Məhkəmə qərarları › İş №1(099)-6/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-6/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-6/2024 14.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X40, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı3, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə4, Zərərçəkmiş şəxs3 və qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 (yetkinlik yaşına çatmadığı müddətdə qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1), Təqsirləndirilən şəxs1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, mütəxəssis- müəllim X19 iştirakları ilə, xx xxxxxxxx 2006-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ortaixtisas təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1 və 182.2.2-ci, 02 avqust 2000-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, 1-ci dərəcə gözdən əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Cəlilabad rayonunun Şıxlar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 14 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində həmkəndlisi xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən Qanuni nümayəndə3 məxsus evin ikinci mərtəbəsində yerləşən yataq otağında onu zorla qollarından tutub döşəmənin üzərinə yıxaraq, əynində olan şalvarını soyundurub üzərinə uzanmaqla, qeyritəbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinayətkar niyyətini həyata keçirmək üçün ona zor tətbiq edərək iradəsinə zidd köməksiz vəziyyətindən istifadə etməklə cinsi ehtirasını təmin etmək üçün özü də cinsiyyət orqanını şalvarından çıxarıb qəsdən sonuncunun anus dəliyinə daxil edib, onunla anus dəliyi vasitəsilə arxa keçəcəkdən cinsi əlaqədə olmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən, 14 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında qohumu xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən yaşadıqları Qanuni nümayəndə3 məxsus olan evin yataq otağında onun köməksiz vəziyyətdə olmasından istifadə edib döşəmənin üzərində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinsiyyət orqanını şalvarından çıxarıb, qəsdən onun anus dəliyinə toxundurmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o təkrarən, 2021-ci ilin oktyabr ayının əvvəllərində qohumu xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən yaşadıqları Qanuni nümayəndə3 məxsus olan evin yataq otağında onun köməksiz vəziyyətdə olmasından istifadə edib döşəmənin üzərində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinsiyyət orqanını şalvarından çıxarıb qəsdən onun anus dəliyinə daxil edib, onunla anus dəliyi vasitəsilə arxa keçəcəkdən cinsi əlaqədə olmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən, 09 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində həmkəndlisi xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən X10 məxsus yaşayış olmayan evin həyətyanı sahəsində yerləşən tövlədə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinayətkar niyyətini həyata keçirtmək üçün sonuncuya zor tətbiq edərək qollarından tutub zorla divara söykəyərək, əynində olan şalvarını aşağı çəkdikdən sonra iradəsinə zidd olaraq köməksiz vəziyyətindən istifadə etməklə cinsi ehtirasını təmin etmək üçün özü də cinsiyyət orqanını şalvarından çıxarıb, qəsdən onun anus dəliyinə toxundurmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2021-ci ilin noyabr ayının sonlarında həmkəndlisi xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən X12 məxsus yaşayış olmayan evin otaqlarından birində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinayətkar niyyətini həyata keçirmək üçün sonuncuya zor tətbiq edərək qollarından tutub zorla yerə yıxaraq əynində olan şalvarını aşağı çəkdikdən sonra iradəsinə zidd olaraq cinsi ehtirasını təmin etmək üçün özü də cinsiyyət orqanını şalvarından çıxarıb, qəsdən onun anus dəliyinə toxundurmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2021-ci ilin noyabr ayının sonlarında həmkəndlisi 25 avqust 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 on dörd yaşına çatmadığını aşkar surətdə bildiyi halda Cəlilabad rayonu, Şıxlar kəndində yerləşən X12 məxsus yaşayış olmayan evin otaqlarından birində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə cinayətkar niyyətini həyata keçirtmək üçün sonuncuya zor tətbiq edərək qollarından tutub zorla yerə yıxaraq əynində olan şalvarını aşağı çəkdikdən sonra iradəsinə zidd olaraq cinsi ehtirasını təmin etmək üçün özü də cinsiyyət orqanını şalvarından çıxarıb, qəsdən onun anus dəliyinə toxundurmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2021-ci ilin noyabr ayının əvvəllərindən 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda Cəlilabad rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs1 onunla və həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatları yayacağı ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 09 noyabr 2021-ci il tarixdə 10 (on) manat, 11 noyabr 2021-ci il tarixdə 10 (on) manat, 2021-ci ilin noyabr ayının ortlarından sonunadək olan dövr ərzində ümumilikdə 49 (qırx doqquz) manat, 2021-ci ilin dekabr ayının əvvəllərində ayrı-ayrı vaxtlarda 200 (iki yüz) manat, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında Cəlilabad rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs2 onun özü ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun və digər həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatları yayacaqları ilə hədələməklə 2022-ci ilin yanvar ayı ərzində ayrı-ayrı vaxtlarda Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində ondan üç dəfə 100 (bir yüz) manat, bir dəfə 50 (əlli) manat, ümumilikdə 350 (üç yüz əlli) manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə tələb etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci ilin mart ayının sonlarından 08 aprel 2022-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda digər həmkəndlisi Zərərçəkmiş şəxs1 onunla və həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatları yayacaqları ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 2022-ci ilin mart ayının sonlarında ayrı-ayrı vaxtlarda 100 (bir yüz) manat, 300 (üç yüz) manat, 220 (iki yüz iyirmi) manat, 200 (iki yüz) manat pulu, iki ədəd beş minlik rus rublundan ibarət 204 (iki yüz dörd) manat, 100 (bir yüz) ABŞ dollarından ibarət 170 (bir yüz yetmiş) manat, iki ədəd iki minlik rus rublundan ibarət 81 (səksən bir) manat 60 (altmış) qəpik, 2022-ci ilin aprel ayının 01-08 tarixlərində 200 (iki yüz) ABŞ dollarından ibarət 340 (üç yüz qırx) manat, 25.000 (iyirmi beş min) rus rublundan ibarət 535 (beş yüz otuz beş) manat, 10.000 (on min) rus rublundan ibarət 214 (iki yüz on dörd) manat, 08 aprel 2022-ci il tarixdə 20.000 (iyirmi min) rus rublundan ibarət 428 (dörd yüz iyirmi səkkiz) manat, ümumilikdə 2.792 (iki min yeddi yüz doxsan iki) manat 60 (altmış) qəpik pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında digər həmkəndlisi Zərərçəkmiş şəxs1 onunla və həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatları yayacaqları ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 07 may 2022-ci il tarixdə 100 (bir yüz) manat, 09 may 2022-ci il tarixdə 200 (iki yüz) manat, ümumilikdə 300 (üç yüz) manat pulu, zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə tələb etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2021-ci ilin noyabr ayının əvvəllərindən 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda digər həmkəndliləri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatlar yayacaqları ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 09 noyabr 2021-ci il tarixdə 10 (on) manat, 11 noyabr 2021-ci il tarixdə 10 (on) manat, 2021-ci ilin noyabr ayının ortalarından sonunadək olan dövr ərzində ümumilikdə 49 (qırx doqquz) manat, 2021-ci ilin dekabr ayının əvvəllərində ayrı-ayrı vaxtlarda 200 (iki yüz) manat, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən, cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan həmkəndlisi Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında digər həmkəndlisi Zərərçəkmiş şəxs2 Elçinlə cinsi əlaqədə olması barədə həqiqətəuyğun və digər həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatlar yayacaqları ilə hədələməklə 2022-ci ilin yanvar ayı ərzində ayrı-ayrı vaxtlarda Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində ondan üç dəfə 100 (bir yüz) manat, bir dəfə 50 (əlli) manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə tələb etmişdir. Bundan başqa o, təkrarən, cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan həmkəndlisi Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci ilin mart ayının sonlarından 08 aprel 2022-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda digər həmkəndlisi Zərərçəkmiş şəxs1 Elçinlə və həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatlar yayacaqları ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 2022-ci ilin mart ayının sonlarında ayrı-ayrı vaxtlarda 100 (bir yüz) manat, 300 (üç yüz) manat, 220 (iki yüz iyirmi) manat, 200 (iki yüz) manat, iki ədəd beş minlik rus rublundan ibarət 204 (iki yüz dörd) manat, 100 (bir yüz) ABŞ dollarından ibarət 170 (bir yüz yetmiş) manat, iki ədəd iki minlik rus rublundan ibarət 81 (səksən bir) manat 60 (altmış) qəpik, 2022-ci ilin aprel ayının 01-08 tarixlərində 200 (iki yüz) ABŞ dollarından ibarət 340 (üç yüz qırx) manat, 25.000 (iyirmi beş min) rus rublundan ibarət 535 (beş yüz otuz beş) manat, 10.000 (on min) rus rublundan ibarət 214 (iki yüz on dörd) manat, xx.xx.2022-ci il tarixdə 20.000 (iyirmi min) rus rublundan ibarət 428 (dörd yüz iyirmi səkkiz) manat, ümumilikdə 2.792 (iki min yeddi yüz doxsan iki) manat 60 (altmış) qəpik pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən, cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan həmkəndlisi Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında digər həmkəndlisi Zərərçəkmiş şəxs1 Elçinlə və həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun, eyni zamanda digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatlar yayacaqları ilə hədələməklə yaşadıqları Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində 07 may 2022-ci il tarixdə 100 (bir yüz) manat pulu, 09 may 2022-ci il tarixdə 200 (iki yüz) manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 onun dayısı oğludur, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə həmkəndliləri olmaqla, uzaq qohumlarıdır. Onlarla ədavət və ya düşmənçiliyi yoxdur. Dayıoğlusu Mirvahidlə bir evdə yaşamış, birlikdə böyümüşlər. Zərərçəkmiş şəxslərə qarşı qeyri-etik hərəkətləri olmamışdır. Mirpolad barəsində olan ekspert rəyi də təsdiq edir ki, ona qarşı seksual xarakterli hərəkətlər etməmişdir. Dayısı Qanuni nümayəndə3 ifadəsində bildirmişdir ki, Şahid1 ona sərf edən ekspert rəyi alması üçün ekspertə pul vermiş, bununla da Rəhimin məqsədi onu tutdurmaq olmuşdur. 09 may 2022-ci il tarixdə evdə olarkən dayısı Fuad gəlib onunla işi olduğunu deyərək çağırmış, Əzizlə birlikdə üçü də gedərkən Rəhimlə oğlu Fədail avtomobillə qarşılarına çıxmışlar. Onlar həmin avtomobilə əyləşmişlər. Rəhimgil onları kəndin çıxacağında yerləşən ağaclıq sahəyə aparmışlar. Azyaşlı olmasına baxmayaraq Rəhimgil onun əl-ayağını bağlayıb döymüş, ona evlərindən pul oğurlandığını bildirmiş, Mirdəyanətlə cinsi əlaqədə olması barədə nəsə deməmişlər. Döyülməyi barədə dəfələrlə desə də, heç kim onu dinləməmişdir. İbtidai istintaqda heç bir ifadə verməmiş, ona qarşı irəli sürülən ittihamı qəbul etməmişdir. Müstəntiq qarşısına sənədlər qoyaraq ona imzalatdırmışdır. Belə ki, müstəntiq Şahid4 19 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək onu qanunsuz olaraq öz otağında və Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasındakı digər otaqlarda saxlamışdır. Çıxılmaz vəziyyətdə olduğu üçün həmin sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, artıq üçüncü ildir ki, həbsdədir və bu müddət ərzində heç vaxt cinayət törətdiyini deməmişdir. Zərərçəkmiş şəxslər ondan yaşca kiçik olduqlarından azyaşlı olduqlarını bilmişdir. Onu və Təqsirləndirilən şəxs1 döyənlər Şahid1 və sonuncunun oğlu Fədail olmuşlar. Rəhimlə Fədail onlara Mirdəyanətə hədəqorxu gəlib, ondan pul aldıqlarını demişlər. Onlar öz növbələrində belə bir hərəkət etmədiklərini bildirsələr də, qarşı tərəf onları dinləməmişdir. Daha sonra dayısı Fuad gələrək onları Rəhimgildən xilas etmişdir. Növbəti gün, yəni 10 may tarixində Biləsuvar rayonuna, anasının yanına getmiş və 19 may tarixinədək orada qalmışdır. Həmin tarixdə dayısı Fuad gəlib onu Cəlilabad Rayon Polis Şöbəsinə aparmışdır. Müstəntiq onu bir gün öz otağında, daha sonra isə başqa otaqlarda saxlamışdır. Rəhimgil tərəfindən döyülməsi barədə müstəntiqə bildirmişdir. Döyüldükdən sonra şöbəyə aparılanadək keçən müddət ərzində hər hansı şikayət etməmiş, buna səbəb kimi dayısının arada qohumluq münasibətləri olduğunu əsas gətirərək şikayət etməməsini istədiyini göstərmişdir. Polis şöbəsinə gedərkən mobil telefonunu evdə qoymuş, sonradan evdəkilər telefonunu gətirmişlər. Əziz ondan əvvəl polis şöbəsinə gətirilmiş, lakin şöbədə Əzizi görməmişdir. Ekspert rəyində Mirdəyanətə qarşı məhz onun seksual xarakterli hərəkətlər etdiyi qeyd olunmamışdır. Mirdəyanətin ifadəsində ona qarşı dediklərini qəbul etmir. Mirdəyanətin ailəsinin onun dayısı ilə ədavəti olmasa da, əvvəllər ata tərəfi ilə ədavətləri olmuşdur. Zərərçəkmiş şəxslərdən pul almamış, Əzizin də onlardan pul aldığını görməmiş, kimisə “şantaj” etdiyinin şahidi olmamışdır. Sonuncunun görmə qabiliyyəti zəif olduğundan kimisə “şantaj” edə bilməzmiş. Əzizlə arasında üzləşdirmə keçirilməmişdir. Müstəntiq Şahid4 tərəfindən döyülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 həmkəndlisidir. Onunla və ailə üzvləri ilə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, yeni doğulan zaman atası onları tərk etmiş və həmin vaxtdan etibarən anası Qanuni nümayəndə1 ilə birlikdə dayısı Qanuni nümayəndə3la birgə sonuncuya məxsus olan evdə yaşamışdır. İki il öncə anası Biləsuvar rayon sakini Əli Əsgərov ilə ailə həyatı qurmuş və həmin vaxtdan etibarən Biləsuvar rayonunda yaşamağa başlamış, o isə dayısı Fuadgillə birlikdə yaşamağa davam etmişdir. 14 sentyabr 2021-ci il tarixdə babası Əlaydının vəfat etməsinin il dönümü imiş. Həmin mərasim dayısı Fuadın yaşadığı evdə təşkil edilmişdir. Həmin gün saat 20 radələrində Rəhim oğlu Mirdəyanətlə birlikdə həmin məclisə gəlmiş, saat 21 radələrində Mirdəyanəti yanına çağıraraq, ona həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə məlumatı olduğunu, o və Mirvahid ilə də cinsi əlaqədə olmazsa atasına bu barədə məlumat verəcəyini demişdir. Bir neçə dəfə Mirpolad ilə Mirdəyanəti yaşayış olmayan evlərdə oynayarkən görmüş, bu səbəbdən onların bir-birləri ilə cinsi əlaqədə olmalarından şübhələnirmiş, lakin, onları cinsi əlaqədə olarkən görməmişdir. Mirdəyanət də həmin vaxt ona Mirpolad ilə cinsi əlaqədə olmadığını söyləmişdir. Mirdəyanətə atasına bu barədə söyləyəcəyini bir daha demişdir. Bundan sonra Mirdəyanət qorxaraq onunla razılaşmışdır. Mirvahid və Mirdəyanət ilə birlikdə həmin həyətyanı sahədə yerləşən toyuq hininə getmiş, orada Mirvahidə Mirdəyanət ilə cinsi əlaqədə olmasını söyləmiş, lakin, Mirdəyanətin narazı olduğunu görüb, onun şalvarını tutub aşağı çəkmiş və onu divara söykəmişdir. Mirvahid də öz cinsi orqanını çıxarıb Mirdəyanətin anus dəliyinə toxundurmaqla bir-iki dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Mirvahidi atası Fuad çağırdığından o, oradan uzaqlaşıb getmiş, Mirdəyanət də şalvarını yuxarı çəkmişdir. Fuadın oraya gəlib onları görməsindən qorxaraq, Mirdəyanətə evə getməyini söyləmiş, əks təqdirdə Mirvahidin də onunla cins əlaqədə olması barədə atası Rəhimə söyləyəcəyini demişdir. Bundan sonra Mirdəyanət onunla birlikdə yaşadığı dayısı Fuada məxsus olan evə gəlmiş, birlikdə evin ikinci mərtəbəsinə qalxıb onun yatdığı otağa keçmişlər. Orada Mirdəyanətin şalvarını aşağı çəkərək onu zorla tutub döşəmənin üzərinə uzatmış və öz cinsi orqanını onun anus dəliyinə daxil etməklə, onunla bir-iki dəqiqə ərzində cinsi əlaqədə olmuş, lakin, həmin cinsi əlaqə zamanı onda boşalma prosesi baş verməmişdir. Bundan sonra onlar birlikdə aşağı düşmüşlər. Həmin gün dostu, kənd əhalisi arasında “Məhəmməd” kimi tanınan Təqsirləndirilən şəxs1 MirVahid ilə Mirdəyanəti cinsi əlaqədə olarkən gördüyünü söyləmiş, lakin, ona özünün Mirdəyanət ilə cinsi əlaqədə olduğunu deməmişdir. Sonradan il dönümü mərasiminə gəlmiş şəxslər getdikdən sonra yaşadıqları evin ikinci mərtəbəsində özünün yatdığı otaqda olan zaman Mirvahid ilə onun öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra 09 noyabr 2021-ci il tarixdə Əziz ilə kənd ərazisində olan zaman həmkəndlisi Bahəddin Rəhimova məxsus olan yaşayış olmayan evin həyətində Mirdəyanətin şəxsi təsərrüfatlarında olan iribuynuzlu heyvanları otardığını görmüş, həmin vaxt Əzizə Mirdəyanət ilə cinsi əlaqədə olduğunu demişdir. Həmin vaxt Əziz orada ona Mirdəyanət ilə gedib yenidən cinsi əlaqədə olmağını demiş, o da bundan sonra oraya gedərək Mirdəyanətdən tövləyə girməsini tələb etmiş, sonuncu da tövləyə girmişdir. Orada Mirdəyanət ilə yenidən cinsi əlaqədə olmuş, lakin, həmin vaxt penisini onun anus dəliyinə daxil etməmiş və həmin cinsi əlaqə zamanı onda boşalma prosesi baş verməmişdir. Bundan sonra Mirdəyanətə onunla cinsi əlaqədə olmağı barədə valideynlərinin məlumatı olmasını istəmirsə pul verməsini istəmiş, o da razılaşmışdır. Mirdəyanətə həmin pulu Bahəddingilin yaşadığı evin həyətyanı sahəsində yerləşən tualetin arxasındakı şiferlərin altına qoymasını söyləmişdir. Mirdəyanətin yanından uzaqlaşıb Əzizin yanına gəlmiş, Əzizə Mirdəyanətin pul gətirəcəyini və həmin pulu Bahəddingilin yaşadığı evin həyətyanı sahəsində yerləşən tualetin arxasındakı şiferlərin altına qoyacağını demişdir. Həmin gün Əziz gedib həmin pulu götürmüşdür. Əziz ona həmin gün Mirdəyanətin oraya 50 (əlli) qəpiklik dəmir pullardan ibarət 14 (on dörd) manat 50 (əlli) qəpik və 20 (iyirmi) manat pul qoyduğunu deyərək, həmin 14 (on dörd) manat 50 (əlli) qəpiyi ona vermiş, 20 (iyirmi) manatı isə özünə götürdüyünü söyləmişdir. Həmin pulu siqaret almaq üçün və peşə liseyinə gedərkən yol pulu, yemək pulu olaraq xərcləyirmiş. Həmin hadisədən iki gün sonra Əziz ilə kənd ərazisində olan zaman Əziz ona, yenə gedib Mirdəyanətdən pul almasını demişdir. Əziz ilə birlikdə Mirdəyanət kənd ərazisində uşaqlarla futbol oynayarkən oraya getmişlər. Onlar Mirdəyanəti kənara çağırdıqdan sonra, Mirdəyanətə o və Mirvahid ilə cinsi əlaqədə olduğunu atasına deyəcəyi ilə hədələyərək pul gətirməsini, pulu yenə Bahəddingilin yaşadığı evin tualetinin arxasında yerləşən şiferlərin altına qoymasını söyləmişdir. Həmin gün Əziz Mirdəyanətin qeyd edilən yerə qoyduğu pulu götürmüşdür. Əziz ona Mirdəyanətin az pul qoyduğunu bildirərək, ona həmin puldan 50 (əlli) qəpiklərdən ibarət 7 (yeddi) manat pul vermişdir. Sonradan da o, Əziz ilə birlikdə bir neçə dəfə Mirdəyanətdən pul almışdır. Sonradan 2021-ci ilin noyabr ayının sonlarında kənd ərazisində olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə X11 məxsus olan yaşayış olmayan evin həyətində heyvanları otardıqlarını görmüş, onlara yaxınlaşaraq orada yerləşən yaşayış olmayan evə çağırmış, onlar da gəlmişlər. Onlarla cinsi əlaqədə olacağını söyləmiş, onlar da qorxaraq bir söz deməmişlər. Əvvəlcə Mirdəyanətin şalvarını aşağı çəkib, onu döşəmənin üzərinə yıxaraq onunla cinsi əlaqədə olmuş, daha sonra Mirpoladı tutub şalvarını aşağı çəkərək onu döşəmənin üzərinə yıxıb, onunla da cinsi əlaqədə olmuş, lakin, həmin cinsi əlaqə zamanı penisini nə Mirdəyanətin, nə də Mirpoladın anus dəliyinə daxil etmiş və həmin cinsi əlaqə zamanı onda boşalma prosesi baş verməmişdir. Daha sonra Mirdəyanətə Əzizin saat 06-ya qədər pul gətirməsini istədiyini demiş, Mirdəyanət də gətirəcəyini söyləmişdir. Daha sonra oranı tərk edib getmişdir. Sonradan Əziz ona Mirdəyanətin pul gətirmədiyini demişdir. Təxminən iki həftə sonra Mirdəyanət Sehrangilin həyətyanı sahəsində heyvanları otararkən Əziz ilə oraya gəlmişdir. Əziz ona yenə də Mirdəyanətdən pul istəməsini söyləmiş, o da Mirdəyanətə 100 (bir yüz) manat pul gətirməsini demişdir. Həmin gün yaşadığı evdə olan zaman Mirdəyanət oraya gələrək ona, 100 (bir yüz) manat pul vermiş, o da həmin pulu aparıb örüş sahəsində Əzizə vermişdir. Həmin gün saat 18 radələrində Əziz yaşadıqları evə gələrək həmin puldan 20 (iyirmi) manat hissəsini gətirib ona vermişdir. Sonradan 2022-ci ilin mart ayının sonlarında kənd ərazisində olan zaman Mirdəyanətə yaxınlaşıb, onu hədələyərək 100 (bir yüz) manat pul istəmişdir. Həmin gün Mirdəyanət 100 (bir yüz) manat pulu gətirib ona vermişdir. İki gün sonra Əziz ona yenə gedib Mirdəyanətdən pul istəməsini demişdir. Onlar kənd ərazisində olan zaman Mirdəyanətə yaxınlaşıb 300 (üç yüz) manat pul istəmişdir. Həmin gün Mirdəyanət üç ədəd 100 (bir yüz) manatlıq əskinasdan ibarət pulu Bahəddingilin yaşadığı evin yaxınlığında yolda gətirib ona vermiş, daha sonra mart ayının sonlarında Əziz ona yenə də Mirdəyanətdən pul almasını söyləmişdir. Onlar Əziz ilə yenə kənd ərazisində Mirdəyanətə yaxınlaşaraq, ondan 200 (iki yüz) manat pul gətirməsini istəmişlər. Həmin pulu Mirdəyanətgilin yaşadığı evin qarşısında yerləşən gəndələş kollarının arasına qoymasını söyləmişdir. Əziz elə həmin gün gedib pulu götürmüş, pulun 100 (bir yüz) manat hissəsini gətirib ona vermişdir. Həmin ərəfədə artıq Əziz özü Mirdəyanətdən ondan xəbərsiz olaraq pul alırmış. Əziz bir neçə dəfə Mirdəyanətdən eyni yolla 300 (üç yüz) ABŞ dolları, hazırda xatırlamadığı miqdarda rus rublu və manat almış, həmin pulların da hazırda xatıralmadığı miqdarını ona vermişdir. Daha sonra 09 may 2022-ci il tarixdə Əziz yenə də gedib Mirdəyanətdən pul almalarını söyləmişdir. Onlar həmkəndliləri Südabə Bayramovanın yaşadığı evin həyətində Mirdəyanətin uşaqlarla oyun oynadıqlarını görmüşlər. Əziz həmin həyətə daxil olaraq Mirdəyanəti çölə çağırmışdır. Mirdəyanət çölə gəlmirmiş. Həmin vaxt orada həmkəndliləri Sadiq Mənsimli, İsrafil Binyatzadə və Hüseyn Mənsimli də olmuşdur. Onlar onun çölə çıxmadığını görərək oradan uzaqlaşıb getmişlər. Sonradan məlumatları olmuşdur ki, Rəhim onlarla bağlı polisə müraciət etmişdir. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, hazırda Mirdəyanətdən aldığı pulun miqdarını xatırlamır. Mirdəyanət onlara valideynləri və qohumlarının ona tez-tez pul verdiklərini, həmin pulları özü üçün yığıb saxladığını, onlara vermiş olduğu pulların da həmin puldan olduğunu deyirmiş. Nə o, nə də Əziz Mirdəyanətə onlar üçün pul və ya hər hansı əşya gətirməsi üçün oğurluq etməsini, yaxud digər cinayət əməli törətməsini təklif və ya tələb etmişlər. Heç bir vaxt Mirpoladdan pul tələb etməmişdir. Əzizin Mirpoladdan pul tələb etməsi barədə məlumatı yoxdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində evdə heç kim olmayan zaman Mirvahidin öz razılığı ilə həmin evin qonaq otağında döşəmənin üzərində onunla anus dəliyi vasitəsilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Mirvahidə cinsi əlaqədə olmağı təklif etmiş, Mirvahid də onunla razılaşaraq döşəmənin üzərinə uzanıb şalvarını aşağı çəkmiş, o da cinsiyyət orqanını şalvarından çıxararaq anus dəliyi vasitəsilə Mirvahidlə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Mirvahidə hər hansı zor tətbiq etməmişdir. X2 sinif yoldaşı olduğundan, onların on-on bir yaşlarının olmasını, eyni zamanda Mirpoladın da onlardan iki yaş böyük olduğunu bilmişdir (cild 01, i.v. 176-180, cild 02, i.v. 149-153). Təqsirləndirilən şəxs2 ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, istintaq zamanı heç bir ifadə verməmiş, qarşısına qoyulmuş ifadəni imzalamışdır. İbtidai istintaq zamanı sənədləri imzalayarkən yanında müdafiəçisi və qanuni nümayəndəsi olmamışlar. Ona müstəntiq tərəfindən fiziki və psixoloji təzyiq göstərilmişdir. Məhkəmədən barəsində yekun qərar qəbul olunarkən işinə qanunla baxılıb, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsləri balaca vaxtlarından tanıyır, onlarla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Ümumiyyətlə zərərçəkmiş şəxslərlə heç bir münasibəti olmamışdır. Çünki, aralarında yaş fərqi çoxdur, həmçinin görmə məhdudiyyəti olduğundan çöl-bayıra çıxa bilməmiş və insanlarla ünsiyyətdə az olmuşdur. İbtidai istintaq zamanı işi aparan müstəntiq Şahid4 gözünün görmədiyini demiş və gözdən əlil olması barədə sənəd təqdim etmiş, sonuncu isə Dövlət Sosial Müdafiə Fondunun əlillik haqqında arayışını cırıb atmışdır. Müstəntiq iş materiallarına görmə məhdudiyyəti olması barədə sənədləri daxil etməmiş, bu barədə müdafiəçisi ona dedikdən sonra bilmişdir. Ona sonradan məlum olmuşdur ki, gözü 1,1 faiz görür, onu da dərmanlarla saxlamışdır. Hazırda görmə qabiliyyətini tamamilə itirmişdir. Ona qarşı irəli sürülmüş ittiham əsassızdır. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, görmə qabiliyyətini itirməsinə 2016-2017-ci illərdə aldığı travma səbəb olmuşdur. Təqsirləndirilən şəxs2la dostluq münasibətləri var, sonuncu mütəmadi olaraq onun yaşadığı evə gəlib-getmişdir. Elçin ona zərərçəkmiş şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə danışmamışdır. Zərərçəkmiş şəxs1 futbol oynayarkən yaxınlaşıb Elçinin sonuncuya qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumatı olduğunu deməmişdir. Gözü görmədiyi üçün hərəkət etməkdə çətinlik çəkdiyindən Mirdəyanətgilə gedib onu çağırmamışdır. Elçin ona Mirdəyanət və qeyrilərindən pul götürməsi üçün tapşırıq verməmişdir. Bu cür hal olsaydı belə, gözü görmədiyi üçün edə bilməzmiş. Şahid1, Fədail Rəhimov və Fuad Hüseynli onunla Elçini kəndin qırağına aparmışlar. X35rla (o və Elçini nəzərdə tutaraq) söhbət edəcəklərini bildirərək, qarışmamasını istəmiş və Fuad getmişdir. Bundan sonra Rəhimlə Fədail orada onları döyərək, etmədikləri hərəkəti boyunlarına qoymağa çalışmış, əvvəl Rəhimgilin evindən pul oğurlamaqda, sonra isə Mirdəyanətdən pul almaqda günahlandırmışlar. Tutulmamışdan qabaq gecə saatlarında evdən çıxıb təkbaşına Göytəpə şəhərinə getməmişdir. Elçin və onun barəsində olan söhbətə görə evdə qarışıqlıq olduğundan, Rəhimgil onu döydüyündən, ona başqa nəsə edərlər deyə narahat olduğundan anası ilə birlikdə Göytəpə şəhərinədayısıgilə getmişdir. 17 may 2022-ci il tarixdə Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evdə yatdığı vaxt polis əməkdaşları gəlib ondan izahat alınması üçün polis şöbəsinə aparılmalı olduğunu bildirmişlər. Anasının köməyi ilə əynini dəyişmiş və polis maşınına mindirilərək Cəlilabad Rayon Polis Şöbəsinə, müstəntiq Şahid4 yanına aparılmışdır. Müstəntiq ona demişdir ki, 500 (beş yüz) manat dəymiş zərər var, narahat olmasın, sənədləri imzalasın, birinci qrup əlil olduğundan onu buraxacaqlar, onun bu cinayəti etmədiyini bilir. Sənədləri imzalatdırdıqdan sonra onu şöbənin müvəqqəti saxlama yerinə salmışlar. Heç bir sənədi oxumamışdır. Polis şöbəsinə aparılarkən üzərində “Nokia” markalı sadə telefon olmuş, həmin telefonu polis əməkdaşı alıb müstəntiq Şahid4 təhvil vermişdir. Evdəkilərin deməsinə görə telefon onlara qaytarılmamışdır. İbtidai istintaq zamanı ifadə verməmişdir. Belə ki, müstəntiq ona şikayətçinin şikayətindən imtina edəcəyini bildirərək sənədlər təqdim etmiş, həmin sənədlərin onun çıxış sənədləri olduğunu bildirərək, ona imzalatdırmışdır. Bundan sonra onu hansısa istintaq hərəkətinə cəlb etməmişlər. Elçinlə üzləşdirilməmişdir. Ona müdafiəçi ilk dəfə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş təqdimata Cəlilabad Rayon Məhkəməsində baxılarkən təqdim olunmuşdur. Hakim vəkil Ramin Məmmədovun onun müdafiəçisi olduğunu dedikdən sonra vəkilini tanımışdır. Görmə qabiliyyəti olmadığı halda haradansa pul götürə bilməzdi. Odur ki, ona qarşı irəli sürülmüş ittihamla razılaşmır. Əgər onun pul götürdüyü yerdə görüntüləri varsa, təqdim olunmasını tələb etmişdir. İş materiallarında adının qarşısında olan imzaları müstəntiq əlindən tutaraq imzalatdırmışdır. Belə ki, gözü görmədiyindən imza ata bilməyəcəyini dedikdə, müstəntiq əlindən tutub imza atmasına kömək etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında təqdimatın məhkəməyə göndərilməsindən qabaq prokurorun qəbulunda olmuş və ona görmə qabiliyyətinin zəif olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Şahid1 onun həmkəndlisidir, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Eyni zamanda Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 ilə də aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Elçin ilə yaşadıqları kənd ərazisində olan zaman Elçin ona, Mirdəyanət ilə Mirvahidi cinsi əlaqədə olarkən gördüyünü, Mirdyanəti bu barədə atasına məlumat verəcəyi ilə hədələyərək ondan pul aldığını, gedib Mirdəyanəti tapmalarını, Mirdəyanətlə işi olduğunu demişdir. Elçinlə gəlib həmkəndliləri Sehran adlı şəxsə məxsus olan evin həyətyanı sahədə Mirdəyanəti heyvanları otararkən görmüşlər. Mirdəyanətə yaxınlaşdıqdan sonra Elçin Mirdəyanətlə kənara çəkilmiş, nəsə danışdıqdan sonra Mirdəyanət oranı tərk edib getmiş, onlar da oradan uzaqlaşıb getmişlər. Daha sonra o, Elçinlə ayrılıb öz heyvanlarını otarmaqdan ötrü örüş sahəsinə getmişdir. Həmin gün saat 19 radələrində yaşadığı evdə olan zaman Elçin oraya gələrək ona, Mirdəyanətdən yenə pul aldığını deyib, dükana getməyi təklif etmiş, onunla razılaşmış və birlikdə həmkəndliləri Mirsöhbətə məxsus olan ərzaq mağazasına getmişlər. Elçin azyaşlı olduğu üçün ona, tütün məmulatları satmadıqlarından 10 (on) manatlıq pul əskinası verərək, gedib onun üçün siqaret və “Bizon” adlı enerji içkisi almağı xahiş etmişdir. Elçin həmin puldan özü üçün də siqaret almağını söylədiyindən, o özü üçün də 2 (iki) manat 40 (qırx) qəpiklik siqaret almışdır. Daha sonra onlar dükanı tərk edib, bir qədər kənd ərazisində gəzmişlər. Bundan sonra o, yaşadığı evə geri qayıtmışdır. Növbəti gün kənd ərazisində olan zaman Elçin Mirdəyanəti görərsə, ona məlumat verməsini demişdir. Növbəti gün həmkəndlisi Əfqan Rəhimovun yaşadığı evin həyətində Əfqanın oğlu Mirxan ilə Mirdəyanəti oyun oynayarkən görüb, onların yanına gələrək Mirdəyanətə Elçinin onu axtardığını, Mirdəyanət də özünün Elçin ilə görüşəcəyini söyləmişdir. Bir neçə gün sonra Mirdəyanət örüş sahəsində yerləşən meydançada kənd uşaqları ilə futbol oynayarkən, Elçinlə birlikdə orada olmuşdur. Elçin orada olarkən ona, Mirdəyanətə gedib “Elçinin dediyi məsələni həll et” deməsini istəmiş, o da Mirdəyanətin yanına gedərək, Elçinin sözünü çatdırmış, Mirdəyanət də Elçinə məsələni həll edəcəyini söyləməsini demişdir. Elçinin yanına gəlib bu barədə ona söyləmişdir. Həmin ərəfədə Elçində 100 (bir yüz), 50 (əlli) manatlıq pul əskinasları olurmuş. Həmin pulları birlikdə siqaret, enerji içkiləri almaqla xərcləyirmişlər. Sonradan 2022-ci ilin aprel ayında kənd ərazisində olan zaman Elçin ona Zərərçəkmiş şəxs3 ilə yanaşı digər həmkəndlisi Zərərçəkmiş şəxs2 də Mirdəyanətlə cinsi əlaqədə olduğunu, özünün də Mirdəyanət ilə öz yaşadığı evdə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, bu məsələni Mirdəyanətin atasına deməklə sonuncunu hədələyib, hər dəfə pul aldığını söyləmişdir. Elçin həmin vaxt ona Mirdəyanətdən pul almağı bir müddət dayandıracağını demişdir. Bu söhbətdən beş-altı gün sonra kənd ərazisində olan zaman Elçin ona Mirdəyanətə gedib pul istədiyini söyləməsin demiş, o da həmin gün Mirdəyanətgilin yaşadığı evin yerləşdiyi yerə gedib, Mirdəyanət uşaqlarla oyun oynayarkən onu, kənara çağıraraq Elçinin pul istədiyini söyləmiş, Mirdəyanət də pul gətirəcəyini bildirmişdir. Növbəti gün Elçin ona Mirdəyanətin pulu gətirmədiyini demişdir. Bir gün sonra onlar Elçinlə Mirdəyanəti axtarmaqdan ötrü kəndin örüş sahəsinə getmişlər. Mirdəyanət də həmin vaxt öz heyvanlarını kəndin ümumi sürüsündən ayırmaqdan ötrü oraya gəlmişdir. Elçin və o, Mirdəyanəti kənara çağıraraq ondan pul istəmişlər, Mirdəyanət isə daha pul gətirməyəcəyini söyləmişdir. Elçin Mirdəyanətə əgər pulu gətirməzsə, atasına hər şeyi, onunla və Mirvahidlə cinsi əlaqədə olmasını deyəcəyini söyləmişdir. Həmin vaxt Elçin Mirdəyanətin çiyin nahiyələrinə əl zərbələri ilə vurmaqla onu yerə yıxmış, Mirdəyanət də qorxaraq səhəri gün pul gətirəcəyini söyləmişdir. Onlar bundan sonra oradan uzaqlaşıb getmişlər. Səhəri gün Elçin ona Mirdəyanətin pulu gətirmədiyini, bu səbəbdən də yenə onu döyməsini demişdir. Sonradan 09 may 2022-ci il tarixdə Elçinlə birlikdə kənd ərazisində olan zaman Elçin gedib Mirdəyanəti tapmalarını, ondan pul alacaqlarını söyləmişdir. Bu məqsədlə Elçinlə həmkəndlisi Südabə Bayramovanın yaşadığı evin həyətinə gedib, Mirdəyanətin uşaqlarla oyun oynadığını görmüşlər. Həmin vaxt Mirdəyanət həmkəndliləri İsrafil Binyətzadə, Sadiq Mənsimli və Hüseyn Mənsimli ilə oyun oynayırmış. Elçin orada çöldə gözləmiş, o isə həmin həyətə girib Mirdəyanətə yaxınlaşaraq, Elçinin onu çağırdığını söyləmiş, Mirdəyanət isə gəlməyəcəyini demiş, o da geri qayıtmışdır. Elçin onu bir daha Mirdəyanətin yanına göndərərək ona, hər şeyi hamıya söyləyəcəyini deməsini istəmiş, o da Mirdəyanətin yanına gedərək Elçinin dediyi sözləri ona demişdir. Mirdəyanət bundan sonra çölə çıxaraq Elçinin yanına gəlmişdir. Elçin orada Mirdəyanətə “pul noldu” demiş, Mirdəyanət də ağlayaraq artıq onlara pul vermək istəmədiyini bildirmişdir. Elçin Mirdəyanəti sinəsindən itələyərək pul gətirməzsə, hər şeyi hamıya danışacağını söyləmiş, bundan sonra oradan uzaqlaşıb getmişlər. Sonradan Elçin ona Mirdəyanətin pulu gətirmədiyini demişdir. Bir neçə gün sonra isə onun məlumatı olmuşdur ki, Mirdəyanətin valideynləri hər şeydən xəbər tutmuş və onların barəsində polisə müraciət etmişlər. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, heç bir vaxt Mirdəyanət, Mirpolad və Mirvahid ilə cinsi əlaqədə olmamışdır. Elçinin sözü ilə Mirdəyanətdən pul istəmişdir. Lakin, heç bir vaxt Mirdəyanət ona pul verməmişdir. Mirdəyanət pulları ona məlum olmayan yollarla Elçinə verirmiş. Sonradan onlar Elçin ilə həmin pulları birlikdə xərcləyirmişlər. Mirdəyanəti özü heç bir vaxt döyməmişdir. Heç bir vaxt Elçinə Mirdəyanət ilə cinsi əlaqədə olmağı təklif etməmişdir. Elçin özü kənd ərazisində Mirdəyanətin əvvəlcədən onlar tərəfindən müəyyənləşdirilmiş yerlərə puları qoymasından sonra götürür və götürdükdən sonra gətirib ona da həmin puldan verirmiş. Elçin manat, rus rublu və ABŞ dollarından ibarət pulları gətirərək Mirdəyanətdən aldığını deyirmiş. Mirdəyanət bəzi hallarda əlbəəl olaraq Elçinə kənd əraizisində həmin pullardan verir, bəzi hallarda isə həmin pulları onların sözü ilə həmkəndliləri Bahəddin Rəhimova məxsus olan evin həyətyanı sahəsində yerləşən sanitar qovşağın arxasında qoyurmuş. Mirdəyanət əlbəəl olaraq şəxsən ona pul verməmişdir. Mirdəyanətdən hədə-qorxu yolu ilə aldıqları pulun miqdarını xatırlamır. Mirdəyanət onlara valideynləri və qohumlarının ona tez-tez pul verdiklərini, həmin pulları özü üçün yığıb saxladığını, onlara vermiş olduğu pulların da həmin puldan olduğunu deyirmiş. Nə o, nə də Elçin Mirdəyanətə onlar üçün pul və ya hər hansı əşya gətirməsi üçün oğurluq etməsini, yaxud digər cinayət əməli törətməsini təklif və ya tələb etmişlər. Heç bir vaxt Zərərçəkmiş şəxs2 pul tələb etməmişdir. Elçinin Mirpoladdan pul tələb etməsi barədə məlumatı yoxdur. Mirdəyanətin on-on bir yaşının olması barədə əvvəlcədən məlumatı olmuşdur (cild 01, i.v. 162-166, cild 02, i.v. 161-165). Təqsirləndirilən şəxs1 ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, istintaq zamanı heç bir ifadə verməmiş, müstəntiq onu döyməsə də, aldadaraq özü yazdığı ifadəni imzalatdırmışdır. Son sözündə uşaq vaxtından çox əziyyət çəkdiyini, yaşlı anası ilə tək qalmasını, 16 yaşından görmə qabiliyyətini itirdiyini bildirmiş, məhkəmədən ona bəraət və ya şərti məhkum etmə verilməsə də, ən azından aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər və onların qanuni nümayəndələri, şahidlərin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cinayət törədilən vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmədə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər və zərərçəkmişlərlə həmkəndlidirlər, aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. 14 sentyabr 2021-ci il tarixdə Elçinin babası Əlaydının vəfat etməsinin ildönümü olmuş, bununla əlaqədar həmin gün axşamçağı atası Rəhim və anası Emilya ilə birlikdə Elçingilin yaşadığı Şıxlar kəndində yerləşən evə getmişdir. Orada olarkən Zərərçəkmiş şəxs3 onu yanına çağırmışdır. Daha sonra onların yanına Təqsirləndirilən şəxs2 gəlmiş və onu Mirvahid ilə cinsi əlaqədə olmağa məcbur etmişdir. Sonrakı vaxtlarda Elçin onu tutub yenə ona qarşı əxlaqsız hərəkətlər etmək istəmiş, amma Elçinə bunun üçün imkan yaratmamış, sonuncudan qaçmışdır. Sonra atasının əmisi oğlu Bahəddinə məxsus olan yaşayış olmayan evin həyətində şəxsi təsərrüfatlarında olan iribuynuzlu heyvanları otararkən Elçin gəlib onu tutmuş və yenidən cinsi əlaqədə olmağa məcbur etmişdir. Bundan başqa, sonralar təqsirləndirilən şəxslər yolda gedərkən gəlib ondan hədə-qorxu ilə pul tələb etmişlər. Bir dəfə 50 (əlli) qəpiklərlə Elçingilə pul vermişdir. Qalan hadisələri tam dəqiqliyi ilə deyə bilməyəcəyini, ifadəsində yazıldığını bildirmişdir. Azyaşlı Zərərçəkmiş şəxs1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona qarşı ibtidai istintaqda vermiş olduğu ifadəsində qeyd olunmuş hərəkətləri etmişdir. Elçin həmin əxlaqsız hərəkətləri birinci dəfə öz yaşadığı evdə, ikinci dəfə qohumları olan Bahəddinə məxsus evdə, üçüncü dəfə isə əmisi Sehrana məxsus evdə həyata keçirməklə, ona qarşı cəmi üç dəfə əxlaqsız hərəkət etmişdir. Elçingilin yaşadığı evin həyətində toyuq hini vardır. Elçingilə getdiyi gün Zərərçəkmiş şəxs3 söz demək üçün onu həmin yerə aparmışdır. Orada Elçin onu tutub Mirvahidlə cinsi əlaqədə olmağa məcbur etmişdir. Sonra Elçin onu evin ikinci mərtəbəsinə qaldırıb, orada onunla cinsi əlaqədə olmuşdur. Bu zaman evin birinci mərtəbəsində adamlar olmuşdur. Baş vermiş hadisə barədə heç kimə deməmişdir. Çünki, Elçin ona atası və qardaşının hadisəni biləcəyi halda onu öldürəcəklərini demişdir. Birinci hadisənin üstündən nə qədər vaxt keçdikdən sonra ikincinin olduğunu xatırlamır. Bundan başqa, bir dəfə əmioğlusu Mirpoladı Sehrana məxsus olan yaşayış olmayan evə aparmışdır. Belə ki, onlar aradabir həmin evə girirmişlər. Həmin gün uşaqlarla piknik etmək istəmişlər. Onlar evə daxil olan zaman Elçinin arxalarınca gəlib qapını bağladığını görmüşlər. Elçin ona qarşı etdiyi hərəkətləri Mirpolada qarşı da etdiyini bildirmişdir. Həmin evdə olarkən Elçin Mirpoladla onun bir-birləri ilə cinsi əlaqədə olmalarını istəmiş, onlar etiraz etdikdə Elçin özünün onlarla cinsi əlaqədə olacağını söyləmişdir. Polad Elçinə iki-üç yumruq atıb qaçmaq istəmiş, sonuncu isə Mirpoladı yıxaraq qaçmasına mane olmuşdur. Elçin orada onlarla cinsi əlaqədə olmuşdur. Üçüncü hadisədən, yəni Elçinin Mirpoladla ona qarşı əxlaqsız hərəkətlər etməsindən sonra da baş verənlər barədə heç kəsə deməmişdir. Mirpolad da baş verənlər barədə heç kimə deməmişdir. Elçinlə cinsi əlaqədə olarkən sonuncunun cinsi orqanının onun anus dəliyinə daxil olduğu hal da olmuşdur. Bu zaman o, ağrı hiss etmişdir. Sonuncu dəfə, yəni əmisi Sehrana məxsus evdə baş vermiş hadisənin tarixini xatırlamır. Elçin hədə-qorxu gələrək ondan pul tələb etmiş, o da yığdığı pullardan ona vermişdir. Belə ki, bankada qəpik pullar yığırmış. Həmin pullardan hər dəfə 5-10 (beş-on) manat olmaqla bir neçə dəfə vermişdir. Dəqiq olaraq Elçinə nə qədər pul verdiyini xatırlamır. Pulları Elçinin ona dediyi yerlərə qoymuşdur. Pulu qoyduğu yerlərdən Elçinin gəlib götürməsini görməmişdir. Pulu birbaşa Elçinə verdiyi hallar da olmuşdur. Elçindən başqa Təqsirləndirilən şəxs1 də dəfələrlə pul vermişdir. Belə ki, pul verməsi üçün Əziz də ona hədə-qorxu gəlmiş, lakin əxlaqsız hərəkətlər etməmişdir. Əzizə nə qədər pul verdiyini xatırlamır, təxminən bir neçə dəfə 100-200 (bir yüz-iki yüz) manat pul vermişdir. Əzizə pul verərkən sonuncunun yanında bəzi hallarda Elçin də olmuşdur. Onlar ona deyirmişlər ki, ata-anasının ciblərinə baxıb pul tapsın, o da atasının cibindən pul götürüb onlara vermişdir. Ümumiyyətlə, atasının şalvarının və gödəkçəsinin ciblərindən pul götürmüşdür. Pulları təqsirləndirilən şəxslərə müxtəlif yerlərdə- futbol meydançasında, yolda və s. vermişdir. Bundan başqa Əziz ondan pulları öz qohumuna məxsus təndirxanaya qoymasını istəmiş və özünün gedib oradan götürəcəyini bildirmişdir. Pulu deyilən yerə qoyub gedir, Əzizin pulu qoyulan yerdən götürməsini görmür, sadəcə pulu yerləşdirməsi barədə məlumat verirmiş. Elçingil üç-dörd gün onu narahat etməyəndə pulu götürdüklərini anlayırmış. Əzizə qəpiklərlə pul verməmişdir. Hər gün meydançaya futbol oynamağa getmişdir. Bir dəfə Əziz ona tək yaxınlaşıb özü üçün pul gətirməsini istəmişdir. Həmin gün axşam evə qayıtmış və çölə çıxmamışdır. Növbəti gün kəndlərində futbol müsabiqəsi olduğundan yenə meydançaya getmiş, bu vaxt Əziz yenə ondan pul istəmiş, o da evə gedib atasının cibindən 100 (bir yüz) ABŞ dollarına yaxın pul götürmüşdür. Ondan pul almağa başlanılmamışdan qabaq nə qədər pulu olduğunu, atasının cibindən neçə dəfə pul götürdüyünü xatırlamır. Anasının pulqabısından deyil, dəsmalının arasından pul götürmüşdür. Təqsirləndirilən şəxslər ondan 50 (əlli) qəpiklər, 20 (iyirmi), 100 (bir yüz) manatlıq əskinaslar, rubl və dollarlar almışlar. Sonuncular ondan pulları özləri üçün götürürmüşlər. Ümumiyyətlə, təqsirləndirilən şəxslərə özünə, atasına və anasına məxsus pullardan vermişdir. Elçin və Əzizə pul verdiyini Mirpolad və Mirvahid də bilmişlər, lakin onlar onun pulları qoyduğu yerləri bilməmişlər. Bəzi hallarda Mirvahid gəlib ona, Elçinin pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin Mirpolad və Mirvahiddən pul istəyibistəmədikləri barədə məlumatı olmamışdır. Əzizin görmə qabiliyyətinin zəif olmasını ümumi bilmiş, gözünün nə dərəcədə zəif olduğunu isə bilməmişdir. Əziz sərbəst hərəkət edə bilirmiş. Elçinlə Əzizdən başqa ona qarşı qanunsuz hərəkətlər edən olmamışdır. Məhkəmədə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxslərdən Mirdəyanət onun əmioğlusudur, Mirvahid isə həmkəndlisi olmaqla Elçinlə bir evdə yaşamışdır. Onlarla da arasında ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 ona qarşı qeyri-etik hərəkətlər etmişdir. Elçin və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gələrək pul tələb etmişlər, lakin o, sonunculara pul verməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisələr o, altıncı sinifdə oxuyarkən baş vermişdir. Xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə evdən gətirdikləri ərzaqları köhnə bir evdə yeyərək piknik etmək istəmişlər. Həmin evdə yaşayış olmamışdır. Həmin evin həyətində olarkən Elçin gəlib hasarın üzərindən Mirdəyanəti çağırmış, Mirdəyanət Elçinin yanına getmiş və bir müddət keçdikdən sonra qayıtmışdır. Onlar köhnə evə daxil olub baxmaq istəmişlər. Bu məqsədlə evə daxil olduqdan sonra Elçin də arxalarınca evə daxil olmuş və onlara heç yerə getməməyi tapşırmışdır. Onlar evdən çıxmaq istəyərkən Elçin onun qolundan tutub divara söykəmiş və heç yerə qaça bilməyəcəyini demişdir. Elçin onları evdəki otaqlardan birinə salmış və onlarla cinsi əlaqədə olmaq istəmişdir. Bu niyyətlə onun paltarlarını soyundurmuşdur. Lakin bu ərəfədə çöldən səs gəlmişdir. Əgər səs gec gəlsəymiş, Elçin onlara qarşı həmin hərəkətləri edə bilərmiş. Hadisənin üzərindən çox vaxt keçdiyindən müəyyən məqamları dəqiq xatırlamır. Çöldən səs gələndə onlar qaçmaq istəmişlər. Bu zaman Elçin onlardan əvvəl çıxıb getmişdir. Çöldən gələn səs Mirdəyanətin böyük qardaşı Fədailin səsi olmuşdur. Elçin getdikdən sonra onlar da evi tərk etmişlər. Həmin hadisədən sonra Elçin onu hədələyərək pul istəmiş, lakin o, pul verməmişdir. Elçin onu və Mirdəyanəti biabır edəcəyini bildirmiş, o isə cavabında biabır olacaq şəxsin Elçinin özünün olacağını bildirmişdir. Elçin onlarla cinsi əlaqədə olması barədə Mirismayıl Quliyevə demiş, sonuncu ondan həmin hadisənin olub-olmadığını soruşmuş, o da belə bir hadisənin olmadığını bildirmişdir. Mirismayıl hazırkı iş üzrə şahiddir, onun həmkəndlisidir və doqquzuncu sinifdə təhsil alır. Elçin hər dəfə onu görəndə yaxınlaşıb pul istəmişdir. Əvvəllər ondan 20-30 (iyirmi-otuz) manat pul istəmiş, sonradan isə 100-200 (bir yüz-iki yüz) manat pul istəməyə başlamışdır. Başına gələnlər barədə Mirvahidlə söhbət etməmiş, Mirdəyanətlə söhbətləri olmuşdur. Mirdəyanət ona Elçinə pul verməsi barədə danışmasa da, o bilirmiş ki, Elçin Mirdəyanətdən də pul tələb edir. Utandığından başına gələnlər barəsində kiməsə deməmişdir. Bir dəfə Komanlı kəndində yerləşən məktəbdən evə qayıdarkən Əziz ona yaxınlaşıb pul istəmişdir. Bir dəfə də Əziz ona yaxınlaşıb 100 (bir yüz) manat pul istəmiş, Elçinlə arasında olan məsələni kənd sakinlərinə deyib, onu biabır edəcəyini bildirməklə ona hədə-qorxu gəlmişdir. Əzizlə onun arasında bu söhbət olarkən yanlarında başqa adam olmamışdır. Əziz o, evdə olarkən gəlib çağıracağını bildirmiş və bunu etmiş, o da anası ilə birlikdə həyətə çıxmışdır. Əziz onlardan malın itdiyini deyib, görüb-görmədiklərini soruşmuş, o da görmədiyini bildirmişdir. Bundan sonra Əziz ona yaxın gəlməmişdir. Əzizin ona dedikləri barədə də heç kimə deməmişdir. Əzizin ondan pulu kimin üçün istədiyini, həmin pulu nəyə istifadə edəcəyini bilməmişdir. Elçin və Əziz onu dəfələrlə qorxutsalar da, onlara pul verməmişdir. Mirdəyanətlə arasında cinsi əlaqə olmamışdır. Məhkəmədə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onun bibisi oğludur, Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir, sonuncu ilə qohumluğu, habelə hər ikisi ilə ədavət və ya düşmənçiliyi yoxdur. Hazırda yeddinci sinifdə təhsil alır. Baş vermiş hadisələrlə bağlı təqsirləndirilən şəxslərlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda ona aid hissədə qeyd olunmuş hadisələr baş verməmişdir. Belə ki, Elçinlə Əziz ona qarşı qanunsuz hərəkətlər etməmiş, ondan hədəqorxu ilə pul tələb etməmişlər. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.1, 329 və 327.1.3-cü maddələrinə (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Rəhim onların həmkəndlisidir. Onlarla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Mirdəyanət onun sinif yoldaşıdır. Onunla münasibətləri normal qaydadadır. Elçin onun bibisi oğludur. Elçin onlarla birlikdə yaşayırmış. 14 sentyabr 2021-ci il tarixdə babası Əlaydının vəfat etməsinin il dönümü olmuş, həmin mərasim onların yaşadığı evdə keçirilmişdir. Həmin mərasimdə iştirak etməkdən ötrü Mirdəyanət də atası Rəhim ilə birlikdə onlara gəlmiş, saat 21 radələrində Elçinlə yaşadığı evin birinci mərtəbəsində pilləkəndə oturan zaman Elçin Mirdəyanəti yanına çağırmış, sonuncuya Mirpolad ilə cinsi əlaqədə olmasını bildiyini, bu barədə onun atasına məlumat verəcəyini deyərək ondan o və Elçinlə cinsi əlaqədə olmasını tələb etmişdir. Mirdəyanət əvvəlcə etiraz etsə də, sonradan qorxaraq buna razılaşmışdır. Onlar birlikdə yaşadıqları evin həyətində yerləşən toyuq hininə getmişlər. X3 cinsi əlaqədə olmasını tələb etmişdir. Elçin Mirdəyanəti tutub əynində olan şalvarı aşağı çəkmiş, Mirdəyanət bundan sonra divara söykənmiş şəkildə dayanmış, o da öz cinsi orqanını Mirdəyanətin anus dəliyinə toxundurmaqla təxminən bir-iki dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Lakin, həmin cinsi əlaqə zamanı onun penisi Mirdəyanətin anus dəliyinə daxil olmamışdır. Həmin vaxt atası Fuadın onu çağırdığını eşitdiyindən oradan uzaqlaşıb getmişdir. Bir neçə dəqiqə sonra Elçinlə Mirdəyanətin evə gəlib daxil olduqlarını görmüş, lakin onların yanına getməmişdir. Mirdəyanətgil getdikdən sonra Elçin onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Elçinlə razılaşmışdır. Bundan sonra yerə uzanmış, Elçin də şalvarını aşağı çəkərək öz cinsi orqanını onun anus dəliyinə toxundurmaqla, onunla cinsi əlaqədə olmuşdur. Sonradan təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı evdə olan zaman Elçin ona yenidən cinsi əlaqədə olmağı təklif etmiş, bu dəfə də Elçinlə razılaşmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Elçin yaşadıqları evin qonaq otağında onunla cinsi əlaqədə olmuşdur. Həmin cinsi əlaqə zamanı o, özü yerə uzanmış, Elçin isə cinsi orqanını onun anus dəliyinə daxil etməklə onunla cinsi əlaqədə olmuşdur. Sonradan Elçin ona həmkəndlisi MirPoladla Mirdəyanəti cinsi əlaqədə olarkən gördüyünü və Mirdəyanəti qorxudaraq pul aldığını, həmçinin Mirdəyanətlə cinsi əlaqədə olduğunu demişdir. Həmin hadisədən bir neçə gün sonra Mirdəyanət ilə oynamaqdan ötrü onların yaşadığı evə getmişdir. Mirdəyanətin anası Emilya ona Mirdəyanətin həmkəndliləri Sadiqin yaşadığı evdə olduğunu söyləmiş, o da Sadiqgilin yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Sadiqgilin evinə çatdıqda Elçin ilə Əzizin orada olduqlarını görmüşdür. Elçin onu yanına çağıraraq Mirdəyanətə pul gətirməsini söyləməsini demiş, o da Sadiqgilin həyətinə daxil olub Mirdəyanətin yanına getmişdir. Mirdəyanət Sadiq ilə evdə oturmuşdur. Mirdəyanətə Elçinin onu gözlədiyini, pul istədiyini demişdir. Mirdəyanət də ona oradan qaçıb getmələrini söyləmişdir. Bundan sonra Mirdəyanət arxa yol ilə qaçıb öz evlərinə getmiş, o da sonradan Mirdəyanətgilin yaşadığı evə getmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə ona Mirdəyanətlə cinsi əlaqədə olmağı Elçin təklif etmiş, o da razılaşaraq könüllü olaraq Mirdəyanətlə cinsi əlaqədə olmuşdur. Elçin həmin gün, yəni 14 sentyabr 2021-ci il tarixdə ona Mirdəyanətə zorla cinsi əlaqədə olduğunu demişdir. Elçinlə cinsi əlaqədə olmağa, Elçinin ona öz oyuncaqları ilə oynamağa icazə verəcəyini vəd etməsi səbəbilə razı olurmuş. Elçin onunla cinsi əlaqədə olarkən orada başqa heç bir şəxs olmamış, həmçinin o, bu barədə heç bir şəxsə məlumat verməmişdir. Əzizlə Elçin onu hədələməklə, ondan pul tələb etməmişlər (cild 01, i.v. 147-151). Zərərçəkmiş şəxs3 ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, ibtidai istintaq zamanı məhkəmədə elan olunmuş məzmunda ifadə verməmiş, müstəntiq ondan həmin məzmunda ifadə yazmasını istəmişdir. Dindirilən zaman atası Qanuni nümayəndə3 yanında olmuşdur. İfadəsini imzalamışdır. Atasına hadisənin ifadəsində yazıldığı kimi olmadığını demişdir. Məhkəmədə cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri və zərərçəkmişləri tanıyır, təqsirləndirilən Təqsirləndirilən şəxs2 onun oğlu, zərərçəkmiş Zərərçəkmiş şəxs3 isə qardaşının oğludur, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Mirdəyanət və Zərərçəkmiş şəxs2 ilə həmkəndlidirlər, heç biri ilə aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. 09 may 2022-ci il tarixdə qardaşı Qanuni nümayəndə3 zəng edərək Elçini onun yanına gəzməyə gətirdiyini bildirmiş və gətirəndən sonra ona Elçingilin başına gələn hadisəni danışmışdır. Fuad müstəntiq istədiyi təqdirdə verməsi üçün Elçinin mobil telefonunu özü ilə aparmış, Elçin isə onunla qalmışdır. Mayın 19-da qardaşı ona polislərin gəlib Elçini götürməsini demiş, o da razı olmayaraq Fuadın özünün gəlib uşağı aparıb müstəntiqə təhvil verməsini istəmişdir. Qardaşı Elçini aparıb gətirəcəyini demiş, lakin axşam zəng vurub Elçinin polis şöbəsində qalmalı olduğunu bildirmişdir. 22 və ya 23 may tarixində müstəntiq Şahid4 onu Cəlilabad Rayon Polis Şöbəsinə çağırmış, gedib orada Elçinlə görüşmüşdür. Elçinə çay-çörək aparmışdır. Müstəntiq Elçinə çay içməyə icazə vermiş, yemək verməyə qoymamışdır. Oğliuna yeməsi üçün bir ədəd snikers verə bilmişdir. Oğlu qorxu və həyəcandan əsirmiş və ona heç bir cinayət etmədiyini demişdir. Müstəntiq bir neçə gündən sonra onu çağırıb hər şeyin yaxşı olacağını, Şahid1 şikayətçi olmadığını, onun da şikayəti yoxdursa, sənədə imza atmasını demişdir. Müstəntiqdən oğluna müdafiəçi təyin olunub-olunmaması barədə soruşmuş, müsbət cavab verildikdə, müdafiəçini görmək istədiyini bildirmişdir. Müstəntiq müdafiəçiyə ehtiyac olmadığını, lazım olanı özünün etdiyini demişdir. Növbəti dəfələrdə də vəkili görmək istədiyini deyib, təkid etmiş, müstəntiq hər dəfə ona hər şeyin yaxşı olacağını deyərək, Elçinin buraxılacağına dair onda ümid yaratmış, sənədləri imzalatdırmışdır. Oğluna heç nəyi oxutmadan, onun yanında sənədlərə imzalatdırmışlar. Sonradan nəyə imza atdıqlarını öyrənmək üçün həmin sənədləri oxumaq istədiyini bildirmiş, yalnız bundan sonra müstəntiq bir-iki cümlə oxutdurub hər şeyin yaxşı olacağını demişdir. Cəlilabad rayonunun Şıxlar kəndində hər kəs oğlu Elçinin ata tərəfi ilə Rəhimgilin arasında düşmənçilik olduğunu bilmişdir. Son dövrlərdə aralarındakı ədavət sakitləşmişdir. Nəsildə Elçin kimi cavanlar qalmışdır. Böyüklərdən biri də Rəhimdir ki, o da Elçini tutdurmuşdur. Lakin onun Rəhim və Emilya ilə arasında yaxşı münasibət olmuşdur. Qanuni nümayəndə1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, müstəntiq bir gün qabaqcadan ona zəng vuraraq polis şöbəsinə çağırmış, o da növbəti gün nahar vaxtından sonra şöbəyə getmişdir. Onun yanında Elçini dindirmişlər. Lakin həmin vaxt müdafiəçi olmamışdır. Elçin döyülüb qorxudulduğu üçün hər şeyi boynuna almışdır. Elçin dindirilərkən konkret olaraq nə dediyini xatırlamır. Oğlu Cəlilabad Rayon Məhkəməsinə aparılanda o da getmiş və onun müdafiəçisini məhkəmə iclasında görmüşdür. X31 üzləşdirmişdir. Bu zaman onlardan, yəni Əziz, Elçin, o və müstəntiqdən başqa otaqda heç kim iştirak etməmişdir. Üzləşdirmə polis şöbəsində otaqların birində keçirilmişdir. O, Əzizin müdafiəçisini də görməmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur, digər zərərçəkmişləri və təqsirləndirilən şəxsləri tanıyır, həmkəndlidirlər, aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. 09 may 2022-ci il tarixidə cinayət hadisəsinin üstü açılmışdır. Belə ki, evlərindən pul götürüldüyü məlum olmuş və oğlu Mirdəyanət ona yaxınlaşaraq evdən pulları özünün götürdüyünü demiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu incitdiklərini, Elçinin onun başına gətirdiyi hadisəni danışmışdır. Elçin hadisəni Mirdəyanətin atasına, qardaşına deyəcəyini, onların da Mirdəyanəti öldürəcəklərini deyərək uşağı qorxutmuşdur. Elçingil bir-birilərinin nömrəsini telefona Mirdəyanətin atası, qardaşı kimi qeyd etmiş, uşağa atasına zəng edəcəyini deyib, pul gətirməsini istəmişlər. Mirdəyanət də canının qorxusundan evdən pul götürüb aparıb harasa qoymuşdur ki, onlar götürsünlər. Mirdəyanət özü də nə qədər pul götürdüyünü dəqiq bilməmişdir. X42 öz aralaında olan danışıqlarının səsyazısı vardır. Həmin səsyazılarını istintaqa təqdim etmişdir. X17 bir-birlərinə deyirmişlər ki, Mirdəyanət evdən pul götürüb, amma yağış yağdığı üçün deyilən yerə qoya bilmir. Ona görə onların evinə gəlib pulu götürmək istəmişlər. Mirdəyanət onlara əlbəəl də pul vermişdir. Mart ayında evdən 200-300 (iki yüz-üç yüz) manat pul itdiyini bilmişdir. Həmin ərəfədə onun mərhum qaynı arvadının “qara bayramı” olmuşdur. Evlərinə çox adam gəlirmiş. Ona görə də əri Şahid1 ona pulun itməsi barədə heç kimin bilməməsini tapşırmışdır. Əziz mart-aprel aylarında hər gün onlara gəlib-getmişdir. Mirdəyanətin böyük qardaşına Əzizin Mirdəyanətdən böyük olduğunu demiş, nə üçün onlara gəlib-getdiyini, uşaqdan nə istədiyini maraqlanmasını istəmişdir. Evlərinin yanında futbol meydançası vardır və kənddə uşaqların oynaması üçün futbol topu onlarda olmuşdur. Əziz topu götürmək, su içmək kimi bəhanələrlə onların həyətinə gəlmişdir. Mirdəyanət “repetitor” yanına gedərkən Elçingil də onun dalınca gedirmişlər, hətta onun özündən Mirdəyanəti soruşurmuşlar. Mirdəyanətin qonşuda olduğunu dedikdə, gedib qonşu evlərdə Mirdəyanəti axtarır, məktəbdən gələndə uşağın qabağını kəsirmişlər. Əzizin bir gözünün görmədiyini heç kimin inkar etmədiyini bildirmişdir. Bu haqda ona Mirdəyanət də demişdir. Belə ki, bir dəfə kolun arxasında Əzizdən gizlənmiş, Əziz də gəlib onu tapa bilməmişdir. Mirdəyanətin paltarı cırılmış, soruşduqda oğlu paltarının kola ilişdiyini bildirmişdir. Həmin ərəfədə kənddə futbol yarışı keçirilmiş, Əziz stadionda Mirdəyanətdən pul gətirməsini tələb etmiş, Mirdəyanət də evdən beş minlik əskinaslarla rus rublu götürmüşdür. Elçingil Mirdəyanətə bir beş minlik əskinasın 10 (on) manat dəyərində olduğunu demişlər. Mirdəyanəti psixoloq yanına göndərmişlər ki, baş vermiş hadisələr yaddaşından silinsin. Qanuni nümayəndə2 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, evdən pul götürülməsini ilk olaraq o hiss etmişdir. Birinci dəfə təxminən, 08-09 mart tarixlərində 200 (iki yüz) manata yaxın pul itmişdir. Həmin pul onun əl çantasından itmişdir. Bu barədə ərinə dərhal deməmiş, özünün tapa biləcəyini düşünmüşdür. Bayramdan sonra yenə 200 (iki yüz) manata yaxın pul itəndə, artıq ərinə məlumat vermişdir. Mart-aprel aylarında bir neçə dəfə 200-300 (iki yüz-üç yüz) manat məbləğində pullar itmişdir. Həmin müddətdə konkret nə qədər pul getdiyini bilməmişdir. Əzizin futbol meydançasında onun oğlunu sıxışdırmasını uşaqlar da görmüşlər. Əzizgilin Mirdəyanətlə tez-tez maraqlanmalarına irad bildirsə də, onlar hər dəfə müxtəlif bəhanələr gətirirmişlər. Mirdəyanətin özünün dediyinə görə həyəcanlı olduğundan çox vaxt götürdüyü pulun miqdarına baxmamışdır. Lakin ondan konkret məbləğdə pul istəniləndə evdən götürdüyü pulun məbləğini bilmişdir. Hadisənin açılmasında Əzizin rolu olmuş, sonuncu özü hər şeyi onlara etiraf etmişdir. Belə ki, Əziz özünü təmizə çıxarmaq üçün Elçinlə aralarında olan telefon yazışmaları və səsyazılarını onlara təqdim etmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə4 izahat və ya ifadə vermək istəmədiyini, oğlu Mirpoladın dediklərini təsdiq etdiyini, təqsirləndirilən şəxslərlə barışmadıqlarını, onlara qarşı mülki iddialarının olmamasını bildirmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə3 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onun bacısı oğlu, Zərərçəkmiş şəxs3 öz oğludur, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxslərlə həmkəndlidirlər, aralarında ədavət və ya düşmənçilik yoxdur. Atası beş-altı ildir ki, vəfat etmişdir. Onların evində atasının vəfat etməsinin il dönümü ilə bağlı məclis olmamışdır. 14 sentyabr 2021-ci il tarixdə qonşusu Şahid1 arvad-uşağı ilə onlara gəlmiş, oturub söhbət etmişlər. Oğlunu da yanına çağırmış, riyaziyyat misalı barədə söhbət etmişdir. Mirvahidin ifadəsində yazılanların yalan olduğunu, Rəhimgilin onların evində yarım saat oturduqlarını, bu müddət ərzində uşaqların bir-birləri ilə münasibətdə olmasının inandırıcı olmadığını bildirmişdir. Polis şöbəsinə onlardan əvvəl Rəhimgil getmişlər. Əvvəl Mirdəyanətin ifadəsi alınmışdır. Onu və oğlu Mirvahidi Cəlilabad Rayon Polis Şöbəsinə çağırmışlar. Polis şöbəsində Mirdəyanətin dediklərini müstəntiq oğluna danışmış, oğlu da ondan ifadəni müstəntiqin dediyi kimi yazıb-yazmalı olmadığını soruşanda, yazmasını demişdir. Rəhim bibisi oğludur, yəqin ki, hirslənib belə hərəkət etmiş, hirsi soyuduqdan sonra nə etdiyini başa düşəcəyini fikirləşmişdir. Bundan sonra oğlundan hadisə barədə soruşanda, utanıb cavab verməmişdir. Bir gün oğlu Mirvahid həyətdə qarşısına çıxıb onunla söhbət etmək istədiyini demiş, bir kənara çəkilib söhbət etmişlər. Oğlundan danışılan hadisələrin olubolmadığını soruşmuş, o da: “ata, mən utanıram deməyə, sən də mənim boynuma qoyursan ki, belə hadisə olub” demişdir. Oğluna Rəhimin yalan deməyəcəyini bildirmişdir. Mirvahid ona Elçinlə arasında deyilən hadisənin baş vermədiyini bildirmişdir. Bunu dedikdən sonra uşaq ağlamış, o da kövrəlmişdir. Uşaqları ekspertizaya aparmaq zərurəti yaranmışdır. Rəhim Mirdəyanəti ekspertizaya aparmışdır. Bir gün Rəhim onları maşınla götürüb Cəlilabad şəhərinə aparmışdır. Mərkəzi Xəstəxanada həkim uşaqların cinsi əlaqədə olmadığını demiş və onları Masallıya göndərmişlər. Rəhim ona həyətdə gözləməyi bildirmişdir. Həyətdə gözləyərkən Rəhim və Mirvahid birlikdə həkimin yanına gedib qayıtmışlar. Yolda Rəhim həkimin o istəyən formada rəy verməsi üçün 500-600 (beş yüz-altı yüz) manat pul vermək lazım olduğunu bildirmiş, o da həkimə verəsi pulunun olmadığını demişdir. Rəhim pulu özünün verəcəyini bildirmişdir. Pul Masallı Rayon Mərkəzi Xəstəxanasında ekspertiza aparan həkimə verilməli imiş. Həmin gündən Rəhimlə münasibəti korlanmışdır. Müstəntiqə Mirvahidin və ekspertin dediklərini danışmış, müstəntiq də uşağın artıq ifadə verdiyini, sözünü prokurora deməyini bildirmişdir. 2022-ci ilin avqust ayının axırlarında uşağı götürüb polis şöbəsinə getmişdir. Axşam saat 09-da müstəntiq Şahid4 onları qəbul etmiş, uşağın qabağına sənədlər qoyaraq imzalamasını istəmiş, Mirvahid də imzalamışdır. Sənədlərdə nə yazıldığını öyrənmək istəmiş, özü oxuya bilmədiyindən oxuması üçün oğluna vermişdir. Mirvahid bir az oxuduqdan sonra yazılanları başa düşmək üçün savad lazım olduğunu anlamışdır. Müstəntiqə sənəddə yazılanları oxuya bilmədiyi halda necə imza atacağını demiş, müstəntiq də ona ibtidai araşdırmanın müddətini gecikdirməyə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildirmiş, ona görə də sənədləri imzalamışdır. Qanuni nümayəndə3 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, 09 may 2022-ci il tarixdə axşam saatlarında Şahid1 ona zəng edərək Elçin və Əzizlə söhbət etmək istədiyini demiş, səbəbini soruşduqda heç bir söz deməmiş, uşaqları gətirib söhbət edəndə onun da eşidəcəyini bildirmişdir. Elçin və Əzizi çağıraraq çölə çıxarmışdır. Rəhim oğlu Fədaillə onların yanına gəlmiş, birlikdə Göytəpə şəhəri yaxınlığında kolluq sahəyə getmişlər. X43 Əzizin əl-qolunu bağlamışdır. Rəhimə Əzizin kor olduğunu, bu hərəkətlə onlara problem yaradacağını deyərək, onun hərəkətinə etiraz etmişdir. Rəhim ona bir az dözməli olduğunu, sonra Elçingilin pul oğurladıqlarını demiş, eşitdiklərindən şoka düşmüşdür. Rəhimlə onun dərin qonşuluq əlaqələri olduğu üçün utancından çıxıb getmişdir. Elçin və Əzizi orada qoyub getməməli olduğunu bildirmişdir. Rəhimdən sonra, sonuncunun təşəbbüsü ilə polisə ərizə vermiş, oğlu Mirvahidi şöbəyə aparmışdır. Orada ondan Elçini gətirməsini istəmişlər. İstintaq zamanı bütün proseslərdə oğlunun yanında olmamış, Elçini gətirməyə gedəndə oğlu Mirvahid Rəhimlə qalmışdır. Elçini Biləsuvardan gətirəndə Əziz artıq polis tərəfindən tutulmuş, yəni polis şöbəsində olmuşdur. Əzizi günorta saatlarında polislər tutub aparmışlar və sonradan evə buraxılmamışdır. Oğlu Mirvahidin dindirilməsinin bir qismində yanında olmuş, iştirak etmədiyi hal da olmuşdır. Mirvahidin ifadəsini oxuya bilsəydi, oxuyarmış. Savadsızlığı ucbatından sənədlərə imza atmışdır. Ekspertə pul vermək ondan tələb olunanda bu barədə müstəntiqə şikayət etmiş, lakin yazılı şikayət verməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. X34 sədrlik etdiyi məhkəmə iclasında şikayəti olmaması barədə verdiyi notariat qaydasında təsdiq olunmuş ərizəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxsləri tanıyır, həmkəndliləridir, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun oğlu, Zərərçəkmiş şəxs2 qardaşı oğlu, Zərərçəkmiş şəxs3 isə uzaq qohumudur. Onların heç biri ilə aralarında düşmənçilik və ya ədavətləri yoxdur. 09 may 2022-ci il tarixdə axşam vaxtı mal-qaraya baxanda, arvadı Qanuni nümayəndə2 gəlib oğlu Mirdəyanətin başına gəlmiş hadisəni danışmışdır. Bunu eşidəndən sonra huşunu itirmiş, sonra nə tədbir görməsi ilə bağlı fikirləşmişdir. Şəriət qaydalarına görə Elçin və Əziz öldürülməlidir, lakin Allahdan qorxduğuna görə onları öldürməmişdir. Elçinin dayısı Qanuni nümayəndə3 zəng edib, onunla işi olduğunu, yalandan Sabirabad rayonundan aldığı malı gətirməyə gedəcəyini bildirərək, Elçinlə Əzizi də özü ilə gətirməsini istəmişdir. Fuadı, daha sonra da Elçinlə Əzizi götürüb avtomobilə oturtmuş, yolun yarısında Elçingilə onları polis bölməsinə aparacağını demişdir. Əziz atasının onu öldürəcəyini deyərək yalvarmağa başlamışdır. Onlardan hər şeyi danışmalarını istəmiş, Əziz ona hər şeyi açıb danışmışdır. Onlara evindən 5.000 (beş min) manat pul götürdüklərini demiş, Əziz həmin pulun 2.000 (iki min) manatını özünün götürdüyünü, bankdan kredit götürüb pulu ödəyəcəyini bildirmiş, Elçin isə əməlini boynuna almamışdır. Elçingil yalnız hazırkı zərərçəkmişlərə qarşı belə əməl törətməmiş, onlardan başqa beş-altı uşağı da bu vəziyyətə salmışlar. Sadəcə həmin uşaqların valideynləri şikayət etməmişlər. Müstəntiqə belə kriminal fikirlərin Elçingilin təfəkkürünün məhsulu olmadığını bildirmiş, onların başçısını tapmasını istəmiş, lakin bu məsələ araşdırılmamışdır. Cəlilabad Rayon Polis Şöbəsində evindən pul itməsi barədə ifadə vermiş, müstəntiq evdən onun dediyindən artıq pul götürüldüyünü bildirmişdir. Belə ki, müstəntiq Elçingildən izahat alaraq onların götürdükləri pulları hesablamış, təxminən 5.000 (beş min) manat pul alındığı müəyyən edilmişdir. Şahid1 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, qardaşına məxsus pulları saxlaması üçün arvadı Qanuni nümayəndə2 vermiş və həmin puldan da götürülmüşdür. Bundan başqa Mirdəyanət onun cibindən də pul götürmüşdür. Cibindən pul azalmasını bir dəfə hiss etmişdir. Cibindən bir dəfəyə 240 (iki yüz qırx) manat pul götürülmüş, həmin pulun nə vaxt götürüldüyünü bilməmişdir. Mirdəyanətdən bu barədə soruşduqda, götürmədiyini bildirmişdir. 2022-ci ilin mart ayında Mirdəyanətin evdən pul götürdüyünü bilmiş, arvadına bu barədə heç kəsin bilməməsini tapşırmışdır. Evdən 69.000 (altımış doqquz min) rubl, 300 (üç yüz) ABŞ dolları, 50 (əlli) qəpiklərlə 69 (altımış doqquz) manat və başqa məbləğlərdə pul götürülmüşdür. 300 (üç yüz) dollar Mirdəyanətə hədiyyə olunan pul olmuş və o, pulu qutunun içindən götürmüşdür. Əzizgil Mirdəyanəti döymüşlər. Amma Mirdəyanət onu kimin döyməsini deməmişdir. Əziz tez-tez onların həyətinə gəlmişdir. Əzizlə Elçini aparanda avtomobildə o, böyük oğlu Fədail və Qanuni nümayəndə3 olmuşlar. Elçingili polis şöbəsinə aparırmış, lakin yolda əməllərini etiraf etməyə başladıqlarından şöbəyə aparmamışdır. Elçingilə qarşı zor tətbiq etməmiş, sadəcə kəndi tərk etmələrini tapşırmışdır. Əziz kənddən getmiş, bir neçə gündən sonra Əzizin bacısı onu evə qaytarmışdır. Bir gün həyətdə olarkən Əziz qapılarının önündən keçib əmisigilə, oradan da öz evinə getmişdir. Bundan sonra polis şöbəsinə gedib onların tutulmasını tələb etmişdir. Həmin gündən sonra daha Əzizi görməmişdir. Şikayət ərizəsini isə Əzizin qapılarının qabağından keçməsindən bir neçə gün əvvəl, Mirdəyanətin dediklərinə əsasən yazmışdır. Həmin vaxt kimin Mirdəyanətlə cinsi münasibətdə olması dəqiqləşməmişdir. Mirdəyanəti özü ekspertizaya aparmışdır. Birinci dəfə Cəlilabad şəhərində ekspertiza keçirilmiş, sonra Masallı şəhərinə ekspertizaya getmişlər. Ekspertizaya gedəndə o, Mirdəyanət, Fuad və Mirvahid olmuşlar. Onlar eksperthəkimin otağına getmişlər. Masallıda, səhv etmirsə, ekspert Tofiq adlı yaşlı kişi olmuşdur. Ekspert ona çöldə gözləməyi bildirərək uşaqları aparıb ekspertizadan keçirmişdir. Uşaqları müayinə edərkən həmin ekspertdən başqa kimlərin iştirak etdiyini görməmişdir. Həkimdən ekspertizanın nəticəsini soruşsa da, sonuncu ona heç nə deməmiş, rəyi göndərəcəklərini bildirmişdir. Onlar çıxanda ekspert uşaqların hər ikisinin zərər gördüyünü, hətta Mirvahidin müalicə edilməli olduğunu bildirmişdir. Bu məsələni açıb danışmamışdır. Fuaddan ekspertizaya görə pul istəməmişdir. Ümumiyyətlə ekspertiza ilə bağlı ondan pul istəyən olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ifadəsində evdən alınmış pulun məbləğini az demişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsləri tanıyır, onlarla ədavət və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs2 onun qardaşı oğludur. Rəhimovlar ailəsi adından 16 may 2022-ci il tarixdə Cəlilabad Rayon Prokurorluğuna hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Mirpoladgildən ayrı yaşayır. 14 may 2022-ci il tarixdə Cəlilabad şəhəri ərazisində olan zaman Mirpoladın anası Qanuni nümayəndə4 onun mobil nömrəsinə zəng edərək həmkəndliləri Təqsirləndirilən şəxs2 Mirpolada qarşı seksual xarakterli hərəkətlər etdiyini söyləmiş, o da bununla bağlı növbəti gün Şıxlar kəndinə getmiş və Mirpoladla fərdi qaydada söhbət etmişdir. Söhbət zamanı Mirpolad həqiqətən də, Elçinlə Təqsirləndirilən şəxs1 pul almaq məqsədilə bir neçə dəfə ona təzyiq etdiklərini etiraf etmişdir. Ona qarşı cinsi zorakılığın olub-olmamasını soruşanda, Mirpolad ona qarşı belə bir hərəkətə cəhd olunduğunu, amma baş tutmadığını bildirmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Mirpoladın anası ona zəng vurub hadisəni danışdıqdan sonra o, qohumu Qanuni nümayəndə2 zəng vurub Zərərçəkmiş şəxs1 barəsində maraqlanmışdır. Mirpoladla söhbət etdikdən sonra Rəhimgillə də söhbət etmiş, onların da başına oxşar hadisənin gəldiyini öyrənmişdir. Mirpolad məktəbdən qayıdanda Əziz onu saxlayıb, təxminən 200 (iki yüz) manat pul istəmişdir. Mirpolada evdən pul götürməsini, gəlib onu evdən çağıracağını bildirmişdir. Mirpolad ona pul verməmişdir. Elçin də dəfələrlə Mirpoladdan pul istəmiş, ona oğurluq etməyi təklif etmişdir. Mirpoladdan pul alınmasa da, ona təzyiq olunmuşdur. Onlar Mirpoladı “repetitor” yanına göndərirmişlər, amma o, axşamüstü “repetitor” yanına getmək üçün evdən çıxmırmış. Anası zəng edib ona deyirmiş ki, uşaq bütün günü rahat olur, axşam məşğələyə getmək vaxtı gələndə başının ağrıdığını deyir. Onlar Mirpoladı buna görə danlamışlar. Söhbətin üstü açılandan sonra Mirpolad onlara bildirmişdir ki, onu tutub pul gətirməyini tələb etdiklərindən məşğələyə getmək istəmirmiş. Yazdığı şikayət ərizəsi ilə bağlı izahat verməmiş, ona cavab məktubu gəlməmiş, sadəcə olaraq Cəlilabad Rayon Polis Şöbəsindən şikayətlə əlaqədar zəng vurub, şöbəyə çağırılmış və Mirpoladı polis şöbəsinə aparmışlar. Müstəntiq onunla Həmidənin yanında Mirpoladdan izahat almışdır. İzahat alınanda əvvəl Mirpoladın anasının vəziyyəti yaxşı olmadığından özü iştirak etmiş, anasının vəziyyəti düzələndən sonra görmə problemi olduğu üçün əlindən tutub gətirmişdir. Sonra isə onu müstəntiqin otağından çıxarmışlar. Mirpoladın izahatının imzalanması zamanı yanında olmuş, izahatı oxumuş, Mirpoladın anası da imzalamışdır. Birinci dəfə polis şöbəsinə Mirpoladı izahat verməyə aparmışlar və izahatın alınması təxminən bir saat çəkmişdir. Mirpoladı ekspertizadan keçməsi üçün Cəlilabad şəhərinə aparmışlar və o, ekspertizadan keçiriləndə yanında olmamışdır. İkinci dəfə şöbəyə ekspertizanın nəticələri ilə tanış olmaq üçün getmişlər. Bu dəfə şöbədə olmaları çox çəkməmişdir. Əmisi oğlu Şahid1 evindən pul itmiş, pulun necə yoxa çıxması bir müddət sirr olaraq qalmış, sonra bu sirrin üstü açılmış və Mirdəyanətə təzyiq olunduğu, ondan pul alındığı məlum olmuşdur. Elçin və Əzizin Mirdəyanətlə çox yaxınlıq etdiklərini bilmişdir. Aralarında yaş fərqinin çox olmasına baxmayaraq, belə dostluqları olduğuna görə ümumi narahatlıq keçirmişlər. Mirdəyanətin anasına pulların itməsi ilə bağlı uşağı danışdırmağı məsləhət görmüş, Emilya da ona uşağı danışdırdığını, amma heç nə demədiyini bildirmişdir. Söhbət açılandan sonra Mİrdəyanət hər şeyi etiraf etmişdir. Rəhimgilin evindən pul itməsini 2022-ci ilin aprel ayının ortalarında eşitmiş, nə qədər pul itdiyini soruşmamışdır. Uzun müddət imiş ki, onların evindən az-az pul itirmiş. Sonradan məbləğ artmağa başlamış, baş verənlərdən pulu evin içindən kiminsə götürdüyü göründüyü üçün narahat olmağa başlamışdır. Bununla bağlı Rəhimlə söhbət etməmiş, yalnız hadisənin üstü açılandan sonra söhbətləri olmuşdur. Məhkəmədə mütəxəssis-müəllimin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, Təqsirləndirilən şəxs1 əmisi oğludur, Təqsirləndirilən şəxs2 ilə qohumluğu, habelə onlarla ədavət və ya düşmənçiliyi yoxdur. Elçinlə Əzizin hərəkətlərindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı ifadə vermişdir. Belə ki, 2022-ci il xatırlamadığı gündə kənddə yerləşən məscidə getmiş, məscidin həyətində olarkən Əziz ona yaxınlaşaraq məktub verib, Zərərçəkmiş şəxs1 aparmasını istəmiş, o isə məktubu sonuncuya verməmişdir. Həmin məktubu açıb baxmamış, içində nə yazıldığını bilməmişdir. Şahid3 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, məscidə köməyə getmiş, həmin vaxt Əziz ona məktub kimi qatlanmış kağız vermiş, Əzizə üst-başı kirli olduğundan məscidə girməyəcəyini, məktubu özünün aparmasını demiş, Əziz isə məscidə girmək istəmədiyini bildirmişdir. Məktubu verməyə etiraz edərək yerə atmışdır. Əzizlə tez-tez görüşməmiş, sıx əlaqələri olmamışdır. Əzizlə Mirdəyanətin söhbət etdiklərini görməmişdir. Əzizin görmə qabiliyyəti olmuş, mobil telefon işlədə bildiyi üçün gözünün gördüyünü düşünmüşdür. Əzizin polis şöbəsinə aparılma tarixini xatırlamır. Mirdəyanətdən pul almamış, Mirdəyanətin kiməsə pul verdiiyni görməmişdir. Başqa uşaqlarla birlikdə topu almaq üçün Mirdəyanətgilə gedib onu çağırmış, onunla birlikdə futbol oynamışdır. Elçinlə Mirdəyanətin söhbət etdiklərini, Mirdəyanətin Elçinə pul verdiyini görməmiş və eşitməmişdir. Mirdəyanətlə Mirpolad arasında seksual xarakterli hərəkətlərin olması barədə məlumatı olmamışdır. Bahar onun bacısıdır. Elçinlə yüngül mübahisəsi olmuş, daha sonra bacısı gəlib kiminlə mübahisə etməsi ilə maraqlanmışdır. İbtidai istintaqda hansı məzmunda ifadə verdiyini xatırlamır. Məhkəmədə şahidin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1.3-cü maddəsinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir. Mirdəyanət və onun ailə üzvləri ilə aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 2022-ci ilin aprel ayının 21-22-si tarixlərində “Qədr gecəsi” günü ilə bağlı olaraq kənddə yerləşən məscidə getmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs2 da həmin vaxt məsciddə imiş. Məscidin çölündə olarkən Elçin ona yaxınlaşaraq kağız parçası verib, məktub olduğunu, həmin məktubu Mirdəyanətə çatdırmağını söyləmişdir. Həmin vaxt Mirdəyanət digər kənd uşaqları ilə məsciddə oturmuşdur. Məscidə girə bilməyəcəyini söyləyərək, məktubu yerə atmış, Elçin də ona “sənin qıçlarını sındıraram” demişdir. Bu zaman bacısı Bahar Elçinin ona dediyi sözü eşidərək çölə çıxmış, Elçinə irad tutaraq nə səbəbə onu hədələdiyini soruşmuşdur. Bundan sonra Elçin oradan uzaqlaşıb getmişdir. Elçin ona məktubda nə yazıldığını, nə səbəbə onu Mirdəyanətə verməli olduğunu deməmişdir. Şahid3 əlavə suallara cavab olaraq bildirmişdir ki, bir dəfə kənd ərazisində yerləşən meydançada olarkən Mirdəyanətin Elçin ilə Əzizə pul verdiyini görmüş, lakin, Mirdəyanətin onlara hansı səbəbdən pul verməsini bilməmişdir. Bu səbəbdən o da borc olaraq Mirdəyanətdən 10 (on) manat pul istəmişdir. Lakin, həmin vaxt elə Mirdəyanətə zarafat etdiyini, pul istəmədiyini demişdir. Heç bir vaxt Mirdəyanətdən pul almamışdır. Elçin ilə Əzizin hansı səbəbdən Mirdəyanətdən pul aldığını bilməmişdir. Həmçinin onun Mirdəyanətlə Elçinin cinsi əlaqədə olması barədə məlumatı olmamışdır (cild 01, i.v. 213-214). Şahid3 ifadələri arasındakı ziddiyyətlə əlaqədar bildirmişdir ki, elan olunmuş ifadəsini ziddiyyət yarandığı hissədə təsdiq etmir. İfadə verərkən əvvəl atası yanında olmuş, sonra çölə çıxmışdır. Atası yanında olmayanda müstəntiq onun üstünə qışqırmışdır. Bu barədə atasına demiş, lakin bunu bildikdən sonra atasının nə etdiyindən məlumatı olmamışdır. Müstəntiq ona cərəyan verəcəyini deyib, onu qorxutmuşdur. Müstəntiqə bu işlə bağlı heç nə bilmədiyini, sadəcə Əzizin ona məktub verdiyini, onun isə məktubu yerə atıb getdiyini bildirmişdir. Ondan məktubu Mirdəyanətə verməyi Elçin deyil, Əziz istəmişdir. Mirdəyanətdən pul istəməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X20 sabiq müstəntiqi, hazırda Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Şahid4 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, azyaşlı zərərçəkmiş şəxsləri yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb olunacaqları barədə xəbərdar etməmişdir. Sadəcə olaraq dindirmə protokolunun “şablonun”da o formada yazılmış, o da buna diqqət etməmişdir. Təqsirləndirilən şəxs1 onun yanına kim tərəfindən və nə vaxt gətirildiyini xatırlamır. Əzizin izahatını öz xidməti otağında almışdır. Səhv etmirsə, Əzizin əlilliyi barədə sənədlər ona təqdim edilmiş, o da həmi sənədləri iş materiallarına əlavə etmişdir. Həmin sənədləri hansı yolla əldə etdiyini xatırlamır. Əziz görmə qabiliyyətində məhdudiyyət olduğunu bildirmiş, ondan yazıları oxuya bilib-bilmədiyini soruşduqda, oxuya bildiyini bildirmişdir. Əzizdən görmə qabiliyyətinin hansı səviyyyədə olduğunu soruşubsoruşmadığını xatırlamır. Əzizin izahatının alınmasında ikisindən başqa digər şəxs iştirak etməmişdir. Əziz əlyazmaları özü sərbəst şəkildə yazmış və oxuyaraq imzalamışdır. Əzizin şübhəli və təqsirləndirilən şəxs kimi dindirmə protokollarında ifadələrin birəbir eyni olmasını onunla əsaslandırmışdır ki, o, şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən sərbəst şəkildə eyni məzmunlu ifadə vermiş, əlavə nəsə deməmiş, dediyinə uyğun ifadəsi yazılmış və şəxs tərəfindən imzalanmışdır. Əziz şübhəli şəxs kimi dindirilməsindən etibarən müdafiəçinin iştirakını təmin etmiş və bütün istintaq hərəkətlərində müdafiəçinin iştirakı təmin edilmişdir. 25 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarı Əzizə elan etmiş və bu zaman müdafiəçinin iştirakını təmin etmişdir. Həmin qərarla tanış olma barədə müdafiəçiyə imza atdırmaq diqqətindən yayınmışdır. Əziz barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat məhkəməyə göndərilməmişdən qabaq prokurorun qəbulunda olmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsləri üzləşdirmiş, üzləşdirmə, səhv etmirsə, müvəqqəti saxlama yerində keçirmişdir. Üzləşdirmə zamanı yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçilər iştirak etmişlər. Ümumiyyətlə, Təqsirləndirilən şəxs2 barəsində keçirilən bütün istintaq hərəkətlərində qanuni nümayəndənin və müdafiəçisinin iştirakı təmin olunmuşdur. Müvəqqəti saxlama yerinin müvafiq jurnalında müdafiəçilərin giriş-çıxışı barədə qeydiyyat aparılıb-aparılmadığını bilmir. Əzizin mobil telefonunu götürüb-götürmədiyini dəqiq xatırlamır. Səhv etmirsə, Əziz mobil telefonunu atasına vermişdir. Əziz polis şöbəsinə gətirildiyi gün dindirilmişdir, lakin konkret tarixi xatırlamır. Elçinin hansı tarixdə və kim tərəfindən polis şöbəsinə gətirildiyini xatırlamır. Elçinə qarşı heç bir zorakılıq etməmişdir. Ramilə oğlu Elçinin dindirilməsində iştirak etmişdir. Elçin hadisənin baş vermə mexanizmini danışmış və qanuni nümayəndəsi olan anası bunları eşitmiş, sonuncu ilə başqa heç bir əlaqə yaratmışdır. Dindirilmə protokolunda dindirilmənin keçirilmə tarixi və vaxtının əlyazma ilə yazılmasının onun işləmə metodundan irəli gəldiyini bildirmişdir. Ümumiyyətlə, hazırki cinayət işi ilə əlaqədar ibtidai istintaq zamanı proses iştirakçılarının heç birinə bu və ya digər formada təsir və ya təzyiq göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X20 xx.xx.2022ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Rəhimov X15 Rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində oğlu Zərərçəkmiş şəxs1 qarşı həmkəndliləri Əziz və Elçin tətəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi və onların Mirdəyanətdən hədə-qorxu yolu ilə 300 (üç yüz) ABŞ dolları, 69.000 (altmış doqquz min) rus rublu və 909 (doqquz yüz doqquz) manat pul aldıqları qeyd edilmişdir (cild 01, i.v. 05). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə Cəlilabad rayonu, Şıxlar kəndində Qanuni nümayəndə3 məxsus olan fərdi yaşayış evinin yataq otağında, daha sonra Şıxlar kəndində X13 məxsus olan həyətyanı sahədə yerləşən tövlədə və daha sonra Şıxlar kəndində X12 məxsus yaşayış olmayan fərdi yaşayış evində baş vermiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 14 sentyabr 2021-ci il, 09 noyabr 2021-ci il tarixlərdə və 2021-ci ilin noyabr ayının sonlarında ona qarşı zor tətbiq edərək qeyri-təbii yolla cinsi əlaqədə olduğu yerləri göstərmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 13-17). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə Cəlilabad rayonu, Şıxlar kəndində Qanuni nümayəndə3 yaşadığı evin yataq və qonaq otağında baş vermiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 14 sentyabr 2021-ci il tarixdə və 2021-ci ilin oktyabr ayının əvvəllərində onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 22-24). Qanuni nümayəndə4 Cəlilabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 onun yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs2 qarşı 2021-ci ilin noyabr ayının sonlarında seksual xarakterli zorakılıq hərəkətləri etmişdir (cild 01, i.v. 25). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə Cəlilabad rayonu, Şıxlar kəndində X12 məxsus yaşayış olmayan fərdi yaşayış evində baş vermiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 2021-ci ilin noyabr ayının sonlarında ona qarşı zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 28-31). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin ekspertizasına dair” 347 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs1 hər hansı xəsarət aşkar edilməmiş, onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmuşdur (cild 01, i.v. 31-32). Zərərçəkmiş şəxs3 Cəlilabad Rayon Polis Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, qohumu Təqsirləndirilən şəxs2 14 sentyabr 2021-ci il və 2022-ci ilin aprel-may aylarında onunla qeyri-təbi yolla cinsi əlaqədə olmuşdur (cild 01, i.v. 34). “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin ekspertizasına dair” 371 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs2 Rəhim oğlunda hər hansı xəsarət aşkar edilməmiş, onunla anus dəliyi vasitəsilə cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmamışdır ( cild 01, i.v. 43- 44). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli qərar və protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 16:00-da qanuni nümayəndəsi və müdafiəçisinin iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 95-97). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxin qohumuna məlumat verilməsi təmin edilmişdir (cild 01, i.v. 77-79; 82). “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin ekspertizasına dair” 379 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs3 hər hansı xəsarət aşkar edilməmiş, onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmuşdur (cild 01, i.v. 134- 135). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli arayışı və valyuta məzənnəsinə dair elektron çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan “cbar.az” internet səhifəsindən rus rublu və ABŞ dollarının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində Azərbaycan manatına nisbətdə məzənnəsi çıxarılaraq cinayət işinə əlavə edilmişdir (cild 01, i.v. 152-154). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, i.v. 155-156). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 167-170). Cəlilabad Rayon Məhkəməsinin 4(073)-129/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan seçilmişdır (cild 01, i.v. 191- 193). Cəlilabad Rayon Məhkəməsinin 4(073)-128/2022 nömrəli, xx.xx.2022-ci tarixli və 4(073)-168/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır (cild 01, i.v. 194-195; cild 02, i.v.106-107). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmişlər (cild 01, i.v. 196-197). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 İ dərəcə gözdən əlilliyə görə xx.xx.2019-cu il tarixdən müavinət alır (cild 01, i.v. 199-200). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (cild 01, i.v. 204-205). Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda qeydiyyatdadır, ailə tərkibi anasından ibarətdir və nümayəndəliyi barəsində mənfi xarakterli məlumat daxil olmamışdır (cild 02, i.v. 02-03). Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Komanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Şıxlar kəndində qeydiyyatdadır, anası ilə atası qeyri-rəsmi nikahda olmuş və 2010-cu il tarixdə ayrılmışlar və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, i.v. 04-05). Cəlilabad Rayon Polis X20 xx.xx.2022-ci tarixli protokollarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı-ayrılıqda ifadələrinin əvvəlində, Elçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2, Əziz həmin Məcəllənin 182.2.1, 182.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bildiklərini qeyd etmişlər (cild 02, i.v. 14-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X9” X38 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2201 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosesləri (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.), əqli və psixi inkişafı, intellektualmnestik imkanları normaya uyğun olmaqla, onda gerilik əlamətləri aşkar olunmur, ünsiyyətçillik, özünü müdafiə etməkdə çətinlik çəkməmək, hövsələsizlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, halhazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Göstərilən hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır (cild 02, i.v. 109-111). “Məhkəmə-X9” X38 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2202 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosesləri (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.), əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğun olmaqla, onda gerilik əlamətləri aşkar olunmur, tez inanmaq, özünü müdafiə etməkdə çətinlik çəkmək, sadəlövlük, sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Göstərilən hadisə zamanı psixi-emosional halında qorxu, həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir (cild 02, 114-117). “Məhkəmə-X9” X38 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosesləri (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.), əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğun olmaqla, onda gerilik əlamətləri aşkar olunmur, tez inanmaq, özünü müdafiə etməkdə çətinlik çəkmək, sadəlövlük, sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Göstərilən hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır (cild 02, i.v.120-122). “Məhkəmə-X9” X38 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2056 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Hazırda onda anlaqsızlığın, yəni xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik müəyyən edilmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, az ünsiyyətçillik, sakit təbiətlilik, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik, laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Emisonal vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuş, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji (psixoloji) affekt halında olmamışdır (cild 02, i.v. 126-129). “Məhkəmə-X9” X44 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2057 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik müəyyən edilmir, qeyd edilən cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur (cild 02, i.v. 132-133). “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin ekspertizasına dair” 706 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (cild 02, i.v. 136-138). Cəlilabad Rayon Polis X20 2103 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 141-144). Cəlilabad Rayon Polis X20 2123 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 154-156). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 13 (on üç) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir (cild 03, i.v. 163). Cəlilabad Rayon Məhkəməsininin 6(073)-02/2023 nömrəli, xx.xx.2023-cü il, Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2023 nömrəli, xx.xx.2023-cü il və Cəlilabad Rayon Prokurorluğunun 15 iyul və 18 dekabr 2023-cü il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalması, habelə iş üzrə güya 17 may 2022-ci il tarixdə izahat verdiyi vaxtdan şübhəli şəxs qismində tutulduğu 23 may 2022-ci il tarixə kimi Cəlilabad Rayon Polis Şöbəsində qanunsuz saxlanılması ilə əlaqədar 109 C-23 nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmiş, prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı Cəlilabad Rayon Məhkəməsinin 6(073)-08/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarı isə həmin məhkəmənin 6(073)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə qanunsuz hesab edilməklə ləğv edilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını, bu barədə əvvəlki məhkəmə istintaqı zamanı verdiyi və cinayət işinin materiallarına əlavə olunmuş notariat qaydasında təsdiq olunmuş barışıq ərizəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələrini xahiş etməsini göstərmişdir. Müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasında saxlanıldığı müddətdə həkim oftalmoloq tərəfindən “OU-torlu qişanın qopması. Keçirilmiş PPV (pars plana vitrektomy) cərrahiyyə əməliyyatından sonrakı vəziyyət” dioqnozu qoyulmuş, daha ixtisaslı müayinə üçün penitensiar xidmətin müalicə müəssisəsinə göndərilmiş, orada klinik, laborator, instrumental müayinələrdən keçirilmiş və eyni dioqnoz qoyulmuş, bundan sonra bir neçə dəfə həkim oftalmoloqun baxışı olmuş, müayinələrin nəticəsinə əsasən “OU-Terminal qlaukoma. Torlu qişanın total qopması. Xroniki uveit” diaqnozları qoyulmuş, cərahiyyə əməliyyatı perspektivsiz olduğu üçün dəstəkləyici təyinatlar verilmişdir. Onun İ qrup gözdən əlil olması ilə əlaqədar kənar şəxslərin qulluğuna ehtiyacı vardır və onların köməyindən istifadə edir. Müdafiə tərəfinin verdiyi və məhkəmənin qərarı ilə qismən təmin olunmuş vəsatət əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair” 585/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 mütəxəssis müayinəsi zamanı onun hər iki gözündə görmə qabliyyətinin olmadığı və “OU-göz almasının subatrofiyası”-nın olduğu müəyyən edilmişdir. Hazırda cərrahiyyə əməliyyatına ehtiyacı yoxdur. Belə ki, hər iki gözün bütün qişaları zədələndiyindən görmənin bərpası mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlarına olan 5291/2022, 5292/2022 nömrəli tibbi kitabçaların surətlərindən görünür ki, təqsirləndirilən şəxslər hər ikisi də xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişlər, ilkin tibbi müayinədən keçirilərək adlarına tibbi kitabçalar açılmış, Təqsirləndirilən şəxs2 müayinə zamanı bel nahiyəsində çoxsaylı, sol said nahiyəsində tək köhnə çapıq toxuması vardır, xəsarət almadığını bildirmişdir; Təqsirləndirilən şəxs1 sağ said nahiyyəsində çapıq toxuması aşkar olunmuş, həbs olunmamışdan əvvəl xəsarət almasını inkar etmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2 məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunaraq maddi sübut kimi tanınmış CD diskdəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında “X30 manatı neynədin Əəə narahat olma saba alacam O götürüb o pulu prosta yaqışdı verə bilmədi sabba verecəy day ibrahimin yanında demə brat gəl bizə sən”; “X46 X53 yox X32 Tapağ brat”; “X45 X5rağ Tezol Əə indi gelinbacımnan röya gedir rusdanabada vahid evdə diyir gedəcəm dəyanətgilə ama əvvəl bizon al mənə gedim neyniyəy”; “Həə davay ürəyim gəlibacım gil gedsin qoy X49 Rahim gil tərəfə Hardasan Görəydə qoysa lap yaxşı Yaxşı birqzdan Hava qaralsın gedib baxarıq Brat”; “Gedisən Söhbət gilə Gedəy Bu işi Əəı nə pul var kaytaran eləbil məni tanımırsan Sən necə məndə elə gə savaşmiyağ bi olağ çıxaq işdən Qardç Nə diyirsən Mənə 300 ya400uz veribsən”; “X50 ver Əə söyüş söymə zibil xərcdiyəndə necə biyirdiyiydiysə indidə bi olağda” məzmunlu sms yazışmaları və səsli sms-lər (səsli sms-də hadisə barədə daha geniş və dəqiq ifadə olunmuş və disk cinayət işinin materiallarına əlavə olunmuşdur). Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə məhkəməyə vəsatətlərlə müraciət etmiş və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və cinayət törədilərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlilləri, yəni Təqsirləndirilən şəxs2 az yaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı qeyri-etik hərəkətlər etməməsi, bunun Mirpolad barəsində olan ekspert rəyi ilə bir daha təsdiq olunması, Mirdəyanətin ailəsinin onun dayısı Qanuni nümayəndə3la ədavəti olmasa da, əvvəllər ata tərəfi ilə ədavətləri olduğundan atası Şahid1 onu tutdurmaq üçün ekspertə pul verib saxta rəylər əldə etməsi, Rəhimin oğlu Fədaillə onu və Təqsirləndirilən şəxs1 kəndin çıxacağında yerləşən ağaclıq sahəyə aparıb orada döymələri, bu barədə müstəntiqə desə də, ona məhəl qoyulmaması, ibtidai istintaq zamanı heç bir ifadə verməməsi, müstəntiq qarşısına sənədlər qoyaraq ona imzalatdırması, onu döyməsi, çıxılmaz vəziyyətdə qaldığı üçün həmin sənədləri imzalaması, zərərçəkmiş şəxslərdən pul almaması, Əzizin də onlardan pul aldığını görməməsi, ibtidai istintaq zamanı sənədləri imzalayarkən yanında müdafiəçisi və qanuni nümayəndəsinin olmaması, Əzizlə üzləşdirilməməsi; Təqsirləndirilən şəxs1 ümumiyyətlə zərərçəkmiş şəxslərlə aralarında yaş fərqi çox olduğundan heç bir münasibəti olmaması, həmçinin görmə məhdudiyyəti olduğundan çölbayıra çıxa bilməməsi, insanlarla az ünsiyyətdə olması, işin ibtidai istintaqını aparan müstəntiqə, habelə prokurora bu barədə deməsi, hətta sənəd təqdim etməsi, lakin müstəntiqin həmin arayışı cırıb atması, ona qarşı irəli sürülmüş ittihamın əsassız olması, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 ona zərərçəkmiş şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə danışmaması, Zərərçəkmiş şəxs1 və qeyrilərindən pul götürməsi üçün tapşırıq verməməsi, Mirdəyanətin atası Rəhim və böyük qardaşı Fədailin onunla Elçini kəndin qırağına aparıb, orada onları döyərək, etmədikləri hərəkəti boyunlarına qoymağa çalışmaları, 17 may 2022-ci il tarixdə Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evdə yatdığı vaxt polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılması, polis şöbəsinə aparılarkən üzərində olan və müstəntiqə təhvil verilmiş mobil telefonunun geri qaytarılmaması, müstəntiqin ona, “500 (beş yüz) manat dəymiş zərər var, narahat olma, sənədləri imzala, birinci qrup əlil olduğun üçün buraxılacaqsan, sənin bu cinayəti etmədiyini bilirəm” deməsi, sənədləri onun çıxış sənədləri olduğunu bildirərək, əslində özünün yazdığı ifadələri əlindən tutub imzalatdırdıqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə salınması, heç bir sənədi oxumaması, ibtidai istintaq zamanı ifadə verməməsi, Elçinlə üzləşdirilməməsi, ona müdafiəçinin ilk dəfə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş təqdimata Cəlilabad Rayon Məhkəməsində baxılarkən təqdim olunması barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, əksər zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ilkin izahatında, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsində şübhəli və təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, üzləşdirmə protokollarında (üzləşdirmənin əvvəlində əvvəlki ifadələrində dediklərini təsdiq etdiyini bildirməklə) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2ci maddələri ilə verilən ittiham üzrə özünü təqsirli bildiyini etiraf etmişdir (hökmün təsviri hissəsində elan olunmuş ifadəsində bu barədə ətraflı göstərilmişdir). Bundan başqa, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X38 “canlı şəxsin ekspertizası”na dair 347 nömrəli, xx.xx.2022ci il tarixli (Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olundu); 371 nömrəli, xx.xx.2022-ci il tarixli (Zərərçəkmiş şəxs2 onunla anus dəliyi vasitəsilə cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmadı); 379 nömrəli, xx.xx.2022-ci il tarixli (Zərərçəkmiş şəxs3 onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olundu) məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə tanış olarkən heç bir etirazının olmadığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 də ilkin izahatında, habelə Cəlilabad Rayon Polis Şöbəsində şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, üzləşdirmə protokollarında (üzləşdirmənin əvvəlində əvvəlki ifadələrində dediklərini təsdiq etdiyini bildirməklə) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2-ci maddələri ilə verilən ittiham üzrə özünü təqsirli bildiyini etiraf etmişdir (hökmün təsviri hissəsində elan olunmuş ifadəsində bu barədə ətraflı göstərilmişdir). Bundan başqa, cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmədə şahid qismində verdiyi ifadəsində Elçinlə Əzizin ibtidai istintaq zamanı üzləşdirildiklərini, həmin üzləşmədə özünün iştirak etməsini, lakin müdafiəçilərin olmadığını bildirmişdir. Belə olan halda, müdafiə tərəfinin öz ifadələri arasında ziddiyyət yaranır ki, bu da onların qeyri-səmimi ifadə verməklə, müdafiə taktikasını düzgün qurmadıqlarını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar mövcud ziddiyyəti ibtidai istintaq zamanı onlara göstərilmiş fiziki və psixoloji təzyiq, Təqsirləndirilən şəxs1 polis şöbəsində qanunsuz saxlanılması, Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən döyülməsi ilə əlaqələndirmişlər. Cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Elçinin qanuni nümayəndəsi Qanuni nümayəndə1 da bu faktı təsdiqləmişdir. Lakin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi və müdafiəçisi bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Elçinin fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdükləri dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı peşəkar vəkillə təmsil olunmalarına baxmayaraq, istər özləri, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı psixoloji təzyiqlərə məruz qalması, habelə iş üzrə xx.xx.2022-ci ildə izahat verdiyi gündən şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixə kimi polis şöbəsində qanunsuz saxlanılması ilə əlaqədar aidiyyəti üzrə özü və müdafiəçisi tərəfindən şikayət ərizəsi ilə müraciət etmiş, bununla bağlı Cəlilabad Rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında qəbul edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvəsində saxlanılmış 6(073)-02/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında Cəlilabad Rayon Prokurorluğunun 109 C-23 nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul və 18 dekabr 2023-cü il tarixli qərarları Cəlilabad Rayon Məhkəməsinin 6(073)-08/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 6(073)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarları ilə qanunsuz hesab edilməklə ləğv edilmişdir. Məhkəmə onu da qeyd edir ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən axırınadək verdikləri izahat və ifadələrində, barələrində qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclasında hazırki cinayət işi ilə əlaqədar polis əməkdaşları və ya digər şəxslər tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalıb-qalmadıqları barədə bildirməmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda məhkəmə istintaqı zamanı ifadələrində tutularkən polis əməkdaşları, müstəntiq tərəfindən fiziki təsir və təzyiqlərə məruz qalmaları barədə demələrinə əsasən onların saxlanılandan sonra istintaq təcridxanasına aparıldıqları vaxt üzərlərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğuya alınmış cavabda ilkin tibbi müayinə zamanı hər ikisinin də xəsarət almadıqlarını bildirmələri göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalmalarına, polis şöbəsində qanunsuz saxlanılmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək, ümumi olaraq təsir və təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki və psixoloji təsir və təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların bu barədə göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların ibtidai istintaq zamanı izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ifadələrini Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi, habelə hər ikisinin müdafiəçilərinin iştirakı ilə dindirilmələri, habelə ibtidai istintaq boyunca hazırki cinayət işi ilə bağlı hər hansı zorakılığa məruz qalmaları barədə bildirmədiklərinə və bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə heyəti cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 ifadəsində Elçinin ibtidai istintaq zamanı dindirilərkən və üzləşdirilmə proseslərində müdafiəçisinin yanında olmaması, oğluna bu və digər formalarda təzyiq göstərilməsi, döyülüb qorxudulduğu üçün hər şeyi boynuna alması; yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 Elçinlə aralarında ittiham aktında göstərilən hərəkətlərin olmaması, ondan pul tələb olunmaması, ibtidai istintaq zamanı müstəntiqin dediyi kimi ifadə verməsi; onun qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə3 qonşusu Şahid1 əsəbdən Elçingilə qarşı belə bir məzmunda şikayət etməsi, həqiqətdə isə oğlu Mirvahidin deməsinə əsasən belə bir hərəkətlərin olmaması; yetkinlik yaşına çatmayan Şahid3 ondan məktubu Zərərçəkmiş şəxs1 verməyi Elçin deyil, Təqsirləndirilən şəxs1 istəməsi, özünün Mirdəyanətdən pul istəməməsi, ibtidai istintaq zamanı ifadə verərkən əvvəl atasının yanında olması, sonra çölə çıxması, atası yanında olmayanda müstəntiqin onun üstünə qışqırması, ona cərəyan verəcəyini deyib qorxutması, müstəntiqə bu işlə bağlı heç nə bilmədiyini, sadəcə Əzizin ona məktub verdiyini, onun isə məktubu yerə atıb getdiyini bildirməsi barədə məhkəmədə verdikləri ifadələrində dediklərini məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxslərdən Elçinin ailə üzvü (anası Ramilə) və qohumları (dayısı Fuad və dayısı oğlu Mirvahid), Təqsirləndirilən şəxs1 qohumu (əmioğlusu Mirismayıl) olmaları, bununla da təqsirləndirilənlərin məsuliyyətini yüngülləşdirmək məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxslərin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə eyni zamanda müdafiə tərəfinin məhkəməyə verdiyi, müşavirə otağında müzakirə edilməli olduğundan, qəbul edilərək cinayət işinin materiallarına əlavə edilmiş vəsatətlərə də hüquqi qiymət verilməli olduğunu zəruri hesab edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi məhkəməyə vəsatət təqdim edərək cinayət işinin materiallarına əlavə edilmiş hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə vermiş olduğu xx.xx.2022-ci il tarixli izahat və şübhəli şəxs qismində dindirmə protokolu, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokolu, həmin və xx.xx.2022-ci il tarixli üzləşmə protokolları, xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokolu (təqsirləndirilən şəxs görmə əngəlli olduğuna görə həmin sənədləri oxumaq imkanına malik olmamaqla, müstəntiqin onun əlindən tutub kömək etməsi nəticəsində məzmununu bilmədən bir neçə söz yazıb imzalaması, əlillik barədə iki vərəqdən ibarət sənədin yalnız bir vərəqinin iş materiallarına əlavə edilməsi nəticəsində Təqsirləndirilən şəxs1 gözündə 2018-ci ildən görmə probleminin olmasının güya ona məlum olmamasına görə); xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 dindirilməsi barədə xx.xx.2022-ci il tarixli; xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 dindirilməsi barədə xx.xx.2022-ci il tarixli; xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 dindirilməsi barədə xx.xx.2022-ci il tarixli; xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid3 şahid qismində dindirilməsi barədə xx.xx.2022-ci il tarixli; xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 şahid qismində dindirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolları (müstəntiq tərəfindən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər və şahidlərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şahidə (eyni zamanda zərərçəkmiş şəxsə (231.1-ci maddə)) onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilməli, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməli olmadığı halda, bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi və ifadə verməkdən imtina etməyə görə həmin Məcəllənin 298-ci maddəsi ilə xəbərdarlıq edilməsinə görə); təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilmələri barədə tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokolların (təqsirləndirilən şəxslər təməl hüquqları barədə məlumatlandırılmamaları, hüquqları tam və hərtərəfli izah edilməməsi, özlərinə və yaxın qohumlarına qarşı ifadə (izahat) vermək hüquqları izah edilməməsi səbəbindən), ümumiyyətlə həmin şəxslərin təkrar dindirmələri zamanı əvvəlki ifadələrin olduğu kimi köçürülməsi, bununla da həmin sənədlərin Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi və Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması ilə əldə edildiyindən sübut kimi yolverilməz sənədlər olaraq məhkəmə baxışından xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etməsi ilə əlaqədar məhkəmə heyəti bildirir ki, həmin sənədlər cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olan qaydada əldə edildiyindən sübutlar siyahısından çıxarılmamalıdırlar. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 220.2-ci maddəsində göstərilir ki, ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır. Cinayət işinin ibtidai istintaq materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 İ dərəcə gözdən əlilliyə görə xx.xx.2019-cu il tarixdən müavinət alır. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 hər iki gözündə görmə qabliyyətinin aşağı olması, gözdən əlilliyinin xx.xx.2022-ci il tarixli sənədin ikinci vərəqində 15 oktyabr 2018-ci il tarixdən qeydə alınması və müstəntiqin bu faktı gizlətmək üçün həmin vərəqi iş materiallarına əlavə etməməsi, bununla da görmə qabliyyəti əngəlli olan şəxsdən güya qanunsuz olaraq, ona təsir göstərməklə izahat və ifadə alması, əlyazma yazı yazdırması və imzalar etdirməsi barədə iddiaları heç bir məntiqə uyğun deyildir. Çünki, sözügedən sənədin cinayət işinin materiallarında olan birinci vərəqində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 01.0.2019-cu il tarixdən gözdən əlilliyə görə müavinat təyin olunmuşdur. Məlum cinayət əməlləri isə 2021-ci ilin noyabr ayının əvvəllərindən 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda baş vermiş və Əziz 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tanınmışdır. Bundan başqa, yenə də cinayət işinin ibtidai istintaq materiallarındakı “Məhkəmə-X9” X38 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2057 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən anda, habelə hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik müəyyən edilmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ona rəhbərlik etmək iqtidarındadır. Göründüyü kimi, hər bir halda Təqsirləndirilən şəxs1 gözündə məlum hadisədən əvvəl problem olması, eyni zamanda bu problemin onun ibtidai istintaqda dindirilməsinə maneə yaratmaması artıq istintaq orqanına məlum olmuşdur. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 51.5-ci maddəsində göstərilmişdir ki, “... prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır”. Müdafiəçinin sübutlar siyahısından çıxarılmasını təklif etdiyi Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi izahat, ifadələr və üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin sənədləri müdafiəçisinin iştirakı ilə imzalamışdır. Bu faktı məhkəmədə əlavə şahid qismində dindirilmiş, işin ibtidai istintaqını aparmış müstəntiq də təsdiq etmişdir. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər, habelə şahid ifadələrinin müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şahidə (eyni zamanda zərərçəkmiş şəxsə (231.1-ci maddə) onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilməli, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməli olmadığı halda, bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi və ifadə verməkdən imtina etməyə görə həmin Məcəllənin 298-ci maddəsi ilə xəbərdarlıq edilməsinə görə sübutlar siyahısından çıxarılması məsələsinə gəlincə, məhkəmə qeyd edir ki, istinad olunan sənədlərdə hüquq və vəzifələrə dair hissələr elektron qaydada tərtib olunmuş, ibtidai istintaqı aparan müstəntiq də məhkəmə iclasında bunu təsdiq etməklə bildirmişdir ki, həmin yetkinlik yaşına çatmayan şəxslər dindirilərkən onlara ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297, 298-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməmiş, sadəcə olaraq protokolun hüquq və vəzifələrdən bəhs edən hissəsi hazır formada olduğundan həmin hissələr sənəddə “şablon” olaraq qalmışdır. Bundan başqa, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş xx.xx.2012ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X7 ümumiyyətlə ittiham aktına çağrılmalı olan şəxslərin sırasına daxil edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokollarının onlara təməl hüquqlarının tam və hərtərəfli izah edilməməsi səbəbindən sübutlar siyahısından çıxarılması, ümumiyyətlə həmin şəxslərin təkrar dindirmələri zamanı əvvəlki ifadələrinin olduğu kimi köçürülməsi hissədə məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarına əsaslanaraq bildirir ki, qeyd olunan halda pozuntuya yol verilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 235.3-cü maddəsində göstərilir ki, üzləşdirmənin əvvəlində aralarında üzləşdirmə aparılan şəxslərin bir-birini tanıması və onların münasibətləri dəqiqləşdirilir. Şahidlər və zərərçəkmiş şəxslər ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdar olunurlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi 2022-ci ilin 25 may və 23 iyul tarixlərində təqsirləndirilən şəxs qismində üzləşdirilmişlər və “üzləşmədə dindirmə protokolları”nda onların bir-birlərini tanıyıb-tanımamaları, münasibətləri barədə qeyd olunmuşdur. Eyni zamanda, hər iki üzləşdirmə yekun ittiham aktında əks olunmayan birbiri ilə əlaqəli olmayan, ayrı-ayrı məsələlərlə bağlı olmuşdur. Məhkəmə tərkibi müdafiə tərəfinin cinayət işinin materiallarında olan Cəlilabad Rayon Polis X20 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ona elan olunması, ittihamın mahiyyəti və məzmununun aydın olması, qərarın surətini alması barədə olan sənəddə müdafiəçi Ramin Məmmədovun imzasının olmaması ilə bağlı qeyd edir ki, bu fakt məhkəmə tərəfindən mübahisələndirilməyən hal olmaqla yanaşı, eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla (Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, qərarın ona elan olunması, ittihamın mahiyyəti və məzmununun aydın olması, qərarın surətini alması barədə olan sənəddə müdafiəçinin imzası öz əksini tapmışdır) aradan qaldırıldığı üçün ibtidai istintaq orqanı tərəfindən yol verilmiş kobud qanun pozuntusu hesab edilmir. Bundan başqa, eyni, yəni xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə protokolu”nda təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah olunması, ittiham olunduğu maddələrlə özünü təqsirli bilib-bilməməsinin soruşulması barədə qeyd olunması, habelə bu protokolda müdafiəçinin imzasının olması onu göstərir ki, müdafiəçi həmin gün təqsirləndirilən şəxsin yanında olmuş və sonuncunun müdafiə hüququ pozulmamışdır. Bundan əlavə, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş müstəntiq Şahid4 də, bu barədə ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı elan olunub, ittihamın mahiyyəti və məzmunu izah edilib, qərarın surəti verilərkən müdafiəçisi onun yanında olmuş, lakin sonuncunun sözügedən sənədi imzalamaması nəzərindən qaçmışdır. Bununla bağlı Cinayət-Prosessual Məcəllənin müddəalarında göstərilir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Beləliklə, sözügedən sənəddə müdafiəçi tərəfindən iştirak etdiyi halda imzanın icra edilməməsi Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət üzrə əməli törədibtörətməməsini, əməlinin düzgün tövsif edilib-edilməməsini şübhə altına almayan prosessual pozuntudur, hansı ki, cinayət işində olan və biri digəri ilə uzlaşan təkzibedilməz sübutlarla aradan qaldırılması mümkündür. Məhkəmə heyəti cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 “canlı şəxsin ekspertizasına dair” 371 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində azyaşlı Zərərçəkmiş şəxs2 Rəhim oğlu ilə anus dəliyi vasitəsilə cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmaması barədə qeyd olunduğu halda ittiham aktında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinin göstərilməsi ilə bağlı bildirir ki, həmin epizod üzrə Elçinə “Mirpolada zor tətbiq edərək, qollarından tutub zorla yerə yıxaraq əynində olan şalvarını aşağı çəkdikdən sonra iradəsinə zidd olaraq cinsi ehtirasını təmin etmək üçün özü də cinsiyyət orqanını şalvarından çıxarıb, qəsdən onun anus dəliyinə toxundurmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir” məzmunda ittiham verilmişdir. Cinayət işinin materiallarındakı azyaşlılar X4 məhkəmə-tibbi müayinəsinin nəticələri olaraq onda qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlərin aşkar olunmasına dair 17 may 2022-ci il tarixli, 347 saylı ekspert rəyində ekspertizanın keçirildiyi yer Birliyin Cəlilabad şöbəsi göstərilməklə, həmin şöbənin rəisi məhkəmə tibb eksperti Rauf Ağayev və Birliyin Biləsuvar rayon şöbəsinin rəsi məhkəmə-tibb eksperti Tofiq Mirzəyev tərəfindən; Zərərçəkmiş şəxs3 qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlərin aşkar olunmasına dair 25 may 2022-ci il tarixli, 379 saylı ekspert rəyində ekspertizanın keçirildiyi yer Birliyin Cəlilabad şöbəsi göstərilməklə, həmin şöbənin rəisi məhkəmə-tibb eksperti Rauf Ağayev və Birliyin Masallı rayon şöbəsinin rəsi məhkəmə-tibb eksperti Alişan Təhməzov tərəfindən; Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsinin nəticələri olaraq onda anus dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaya dair əlamətlərin aşkar olunmaması barədə 23 may 2022-ci il tarixli, 371 saylı ekspert rəyində ekspertizanın keçirildiyi yer Birliyin Cəlilabad şöbəsi göstərilməklə, həmin şöbənin rəisi məhkəmə-tibb eksperti Rauf Ağayev və Birliyin Masallı rayon şöbəsinin rəisi məhkəmətibb eksperti Alışan Təhməzov tərəfindən imzalanması, ekspertizaların Cəlilabad rayonunda keçirilməsi göstərilsə də, zərərçəkmiş şəxslərin qanuni nümayəndələrinin ifadələrindən ekspertizaların keçirilməsi yerinin Masallı rayonu olmasının məlum olması, bununla da ekspertizanın bir ekspert tərəfindən aparılıb, lakin rəyin başqa, yəni həmin ekspertizanı aparmayan ekspertlər tərəfindən imazalanması, ekspertə pul verilməli olmasının məlum olması, ekspert rəyində Zərərçəkmiş şəxs3 onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlərin aşkar olunması göstərilsə də, məhkəmə iclasında Mirvahidin və onun qanuni nümayəndəsinin belə bir halın olmamasını bildirmələri, ekspertlərin qarşıya qoyulmuş sualları tam cavablandırmamaları, belə olan halda əlavə və təkrar ekspertizaların keçirilməli olması, yekun olaraq həmin ekspert rəyləri tam olmamaqla yanaşı zidiyyətli və eyni zamanda qanunsuz olduqlarından sübut kimi yolverilməz hesab olunmaları barədə məsələyə gəlincə, məhkəmə cinayət işinin materiallarına və cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən həmin rəylərin sübut kimi yolverilməz olmadığı qənaətindədir. Bununla əlaqədar məhkəmə ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarında olan Cəlilabad Rayon Polis X20 14, 20, 23 may 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərarlarından görünür ki, iş üzrə azyaşlılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizaların aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X21” X38 müvafiq olaraq Cəlilabad, Biləsuvar, Masallı Rayon Şöbələrinə həvalə olunmuş, ekspertlər qarşısında hər üç azyaşlı barədə ayrı-ayrılıqda bədənləri üzərində nə kimi xəsarətlər vardır, həmin xəsarətlərin ağırlıq dərəcəsi nədir, həmin xəsarətlər qərarda göstərilən tarixə uyğun gəlirmi, həmin xəsarətlər nə ilə yetirilmişdir, bədənlərində qeyri-təbii yolla (anus dəliyi vasitəsilə) cinsi əlaqədə olmağa xarakterik izlər vardırmı kimi suallar qoyulmuş, ekspert rəylərində hər üç azyaşlının bədəni üzərində xəsarət aşkar olunmadığı, Mirdayənət Rəhimli ilə Zərərçəkmiş şəxs3 qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlərin aşkar olunması, Zərərçəkmiş şəxs2 isə belə bir əlamətin olmadığı göstərilmiş, bununla da, ekspert rəylərində cavablandırılmamış sualların olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 265-ci maddəsində göstərilmişdir ki, ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır. Mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə bilər. Ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy verir. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir. Hər hansı ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert idarəsinin rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir. Beləliklə, məhkəmə heyəti yuxarıda göstərilənlərin fövqündə bu qənaətə gəlir ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyləri qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə olunmuşdur və iş üzrə sübut kimi qəbul olunmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göstərilənlərə əsasən, məhkəmə müdafiə tərəfinin qeyd etdiyi sənədlərin sübut kimi qəbul edilməməsinə və sübutlar siyahısından çıxarılmasına mühüm bir əsas görmür. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Elçinin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin dispozisiyasında zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə (təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədildiyi zaman qüvvədə olan redaksiyasında); hər ikisinin ittiham olunduqları Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının çəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin ictimai-təhlükəlilik dərəcəsi və xarakteri, qəsd etdiyi ictimai münasibətlərin mühümlüyü faktiki olaraq zorlama cinayətində olduğu kimidir. Zorlamada cinayətdən zərərçəkmiş şəxs qismində yalnız qadınlar çıxış etdikləri halda, seksual xarakterli zorakılıq hərəkətlərində həm qadınlar, həm də kişilər bu cinayətdən zərərçəkmiş şəxs kimi çıxış etdiklərinə görə qadınların və kişilərin cinsi azadlığı fərq qoyulmadan eyni dərəcədə qorunur. Bu cinayətin obyekti kimi şəxsin cinsi azadlığı çıxış edir, obyektiv tərəfi fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Fiziki zor tətbiq etməklə zorlama dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane olan bilən hər hansı kənar şəxsin əlqolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Zərərçəkmiş şəxsin köməksiz vəziyyətində istifadə etməklə zorlama müxtəlif hallarla əlaqədar olaraq törədilir. Zorlama o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş sayılır ki, o özünün psiki və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulmuş olması, sair xəstə və ya şüursuz vəziyyətdə olması və s.) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə olan zərərçəkmişlə cinsi əlaqəyə girdiyini dərk etmiş olsun. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üçün fizioloji mənada cinsi əlaqənin başa çatıbçatmamasının əməlin tövsifində heç bir əhəmiyyəti yoxdur. Belə ki, cinsi əlaqə anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır. Fiziki zor cinsi əlaqəyə nail olmaq üçün vasitə rolunu oynayır. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Həm zorlama cinayəti, həm də seksual xarakterli zorakılıq hərkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri əvvəllər Cinayət Məcəlləsinin 150-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən seksual xarakterli digər zorakılıq hərəkətləri cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki seksual xarakterli digər zorakılıq hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1998-ci il tarixli, 2 nömrəli Qərarında (xx.xx.2021-ci il tarixli əlavə və dəyişikliklərlə) göstərilir ki, “hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar çıxış edirlər. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədəqorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 182.2.1, 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri izahatlar, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə3 ibtidai istintaq zamanı verdikləri ifadələri, digər azyaşlılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndələrinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəməyə təqdim olunmuş təqsirləndirilən şəxslərin aralarında olan sms yazışmaları və səsli mesajların əks olunduğu maddi sübut kimi tanınmış CD diskdəki məlumatlar kimi biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, yəni, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci və Təqsirləndirilən şəxs1 əməlləri isə həmin Məcəllənin 182.2.1, 182.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1, 182.2.2-ci və Təqsirləndirilən şəxs1 əməllərində həmin Məcəllənin 182.2.1, 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müzakirə edilməklə, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsiri nəzərə alınır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Zorakılıq hərəkətləri və zorakılıq cinayətləri cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayətdir. Hazırki cinayət işində Təqsirləndirilən şəxs2 seksual xarakterli zorakılıq hərəkətlərini azyaşlılara qarşı törətmişdir ki, bu da cinayətin ictimai-təhlükəliliyini daha da artırmışdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin 150.3-cü maddəsinin (seksual xarakterli zorakılıq hərəkətləri) sanksiyası ağırlaşdırılaraq üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 əməllərində cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, azyaşlı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 azyaşlı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, anasının yaşlı olmasını, İ qrup gözdən əlil olmaqla kənar şəxslərin köməyinə ehtiyacının olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə (təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədildiyi zaman qüvvədə olan redaksiyasında); hər ikisinə qarşı irəli sürülmüş ittihamın əks olunduğu həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş sanksiya həddində konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, ittiham olunduğu maddənin sanksiyasında edilmiş dəyişikliyin ona tətbiq edilməli olmaması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməllərini yetkinlik yaşına çatmadan, 2021-ci ilin sentyabrından 2022-ci ilin may ayınadək olan dövrdə törətmişdir və belə olan halda həmin vaxt qüvvədə olan cinayət qanunvericiliyin müddəalarına istinad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərindən bəhs edən 85.5-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 84.1-ci və 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Qərarın 12-ci bəndində isə “məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 (on) il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır” qeyd olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 cinayət törətdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cəza növü və həddi kimi səkkiz ildən on beş ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunda 150.3.3-cü maddənin sanksiyasında “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarının 1-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır:- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Göstərilənlərə istinadən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayət əməli törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə müvafiq olaraq həmin Məcəllənin 15.4 və 15.5-cü maddələrinə əsasən xüsusilə ağır və ağır cinayətlər hesab olunur, eyni zamanda təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci tarixli, 2 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “... yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə ... göndərilməlidir”. Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir (“Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 4 nömrəli qərarının 21-ci bəndi). Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur və 56.1.2ci maddəyə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən olunmuşdur. Belə olan halda, qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə azyaşlı zərərçəkmiş şəxslərə və onların qanuni nümayəndələrinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinin tələbinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq işə əlavə edilmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasındakı sms yazışmaları və səsli sms-in köçürüldüyü CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin hər biri barəsində ayrı-ayrılıqda seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 23 may 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2, 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 182.2.1 və 182.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər və onların qanuni nümayəndələrinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasındakı sms yazışmaları və səsli sms-in köçürüldüyü CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar