Məhkəmə qərarları › İş №1(099)-601/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-601/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-601/2024 05.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Yardımlı rayonundan 1694,897 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 2857,340 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və təmiz çəkisi 960,0 qram xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və satışında şübhəli olduğundan 19 aprel 2024-cü il tarix saat 03 radələrində Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Aslanov küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd bükülüdə ayrı-ayrılıqda çəkisi: 6,900 qram, 7,997 qram olmaqla, ümumilikdə təmiz çəkisi 14,897 qram təşkil edən, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd bükülüdə təmiz çəkisi 7,340 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin gün saat 04 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Masalı şəhəri, H.Aslanov küçəsi, ev 13/1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həmin evin yataq otağında güzgülü termo-dolabın arxasındakı çantadan 01 ədəd bükümdə təmiz çəkisi 960,0 qram təşkil edən, xüsusilə külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 825,0 qram, 855,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1680,0 qram təşkil edən, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə ümumi təmiz çəkisi 14,897 qram psixotrop maddə metamfetaminlə, həmçinin bir-biriləri ilə eynilik təşkil edən xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 930,0 qram, 980,0 qram, 940,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 2850,0 qram olan, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə üzərindən aşkar edilərək götürülmüş olan 1 bükümdə təmiz çəkisi 7,340 qram narkotik vasitə qurudulmuş marixuana ilə, həmçinin bir-biriləri ilə eyni külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkmə istintaqı zamanı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək fadəsində göstərmişdir ki, 2024-cü il aprelin 18-dən 19-a keçən gecə saat bir radələrində Masallı RPŞ-nin əməkdaşları qapını sındırıb onun evinə girmiş, qapıda olan itini öldürmüş, evdə xəstə anasının 1700 manat pulunu götürmüşlər. Onu Masallı Rayon Polis Şöbəsinə apararaq orada olarkən ona təzyiq etmiş, sonra evinə gətirib, evindən 5 kiloqram narkotik çıxarıb üzərinə götürməyini tələb etmiş, onların dediyi ilə razılaşmağa məcbur etmişlər. Əslində isə o, gecə vaxtı küçədə olmamış, evində anası ilə birlikdə olmuş, polislər onu evindən aparmış, nə üzərində, nə də evində narkotik vasitə, psixotrop maddə olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu evindən aparıblar, şöbədə vəkillə təmin olunmuşdur, şiddət barədə vəkilinə demişdir, videoçəkiliş zamanı zorakılıqla bağlı bildirməmiş, polislərin tələbləri daxilində danışmışdır, həbs qətimkan tədbiri seçilən zaman da təzyiq altında olduğu üçün polislərin dediyi qaydada danışmışdır, işdə olan mesajlarla tanış olmuşdur, məzmununu xatırlamır, heç kimə pul müqabilinə narkotik satmamışdır, polislərin dediyi kimi demiş, orada yazılanları isə həqiqətdə etməmişdir, termonun arxasından çıxan narkotiki polislər oraya qoyub, polislər heç yerə şikayət etməyə imkan yaratmayıblar, üzərində elektron tərəzi olmamışdır, çiynində polislər döyməzdən əvvəl də problem olmuşdur, tez-tez çıxırmış, polislərə çiyninə vurmamalarını xahiş etmiş, onlar da ora vurmuşlar, anası ilə tək yaşamışdır, polislər gecə saat 1 radələrində evinə gəlmişlər, əvvəlcə sayğacdan işıqlarını söndürüb, qapını sındırıb evə daxil olmuşlar, sayğacı söndürdüklərini qonşu görmüşdür, tərlikləri evdə qalmışdır, polis şöbəsində ayaqyalın olmuş, tərliklərini sonradan gətirmişlər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsində olan zamanlarda tanış olduğu Baba adlı İİR vətəndaşı ilə azadlığa çıxdıqdan sonra da whatsapp tətbiqi vasitəsilə əlaqə saxlamış, tutulduğu gündən təxminən 20 gün əvvəl həmin iranlı “Baba” adlı şəxs onunla əlaqə saxlamış və ona bir iş görməyi təklif etmişdir. Belə ki, iranlının istəyi ilə o, Yardımlı rayonunun girişində hazırda xatırlamadığı yerdə qoyulmuş narkotik maddə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qoyulacağını, həmin narkotik və psixotrop maddələri götürüb daha Bakı şəhərində iranlının deyəcəyi ünvana çatdırmaq barədə razılaşmışdır. Bu işin qarşılığında “Baba” ona sonda 3000 manat məbləğdə pul mükafatı verəcəyini demişdir. Həmçinin, həmin çatdırmalı olduğu narkotik maddələrin və psixotrop maddələrin üstündə ona narkotik maddə pay da ayırdığını demişdir. O, iranlı “Baba” ilə razılaşmış və iranlının ona whatsapp tətbiqi vasitəsilə göndərdiyi ünvana getmişdir. O, həmin yerdən bir ədəd çantada içərisində müxtəlif ölçülərdə ümumi 6 ədəd sellofan bağlama götürmüş və özü ilə birlikdə evinə gəlmişdir. Onun evində heç kimin evdə narkotik maddələr və psixotrop maddələr gizlətməyindən xəbəri olmamışdır. O, evə gələrkən evdə kimsə olmamışdır. Anası xəstə olduğu üçün tez-tez qohumları evinə gedib gəlmişdir. İranlı da ona vaxtı və ünvanı sonra bildirəcəyini deyib həmin narkotik maddələri və psixotrop maddələri evində saxlamağını bildirmişdir. O, bundan əlavə özü üçün elektron tərəzi də almış, həmin tərəzidən narkotik maddə heroni və psixotrop maddə metamfetamini çəkmək üçün istifadə etmişdir. O, 18 aprel 2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman həmin narkotik maddə qurudulmuş marixuanadan 1 büküm və psixotrop maddədən 2 büküm öz istifadəsi üçün ayırmışdır. O, bundan sonra isə Masallı şəhər ərazisinə gəzmək üçün çıxmışdır. 19 aprel 2024-cü il tarixdə gecə saat 03 radələrində o, yaşadığı küçədə olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Daha sonra polislər ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər, şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd iphone markalı mobil telefon, sol yan cibindən isə 3 ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Həmin bükümlərin birində narkotik vasitə qurudulmuş marixuana, digər iki bükümdə isə psixotrop maddə metamfetamin olmuşdur. O, təhqiqatçının suallarına cavab olaraq həmin bükümləri cəzaçəkmə müəssisəsində olduğu zamanlarda tanış olduğu İranlı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq gəzdirdiyini demişdir. Bundan əlavə o, metamfetamindən istifadə etmək üçün 1 manatlıq əskinazdan düzəltdiyi borucuğu da təqdim etmişdir. O, evində gizlətdiyi narkotik və psixotrop maddələrdən öz istifadəsi üçün 18 aprel 2024-cü il tarixdə bükümlər ayırmışdır. Belə ki, bir büküm narkotik vasitə qurudulmuş marixuana, iki büküm isə psixotrop maddə metamfetamin ayırmışdır. O, həmin tərəzidən evdə bükümləri çəkib ayıran zaman istifadə etmişdir. O, həmin kağız borucuqla evdə olarkən bir neçə dəfə metamfetamindən istifadə etmişdir. 19 aprel 2024-cü il tarixdə tutulmazdan əvvəl də metamfetamindən istifadə etmək üçün kağız borucuğu üzərində daşımışdır. O, gündəlik bir dəfə üçün təxminən yarım qram çəkidə metamfetamindən istifadə etmişdir. O, üzərindən və evindən aşkar edilmiş narkotik maddələri və psixotrop maddələri təxminən 20 gün əvvəl gecə saatlarında vahid niyyətlə Yardımlı rayonunun xatırlamadığı yerindən götürmüş və həmin narkotik vasitələrlə psixotrop maddələri ona İran İslam Respublikası vətəndaşı göndərmişdir.(i.v. 181-186) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı fiziki zorakılıq tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs xəstə anasının və ittihamda göstərilən narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmadığını təkrarlayaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahid Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs Həzi Aslanov küçəsində saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər, şöbədə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən siqaret qutusunda 3 büküm narkotik maddə və tərəzi aşkarlanmışdır, Təqsirləndirilən şəxs evinə baxış zamanı 6 büküm narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Amid həmin narkotiki iranlı şəxsdən aldığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Amidin üzərindən qurudulmuş marixuana və metamfetamin aşkar edilmişdir, evinə baxışa icazə vermiş, narkotik vasitənin yerini özü göstərmişdir, Amid onlara narkotiki iranlı şəxsdən aldığını, Yardımlıdan götürdüyünü, 3 min manat müqabilində Bakı şəhərinə çatdıracağını demişdir, X13 küçəsində saxlamışlar, üzərinə narkotik qoymamışlar, onu döyməmişlər, evinin qapısını qırmamışlar, Nəsimi adlı polisin Amidi döyməsini görməmiş, eşitməmişdir, əvvəllər də Amid barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı olmuş, yaxalaya bilməmişlər, şəxsi saxlayarkən müqavimət göstərməmişdir, evini tanımışdır, lakin evindən aparmamışlar, əməliyyata 4 nəfər getmişlər, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid4la eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, evinə baxışa icazə vermiş, narkotik vasitənin yerini özü göstərmişdir, Amid onlara narkotiki iranlı şəxsdən aldığını, Yardımlıdan götürdüyünü, 3 min manat müqabilində Bakı şəhərinə çatdıracağını demişdir, Amid şöbədə narkotik vasitənin bir qisminin evdə olduğunu bildirdikdən sonra evə getmişlər, X13 küçəsində saxlamışlar, onu döyməmişdir, Amidi gecə saat 3 radələrində saxlamışlar. İş üzrə şahid Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Şahid4 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, Amidi gecə saat 3 radələrində saxlamışlar, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olanlar adətən gecə küçədə olurlar, evinə baxışa icazə vermiş, narkotik vasitənin yerini özü göstərmişdir, güzgülü termonun arxasından çıxarmışdır, Amidin döyülməsini görməmiş, eşitməmişdir, evə daxil olarkən evdə heç kim olmamışdır, qapını özü açmışdır, heç kim qapını sındırmamışdır, X13 küçəsində saxlamışlar, onu döyməmişdir, Amidin evinə daxil olanda işıqları yanırdı, evə baxış zamanı qonşulardan kiminsə gördüyünü xatırlamır, Amidin anası baxış zamanı evdə olmamışdır, bütün evi axtarmışlar, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə axşam 10-11 radələrində evdə yatarkən qapının çırpıldığını və düşüb sındığını görmüş, içəri girən şəxslər Amidin başına silah dayamış və məcbur aparmışlar. Gözləri yaxşı görmür, ancaq əllərində olan əşya ilə Amidin başına vurduqlarını görmüşdür. Verilən suallara cavab olaraq R.Nəzərova bildirmişdir ki, polislər Amidi evdən götürüblər, Amidi götürəndə termonun arxasında çanta olmamışdır, çantanı termonun arxasına polis işçiləri qoymuşdur, çantadan nə aşkarlandığını bilmir, Amidlə evdə tək qalırdı, görmə qabiliyyəti zəifdir, evləri iki otaqlıdır, polislər gələndə yatılı olmuş, oyanmışdır, polislər onu evdən çıxarmış, o da qonşuya getmişdir, həmin qonşu işləyir, məhkəməyə gələ bilmir, polislər gələndə onu qonşusu Könül Niftiyevanın evinə aparmışlar, evdə təmizlik işlərini qonşusu Könül və qızı edir, o, evi təmizləyə bilmir, polislərin termonun arxasına çanta qoyduğunu görmüşdür, polislər evə bir dəfə gəlmişdir. Daha sonra R.Nəzərova polislərin evə iki dəfə gəldiyini, birinci dəfə nə üçün gəldiklərini bilmədiyini, ikinci dəfə gələndə Amidi döyərək apardıqlarını bildirmişdir. İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, 19 aprel 2024-cü il tarixdə axşam radələrində səs gəlmiş, pəncərədən həyətə baxanda polis maşınlarının binanın həyətində olduğunu görmüşdür, polislər həyətdə olduğundan aşağı düşməmişdir, səhər saat 6 radələrində qonşu onu çağırmış, Rəfiqə xalanın ağladığını, aşağıda tək olduğunu demişdir, o da həyətə düşmüş, həyətdə Amidin tərliyinin tayını görmüşdür. Həmin tərliyi Rəfiqə xalaya vermiş, digər tayını tapa bilməmişdir. Səhər 9 radələrində Rəfiqə xalanı evinə aparmışdır. Amid tutulmamışdan əvvəl anasına baxırdı, qulluq edirdi. Verilən suallara cavab olaraq K.Niftiyeva bildirmişdir ki, 19 aprel 2024-cü il tarixdə gecə radələrində polis maşınlarını pəncərədən baxaraq görmüş, yoldaşı baxmağa icazə vermədiyi üçün içəri girmişdir, polislər gələndən axıra qədər olanları görə bilməmişdir, Amidin evdən polislər tərəfindən aparıldığını görməmiş, qaraltıdan Amid olduğunu düşünmüşdür, Amidin əvvəllər tutulduğunu bilmiş, nəyə görə tutulduğunu bilməmişdir, polislərin bir dəfə gəldiyini görmüş, daha sonra baxmadığı üçün bilməmişdir, içəri keçib yatmışdır, səhər 6 radələrində Amidgilə getmiş, anasını evlərinə gətirmişdir, polislər gələndə Amidgilin evinin işıqlarının söndüyünü görməmişdir, Amidin anası Rəfiqə xala ağlayırmış, Amidin evinin içini görməmiş, qapının sınma səsini eşitmişdir, onlar Amidgildən bir mərtəbə yuxarıda yaşayırlar, evdən nə aşkarlandığını Rəfiqə xala ona demişdir, narkotiki polislərin qoyduğunu ona demişdir. İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmiş və suallara cavab olaraq bildirmişdir ki, Amidin bibisidir, Masallı rayonu, Xıl kəndində yaşayır, Amidin tutulmasını görməmiş, olanları Rəfiqə Nəzərovadan eşitmişdir, 19 aprel 2024-cü il tarixdə qardaşı qızı Əfsanə ona zəng edib Amidin tutulduğunu demiş, o da Əfsanə ilə birlikdə Rəfiqəgilə getmiş, qapının sındığını görmüşdür. İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmiş və suallara cavab olaraq bildirmişdir ki, Amidin bacısıdır, 19 aprel 2024-cü il tarixdə Amidgilin qonşusu ona zəng edib Amidin tutulduğunu demiş, o da bibisi ilə birlikdə anası Rəfiqəgilə getmiş, qapının sındığını görmüş, hadisəni görməmiş, anasından eşitmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan : - 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rayon ərazisində nəzarətə götürülməsi, cinayət törədilməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda onun üzərinə şəxsi axtarış və lazım gələrsə yaşadığı evinə təxirə salınmadan baxış keçirilməsi qərara alınmışdır.(i.v. 6) - «Şübhəli şəxsin tutulması haqqında» 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ARCM-in 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 13) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “İphone” markalı mobil telefon, bir ədəd üzərində “Manlloro” sözləri yazılmış elektron tərəzi, üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir büküm və psixotrop maddə metamfetaminə bənzər iki büküm olmaqla ümumilikdə üç ədəd şəffaf sellofan büküm möhürlənərək götürülmüşdür.( i.v.27-29) - İşdə olan «baxış və götürmə haqqında» protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı baxış keçirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış mənzilidir. Həmin mənzilə Təqsirləndirilən şəxs icazəsi və göstərməsi ilə girdikdən sonra sağ tərəfdə yerləşən yataq otağına keçilmişdir. Təqsirləndirilən şəxs həmin sağ tərəfdə yerləşən yataq otağında olan güzgülü dolabın arxasında bir ədəd üzərində “LOST” sözü yazıımış idman çantası çıxardaraq təqdim etmişdir. Həmin idman çantasına baxış keçirildikdə içərisində 6 ədəd sayda yapışqan lentlə bağlanmış bağlamalar olması aşkar edilmişdir. Həmin bağlamaların hər birinə baxış keçirilən zaman bir ədəd bağlamada narkotik vasitə heroin, iki ədəd bağlamada psixotrop maddə metamfetamin və 3 ədəd bağlamada isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin çantada olan predmetlərin tanışı İram İslam Respublikası vətəndaşının 20 gün bundan əvvəl Yardımlı rayon istiqamətində qoyduğu narkotik vasitələr olmasını demişdir. Hər bir bağlama ayrı-ayrılqıda elektron tərəzidə çəkilmişdir. Belə ki, içərisində heroinə bənzər kütlələr olan birinci bükümün çəkisi 950 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan ikinci bükümün çəkisi 845 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan üçüncü bükümün çəkisi 885 qram, içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 4-cü bükümün çəkisi 975 qram, içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 5-ci bükümün çəkisi bir kiloqram və içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 6-cı bükümün çəkisi isə 970 qram olması müəyyən edilmişdir. Həmin 6 ədəd sayda bağlamalar ağ rəngli torbaya qoyulmaqla üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda başqa otaqdan heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 31-35) - İşdə olan «əşyanın maddi sübut hesab edilməsi haqqında» 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 2856,940 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1694,497 qram olan psixotrop maddə metamfetamin, 959,85 qram olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd kağız borucuq maddi sübut kimi tanınmışdır. (i.v.54) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 63-64) - Masallı Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli, 4(050)-33/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 82-87) - İş üzrə «əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılması haqqında» Masallı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 5(050)-45/2024 saylı qərarından görünür ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkklili tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (i.v. 102-103) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 01 iyun 2024-cü il tarixli, 240 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2.3 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.( i.v. 172- 174) - İşdə olan «Sübutların qiymətləndirilməsi haqqında» 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, “şəxsi-axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və “baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə sübut kimi qiymətləndirilmişdir. (ı.v 225-244) - İşdə olan «Məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası»nın 19 aprel 2024-cü il tarixli, 19/339 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş iki ədəd şəffaf sellofan bükülünün içərisində metamfetaminə bənzər psixotrop maddələr, bir şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 6,900 qram, 7,997 qram, ümumi təmiz çəkisi 14,897 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər; 1 ədəd bükülüdə təmiz çəkisi 7,340 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs yaşadığı Masallı şəh. H.Aslanov küç. 13/1 evdə aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə, iki bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və üç bükümdə narkotik vasitə qurudulmuş marixuana...” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi 960,0 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 825,0 qram, 855,0 qram ümumi təmiz çəkisi 1680,0 qram olan ağ rəngli krsitallardan ibarət maddələr metamfetamindirlər; 3 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 930,0 qram, 980,0 qram, 940,0 qram ümumi təmiz çəkisi 2850,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 4 bükülü olmaqla, ümumi təmiz çəkisi 1694,897 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 4 bükülü olmaqla, ümumi təmiz çəkisi 2857,340 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd mobil telefon, bir ədəd elektron tərəzi və bir ədəd boru şəklində hazırlanmış bir manatlıq əskinas..” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır, 1 ədəd kağız borucuğun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. (Siyahı İ). (i.v. 44-48) - İşdə olan «Məhkəmə-narkoloji ekspertizası»nın 22 aprel 2024-cü il tarixli, 373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v 153) - Cinayət işinin materiallarında olan "xxxx" Telekom MMC-dən daxil olmuş 14 may 2024-cü il tarixli 10223 saylı məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış protokolundan görünür ki, xx/xx/2023 tarixdə 17:23:32 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə ********** saylı mobil nömrədən “Broo biri var 35 k istir mennen marag eliyir ne deyim qaqa?alinsa zor olar kecerdim zapas tekeride vererdim masna atardin??“ mesajı gəlməsi, bundan başqa xx/xx/2023 tarixdə 19:45:57 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Amid bu gun qardawivin xow gunudu ama lomkada kecirir sennen son defe xaiwim oduki mene sonuncu defe bugun el.tut olum vezyetindeyem bu gune qeder meni q hbelerden qorudun son defe sennen xaiw ediremki mene komek et sene qurban olum olurem men olurem.men” mesajı gəlməsi, bundan başqa xx/xx/2023 tarixdə 14:42:27 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Brat uwaq var o gelia 65 manatda pul var getmemiw mene bir soz denende qardawimsan” mesajı gəlməsi bundan başqa xx/xx/2023 tarixdə 17:02:30 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Brat qadan alaram sen canin bide daxwardinda o beyaqki uwaqla pul elden cixmamiw gelerdime 45 manat puldu bide daniw xeber denende mene qardawimsan” mesajı gəlməsi bundan başqa xx/xx/2023 tarixdə 02:07:33 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Birdeki Amid qardawimsan sabah teli sondurmersende o celilabadlilar cox vaxdi saat 11 de 12 de gelirlerde ozude 60 yada 80 manatla gelirler gelende qarda wimsan sondurmersende telfonu gecen xeyre qalsin brat allaha emanet ol” mesajı gəlməsi, bundan başqa xx/xx/2023 tarixdə 01:36:43 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Salam,mehemmed sene ygb 10luq tema isdedi yemey yeyirem ygacam gelersen dediyin oglan soradan sen yganda telefonun qragina basib zengin sesin alirdi gecen xeyre” 01:39:21 dəqiqədə “Dunen yazdm axi sene ilqar uzagi 3gun lomkada qalar,meni lomkada qoyanlari tanidim zato bunnan sonra mende kim nece idise ele olacam goruweririk” və 01:41:51 dəqiqədə “Bele bildiyime gore senin ag cucen yoxdu lazim.olsa vererwm dosdun mehemmede goturersen mennen ehtiyat elyrsen axi)” mesajı gəlməsi, bundan başqa xx/xx/2024 tarixdə 21:16:20 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Qaqa 30 manat vxarimdi medeniyet evinin yanindayam o uwaq gelib ketden gedmelidi goturmey olar olmazsa de bilim gedsun” mesajları gəlməsi aşkar edilmişdir. (i.v 148-151) - İşdə olan «Məhkəmə-tibbi ekpertizası»nın 20 aprel 2024-cü il tarixli, 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır.(154- 155) - İşə olan TƏBİB PHŞ Masallı rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 23 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhiəsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici ifadələrini polis əməkdaşlarının ona zor tətbiq etməsi nəticəsində verdiyinə dair müdafiə tərəfinin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etmişlər. Əksinə, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Masallı Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək, üzərindən və yaşadığı ünvandan aşkar olunan narkotik vasitə və psixotrop maddələri vatsap sosial şəbəkəsi vasitəsilə tanış olduğu İİR vətəndaşı ilə aralarında olan danışığa əsasən Yardımlı rayonunun girişində tanımadığı ərazidən qoyulmuş yerdən götürmüş, razılığa əsasən həmin narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərinə deyilən ünvana aparacağını, bunun müqabilində isə ona 3000 manat pul ödənilməli olduğunu, həmin marixuanadan 1 büküm və psixotrop maddədən 2 büküm götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını, ona qarşı hər hansı zor tətbiq edilmədiyini, sərbəst şəkildə ifadə verdiyini bildirmişdir. (i.v. 83-84) Həmçinin, işdə olan «Məhkəmə-tibbi ekpertizası»nın 20 aprel 2024-cü il tarixli, 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır (i.v. 154-155) Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin, yaşadığı evə videoçəkilişlə baxış keçirilərkən verilmiş suallara cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən öz müdafiəsi üçün dəlillər gətirməmişdir. ( i.v.253) Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin polis əməkdaşlarının onun evinə qanunsuz daxil olub itini öldürmələri, anasının 1700 manat pulunu götürmələri ilə bağlı dəlilləri iş üzrə dindirilmiş heç bir şahidin, o cümlədən müdafiə tərəfinin təqdim etdikləri şahidlərin ifadələri ilə də təsdiq olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid2, Şahid1 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair, evə baxış keçirilməsi haqqında protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, ibtidai istintaqda verilmiş etirafedici ifadələrin işgəncə və qeyri-insani, ləyaqəti alçaldan, amansız rəftar nəticəsində verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini AR CPM-in 125.2.2-ci maddəsinə uyğun hesab etməyərək, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Şahid ifadələrinə qiymət verilməsi : Məhkəmə iş üzrə şahidlər Şahid4, Şahid2 və Şahid1 ifadələrini yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan, bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək, sübut kimi qiymətləndirir. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş Firuzə Nəzərova və Əfsanə Nəzərovanın ifadələrinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, adları qeyd olunan şəxslər hadisəni birbaşa görməmiş, ümumiyyətlə Amidgilin evinin yaxınlığında yaşamamış, bildikləri yalnız Rəfiqə Nəzərovanın dediklərinə əsaslanmışdır. ARCPM-in 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə oluna bilməz. Qeyd olunan səbəbdən Firuzə Nəzərova və Əfsanə Nəzərovanın ifadələrini məhkəmə sübut kimi qəbul etmir. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş Rəfiqə Nəzərovanın ifadələrinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əvvəla, məhkəmə iclasında iştirak edən R.Nəzərova yataq xəstəsi olduğunu, özü-özünü idarə edə bilmədiyini, görmə qabiliyyətinin zəif olduğunu, cinayət prosesi iştirakçılarını da çətinliklə gördüyünü, məhkəmə tərkibini oturduğu yerdən görmədiyini bildirmiş, təqdim edilən kağızı görmədiyindən, imza edə bilməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin onun doğma oğlu olduğu nəzərə alındıqda, məhkəmə tərkibi R.Nəzərovanın polislərin çantanı güzgülü termonun arxasına qoymasına, Amidin başına tapança tutulduğunu görməsinə, onun başına hansısa əşya ilə vurmalarına dair ifadəsini inandırıcı qəbul etmir. Bundan əlavə, R.Nəzərova suallara cavab olaraq polislərin evə bir dəfə gəldiyini bildirsə də, növbət suallarda 2 dəfə gəldiklərini, birinci dəfə nə üçün gəldiklərini bilmədiyini, ikinci dəfə gələndə Amidi döyüb apardıqlarını bildirmişdir. Əgər R.Nəzərovanın polislərin onların yaşadığı evə 2 dəfə gəldiyi həqiqət kimi qəbul olunsa belə, həmin ifadə nə işdə olan sübutlarla, nə də Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdiyi dəlilləri ilə uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs onun polislər tərəfindən evindən döyülərək aparıldığını, daha sonra videoçəkilişlə evə yenidən qaytarıldığını bildirmişdir. Belə olan halda, əgər Təqsirləndirilən şəxs ifadəsi mötəbər sübut kimi qəbul edilsəydi Rəfiqə Nəzərovanın polislərin evə iki dəfə gəlməsi, birinci dəfə heç bir şey əldə etməyib geri qayıtmaları, ikinci dəfə Amidi döyərək aparmalarına dair ifadəsi heç bir məntiqi əsasa söykənmir. Çünki, əgər həqiqətən Təqsirləndirilən şəxs dediyi kimi polislər evə 2 dəfə gəlmiş olsaydılar birinci dəfə onu evdən aparmalı, ikinci dəfə videoçəkilişlə evə baxış keçirmək üçün gəlməli idilər ki, bu dəlil nə Rəfiqə Nəzərli, nə də Könül Niftiyevanın ifadəsi ilə, nə də digər sübutlarla təsdiq edilmir. Çünki, Rəfiqə Nəzərovanın ifadəsinə görə, polislər məhz ikinci dəfə gələrkən Amidin başına silah tuşlayıb, güzgülü termonun arxasına narkotik vasitə olan çanta qoymuşlar. İşdə olan evə baxış keçirilməsi haqqında videoçəkilişdən isə görünür ki, qapını Təqsirləndirilən şəxs açmış, evdə heç kim olmamışdır. Könül Niftiyeva isə polislərin bir dəfə Amidgilə gəldiyini gördüyünü bildirmişdir. İşin qeyd edilən hallarından göründüyü kimi, Rəfiqə Nəzərovanın ifadəsi oğlunu müdafiə xarakterli olmaqla, həqiqəti əks etdirmədiyindən və işdə olan digər ifadələr və sübutlarla uzlaşmadığından, məhkəmə Rəfiqə Nəzərovanın ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, K.Niftiyeva Təqsirləndirilən şəxs evində olanları görməmiş, yalnız polislərin bir dəfə gəldiyini pəncərədən gördüyünü, yoldaşı icazə vermədiyi üçün içəri girdiyini, gedib yatdığını, polislər gələndə Amidgilin evinin işığının yandığını, bildirmiş, polislərin güzgülü termonun arxasına narkotik vasitə dolu çanta qoymasına dair dedikləri Rəfiqə Nəzərlinin sözlərinə əsaslanmışdır. Bundan əlavə, o, Təqsirləndirilən şəxs tərliklərini evin çölündə gördüyünü, sonradan qohumlarının aparıb verdiyini desə də, K.Niftiyevanın 19 aprel 2024-cü il tarixdə, saat 6 radələrindən sonra Amidin anası ilə maraqlanması, tərlikləri görməsi nəzərə alındıqda, onun ifadəsinin iş materialları ilə uzlaşmadığı müəyyən olunur. Belə ki, 19 aprel 2024-cü il tarix, saat 3-4 radələrində şəxsi axtarış keçirilməsi haqqında protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ayaqlarında ayaqqabı vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, K.Niftiyeva hadisənin birbaşa şahidi olmadığından və ifadəsi işdə olan digər sübutlarla uzlaşmadığından mötəbər sübut kimi qəbul edilməməlidir. İşdə olan sms mətnlərinə qiymət verilməsi : Cinayət işinin materiallarında olan "xxxx" Telekom MMC-dən daxil olmuş 14 may 2024-cü il tarixli 10223 saylı məktuba əlavə edilmiş bir ədəd CD diskdə olan sms mətnlərindən görünür ki, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan bir neçə şəxs ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin təmin edilməsindən ötrü müraciət etmişdir. Belə ki, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş “Broo biri var 35 k istir mennen marag eliyir ne deyim qaqa?alinsa zor olar kecerdim zapas tekeride vererdim masna atardin??“, “Amid bu gun qardawivin xow gunudu ama lomkada kecirir sennen son defe xaiwim oduki mene sonuncu defe bugun el.tut olum vezyetindeyem bu gune qeder meni q hbelerden qorudun son defe sennen xaiw ediremki mene komek et sene qurban olum olurem.men”, “Brat uwaq var o gelia 65 manatda pul var getmemiw mene bir soz denende qardawimsan”, Brat qadan alaram sen canin bide daxwardinda o beyaqki uwaqla pul elden cixmamiw gelerdime 45 manat puldu bide daniw xeber denende mene qardawimsan”, “Birdeki Amid qardawimsan sabah teli sondurmersende o celilabadlilar cox vaxdi saat 11 de 12 de gelirlerde ozude 60 yada 80 manatla gelirler gelende qarda wimsan sondurmersende telfonu gecen xeyre qalsin brat allaha emanet ol”, “Salam,mehemmed sene ygb 10luq tema isdedi yemey yeyirem ygacam gelersen dediyin oglan soradan sen yganda telefonun qragina basib zengin sesin alirdi gecen xeyre”, “Dunen yazdm axi sene ilqar uzagi 3gun lomkada qalar,meni lomkada qoyanlari tanidim zato bunnan sonra mende kim nece idise ele olacam goruweririk”, “Bele bildiyime gore senin ag cucen yoxdu lazim.olsa vererwm dosdun mehemmede goturersen mennen ehtiyat elyrsen axi)”, “Qaqa 30 manat vxarimdi medeniyet evinin yanindayam o uwaq gelib ketden gedmelidi goturmey olar olmazsa de bilim gedsun” mesajlarından görünür ki, bir neçə şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin təşkil edilməsi üçün müraciət etmiş, Təqsirləndirilən şəxs isə heç birinə cavab verməmişdir. Qeyd olunan mesajların dəfələrlə və ayrı-ayrı vaxtlarda, onun həbsindən xeyli əvvəl yazılması, həmçinin, mesajların mətnindən belə “əlaqələrin” əvvəllər də olmasının aydın görünməsi (“Amid bu gun qardawivin xow gunudu ama lomkada kecirir sennen son defe xaiwim oduki mene sonuncu defe bugun el.tut”, “Brat qadan alaram sen canin bide daxwardinda o beyaqki uwaqla pul elden cixmamiw gelerdime 45 manat puldu bide daniw xeber denende mene qardawimsan”) onu göstərir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti olmuşdur. Qeyd olunan sms mətnləri hazırki ittiham üzrə birbaşa sübut olmasa da məhkəmə tərkibi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz yayılmasında əvvəllər də iştirakını təsdiq edən dəlil kimi nəzərə alır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır. Heroinin xüsusilə külli miqdarının aşağı həddi 800 qram, metamfetaminin isə 400 qramdır. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının (qramla) isə aşağı həddi 500 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə, ümumi çəkisi 14,897 qarm təşkil edən psixotrop maddə metamfetamin külli miqdar, 1 bükümdə, çəkisi 7, 340 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Bundan əlavə, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 bükümdə 960 qram heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla xüsusilə külli miqdar, 2 bükümdə 1680 qram metamfetamin xüsusilə külli miqdar, 3 ədəd bükümdə 2850 qram qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan bükümdə və çəkidə narkotik vasitə və psixtotrop maddələri əldə edib bu maddəni çəkilib ayrı-ayrı hissələrə bölünüb çoxsaylı xırda bükümlərdə qablaşdırılmış vəziyyətdə evində saxlaması, həmçinin, yuxarıda qeyd olunan miqdarda, növdə və çəkidə narkotik vasitə və psixotrop maddələri elektron tərəzi ilə birlikdə gecə vaxtı üzərində daşıması narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair telefonuna daxil olan mesajları ilə birlikdə nəzərə alındıqda onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddələsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «evə baxış keçirilməsi və götürmə haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə fizikikimyəvi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»nın rəyləri, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2856,940 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1694,497 qram çəkidə psixotrop maddə metamfetamin və 959,85 qram çəkidə narkotik vasitə heroin və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4-1-ci maddələrinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 23 oktyabr 2023-cü il tarixli tələbnamədən və müvafiq hökmün sürətindən görünür ki, Nəzərli X7 Rayon Məhkəməsi tərəfindən 15 noyabr 2016cı il tarixdə ARCM-in 177.2.1, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib, 2500 manat məbləğdə cərimə cəzasına məhkum edilib. 03 dekabr 2018-ci il tarixdə məhkəmə qərarına əsasən cərimə cəzası 350 saat ictimai işlər cəzası ilə əvəz edilib. 18 iyun 2019cu il tarixdə cəzasının sonu ilə şöbədən azad edilmişdir. 01 fevral 2021-ci il tarixdə Masallı Rayon Məhkəməsi tərəfindən ARCM-in 153.2, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Masallı Rayon Mənzil İstismar Sahəsindən verilmiş 16 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, 26 fevral 1989-cu il təvəllüdlü Nəzərli X7 şəhəri, H.Aslanov küçəsi, bina 13, mənzil 1 ünvanında anası ilə birlikdə yaşamışdır. Yaşadığı ərazi üzrə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v. 219-220 ) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olmasını ARCM-in 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin anası Rəfiqə Nəzərova xəstədir, öz gündəlik ehtiyaclarını sərbəst qarşılaya bilmir, Təqsirləndirilən şəxs onun qayğısına təkbaşına qalmışdır. Belə olan halda təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası həddində yuxarı həddə cəza təyin edilməsinə lüzum yoxdur, əksinə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu və yardıma möhtac anasını daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən hesablanmalı, Masallı Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli, 4(050)- 33/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan saxlanılan 2856,940 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1694,497 qram çəkidə psixotrop maddə metamfetamin, 959,85 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd elektron tərəzi və 1(bir) ədəd kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 180 (yüz səksən) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan 2856,940 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1694,497 qram çəkidə psixotrop maddə metamfetamin, 959,85 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd elektron tərəzi və 1(bir) ədəd kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan 180 (yüz səksən) manat ekpertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar