Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-600/2022 14.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri Ü.Hacıbəyov küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan “VAZ-21074” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobili həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla Sabirabad şəhəri H.Əliyev prospekti ilə maksimum icazə verilən hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70 km/saat sürətlə idarə edərkən həmin vaxt yolu hərəkət hissəsinin sağından soluna keçən, 1959-cu il təvəllüdlü piyada X3 gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etmədən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq abtomobilin qabaq sağ hissəsi ilə piyada Aidə Hüseynovanı vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan sonuncunun sol gicgah təpə nahiyəsində, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sol gicgahənsə nahiyəsində hematoma, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, alın nahiyəsində, sol çiyin qurşağı proyeksiyasında, sağ dirsək oynağının bayır səthində, sol qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol budun yuxarı 1/3-də bayır səthdə sıyrıqlara müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmağa aid bədən xəsarətləri alaraq hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, dostu X4 məxsus “VAZ 21074” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılıq əsasında pul qarşılığında almışdır. Lakin onun sürücülük vəsiqəsi olmadığı üçün dostu Fəhmin Rüstəmovun adına xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. O, Saatlı rayonuna gələndə həmin avtomobil ilə rayonda taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 15 may 2022-ci il tarixdə axşam saat 23 radələrində Saatlı rayonunda üç nəfər sərnişini götürüb Sabirabad rayonu istiqamətində yola düşmüşdür. Sabirabad rayonu H.Əliyev prospekti istiqaməti ilə 70 km/saat sürətlə hərəkət edən zaman prospektdə sağ tərəfdə yerləşən işıqforun yaşıl işığının yandığını görmüş və həmin sürətlə avtomobili sürmüşdür. Həmin zaman tanımadığı 01 nəfər qadın qaçaraq yolu keçməyə çalışmış və o da həmin qadını vurmamaq üçün maşının tormoz əyləcinə basmış və maşının rolunu sağ tərəfə burmuşdur. Bu zaman qadın olduğu yerdə dayanmış və o da piyada ilə toqquşmamaq üçün maşının rolunu sol tərəfə burmuş və həmin zaman onun idarə etdiyi avtomobil ilə piyada toqquşmuşdur. Zərbənin təsirindən qadın yerə yıxılmışdır. O da cəld şəkildə maşından düşmüşdür. Bu zaman onun maşınında olan 03 nəfər şəxs maşından düşmüş və həmin qadını köməkləşərək idarə etdiyi maşının arxa oturacaq hissəsinə əyləşdirmişlər. Daha sonra o, Sabirabad rayon Mərkəzi Xəsətəxanasına tərəf yol düşmüşdür. Həmin 03 nəfər şəxs isə dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək onun arxasınca xəstəxanaya gəlmişlər. Bundan sonra o həmin qadını xəstəxanaya yerləşdirmiş və xəstəxanadan çıxaraq evə getmişdir. Baş verən hadisə barədə evdə danışmışdır. Sonra isə Sabirabad Rayon Polis Şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Sonradan avtomaşınla ehtiyyatsızlıqdan vurduğu qadının X5 olduğunu və onun xəstəxanada öldüyünü bilmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, X5 onun anasıdır. Anası Sabirabad şəhərində kitabxanada kitabxanaçı işləmişdir. 15 may 2022-ci il tarixdə saat 23 radələrində dostu ona zəng edərək Sabirabad şəhəri H.Əliyev prospektində anası Aidəni maşın vurduğunu və anasını Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirdiklərini ona xəbər vermişdir. O, dərhal Sabirabad Rayon Mərkəzi Xəstəxanasına getdikdə anasının yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasını öyrənmişdir. O, anasının vəziyyətini həkimlərdən soruşduqda, həkimlər ona anasının artıq öldüyünü bildirmişlər. Sonradan anasını yol keçərkən Saatlı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla ehtiyyatsızlıqdan vurduğunu bilmişdir. Atabəli Atabəy anasının hadisə nəticəsində ölümü ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödəmişdir, onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmədə göstərdi ki, 15 may 2022-ci il tarixdə saat 23 radələrində dostları İbrahim və Abuzərlə birlikdə Saatlı rayonundan Sabirabad rayonuna getmək üçün Saatlı rayonu ərazisində Atabəyin taksi kimi idarə etdiyi “VAZ 21074” markalı avtomobilə əyləşdirmişlər. Sabirabad rayonunda H.Əliyev prospekti istiqamətində hərəkət edən zaman prospektdə sağ tərəfdə yerləşən işıqforun yaşıl işığının yandığını görmüş və Atabəy avtomobili sürmüşdür. Həmin zaman tanımadığı 01 nəfər qadın qaçaraq yolu keçməyə çalışmış və Atabəy də həmin qadını vurmamaq üçün maşının tormoz əyləcinə basaraq maşının rolunu sağ tərəfə burmuşdur. Bu zaman qadın olduğu yerdə dayanmış və Atabəy piyada ilə toqquşmamaq üçün maşının rolunu sol tərəfə burmuş, həmin zaman Atabəyin idarə etdiyi avtomobil ilə həmin qadın toqquşmuşdur. Zərbənin təsirindən qadın yerə yıxılmışdır. Onlar cəld şəkildə maşından düşərək həmin qadını köməkləşib Atabəyin idarə etdiyi maşının arxa oturacaq hissəsinə əyləşdirmişlər. Atabəy Sabirabad Rayon Mərkəzi Xəstəxanasına tərəf yola düşmüşdür. O və dostları İbrahimlə Abuzər isə digər taksiyə əyləşərək Atabəyin ardınca xəstəxanaya getmişlər. Atabəy həmin qadını xəstəxanaya yerləşdirmişdir. Lakin xəstəxanada qadının öldüyünü bilmişdir. Şahid3 da məhkəmədə Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 da məhkəmədə göstərdi ki, oğlu Təqsirləndirilən şəxs avtomobili idarə edərkən X3 ehtiyyatsızlıqdan vurması nəticəsində həmin şəxs ölmüşdür. Ölmüş şəxsin hüquqi varsinə maddi köməklik göstərməklə onunla barışıq əldə etmişlər. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Sabirabad şəhəri H.Əliyev prospentində baş vermişdir. Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanın təsir zonasındadır. Baxış zamanı hadisə yerində tormoz izi aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 avqust 2022-ci il tarixli, 8/1895 saylı rəyinində göstərilmişdir ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsi şəraitində “VAZ 21074” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum icazə verilən hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 saylı rəyindən görünür ki X2 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gicgah təpə nahiyəsində baş beynin sərt və yumşaq qışasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, baş beynin və ağ ciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol gicgah-ənsə nahiyəsində, sol budun orta 1/3-də bayır səthdə yaralar, sol təpə-alın nahiyəsində hematoma, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, alın nahiyəsində, sol çiyin qurşağı proyeksiyasında, sağ dirsək oynağının bayır səthində, sol qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol budun yuxarı 1/3-də bayır səthdə sıyrıqlar. Həmin xəsarətlər – sol gicgah təpə nahiyyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasınhəyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcələrinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Aidə Hüseynovanın ölümünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Sabirabad Rayon Polis X12 Polisi Bölməsinin 30 may 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Mərkəzi məlumat sistemində sürücülük hüququ olması müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmə baxışı zamanı verdiyi ərizələrində göstərmişdir ki, anasının yol-naqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar olaraq ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İşdə olan olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ailə tərkibi haqqında arayışdın görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi hadisə yerindən xəstəxanaya çatdırmaqla ona tibbi yardım göstərilməsini təmin edərək həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını CM-nin 59.1.11-ci, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CMnin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddi 8 il müəyyən edildiyindən, ona təyin olunan cəzanın müddəti 6 ildən çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini-yəni cinayəti ehtiyyatsızlıq üzündən törətməsini, şəxsiyyətini-yəni ilk məhkumluğunu, ailəsini dolandırmaq məqsədi ilə sürücülük fəaliyyəti ilə məşğul olması və bu fəaliyyətlə məşğul olması zamanı ehtiyyatsızlıqdan törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərilməsini, əməlindən səmimi peşimançılıq hissləri keçirməsini nəzərə alaraq ona CM-nin 263-1.3-cü maddəsinində nəzərdə tutulmuş aşağı həddə, 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-600/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-600/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver