Məhkəmə qərarları › İş №1(099)-60/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-60/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-60/2024 03.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-ci il tarixdə Əli-Bayramlı (hazırda - Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Leytenat İbrahimov küçəsi, ev 10, mənzil 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,757 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra- heroin) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2023-cü il tarixdə, saat 16:05 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 2,757 qram çəkidə külli miqdar narkotik vasitə olan heroin əynində olan boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, üzərində hər hansı narkotik vasitə olmamışdır. Onun Şirvan şəhərində yaşadığı ünvan Leytenant İbrahimov küçəsidir. Tutulduğu yer kimi ünvan 2lmişdir, lakin o, həmin yeri tanımır. O, polis əməkdaşları tərəfindən Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində - nənəsigildə olarkən tutulmuşdur. O, nənəsigildə olarkən bibisi oğlunu polislər tutarkən onu da tutmuşlar. O, L-nt İbrahimov küçəsində narkotik tapmışdırsa niyə üzərində saxlayıb nənəsigilə getmişdir? Onu polis əməkdaşları Şahid1 və Şahid2 tutmamışlar. Polis şöbəsində onu çox döydükləri üçün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razılaşmış, polislərin verdiyi narkotik vasitə barədə etirafedici ifadə vermişdir. Lakin videoçəkilişdə ona verilən bükümdəki narkotik vasitəni çəkməmişlər, sonra isə həmin narkotikin çəkisini artırmışlar və onu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb etmişlər. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onun hər yerinə vurmuşlar. Şüvəlan təcridxanasına daxil olarkən bədənində olan xəsarətləri də qeyd etdirmiş, belə ki, başında, qolunda xəsarətlər olmuşdur. Onu əsas döyən şəxslər Namaz və İsmayıl olmuşdur. O, polislər tərəfindən tutularkən 3 nəfər olmuşlar. Belə ki, onu, bibisioğlunu və onun tanışını birlikdə tutmuşlar. Onları təxminən saat 13-14 radələrində evə girib tutmuşlar və axşam saat 22-dək onu polis şöbəsində saxlamışlar və bibisi oğlu ilə məşğul olmuşlar. Onun arxasınca adam gəlmədiyi üçün onu da məsuliyyətə cəlb etmişlər. O, döyüldüyü üçün istifadəçi kimi məsuliyyətə cəlb edilməyi ilə razılaşmışdır. O, heroindən istifadə etməmiş, qurudulmuş marixuana çəkmişdir. Narkoloji ekspertizadan keçirərkən ondan heç bir analiz götürülməmişdir. Nənəsigilin köhnə küçəsinin adı Neftçilər küçəsidir, hazırda isə adı dəyişmişdir. O, həmin yerdə yaşamır, nənəsigildə - Çılpaqlı qəsəbəsində tutulmuşdur. Bibisi oğlu İsayev Caviddir ki, onu da Cavidlə birgə saxlamışlar. Onu bibisi oğlu ilə bir maşında şöbəyə aparmışlar. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Ona narkotik vasitəni Namaz adlı polis əməkdaşı vermişdir. Belə ki, Namaz narkotik vasitəni gətirib Təbriz və İsmayıla vermiş, Təbriz də narkotik vasitəni onun cibinə qoymuşdur. Onu Namaz, İsmayıl, Fərman, Fərid adlı polis əməkdaşları döymüşlər. Belə ki, bütün polislər onu döymüşlər. Onu günorta saat 13 radələrində saxlamışlar. Onun üzərinə şəxsi axtarış gecə saatlarında keçirilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə üzərində az miqdarda narkotik olmasını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Üzərində narkotik vasitə olmasa da polislərlə az miqdarda narkotik vasitə barədə etirafedici ifadə verəcəyinə razılaşdığından hakim qarşısına çıxarılarkən də üzərində az miqdarda narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, cinayət işinin başlanılamasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin həmin qərardan məlumat olmamış, həmin qərardan heç kimi olmadığı üçün şikayət etməmişdir. Onu döyən və saxlayan Şahid2 yox, digər İsmayıl adlı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli qərar qəbul edilməsini, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 13 və 14 fevral tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 13 fevral 2023-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yol ilə gedən zaman yerdə bir ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm diqqətini cəlb etmiş, bükümü yerdən götürmüş, bükümün içərisinə baxan zaman bükümdə narkotik vasitə olan heroinin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümü cibinə qoymuşdur ki, istifadə edər. Həmin bükümdə olan narkotik vasitədən istifadə etməmiş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını demişlər. Üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmiş, Şirvan şəhər polis şöbəsinin əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt ətrafda insanlar olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmiş, polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə gəlmiş, polis şöbəsində təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan boz rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd əl yaylığı və 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş, verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitəni Şirvan şəhəri, Leytenant İbrahimov küçəsindən yerdən tapdığını bildirmiş, sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Üzərinindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində belə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 fevral 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla bağlı digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri Neftçilər küçəsinə gedərək Təqsirləndirilən şəxs müəyyən edərək saxlamılar. Ona narkotik vasitələrin istifadəsində və satışında şübhəli olmasını bildirib Şirvan ŞPŞ-nin inzibati binasına gətirmişlər. Orada videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, Feyruz əynində olan gödəkçənin içəri cibindən narkotik vasitə olan bükümü təqdim etmiş, həmin büküm qablaşdırılb götürülmüş, sonradan keçirilən ekspertiza nəticəsində həmin bükümün heroin olması müəyyən edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Lakin ona Feyruzun dəfələrlə kiməsə narkotik satması barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin məlumatı realizə edə bilməmişlər. Təqsirləndirilən şəxs o, və Şahid2 saxlamışlar. Feyruz onu saxlayan şəxslərin başqa şəxslər olmasını bildirməsi yalandır. Neftçilər küçəsi Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşir. Feyruz saxlanılarkən yanında heç kim olmamışdır. Feyruzun üzərinə narkotik vasitəni nə özü nə də başqa şəxs qoymuşdur. Narkotik vasitə Feyruza aid olmuşdur. Şahid4, İsmayıll Babayev və Şahid3 əməliyyatda iştirak etməmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki zor tətbiq edilməmişdir. Feyruzun istintaq təcridxanasına daxil olarkən təpə nahiyyəsində şişkinlik və said nahiyəsində qançır olması barədə məlumatı olmamış, həmin xəsarətləri ona polis əməkdaşları yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələsini təsdiq etdiyini bildirmiş, eləcə də ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin özünə aid olmasını könüllü olaraq bildirmiş, həmin vaxt vəkili də yanında olmuş, vəkili ilə konfidensial söhbət aparılması təklif edilsə də ehtiyac olmadığını bildirmişdir. Feyruzun saxlanıldığı Neftçilər küçəsi, Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşir. Feyruzu nənəsigildə deyil, küçədə hərəkət edərkən onu da tək saxlamışlar. Feyruzu o və Şahid1 birlikdə saxlamışlar. Feyruzu saxladıqları küçədə hər hansı bir məşhur bir yoxdur, ətrafda yaşayış evləri olmuşdur. Feyruz üzərində narkotik vasitə olmaması, üzərinə Təbriz tərəfindən narkotik vasitə qoyulmasını bildirməsi yalandır. Feyruzu saat 16 radələrində saxlamışlar və yadında qalmayan avtomobillə şöbəyə aparmışlar. Saxlanılarkən və sonra Feyruza qarşı hər hansı zor tətbiq edilməmiş, onu döyməmişlər. Həmin əməliyyat zamanı ***-***-**-** saylı nömrə üzərində olmuş, anten dairələri çıxarılarsa da bu təsdiq ediləcəkdir. Feyruzun bədəni üzərində xəsarət olması ilə bağlı məlumatı olmamışdır. Feyruzu saxlayarkən də ona qarşı fiziki zor tətbiq etməmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun saxlanılmasında iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şirvan ŞPŞ-nin inzibati binasında Feyruzla rastlaşmamış, onunla əlaqədə olmamışdır. 13 fevral tarixdə Cavid İsayevin saxlanılmasında iştirak etmiş, onun yanında Feyruz olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. X14 şəhəri Çılpaqlı qəsəbəsində Neftçilər küçəsində saxlamışdır. Təqsirləndirilən şəxs da həmin küçədə saxlanılması barədə məlumatı olmamış, həmin tədbirdə iştirak etməmişdir. Cavid İsayevi küçələrində, evlərinin qarşısnda saxlamışlar, həmin vaxt Feyruz orada olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onun saxlanılmasında iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirində iştirak etməmişdir, Şirvan şəhərində saxlanılanların çoxu onun adını çəkir, lakin bunun səbəbini bilmir. Feyruza qarşı hər hansı fiziki zor tətbiq etməmiş, onu görməmişdir. Cavid İsayevin tutulmasında səhv etmirsə iştirak etmişdir, lakin Cavid saxlanılarkən yanında heç kim olmamışdır. Əgər Feyruz və Cavidi birlikdə saxlasaydılar, birlikdə də sənədləşmə işlərini aparardılar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı X9 ifadəsində göstərdi ki, Feyruz onun dayısı oğludur, Feyruzu polis əməkdaşları onunla birgə tutmuşlar. Cavid İsayev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polislər onu evində tutmuşlar, həmin vaxt da Feyruz da onun evində olmuşdur. Həmin vaxt Feyruzda narkotik vasitə olmamışdır. Onu 13 fevral 2023-cü il tarixdə, saat 13 radələrində evində Feyruzla birlikdə saxlamışlar. Onu və Feyruzu saxladıqdan sonra evlərində axtarış etmişlər və daha sonra onu və Feyruzu birlikdə polis şöbəsinə aparmışlar. Həmin maşını Müşfiq adlı polis əməkdaşı sürmüşdür. Həmin vaxt Maarif Rzayevi də saxlamışlar, Maarif də onun dustaq yoldaşı olmuşdur, lakin onun atasının adını bilmir. Feyruzu və onu eyni polis əməkdaşları saxlamışlar. Onu saxlayanlar - Fərman, Namaz, İsmayıl Babayev, Fuad və adını bilmədiyi digər polis əməkdaşları olmuşlar. Şahid1 orada olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq edildiyindən Feyruzla birlikdə tutulduğunu deyə bilməmişdir. Çılpaqlı qəsəbəsində yolun bir tərəfi Neftçilər, bir tərəfi isə Füzuli küçəsidir. Onun evi Çılpaqlı qəsəbəsində Neftçilər küçəsidir. Həmin küçənin adını dəyişib Mirzəxan Qədirov küçəsi etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanıyır, lakin onun saxlanılmasında iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirində iştirak etməmişdir, səhv etmirsə Cavid İsayevin saxlanılmasında iştirak etmişdir. Cavid İsayevi saxlayarkən Cavid tək olmuş, Feyruz adlı şəxs yanında olmamışdır. Cavidi saxlayarkən əməliyyat qrupunda ondan başqa kimin olması yadında qalmamışdır. Feyruzu bir neçə ildir ki, tanımışdır. Həmin ərazidə digər şəxsi saxlayarkən ətrafda Feyruzu görməmiş, görsəydi yadında olardı. Neftçilər küçəsi, Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşir. Çılpaqlı qəsəbəsi ilə Şirvan ŞPŞ arasında 3-4 km məsafə olar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində sonuncunun üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmasına dair əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 7-11;12-13; 32-34) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibində olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı binanın yaxınlığında hərəkətdə olarkən yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. (i.v. 32-34) -materialların məhkəmə ekspertizasının 14 fevral 2023-cü il tarixli, 18/171 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,757 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edilmiş 0,05 qr, qalıq 2,707 qr. ( i.v. 40-43) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 51-52) -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-72/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 69-72) - “baxış keçirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar olunmuş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. (i.v. 73-74) - Şirvan ŞPŞ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 15 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur (i.v. 110) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3056 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 116 -117) - Şirvan şəhər prokurorluğundan daxil olmuş 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması halının olub-olmamasının müəyyən edilməsi ilə bağlı Şirvan Şəhər Məhkəməsinin xüsusi qərarı əsasında Şirvan şəhər prokurorluğunda ilkin yoxlama aparılmış və Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə hüquqları izah edilmişdir. (i.v. 120 -122) - Şirvan şəhər prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 03 saylı istintaq təcridxanasının tibbi sanitar hissəsində müayinə olunan zaman aşkar olunan xəsarətlər – sağ saidin bayır səthində qərtməkli yara, başın təpə nahiyyəsində şişkinlik- xəsarətləri məhkəmə tibbi müayinə zamanı öz təsdiqini tapmadığına görə onların müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilmir. (i.v. 120 -122) - “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,707 qram heroin maddi sübut hesab edilərək saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir qərara alınmışdır. (i.v. 103-132) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 134-135) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 2102/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində sağ saidin bayır səthində qərtməkli yara, başın təpə nahiyəsində şişkinlik xəsarəti aşkar edilməmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4569 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 11:10:18-də “Sabirabad r-nu , Suqovushan”, 11:26:39-da, 14:20:01-da, 16:30:00-da “Sabirabad r-nu”, 00:08:35-da “Salyan r-nu,Kurqaraqasli“ ünvanlarında olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-3604/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şirvan ŞPŞ-nin əməkdaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 12:41:37-dən 12:46:54-dək, saat 12:52:27-dən 14:57:34-dək “Shirvan Kafe//Shirvan/ (39.941xx/xx.9135)” ünvanında , saat 15:21:56 –dan 16:20:13-dək “İn-style Shirvan//Shirvan/ (39.95xx/xx.93419)” ünvanında, sonrakı saatlarda isə Şirvan şəhərində müxtəlif ünvanlarda yerləşən anten dairələrinin əhatəsində olmuşdur. Bundan əlavə həmin diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şirvan ŞPŞ-nin əməkdaşı X5 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 11:29:59-dan 12:23:41-dək “Shirvan Kafe//Shirvan/ (39.941xx/xx.9135)” ünvanında , saat 15:06:54–dan 17:22:24-dək “İn-style Shirvan//Shirvan/ (39.95xx/xx.93419)” ünvanında, sonrakı saatlarda isə Şirvan şəhərində müxtəlif ünvanlarda yerləşən anten dairələrinin əhatəsində olmuşdur. Eləcə də X5 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 12:12:56-dan 13:57:19-dək “Shirvan Kafe//Shirvan/ (39.941xx/xx.9135)” ünvanında , saat 15:11:02–dən 17:19:34-dək “İn-style Shirvan//Shirvan/ (39.95xx/xx.93419)” ünvanında, sonrakı saatlarda isə Şirvan şəhərində müxtəlif ünvanlarda yerləşən anten dairələrinin əhatəsində olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1826/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 12:17:47-dən 15:35:32-dək “Shirvan kanali/"Şirvan şəhəri, İ.Qayıbov küçəsi, 1B, Dəmiryolu körpüsünün yanı"/Shirvan/ (39.931xx/xx.90574)” ünvanında , saat 15:50:44 –dan 16:52:03-dək “İn-style Shirvan//Shirvan/ (39.95xx/xx.93419)” ünvanında, sonrakı saatlarda isə Şirvan şəhərində müxtəlif ünvanlarda yerləşən anten dairələrinin əhatəsində olmuşdur. Eləcə də həmin diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 12 fevral 2023-cü il tarixdək göstərilmişdir və həmin ünvanlar iş üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə həmin diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinə müxtəlif vaxtlarda və müxtəlif nömrələrdən “yari varsa gotirerem,20 azn var”, “Məni ağrıda qoydun saqolda ama mən belə eləməmişə yetim menim iwim var getmeliyem gec olacaxsa gelmel seher qardawun verecey sene ozde gecdide yetim it qurd firlanir buralxda qardawim senol”, “Qaqa basuva dönüm m40 götürüm”, “Qaqam imkanin olsa qaquva biraz pati verersen qaqun evezin cixar” , “Qaqam sen ata cani sen qardas cani babat qoy da sabahda qaqun seni veziyetden cixarar 2 neferik berk aqriyiram”, “Gaga 5 m var bide kola0.3 den dobri barter edek?”, “Yetim onuq patı lazımdı var çavab de“, “Nani ozunde varsa gelim 10 manat verim verde ollem.cavab yaz”, “Qaqa salam. Hazır Kolla yoxdu??” kimi mesajlar gəlmişdir ki, həmin mesajların sonuncusu da 21 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsindən müxtəlif vaxtlarda və müxtəlif nömrələrə “Gel“, “qaqa rovni saat birde yanundayam ozde sebirun olsa zor olacaq isdirsen gozde men o vaxda gele bilecem qaqa”, “kaptaldi ad famliyada bele cixacaq A.F.T”, “4613- 8602-0584-4226 ad famliyada bele A***F***T“ kimi mesajlar göndərmiş, sonuncu dəfə isə 06 fevral 2023-cü il tarixdə **********94 saylı mobil nömrəyə “A qaqa bele mesajdar yazmada poxa duwek qaqa zeng vurdun nese elemsk olsaydi acardim daniwardugda qardawim mesaja gore wakiladirlar hamini” mesaj göndərmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, Şahid1 və Şahid2 tərəfindən deyil, bibisi oğlu Cavid İsayevlə birlikdə digər polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyinə razılaşıb etirafedici ifadələr verdiyini, polis əməkdaşları tərəfindən ona verilmiş bir bükümdə olan heroinin miqdarının sonradan artırıldığı, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində üzərində aşkar edilmiş heroinin ona məxsus olduğunu, 13 fevral 2023-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yol ilə gedən zaman yerdən tapdığını və götürüb üzərində saxladığını qeyd etmişdir. Həmçinin qeyd edilən ifadələrində bibisi oğlu Cavid İsayevlə birlikdə sonuncunun evindən tutulması barədə hər hansı qeydlər etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitəni tapıdığını göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları - Şahid1 və Şahid2 də ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç cibindən 01 bükümdə olan heroini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, yerdən tapdığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirərkən də yuxarıda qeyd edilən formada ifadə vermişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bibisi oğlu Cavid İsayevlə birlikdə bibisinin evindən tutulmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs ibitdai istintaq zamanı yuxarıda qeyd edilən ifadələrində bu barədə hər hansı qeydlər etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi qeyd edilən dəlilin yoxlanılması üçün məhkəmə tərkibi tərəfindən Şirvan ŞPŞ-nin əməkdaşları – İsmayıl Babayev, Şahid3 və Şahid5 əlavə şahid qismində dindirilmiş, həmin şəxslər də ifadələrində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiklərini bildirmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi, həmçinin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə onun saxlanılmasında iştirak etmiş Şirvan ŞPŞ-nin əməkdaşlarının, eləcə də Təqsirləndirilən şəxs onun saxlayan şəxslər kimi istinad etdiyi polis əməkdaşlarından İsmayıl Babayevin istifadələrində olmuş mobil telefon nömrələrinin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair 08 dekabr 2023-cü il tarixli, 1(099)-516/2023 saylı qərarla "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət edilmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılmışdır. Həmin məlumatların təhlili ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun saxlanıldığı zaman Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 və Şahid2 işitrak etmədiyini, onu Şirvan ŞPŞ-nin əməkdaşı İsmayıl Babayev və digərlərinin saxladığını bildirsə də 13 fevral 2023-cü il tarixdə, saat 13 radələrindən 17 radələrinədək olan dövrdə Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2 və İsmayıl Babayevin istifadələrində olan mobil nömrələrin anten dairələri eyni ünvanlarda olmuşdur. İsmayıl Babayevin digər cinayət işi üzrə təqsirləndirilən şəxs Cavid İsayevin saxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunun tərkibində olması və Cavid İsayevin də 13 fevral 2023-cü il tarixdə saat 16:05-də Şirvan şəhəri Neftçilər küçəsində saxlanılması nəzərə alındıqda yuxarıda adları qeyd edilən əməkdaşların istifadələrin də olan mobil nömrələrin anten dairələrinin eyni ünvanda olması heç də Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşı İsmayıl Babayev və digərləri tərəfindən tutulmasını təsdiq etmir. Əksinə bu hal onu göstərir ki, Şahid2 də qeyd edilən əhatə dairəsində olması sonuncunun həqiqəqtən də Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsini tam təsdiq edir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 13 fevral 2023-cü il tarixdə saat 12:17:47-dən 15:35:32dək “Shirvan kanali/"Şirvan şəhəri, İ.Qayıbov küçəsi, 1B, Dəmiryolu körpüsünün yanı"/Shirvan/ (39.931xx/xx.90574)” ünvanında olması bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi kimi 13 fevral 2023cü il tarixdə saat 13 radələrində deyil, məhz cinayət işi materiallarında qeyd edildiyi kimi həmin gün saat 16:05 radələrində saxlanılmışıdır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında işitrak etmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələrinin 13 fevral 2023-cü il tarixdə saat 11:10:18-də “Sabirabad r-nu , Suqovushan”, 11:26:39-da, 14:20:01-da, 16:30:00-da “Sabirabad r-nu”, 00:08:35-da “Salyan r-nu,Kurqaraqasli“ ünvanlarında olması da onu demətə əsas vermir ki, Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Belə ki, hətta təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dediklərinə inansaq onun üzərində şəxsi axtarış istintaq hərəkəti 13 fevral 2023-cü il tarixdə 23 radələrində Şirvan ŞPŞ-də keçirilmiş və bu zaman videoçəkilişdən də görünür ki, Şahid1 həmin istintaq hərəkətində iştirak etmişdir. Lakin təqdim edilmiş diskdən göründüyü kimi sonuncunun istifadəsində olan mobil nömrənin anten dairələri “Sabirabad r-nu , Suqovushan”, “Salyan r-nu,Kurqaraqasli“ ünvanlarında olmuşdur. Göründüyü kimi Şahid1 Şirvan şəhərində olması və istintaq hərəkətində iştirak etməsi iş üzrə mübahisəsiz hal olduğu halda sonuncunun istifadəsində olan mobil nömrənin anten dairəsinin Şirvan şəhəri ərazisində olmaması barədə məlumatları sübut kimi qəbul etmək yolverilməzdir və həmin məlumatlara istinad etməklə Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməməsi qənaətinə gəlməyə əsas ola bilməz. Bundan əlavə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 Aslanovun məhkəmə istintaqında bildirdiklərini təsdiq edərək həqiqətən də polis əməkdaşları tərəfindən dayısı oğlu Təqsirləndirilən şəxsla birlikdə saxlanıldığını, həmin vaxt onun üzərində 1 qram heroin olsa da, Feyruzun üzərində narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə Cavid İsayevin qeyd edilən ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavid İsayev barəsində aparılan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla birlikdə saxlanılmasını qeyd etməmiş, yalnız məhkəmə istintaqı zamanı bu fikirləri qeyd etməklə məhkəmə istintaqının səhv yönə istiqamətləndirmək məqsədi güdmüşdür. Buna görə də məhkəmə tərkibi həmin ifadəni cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Cavid İsayev məhkəmə istintaqında belə ifadə verməklə dayısı oğlu olan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, mobil operatorlardan daxil olmuş disklərə baxış protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – bibisinin evində olarkən saxlanıldığı və saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi, həmçinin hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilk ayları ərzində belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürüldükdə bədəni üzərində xəsarətlər olmasını bildirsə də həmin fakt üzrə hər hansı şikayət etməmiş, lakin şəhər prokurorluğunda qeyd edilən fakt üzrə araşdırma aparılarkən Təqsirləndirilən şəxs verdiyi izahatında müraciət edərək polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi, hədələndiyi üçün etirafedci ifadələr verdiyini bildirmişdir. Həmin fakt üzrə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 88 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmaması, eləcə də istintaq təcridxanasının tibbi sanitar hissəsində müayinə olunan zaman aşkar olunan xəsarətlərin müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilməməsi nəticəsinə gəlinmişdir. Bu hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 18 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirlən şəxs , nə də onun müdafiəçisi hazırkı dövrədək nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə qeyd edilən məhkəmə tibbi ekspertiza rəyini, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirməsi faktı üzrə Şirvan şəhər Prokurorluğunda araşdırılmış ilkin yoxlama materialı üzrə 18 mart 2023cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını, Təqsirləndirilən şəxs tibbi kitabçasında bədəni üzərində olan xəsarətlərin yetirilmə müddəti və mexanizminin müəyyən edilməməsi barədə məhkəmə tibbi ekspertizaının xx.xx.2023cü il tarixli 88 nömrəli rəyi, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. -Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs başqa bir dəlili isə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirməsidir ki, məhkəmə tərkibi qeyd edilən dəlilə bağlı qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə müxtəlif vaxtlarda və müxtəlif nömrələrdən narkotik vasitələrin tələb edilməsi ilə bağlı mesajların göndərilmiş, eləcə də Təqsirləndirilən şəxs tərəfindən ondan narkotik vasitə istəyən şəxslərin nömrələrinə “Gəl”, “4613-8602-0584-4226 ad famliyada bele A***F***T” kimi mesajlar göndərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək cəza çəkmiş, xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 11 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bu hal isə məhkəmə tərəfindən bu qənaətə gəlməyə əsas vermişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına görə məhkum edilməsindən və cəzalandırılmasından nəticə çıxarmayaraq narkotik vasitələrin satışı ilə məşğul olmuş və üzərində aşkar edilmiş narkotik vasitəni də satış məqsədi ilə üzərində saxlamışdır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta həmin predmetləri digər şəxslərə satmasına da müvafiq mesajlar da mövcuddur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroini qanunsuz olaraq əldə edib, saxlaması əməlini onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə - satış məqsədi ilə əldə etməsinə yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu, Şahid2, elcə də məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5, Şahid3 və Şahid5 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 18/171 saylı və ambulator məcburi narkoloji-tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3056 saylı rəyləri, mobil operatorlardan daxil olmuş disklərə baxış protokolu, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2018ci il tarixdə Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il hökmü dəyişdirilmədən saxlanılıb, xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 11 ay 13 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 96-97;102-109) Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd edilən tələbnamədən görünüdüyü kimi Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə czasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və həmin tarixdən də 2 ildən çox müddət keçdikdən sonra ona ittiham olunan cinayət əməlini törətmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyi dövrdə həmin əmələ münasibətdə məhkumluğu ödənildiyindən hazırkı cinayət işi üzrə əməlində cinayətlərin residivi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi cəzasını ağırlaşdıran hal kimi göstərilsə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmaması nəticəsinə gəlinir. - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. (i.v. 99-100 ) - Şirvan şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş 12 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 98) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,757 qram olmasını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsini, əvvəllər narkotik vasitələrin satışına görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasından ibarət şəxsiyyətini xarakterizə edən halları, Azərbaycan Respublikası CM-in 59.1-ci və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 fevral 2023-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3056 saylı rəyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,707 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ümumi ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Tahi oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,707 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar