Məhkəmə qərarları › İş №1(099)-60/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-60/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-60/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1973-cü ildə Lənkəran rayonunun Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-155,797 qram narkotik vasitə olan heroin, külli miqdarda- 21,712 qram psixotrop maddə olan metamfetamin, 1,091 qram narkotik vasitə olan tiryək, 0,225 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olmaqla 01 ədəd və 0,5 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatını əldə edib, saxlayıb, daşıyarkən yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə gətirmiş, bundan sonra o, həmin maddələri ayrı-ayrı hissələrə bölüb, onlardan 5 bükümdə olmaqla cəmi 0,468 qram heroini, 9 ədəd bükümdə olmaqla cəmi 0,651 qram metamfetamini və 1 (bir) ədəd elektron tərəzini üzərində, digər hissələr-3 ədəd bükümdə cəmi 155,329 qram heroini, 2 ədəd bükümdə cəmi 21,061 qram metamfetamini, 2 ədəd bükümdə cəmi 1,091 qram tiryəki, 01 ədəd bükümdə 0,225 qram qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan 01 və 0,5 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatı və 1 (bir) ədəd elektron tərəzini bir ədəd sellofan torbaya yığıb yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən evin həyətindəki anbarda olan quru ağac odunlarının altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 iyul 2021-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Göyşaban kəndində piyada hərəkətdə olarkən saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın ciblərindən 5 ədəd bükümlərdə 0,085 qram, 0,111 qram, 0,115 qram, 0,084 qram və 0,073 qram olmaqla cəmi 0,468 qram heroin, 9 ədəd bükümlərdə 0,059 qram, 0,087 qram, 0,089 qram, 0,077 qram, 0,071 qram, 0,088 qram, 0,069 qram, 0,068 qram və 043 qram olmaqla cəmi 0,651 qram metamfetamin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüş, habelə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən fərdi yaşayış evinin həyətində aparılan axtarış zamanı həyətindəki anbarda olan quru ağac odunlarının altından bir ədəd sellofan torbanın içərisində 3 ədəd bükümlərdə 137,565 qram, 17,661 qram və 0,103 qram olmaqla cəmi 155,329 qram heroin, 2 ədəd bükümlərdə 0,125 qram və 20,936 qram olmaqla cəmi 21,061 qram metamfetaminin və üzərində heroin izləri olan 01 (bir) ədəd "Constant" markalı elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsidə iki azyaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuş və ailəsi ilə birlikdə Lənkəran rayonunun Göyşaban kəndində yaşamışdır. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 20 iyul 2021-ci il tarixdə, axşam saatlarında küçədə olarkən bir neçə polis əməkdaşı onu tutub X11 aparmışlar. Polis bölməsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində tanımadığı polis əməkdaşı cibinə bir neçə sayda bükümlər və bir ədəd elektron tərəzini qoymuş, bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışdır. Axtarış zamanı əvvəldən polislərin cibinə qoyduğu həmin bükümlər və elektron tərəzi aşkar olunub götürülmüşdür. Bükümlərin neçə ədəd olmasını xatırlamır, həmin bükümlərin içərisində heroin və metamfetamin aşkar olunmuşdur. Həmin vaxt polislərin ona qarşı təzyiqləri olduğu üçün o, aşkar olunmuş narkotiklərin (heroinin və metamfetaminin) və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, yaşadığı evin həyətindən də narkotiklər və elektron tərəzi aşkar edilib götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində və yaşadığı evin həyətində aşkar olunmuş narkotiklərin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində və yaşadığı evin həyətində aşkar olunmuş narkotiklər ona məxsus deyil, həmin narkotikləri və elektron tərəzini onun cibinə və həyətinə polis əməkdaşları qoymuşlar. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 6-7 ildir ki, heroindən və metamfetamindən istifadə etməyə başlamış, istifadəsi üçün heroini və metamfetamini Lənkəran şəhərində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən almışdır. O, narkotiklər alarkən aldadılmasın deyə üzərində gəzdirdiyi elektron tərəzi ilə həmin maddələri çəkib almışdır. Həmçinin artıq doza qəbul etməməyi üçün aldığı herondən və metamfetamindən istifadə edərəkən elektron tərəzidə çəkib istifadə etmişdir. O, 2021-ci ilin iyul ayının əvvəllərində evində olan zibilləri aparıb yaşadığı Göyşaban kəndinin ərazisindəki zibilxanaya atan vaxt yerdə bir ədəd sellofan torba görüb götürüb içərisinə baxanda torbanın içərisində iki ədəd plasmas krem qabı, bir ədəd elektron tərəzinin, bir ədəd sellofan bükülüdə və bir ədəd kağız paketdə limon duzunun olduğunu görmüşdür. Həmin krem qablarının içərisində heroin, tiryək, qurudulmuş marixuana, iki ədəd metadon həbi və metamfetamin olduğunu görüb onları yenidən torbaya yığıb evinə gətirmişdir. Evdə arvadı Ramilə və anası Dilarə görməsin deyə içərisində narkotiklər olan həmin sellofan torbanı aşadığı evin həyətindəkin anbarda olan quru ağac odunlarının altında gizlətmişdir. Həmin gündən etibarən tapdığı narkotiklərdən götürüb istifadə etməyə başlamış, o cümələdən 2 ədəd metadon həbinin birinin yarısını qırıb udmaqla istifadə etmişdir. 20 iyul 2021-ci il tarixdə, günorta saatlarında o, anbara daxil olub gizlətdiyi sellofan torbanın içərisindən bir neçə gün istifadə etməsi üçün 9 bükümdə metamfetamin və 5 bükümdə heroin götürüb əynində şalvarının cibinə qoymuşdur. 20 iyul 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdən küçəyə çıxıb, üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamış və elə həmin vaxt yanında dayanmış maşından düşən bir neçə polis əməkdaşı onu saxlayıb X11 aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı təklif olunmuşdur ki, üzərində qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Bundan sonra o, əynindəki şalvarının cibində saxladığı elektron tərəzini, digər cibində olan 5 büküm heroini və 9 büküm metamfetamini çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümlərin içərisində heroini və metamfetamin olduğunu, narkotikləri elektron tərəzidə çəkib istifadə etdiyi üçün tərəzini üstündə saxladığını, narkotikləri tanımadığı şəxsdən 70 manata aldığını bildirmişdir. Polis əməkdaşları aşkar olunmuş narkotikləri elektron tərəzidə çəkdikdən sonra qablaşdırıb götürmüş, daha sonra protokol tərtib olunmuşdur. 22 iyul 2021-ci il tarixdə məhkəmnin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına göndərmişdir. Orada olarkən qərara gəlmişdir ki, həyətindəki anbarda olan odunların altında gizlətdiyi narkotikləri anası Dilarənin vasitəsilə tualetə atdırsın ki, heç kimin əlinə keçməsin. Bu məqsədlə o, arvadı Ramiləyə zəng edib ona tapşırmışdır ki, anası Dilarəyə desin ki, onun (Təqsirləndirilən şəxs) narkotiklər qəbul etdiyi zaman istifadə etdiyi şprisləri, kağızları, boş siqaret qutularını, limon düzlarını və elektron tərəzini bir ədəd sellofan torbada anbarda olan quru ağac odunlarının altında gizlətmiş və həmin sellofan torbanı götürüb içərisinə baxmadan tualetə atsın. Təcridxanadan zəng edərkən arvadı Ramilənin adının bilməməsi üçün telefonda ona "Məlahət" deyə, anasını isə "Abu" deyə müraciət etmişdir. Uşaqlıqdan anası Dilarəyə "Abu" deyə müraciət etdiyindən arvadı dediklərini başa düşmüşdür. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, arvadı Ramilə ilə danışdığı vaxtdan 2-3 saat sonra Lənkəran polis şöbəsinin işçiləri onun evinə gedib gizlətdiyi yerdən narkotikdəri və elektron tərəzini aşkar edib götürmüşlər. Aşkar olunmuş narkotikləri o, özünün şəxsi istifadəsi üçün saxlamış, heç kimə narkotiklər satmamaış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində şəxsin axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində və yaşadığı evin həyətində aşkar olunmuş narkotiklərin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində və yaşadığı evin həyətində aşkar olunmuş narkotiklər ona məxsus deyil, həmin narkotikləri və elektron tərəzini onun cibinə və həyətinə polis əməkdaşları qoymuşlar. Ona görə o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞnin Liman PB-nin əməkdaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 20 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələr əldə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə bölməyə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirilərində iştirak etmişdir. Həmin gün, axşam saatlarnda özünün də daxil olduğu əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Göyşaban kəndinin ərazisində yolda tutulub Liman PB-nə gətirilmişdir. Polis bölməsində təhqiqatçı Mircan Quliyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd elektron tərəzi və bir büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində çoxsaylı bükülülər və bu bükülülərin içərisində narkotik maddələrə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin və metamfetamin olduğunu, tanımadığı şəxsdən alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr təqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid3 şahid Teymur Əlizadənin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə araşdırma aparılan vaxt o, Lənkəran ŞRPŞ-nin əməkdaşı olmuşdur. Əvvəllər o, Təqsirləndirilən şəxs tanımamışdır. 03 avqust 2021-ci il tarixdə, axşam saatlarnda o, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən evində axtarş aparılmasnda iştirak etmişdir. Axtarış Təqsirləndirilən şəxs barəsində olan cinayət işini istintaq edən müstəntiq tərəfindən aparılmışdır. Axtarışda Təqsirləndirilən şəxs iştirak etməmiş, lakin onun anasının və müdafiəçisinin, həm də hal şahidlərinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs anası Dilarə Xəlilovaya təklif olunmuşdur ki, yaşadığı evdə narkotik vasitə və ya başqa qadağan olunmuş əşya varsa təqdim etsin. Dilarə Xəlilova yaşadığı evdə heç bir qadağan olunmuş əşyaların olmadığını, lakin həmin gün oğlu Anarın arvadı Ramilə ona Anarın həbsdə olduğu yerdən zəng edib həyətdəki anbarda olan quru ağac odunlarının altına qoyduğu torbanın içərsində olan əşyaları, yəni narkotik vasitə qəbul edərkən istifadə etdiyi əşyaları anasının oradan götürüb tualetə atmasını dediyini bildirmişdir. Sonra axtarış aparılmış və evin həyətindəki anbarda olan quru ağac odunlarının altından bir ədəd sellofan torba, həmin torbanın içərisindən bir ədəd elektron tərəzi, işlənmiş şprislər, siqaretin zərli kağızları, limon düzü, iki ədəd krem qabı və həmin qabların içərisindən bükümlərin içərsində marixuanaya, tiryəkə, heroinə, metamfetaminə oxşar kütlələr və metadon həbləri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və əşyalar müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşur. Məhkəmə iclasında şahidr Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşının 20 iyul 2021-ci il tarixli “Raport”larla müəyyən olunur ki, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 20 iyul 2021-ci il tarixdə, saat 17 radələrində Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Xəlilov X8 rayonunun Göyşaban kəndində saxlanılıb polis bölməsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 20 iyul 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Mircan Quliyev tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının ciblərindən beş ədəd bükülüdə narkotik vasitə olan heroinə və doqquz ədəd bükülüdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkliş 1 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 9 ədəd bükümlərdə metamfetaminə bənzər kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,059 qram, 0,087 qram, 0,089 qram, 0,077 qram, 0,071 qram, 0,088 qram, 0,069 qram, 0,068 qram və 0,043 qram olmaqla ümumi təmiz çəkisi-0,651 qram olan ağ rəngli kristal formada olan maddələrmetamfetamindir, onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd heroinə bənzər kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,085 qram, 0,111 qram, 0,115 qram, 0,084 qram və 0,073 qram olmaqla ümumi təmiz çəkisi-0,468 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində "vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 0,318 qram və qalıq metamfetamin 0,381 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 03 avqust 2021-ci il tarixli,17/38-393m №-li məlumatı ilə müəyyən edilir ki, həmin tarixdə Bakı İstintaq Təcridxanasında həbs saxlanılan Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən evin həyətindəki odunların altında narkotik və psixotrop maddələr gizlətməsi barədə məlumat daxil olmuşdur. İşdə olan, “Axtarış və götürmə barədə” 03 avqust 2021-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi Ədalət Muradovun, Təqsirləndirilən şəxs anası X3 və hal şahidlərinin iştirakı Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən anbardakı quru ağac odunlarının altından bir ədəd sellofan torbanın içərisindən 3 ədəd bükümlərdə narkotik vasitə olan heroinə, 2 ədəd bükümlərdə psixotrop maddə olan metamfetaminə, 2 ədəd bükümlərdə narkotik vasitə olan tiryəkə, 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr, 01 və 0,5 ədəd narkotik vasitə olan metadon həbləri, bir ədəd "Constant" markalı elektron tərəzi, 9 ədəd 1 ml-lik şpris, 3 ədəd gümüşü rəngli siqaret kağızları, 10 ədəd işlənməmiş siqaretin zərli kağızları, 1 ədəd sellofan bükülüdə və 1 ədəd kağız paketdə limon duzu aşkar olunub götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 11 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində olan odunların altından sellofan torbanın içərisindən aşkar olunmuş 1(bir) ədəd yaşıl rəngli kağız bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-0,225 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 0,205 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümlərdə və 1 (bir) ədəd siqaretin qırmızı kağızı bükümündə narkotik vasitə olan heroinə bənzər kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-137,565 qr:-17,661 qr:-0,103 qram; ümumi təmiz çəkisi- 155,329 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunmuş 1(bir) ədəd sellofan bükümdə və 1(bir) ədəd siqaretin göy rəngli kağızı bükümündə olan metamfetaminə bənzər kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki,2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,125 qram və 20,936 qram olmaqla ümumi təmiz çəkisi-21,061 qram olan ağ rəngli kristal formada olan maddələr-metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunmuş 2(iki) ədəd sellofan bükümlərdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki,2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,260 qram və 0,831 qram olmaqla ümumi təmiz çəkisi-1,091 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, onlar xarici görünüşünə və tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunmuş 2(iki) ədəd metadon həbərinə bənzər həblər ..." sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd qəhvəyi rəngli,dairəvi formalı və 0,5 ədəd qəhvəyi rəngli həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı-0,6 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüş 1(bir) ədəd "Constant" markalı elektron tərəzi ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə,çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı olduğu Lənkəran rayonu Göyşaban kəndində yerləşən evin həyətində yerləşən anbarda olan odunların altındakı sellofan torbanın içərisindən aşkar olunmuş işlənmiş vəziyyətdə olan şprislər və üzərində narkotik maddəyə bənzər izlər olan 3 (üç) ədəd siqaretin zərli kağızları ..." sözlər və imzalar zərfdəki, 9 ədəd 1 ml-lik şprisin içərisində və 3 ədəd gümüşü rəngli siqaret kağızlarının üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iş şəklində olduğuna görə,çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 155,179 qram, qalıq metamfetamin 20,961 qram, qalıq tiryək 0,991 qram və qalıq metadon 1 həbdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərilərində "Təqsirləndirilən şəxs məxsus heroinlər,tiryəklər,metamfetaminlər,metadonlar,elektron tərəzi və tibbi iynələr Rəy №- 19/730 ..." və "Rəy №-19/652 ..." sözlər və imzalar olan 1 ədəd paketdəki və 3 ədəd zərflərdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində "Təqsirləndirilən şəxs məxsus heroinlər,tiryəklər,metamfetaminlər,metadonlar,elektron tərəzi və tibbi iynələr Rəy №- 19/730 ..." və "Rəy №-19/652 ..." sözlər və imzalar olan 1 ədəd paketdəki və 3 ədəd zərflərdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 155,129 qram və 0,218 qram, qalıq metamfetamin 20,911 qram və 0,331 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq ayrı-ayrı qablaşdırılmış 155,129 qram və 0,218 qram narkotik vasitə olan heroin, 20,911 qram və 0,331 qram psixotrop maddə olan metamfetamin, 0,991 qram narkotik vasitə olan tiryək, 0,205 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd narkotik vasitə olan metadon həbi, üzərində heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi, üzərində heroinin izləri olan 9 ədəd 1 ml-lik şpris və 3 ədəd gümüşü rəngli siqaret kağızları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılmasına dair videoçəkilişin yazıldığı 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında” 19 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən və yaşadığı evin həyətində aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlaması, həmin maddələrdən heç kimə satmaması, üzərindən və yaşadığı evin həyətində aşkar olunmuş iki ədəd elektron tərəzidən narkotiklərin satışında istifadə etməməsi, həmin elektron tərəzilərdən narkotiklrdən istifadə etdiyi zaman çəkilərini dəqiqləşdirmək üçün istifadə etməsi, üzərindən və yaşadığı evin həyətində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin, habelə elektron tərəzilərin ona məxsus olmaması, həmin maddələri və elektron tərəziləri üzərinə və həyətinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən və yaşadığı evin həyətində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin, habelə elektron tərəzilərin ona məxsus olmaması, həmin maddələri və elektron tərəziləri üzərinə və həyətinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid5, Teymur Əlizadə və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və mənzilə baxış keçirilməsi ilə bağlı videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni yaşadığı Lənkəran rayonunun Göyşaban kənd ərazisində yerləşən zibilxananın yanında yerdən tapdığını, həmin maddələri özünün şəxsi istifadəsi üçün saxladığın, üzərindən və yaşadığı evin həyətindən aşkar olunmuş iki ədəd elektron tərəzidən narkotik vasitələrdən və psixotrop maddədən istifadə etdiyi zaman çəkilərini dəqiqləşdirmək üçün istifadə etdiyini göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik vasitələr və psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edərək üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” “Tiryək” “Qurudulmuş marixuana” və “Metadon” olan maddələr narkotik vasitələrdir, dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Tiryəkin 0,5 qramından, metadonun 0,02 qaramından, qurudulmuş marixuananın 5 qramdın, heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı, metadonun 1,6 qaramı, qurudulmuş marixuananın 500 qramı, heroinin və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 155,797 qram narkotik vasitə olan heroin və 21,712 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 1,091 qram narkotik vasitə olan tiryək, 0,225 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olmaqla 01 ədəd və 0,5 ədəd narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından artıqdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni çoxsaylı xırda bağlamalara qablaşdırıb onların bir hissəsini üzərində, daha çox hissəsini isə yaşadığı evin həyətində olan odunların altında gizlədib saxlaması, eləcə də bir ədəd elektron tərəzini üzərində, digər bir ədəd elektron tərəzini yaşadığı evin həyətindəki odunların altında, narkotik və psixotrop maddələrlə bir yerdə gizlədib saxlaması xüsusatları onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-narkotik vasitələr və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-20 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 18 fevral 2013-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 12 iyun 2012-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, məhkumluğu ollmayan şəxs hesab olunur. İşdə olan, Lənkəran rayon Göyşaban kənd İƏD üzrə Nümaəndəliyindən verilmiş 13 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış və onun ailə üzvləri-anası Dilarə Xəlilova, arvadı Ramilə Xəlilova, uşaqları-xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 olmaqla o, yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 155,129 qram və 0,218 qram narkotik vasitə olan heroin, 20,911 qram və 0,331 qram psixotrop maddə olan metamfetamin, 0,991 qram narkotik vasitə olan tiryək, 0,205 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd narkotik vasitə olan metadon həbi, üzərində heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi, üzərində heroinin izləri olan 9 ədəd 1 ml-lik şpris və 3 ədəd gümüşü rəngli siqaret kağızları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 155,129 qram və 0,218 qram narkotik vasitə olan heroin, 20,911 qram və 0,331 qram psixotrop maddə olan metamfetamin, 0,991 qram narkotik vasitə olan tiryək, 0,205 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd narkotik vasitə olan metadon həbi, üzərində heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi, üzərində heroinin izləri olan 9 ədəd 1 ml-lik şpris və 3 ədəd gümüşü rəngli siqaret kağızları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-230 (iki yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar