Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-604/2022 07.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1980-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmyən, məhkumluğu olan, Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda-6,476 qram narkotik vasitə olan heroin və külli miqdarda-2,779 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb daşıyaraq yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 1 ünvanında olan evinə gətirmiş və həmin maddələri dörd ədəd bükümlərə qablaşdırıb onları bir ədəd siqaret qutusunun içərisində evin yataq otağında, stolun üzərində saxlamışdır. Daxil olmuş məlumat əsasında 30 may 2022-ci il tarixdə, saat 21 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 1 ünvanında olan evə baxış keçirilən zaman, evin qonaq otağında olan stolun üzərində bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümündə ayrı-ayrılıqda 2,309 qram və 4,167 qram olmaqla cəmi-6,476 qram heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,929 qram və 1,850 qram olmaqla cəmi-2,779 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, lakin istifadəsi üçün narkotik maddələr əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən marixunadan istifadə etmiş, son vaxtlar metamfetamindən də istifadə etsə də, heroindən istifadə etməmişdir. Əvvəllər bir dəfə istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuşdur. 30 may 2022-ci il tarixdə, axşam saatlarında Sabirabad şəhərində küçə ilə piyada hərəkət edərkən yol kənarında bir ədəd siqaret qutusunu görüb götürüb içərisinə baxarkən qutunun içərisində 04 ədəd büküm olduğunu, bükümlərdən ikisində metamfetamin, digər ikisində heroin olduğunu görmüşdür. Narkotiklərdən istifadə etdiyi üçün siqaret qutusunu cibinə qoymuşdur ki, sonradan qutunun içərisində olan metamfetamini və heroini özü istifadə etsin. Sonra yaşadığı evə qayıtmış və içərisində metamfetamin və heroin bükümləri olan siqaret qutusunu cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Bir az sonra bir neçə polis əməkdaşları evinə gəlib narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduğu bildirib yaşadığı evə baxış keçirəcəklərini demiş, o da evinə baxışın keçirilməsinə etiraz etməmişdir. Sonra polis əməkdaşları onun iştirakı ilə evinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları evin qonaq otağında olan stolun üzərinə qoyduğu siqaret qutusunun içərisində olan metamfetamin və heroin bükümlərini aşkar etmişlər. Şifahi sorğu zamanı o, aşkar olunmuş bükümləri siqaret qutusunun içərisində küçədə yerdən tapdığını, yalnız özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin və metamfetamin kütlələri qablaşdırılıb götürülmüşdür. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotiklərin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin yerdən tapdığı metamfetamin və heroini şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamasına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 30 may 2022-ci il tarixdə ona, Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, istifadəsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşqdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, axşam saatlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (ünvan 1 müstəntiq X7 Abasova qanunsuz olaraq narkotiklər əldə edib yaşadığı evdə saxlaması barədə məlumat daxil olduğunu, bu səbəbdən yaşadığı ünvana baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evinin otaqların birində olan stolun üstündən bir ədəd siqaret qutusunun içərisində 04 ədəd bükümlər, həmin bükümlərdən 2 ədəd bükümdə metamfetaminə, digər 2 ədəd bükümdə isə heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotiklərin özünə məxsus olmasını, bükümlərdə olan narkotikləri siqaret qutusunun içərisində küçədə, yoldan tapdığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tutulub polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. Yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya şikayəti olmamışdır. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan əməliyyat tədbiri keçirilərkən o, polis şöbəsində əməliyyat müvəkkili işləmiş, sonradan isə Təqsirləndirilən şəxs yaşadığı ərazidə sahə rəisi vəzifəsində işlədiyindən Təqsirləndirilən şəxs barəsində daha çox məlumatlar əldə etmiş, o cümlədən onun həmin ərazidə yaşayan şəxslərə narkotik maddələr satması barədə ona məlumatlar daxil olmuşdur. Ona görə də tam əminliklə bildirir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddələrdən istifadə etməklə yanaşı, həm də narkotik maddələrin satışı ilə də məşğul olmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 30 may 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad şəhəri, S.Vurğun küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik maddələr əldə etməsi, istifadəsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 30 may 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mərifət Ağazadə tərəfindən hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxsovun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin qonaq otağında olan stolun üzərində bir ədəd siqaret qutusu və həmin qutunun içərisində 02 ədəd sellofan bükümdə heroinə və 02 ədəd sellofan bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “Sobranie” markalı siqaret qutusundakı-02 ədəd sarı sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,309 qram, 4,167 qram ümumi təmiz çəkisi-6,476 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 ədəd sarı sellfoan bükümdə, ayırayrılıqda təmiz çəkiləri 0,929 qram, 1,850 qram ümumi təmiz çəkisi-2,779 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 6,276 qram və qalıq metamfetamin 2,679 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqunda” 02 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 6,276 qram heroin və 2,679 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 iyul 2021-ci il tarixli rəyi lə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxsovun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri (yaşadığı evdə aşkar olunmuş narkotik və psixotrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatlar, yəni yaşadığı evdə aşkar olunmuş narkotik və psixotrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 6,476 qram narkotik vasitə olan heroin və 2,779 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi maddələrin ayrı-ayrı növlərdən ibarət olmasını, onları bükümlərə qablaşdırılmaqla siqaret qutusunun içərisində saxlamasını nəzərə alaraq onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsovun həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 30 may 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxsovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbiri müddətinin əvvəli 30 may 2021ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-nin daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 10 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) 04 iyul 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, onun əməlində cinayətin residivi yoxdur. İşdə olan, Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş (barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. Həmçinin Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı (2014-cü il təvəllüdlü X5) vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxsovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsov təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxsovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 6,276 qram narkotik vasitə olan heroin və 2,679 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 6,276 qram narkotik vasitə olan heroin və 2,679 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-30 (otuz) manat 40 (qırx) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-604/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-604/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver