Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-60/2025 15.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bibisi qızı xx.xx.2009-cu il təvəllüdlü X2 xx.xx.2006-cı il təvəllüdlü Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ilə münasibətlərindən qısqanclıq keçirərək, 27 fevral 2024-cü il tarixdə sonuncu ilə mobil telefon vasitəsi ilə görüşmələri barədə razılaşaraq həmin gün saat 14:40 radələrində ünvan 2 ünvanında yaşayan hər ikisinin tanıdığı Şahid2 evinin qarşısında görüşmüş, o, Zərərçəkmiş şəxs azyaşlı bibisi qızı Səidə Əliyeva ilə görüşməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək məqsədilə bıçaqla sinə nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq “döş qəfəsinin ön tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası” kimi ağır dərəcəli bədən xasarəti yetirmiş, sonuncu ölümdən xilas olmaq üçün hadisə yerindən qaçaraq qışqırıb ətrafdakı şəxsləri köməyə çağırmasına baxmayaraq o, qəsdən adam öldürmə niyətini başa çatdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs arxası ilə qaçıb onu təqib etmiş, lakin sonuncunun səsinə ətrafdakı insanların yığışaraq onu ifşa edə biləcəyindən ehtiyat edib hadisə yerindən qaçaraq uzaqlaşmış, yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs yenidən tanışı Şahid2 evinin qarşısına gələrək onu küçəyə çağırıb bir qədər əvvəl Təqsirləndirilən şəxsla mübahisə edərkən sonuncu tərəfindən bıçaqla sinəsindən yaralandığını bildirmiş, sonuncunun dərhal təcili tibbi yardım çağırıb onu “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə yerləşdirilməsinə və orada müvafiq tibbi yardım almasına nail olması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək qısqaclıq hissi ilə yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü, yəni, 27 fevral 2024cü il tarixdə həyətdə işləyərkən Mirsadiq vatsapla ona zəng edərək onu 14 nömrəli məktəbin arxasına aralarındakı məsələni həll etmək üçün çağırmışdır. Oraya gedəndə üzərində bıçaq olmamışdır. Məktəbin arxasında olanda Mirsadiq ona əl qol atmış, sonra onu yerə yıxmışdır. Yerdə olanda əlinə keçirdiyi bir cisim ilə sinə nahiyəsinə vurub qaçmışdır. Mübahisələri bibisi qızı Səidəyə görə olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bibisi qızı ilə Mirsadiqi dörd yol deyilən yerdə birlikdə gördüyü üçün Mirsadiqə bibisi qızından uzaq durmasını tələb etmişdir, hadisə günü Mirsadiq özü ona zəng edib çağırmışdır, birinci Mirsadiq onu söymüş və əl-qol atmışdır, Mirsadiqi nə ilə yaraladığını xatırlamır, sinəsindən vurmuşdur, daha sonra Mirsadiqə baş çəkməmişdir, ailə üzvləri getmişdir, Mirsadiq onu əli ilə vurmuşdur, o, Mirsadiqi vuranda Mirsadiq yerdə olmuşdur, Mirsadiqi öldürmək fikri olmamışdır, ona nalayiq sözlərlə qaçmamasını, onu öldürəcəyini deməmişdir, hadisə baş verən günü Kənanı görməmişdir, Mirsadiqi güdməmişdir, onu vurduğu yer-14 nömrəli orta məktəb Kənangilin evinin yanı olmuşdur. Sonda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İbrahimin bibisi qızı Səidəni istəmişdir, İbrahim onu Səidə ilə görmüş, ona yaxınlaşıb Səidədən uzaq durmasını tələb etmişdir. Hadisədən əvvəl söhbətləri olduğuna görə əmisi onları barışdırmışdır. Hadisə günü İbrahimi bu söhbətə son qoymaq üçün çağırmışdır. İbrahimin onu vuracağını zənn etdiyindən, görüş vaxtı İbrahimdən əvvəl onu vurmuşdur. Ayağa qalxanda sinəsində nəsə hiss etmiş, hadisədən sonra İbrahim qaçmışdır. Sonra Kənanı çağırıb sinəsindən qan gəldiyini demiş, Kənan onu xəstəxanaya aparmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, İbrahimlə söhbətləri Səidə ilə münasibətinə görə olmuşdur, əmisi onları bu söhbətə son qoymaq üçün barışdırmışdır, İbrahimi dava üçün yox, söhbət etmək üçün çağırmışdır, İbrahimin əlində bıçaq görməmişdir, ibtidai istintaq zamanı İbrahimin əlindəki bıçağı təsvir etməsini əməliyyatdan sonra özündə olmaması ilə əlaqələndirir, İbrahimi söhbətə başlamamış vurmuşdur, İbrahim onu vurduqdan sonra qaçıb getmişdir, xəstəxanada dindirilərkən dedikləri doğru deyildir, o zaman özündə olmamışdır, İbrahimi 14 nömrəli məktəbin yanına çağırmışdır, Kənan 14 nömrəli məktəbin yanında yaşayır, Kənanı köməyə o çağırmışdır, İbrahimlə barışmışdır. Zərərçəkmiş şəxsin məhkəmə baxışında verdiyi ifadəsiylə ibtidai istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli zidiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Kənanla marketə gedib ərzaq alıb qayıtmışlar, Kənan əlindəki sumkaları evə qoyub çıxacağını bildirmişdir. İbrahim də onların arxasınca gəlmiş, Kənan evə girməmişdən qabaq onlara qapının ağzında gözləmələrini bildirmişdir. Onun üzü Kənanın qapısına tərəf olmuşdur. İbrahim onun sağında olmuş, sonuncu ona baxsa da o İbrahimə baxmamışdır. İbrahim ona “nə deyirdin mənə” sözlərini demişdir. O isə dinməmiş, anidən İbrahimin sağ əlinin hərəkət etdiyini görmüş, sanki ona yumruq atacağını düşünmüşdür. Anidən sinə nahiyyəsinə nəsə girdiyini görmüşdür. İbrahim üzərindəki bıçaqla bir dəfə sinə nahiyyəsinə vurmuşdur. O, sinəsinə əl vurduqda qan gəldiyini görmüşdür. Dərhal qonşu Həmdullahın evinə tərəf qaçmış, qışqıra-qışqıra “Kənan bu məni vurdu” sözlərini demişdir. İbrahim əlindəki bıçaqla arxasınca qaçmışdır. İbrahim ona “qaçma, səni öldürəcəm, qaçma” sözlərini demişdir. O, qaçaraq məhlənin baş hissəsinə keçmiş, çox qışqırdığı üçün İbrahim çox qorxmuş və əks istiqamətə qaçmışdır. O, transformatorun yanına çatdıqda Kənan çölə çıxmış, onun yanına gəlmişdir. Kənan qapının qarşısında onu yerə uzatmış və təcili tibbi yardıma zəng etmişdir. O, Kənana İbrahimin onu vurduğunu demişdir. Xəstəxanaya çatdıqdqan sonra əməliyyata daxil olmuşdur. Bıçağın qulpu qara, tiyəsi uzun və enliliyi nəzik olmuşdur. İbrahim onu öldürmək istəmiş, bir bıçaq zərbəsi ilə yetinməmiş, ona görə arxasınca qaçmışdır. (İ cild, i.v. 60-65). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı əməliyyatdan dərhal sonra özündə olmadığından, ola bilsin bəzi məqamları səhv xatırlayaraq ifadə verdiyini, məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqət olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 görə əvvəl mübahisəsi olmuşdur, onları barışdırmışdır, hadisə günü İbrahimin atası ona zəng edərək İbrahimlə Mirsadiqin dalaşdığını, Mirsadiqin xəstəxanada olduğunu demişdir. O, xəstəxanaya çatanda Mirsadiq əməliyyatda olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisədən təxminən 1 ay əvvəl onları barışdırmışdır, hadisə günü Mirsadiq və İbrahimin yanında heç kim olmamışdır. İşin məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü səhər tezdən Mirsadiq ona zəng edərək bərbərə gedəcəyini, onunla getməyini xahiş etmiş, o da razılaşmışdır. Mirsadiq gəldikdən sonra məhlədə yerləşən marketə gedib evə bazarlıq edib aldıqlarını evə aparmış, həmin vaxt Mirsadiq çöldə gözləmişdir. Çöldə səs eşitdiyindən həyətə çıxmış, Mirsadiqin ona tərəf gəldiyini görmüşdür. Mirsadiqi yerə uzatmış, üzündə kiçik çapıq olduğunu görmüşdür. Təcili tibbi yardıma zəng etmiş, Mirsadiqi xəstəxanaya aparmışlar. Polis əməkdaşları gəldikdən sonra onu Şirvan şəhər prokurorluğuna apararaq sorğu-sual etmişlər. Burada danışdığı kimi baş verənləri olduğu kimi prokurorluqda da danışmışdır. Mirsadiqin telefonu onda olduğundan, prokurorluğun əməkdaşlarına təhvil vermişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisəyə qədər İbrahimi tanımışdır, Miradiqlə uzaqdan qohumdur, Mirsadiqlə İbrahimin arasında mübahisə olduğunu eşitmişdir, Mirsadiq çölə çıxanda nədənsə ehtiyat etməmişdir, hadisə günü Mirsadiqlə İbrahimin görüşüb məsələ həll edəcəklərini bilməmişdir, Mirsadiq həmin gün saçını kəsdirməyə bir yerdə getmək üçün onun yaşadığı tərəfə gəlmişdir, 14 nömrəli məktəb onların evindən təxmini 20 metr məsafədə yerləşir, Mirsadiqin yaralanmasından əvvəl, İbrahimi Mirsadiqin yanında görməmişdir, həmin gün İbrahimi görməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi, şahid ifadələri ilə yanaşı, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş aşağıda qeyd olunan sübutlarla da təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi sübuta yetirilir. Belə ki, - xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır. Evin iki giriş qapısı var. Belə ki, evin sol tərəfdə yerləşən qapısı evin həyətyanı sahəsinə piyada, sağ tərəfdə isə iki taylı darvaza müşahidə olunur. Evin piyadalar üçün nəzərdə tutulmuş qapısının qarşısında səpkili formada olan qanabənzər ləkələr var. Evin qarşısında avtomobil və piyadalar üçün nəzərdə tutulmuş yol torpaq və müxtəlif ölçülü daşlardan ibarət olmaqla nahamardır. Hadisə baş verən evdən təxminən 20 metr məsafədə Şirvan şəhəri Rafael Həbibov adına 14 nömrəli tam orta məktəb yerləşir. Fərdi yaşayış evinin sağ tərəfində hündürlüyü təxminən 12 metr olan köhnə elektrik yarımstansiyası mövcuddur. Yarım stansiyanın iki girişi mövcuddur. Yarımstansiyanın arxa sağ tərəfində boz rəngli olmaqla dəmir materialdan olan zibil vedrələri vardır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilmədi. (İ cild, i.v. 06-11) - xx.xx.2024-cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs üzərində olmuş paltarlara baxış zamanı ağ rəngli mayka orta hissədən kəsidiyi müəyyən edilmişdir. Maykanın sol yuxarı hissəsindən aşağıya doğru qırmızı rəngli qanabənzər ləkə vardır. Maykanın ləkəli hissəsində bir ədəd zədə mövcuddur. Qara rəngli poliver-poliverin sağ yuxarı hissəsində cib mövcuddur. Poliverin sol yuxarı hissəsində bir ədəd deşik vardır. (İ cild, i.v. 16-23) - xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İphone 8 Plus” markalı telefonun "Whatsapp" proqramının zənglər bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə, saat 14:23-də Təqsirləndirilən şəxs istifadəsində olan +994 55 733 57 49 nömrəsinə Zərərçəkmiş şəxs tərəfindən zəng edildiyi və aralarında 29 saniyə danışığın olduğu müəyyən edilmişdir. (İ cild, i.v. 24-28) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön tərəfinin dəlib keçən kəsilmiş-deşilmiş yarası sol ağ ciyərin zədələnməsi ilə, travmatik hemopnevmotoraks-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (İ cild, i.v. 122-125) - Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön tərəfinin dəlib keçən bir ədəd kəsilmiş-deşilmiş yarası sol ağ ciyərin zədələnməsi ilə, travmatik hemopnevmotoraks-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya və sağdan bir qədər sola doğrudur. Böyük ehtimalla xəsarət fəzada ayaqüstə və qarşıqarşıya vəziyyətdə yetirilmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət döş boşluğuna keçərək sol ağciyərin yuxarı və aşağı paylarını zədələyən, lakin çıxış dəliyi olmayan kor yaradır. (İİ cild, i.v. 43-47) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. (İİ cild, i.v. 63-65) - Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 112-MKTŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin və maykanın ön səthlərinin nisbətən sağ yarısında hərəsində 01 ədəd olmaqla dəlib keçən zədələr müşahidə olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. (İİ cild, i.v. 48-52) - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 155/2024-MTBŞ nörməli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:O-alfa, beta/İ/./Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/./ Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və poluver üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə B-alfa/İİİ/ qruplu Təqsirləndirilən şəxs qanı ABO sistemi üzrə inkar olunur. (İİ cild, i.v. 57-62) - Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. ( İİ cild, i.v. 66-71) - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla xx.xx.2024cü il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokol ilə götürülmüş Zərərçəkmiş şəxs məxsus mayka və poliver maddi sübut kimi tanınaraq Şirvan şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (İİ cild, i.v. 102-138) Əmələ hüquqi qiymət verilməsi : Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər istintaq hərəkətinin protokolları, məhkəmə-tibbi ekspertizasının rəyləri, məhkəmə tibbi-kriminalistik ekspertizasının, məhkəmə-bioloji ekspertizasının, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyləri və işin istintaqı zamanı tədqiq edilib öyrənilmiş digər hüquqi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bir müddətdir ki, aralarında olan mübahisənin nəticəsi olaraq həyat üçün xüsusilə təhlükəli olan döş qəfəsinin ön tərəfinə bıçaqla xəsarət yetirməsi onu qəsdən həyatdan məhrumetməyə yönəlmiş hərəkətlərinin davamı olaraq niyətini başa çatdırmaq üçün sonuncunun arxasınca qaçması, lakin, ətrafda insanların toplaşmasından yarana biləcək səs-küydən narahat olaraq hadisə yerindən uzaqlaşması və zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi təqsirləndirilən şəxsi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmağa mane olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında xəsarətin bıçaqla deyil, yerdən götürülmüş iti əşyayla yetirilməsi və xəsarətin yerdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin üzərində olarkən yerdən təsadüfən əlinə keçirdiyi əşyayla altdan yuxarı özünü müdafiə etmək məqsədilə yetirilməsi barədə göstərdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin həmin hissədə bildirdikləri məhkəmə-tibbi ekspertizanın rəyləri və zərərçəkmiş şəxsin hadisədən qısa müddət sonra bildirdikləri ilə tam təkzib olunur. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön tərəfinin dəlib keçən kəsilmiş-deşilmiş yarası sol ağ ciyərin zədələnməsi ilə, travmatik hemopnevmotoraks-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. (İ cild, i.v. 122-125) Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, böyük ehtimalla xəsarət fəzada ayaqüstə və qarşıqarşıya vəziyyətdə yetirilmişdir.(İİ cild, i.v. 43-47) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. (İİ cild, i.v. 63-65). Zərərçəkmiş hadisədən dərhal sonra əməliyyat olunduqdan sonra xəstəxanada videoçəkilişlə verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, yəni, hadisə günü Kənangilin evinin yanında gözləyərkən İbrahim onun sağında olmuş, sonuncu ona baxsa da o İbrahimə baxmamışdır. İbrahim ona “nə deyirdin mənə” sözlərini demişdir. O isə dinməmiş, anidən İbrahimin sağ əlinin hərəkət etdiyini görmüş, sanki ona yumruq atacağını düşünmüşdür. Anidən sinə nahiyyəsinə nəsə girdiyini görmüşdür. İbrahim üzərindəki bıçaqla bir dəfə sinə nahiyyəsinə vurmuşdur. O, sinəsinə əl vurduqda qan gəldiyini görmüşdür. Dərhal qonşu Həmdullahın evinə tərəf qaçmış, qışqıra-qışqıra “Kənan bu məni vurdu” sözlərini demişdir. İbrahim əlindəki bıçaqla arxasınca qaçmışdır. İbrahim ona “qaçma, səni öldürəcəm, qaçma” sözlərini demişdir. O, qaçaraq məhlənin baş hissəsinə keçmiş, çox qışqırdığı üçün İbrahim çox qorxmuş və əks istiqamətə qaçmışdır. O, transformatorun yanına çatdıqda Kənan çölə çıxmış, onun yanına gəlmişdir. Kənan qapının qarşısında onu yerə uzatmış və təcili tibbi yardıma zəng etmişdir. O, Kənana İbrahimin onu vurduğunu demişdir. Xəstəxanaya çatdıqdqan sonra əməliyyata daxil olmuşdur. Bıçağın qulpu qara, tiyəsi uzun və enliliyi nəzik olmuşdur. İbrahim onu öldürmək istəmiş, bir bıçaq zərbəsi ilə yetinməmiş, ona görə arxasınca qaçmışdır. (İ cild, i.v. 60-65). İş materialları ilə təsdiq olunan yuxarıda qeyd olunan faktlardan görünür ki, təqsirləndirilən şəxs qəflətən zərərçəkmiş şəxsə ayaqüstə bıçaqla döş qəfəsinin ön hissəsini dəlib-keçən və ağciyərin zədələnməsi ilə müşahidə olunan xəsarət yetirmiş, bununla kifayətlənməyərək hücumun davam etdirilməsi məqsədilə zərərçəkmiş şəxsi arxasınca qovalamış, lakin, öz iradəsindən asılı olmayaraq zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir bıçaq zərbəsiylə xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşmayaraq zərərçəkmiş şəxsin arxasınca qaçaraq və onu öldürəcəyi ilə bağlı hədələyərək ona növbəti xəsarətləri yetirməyi arzulaması niyətinin onu məhz qəsdən həyatdan məhrumetməyə yönəldiyini sübut edir. Qeyd olunanların təhlili aydın göstərir ki, burada təqsirləndirilən şəxsə münasibətdə zəruri müdafiə vəziyyəti yaranmamaqla, onun əməlində nə zəruri müdafiə həddini aşmaqla, nə də qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkib əlamətləri mövcud deyildir. Odur ki, məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin xəsarəti bıçaqla yetirməməsi, özünü müdafiə etmək məqsədilə yerdə üzərində zərərçəkmiş şəxs olarkən təsadüfən əlinə keçən iti əşyayla onu vurub qaçmasına dair ifadələrini iş materialları ilə uzlaşmayan, özünü müdafiə xarakterli və qeyri-mötəbər hesab edir. Eyni zamanda, məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdiyi və ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsində (İ cild, i.v. 239-245) Təqsirləndirilən şəxs əlində bıçaq görməməsi, onu qovalaması, zərərçəkmiş şəxsin birinci onu vurub yerə yıxmasına və xəsarəti onlar yerdə dalaşarkən yetirməsinə dair göstərdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhz ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsi hadisənin üstündən 1 ay keçdikdən sonra, təqsirləndirilən şəxs istintaqa özünü təqdim etdikdən dərhal sonra və onunla barışdıqdan sonra verildiyindən məhkəmə həmin ifadələri səmimi və inandırıcı hesab etmir. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin həmin ifadələri təqsirləndirilən şəxslə barışdığından, onun məsuliyyətinin yüngülləşməsinə hesablanmışdır. Göründüyü kimi, təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bibisi qızı Səidə Əliyeva ilə münasibətlərinin xarakterindən qısqanclıq keçirərək şəxsi münasibətlər zəminində həyat üçün xüsusilə təhükəli olan döş qəfəsinə bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi 29 fevral 2024-cü il tarixli ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin tövsifinin nəzəri əsasları ilə bağlı qeyd edir ki, cinayət hüququ nəzəriyyəsinə görə, cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Cəza təyinetmənin əsaslandırılması: Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini törədilmiş cinayətin şəxsiyyət əleyhinə xüsusilə ağır cinayət olması, cinayət törədilənədək təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin münasibətlərinin aqressiv xarakterini və cinayətin törədilmə üsulu ilə birlikdə nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona CM-in 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınaraq həmin maddənin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı aşağıda qeyd olunanları nəzərə alır: - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs könüllü olaraq təslim olmuşdur. (İ cild i.v. 149-150) - Şirvan ŞPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-14/2-8772/24 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (İ cild, i.v. 246-248) - xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, istintaq zamanı könüllü gəlib təslim olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.2, 59.1.10 və 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. - Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 №-li İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əsədov X3 şəhəri 1 may küçəsi, ev 47, mınzil 1-də qeydiyyatda olmaqla yaşayır. O, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir.(i.v.81-82). Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən - bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 9 ildən 14 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən- cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 59.1.10, 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar olmadığından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndindəki tövsiyəyə əsasən cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi cinayət yetkinlik yaşına çatmayan dövrdə törədildikdə 10 (on) il olduğundan həmin cinayəti törətməyə cəhdə görə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən 10 (on) ilin dörddə üçündən, yəni 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi 7 (yeddi) il 6 ayın dörddə üçündən, yəni 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gündən artıq ola bilməz. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət törətmiş şəxs) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, yəni 25 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus mayka və poliver məhv ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il, 7 (yeddi) ay, 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus mayka və poliver məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-60/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-60/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver