Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-600/2023 13.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X14 və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Cəlilabad şəhəri, V.Niftullayev 06 ünvanında qeydiyyatda olmaqla yaşamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, ünvan 3anlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(073)51/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməklə hazırda cəza çəkən, barəsində xx.xx.2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1972-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(073)158/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -2,917 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra –heroin) əldə edib daşımaqla üzərində saxlamış, 25 mart 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində həmin heroinin 1,156 qram hissəsini tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat pul müqabilində satmış, sonuncu 25 mart 2023-cü il tarixdə, saat 14 radələrində Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı həmin 1,156 qram çəkidə heroin aşkar edilərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroinin 1,114 qram hissəsini 25 mart 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində tanışı Təqsirləndirilən şəxs3 20 (iyirmi) manat pul müqabilində satmış, sonuncu 25 mart 2023-cü il tarixdə, saat 16 radələrində Cəlilabad RPŞ əməkdaşları tərəfindən Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, saxladığı və daşıdığı həmin 1,114 qram çəkidə heroin aşkar edilərək götürülmüş, 25 mart 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən həmin narkotik vasitə olan heroinin 0,647 qram hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 mart 2023-cü il tarixdə saat 14 radələrində Cəlilabad rayonunda “kruqu” keçərkən İsmayıl adlı polis əməkdaşı onu saxlamış və polis şöbəsinə aparmışdır. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döyərək Təqsirləndirilən şəxs2 nakotik vasitə aldığını deməsini tələb etmişlər və o, da məcbur qalıb polislərin verdiyi narkotikin özünə aid olmasını, həmin narkotiki Elsevərdən aldığını demişdir. Ona fiziki zor tətbiq edildiyi və nalayiq hərəkətlərə məruz qalacağı ilə hədələndiyi üçün belə ifadə vermişdir. O, Təqsirləndirilən şəxs3la birlikdə saxlanılmış və polis şöbəsinə aparılmışdır. Həmin vaxt Vilayətin də üzərində narkotik vasitə olmamışdır. Əgər onun üzərində “mal” olsaydı o, mütləq bilərdi. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən çəkilən videoçəkiliş zamanı narkotik vasitəni Elsevərdən aldığını demişdir. İlk dəfə bunu deməsə də təzyiqlərə məruz qaldığından polislərin dediyi formada ifadə vermişdir. Onunla polis əməkdaşları tərəfindən hansı ziddiyyətlərin olduğu üçün ona qarşı belə hərkətlər edildiyini bilmir. O, narkotik vasitədən əvvəllər istifadə etmiş, lakin saxlanılmamışdan ən azı 6 ay əvvəldən narkotik istifadə etməmişdir, barəsində narkoloji ekspertiza da keçirilmişdir. Lakin ekspertizada istədikləri rəyi yazmışlar. Narkotik vasitəni polislər ona vermiş, həmçinin evindən də narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Həmin şəxsləri üzdən gördükdə tanıya bilər. O, Elsevəri də, Vilayəti də əvvəllər tanımışdır. Onun saxladığı yer təxminən – “Ağanın qəbri üstünə gedən yol” deyilən ərazidir, lakin konkret olaraq hansı küçə olmasını bilmir. Saxlanılarkən onun əynində qara rəngli köynək olmuş, üstündən də qara gödəkçə olmuşdur. Onu saxlayan əməkdaşların adları İsmayıl, Bəhmən və digər 2 nəfər olmuşdur. İlk olaraq onlara Bəhmən yaxınlaşmış, onu maşına dəvət etmişlər, maşına əyləşdikdən sonra onları polis şöbəsinə aparmışlar. Onları apardıqları maşın səhv etmirsə “Mercedes” markalı olmuşdur. Birinici Vilayəti, sonra isə onu maşına əyləşdirmişlər. Saxlanılan vaxt onlara qarşı hər hansı fiziki zor tətbiq olunmayıb. Şöbədə onu və Vilayəti ayrı-ayrı otaqlarda saxlamışlar. Saxlanıldığı yerlə polis şöbəsi arasında təxminən 1 km məsafə olardı. Bakı istintaq təcridxanasına aparılarkən həkim müayinəsindən keçirilmiş, lakin bu barədə həkimə heç nə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə heç nə deməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara bir daha cavab olaraq bildirmişdir ki, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Həmin narkotik vasitəni polis əməkdaşları üzərilərinə qoymuşdur. Polislər ona qarşı fiziki zor tətbiq etdiklərindən polislərin verdiyi narkotik vasitəni üzərinə götürmüş və Təqsirləndirilən şəxs2 20 manata aldığını demişdir. Bu sözləri deməyə də polislər onu məcbur etmişlər. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı 25 mart 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 26 mart 2023-cü il tarixldə şübhəli şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Elsevər onunla qonşu küçədə yaşayır, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Əvvəllər də qanunsuz olaraq narkotik vasitə əldə edib daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs2 də narkotik vasitə istifadə etdiyini və satışı ilə məşğul olduğunu bilmişdir. Bu məqsədlə 25 mart 2023-cü il tarixdə, günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Elsevərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq onun üçün heroin təşkil etməsini xahiş etmiş, Elsevər də təşkil edə biləcəyini bildirib yaşadığı küçəyə gələrək narkotik vasitəni götürməyini xahiş etmişdir. Elsevər ona 20 manat da pul gətirməsini demiş, Elsevərin yaşadığı S.Vurğun küçəsinə gedib orada onunla görüşmüş, Elsevər qara rəngli sellofana bükülmüş bükülünü ona vermiş, bükülünü alaraq 20 manat pulu Elsevərə verib oradan uzaqlaşmışdır. Həmin gün saat 14 radələrində Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ilə piyada hərəkətdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onu polis şöbəsinə gətirmişlər, həmin vaxt Elsevərdən almış olduğu narkotik vasitə də üzərində olmuş, üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin qara rəngli sellofana bükülmüş halda olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmiş, həmin vaxt özünə məxsus olan “Samsung A4S” markalı mobil telefonu da təhqiqatçıya təqdim etmişdir. Həmçinin üzərindən aşkar olunaraq götürülmüş heroini 25 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsi ərazisində tanışı Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, həmin zaman yanında heç kimin olmadığını, 2023-cü ilin mart ayının əvvələrində də Elsevərdən pul müqabilində bir büküm heroin aldığını, üzərində narkotik vasitə olmasından Elsevərdən başqa hər hansı bir şəxsin məlumatının olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitədən istifadə etmədiyini və Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən əldə etməsindən məlumatının olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş heroini 25 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində Cəlilabad şəhəri dairəsinin yaxınlığında Masallı rayon sakini kimi tanıdığı Elçin adlı şəxsdən əldə etmiş və əvvəllər qərəzli olaraq həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Lakin polis əməkdaşları ona təzyiq etdiyi halda şübhəli şəxs qismində verdiyi ifadəsində narkotik vasitəni Elsevərdən alması, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə narkotik vasitəni Elçin adlı şəxsdən alması barədə ifadəsini dəyişməsi səbəbi barədə suala cavab verə bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləyir. Onu və Ruslanı 25 mart 2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində “Ağanın qəbrinə gedən yol”da polis əməkdaşları saxlamış və polis şöbəsinə gətirmişlər. Ruslanı İsmayılın otağına, onu isə başqa otağa apardılar. Həmin vaxt səsdən bilmişdir ki, Ruslanı döymüşlər. Daha sonra onun yanına gəlib ona təzə əməliyyat olunduğunu, digər böyrəyinin də əzməməkləri üçün Elsevərdən narkotik almağı deməyi tələb etdilər. O, Elsevəri tanımadığını bildirsə də onu döymüşlər və məcbur olub polislərin dediyini etmişdir. Lakin həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, özü Bakı şəhərində yaşamış və narkotik vasitədən istifadə etmişdir. Ruslanı az müddətdə tanımış, lakin onun narkotik vasitədən istifadə etməsini bilməmişdir. Onu döydükləri üçün üzərində olan narkotik vasitəni Elsevərdən 20 manat müqabilində aldığını demişdir. Lakin belə bir ifadə verməyə məcbur olmuş, ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır. Elsevəri isə əvvəllər tanımamışdır. Ruslan və onu eyni vaxtda təxminən saat 14 ya 15 radələrində saxlamışlar. İlk olaraq polislər Ruslana yaxınlaşmış, daha sonra isə ona yaxınlaşıb maşına əyləşdirmişlər. Həmin avtomobil “BMW” markalı avtomobil olmuşdur. Onları saxlayan polis əməkdaşları 4 nəfər olmuş, adları İsmayıl, İzzət, Tural olmuş, digərini isə tanımamışdır. Onu İzzət və Samir adlı polis əməkdaşları döymüşlər. Onları polis şöbəsinə gətirdikdən sonra təxminən saat 17 radələrində üzərlərinə şəxsi axtarış keçirmişlər. Polislərin dedikləri sözləri demədikləri üçün videoçəkiliş bir neçə dəfə keçirilmiş, polislər ondan narkotik vasitəni Elsevərdən aldığını deməsini tələb etmişlər. Onun üzərinə şəxsi axtarış keçirilərkən bir dəfə çəkiliş aparılmış, döyüldüyü üçün etirafedici ifadə vermişdir. Saxlanılarkən üzərində telefon olmamışdır. Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımır, aralarında heç bir münasibət yoxdur. Elsevərin hansı küçədə olmasını da bilmir. Ruslanın isə Elsevəri tanıyıb-tanımamasını bilmir. Şübhəli şəxs qismində tutulduqdan sonra 27 mart 2023-cü il tarixdə həbsdən azad edilmiş, həbsdə olmadığı dövrdən hazırkı dövrədək polis əməkdaşları tərəfindən döyülməsi barədə heç bir orqana şikayət etməmiş, bu barədə heç kimə deməmişdir. Bu barədə müraciət etməməsinin səbəbini isə bilmir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs3 verilmiş suallara bir daha cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Ona polislər təzyiq göstərib və Elsevərdən narkotik vasitə aldığını deməsini tələb etmişlər. Onun ümumiyyətlə Elsəvərlə münasibəti yoxdur, onunla heç bir alış-verişi yoxdur. İbtidai istintaq müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq polislər tərəfindən döyülməsi barədə ibtidai istintaq müddətində hər hansı şikayəti olmamışdır. Polislər tərəfindən məcbur edildiyi üçün üzərinə götürdüyü narkotik vasitəni Elsevərdən 20 manata aldığını demişdir. Belə sözlər yazılmış ifadəsinə də imza etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Tibbi əməliyyatdan təzə gəldiyindən polislərin onu çox döyüb xəsarət yetirəcəyindən qorxmuşdur. Polislər onu təxminən saat 14-15 aralığında tutmuşlar. Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını, onlardan birinin də xəstə olmasını, həmçinin özünün xəstəliyini və İİİ qrup əlil olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai araşdırma zamanı 25 mart 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 26 və 27 mart 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir və əvvəllər də qanunsuz olaraq narkotik vasitə əldə edib daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etdiyini, satışı ilə məşğul olduğunu bilirmiş və bu məqsədlə 25 mart 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Elsevərin yaşadığı küçəyə getmiş, həmin vaxt küçədə dayanmış Elsevərə yaxınlaşaraq onun üçün heroin təşkil etməsini xahiş etmiş, Elsevər də bunun üçün 20 manat pul verməli olduğunu demiş, onunla razılaşdıqda Elsevər orada qara rəngli sellofana bükülmüş bükülünü ona verərək içərisində heroin olduğunu bildirmişdir. Bükülünü alaraq 20 manat pulu Elsevərə verib oradan uzaqlaşmışdır. Həmin küçə ilə piyada hərəkətdə olan zaman saat 16 radələrində ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onu polis şöbəsinə gətirmişlər. Orada üzərinə baxış keçirilmiş, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən həmin qara rəngli sellofana bükülmüş halda olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmiş, həmin heroini 25 mart 2023-cü il tarixdə saat 15 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsində tanışı Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tərəfindən hər hansı cinayət törədilməmiş, hər hansı günahı yoxdur. 25 mart 2023-cü il tarixdə atasının qəbrini ziyarət etmək üçün qəbirstanlığa getmiş və həmin vaxt polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər və həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır. Qəbir üstünə gedən şəxs üzərində heç narkotik vasitə saxlayarmı? Təbii ki yox, onun da üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində onu döymüş və onların verdikləri balaca bir bükümü cibindən çıxarıb təqdim etməyi tələb etmişlər, həm də ona CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişlər. O, da polislər tərəfindən döyüldüyü üçün məcbur olub onların verdiyi balaca bir bükümü onlardan götürümüş və qəbirstanlığa gedərkən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, bir müddətdir ki, heroindən istifadə edir. İbtidai istintaq zamanı məcbur qalıb üzərində narkotik olmasını bildirmiş, lakin təcridxanaya gəldikdən sonra CM-ni 234.1-ci maddə ilə məsuliyyətə cəlb edilmədiyini bilmişdir. Təqsirləndirilən şəxs3 uzaqdan tanımış, lakin heç bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 isə qonşu uşağı kimi tanımışdır. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Ona qarşı polis əməkdaşları həm psixi, həm də fiziki təzyiq göstərmişlər. 7-8 nəfər polis əməkdaşı onu möhkəm döymüş, dişlərini qırmışlar. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən hər hansı söz deməyə imkanı olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra bir neçə gün polis şöbəsində saxlanılmış, sonra isə Bakı İstintaq Təcridxanasına göndərilmiş, lakin orada bədəni üzərində hər hansı xəsarət olmasını deməmişdir. Barəsində cinayət işi bitdikdə ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edildiyini bilmiş, buna görə də ibtidai istintaq zamanı hər hansı orqana şikayət etməmişdir. Sonuncu dəfə nə vaxt narkotik vasitə qəbul etməsi yadına gəlmir. Onu 25 mart 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində saxlamışlar. Onu polisə apararkən Elsevər və Vilayətin tutulmasından məlumatı olmamışdır. Ruslan onun qonşusu olduğu üçün onunla telefon danışığı olmuşdur, lakin həmin günü Ruslanla görüşməmişdir. Əvvəllər 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, bu barədə hüquqi məlumatları olmuş, lakin hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiqə inanmadığı üçün məhkəmə iclasında dediklərini deməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə heç bir günahı olmadığını nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı 25 mart 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 26 və 27 mart 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla qonşu küçədə yaşayır. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs3 isə rayon sakini kimi tanıyır və onunla da aralarında əvvəlcədən hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir və əvvəllər də qanunsuz olaraq narkotik vasitə əldə edib daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. 25 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində Cəlilabad şəhəri, Xətai küçəsində yerləşən qəbiristanlığın yanında piyada hərəkətdə olan zaman yerdə qara rəngli sellofana bükülmüş bükülü olduğunu görmüş, həmin bükülünü götürüb içərisinə baxdıqda orada heroin olduğunu görmüş və götürüb üzərində saxlamışdır. Onu saxlamaqda məqsədi sanitar qovşağa atmaq olmuşdur. Həmin gün saat 20 radələrində Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ilə piyada hərəkətdə olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə gətirmişlər, orada vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin qara rəngli sellofana bükülmüş halda olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını, üzərində narkotik vasitə olmasından heç kimin məlumatının olmadığını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadənin bir hissəsini təsdiq etmir, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaması ilə bağlı hissədə ifadəsini təsdiq edir. Hansı səbəbdən ifadəsinin bir hissəsini düz, bir hissəsini isə səhv yazdıqları barədə suala isə cavab verə bilməmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişlər. Belə ki, məhkəmə iclasına şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 25 mart 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 olması ehtimal edilən yerlər müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, A.Azərtürk küçəsində piyada hərəkətdə olduğu zaman saxlayıb polis şöbəsinə aparmışlar və üzərinə şəxsi axtarış keçirilən zaman 01 bükümdə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütləni həmin gün Təqsirləndirilən şəxs2 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 barəsində ona əvvəllər də narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmiş, vəkillə təmin edilmiş, vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs2 20 manat müqabilində narkotik aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təxminən saat 14 radələrində A.Azərtürk küçəsində saxlamışlar, həmin vaxt da Ruslanı tək saxlamışlar. Ruslanı polis şöbəsinə gətirdikdən təxminən yarım saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanıldığı yerdə şərait olmadığı üçün üzərinə şəxsi axtarışı polis şöbəsində keçirmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə saxlanıldığını desələr də o, Təqsirləndirilən şəxs1 tək saxlamış, Təqsirləndirilən şəxs3 o, saxlamamışdır. Ona əməliyyat məlumatı yalnız Ruslan barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs3 ümumiyyətlə görməmiş, buna görə də ona qarşı da hər hansı fiziki zor tətbiq edə bilməzdi. Təqsirləndirilən şəxs2 də o, saxlamamış, lakin Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda da əməliyyat məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Əliyev X10 Mirzəyevlə eyni məzmunda ifadə vermiş, yalnız Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etdiyini, Təqsirləndirilən şəxs1 Azərtürk küçəsində saat 14 radələrində saxladığını, həmin vaxt Ruslanın tək olduğunu , ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, Ruslanın üzərində olan narkotik vasitənin çəkisini xatırlamadığını, təqsirləndirilən şəxslərin onun barəsində dediklərinin tamamilə yalan olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 25 mart 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs3 olması ehtimal edilən yerlər müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs3 Cəlilabad şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman saxlayıb polis şöbəsinə aparmışlar və üzərinə şəxsi axtarış keçirilən zaman 01 bükümdə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütləni həmin gün Təqsirləndirilən şəxs2 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 barəsində ona əvvəllər də narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs3 saxlayarkən Vilayətin yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs3 qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmiş, vəkillə təmin edilmiş, vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün 20 manat müqabilində narkotik aldığını bildirmişdir. Vilayət Elsevəri əvvəldən tanıdığını bildirmişdir. Əməliyyat qrupuna o və digər əməkdaş Şahid4 daxil olmuşdur. Vilayəti müşahidəyə götürdükdən sonra təxminən 10 dəqiqə müşahidə aparmış və sonra ona yaxınlaşmışlar. Həmin vaxt da Vilayət hər hansı etiraz etməmişdir. Təqsirləndirilən şəxs3 Cəlilabad rayonu “Ağanın qəbri üstünə gedən yolda saxlanılması” ilə bağlı bildirdiyi yalandır. Həmin vaxt Vilayətin əynində hansı geyim olması yadında qalmamışdır. Vilayət saxlanılıb polis şöbəsinə gətirildikdən təxminən 25 dəqiqə sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vilayət özü şəxsən narkotik vasitəni təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin RPŞ-nin PPXB-nin polis nəfəri Bəhmənov X11 İsgəndərli ilə eyni məzmunda ifadə vermiş, yalnız Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etdiyini, Təqsirləndirilən şəxs3 S.Vurğun küçəsində saat 16 radələrində saxladığını, həmin vaxt Vilayətin tək olduğunu , ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, Vilayətin üzərində olan narkotik vasitənin çəkisini xatrlamadığını, təqsirləndirilən şəxslərin onun barəsində dediklərinin tamamilə yala olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 də saxlanılmasında iştirak etməsə də Elsevərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə Cəlilabad rayonunda hamının məlumatı olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Elnur Kazımovun əməliyyat tapşırığı icraatına daxil olmuş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş heroini əldə etdiyi Elsevər adlı şəxsin müəyyən edilərək təhqiqata təqdim edilməsi göstərilmişdir. Əməliyyat tapşırığının icrası ilə əlaqədar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, A.Azərtürk küçəsində piyada hərəkətdə olduğu zaman saxlamış və onu polis şöbəsinə aparmışlar. Orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində sonuncunun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olduğunu və həmin bükülünü xx.xx.2023-cü il tarixdə qəbiristanlıqdan qayıdarkən yoldan tapdığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 Şahid5 ilə eyni məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən ona Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində də suallar verilmiş, lakin Elsevər onlara narkotik satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Elsevəri narkotik satan şəxs kimi tanımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində tərtib edilmiş, sonuncuların qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamalarına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 25 mart 2023-cü il tarixli raportlar, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarlar, həmin qərarların icra edilməsinin nəticəsi barədə raportlar, sonuncuların üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və onların həm şifahi həm də yazılı qaydada verdikləri izahat və ifadələrində üzərilərində aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs2 almalarını bildirmələri, bundan sonra iş üzrə Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-tapşırığının icrası və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bükümdəki heroini könüllü olaraq təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaması halı istisna olmaqla hər hansı hala etiraz etmədiyi və aşkar edilmiş heroinlərin eyni tərkibli olması müəyyən edilir. (İ cild, i.v. 6-7; 10-12; 31-34; 37; 38-39; 42-44; 63-66; 80-81) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v.14 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 25 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülüdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitəni xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon sakini Elsevər adlı şəxsdən 20 manata aldığını bildirmişdir. (İ cild, i.v. 31- 32) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v.46 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 25 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli sellofan bükülüdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitəni xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon sakini Elsevər adlı şəxsdən 20 manata aldığını bildirmişdir. (İ cild, i.v. 63- 64) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2023-cü il tarixli, 19/336 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,156 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild, i.v.71-74) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2023-cü il tarixli, 19/337 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,114 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərilərində “vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar.....” və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №-19/366.....” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (İ cild, i.v.75-79) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:05-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v.83 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 25 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülüdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində küçədən yerdən tapdığını və atmaq məqəsdi ilə üzərində saxladığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanımadığını, onlara narkotik vasitə satmadığını, sonradan müdafiəçisinin ünvanladığı suala cavab olaraq isə Ruslan adlı şəxsi qonşusu kimi tanıdığını, digər şəxsi isə ümumiyyətlə tanımadığını, Ruslan adlı şəxsin bir neçə müddət öncə ona narkotik vasitə təklif etdiyindən ona irad bildirdiyi üçün araralarında narazılıq yarandığını bildirmişdir. (İ cild, i.v. 100-101) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 mart 2023-cü il tarixli, 19/338 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,647 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....”, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/336...” və “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/337...” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 3 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (İ cild, i.v. 107-111) - 26 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.056 qram olan 01 ədəd bükümdə heroin, Təqsirləndirilən şəxs3 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.014 qram olan 01 ədəd bükümdə heroin və Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.597 qram olan 01 ədəd bükümdə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 26 mart 2023-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvil verilmişdir. (İ cild, i.v. 138-140) -“Cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 26 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsüf edilmişdir. (İ cild, i.v. 153-154) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 156-157) - Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-41/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 171-173) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 174-175) - 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbriri seçilmiş və o, Cəlilabad RPŞ-nin MSYdən azad edilmişdir. (İ cild, i.v. 183-184) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 156-157) - Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-40/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 210-211) - Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(073)-64/2023 və 5(073)- 66/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023cü il tarixli qərarı və Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild, i.v. 212-213) - “Mobil telefona baxış keçirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi “Samsung” markalı mobil telefonu ilə xx.xx.2023-cü il tarixdə is üzrə digər Təqsirləndirilən şəxs2 +994-51- 510-95-89 saylı mobil nömrəyə dəfələrlə zənglər edilməsi və danışıqlar aparılması müəyyən edilmişdir. Zənglərin xx.xx.2023-cü il tarixdə saat 13 radələrində olması bir daha Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1.156 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 əldə etməsini bir daha təsdiq edir. (İİ cild, i.v. 03-07) -X8 tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 62) -X8 tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi 53GT45V nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 66) -X8 tibbi yoxlamanın 06 aprel 2023-cü il tarixli, 390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 70) - Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-89/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 25 iyul 2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 119-123) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1334 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. (İİ cild, i.v. 124-126) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərilərində hər hansı narkotik vasitə olmadığını, üzərilərində aşkar edilmiş heroinin onlara aid olmadığını və polis əməkdaşları tərəfindən üzərilərinə qoyulduğunu, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə üzərilərində olan heroin barədə etirafedici ifadələr verdiklərini, eləcə də həmin heroini Təqsirləndirilən şəxs2 almalarını demələri, Təqsirləndirilən şəxs2 isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər hansı şəxsə narkotik satmadığını bildirməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərilərində aşkar edilmiş narkotik vasitənin onlara aid olduğunu, həmin vasitədən istifadə etdiklərini, şəxsi istifadələri üçün üzərilərində saxladıqların, eləcə də həmin heroini Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində aldığını bildirmişlər. Cinayət işi materiallarına əlavə edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi Samsung markalı mobil telefonu ilə xx.xx.2023-cü il tarixdə is üzrə digər Təqsirləndirilən şəxs2 +994-51-510-95-89 saylı mobil nömrəyə dəfələrlə zənglər edilməsi və danışıqlar aparılması müəyyən edilmişdir. Zənglərin xx.xx.2023-cü il tarixdə saat 13 radələrində olması bir daha Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1.156 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 əldə etməsini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında onların saxlanıldıqları gün bir neçə dəfə telefon danışığının olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil operatorlardan daxil olmuş CD diskin yaddaşına yazılmış məlumatlarla da öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglər barədə məlumatların yerləşdirildiyi "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılmamışdan öncəki günlərdə və saxlanıldığı gün də bir neçə dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zənglər etmiş və aralarında bir neçə dəfə müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2lə aralarında olan borc pul məsələləri ilə bağlı danışmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***- **-** mobil nömrəyə daxil olan və çıxan zənglər barədə məlumatların yerləşdirildiyi "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 saxlanılmamışdan öncəki günlərdə və saxlanıldığı gün də bir neçə dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zənglər etmiş və aralarında bir neçə dəfə müxtəlif müddətlərdə danışıqlar olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs2 tanımadığı və aralarında hər hansı danışıq olmadığını bildirsə də əslində Elsevəri quşbaz kimi tanımış, onunla quşla bağlı bir neçə dəfə danışmış, lakin aralarında hər hansı alış-verişi olmamışdır. Özünü müdafiə etməsi üçün məhkəmə istintaqında və ibtidai istintaq zamanı Elsevəri tanımadığını bildirmişdir. Əslində isə Elsevəri tanıyır, lakin ondan narkotik vasitə almamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 də ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 Cəlilabad rayon sakini kimi tanımış və əlaqəsi olmuşdur. Həmçinin həmin disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aid mobil nömrələrin qidalandığı anten dairələrinin hansı ərazi olması müəyyən edilmiş, 25 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Vilayət Həsnovun mobil nömrələrinin anten dairələrinin eyni yerdə olması müəyyən edilməmişdir. Beləliklə məhkəm istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 da polis əməkdaşları tərəfindən saxlanıldığı gün bir neçə dəfə Təqsirləndirilən şəxs2lə telefonla əlaqə saxlamış və aralarında danışıqlar olmuşdur. Lakin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaq üçün bir-biri ilə əlaqələrinin olmadığını ilk öncə bildirmişlər, lakin həmin telefon danışıqları mötəbər sübutlarla təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 göyərçin saxlayan quşbaz kimi tanıdığını və bu mövzuda onunla zəg edərək danışdığını bildirmişdir. Bundan əlavə məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2023-cü il tarixli, 19/338 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar heroinlə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 büküm heroin və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 büküm heroin, ümumilikdə 3 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Göründüyü kimi, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı üzərilərində aşkar edilmiş narkotik vasitənin özlərinə aid olmasını bildirmiş, həm də həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldıqlarını bildirmişlər. Bundan əlavə digər Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotik vasitənin özünə aid olmasını bildirsə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bildirmişdir. Əgər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə inansaq, yəni üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını bildirdiyi halda, istintaq zamanı bu halı demək üçün şəraitinin olduğu halda, fiziki təzyiq və hədə səbəbindən üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə etirafedici ifadə verməsi, digər şəxslərə narkotik vasitə satmadığını bildirməsi inandırıcı deyildir. Əgər ona fiziki təzyiq edilmiş və hədə qorxu gəlinmiş olsaydı o, daha ağır məsuliyyətə səbəb olacaq hal- Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitə satması ilə bağlı etirafedici ifadə verməli idi, lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin ona aid olduğunu, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadələrində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən təqsirləndirilən şəxslər üzərilərində olan 1 bükümdə heroini könüllü təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la şifahi sorğu zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 20 manat müqabilində aldıqlarını, şəxsi istifadə məqsədi ilə saxladıqlarını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 (sonradan ifadəsini dəyişərək üzərində olan narkotik vasitəni Elsevərdən almaması hissəsi istisna olmaqla), Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 (Vilayət və Ruslana narkotik vasitə satmaması hissəsi istisna olmaqla) ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi üçün üzərilərində aşkar edilmiş narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslər özləri, istərsə də onların vəkilləri ibtidai istintaq müddətində belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, hazırkı dövrdə şikayət etsələr də bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri qeyd edilən dəlillərinin yoxlanılması üçün, yəni onların bədəni üzərində xəsarət izlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün Bakı İstintaq Təcridxanasına sorğu verilmiş və həmin Təcridxanadan məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol saidin ön səthində çox saylı köhnə çapıq toxumalar müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol saidin ön səthində və qarının ön divarında köhnə çapıq toxumalar müşahidə olunmuşdur. Həmçinin təqisləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmalarını bildirmələri faktı üzrə araşdırma aparılması üçün məhkəmə tərəfindən Cəlilabad rayon prokurorluğuna müraciət ünvanlanmış və Cəlilabad rayon prokurorluğundan məhkəməyə daxil olmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman, eləcə də saxlanıldıqdan sonrakı dövrlərdə onlara qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə cinayət işi materialları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs3 25 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirsə də ibtidai istintaq müddətində barəsində həbslə əlaqədar olmaya qətimkan tədbirinin seçilməsinə baxmayaraq və azadlıq hüququ məhdudlaşdırılmadığı halda fiziki zorakılığa məruz qalması ilə bağlı hər hansı orqana şikayət etməmiş, eləcə də bədəni üzərində xəsarət olduğu halda hər hansı müalicə müəssisəsində müalicə alması üçün də müraciət etməmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2023cü il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək təqsirləndirilən şəxslər üzərilərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü onlara qarşı irəli sürülmüş ittiham üzrə tam, Təqsirləndirilən şəxs2 isə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Lakin onlar məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 (sonradan ifadəsini dəyişərək üzərində olan narkotik vasitəni Elsevərdən almaması hissəsi istisna olmaqla), Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 (Vilayət və Ruslana narkotik vasitə satmaması hissəsi istisna olmaqla) ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin narkotik vasitədən bir bükümünü 20 manat müqabilində Təqsirləndirilən şəxs1, bir bükümünü 20 manat müqabilində Təqsirləndirilən şəxs3 satmış, qalan hissəsini də satış məqsədi ilə özündə saxlamışdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, satma və ya daşımağa görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittiham üzrə isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 külli miqdarda – heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması, satması və bir hissəsini isə üzərində daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici və Təqsirləndirilən şəxs2 qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 Əliguşad oğlu, Şahid5 və Şahid6 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 25 mart 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil telefona baxış keçirilməsi” haqqında protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2023-ci il tarixli, 19/336 nömrəli, 25 mart 2023-cü il tarixli, 19/337 nömrəli, 26 mart 2023-cü il tarixli, 19/338 nömrəli, X8 30 mart 2023-cü il tarixli, 353 nömrəli, 30 mart 2023-cü il tarixli, 348 nömrəli, 06 aprel 2023-cü il tarixli, 390 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Cəlilabad RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 30 aprel 2023-cü il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında isə 3 ilədək azadlığın məhdudlaşdırılması və 03 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Əsədov X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 05 ay 07 gün hissəsindən xx.xx.2022-ci il tarixdə azad edilmişdir. (İİ cild, i.v 21-23; 45-49) - məhkumluq haqqında tələbnamədən görünür ki, Həsənov X6 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İİ cild, i.v 24-25;) - məhkumluq haqqında tələbnamədən görünür ki, Quliyev X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İİ cild, i.v 26-28;) - Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Həsənov X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)- 51/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə Təqsirləndirilən şəxs3 17 aprel 2023-cü il tarixdə Şöbədə qeydiyyata götürülmüş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixədək 25 gün cəza çəkilmiş , 02 il 05 ay 01 gün cəza çəkilməmiş qalmışdır. (İİ cild, i.v. 43) - Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Həsənov X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)- 51/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə Təqsirləndirilən şəxs3 17 aprel 2023-cü il tarixdə Şöbədə qeydiyyata götürülmüş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixədək 07 ay 06 gün gün cəza çəkilmiş , 01 il 10 ay 20 gün cəza çəkilməmiş qalmışdır. - Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quliyev X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)- 158/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm üzrə Təqsirləndirilən şəxs2 15 sentyabr 2022-ci il tarixdə Şöbədə qeydiyyata götürülmüş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixədək 06 ay 10 gün cəza çəkilmiş , 01 il 11 ay 16 gün cəza çəkilməmiş qalmışdır. (İİ cild, i.v. 44) - Cəlilabad Şəhər İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən şəhərin V.Niftullayev küçəsi 06 saylı ünvanında yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. Həmçinin məhkəmə iclasında müdafiəçi tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008 və xx.xx.2009-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. (İİ cild, i.v. 10-11) - Cəlilabad Şəhər İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 qeyd edilən şəhərin V.Mürsəlov küçəsi 43 saylı ünvanında yaşayır. Ailə tərkibi həyat yoldaşı, 2012, 2013 və 2016-cı il təvəllüdlü 3 azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İİ cild, i.v. 13-14) - Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasından verilmiş “Satsionar xəstənin tibbi kartasında” 357 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “ sağtərəfli çanaq distopiyalı böyrəyin 4-cü dərəcə hidronefrozu – böyrək fəaliyyətinin itməsi ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. - 1 saylı Respublika Psixiatrik Xəstəxanasından verilmiş “Satsionar (ambulator) xəstənin tibbi kitabçadan (xəstəlik tarixindən” çıxarışdan görünür ki, X4 “ yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” diaqnozu ilə müalicədə olmuşdur. - Cəlilabad Şəhər İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən şəhərin S.Vurğun küçəsi 09 saylı ünvanında yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İİ cild, i.v. 19-20) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs3 himayəsində olan uşaqlardan birinin psixoloji xəstəliyinin olmasını, özünün isə böyrəyinin fəaliyyətinin itirməsi ilə bağlı xəstəliyini və təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 mart 2023-cü il tarixdən hesablanmalı və Cəlilabad rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxs3 Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)- 51/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə hökmü 06 aprel 2023-cü il tarixdə qüvvəyə mindiyindən, Təqsirləndirilən şəxs3 hazırda təqsirləndirildiyi cinayət əməlini 25 mart 2023-cü il tarixdə yəni Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-51/2023 saylı hökmü qanuni qüvvəyə minmədiyi dövrdə törətdiyindən ona baycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasəsən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs3 özünün və himayəsində olan övladının xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Onlara təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs3 Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(073)51/2023 nömrəli hökmünün icrası ilə əlaqədar Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürüldüyü və hazırda da azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürüldüyü gündən yəni, 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 08 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 05 ay 06 gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilməlidir. X8 tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 353 nömrəli və 06 aprel 2023-cü il tarixli, 390 nömrəli rəyləri nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. X8 tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 348 nömrəli rəyi eləcə də ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi 53GT45V nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs2 İİ qrup əlil olması nəzərə alınaraq Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq şəkiləri 1.056 qram, 1.014 qram və 0.597 qram olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 03 ədəd CD disklər, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 08 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 05 ay 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(073)51/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 ona təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli Cəlilabad rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(073)51/2023 nömrəli hökmünün icrası ilə əlaqədar onun Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürüldüyü gündən yəni, 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində olan “polisin nəzaərəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəlilabad rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(073)158/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1.056 qram, 1.014 qram və 0.597 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 03 ədəd disk, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-600/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-600/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver