşadığı evə getmişdir. İş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş əl izinin ona məxsus olmasının səbəbini bununla izah edir. Hazırki ifadəsindən fərqli olaraq, ibtidai istintaq zamanı qayınanası Dünyaxanım (bundan sonra – qayınanası) və sonuncunun gəlini Zərərçəkmiş şəxs1 (bundan sonra - Sevil) ilə üzləşdirilərkən verdiyi ifadələrində 28 noyabr 2019-cu il tarixdə qayınanasının yaşadığı evdə olarkən qarşısına yeməyin sonuncu tərəfindən qoyulduğunu göstərməsinin səbəbi barədə verilmiş suala cavab vermək istəmir. - 02 dekabr 2019-cu il tarixdə Rəcəbli kəndində yerləşən torpaq sahəsində əkdiyi taxıl sahəsinə görə dövlət büdcəsindən ona subsidiya verilməsinə lazım olmuş müvafiq sənədləri təqdim etmək məqsədilə özünə məxsus avtomobillə Qaradağ rayonu, Puta qəsəbəsindən Cəlilabad şəhərinə gəlib X65 İnkişaf Mərkəzinə getsə də, müraciət edən şəxslərin çox olması səbəbindən sənədlərini təqdim edə bilməmişdir. Müvafiq sənədləri sabahı gün Cəlilabad DAİM-ə təqdim etmək üçün 02 dekabr 2019-cu il tarixdə axşamçağı Səadətin əri, onun isə bacanağı olan Hilalla münasibəti yaxşı olduğuna görə sonuncunun yaşadığı evə getmiş, gecəni orada yatmış və həmin gün Sevilin yaşadığı evə və ya həyətinə getməmişdir. Belə olan halda, iş üzrə 28 və 30 mart 2020-ci il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 02 dekabr 2019-cu il tarixdə Sevilin yaşadığı evdə qayınanası ilə yemək yediyini, ola bilsin ki, fincanda çay və ya su içdiyini göstərməsinin səbəbi barədə verilmiş suala cavab vermək istəmir. 03 dekabr 2019-cu il tarixdə saat 10 radələrində Səadət anası Dünyaxanımı Cəlilabad şəhərində yaşayan nəvəsigilə aparmasını xahiş etdiyinə görə özünə məxsus avtomobillə qayınanasının yaşadığı evin həyətinə getmiş, sonuncunun satacağını bildirməsinə görə iki kisə noxudu Sevil ilə birlikdə götürüb avtomobilinə qoymuş və qayınanasını avtomobilində Cəlilabad şəhərinə aparmışdır. Bu səbəbdən həmin gün sonuncunun yaşadığı evə daxil olmamış, orada yemək yeməmiş, çay və su içməmişdir. Qayınanasını Cəlilabad şəhərində bazarda iki kisə noxudu satması və oğlu Əkbərin Rusiya Federasiyasından (bundan sonra - RF) göndərdiyi iki min Rusiya rublu məbləğində pulu bankdan qəbul etməsindən sonra saat 12 radələrində nəvəsinin yaşadığı evə aparmışdır. Müvafiq sənədlərini Cəlilabad DAİM-ə təqdim etdikdən sonra özünə məxsus avtomobillə Qaradağ rayonu, Puta qəsəbəsinə gedib saat 15-16 radələrində yaşadığı evə çatmışdır. Həmin ərəfədə Sevilin onun mobil nömrəsinə zəng etməsindən sonra Sevillə danışdığını xatırlasa da, nə barədə danışdıqlarını xatırlamır. 03 dekabr 2019-cu il tarixdə saat 22 radələrində arvadı onun mobil nömrəsindən qayınanası və Səadətlə danışdıqdan sonra yaşadığı evdən çıxıb özünə məxsus avtomobillə Qaradağ rayonunda yerləşən “Lökbatan dairəsi” adlanan yerə gəlmişdir. Saat 22:30 radələrində orada olarkən təsadüfən ona müraciət etmiş, tanımadığı, üç nəfərdən ibarət bir ailənin üzvlərini cəmi səksən manat məbləğində pula Cəlilabad rayonu, Şiləvəngə kəndinə aparmaq üçün idarə etdiyi avtomobilində həmin şəxslərlə birlikdə “Lökbatan dairəsi” adlanan yerdən Cəlilabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. İş üzrə məhkəmə iclaslarında verdiyi bəzi ifadələrində həmin şəxsləri avtomobilinə gah Bakı şəhərində “3-cü mikrarayon dairəsi” adlanan yerdə, gah da Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində götürməsini səhvən göstərmişdir. Həmin vaxt Şiləvəngə kəndinin ərazisindəki yol palçıqlı olduğuna görə həmin şəxsləri gedəcəkləri evə apara bilməyib kəndin girişində avtomobilindən düşürmüşdür. Buna görə də həmin şəxslərin Şiləvəngə kəndində hansı evə getdiklərini bilməmişdir. Orada avtomobilinin bir təkərini havasının tamamilə boşalması səbəbindən maksimum yarım saat müddətinə dəyişdikdən sonra avtomobilini sərnişin götürmədən köhnə Ələt-Astara avtomobil yolu ilə Ələt istiqamətində idarə etməyə başlamışdır. Həmin gecəni Səadətgildə qalmamasını və avtomobilinə sərnişin götürmədən yaşadığı ev istiqamətində getməsini gecə olması və Bakı şəhəri istiqamətində gedəcək sərnişinin olmaması ilə izah edir. Qeyd etdiyi səbəblərdən Cəlilabad rayonunun Əliabad və Mirzəli kəndlərinə getməmiş və həmin kəndlərin ərazisindən keçməmişdir. Cəlilabad rayonu, Qarazəncir kəndinə çatanda yuxusu gəldiyinə görə avtomobilini saxlamış, təxminən 10-15 dəqiqə mürgülədikdən sonra avtomobilini idarə etməkdə davam etmişdir. Beləliklə, 04 dekabr 2019-cu il tarixdə Cəlilabad rayonu, Şiləvəngə kəndindən yaşadığı evə qayıdarkən yoldakı ləngimləri yalnız göstərdiklərindən ibarət olmuşdur. Bildirdiklərinə əsasən iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair təqdim edilmiş telefon, o cümlədən anten dairəsinə dair məlumatların düzgün olmasını qəbul edir. Həmin məlumatlara əsasən 04 dekabr 2019-cu il tarixdə saat 03:12 və 03:14-də arvadının istifadəsində olmuş ***-***-**-** mobil nömrədən öz istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dörd dəfə edilmiş zəngləri cavablandırmamasının səbəbini ola bilsin ki, həmin zənglərin Şiləvəngə kəndi ərazisində avtomobilinin təkərini dəyişdiyi və ya Qarazəncir kəndi ərazisində avtomobilində yatdığı vaxtda edilməsi səbəbindən eşitməməsi və həmin zəngləri sonradan Bakı istiqamətində gedərkən də görməməsi ilə izah edir. 04 dekabr 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evə çatıb yatmışdır. Göstərdiyi səbəblərdən avtomobilini 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrindən başlayaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Cəlilabad rayonu, Şiləvəngə kəndinə, oradan da yaşadığı evə yalnız özü idarə etmişdir. 04 dekabr 2019-cu il tarixdə səhər arvadının səsinə oyanmışdır. Arvadı ona qayınanasının Mirzəli kəndində yaşadığı evdə oğurluq hadisəsinin baş verdiyini demiş, buna görə də həmin gün arvadı ilə birlikdə yaşadıqları evdən çıxıb günortadan sonra qayınanasının Mirzəli kəndində yaşadığı evə çatmışlar. Bu zaman qayınanasının yaşadığı evin həyətində əksər qohum və qonşularının olduğunu, evin Sevilin cehiz əşyalarının olduğu otağındakı əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, əvvəllər həmin otağa daxil olmamışdır. Orada danışılan sözlərdən həmin günə keçən gecə naməlum şəxs(lər)in pəncərənin açıq olmuş layından evə daxil olub Sevilin cehiz əşyalarının olduğu otaqdakı sandıqdan külli miqdarda pul və qızıl-zinət əşyaları, şkafdakı fincandan qızıl-zinət əşyaları oğurladığını, qayınanasıgillə qonşuluqda yaşayan X12 (bundan sonra – Ağakərim) 04 dekabr 2020-ci il tarixə keçən gecə saat 02 radələrində həyətindəki itlərin hürməsinə görə evin arxa pəncərəsindən baxanda bir ədəd xarici markalı avtomobilin keçməsini gördüyünü, Sevilin isə saat 23 radələrində pəncərəni bağlayıb yatdığını dediklərini, qayınanasının Sevildən pəncərənin bağlı olduğu halda, evdə oğurluğun necə baş verməsini soruşduğunu, sonuncunun qoluna və ayağına vurub ağladığını görmüş və eşitmişdir. - 05 dekabr 2019-cu il tarixdə Sevilin xahişi ilə sonuncu və Səadəti idarə etdiyi avtomobildə Cəlilabad rayonu, Alar kəndində yaşayan, tanımadığı mollanın evinə apararkən həmin kəndin ərazisindəki asfalt yolda avtomobilin mühərriki yastığından qırılıb yerə düşmüşdür. Buna görə də Sevil və Səadəti taksi ilə yaşadıqları kəndə qaytarmış, avtomobilini isə tanımadığı ustaya aparmışdır. Həmin gün axşam RF-dən gəlmiş qaynı Zərərçəkmiş şəxs2 (bundan sonra - Ramiz) Cəlilabad şəhərində qarşılayıb yaşadığı evə aparmışdır. Sonuncu yaşadığı evdə Sevilə “Rusiyada baxıcıya baxdırmışam, deyib ki, oğurluğu edənlərdən biri arıq, uzun qadın, o birisi kişidir, hər ikisi də ev adamıdır. Sənin başını kəsərəm, niyə həmin gün başqa otaqda yatmısan, evdə o qədər pul ola-ola pəcərənin cəftəsini bağlamamısan? Qapı, pəncərəni bağlamısansa, evdə necə oğurluq olub” demiş, Sevil isə ağlayaraq qoluna və ayağına vurmuş, hadisənin necə baş verməsini bilmədiyini demişdir. Həmin gün gecə Səadətgildə yatmışdır. - 06 dekabr 2019-cu il tarixdə səhər yuxudan ayılanda Sevilin Səadətə əvvəlcədən qızıl-zinət əşyaları və pulları ayrı-ayrı sandıqlara qoyduğunu, oğurlanmasını hesab etdiyi qızıl-zinət əşyalarını sonradan tapdığını, Ramizin ona “bir daş altda, bir daş üstdə, bunu heç kim bilməsin” dediyini bildirməsini eşitmişdir. Həmin gün yaşadığı evə gedib arvadına Sevilin evindən oğurlanmasını hesab etdiyi qızıl-zinət əşyalarını tapdığını demişdir. Arvadı Səadətlə telefon danışığı zamanı sonuncuya “Şükür, qızıllar tapılıb” demiş, Səadət isə cavabında “telefon söhbəti deyil, Ramiz tapşırıb heç kim bilməsin” demişdir. - İş üzrə ifadə vermək üçün Cəlilabad RPŞ-yə çağırıldığına görə 25 mart 2020-ci il tarixdə Cəlilabad şəhərinə gəlib tanışı X27 ilə sonuncunun yaşadığı evin qarşısında görüşüb şəxsi məsələlər barədə söhbət edərkən Cəlilabad RPŞ-nin tanımadığı əməkdaşı mobil nömrəsinə zəng edib ondan olduğu yeri soruşmuş, buna görə də həmin şəxsə olduğu yeri demişdir. Bir neçə dəqiqə sonra Cəlilabad RPŞ-nin tanımadığı əməkdaşları onlara yaxınlaşmış, onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Həmin vaxt üzərində olmuş iki ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, iki ədəd 5000-lik Rus rublları məbləğində pulları və avtomobilinin açarını Cəlilabad RPŞ-yə gedərkən üzərində olmasını istəmədiyinə görə saxlamaq üçün Cavid Niftioğluna vermişdir. Sonuncuya verdiyi Rusiya rubllarını 2019-cu ilin avqust-sentyabr aylarında RF-in Rostov şəhərində işləyərkən qazanmışdır. Öz razılığı ilə polis əməkdaşları ilə Cəlilabad RPŞ-yə getmiş, bununla bağlı sonunculardan qaçmamış, onlara etiraz etməmiş və müqavimət göstərməmişdir. Cavid Niftioğlu da bu halın şahidi olmuşdur. Cəlilabad RPŞ-də şifahi qaydada verdiyi ifadəsində Sevilin yaşadığı evdən oğurlanmasını hesab etdiyi qızıl-zinət əşyalarını tapdığını Səadətə deyərkən eşitməsini bildirdiyinə görə Cəlilabad RPŞ-nin rəis müavini olmuş Rövşən Quliyev onun iştirakı ilə Ramiz və Sevildən yaşadıqları evdən oğurlanmış qızıl-zinət əşyalarını tapdıqları halda, bu barədə Cəlilabad RPŞ-yə məlumat verməmələrinin səbəbini soruşmuş, Ramiz cavabında yalnız Sevilə məxsus bir neçə ədəd qızıl-zinət əşyalarını tapdıqlarını demiş, sonra o, otaqdan çıxarılmışdır. Qapı aralı qaldığına görə X28 telefon danışıqları və hadisə yerindən götürülmüş əl izləri ilə bağlı verilmiş sorğuların cavablarının gəldiyini deməsini eşitmişdir. Bundan sonra Rövşən Quliyev və Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili olmuş Nəbi Cəfərov ona Ramizin yaşadığı evdə oğurluq etməkdə şübhəli olduğunu demiş, Nəbi Cəfərov ondan həmin hadisəni törətdiyini etiraf etməyi tələb etmişdir. Cavabında həmin cinayət əməlini törətmədiyini qəti şəkildə bildirdiyinə görə Nəbi Cəfərov onu yumruq və təpiklə döymüş, otaqda olmuş stolu qaldırıb başına vurmuş, nəticədə huşunu itirmişdir. Özünə gələndə Cəlilabad RPŞ-nin başqa otağında olduğunu və yanında həkim xələti geyinmiş, orta yaşlı, tanımadığı bir nəfər kişi olduğunu görmüşdür. Həmin şəxs Nəbi Cəfərovun stolla onun başına vurduğu zərbə nəticəsində başında yaranmış açıq çapılmış yaraya tikiş və başına sarğı qoymuş, bundan sonra təxminən 2-3 dəfə Cəlilabad RPŞ-yə gəlib ona tibbi yardım göstərmişdir. 24 mart 2020-ci il tarixdən 28 mart 2020-ci il tarixədək iş üzrə ibtidai istintaq aparmış müstəntiq deyil, Rövşən Quliyev və Nəbi Cəfərov tərəfindən Cəlilabad RPŞ-nin otaqlarının birində qanunsuz olaraq saxlanılmış, 28 mart 2020-ci il tarixdə barəsində şübhəli şəxs qismində tutma barədə protokol tərtib edildikdən sonra həmin tarixdən 10 aprel 2020-ci il tarixədək Cəlilabad RPŞnin müvəqqəti saxlama yerində saxlanılmış, oradan 10 aprel 2020-ci il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Rövşən Quliyev və Nəbi Cəfərov onu 06 aprel 2020-ci il tarixə kimi göstərdiyi əməli törətməsini etiraf etməyə məcbur etmək üçün hər gün yumruq və təpiklə döymüş, lakin onun etirafedici ifadə verməsinə nail ola bilməmişlər. - 2019-cu ilin təxminən may-iyun ayında Sevilin qardaşı Kamran (bundan sonra - Kamran) ona yol nəqliyyat hadisəsi törətdiyinə görə Ramizdən borc pul istəsə də, sonucunun bundan imtina etdiyini demiş, bu səbəbdən ondan iyirmi min manat məbləğində borc pul istəmiş, cavabında maddi imkanının zəif olduğuna görə həmin məbləğdə borc pul verə bilməyəcəyini demişdir. 2019-cu ilin təxminən sentyabr-oktyabr ayında Ramiz RF-də olarkən telefon danışığı zamanı ona internet saytından tapdığı, Abşeron rayonu, Xırdalan şəhərində 17 min manat məbləğində pula satılan evi almaq istədiyini deyib evin fotoşəkillərini göndərmiş və ondan Kamranla birlikdə həmin evə baxmasını xahiş etmişdir. Bununla əlaqədar Kamrana Ramizin dediyi evə birlikdə baxmağı bir neçə dəfə təklif etsə də, sonuncu həmin evə baxmaq üçün onunla birlikdə getməkdən yayınmışdır. Buna görə də Ramizin yaşadığı evdə pul olmasını Kamran və qardaşı Rasəddin bilmişlər. Bundan başqa, qayınanasının ona deməsindən evlə bağlı Sevillə Ramiz arasında narazılıq yaranmasını bilmişdir. Göstərdiyi səbəblərdən Sevilin evindən oğurlandığını iddia etdiyi pullar və qızıl-zinət əşyalarını qardaşları Kamran və Rasəddinin iştirakları ilə götürüb harasa yönəltdiyini və bu oyunun qurbanı olduğunu hesab edir. Cəlilabad RPŞ-nin əməkdaşları Kamran və Rasəddini hazırki hadisə ilə əlaqədar şübhəli olduqlarına görə Cəlilabad RPŞ-yə gətirib bir neçə gün orada saxlamış, onlara zor tətbiq etmişlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrində bu halları göstərməməsinin səbəbi barədə verilmiş suala cavab vermək istəmir. - İş üzrə 2020-ci ilin iyul ayında Ağakərimlə üzləşdirilərkən sonuncu ona qarşı əsassız ifadə verdiyinə görə Ağakərimin gələcəkdə ona qarşı ifadə verməməsinə nail olmaq məqsədilə “WhatsApp” proqramı vasitəsilə istifadəsində olmuş mobil nömrədən Ağakərimin oğlu Kərimin mobil nömrəsinə bu məzmunda səsli mesaj göndərərək sonuncudan atasına ona qarşı ifadə verməməyi deməsini xahiş etmişdir. Bu hərəkəti etməsini iş üzrə ona qarşı Ağakərimin ifadəsindən başqa sübutun olmaması və sonuncunun yenə də ona qarşı ifadə verərsə, həbs ediləcəyindən qorxması ilə izah edir. İş üzrə Ağakərimin verdiyi ilk ifadəsinin ona qarşı olmadığına görə sübut kimi qəbul edilməsini, sonrakı ifadələrinin isə əsassız olaraq ona qarşı olduğuna görə sübut kimi qəbul edilməsini xahiş edir. - 04 dekabr 2019-cu il tarixə keçən gecə Cəlilabad rayonuna gəlməsinin Şiləvəngə kəndinə sərnişin gətirməsi ilə bağlı olmasını iş üzrə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində, həmçinin arvadının şahid qismində verdiyi ifadəsində göstərməmələrini əgər bu halı ifadələrində bildirərdilərsə, ibtidai istintaq orqanının iş üzrə hadisənin onun tərəfindən törədilməsi barədə nəticəyə gələcəyi və polis əməkdaşları tərəfindən döyüləcəyindən qorxması, buna görə də arvadına onunla eyni məzmunda ifadə verməsini tapşırması, müdafiəçisi Müdafiəçi iştirakı ilə qayınanası, Sevil və Ağakərimlə üzləşdirilərkən verdiyi ifadələrində göstərməməsini isə həmin halı unutması ilə izah edir. - İş üzrə məhkəmə iclasında baxış keçirilmiş, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olmuş bir ədəd fincan arvadı tərəfindən onun iştirakı olmadan Ramizin oğlu Ravinə ad günü hədiyyəsi kimi alınmış, onun iştirakı ilə bağlı qutuda Ravinə verilmişdir. Ümumiyyətlə, həmin fincana əl vurmamışdır. Cəlilabad rayonunun Əliabad kəndi ilə Mirzəli kəndi arasında təxminən 15 km. məsafə vardır. Mirzəli kəndinə Əliabad və Seyidlər kəndləri ərazisindən keçməklə də getmək olar. Cəlilabad rayonu, Şiləvəngə kəndi Əliabad kəndinə bitişik kənddir. Avtomobillə Şiləvəngə kəndindən Mirzəli kəndinə təxminən 25 dəqiqəyə çatmaq olar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini və iş üzrə ona qarşı verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq,: - Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı 06 dekabr 2019 və 25 mart 2020-ci il tarixlərdə şahid qismində verdiyi ifadələrində göstərmişdir ki, 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrində arvadı Pərvanə onun mobil nömrəsi ilə anası Dünyaxanım və bacısı Səadətlə danışdıqdan sonra gecə arvadı ilə Qaradağ rayonu, Puta qəsəbəsindəki yaşadıqları evdə yatmışdır (İ cild, səh. 26, 27, İİ cild, səh. 87, 88). - Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı 28 və 30 mart 2020-ci il tarixlərdə müdafiəçisi olmuş X29 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş əl izinin ona məxsus olmasının səbəbini 02 dekabr 2019-cu il tarixdə Mirzəli kəndində qayınanasının yaşadığı evdə olarkən yemək yeməsi, ola bilsin ki, əl izinin aşkar edildiyi fincanda çay və ya su içməsi ilə içməsi ilə izah edir. 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrində arvadı Pərvanə onun mobil nömrəsi ilə anası Dünyaxanım və bacısı Səadətlə danışdıqdan sonra gecə arvadı ilə Puta qəsəbəsində yaşadıqları evdə yatmışdır. Həmin vaxt istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 04 dekabr 2019-cu il tarixə keçən gecə Cəlilabad rayonu ərazisində qeydə alınmasının səbəbini izah edə bilmir (İ cild, səh. 115, 116, 125, 126). - ibtidai istintaq zamanı 18 iyun 2020-ci il tarixdə müdafiəçisi Müdafiəçi iştirakı ilə Zərərçəkmiş şəxs1 və şahid X20 ilə üzləşdirilərkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, 2019-cu ilin noyabr ayının 28 və ya 29-da X50 Bakı şəhərindən Rəcəbli kəndində yerləşən, yaşadığı evə gətirdikdən sonra qayınanasının yaşadığı evə gəldiyini, orada Sevilin ona yemək və iş üzrə əl-barmaq izinin aşkar edildiyi fincanda çay və ya su verdiyini göstərməklə, özünü müdafiə etmək üçün əvvəlki ifadələrində göstərdiyi dəlildən məzmunca əhəmiyyətli dərəcədə fərqlənən yeni dəlil irəli sürmüşdür (İ cild, səh. 225-229). - ibtidai istintaq zamanı 03 oktyabr 2020-ci il tarixdə müdafiəçisi Müdafiəçi iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrində bir ailənin üç nəfərdən ibarət üzvünü Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindən “Lökbatan dairəsi” adlanan yerə apardığı həmin şəxsləri xahişlərinə əsasən oradan Cəlilabad rayonu, Şiləvəngə kəndinə cəmi 72 manat məbləğində pula apardığını göstərməklə, özünü müdafiə etmək üçün əvvəlki ifadələrində göstərdiyi dəlillərdən məzmunca əhəmiyyətli dərəcədə fərqlənən yeni dəlil irəli sürmüşdür (İİ cild, səh. 176, 177). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki,: - əri Zərərçəkmiş şəxs2 (bundan sonra - əri), oğlu Ravin, qızı Zeynəb və qayınanası X20 (bundan sonra - qayınanası) ilə birlikdə Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, ərinə məxsus evdə (bundan sonra – yaşadığı ev) yaşayır. Əri ilə mehriban münasibətdə olmuş, aralarında hər hansı narazılıq olmamışdır. Əri təxminən 15-20 ildir ki, Rusiya Federasiyasının (bundan sonra - RF) Krasnoyarsk şəhərində yaşamış, ət satışı ilə məşğul olmuş, yaşadıqları evə üç aydanbir, iş üzrə cinayət hadisəsinin baş verməsinə qədər sonuncu dəfə 2019-cu ilin iyun ayında gəlmiş, 15 avqust 2019-cu il tarixdə RF-ə getmişdir. İş üzrə cinayət hadisəsinin baş verməsinə qədər yaşadığı evin cehiz əşyalarının olduğu yataq otağındakı sandıqda 15000,00 manat, 19500,00 ABŞ dolları və beş minlik əskinaslarda cəmi 1200000,00 Rusiya rublu məbləğində pullar, ərinə məxsus, hər biri bir ədəd olmaqla, ayrı-ayrılıqda dəyəri 1500,00 manat təşkil etmiş, üzərində tərəzi formasında qızıl klonu olmuş qızıl sep, qolbaq və saat, hər birinin dəyəri 500,00 manat təşkil etmiş iki ədəd qızıl üzük, qızı Zeynəbə məxsus, hər birinin dəyəri 500,00 manat təşkil etmiş kəpənək formalı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük saxlamışlar. Həmin pulları saxlamaqda məqsədləri Cəlilabad şəhərində ev almaq olmuşdur. Həmişə sandığın qapağı balaca qıfılla bağlanmış, qıfılın açarı özündə olmuş, sandığın üzərinə bir neçə ədəd balış yığılmışdır. Buna görə də əvvəllər həmin sandığın qıfılı və qapağını lazım olanda yalnız özü açmışdır. Həmin otaqdakı şkafın qab-qacaq yığılan hissəsinə qoyduğu, əvvəllər Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) arvadı tərəfindən oğlu Ravinə doğum günü ilə əlaqədar hədiyyə verilmiş, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olmuş, baxış keçirilməsi üçün məhkəmə iclasında təqdim etdiyi fincanda isə özünə məxsus, hər birinin dəyəri 500,00 manat təşkil etmiş iki ədəd qızıl üzük, dəyəri 1000,00 manat təşkil etmiş bir ədəd qızıl üzük, hər birinin dəyəri 500,00 manat təşkil etmiş iki cüt qızıl sırğanı tədbirlərə gedərkən istifadə etdiyinə görə saxlamışdır. Qayınanası göstərdiyi sandıq və fincanda qeyd etdiyi növdə və sayda olan qızıl-zinət əşyalarının və sandıqda ümumi şəkildə pul saxladıqlarını bilsə də, həmin pulların hansı məbləğdə olmasını bilməmişdir. Övladları isə onun həmin fincanda özünə məxsus, göstərdiyi qızıl-zinət əşyalarını saxladığını görsələr də, sandıqda pul və qızıl-zinət əşyalarının olmasını bilməmişlər. Sandıqda saxladıqları pulların ümumi məbləğini yalnız o və əri bilmişdir. Onunla bir evdə yaşamayan digər qohumları, eləcə də qonşuları isə onun qızıl-zinət əşyaları və pulları harada saxladığını bilməmişlər. İş üzrə 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında dindirilərkən həyəcanlı olduğuna görə verilmiş müvafiq suala cavab olaraq, əslində göstərdiyi fincanda saxladığı qızıl-zinət əşyalarını stəkanda saxladığını səhvən demişdir. İş üzrə Elvinin əl-barmaq izi qızıl-zinət əşyalarını saxladığını göstərdiyi fincandan aşkar edilmişdir. Həmin fincan həmişə iş üzrə oğurluq hadisəsinin baş verdiyi otaqdakı şkafda qab-qacaqların yanında olmuşdur. Həmin fincandan, eləcə də şkafdakı digər qab-qacaqlardan nəinki Elvin, həm də özü, ailə üzvləri və digər şəxslər istifadə etməmişdir. Əvvəllər onunla bir evdə yaşayan ailə üzvləri, o cümlədən qayınanası istisna olmaqla, Elvin və ya onunla bir evdə yaşamayan digər qohumları, eləcə də qonşuları iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa girməmişdir. Çünki o, həmin otaqda cehiz əşyaları olduğuna görə yatmış və onların el adətinə görə gəlinin otağına ailə üzvü olmayan kənar şəxs daxil ola bilməz. Əri göstərdiyi fincanda saxladığı qızıl-zinət əşyalarını Azərbaycan Respublikasında, sandıqda saxladığı qızıl-zinət əşyalarını isə 2018-ci ilin noyabr-dekabr aylarında RF-də almışdır. Ona və digər ailə üzvlərinə məxsus göstərdiyi qızıl-zinət əşyalarının olması, həmçinin ərinin məhkəməyə təqdim etdiyi birka və ödəniş qəbzləri, ailə üzvlərinə aid iki ədəd fotoşəkillərlə təsdiq edilir. Əri 19500,00 ABŞ dolları məbləğində pulu 27 dekabr 2017-ci il tarixdə bütövlükdə, 1200000,00 Rusiya rublu məbləğində pulu isə xatırlamadığı müxtəlif tarixlərdə hissə-hissə RF-dən Azərbaycan Respublikasına, oradan yaşadıqları evə üzərində gətirmişdir. - Əri 2019-cu ilin təxminən sentyabr-oktyabr ayında RF-də olarkən telefon danışığı zamanı Elvinə internet saytından tapdığı, Abşeron rayonu, Xırdalan şəhərində 17 min manat məbləğində pula satılan evi almaq istədiyini, lazım gələrsə, həmin evi ala biləcəyini və anasının yaşadığı evdə saxladıqları 15 min manat məbləğində pulu verə biləcəyini demiş, Elvinə evin fotoşəkillərini göndərmiş və sonuncudan onun qardaşı Kamranla birlikdə evə baxmasını xahiş etmişdir. Lakin Elvin həmin evə baxmaq üçün getməmiş, Kamrandan ərinə evə baxdıqlarını, evin alınmasına məsləhət olmadığını deməsini xahiş etmişdir. Əri Elvindən başqa hər hansı şəxsə ev almaq istədiyini deməmişdir. Buna görə də Elvin onların yaşadığı evdə kifayət qədər pul olmasını bilmişdir. Lakin Elvinin onların qızılzinət əşyaları və pulları yaşadıqları evdə harada saxladıqlarını bilməsi barədə konkret məlumatı yoxdur. - Elvin onların yaşadığı evə iş üzrə cinayət hadisəsinin baş verməsindən əvvəl, sonuncu dəfə noyabr ayının əvvəllərində Cəlilabad rayonu, Rəcəbli kəndində yerləşən torpaq sahəsində əkdiyi taxıl sahəsinə baxdıqdan sonra gəlmiş, həmin vaxt onların yaşadığı evdə yemək yemiş, noyabr ayının sonlarında və 02 dekabr 2019-cu il tarixdə isə gəlməmişdir. Elvin 03 dekabr 2019-cu il tarixdə onların yaşadığı evin həyətinə gələrkən evə daxil olmamış, yemək yeməmiş, çay və su içməmiş, qayınanasını xəstə olduğuna görə sabahı gün həkim müayinəsinə getməsi üçün Cəlilabad şəhərində yaşayan nəvəsinin yaşadığı evə aparmışdır. Qayınanası mobil telefonunu özü ilə götürsə də, mobil nömrəsində danışıq üçün kontur olmadığına görə bir neçə saat sonra qayınanasının deyil, Elvinin mobil nömrəsinə qısa zəng etmiş, sonuncudan onun mobil nömrəsinə zəng etməsindən sonra qayınanasını Cəlilabad şəhərində qohumunun yaşadığı evə aparıbaparmadığını soruşmuşdur. Elvin cavabında qayınanasını noxudu satmasından sonra Cəlilabad şəhərində qohumu evinə apardığını, özünün isə yaşadığı evə çatdığını demişdir. Bundan sonra Elvinlə telefon danışığı olmamışdır. Saat 20 radələrində qonşuları X23, X42 və X34 azyaşlı uşaqları ilə birlikdə onun yaşadığı evə gəlmiş, lakin iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa girməmiş və saat 23 radələrində yaşadığı evdən getmişlər. Həmin vaxt RF-də olmuş əri ilə mobil telefonun “WhatsApp” proqramı vasitəsilə danışdıqdan sonra yaşadığı evə giriş qapısını cəftəsindən bağlamış, lakin pəncərənin açılan yalnız bir cüt layını örtülü olduğuna görə cəftəsindən bağlamamışdır. Bunu adətən pəncərənin layını yatanda belə vəziyyətdə saxladıqları ilə izah edir. Həmin gün iş üzrə cinayət hadisəsinin baş verdiyi otaqda deyil, uşaqları ilə birlikdə onların yataq otağında yatmışdır. Qayınanası evdə olanda həmişə uşaqları ilə birlikdə həmin otaqda, özü isə iş üzrə cinayət hadisəsinin baş verdiyi otaqda yatmışdır. 03 dekabr 2019-cu il tarixdə gecə uşaqları ilə birlikdə yatmasının səbəbini qayınanası evdə olmadığına görə uşaqlarının ondan ayrı yatmaqdan qorxması ilə izah edir. 04 dekabr 2019-cu il tarixdə saat 05 radələrində yuxudan ayılanda yatdığı otağın qaranlıq olmasına görə yaşadığı evə və ətrafdakı evlərə elektrik enerjisi verilişinin dayandırıldığını zənn edib ayağa qalxmışdır. Həmin vaxt uşaqları yatmışlar. Pəncərədən çölə baxanda ətrafdakı evlərdə işığın yandığını görmüşdür. Amma yatdıqları otaqdakı “razetka”-nın işığı yandıran düyməsini basdıqda işığın yanmadığını gördüyünə görə yalnız onların yaşadığı evə elektrik enerjisinin verilişinin kəsildiyini başa düşmüşdür. Nəyin baş verdiyini müəyyən etmək məqsədilə mobil telefonunun fənərini yandırıb dəhlizə çıxmış, bu zaman evə giriş qapısı və həyətin qarşı tərəfinə açılan evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. İş üzrə cinayət hadisəsinin baş verdiyi otağa daxil olanda oradakı sandığın qapağının açılmış, üzərindəki balışların və içərisindəki əşyaların bəzilərinin yerə atılmış, içərisindəki digər əşyaların isə sandıqda dağınıq vəziyyətdə olduğunu görmüş, buna görə də yaşadığı evdən oğurluq edildiyini başa düşmüşdür. Bu səbəbdən “Vay, evimizi oğurladılar, pulumuzu, qızılımızı apardılar” deməklə qışqıraraq ağlamış, uşaqlarını yuxudan oyatmışdır. Yaşadığı evdə işığın yanmamasının səbəbini öyrənmək üçün həyətə tək düşmüşdür. Bu zaman həyətin qarşı tərəfinə açılan evin pəncərəsinin açıq vəziyyətdə olmuş tayının alt tərəfində bir ədəd stul olduğunu görmüşdür. Bağdakı dirəyə bərkidilmiş elektrik paylayıcısına yaxınlaşanda onun aşağı salınmaqla yaşadığı evin işığının söndürüldüyünü görmüş, buna görə də paylayıcını yuxarı qaldırmaqla evin işığını yandırmışdır. Uşaqları bu zaman evdə olduqlarına görə onun elektrik paylayıcısından işığı yandırmasını görməmişlər. Bundan sonra iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa daxil olanda oradakı sandığın içərisində saxladığı qızıl-zinət əşyaları və pul məbləğlərinin, şkafdakı fincanda saxladığı qızıl-zinət əşyalarının olmadığını, əvvəllər sandığın qapağına bağladığı kiçik qıfılın sındırılmış qıfıl yerinin bir tayına bağlanmış vəziyyətdə sandığın yanında yerdə olduğunu görmüşdür. Amma qıfılın özü sındırılmamış və açılmamış vəziyyətdə olmuşdur. 04 dekabr 2019-cu il tarixə keçən gecə yatdığı otaqla iş üzrə oğurluq hadisəsinin baş verdiyi otaq arasında divar sərhədi olsa da, dərin yuxuya getdiyinə görə hər hansı səs, o cümlədən sandığın qıfılının sındırılmasına oxşar səs eşitməmişdir. Göstərdiyi səbəblərdən əvvəlcə qayınanasına hadisə barədə məlumat vermək üçün sonuncunun mobil nömrəsinə zəng etmək istəsə də, istifadəsində olmuş mobil nömrədə danışıq üçün kontur olmamış, həm buna, həm də hadisənin ilkin anında özündə olmadığına görə qızı Zeynəb mobil nömrəsinə kreditlə kontur yüklədikdən sonra ilk olaraq onun qayınanası və ərinə zəng edib onlara hadisə barədə məlumat vermişdir. Hadisə barədə uşaqları bəzi qonşularına şəxsən getməklə, həm də özü konkret olaraq xatırlamadığı bəzi qohumları və qonşularına mobil telefon vasitəsilə deməklə məlumat vermişlər. Buna görə də yaşadığı evə və ya həyətinə baldızı X35 (bundan sonra – Səadət), onun əri Hilal, qayınanası, atası, X30 (bundan sonra – Ağakərim), sonuncunun arvadı, digər qohumları və qonşuları gəlmişlər. Uşaqları, qayınanası və Səadət onun yuxudan oyanmasından sonra yaşadığı evdə və həyətində mövcud olmasını gördüyü mənzərənin ifadəsində göstərdiyi məzmunda şahidi olmuşlar. Hadisə yerinə gəlmiş bütün şəxslərə yaşadığı evə oğurluq etmiş şəxs(lər)in pəncərənin açıq layından daxil olduğunu demişdir. X10 istifadəsində olan mobil nömrədən DİN-nin “102” xidmət mərkəzinə zəng edib onun yaşadığı evdən qızıl-zinət əşyaları və pulların oğurlandığı barədə məlumat vermişdir. Bundan dərhal sonra saat 08 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, bu zaman yaşadığı evdə cinayət hadisəsinin olduğu barədə yazılı qaydada ərizə vermişdir. Bu vaxta qədər yaşadığı evdə və həyətində mövcud olduğunu göstərdiyi, iş üzrə əhəmiyyət kəsb etmiş hər hansı hala dəyişiklik edilməməsi, yəni hadisə yerində olmuş hər hansı əşyanın götürülməməsi və yerinin dəyişdirilməmişdir. Cəlilabad RPŞ-nin müstəntiqi Elnur Əliyev onun, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları və iki nəfər hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirərkən onun ifadəsində həmin gün gecə yuxudan oyanmasından sonra yaşadığı evdə və həyətində göstərdiyi məzmunda gördüyü mənzərənin şahidi olmuşlar. Hadisə yerinə baxış keçirilərkən iş üzrə hazırki məzmunda şifahi qaydada izahat vermiş, polis əməkdaşlarına yaşadığı evin yataq otağında oğurlanmış pulları və qızıl-zinət əşyalarını saxladığı yerləri, yəni sandıq və şkafdakı fincanı əli ilə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 həmin əşyalardan, eləcə də oğurluq etmiş şəxs(lər)in toxunması ehtimal edilmiş digər yerlərdən qara qəngli toz səpdikdən sonra aşkar etdiyi bir neçə ədəd əl-barmaq və ovuc izlərini yapışqanlı lentlər vasitəsilə götürüb bir ədəd kağız zərfdə qablaşdırmışdır. Hadisə yerinə baxış zamanı yalnız ifadəsində göstərdiyi bir ədəd fincandan bir ədəd əl izi götürülmüş, stəkandan isə əl izi götürülməmişdir. Müstəntiq göstərdikləri barədə tərtib etdiyi protokolun məzmununu iştirakçılara ucadan oxuduqdan sonra həmin protokol bütün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Buna görə də həmin protokolun məzmununu təsdiq edir. Hadisə yerinə baxış zamanı sandığın yanında yerdə, qıfıl yerinin bir tayına bağlanmış vəziyyətdə olmuş kiçik qıfılı polis əməkdaşları tərəfindən götürülmədiyinə görə iş üzrə hər hansı əhəmiyyət kəsb etməyəcəyini zənn edib zibilə atmışdır. Bundan sonra 04 dekabr 2019-cu il tarixdə axşamçağı Elvin arvadı ilə birlikdə onların yaşadığı evə gəlmiş, ona “baxıcıya baxdırmışam, evinizə başqa adam girib” demişdir. 05 dekabr 2019-cu il tarixdə əri RF-dən yaşadıqları evə gəlmiş, ona qayınanası, Səadət və Elvinin yanında “sənin başını kəsərəm, niyə həmin gün başqa otaqda yatmısan, evdə o qədər pul ola-ola pəncərənin cəftəsini bağlamamısan?” deməklə irad bildirmiş, amma onun hadisənin halları barədə danışmasından sonra sakitləşmişdir. - 05 dekabr 2019-cu il tarixdə Elvin onu və Səadəti idarə etdiyi avtomobildə Cəlilabad rayonu, Alar kəndində yaşayan, tanımadığı mollanın evinə apararkən həmin kəndin ərazisindəki asfalt yolda avtomobilin mühərriki qırılıb yerə düşmüşdür. Buna görə də Elvin onu və Səadəti taksi ilə yaşadıqları kəndə qaytarmışdır. Həmin gün paltarlarını saxladığı çamadandakı kosmetika qabının içərisindən digər qızıl-zinət əşyaları olan iki ədəd qızıl üzük, bir ədəd qızıl sep və bir ədəd qızıl qolbağını tapmış, bu barədə Səadətə mobil telefon vasitəsilə, Cəlilabad RPŞ-yə isə 06 dekabr 2019-cu il tarixdə ifadə verməklə məlumat vermişdir. Səadətə yaşadığı evdən oğurlanmış qızıl-zinət əşyalarının hamısını tapdığını deməmişdir. Tapdığı qızıl-zinət əşyalarını Elvindən tələb etməmiş, həmin əşyalar iş üzrə sonuncuya qarşı irəli sürülmüş ittihamın məzmununa daxil edilməmiş, onları baxış keçirilməsi üçün iş üzrə məhkəmə iclasında təqdim etmişdir. - 03 dekabr 2019-cu il tarixdə qardaşları Kamran və Rasəddin onun yaşadığı evə gəlməmişlər. İş üzrə cinayət hadisəsinin baş verməsindən əvvəl qardaşı Kamran ondan və Ramizdən pul istəməmiş, o, da Kamrana pul verməmişdir. Elvinin iş üzrə cinayət hadisəsinin onun, qardaşları Kamran və Rasəddin tərəfindən törədilməsi barədə dedikləri yalan və böhtandır. - Elvin ərigilin yeznəsi olduğuna, əvvəllər o, əri və qayınanası ilə Elvin arasında mehriban və səmimi münasibətlər olduğuna, hər hansı narazılıq olmadığına görə Ağakərim onlara hadisənin baş verdiyi 03 dekabr 2019-cu il tarixdə saat 02 radələrində yaşadığı evin həyətində olarkən qarşısından Elvinə məxsus avtomobilin yüksək sürətlə keçdiyini 04 dekabr 2019-cu il tarixdə və bundan sonra da dəfələrlə desə də, onlar ilk günlər Elvindən şübhələnməmiş, sonuncunun onların yaşadığı evdən oğurluq etməsini qəbul etmək istəməmişlər. Hətta, sonradan əri Elvini iki dəfə Cəlilabad RPŞ-dən buraxdırmışdır. Lakin 2019-cu ilin mart ayında onlara Cəlilabad RPŞ-nin müstəntiqi tərəfindən hadisə yerində fincandan götürülmüş əl izinin Elvinə məxsus olması və sonuncunun istifadəsində olmuş mobil nömrənin anten məlumatlarına əsasən 04 dekabr 2019-cu il tarixdə gecən gecə yaşadığı Qaradağ rayonu, Puta qəsəbəsindən Cəlilabad rayonuna gəldiyi deyildikdən sonra iş üzrə cinayət əməlinin Elvin tərəfindən, onların yaşadığı evə pəncərənin açıq olmuş layından daxil olmaqla törədildiyini bilmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, Zərərçəkmiş şəxs1 ifadəsində ona aid hissədə göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, 25 dekabr 2017-ci il tarixdə üzərində müvafiq məbləğdə olmuş Rusiya rubllarını gömrük yoxlaması zamanı üzərində problemsiz Rusiya Federasiyasından (bundan sonra - RF) çıxarıb Azərbaycan Respublikasına gətirmək üçün RF-in Krasnoyarsk şəhəri, “Ulitsa Mira 100” ünvanında fəaliyyət göstərmiş “Yenisey” bankında cəmi 19500,00 ABŞ dolları məbləğində pula, onun 10000 ABŞ dolları hissəsini özünün, 9500 ABŞ dollarını isə qardaşı Əkbər Bəşirovun adına rəsmiləşdirməklə dəyişdirmiş, 27 dekabr 2017-ci il tarixdə üzərində RF-dən Azərbaycan Respublikasına gətirmişdir. İş üzrə yaşadığı evdən oğurlanmış 19500,00 ABŞ dolları və 1200000,00 Rusiya rublu məbləğində pulları RF-dən Azərbaycan Respublikasına gətirərkən müvafiq zərurət olmadığını zənn etdiyinə görə gömrük orqanına bəyan etməmiş, bununla bağlı gömrük bəyannaməsi təqdim etməmişdir. Hazırda RF-də “Yenisey” bankı fəaliyyət göstərmədiyinə və iş üzrə yaşadığı evdən 19500 ABŞ dolları məbləğində pul vəsaitləri onlara dair “Yenisey” bankı tərəfindən verilmiş bank qəbzləri ilə birlikdə oğurlandığına görə müvafiq qəbzləri məhkəməyə təqdim edə bilməyəcək. 20 mart 2020-ci il tarixdə telefon danışığı zamanı yeznəsi Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) polis əməkdaşlarının onu iş üzrə dindirilmək üçün Cəlilabad RPŞ-yə çağırdıqlarını demiş, Elvin cavabında pulu olmadığına və avtomobili xarab olduğuna görə Cəlilabad rayonuna gələ bilməyəcəyini demişdir. Elvin iş üzrə tutulmamışdan əvvəl X12 özünə qarşı ifadə verməsinə mane olmaq məqsədilə X19 mobil telefonun “WhatsApp” proqramı vasitəsilə səsli mesaj göndərərək iş materiallarında özünə qarşı başqa sübut olmadığını bildirərək Kərimdən atası Ağakərimin ona qarşı ifadə verməməsini xahiş etmişdir. 25 mart 2020-ci il tarixdə Elvinin Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu, Cavid Niftioğlu adlı şəxsin Elvinin polis əməkdaşları tərəfindən tutularkən saxlamaq üçün verdiyi iki ədəd beş minlik Rusiya rubllarını polis əməkdaşlarına təqdim etdiyini eşitmişdir. Hesab edir ki, Elvin həmin Rusiya rubllarını onun yaşadığı evdən götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmadıqlarını bildirərək sonuncunun Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, barəsində azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddə təyin edilməsi və verdikləri mülki iddianın tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 (bundan sonra - Ramiz) əmisi oğludur. 04 dekabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində arvadı ilə azyaşlı nəvəsini yatızdırdıqlarına görə yatmamışlar. Həmin ərəfədə həyətlərindəki itlər hürdüyünə görə həyətindəki tövlədə olmuş ev quşlarına təhlükə olduğunu zənn edib həyətə düşmüş, ev quşlarını saxladıqları tövlənin bağlı olmuş qapısının cəftəsini bağlayanda Ramizgilin yeznəsi Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) məxsus “Daewoo Gentra” markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin ondan təxminən 3-4 metr məsafə aralıda, qarşı tərəfində yerləşən torpaq yoldan yüksək sürətlə keçməsini görmüşdür. Bu zaman onunla həmin avtomobil arasında görüntü məhdudiyyəti yarada bilən hər hansı maneə olmamışdır. Bir neçə saniyə sonra isə avtomobilin dərin çökəkliyə düşməsi zamanı alt hissəsinin zərblə dəyməsi nəticəsində möhkəm tappıltı səsi, dərhal sonra avtomobilin qapılarının avtomatik olaraq iki dəfə açılıb-bağlanması səsini etmişdir. Hava və avtomobilin salonu tam qaranlıq olduğuna görə avtomobilin kim tərəfindən idarə edildiyini, salonunda sürücüdən başqa şəxsin olub-olmamasını görməsə də, avtomobilin Elvinə məxsus olmasına görə sonuncu tərəfindən idarə edildiyini təxmin etmiş, buna görə də dərhal sonra yaşadığı evə girib arvadına Elvinin qaynanası Dünyaxanımı evinə gətirib qayıtdığını demişdir. Arvadı isə cavabında Dünyaxanımın həmin vaxt evinə gəlməsinin inandırıcı olmadığını demişdir. Həyətindəki itlər yenə də hürdüyünə görə pəncərəni açıb iki dəfə fit çalmaqla itləri sakitləşdirmişdir. Yataqda uzanmış arvadı ilə danışarkən pəncərədən avtomobilin təpəliyi keçdiyini görmüş, bundan sonra özü də yataqda uzanıb yatmışdır. Səhərəyaxın arvadı onu yuxudan oyatmış, ona Ramizgilin evində oğurluq olduğunu demişdir. Buna görə də dərhal hadisə yerinə gəlib Ramizin qayınX10na və hadisə yerində olmuş digər qohumlarına gecə saat 02 radələrində yaşadığı evin həyətində olanda Elvinə məxsus avtomobilin qarşı tərəfindən sürətlə keçməsini gördüyünü demiş, buna görə də DİN-nin “102” xidmət mərkəzinə zəng etməməyi və Elvinin yaşadığı evə gedib atası ilə söhbət etməyi təklif etmişdir. Lakin Elvinlə qayınanasıgil arasında mehriban münasibətlər olduğuna görə hadisə yerində olmuş qohumları onun sözünə inanmamış və əhəmiyyət verməmişlər. Həmin gün axşamçağı Elvin arvadı ilə birlikdə Ramizgilə gəlmiş, həmin vaxt Elvinə və yanında olmuş digər şəxslərə 04 dekabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evin həyətində olarkən qarşısından xarici markalı avtomobilin sürətlə keçməsini gördüyünü demiş, lakin Elvinin bu hala münasibətini öyrənmək və sonuncunu yanında olmuş şəxslərin yanında pis vəziyyətə salmamaq üçün həmin avtomobilin Elvinə məxsus olmasını deməmişdir. Elvin özünü itirmiş, ona “Ağlı olan bura maşınla gəlməz. Bunu professional adamlar edib. İz buraxmadan oğurluq ediblər” demişdir. Cavabında “düz deyirsən” demişdir. 05 dekabr 2019-cu il tarixdə Ramizə Rusiya Federasiyasından yaşadığı evə gələndə gördükləri barədə demişdir. Amma Ramiz də ona inanmamış, hətta sonradan Elvini iki dəfə Cəlilabad RPŞ-dən buraxdırmışdır. Qohumlarda ona qarşı narazılıq yarandığını gördüyünə və onlarla aralarındakı münasibətlərin korlanmasından ehtiyyat etdiyinə görə 10 dekabr 2019-cu il tarixdə müstəntiqə şahid qismində ifadə verərkən iş üzrə hadisəni Elvinlə əlaqələndirməmək üçün yaşadığı evin həyətində olarkən gördüklərini bilərəkdən deməmiş, yalnız evinin pəncərəsindən baxarkən gördüyü halı ümumi şəkildə göstərmişdir. Elvinin avtomobilini yaşadığı evin yaxınlığında gördüyü yerdən Cəlilabad rayonu, Əliabad kəndi ərazisindəki təpəlikdə quraşdırılmış "xxxx" MMC-nin ötürücü stansiyasına aradakı yol narahat olduğuna görə təxminən 1-1,5 saat müddətinə çatmaq olar. 05 dekabr 2019-cu il tarixdə Elvinin özünə məxsus avtomobildə Ramizin arvadı Sevil və bacısı Səadəti Cəlilabad rayonu, Alar kəndində yaşayan mollanın evinə apararkən həmin kəndin ərazisindəki asfalt yolda avtomobilin mühərrikinin qırılıb yerə düşdüyünü eşitmişdir. Hesab edir ki, Elvinin idarə etdiyi avtomobildə həmin nasazlıq onun 03 dekabr 2019-cu il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığından sürətlə keçməsi zamanı alt hissəsinin dərin çökəkliyə zərblə dəyməsi nəticəsində yaranmışdır. İbtidai istintaq orqanı tərəfindən Elvinə qarşı sübutlar toplandıqdan və sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Ramizgil iş üzrə cinayət əməlinin Elvin tərəfindən törədilməsini qəbul etdilər. Bundan sonra iş üzrə müstəntiq tərəfindən yenidən dindirilərsə, hadisə ilə bağlı gördükləri barədə Ramizgildən çəkinmədən, arxayın şəkildə tam məzmunda ifadə verməyi qərara almışdır. Buna görə də müstəntiq tərəfindən Elvinlə üzləşdirilərkən iş üzrə hadisənin baş verdiyi gün gördükləri barədə sonuncunun üzünə qarşı tam məzmunda ifadə vermişdir. Bundan sonra Elvin oğlu Kərimin mobil nömrəsinə göndərdiyi səsli mesajda sonuncudan onun əleyhinə ifadə verməməsinə köməklik etməsini xahiş etmişdir. Sonradan Kərim ona bu barədə demiş və Elvinin səsli mesajını göndərmişdir. Cinayət işi materiallarından görünür ki, X30 məhkəməyədək icraat zamanı: - 10 dekabr 2019-cu il tarixdə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində yaşadığı evin pəncərəsindən baxarkən kəndin yolu ilə getmiş hansısa avtomobilin təpəni aşmasını görmüşdür. Həmin avtomobilin işıqlarından xarici markalı olmasını ehtimal edir (İ cild, səh. 31). - 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir (İİ cild, səh. 41-43). Məhkəmə iclasında şahid qismində dindirilmiş X20, X35, yetkinlik yaşına çatmamış X44 və X55 Zərərçəkmiş şəxs1 ifadəsində onlara aid hissədə göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda ifadələr vermiş, həmçinin Dünyaxanım Bəşirova və Səadət Bəşirova ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 ifadəsində əlavə olaraq göstərmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa müstəntiq tərəfindən baxış keçirilməmişdən əvvəl daxil olarkən orada olmuş sandığın açılan yerinə onun üçün maraqlı gəldiyinə görə əl vurmuşdur. Məhkəmə iclasında X35 ifadəsində əlavə olaraq göstərmişdir ki, 03 dekabr 2019-cu il tarixdə saat 04 radələrində yeznələri Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) Cəlilabad rayonu, Rəcəbli kəndində onların yaşadığı evin pəncərəsini döyüb ona və əri Hilala Masallı rayonuna sərnişin gətirdiyini və gecəni qalmaq üçün gəldiyini demiş, buna görə də gecəni onların yaşadığı evdə yatmışdır. Həmin gün saat 10 radələrində Elvindən yaşadığı evə gedəndə anası Dünyaxanımı yolüstü Cəlilabad şəhərində yaşayan nəvəsigilə aparmasını xahiş etmişdir. 28 noyabr 2019-cu il tarixdə Elvin idarə etdiyi avtomobildə qonşusu X50 yaşadığı evə gətirmiş, həmin gün onların yaşadığı evdə qalmış, lakin anası Dünyaxanımgilə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, iş üzrə hadisə yerinə baxış keçirilməsinə iştirakçı qismində cəlb edilmiş Cəlilabad RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləmiş Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 Mürsəl oğlu, mütəxəssis qismində cəlb edilmiş Cəlilabad RPŞ-nin baş inspektor kriminalisti Şahid3 Əlizamin oğlu, hal şahidi qismində cəlb edilmiş X36 və Şahid4 Zərərçəkmiş şəxs1 ifadəsində iş üzrə hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar göstərdiyi hallar barədə sonuncu ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında Şahid3 Əlizamin oğlu ifadəsində əlavə olaraq göstərmişdir ki, cinayət işi materiallarındakı, ona təqdim edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyinə əlavə edilmiş bir ədəd zərfin içərisində olan və onların fotoşəkillərində əks olunmuş cəmi on beş ədəd əl-barmaq və ovuc izlərini iş üzrə hadisə yerində müvafiq səthlərin üzərinə qara qəngli maqnit tozu səpip üzə çıxardıqdan sonra yapışqanlı lentlər vasitəsilə şəxsən götürmüş, onların üzərinə götürdüyü yerləri şəxsən yazmış və bu barədə hadisə yerinə baxış keçirmiş müstəntiq Elnur Əliyevə məlumat vermişdir. Sonuncu hadisə yerində tərtib edib iştirakçılara elan etdiyi protokolda Zərərçəkmiş şəxs1 oğurluğun edildiyi predmetlər kimi göstərdiyi, hadisə yerində olmuş sandıq və şkafın qab-qacaq hissəsindəki bir ədəd fincandan onun tərəfindən götürülmüş əl-barmaq izlərini “oğurluq olan yerlərdən” kimi qeyd etdiyini bildirmişdir. Həmin fincanı üzərində müxtəlif rənglər və şəxs adı, bu səbəbdən hədiyyəlik olmasını xatırladığına görə digər fincanlar arasında tanıya bilər. Mövcud qaydalara əsasən əşyada yalnız iki və ya daha çox əl-barmaq, ovuc izlərinin olması halında izlərin eyni vaxtda götürülməsi onların yararsız hala düşməsi ehtimalını yaratdığına görə izlərin deyil, əşyanın götürülməsi, əşyada bir əl izin olması halında isə əşyanın qablaşdırılıb daşınması üzərindəki izin yararsız hala düşməsi ehtimalını yaratdığına görə əşyanın deyil, izin götürülməsi zəruridir. Zərərçəkmiş şəxs1 bəzi qızıl-zinət əşyalarını saxlamasını göstərdiyi fincandan isə bir ədəd əl izi aşkar etmişdir. Göstərdiklərinə əsasən hadisə yerinə baxış keçirilməsi zamanı həmin fincan deyil, üzərindəki əl izini götürmüşdür. Hadisə yerində sandığın yanında, yerdə olmuş kiçik qıfılın üzərində yararlı iz müəyyən etməmişdir. Həmin qıfılın götürülməsini unutmuşlar. Məhkəmə iclasında Şahid1 və Şahid2 Mürsəl oğlu ifadələrində əlavə olaraq göstərmişlər ki, iş üzrə 04 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evə baxış keçirilərkən evin yalnız bir otağında olmuş əşyaların dağınıq, digər otaqlarındakı əşyaların isə səliqəli vəziyyətdə olmasını görmələri onlarda iş üzrə cinayət hadisəsinin zərərçəkmiş şəxslərin pulları və qızıl-zinət əşyalarını saxladıqları yerlərdən məlumatı olmuş, yəni zərərçəkmiş şəxsə yaxın olmuş şəxs tərəfindən törədilməsi barədə əsaslı şübhə yaratmışdır. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixə keçən gecə Qaradağ rayonu, Puta qəsəbəsində yaşadığı evdə yatdığını demiş, həmin vaxt həyəcanlı olmuşdur. Sonuncuya Cəlilabad RPŞ-nin hər hansı əməkdaşı, o cümlədən onlar, rəis müavini olmuş Rövşən Quliyev və əməliyyat müvəkkili olmuş Nəbi Cəfərov tərəfindən zor tətbiq edilməmişdir. Hadisə yerində sandığın yanında, yerdə olmuş kiçik qıfılın götürülməsini unutmuşlar. Məhkəmə iclasında X36 və Şahid4 ifadələrində əlavə olaraq göstərmişlər ki, onlara təqdim edilmiş, cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 04 dekabr 2019-cu il tarixli protokolun bütün vərəqlərində adları qarşısındakı imzaları şəxsən icra etmişlər. Həmin protokolun məzmununu təsdiq edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X64 (bundan sonra – Ələddin) qohumu olduğuna və onun əvvəllər uzun müddət Cəlilabad Rayon Prokurorluğunun dəftərxanasında işləməklə Cəlilabad RPŞ-nin əksər əməkdaşlarını tanımasına görə xatırlamadığı tarixdə Bakı şəhərində yerləşən N.Tusi adına xəstəxanada müalicədə olarkən mobil nömrəsinə zəng edib ona oğlu Elvinin oğurluq etmədiyinə görə günahsız olduğunu sübut etmək üçün əlindən gələni edəcəyini, bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətlərin edilməsinə nə qədər pul lazım olsa, məsələn, 5000-10000 manat məbləğində pul xərcləyə biləcəyini demiş, ondan oğlu Elvinin Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən çağırılmamasına köməklik etməsini xahiş etmiş, lakin ona Elvinin Cəlilabad RPŞ-yə çağırılmaması işinin həlli müqabilində hər hansı məbləğdə, o cümlədən 5000 manat məbləğində pul verə biləcəyini deməmişdir. Müvafiq səlahiyyəti olmadığına görə Ələddinin ona etdiyi xahişlə əlaqədar hər hansı şəxsə zəng etməmiş, sonradan Ələddinin ona etdiyi zənglərə cavab verməmişdir. İş üzrə müstəntiq ona hər hansı məzmunda ifadə verməsinə görə qanunsuz təsir və ya təzyiq göstərməmişdir. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb-oxuya bilsə də, müstəntiqin onun adından kompüterdə tərtib etdiyi ifadəyə müstəntiqə inandığına görə oxumadan imza etmişdir. Həmin ifadəsinin Ələddinin ona Elvinin Cəlilabad RPŞ-yə çağırılmaması işinin həlli müqabilində 5000 manat məbləğində pul verə biləcəyini deməsi ilə bağlı olan hissəsini belə məzmunda ifadə vermədiyinə görə təsdiq etmir. Cinayət işi materiallarından görünür ki, X13 Azərbaycan Respublikası CPM-in 329.1ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı 01 aprel 2020-ci il tarixdə şahid qismində verdiyi ifadəsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Bakı şəhərində yerləşən N.Tusi adına xəstəxanada müalicədə olarkən qohumu X64 mobil nömrəsinə zəng edib ona övladı Təqsirləndirilən şəxs qayınanasının yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Cəlilabad RPŞ-yə çağırıldığını, oradan yaşadığı evə həyəcanlı və narahat qayıtdığına görə ondan polis əməkdaşları ilə danışıb Təqsirləndirilən şəxs bir daha Cəlilabad RPŞ-yə çağırılmamasını həll etməsini, bunun müqabilində verəcəyi beş min manat məbləğində pulu polis əməkdaşlarına çatdırmasını xahiş etmişdir (İ cild, səh. 137, 138). Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 X6 ifadəsində ona aid hissədə göstərdiyi müvafiq hallar barədə eyni məzmunda ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, 25 mart 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) iş üzrə dindirilmək üçün yaşadığı evdən Cəlilabad rayonuna getmiş, razılığı ilə polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-yə getmiş, həmin gündən orada saxlanılmış və sonra sərbəst buraxılmamışdır. Bu səbəbdən Cəlilabad RPŞ-nin əməkdaşları 25 mart 2020-ci il tarixdə Elvinin Qaradağ rayonu, Puta qəsəbəsində yaşadığı evə sonuncunun deyil, onun iştirakı ilə baxış keçirmişlər. X48 RPŞ-nin əməkdaşları Rövşən Quliyev və Nəbi Cəfərovun xəsarətlər yetirdiyini bildiyinə görə bu barədə müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Elvin Ələddin oğlu və X45 məhkəmə istintaqı zamanı ifadələrində ona aid hissədə göstərdikləri müvafiq hallar barədə sonuncularla eyni məzmunda ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsinin 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrində əri Təqsirləndirilən şəxs (bundan sonra - əri) Qaradağ rayonu, Puta qəsəbəsindəki yaşadıqları evdə yatması, hər hansı yerə getməməsi ilə bağlı olan, həqiqətə uyğun olmayan hissəsini gələcəkdə polis əməkdaşlarının iş üzrə hadisənin törədilməsi ilə bağlı şübhələrini əsassız olaraq ərinə yönəltməmələri üçün sonuncunun tələbi ilə dediyinə görə təsdiq etmir. Əri taksi sürücüsü olduğuna görə 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadıqları evdən çıxmış, sonra mobil nömrəsinə zəng edib ona Cəlilabad rayonuna sərnişin apardığını demişdir. Saat 03 radələrində yuxudan ayılanda ərinin evə gəlmədiyini görüb narahat olmuş, ərinin olduğu yeri müəyyən etmək məqsədilə istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ərinin istifadəsində olmuş ***- ***-**-** mobil nömrəyə bir neçə dəfə zəng etsə də, əri ona cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 Təqsirləndirilən şəxs ifadəsində ona aid hissədə göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, 25 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün ona verdiyi bütün pul əskinaslarını könüllü olaraq müstəntiqə təhvil vermiş, buna görə də həmin pul məbləğləri qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs1, onun əri Zərərçəkmiş şəxs2 (bundan sonra - Ramiz) və Təqsirləndirilən şəxs (bundan sonra - Elvin) borc pul istəməmiş, eləcə də bacısı Sevildən pul və ya qızıl-zinət əşyası almamışdır. İş üzrə cinayət hadisəsinin baş verməsindən təxminən 3-4 ay əvvəl Elvin ona Ramizin Xırdalan şəhərində ev almaq istədiyini, əgər sonuncunun ondan evə birlikdə baxıb-baxmadıqlarını soruşarsa, cavabında həmin evə birlikdə baxdıqlarını deməsini xahiş etmiş, Elvindən bunun səbəbini soruşmamış, sonuncuya cavabında Ramizin istədiyi evə baxmadıqları halda, baxdıqlarını deyə bilməyəcəyini bildirmişdir. 26 dekabr 2017-ci il tarixdə arvadı X8 "xxxx" ASC-nin “Promo” filialı ilə bağladığı kredit müqaviləsinə əsasən arvadına Bakı şəhərində yerləşən evin alınmasına görə 72000 manat məbləğində pul ipoteka krediti kimi verilmiş, həmin pula müvafiq evi almışlar. Kredit müqaviləsi üzrə ödənişləri vaxtında ödəməkdə davam edir. İş üzrə baş vermiş cinayət hadisəsinə o və qardaşı Rasəddinin aidiyyəti yoxdur. Cəlilabad RPŞ-nin əməkdaşları onu və qardaşı Rasəddini saxlamamış, onlara qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, iş üzrə baş vermiş cinayət hadisəsinə o və qardaşı Kamranın aidiyyəti yoxdur. Cəlilabad RPŞ-nin əməkdaşları onu və qardaşı Kamranı saxlamamış, onlara qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Cəlilabad RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 04 dekabr 2019-cu il tarixli, 2268 nömrəli raportda göstərilmişdir ki, həmin tarixdə saat 07:15-də X43 istifadəsində olmuş mobil nömrədən DİN-nin “102” xidmət mərkəzinə zəng edib qızı Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadığı evdən qızıl-zinət əşyaları və pulların oğurlandığı barədə məlumat vermişdir (İ cild, səh. 25). - Zərərçəkmiş şəxs1 04 dekabr 2019-cu il tarixdə Cəlilabad RPŞ-yə təqdim etdiyi yazılı müraciətindən görünür ki, o, həmin tarixdə naməlum şəxslərin onun yaşadığı evə pəncərədən daxil olub yataq otağında saxladığı 15000,00 manat, 19500,00 ABŞ dolları və 1200000,00 Rusiya rublu məbləğində pulları, qızıl-zinət əşyalarını oğurladığı barədə məlumat vermişdir (İ cild, səh. 5). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2019-cu il tarixli protokolda göstərilmişdir ki, iş üzrə həmin tarixdə saat 08:20-dən 09:15-dək Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Mirzəli kəndində yaşadığı evdə yerləşən hadisə yerinə baxış iştirakçı qismində cəlb edilmiş sonuncu, Cəlilabad RPŞ-nin CAB-ın rəisi Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 Mürsəl oğlu, mütəxəssis qismində cəlb edilmiş Cəlilabad RPŞ-nin baş inspektor kriminalisti Şahid3 Əlizamin oğlu, hal şahidi qismində cəlb edilmiş X36 və Şahid4 iştirakları ilə keçirilmişdir. Baxış zamanı həmin evin bir mərtəbəli olduğu, yerləşdiyi həyətyanı torpaq sahəsinin ətrafına setkadan çəpər çəkildiyi, evin həyətin qarşı tərəfinə açılan pəncərəsinin bir tayının açıq vəziyyətdə olduğu, həyətdə pəncərənin açıq vəziyyətdə olmuş tayının aşağı tərəfində bir ədəd stul olduğu, evin dəhlizinin sol tərəfində yerləşən yataq otağında şkaf və qapısı açıq vəziyyətdə olan sandıq olduğu, sandığın üzərindəki dəmirdən olan qıfıl yerinin sındırıldığı, evin digər yataq otağındakı əşyalarda dağınıqlıq olmadığı müəyyən edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 şifahi qaydada verdiyi izahatında gecə baxış zamanı dağınıqlıq müəyyən edilməmiş yataq otağında uşaqları ilə birlikdə yatdığını, yaşadığı evdə oğurluq etmiş şəxs və ya şəxslərin bundan əvvəl həyətdə olan paylayıcıdan evin işığını söndürdüklərini, göstərdiyi sandıqda olmuş 15000 manat, 19500 ABŞ dolları və ******* Rusiya rublu məbləğində pul vəsaitləri və qızıl-zinət əşyalarını, göstərdiyi şkafdakı “çaşka”da (stəkan) olmuş qızıl-zinət əşyalarını oğurladığını bildirmişdir. Baxış zamanı mütəxəssis Şahid3 tərəfindən Zərərçəkmiş şəxs1 oğurluq baş verdiyini göstərdiyi yerlərdən, yəni sandıq və “çaşka”dan, həm də cinayət hadisəsini törətmiş şəxs(lər)in toxunması ehtimal edilən digər yerlərdən bir neçə ədəd əlbarmaq izləri götürülmüş və qablaşdırılmışdır. Protokol iştirakçılar tərəfindən əlavə və ya qeyd daxil edilmədən imzalanmışdır. Bundan əlavə, həmin protokola əlavə edilmiş fotocədvəllərdən göstərilən sandığın üzərində əvvəllər qıfılın olmasına işarə edən qıfıl yerinin bir tayının sandığın açıq olmuş qapısı üzərində qaldığı, amma digər tayının sandığın üzərində olmadığı, baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 yaşadığı evə qanunsuz daxil olmanın baş verdiyi yeri, eləcə də cinayət hadisəsinin baş verdiyi yataq otağında oğurlanmış qızıl-zinət əşyalarının əksər hissəsi və pulları saxladığı sandığı və oğurlanmış digər qızıl-zinət əşyalarını saxladığı fincanın şkafın qab-qacaq yığılan hissəsində olduğu yeri göstərməsi müəyyən edilir (İ cild, səh. 6-10). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin (bundan sonra – DİN KTİ) 09 dekabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iş üzrə hadisə yerindən götürülmüş əl izləri müqayisəli tədqiqat aparılması üçün İdarəyə 05 dekabr 2019-cu il tarixdə təqdim edilmişdir (İ cild, səh. 36). - DİN KTİ-nin 01 fevral 2020-ci il tarixli məktubu və ona əlavə edilmiş müqayisəli cədvəldə göstərilmişdir ki, iş üzrə hadisə yerindən götürülmüş əl izləri ilə İdarəyə təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus daktiloskopik xəritənin müqayisəli tədqiqatı zamanı hadisə yerində “çaşka”dan götürülmüş əl izi sonuncunun sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir (İ cild, səh. 69, 70). - Məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyində göstərilmişdir ki, iş üzrə hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş on beş ədəd yapışqanlı lentlərin üzərində olan əl izlərindən üç ədəd əl-barmaq və beş ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həmin izlərdən “çaşka”dan götürülmüş bir ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı, sandıqdan götürülmüş iki ədəd əl-barmaq izləri X11 əlinin orta və adsız barmaqları, oğurluq edilmiş otaqdakı şkafda olmuş çaynik və açılması ehtimal olunan pəncərənin ramkasından götürülmüş iki ədəd ovuc izləri isə X2 əlinin ovuclarının (iki dəfə) əksləri ilə eynilik təşkil etmişdir. Qalan üç ədəd ovuc izləri DİN KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs ovuc əksləri ilə eynilik təşkil etməmişdir. Həmin rəyə əlavə edilmiş, üzərində “Cəlilabad RPŞ. 04 dekabr 2019-cu il. Cəlilabad rayonu, Mirzəli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktına əsasən hadisə yerinin müayinəsi zamanı götürülmüş 15 ədəd əl-barmaq izi” sözləri yazılmış, iş üzrə ibtidai istintaq aparmış müstəntiq Elnur Əliyev və mütəxəssis Şahid3 imzaları, DİN KTİ-nin ştampları ilə təsdiq edilmiş bir ədəd zərfin içərisindəki on beş ədəd yapışqanlı lentlər və onların fotoşəkilləri həm də onu təsdiq edir ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən bir neçə yerdən, o cümlədən açılması ehtimal olunan pəncərənin ramkası, oğurluq hadisəsinin baş verdiyi otaqdakı şkafın qab-qacaq yığılan hissəsində olmuş “çaşka” və çaynik, sandıqdan cəmi on beş ədəd əl-barmaq və ovuc izləri yapışqanlı lentlər vasitəsilə götürülmüş, bu barədə həmin lentlərə müvafiq qeydlər, o cümlədən yalnız birinə “çaşka”dan götürülməsi barədə qeyd yazılmış və göstərilən izlər lazımi qaydada qablaşdırılıb ekspert tədqiqatına təqdim edilmişdir. Hadisə yerinə baxış zamanı fincandan yalnız bir ədəd əl izi götürülmüş, stəkandan isə əl izi götürülməmişdir (İİ cild, səh. 63-74). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X83 İdarəsinin 24 sentyabr 2020ci il tarixli məktubunda göstərilmişdir ki, “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil 24 sentyabr 2018-ci il tarixdən Təqsirləndirilən şəxs adında qeydiyyatdadır (İİ cild, səh. 117). - DİN Baş İnformasiya-Kommunikasiya İdarəsi (bundan sonra – DİN BİKİ) tərəfindən 25 mart 2020-ci il tarixdə bir ədəd diskin yaddaşında təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair telefon, o cümlədən anten dairəsinə dair məlumatlar və onlara baxış keçirilməsi haqqında 25 mart 2020-ci il tarixli protokoldan görünür ki, həmin mobil nömrə 03 dekabr 2019-cu il tarixdə saat 22:36-da Qaradağ rayonu, Puta qəsəbəsi, saat 22:37-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, saat 23:49-da Salyan rayonu, Kürsəngi kəndi, 04 dekabr 2019-cu il tarixdə saat 00:42-də Cəlilabad rayonu, Alar kəndi, saat 03:12 və 03:14-də Cəlilabad rayonu, Əliabad kəndi, saat 04:32-də Salyan rayonu, Xıdırlı kəndi, saat 06:38, 07:08 və 07:38-də Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindəki anten dairəsində aktiv olmuşdur. 04 dekabr 2019-cu il tarixdə saat 03:12 və 03:14-də Təqsirləndirilən şəxs arvadı X14 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə dörd dəfə zəng daxil olsa da, danışıq olmamışdır. Həmin vaxt ***-***-**-** mobil nömrə Cəlilabad rayonu, Əliabad kəndi, ***-***-**-** mobil nömrə isə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindəki anten dairəsində aktiv olmuşdur (İ cild, səh. 76-85). - "xxxx" MMC-nin 23 noyabr 2021-ci il tarixli, 24286 nömrəli məktubunda göstərilmişdir ki, yuxarıda iş üzrə DİN BİKİ tərəfindən ***-***-**-** mobil nömrəyə dair təqdim edildiyi qeyd edilən məlumatlar cavabsız zənglər olduğu üçün "xxxx" MMC-də qeydiyyata alınmamışdır. Belə ki, "xxxx" MMC-də uğursuz (baş tutmayan bağlantılar) internet istifadə cəhdləri, şəbəkə və GPRS yeniləmələrinin qeydiyyatı aparılmadığı üçün həmin məlumatlar təqdim edilən cavablarda əks olunmur. Cəlilabad rayonu, Mirzəli kəndi ərazisində "xxxx" MMC-nin ötürücü stansiyası mövcuddur. Həmin ərazidə və ya onun yaxınlığında aparılmış telefon danışıqlarına dair anten məlumatlarının Cəlilabad rayonu, Əliabad ərazisinə aid edilməsinin mümkün olub-olmamasını yalnız lazım olan ərazidə dəqiq ölçmə işləri nəticəsində müəyyən etmək mümkün olar. - dövlət ittihamçısının www.google.com/maps internet saytından əldə edib məhkəməyə təqdim etdiyi məlumatlarda göstərilmişdir ki, avtomobillə Cəlilabad rayonunun Alar kəndi ilə Əliabad kəndinin qonşuluğunda yerləşən Sərhədabad kəndi arasındakı 18,9 km. avtomobil yolunu 21 dəqiqəyə, Alar kəndi ilə Mirzəli kəndi arasındakı 28 km. avtomobil yolunu 53 dəqiqəyə, 30,1 km. avtomobil yolunu isə 43 dəqiqəyə, Sərhədabad kəndi ilə Mirzəli kəndi arasındakı və ya əksinə 9,9 km. avtomobil yolunu 34 dəqiqəyə, 10,7 km. avtomobil yolunu 34 dəqiqəyə, 19,9 km. avtomobil yolunu isə 32 dəqiqəyə, Sərhədabad kəndi ilə Salyan rayonu, Xıdırlı kəndi arasındakı 120 km. avtomobil yolunu 1 saat 21 dəqiqəyə, 128 km. avtomobil yolunu isə 1 saat 33 dəqiqəyə, Salyan rayonu, Xıdırlı kəndi ilə Qaradağ rayonu, Puta qəsəbəsi arasındakı 69,4 km. avtomobil yolunu 50 dəqiqəyə, Cəlilabad rayonunun Alar kəndi ilə Şiləvəngə kəndi arasındakı 19,7 km. avtomobil yolunu 22 dəqiqəyə qət etmək olar. - Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 bir ədəd diskin yaddaşında təqdim etdiyi, Təqsirləndirilən şəxs məzmununu təsdiq etdiyi, sonuncunun mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə X24 göndərdiyi səsli mesajdan görünür ki, Təqsirləndirilən şəxs Kərim Bəşirova “Kərim deməyim odur ki, axı məni heç sübut tapa bilməyib buraxdılar. Sadəcə olaraq, atanın orada gəlib mənim üzümə durmağı. 5-10 gündən sonra yenə məhkəmə olmalıdı. Heç sübut yoxdu deyə polislər (nalayiq söz) Ramizi öyrədib ki, üzümə şahid gətirsin, məni tuta bilsinlər. Başqa sübut yoxdu. Ramiz (nalayiq söz) gedib nəsə deyib Əlibala ilə atan Ağakərimə. Əlibala day gəlmir. Əlibalaya sözümü çatdırmışam. Əlibala özün bilirsən ki, agentin biridi. Atana denən heç olmasa ən azından 30 il biz bir yerdə olmuşuq, sənə, Ağakərimə Ramizin evindən də yaxın olmuşuq. Ramiz (nalayiq söz), onlar oğrularını da gözəl bilirlər kimdi. Onlar istəyirlər ki, bu işi mənim üstümdə bağlasınlar. Başa düşürsən? Atana denən verdiyi izahatını dala götürməsə, mənim üzümə şahid dursa, ikinci məhkəmədə 100 faiz məni tutacaqlar. Onlara lazımdı ki, bir nəfər şahid dursun. Onların əlində heç sübut yoxdu. Bax yenə də deyirəm. Atan ola bilsin səni aldadır, yalan deyir, boyun tutmur. Mən getdim məhkəməyə, gördüm ki, Ramizlə Ağakərim durub məhkəmənin qabaqında. Onlar məndən qabaq ora çatmışdılar. Yəni sənə deyirəm, denən ayıbdı, kimin kim, qoy getsin Ramiz, nə bilir, qoy eləsin. Onların əlində heç sübut olmadığına görə müstəntiq deyib ki, ancaq bunu tutmağın yolu kimsə şahid dura bunun üzünə ki, biz bunu tutaq, başqa sübut yoxdu. Ramiz də gedib Ağakərimi nətər pilələyib, nağayrıbsa, Ağakərim gəldi, orada şahid durdu üzümə, şahid durdu brat. Yəni deyirəm biləsiz. Sabahları lap mənə 5 il, 6 il versinlər, mən sroka gedim. Amma dədən hansı üzlə çıxacaq çölə, mən bilmirəm” məzmununda səsli mesaj göndərmişdir. - Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi Rusiya Federasiyası (bundan sonra - RF) vətəndaşının 03 may 2012-ci il tarixli, 71 ******* nömrəli xarici pasportunun surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, həm də RF-in vətəndaşı olmaqla, 2012-ci ildən dəfələrlə Azərbaycan Respublikasından RF-ə, eləcə də oradan Azərbaycan Respublikasına gedibgəlmiş, o cümlədən 27 dekabr 2017-ci il tarixdə RF-dən çıxıb Azərbaycan Respublikasına daxil olmuş, 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasından çıxmış, 16 avqust 2019-cu il tarixdə RF-ə daxil olmuş, 05 dekabr 2019-cu il tarixdə RF-dən çıxıb Azərbaycan Respublikasına daxil olmuşdur. - Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi qızıl-zinət əşyalarına dair birka və ödəniş qəbzlərinin əsillərindən görünür ki, o, RF-də fəaliyyət göstərmiş qızılzinət əşyalarının satışı mağazalarından 24 noyabr 2018-ci il tarixdə dəyəri 20609,00 Rusiya rublu olmuş bir ədəd 11,14 qram qızıl sep, dəyəri 88648,50 Rusiya rublu olmuş bir ədəd 32,14 qram qızıl qolbaq, 02 dekabr 2018-ci il tarixdə cəmi dəyəri 28601,00 Rusiya rublu olmuş iki ədəd 7,56 qram və 7,90 qram qızıl sep, dəyəri 10360,00 Rusiya rublu olmuş bir ədəd 2,93 qram tərəzi formalı qızıl klon, dəyəri 29210,00 Rusiya rublu olmuş bir ədəd 7,51 qram qızıl sırğa, 11 dekabr 2018-ci il tarixdə dəyəri 8085,00 Rusiya rublu olmuş bir ədəd 2,33 qram qızıl üzük almışdır. - Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi, ona və ailə üzvlərinə aid olan iki ədəd fotoşəkillərdən iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda göstərilmiş qızıl-zinət əşyalarının müvafiq qaydada Zərərçəkmiş şəxs2, arvadı Zərərçəkmiş şəxs1 və övladı Zeynəbin üzərində olduğu aydın görünür. - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2020-ci il tarixli, 1131 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu əməlin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. O, ittiham olunduğu əməlin törədildiyi dövrdə və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və iqtidarındadır. Buna görə də, o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 76, 77). Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 23 noyabr 2021-ci il tarixli, 24286 nömrəli məktubuna əsasən cavabsız zənglər olduğu üçün "xxxx" MMC-də qeydiyyata alınmasa da, DİN BİKİ tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, iş üzrə cinayət hadisəsinin baş verdiyi ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair anten məlumatlarının 03 dekabr 2019-cu il tarixdə saat 22:36-dan 04 dekabr 2019-cu il tarixə saat 06:38-dək olan iş üzrə əhəmiyyət kəsb hissələri məzmunu Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməklə yanaşı, www.google.com/maps internet saytından əldə edildiyi göstərilmiş məlumatlarla da təsdiq edildiyinə görə işin müvafiq hallarını özündə düzgün və obyektiv şəkildə əks etdirir. Bu səbəbdən məhkəmə həmin telefon danışıqları haqqında məlumatları iş üzrə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrinin qarşılıqlı təhlilindən aydın görünür ki, o, bütün ifadələrində özünə qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, irəli sürdüyü bu dəlilini bir-biri ilə kəskin ziddiyyət təşkil edən, həmçinin ağlabatan qaydada izahını verə bilmədiyi hallarla əlaqələndirməyə çalışmış, məntiqi sonluqla tamamlaya bilməmiş, əksinə məhkəmə istintaqı zamanı həmin dəlili ilə bağlı irəli sürdüyü hallar arasında müəyyən edilmiş natamamlıq və rabitəsizliyi aradan qaldıra bilməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsinin səbəbləri ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 dekabr 2019 və 25 mart 2020ci il tarixlərdə şahid qismində, eləcə də 28 və 30 mart 2020-ci il tarixlərdə müdafiəçisi X29 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin arvadı X32 28 mart 2020-ci il tarixdə şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs iş üzrə baş vermiş cinayət hadisəsinə aidiyyətinin olmamasını göstərmək üçün 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrindən sonra arvadı ilə Qaradağ rayonu, Puta qəsəbəsindəki yaşadıqları evdə yatması, Cəlilabad rayonuna yalnız 04 dekabr 2019-cu il tarixdə səhər iş üzrə hadisə barədə mobil telefonla məlumat aldıqdan sonra arvadı ilə yaşadıqları evdən getməsini məqsədli və şüurlu şəkildə göstərdikləri halda, bunun tam əksinə olaraq, Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsinin baş verdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair anten məlumatları ilə onun 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çıxması, 04 dekabr 2019-cu il tarixdə saat 00:42-də isə Cəlilabad rayonu, Alar kəndi ərazisində olmasının sübuta yetirildiyini bildikdən sonra məhkəməyədək icraat zamanı 03 oktyabr 2020-ci il tarixdə və məhkəmə iclasında müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadələrində 03 dekabr 2019-cu il tarixdə saat 23 radələrində bir ailənin üç nəfərdən ibarət üzvünü Cəlilabad rayonu, Şiləvəngə kəndinə gətirmək məqsədilə özünə məxsus avtomobili Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Cəlilabad rayonu istiqamətində idarə etməyə başladığını göstərmiş, Fərqanə Bəşirova da məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində bu halı təsdiq etmişdir. Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixə keçən gecə Cəlilabad rayonu ərazisinə gəlməsini bir ailənin üç nəfərdən ibarət üzvünü Şiləvəngə kəndinə gətirməsi ilə əlaqələndirsə də, bu halın araşdırılmamasına nail olmaq məqsədilə göstərilən ifadələrində guya həmin şəxsləri Şiləvəngə kəndinin ərazisindəki yolun palçıqlı olmasına görə gedəcəkləri evə apara bilməyib kəndin girişində avtomobilindən düşürdüyünü bildirmişdir. Halbuki, sərnişinləri Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Cəlilabad rayonu, Şiləvəngə kəndinə aparmaq üçün avtomobilinə qəbul etmiş və bunun müqabilində onlarla yol pulunu razılaşdırmış taksi sürücüsünün sərnişinləri gecə vaxtı həmin kəndin yolunun palçıqlı olmasına görə kəndin girişində avtomobilindən düşürməsi inandırıcı hesab edilə bilməz. Cinayət işi materiallarında olan telefon danışıqları haqqında məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 04 dekabr 2019-cu il tarixdə saat 00:42-də Cəlilabad rayonu, Alar kəndi, saat 03:12 və 03:14də isə Cəlilabad rayonu, Əliabad kəndi ərazisində qeydə alınmasının onun müvafiq olaraq Cəlilabad rayonu istiqamətində getməsi və oradan Bakı şəhəri istiqamətində qayıtmasını göstərməsi, www.google.com/maps internet saytından əldə edilmiş məlumata əsasən avtomobillə Cəlilabad rayonunun Alar kəndi ilə Şiləvəngə kəndi arasındakı 19,7 km. avtomobil yolunun 22 dəqiqəyə qət edilməsinin mümkün olması, buna görə də əgər Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixdə Şiləvəngə kəndinə getməsi qəbul edilərsə, oraya saat 01:10 radələrində çatmasının mümkün olması və hazırki ifadəsində göstərdiyi kimi, 04 dekabr 2019-cu il tarixdə Cəlilabad rayonu, Şiləvəngə kəndindən geri qayıdarkən həmin kəndin ərazisində avtomobilinin təkərini dəyişməyə maksimum yarım saat vaxt sərf etməsi və həmin tarixdə mobil nömrəsinin anten dairəsinin Cəlilabad rayonunda sonuncu dəfə Əliabad kəndi ərazisində saat 03:14-də qeydə alınması nəzərə alındıqda, Bakı şəhəri istiqamətində getdikdə isə Cəlilabad rayonunun Əliabad kəndinin Qarazəncir kəndindən xeyli aralıda yerləşməsinə görə Qarazəncir kəndi ərazisində mürgülədiyi müddət saat 01:10-dan 03:14-dək Əliabad kəndi və ya ona yaxın ərazidə olduğu müddətə nəzərə alınmadıqda, avtomobilinin təkərini dəyişib qurtara biləcəyi saat 01:40 radələrindən 03:14-ə kimi təxminən bir saat yarım müddət ərzində gecə vaxtı Əliabad kəndi və ya ona yaxın ərazidə hansı səbəbdən olmasına dair məhkəmə istintaqı zamanı verilmiş suala cavab verə bilməmiş, beləliklə də bu halla bağlı özünü müdafiə etmək üçün dəlil irəli sürə bilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan, telefon danışıqları haqqında məlumatlara əsasən 04 dekabr 2019-cu il tarixdə saat 03:12 və 03:14-də arvadı X15 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dörd dəfə edilmiş zəngləri cavablandırmamasını ola bilər ki, həmin zənglərin Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində avtomobilinin təkərini dəyişməsi və ya Qarazəncir kəndi ərazisində avtomobilində yatdığı vaxtda edilməsi səbəbindən eşitməməsi, həmin zəngləri sonradan Bakı istiqamətində gedərkən də görməməsi ilə əlaqələndirsə də, həmin zənglərin hamısının məhz onun dediyi şəraitdə baş verməsi və onun həmin zəngləri sonradan Bakı istiqamətində gedərkən də görməməsi inandırıcı hesab edilə bilməz. Təqsirləndirilən şəxs cinayət işi materialları ilə hadisə yerində fincandan götürülmüş əl izinin ona məxsus olmasının sübuta yetirildiyini bildikdən sonra həmin əl izinin ona məxsus olmasının səbəbini Cəlilabad rayonu, Mirzəli kəndində qayınanası X9 yaşadığı evdə gah 02 dekabr 2019-cu il tarixdə ola bilsin ki, həmin fincanda çay və ya su içməsi (məhkəməyədək icraat zamanı 28 və 30 mart 2020-ci il tarixlərdə müdafiəçisi olmuş X29 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində), gah da 02 dekabr 2019-cu il tarixdə olmasını inkar edərək 28 noyabr 2019-cu il tarixdə olarkən ya Zərərçəkmiş şəxs1 həmin fincanda ona çay və ya su verməsi (məhkəməyədək icraat zamanı 18 iyun 2020-ci il tarixdə müdafiəçisi Müdafiəçi iştirakı ilə Zərərçəkmiş şəxs1 və şahid X20 ilə üzləşdirilərkən verdiyi ifadələrində), ya da qayınanasının ona qəhvəyi rəngli fincanda çay verməsindən (məhkəmə istintaqı zamanı verdiyi ifadəsində) ibarət, bir-birini istisna edən hallarla izah etməyə çalışmışdır. Məhkəmə X12 (bundan sonra – Ağakərim Bəşirov) məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. X16 ibtidai istintaq zamanı 10 dekabr 2019-cu il tarixdə verdiyi ifadəsi (bundan sonra – ilkin ifadəsi) 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən və məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadələri (bundan sonra – sonrakı ifadələri) ilə ziddiyyət təşkil etmir. Ona görə ki, Ağakərim Bəşirovun ilkin ifadəsi işin hallarının yalnız yaşadığı evin pəncərəsindən gördüyü ikinci hissəsi ilə bağlı olmaqla, sonrakı ifadələrinin müvafiq hissələri ilə eyni məzmunludur. Həmçinin, Ağakərim Bəşirov işin hallarının yaşadığı evin həyətində olarkən gördüyü birinci hissəsi barədə sonrakı ifadələrində göstərdiyi halda, ilkin ifadəsində göstərməsə də, ilkin ifadəsində həmin hissədəki halların baş verməsini gördüyünü inkar etməmişdir. X30 ilkin ifadəsində 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində yaşadığı evin pəncərəsindən baxarkən kəndin yolu ilə getmiş hansısa avtomobilin təpəni aşmasını görərkən işıqlarından xarici markalı olmasını yalnız ehtimal etdiyini göstərsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsindən sonra sonrakı ifadələrində 04 dekabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evin həyətindəki tövlənin qapısının cəftəsini bağlayanda Təqsirləndirilən şəxs məxsus avtomobilin ondan təxminən 3-4 metr məsafə aralıda, qarşı tərəfində yerləşən torpaq yoldan yüksək sürətlə keçməsini aydın şəkildə gördüyünü, bir neçə saniyə sonra avtomobilin dərin çökəkliyə düşməsi zamanı alt hissəsinin zərblə dəyməsi nəticəsində möhkəm tappıltı səsi və dərhal sonra avtomobilin qapılarının avtomatik olaraq iki dəfə açılıb-bağlanması səsi eşitdiyini, bundan sonra yaşadığı evə qalxıb pəncərədən baxanda həmin avtomobilin təpəliyi keçdiyini gördüyünü göstərmişdir. X3 ifadələrində işin hallarının yaşadığı evin həyətində olarkən gördüyü birinci hissəsi barədə ilkin ifadəsində göstərməməsinin səbəbini iş üzrə cinayət hadisəsinin baş verdiyi gün və ondan sonra Zərərçəkmiş şəxs2 və digər qohumlarına 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində yaşadığı evin həyətində olarkən Təqsirləndirilən şəxs məxsus avtomobilin qarşısından sürətlə keçməsini gördüyünü dəfələrlə desə də, onların Təqsirləndirilən şəxslə mehriban münasibətdə olduqlarına görə onun sözlərinə inanmamaları, ona qarşı narazı mövqedə olmaları və onlarla arasındakı münasibətlərin korlanmasından ehtiyyat etməsi ilə, sonrakı ifadələrində göstərməsinin səbəbini isə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən iş üzr cinayət məsuliyyətinə cəlb edilməsindən sonra qohumlarının həmin hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini qəbul etməsi, beləliklə də özündən asılı olmayan obyektiv hallarla izah etmişdir. İşin müvafiq faktiki hallarının Ağakərim Bəşirovun göstərdiyi məzmunda olmasını məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Sevil Nuriyev, şahid qismində dindirilmiş Dünyaxanım Bəşirova və Səadət Bəşirova verdikləri ifadələrində təsdiq etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 04 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində olarkən Ağakərim Bəşirovun onun yanında digər şəxslərə həmin gün saat 02 radələrində həyətindəki itlərin hürməsinə görə evin arxa pəncərəsindən baxarkən bir ədəd xarici markalı avtomobilin keçməsini gördüyünü deməsini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində X12 ilkin ifadəsinin sübut kimi qəbul edilməsini, sonrakı ifadələrinin isə sübut kimi qəbul edilməməsini xahiş etsə də, ibtidai istintaq zamanı üzləşdirilərkən sonuncunun ona qarşı ifadə verməsindən sonra istifadəsində olmuş mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə X24 göndərdiyi səsli mesajın məzmununda faktiki olaraq iş üzrə ona qarşı sübutun yalnız Ağakərim Bəşirovun ifadəsindən ibarət olduğunu göstərməsi, həmçinin cinayət məsuliyyətinə cəlb edilməməsi və həbs edilməməsi üçün Kərim Bəşirovdan atası Ağakərimdən ona qarşı ifadə verməməsinə köməklik etməsi barədə xahiş etməsini özüözlüyündə Ağakərim Bəşirovun onunla üzləşdirilərkən verdiyi ifadəsini özünə qarşı sübut kimi qəbul etməsi anlamını verən hallar kimi qiymətləndirir. Cinayət işi materiallarında olan, telefon danışıqları haqqında məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 04 dekabr 2019-cu il tarixdə saat 00:42-də Cəlilabad rayonu, Alar kəndində qeydə alınması, www.google.com/maps internet saytından əldə edilmiş məlumata əsasən avtomobillə Cəlilabad rayonunun Alar kəndi ilə Mirzəli kəndi arasındakı 28 km. avtomobil yolunun 53 dəqiqəyə, 30,1 km. avtomobil yolunun isə 43 dəqiqəyə qət edilməsinin mümkün olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs özünə məxsus avtomobillə həmin tarixdə maksimum saat 01:40-da Cəlilabad rayonu, Mirzəli kəndinə çatması mümkün olmuşdur. Məhkəmə buna görə də hesab edir ki, X12 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadığı evin həyətində olarkən Təqsirləndirilən şəxs məxsus avtomobilin qarşısından keçməsini görməsi barədə ifadəsi vaxt baxımından da işin göstərilən faktiki halları ilə tam üst-üstə düşür. Məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs özünə məxsus “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili 03 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrindən başlayaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Cəlilabad rayonuna, oradan da yaşadığı evə yalnız özünün idarə etdiyini, X30 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs məxsus “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadığı evinin yaxınlığından sürətlə keçməsini gördüyünü bildirmələri, Ağakərim Bəşirovun ifadəsində göstərdiyi halların Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair anten məlumatları və www.google.com/maps internet saytından əldə edilmiş məlumatlarla təsdiq edilməsi Ağakərim Bəşirovun 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadığı evinin yaxınlığından sürətlə keçməsini gördüyü “Daewoo Gentra” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin məhz Təqsirləndirilən şəxs tərəfindən idarə edildiyi barədə nəticəyə gəlməyə tam əsas verir. Belə olan halda Təqsirləndirilən şəxs 04 dekabr 2019-cu il tarixdə saat 02 radələrində iş üzrə cinayət hadisəsini törətdikdən sonra özünə məxsus avtomobillə Cəlilabad rayonu, Mirzəli kəndi ərazisindən oradan qayıtmaq məqsədilə keçməsi, cinayət işi materiallarında olan, telefon danışıqları haqqında məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 04 dekabr 2019-cu il tarixdə saat 03:12 və 03:14-də Cəlilabad rayonu, Əliabad kəndində qeydə alınması, www.google.com/maps internet saytından əldə edilmiş məlumata əsasən avtomobillə Cəlilabad rayonunun Mirzəli kəndi ilə Əliabad kəndinin qonşuluğunda yerləşən Sərhədabad kəndi arasındakı 9,9 km. avtomobil yolunu 34 dəqiqəyə, 10,7 km. avtomobil yolunu 34 dəqiqəyə, 19,9 km. avtomobil yolunu isə 32 dəqiqəyə qət edilməsinin mümkün olmasının müəyyən edilməsi Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Mirzəli kəndindən Qaradağ rayonu, Puta qəsəbəsinə qayıdarkən istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 04 dekabr 2019-cu il tarixdə saat 03:12 və 03:14-də Cəlilabad rayonu, Əliabad kəndində qeydə alınması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə cinayət işi materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyində Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etdiyi göstərilmiş bir ədəd əl barmaq izinin hadisə yerinə baxış keçirilərkən məhz hansı əşyanın üzərindən götürülməsi, bu zaman cinayətprosessual qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi və həmin izin iş üzrə sübut əhəmiyyətinin olub-olmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 iş üzrə oğurluq hadisəsinin Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadığı evin yataq otağındakı sandıq və şkafda olmuş “çaşka”dan qızıl-zinət əşyaları, eləcə də sandıqdan pulların götürülməsi ilə törədildiyini göstərdiyinə görə müstəntiq tərtib etdiyi həmin protokolda hadisə yerindən əl izlərinin, həmçinin Zərərçəkmiş şəxs1 oğurluq baş verdiyini göstərdiyi yerlərdən, yəni sandıq və “çaşka”dan götürülüb qablaşdırıldığını ümumi şəkildə qeyd etmişdir. Bundan əlavə, həmin protokola əlavə edilmiş fotocədvəldən hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının bir hissəsinin oğurlandığı fincanı hadisənin baş verdiyi otaqdakı şkafın qab-qacaq yığılan hissəsində olduğu yeri göstərdiyi müəyyən edilir. DİN KTİ-nin 09 dekabr 2019-cu il tarixli məktubuna əsasən iş üzrə hadisə yerindən götürülmüş bütün əl izləri müqayisəli tədqiqat aparılması üçün həmin İdarəyə 05 dekabr 2019-cu il tarixdə, yəni hadisə yerinə baxış keçirilməsindən dərhal sonra təqdim edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyinə əlavə edilmiş bir ədəd zərfin içərisindəki on beş ədəd yapışqanlı lentlər və onların fotoşəkillərindən iş üzrə hadisə yerindən əl izlərinin götürüldüyü yapışqanlı lentlərdən yalnız birinə əl izinin “çaşka”-dan götürülməsi barədə qeydin yazıldığı, digər yapışqanlı lentlərə stəkandan əl izinin götürülməsi barədə qeydin yazılmadığı müəyyən edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hadisə yerinə baxış keçirilməsi zamanı əl izlərindən birinin cinayət hadisəsinin baş verdiyi yataq otağındakı şkafda olmuş fincandan götürülməsi, stəkandan isə əl izinin götürülməməsi, eləcə də bu halların hadisə yerinə baxış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmununda əks olunması ilə bağlı natamamlıq və ya qeyri-müəyyənlik yoxdur. Azərbaycan Respublikası CPM-in 236.5-ci maddəsinə əsasən baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 236.5-ci maddəsində müstəntiqə hadisə yerinə baxış keçirərkən müstəqil və ya mütəxəssisin köməyi ilə əşyanı götürmədən üzərindəki izləri gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalına görə götürmək səlahiyyəti verildiyinə görə müstəntiqin hadisə yerinə baxış keçirərkən üzərindən əl izini götürdüyü əşyanı götürməməsi həmin izin mötəbərliyi və sübut əhəmiyyətini istisna etmir. Çünki hadisə yerində üzərində əl izi aşkar edilmiş əşyadan daha çox, həmin iz sübut əhəmiyyəti daşıya bilər. Hadisə yerinə baxış zamanı əşya üzərində aşkar edilmiş əl izinin götürülməsi isə əşyanın və ya onun müvafiq hissəsinin qablaşdırılıb ekspertizaya təqdim edilməsi və əl izinin götürülməsinin ekspertin üzərinə qoyulması, yaxud hadisə yerində müvafiq əşyanın deyil, protokolda həmin əşya göstərilməklə yalnız üzərində olmuş əl izinin bilavasitə götürülməsi yolu ilə təmin edilə bilər. Əşyanın üzərində bir ədəd izin olması halında əşyanın qablaşdırılıb daşınması üzərindəki izin yararsız hala düşməsi ehtimalını yaratdığına görə əşyanın deyil, üzərindəki izin götürülməsi daha praktik olar. İş üzrə hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 bəzi qızıl-zinət əşyalarını saxlamasını göstərdiyi fincandan bir ədəd əl izi aşkar edilmişdir. Digər tərəfdən, hadisə yerindən götürülmüş əl izlərinin ekspert tədqiqatı üçün yararlı olub-olmayacağı, əgər yararlı olarsa, sübut əhəmiyyətinin olub-olmayacağı gələcəkdə araşdırma zamanı müəyyən edilməli olduğuna, belə olan halda cinayətin aləti olmamış, üzərindən maddi sübut kimi tanınma ehtimalı olan əl izi götürülmüş əşyaların da götürülməsi praktik olaraq əhəmiyyətsizdir. Əks halda, hadisə yerində üzərində əl izi aşkar edilmiş bütün əşyaların, eləcə də daşınması mümkün olmayan və ya çətin olan, eləcə də qiymətli əşyaların əl izi aşkar edilmiş hissəsinin götürülməsi mülkiyyətçinin hüquqlarının pozulması və əşyaların zədələnməsi ilə nəticələnə bilər. Məhkəmə göstərilənlərə əsasən iş üzrə hadisə yerinə baxış keçirilərkən üzərində əl izi aşkar edilmiş fincanın deyil, üzərində olmuş əl izinin bilavasitə götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 iş üzrə hadisə yerinə baxış keçirilərkən üzərindən əl izinin götürülməsini bildirdiyi bir ədəd fincanı təqdim etmişdir. İş üzrə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokolda üzərindən əl izinin götürüldüyü fincanın əlamətləri göstərilmədiyinə və ya həmin fincanın fotoşəkli protokola əlavə edilmədiyinə görə məhkəmə iş üzrə halların tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs1 vəsatətini, onun təqdim etdiyi fincana məhkəmə icasında baxış keçirilməsini və fincanın fotoşəklinin çəkilib protokola əlavə edilməsini təmin etmişdir. Baxış zamanı fincanın qulplu, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözünün olduğu müəyyən edilmişdir. Bundan sonra həmin fincan məhkəmə iclasında dövlət ittihamçısının təmin edilmiş müvafiq vəsatəti üzrə digər dörd ədəd fincanla birlikdə, qabaqcadan şahid qismində dindirilərkən onun əksər əlamətlərini bildirmiş Şahid3 Əlizamin oğluna tanınmaya təqdim edilmişdir. Sonuncu üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olan fincanı ona təqdim edilmiş fincanlar arasında göstərərək tanımış, iş üzrə hadisə yerinə baxış keçirilərkən məhz həmin fincandan əl izinin götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 iş üzrə cinayət hadisəsinin baş verməsindən əvvəl bəzi qızıl-zinət əşyalarını cinayət hadisəsinin baş verdiyi yataq otağındakı şkafın qab-qacaq yığılan hissəsinə qoyduğu, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olan fincanda saxlaması məhkəmə iclasında özünün verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş X20, X44 və X38 ifadələri ilə sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və X15 ifadələrində Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olan fincanın Fərqanə Bəşirova tərəfindən Zərərçəkmiş şəxs1 övladı X46 ad günü hədiyyəsi kimi alındığı və qutuda təqdim edildiyini göstərməklə iş üzrə hadisənin törədildiyi vaxt Zərərçəkmiş şəxs1 yaşadığı evdə müvafiq fincanın olmasını təsdiq etdiklərini də nəzərə alır. Məhkəmə yuxarıda göstərdiyi sübutlar, işin faktiki halları və onların bir-biri ilə uzlaşan qarşılıqlı əlaqəsinə əsasən iş üzrə hadisə yerinə baxış keçirilərkən bir ədəd əl izinin götürüldüyü fincanın məhz Zərərçəkmiş şəxs1 məhkəmə iclasında baxış keçirilməsi üçün təqdim etdiyi, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olan fincan olması barədə nəticəyə gəlir. Azərbaycan Respublikası CPM-in 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. İbtidai istintaq orqanı yuxarıda göstərilənlərə və məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyində hadisə yerinə baxış keçirilərkən “çaşka”dan götürülmüş bir ədəd əl izinin Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksləri ilə eynilik təşkil etməsinin göstərilməsinə, beləliklə də həmin əl izini cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etməsinə baxmayaraq, iş üzrə maddi sübut qismində tanımamışdır. Məhkəmə göstərilən səbəblərdən dövlət ittihamçısının verdiyi müvafiq vəsatət üzrə hadisə yerinə baxış keçirilərkən cinayət hadisəsinin baş verdiyi otaqdakı şkafın qab-qacaq yığılan hissəsində olmuş, üzərində avtomobil şəkli və “Ravin Bibisindən hədiyyə” sözü olan, beləliklə də cinayət işi materiallarında olan sübutlarının ümumi təhlili əsasında mənbəyi müəyyən edilmiş fincandan (“çaşka”) yapışqanlı lent vasitəsilə götürülmüş bir ədəd əl-barmaq izinin maddi sübut qismində tanınması barədə qərar qəbul etmişdir. “Çaşka” sözü rus dilindən Azərbaycan dilinə tərcümədə “fincan” sözünü ifadə edir. Azərbaycan dilinin orfoqrafiya lüğətində fincan sözü çay, qəhvə, su və s. içmək üçün kiçik, dairəvi, əsasən dəstəli, saxsı və ya çini qab, stəkan sözü isə piyalə, badə mənasını verir. Göstərilənlərə əsasən iş üzrə ibtidai istintaq aparmış müstəntiq Zərərçəkmiş şəxs1 cinayət hadisəsi zamanı oğurlanmış bəzi qızıl-zinət əşyalarını saxladığı və üzərindən əl izi götürülmüş əşyanı cinayət işi materiallarında Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən fincan adlandırmalı olduğu halda, hadisə yerinə baxış keçirilməsi haqqında protokolda stəkan (“çaşka”), Zərərçəkmiş şəxs1 və X9 Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi haqqında protokolda “çaşka”, bəzi dindirmə istintaq hərəkəti protokollarında və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda isə stəkan adlandırmaqla orfoqrafik səhvlərə yol vermişdir. Buna görə də məhkəmə hökmün iş üzrə törədildiyi müəyyən edilmiş cinayət əməlinə dair abzasında ibtidai istintaq orqanının yol verdiyi həmin yanlışlığı Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun şəkildə aradan qaldırmışdır. Azərbaycan Respublikası CPM-in 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Merabişvili Gürcüstana qarşı” işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan sübut” standartına cavab verən sübuta əsaslanmalıdır. Bu standarta əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə yuxarıda şərh edib qiymətləndirdiyi, faktlarla bağlı çıxardığı kifayət qədər ciddi, aydın və uzlaşan nəticələr və ya təkzibolunmaz ehtimallardan irəli gəlməklə “əsaslı şübhə yeri qoymayan sübut” standartına cavab verən sübutların məcmusuna əsaslanaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X30, X20, X35, məhkəmə istintaqı zamanı X44, X55, Şahid1, Şahid2 Mürsəl oğlu, X36 və Şahid4, ibtidai istintaq zamanı X6 verdikləri ifadələr, cinayət işi materiallarında olan, yuxarıda məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş bütün sənədlər, məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyi, Təqsirləndirilən şəxs mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə X24 göndərdiyi səsli mesaj, iş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş, maddi sübut qismində tanınmış bir ədəd əl izi məzmunları bir-biri və işin faktiki halları ilə tam üst-üstə düşən, işin faktiki hallarını özündə obyektiv şəkildə əks etdirən və qanuni yolla əldə edilmiş mötəbər sübutlar kimi qiymətləndirilməlidir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və X15 ifadələrində məhkəmə iclasında Zərərçəkmiş şəxs1 təqdim etdiyi fincanın Fərqanə Bəşirova tərəfindən Zərərçəkmiş şəxs1 övladı X76 İbayevin iştirakı olmadan qutuda təqdim edildiyini, sonuncunun ümumiyyətlə, həmin fincana əl vurmadığı və əvvəllər iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa daxil olmadığını bildirməklə həmin fincanın üzərindən Təqsirləndirilən şəxs məxsus əl izinin aşkar edilməsini istisna etdiklərini, həmçinin Zərərçəkmiş şəxs1, Ravin Bəşirov, X20 və X25 da ifadələrində əvvəllər Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsinin baş verdiyi otağa daxil olmadığını bildirmələrini, sonuncunun məhkəmə istintaqı zamanı ifadəsində iş üzrə hadisənin baş verdiyi evə hadisənin baş verməsindən əvvəl sonuncu dəfə 28 noyabr 2019-cu il tarixdə getməsi, bu zaman orada Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi fincanda deyil, qəhvəyi rəngli fincanda çay və ya su içdiyini göstərdiyi halda, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində həmin evə iş üzrə hadisənin baş verməsindən əvvəl sonuncu dəfə 02 dekabr 2019-cu il tarixdə getməsini ziddiyyətli şəkildə bildirməsini, məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 və Dünyaxanım Bəşirova ilə üzləşdirilməsi zamanı verdiyi ifadələrində də iş üzrə hadisənin baş verdiyi evə 02 dekabr 2019-cu il tarixdə getməsini təsdiq etmədiyini bildirməsini, Zərərçəkmiş şəxs1, Dünyaxanım Bəşirova, Səadət Bəşirova, Zeynəb Bəşirova və Ravin Bəşirovun məhkəmə istintaqı zamanı ifadələrində Təqsirləndirilən şəxs 28 noyabr 2019-cu il tarixdə iş üzrə hadisənin baş verdiyi evə gəlmədiyini bildirmələrini də nəzərə alır. Buna görə də Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsinin baş verdiyi evdə 28 noyabr 2019 və ya 02 dekabr 2019-cu il tarixdə olması cinayət işi materialları ilə tam təkzib edilir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs, arvadı X26 və atası X45, məhkəmə istintaqı zamanı qohumu X6 verdikləri ifadələrinin Təqsirləndirilən şəxs iş üzrə baş vermiş cinayət hadisəsinə aidiyyətinin olmaması ilə əlaqəli olan hissələri cinayət işi materialları ilə tam təkzib edildiyinə görə müvafiq olaraq cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədilə, özünü müdafiə etmək və ya yaxın qohumuna qarşı ifadə verməmək hüququndan irəli gələn dəlil kimi qiymətləndirilərək əsassız hesab edilir, sübut kimi nəzərə alınmır, işin faktiki hallarına uyğun gələn digər hissələri isə sübut kimi qiymətləndirilir. Həmçinin, cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2019-cu il tarixli protokolda hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Mirzəli kəndində yaşadığı evin pəncərəsinin bir tayının açıq vəziyyətdə olduğu, həyətdə pəncərənin açıq vəziyyətdə olmuş tayının aşağı tərəfində bir ədəd stul, sonuncunun əksər cehiz əşyalarının olduğu yataq otağında oğurluq hadisəsinin baş verməsinə xarakterik olan dağınıqlıq olması müəyyən edildiyinə, bu hallar məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hadisə yerinə baxışda iştirak etmiş sonuncu ilə yanaşı, Şahid1, Şahid2 Mürsəl oğlu, Şahid3 Əlizamin oğlu, X36 və Şahid4, eləcə də hadisənin baş verdiyi gün həmin evdə olmuş X44 və X55, hadisə yerinə sonradan gəlmiş X20 və X21 ifadələri ilə də təsdiq edildiyinə, eləcə də Zərərçəkmiş şəxs1, Zeynəb Bəşirova və Ravin Bəşirov ifadələrində 04 dekabr 2019-cu il tarixə keçən gecə yuxudan oyanıb dəhlizə çıxarkən evə giriş qapısı və həyətin qarşı tərəfinə açılan evin pəncərəsinin açıq vəziyyətdə olmasını gördüklərini bildirdiklərinə görə məhkəmə Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini 04 dekabr 2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin Cəlilabad rayonu, Mirzəli kəndində yerləşən, yaşadıqları evə həyətin qarşı tərəfinə açılan pəncərəsinin örtülü olsa da, cəftəsindən bağlanmadığına görə hər hansı zədə yetirmədən açdığı layından daxil olduqdan sonra törətdiyi barədə nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını və cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin düzgün tövsif edilməsi üçün aşağıdakı qaydada təhlil aparılmasını zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində yaşayış sahəsinə qanunsuz daxil olmaqla, külli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki,: - ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə irəli sürdüyü ittihamın məzmununda onun zərərçəkmiş şəxslərin yaşadığı evdən məhkəmənin müəyyən etdiyi növ, say və dəyərlərdə olan qızıl-zinət əşyaları, eləcə də 15000,00 manatla yanaşı, yataq otağındakı sandıqdan 19500,00 ABŞ dolları və 1200000,00 Rusiya rublu məbləğində xarici valyutaları da oğurladığı barədə nəticəyə gəlmişdir. - Zərərçəkmiş şəxslər X56 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək sonuncudan iş üzrə törətdiyi cinayət əməli nəticəsində onlara vurduğu maddi ziyana görə cəmi 89450,00 manat, bunun nəticəsində vurduğu mənəvi ziyana görə 5000,00 manat və ödədikləri dövlət rüsumuna görə 30,00 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X56 və Zərərçəkmiş şəxs2 yaşadıqları evin müvafiq otağındakı sandıq və əl izinin götürüldüyü fincandan məhkəmənin müəyyən etdiyi növ, say və dəyərlərdə qızıl-zinət əşyaları, sandıqdan həm də 15000,00 manat məbləğində pul oğurlaması bütövlükdə cinayət işinin faktiki halları ilə, həmin qızıl-zinət əşyalarının növ, say və dəyərinin məhkəmənin müəyyən etdiyi məzmunda olması isə sonuncular və X9 məhkəmə istintaqı və ibtidai istintaq, X44 və X38 məhkəmə istintaqı zamanı verdikləri ifadələr, cinayət işi materiallarında olan, Zərərçəkmiş şəxs2 RF-dən qızıl-zinət əşyalarını almasını təsdiq edən birka və ödəniş qəbzləri, özü və ailə üzvlərinə aid olan fotoşəkillərdə müvafiq qızıl-zinət əşyalarının üzərilərində əks olunması ilə ümumi qaydada sübut edilir. Azərbaycan Respublikası CPM-in: 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq, mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Zərərçəkmiş şəxslər X56 və Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə iş üzrə törədilmiş cinayət hadisəsi zamanı yaşadıqları evdən oğurlanmış 19500,00 ABŞ dolları məbləğində pul vəsaitlərinin tam şəkildə 27 dekabr 2017-ci il tarixdə, 1200000,00 Rusiya rublu məbləğində pul vəsaitlərinin isə hissə-hissə xatırlamadıqları müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikası ərazisində deyil (iş üzrə oğurlandığı müəyyən edilmiş 15000,00 manat məbləğində pul vəsaitlərindən fərqli olaraq), RF ərazisində əldə edildiyi, oradan üzərində Azərbaycan Respublikasına sərhəd nəzarət məntəqəsindən keçirilməklə gətirildiyini göstərdiklərinə görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın ABŞ dolları və Rus rublunda ifadə olunan xarici valyuta vəsaitlərinə münasibətdə olan hissəsinə düzgün hüquqi qiymət verilməsi və verilmiş mülki iddianın həmin hissədə düzgün həll edilməsi üçün işin hallarına Azərbaycan Respublikası MPM-in cinayət mühakimə icraatının prinsiplərinə zidd olmayan norması və digər qanunvericilik normalarının aşağıda göstərilən qaydada tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in cinayət mühakimə icraatının prinsiplərinə zidd olmayan, “Sübutların mümkünlüyü” adlanan 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsi konkret sübut edilməli olan halın yalnız qanunda və ya digər normativ hüquqi aktda göstərilmiş konkret sübutetmə vasitəsi və ya növü ilə sübut edilməli və ya təsdiq edilməli olduğunu tələb etməklə, həmin halın sübut edilməsi üçün sübutetmə vasitəsinə dair qanuni məhdudiyyət yaradır, həmin halın qanunda və digər normativ hüquqi aktda göstərilməmiş sübutetmə vasitəsi və ya növü ilə sübut edilə bilməyəcəyini müəyyən edir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli, 16/1 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən fiziki şəxslər xarici valyutanı gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Gömrük Məcəlləsinin: 1.0.34-cü maddəsinə əsasən mallar dedikdə, həm də valyuta sərvətləri nəzərdə tutulur. 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 121.10-cu maddəsinə əsasən malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, qanunvericilikdə fiziki şəxsin üzərinə Azərbaycan Respublikasına xarici valyutanı nağd şəkildə gətirmək üçün bu halı gömrük bəyannaməsi ilə gömrük orqanlarına bəyan etməklə gömrük prosedurlarına əməl etmək vəzifəsi qoyulmuşdur. Buna görə də Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələbinə uyğun olaraq, fiziki şəxsin Azərbaycan Respublikasına hansı növ və məbləğlərdə xarici valyuta gətirməsi digər sübut növləri, o cümlədən ifadələrlə deyil, yalnız həmin halı gömrük orqanlarına bəyan etdiyi gömrük bəyannaməsi ilə təsdiq edilə və ya sübut edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.İ. maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. - 63.İİ maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in: - 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. - 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinin məzmununa görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən sübutun mümkünlüyü ilə bağlı qeyd etdiyi mülki-prosessual və aidiyyəti digər qanunvericilik normaları, eləcə də cinayət-prosessual qanunvericiliyin təqsirzislik prezumpsiyası hüququna dair göstərdiyi müddəalarını Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 19500,00 ABŞ dolları və 1200000,00 Rus rublu məbləğində xarici valyutalara münasibətdə olan hissəsinə tətbiq edərək belə qənatə gəlir ki, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququ Zərərçəkmiş şəxs2 hansı tarixlərdə üzərində RF-dən Azərbaycan Respublikasına gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan etmədən gətirdiyi xarici valyutaların növ və məbləğlərinin dəqiq müəyyən edilməsini tələb edir. Bu halların iş üzrə zərərçəkmiş şəxslərin ifadələri ilə göstərdikləri məzmunda gömrük bəyannaməsi olmadan müəyyən edilməyə cəhd edilməsi Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələbinə zidd olmaqla yanaşı, ehtimal xarakterli nəticələr, beləliklə də Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasına gətirdiyi, iş üzrə cinayət hadisəsinin törədildiyi zaman zərərçəkmiş şəxslərin yaşadığı evdə olmuş xarici valyutaların növ və məbləğlərinə münasibətdə konkret olaraq sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaradır. İbtidai istintaq orqanı Zərərçəkmiş şəxs2 19500,00 ABŞ dolları və 1200000,00 Rus rublu məbləğində xarici valyutaları üzərində RF-dən Azərbaycan Respublikasına gətirməsi və nəticədə həmin pul məbləğlərinin Təqsirləndirilən şəxs tərəfindən iş üzrə cinayət hadisəsinin törədildiyi zaman oğurlanmasını cinayət işi materialları ilə yuxarıda şərh edilən qaydada, qanunvericiliyin tələbinə uyğun şəkildə sübut edə bilməmişdir. Eləcə də, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və onların nümayəndəsi müvafiq faktları təsdiq edəcək mümkün sübutu barəsində dəfələrlə müzakirə və mübahisə aparsalar da, məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə yaşadığı evdən oğurlanmış 19500,00 ABŞ dolları və 1200000,00 Rusiya rublu məbləğində xarici valyutaları RF-dən Azərbaycan Respublikasına gətirərkən müvafiq zərurət olmadığını zənn etdiyinə görə gömrük orqanına bəyan etmədiyini, bununla bağlı gömrük bəyannaməsi təqdim etmədiyini göstərmiş, həmin 19500,00 ABŞ dolları məbləğində xarici valyutanı 25 dekabr 2017-ci il tarixdə RF-in Krasnoyarsk şəhərində fəaliyyət göstərmiş “Yenisey” bankında, üzərində müvafiq məbləğdə olmuş Rusiya rubllarına dəyişməklə əldə etdiyini göstərsə də, bunu təsdiq edən bank qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi, RF-də fəaliyyət göstərmiş "xxxx" MMC tərəfindən təsdiq edilmiş bank qəbzləri əsasında onun adına olmuş bank hesabına 20 avqust 2018-ci il tarixdən 22 may 2019-cu il tarixədək cəmi 1546330,00 Rusiya rublu məbləğində pul vəsaitlərinin köçürülməsi, eləcə də “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 25 mart 2020-ci il tarixli protokol (İ cild, səh. 75) əsasında həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən X22 verdiyi iki ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq pul vəsaitləri ilə yanaşı, iki ədəd 5000-lik Rusiya rublunun sonuncu tərəfindən ibtidai istintaq orqanına təqdim edilməsi və iş üzrə qablaşdırılıb götürülməsi müəyyən edilsə də, göstərilən hallar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələbi baxımından müvafiq olaraq Zərərçəkmiş şəxs2 göstərilən məbləğdə Rusiya rublunu Azərbaycan Respublikasına gətirməsini və Təqsirləndirilən şəxs tərəfindən iş üzrə Zərərçəkmiş şəxs2 yaşadığı evdən Rusiya rublunda ifadə olunan pul vəsaitlərini oğurladığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən Zərərçəkmiş şəxs2 RF-də əldə etdiyinə dair sübutlar təqdim etdiyi pul vəsaitlərini, həmçinin RF vətəndaşı olması, ilin əksər vaxtlarında orada yaşayıb fəaliyyət göstərməsinə görə orada göstərdiyi fəaliyyətinə və ya digər istiqamətlərə xərcləməsi, Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olmuş, saxlamaq üçün X22 verdiyi iki ədəd 5000-lik Rusiya rublunu isə məhkəmə istintaqı zamanı təqdim etdiyi Azərbaycan Respublikası vətəndaşının P ******* nömrəli xarici pasportuna əsasən əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə 23 iyun 2019-cu il tarixdən 26 avqust 2019-cu il tarixə, 15 sentyabr 2019-cu il tarixdən 21 sentyabr 2019-cu il tarixə kimi RF-də olması müəyyən edildiyinə görə oradan əldə etməsi barədə Təqsirləndirilən şəxs xeyrinə şərh edilməli olan, aradan qaldırılması mümkün olmayan əsaslı şübhələrin mövcud olduğunu da nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cinayət işi materialları ilə iş üzrə cinayət hadisəsinin törədildiyi zaman Zərərçəkmiş şəxs2 Cəlilabad rayonu, Mirzəli kəndində yaşadığı evdə 19500,00 ABŞ dolları və 1200000,00 Rus rublu məbləğində xarici valyutaların olması, nəticədə onların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması sübut edilmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs, arvadı X26 və atası X45, məhkəmə istintaqı zamanı qohumu X6 şahid qismində verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı X56 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs, X30, X20 və X21 şahid, məhkəmə istintaqı zamanı X44, X55, Şahid1, Şahid2 Mürsəl oğlu, Şahid3 Əlizamin oğlu, X36 və Şahid4 və X33 şahid, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X6 ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, yuxarıda məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edildiyi göstərilmiş bütün istintaq hərəkəti protokolları (o cümlədən, müvafiq məhkəmə iclas protokolunun Zərərçəkmiş şəxs1 təqdim etdiyi fincana baxış keçirilməsi və həmin fincanın Şahid3 tanınmaya təqdim edilməsi barədə olan hissələri) və sənədlər, o cümlədən məhkəmə-daktiloskopik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 20/423 R nömrəli rəyi, Təqsirləndirilən şəxs mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə X24 göndərdiyi səsli mesaj, iş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş, maddi sübut qismində tanınmış bir ədəd əl izi və ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2020-ci il tarixli, 1131 nömrəli rəyi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində müvafiq olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, cinayət işi materialları ilə Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda X56 və Zərərçəkmiş şəxs2 yaşadıqları evə qanunsuz daxil olmaqla onlara məxsus cəmi 24500,00 manat məbləğində, pul və qızılzinət əşyalarında ifadə olunan əmlakları xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talaması sübut edildiyinə, sonunculara məxsus 19500,00 ABŞ dolları və 1200000,00 Rus rublu məbləğində xarici valyutaları gizli olaraq talaması isə sübut edilmədiyinə görə: - ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə qiymətləndirilmiş əməli həmin maddədən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə 15000,00 manat məbləğində pul, hər birinin dəyəri 1500,00 manat olan bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl saat, dəyəri 1000,00 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 500,00 manat olan üç cüt qızıl sırğa və beş ədəd qızıl üzüyü gizli talamaqla vurduğu maddi ziyana görə cəmi 24500,00 manat, beləliklə də bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurması səbəbindən vurduğu mənəvi ziyana görə ağlabatan və ədalətli olması meyarları əsasında 2500,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat olmaqla, ümumilikdə 27030 (iyirmi yeddi min otuz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia qalan hissələrdə təmin edilməməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 24). - Bakı şəhəri, Qaradağ RİHB-nın Puta qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli arayış və xasiyyətnamə, AZ-İ 111602 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olsa da, arvadı və 27 iyul 2007-ci il təvəllüdlü olmaqla bir nəfər yetkinlik yaşına çatmamış uşağı ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İİ cild, səh. 63, 88, 89). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, əvvəllər məhkum olunmaması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməməsi və törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyandan hər hansı məbləğdə ödəməməsinə görə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə, yəni 4 (dörd) il müddətə təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduğuna görə barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, məhkəmə iclasında dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 mart 2020-ci il tarixli protokolda (İ cild, səh. 101) Təqsirləndirilən şəxs həmin tarixdə iş üzrə şübhəli şəxs qismində tutulduğu və onun barəsində həbs qətimkan tədbirinin seçildiyi Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2020-ci il tarixli, 4(073)68/2020 nömrəli qərarında (İ cild, səh. 132, 133) həbsdə olma müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 28 mart 2020-ci il tarixdən hesablandığı göstərilsə də, məhkəmə DİN KTİ-nin 01 fevral 2020-ci il tarixli məktubu və sonuncunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair telefon, o cümlədən anten dairəsinə dair məlumatların əldə edilməsindən sonra Cəlilabad RPŞ-nin rəisi olmuş Mübariz Quliyevin imzaladığı, iş üzrə ibtidai istintaq aparmış müstəntiqə ünvanladığı 25 mart 2020-ci il tarixli, 147/0054-1119 nömrəli məktubda Təqsirləndirilən şəxs iş üzrə törədilmiş cinayət hadisəsində şübhəli olduğuna görə dindirilməsi üçün təqdim edilməsinin göstərilməsi, həmin tarixdə sonuncudan şahid qismində dindirildikdən sonra Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən, yaşadığı evə baxış keçirilməsinə razı olduğu barədə yazılı ərizə (İ cild, səh. 90) alınsa da, “Yaşayış sahəsində axtarış aparılması haqqında” 25 mart 2020-ci il tarixli protokola (İ cild, səh. 91-93) əsasən yaşadığı evdə axtarışın həmin tarixdə saat 16:00-dan 17:30-a qədər özünün deyil, atası X45 iştirakı ilə aparılması, özü, atası və arvadı X17 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdən Cəlilabad RPŞ-də faktiki olaraq saxlanıldığı və yaşadığı evə buraxılmadığını göstərmələrinə əsaslanaraq Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdən Cəlilabad RPŞ-də saxlanılmaqla azadlığının faktiki məhdudlaşdırıldığı barədə nəticəyə gəlir. Cinayət işi materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 4(106)65/2020-ci il tarixli qərarı (İİ cild, səh. 26-28) ilə Təqsirləndirilən şəxs barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həmin qətimkan tədbirinin sonuncu müddəti 06 dekabr 2020-ci il tarixdə bitdiyinə görə ibtidai istintaq orqanı 16 yanvar 2021-ci il tarixli qərarla (İİİ cild, səh. 126-129) Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək azadlığının faktiki məhdudlaşdırıldığı, şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 11 (on bir) gün müddət ona təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 99-2 və 99-3-cü maddələrinə əsasən iş üzrə Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl X18 verdiyi, sonuncunun ibtidai istintaq orqanına təqdim etdiyi, maddi sübut qismində tanınaraq Cəlilabad RPŞ-də saxlanılan iki ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və iki ədəd 5000-lik Rus rubllarında ifadə olunan pul əskinasları xüsusi müsadirə edilməli, təmin edilmiş mülki iddianın müvafiq hissədə ödənilməsi üçün Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 verilməlidir. İş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş və məhkəmə istintaqı zamanı maddi sübut qismində tanınmış bir ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi materiallarında olan 09 sentyabr 2021-ci il tarixli, 4/522 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyi Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı olmadığına görə həmin rəy üzrə ekspert tədqiqatının dəyərini təşkil edən 106 (bir yüz altı) manat məbləğində pul sonuncudan tutula bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdən 06 dekabr 2020-ci il tarixədək azadlığının faktiki məhdudlaşdırıldığı, şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 11 (on bir) gün müddət ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin. O, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə 15000,00 manat məbləğində pul, hər birinin dəyəri 1500,00 manat olan bir ədəd qızıl sep, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl saat, dəyəri 1000,00 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 500,00 manat olan üç cüt qızıl sırğa və beş ədəd qızıl üzüyü gizli talamaqla vurduğu maddi ziyana görə cəmi 24500,00 manat, mənəvi ziyana görə isə 2500,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat olmaqla, ümumilikdə 27030 (iyirmi yeddi min otuz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissələrdə təmin edilməsin. Azərbaycan Respublikası CM-in 99-2 və 99-3-cü maddələrinə əsasən iş üzrə Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl X18 verdiyi, sonuncunun ibtidai istintaq orqanına təqdim etdiyi, maddi sübut qismində tanınaraq Cəlilabad RPŞ-də saxlanılan iki ədəd 100 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və iki ədəd 5000-lik Rus rubllarında ifadə olunan pul əskinasları xüsusi müsadirə edilsin, təmin edilmiş mülki iddianın müvafiq hissədə ödənilməsi üçün Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 verilsin. İş üzrə hadisə yerinə baxış keçirilərkən fincandan götürülmüş və məhkəmə istintaqı zamanı maddi sübut qismində tanınmış bir ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar