Məhkəmə qərarları › İş №1(099)-604/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-604/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-604/2024 27.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hakim1 (sədrlik edən və məruzəçi), Hakim2 və Hakim3 ibarət tərkibdə, Katib1 katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti (ev alqı-satqısı üzrə makler) ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istifadəsində olan 099 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olmaqla şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan tiryəki və xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətə aidiyyəti olmayan taksi fəaliyyəti ilə məşğul olan Şahid4 etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu ərazisinə daşımış, 11 mart 2024-cü il tarixdə, saat 22:45-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən Atbulaq kəndi ərazisində saxlanılaraq avtomobillə birlikdə şöbənin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış aparılarkən, onun İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qanunsuz olaraq satış məqsədilə əldə etdiyi əlində olan bir ədəd göy rəngli polietilen torbanın içərisindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükülüdə təmiz çəkisi 650,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükülüdə təmiz çəkisi 67,384 qram külli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükülüdə təmiz çəkisi 175,0 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, halal zəhməti ilə pul qazanan insan olmuşdur və kriminal əməllərdən uzaq biridir. Tutulana qədər Bakı şəhərində kirayə evlərin verilməsi və satışı, yəni maklerlik fəaliyyəti ilə məşğul olmaqla özünü və ailəsini dolandırmış, ölkədə tətbiq edilən karantin rejimi və anasının xəstəliyi ilə əlaqədar işləri dayanmış, son vaxtlar ailəsində maddi çətinliklər yarandığından başqa iş axtarmağa başlamışdır. Tutulmamışdan təxminən iyirmi gün-bir ay əvvəl İran İslam Respublikası vətəndaşından ona zəng gəlmiş, zəngi gec gördüyündən cavab verməmişdir. Bir neçə dəfə həmin nömrəyə “WhatsApp” proqramından zəng etsə də, ona cavab verən olmamışdır. Məcburiyyət qarşısında qalıb həmin mobil nömrəyə “WhatsApp” proqramında şəxsin kim olması barədə səs yazısı atmış, bundan sonra həmin nömrədən ona cavab gəlmiş və səhv zəng olunduğu bildirilmişdir. Bir müddət keçdikdən sonra həmin nömrədən ona “WhatsApp” proqramı vasitəsilə zəng daxil olmuş və zəng edən şəxs ondan kim olduğunu soruşmuşdur. Həmin şəxsə ona zəng olunduğu üçün maraqlandığını demiş, qarşı tərəf də özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edib, adının Fərşid olduğunu bildirmiş, beləliklə aralarında tanışlıq yaranmışdır. Fərşid ona ara-sıra səs yazısı atmış, bu minvalla aralarında danışıqları olmuşdur. Danışıq zamanı iranlı ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuş, lazım olarsa, ona köməklik edə biləcəyini demiş, iranlıya narkotik vasitələrdən uzaq olduğunu bildirmişdir. Belə ki, bu yaşına kimi narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmişdir. Həmin şəxsə Azərbaycana kimsə gələsi olsa, qalmağa ev lazım olsa, köməklik edə biləcəyini bildirmişdir. İran vətəndaşı iki-üç gündən bir onunla əlaqə yaradaraq hal-əhval tutmuşdur. Növbəti günlərin birində iranlı ona zəng vurmuş, vəziyyəti ilə maraqlanmış, o da cavabında çətinliyi olduğunu bildirmişdir. Bundan sonra iranlı ona yenidən zəng edib, ona işi düşdüyünü, göndərəcəyi narkotik vasitəni gedib götürməli olduğunu, bunun qarşılığında pul ödəyəcəyini bildimişdir. Həmin vaxtlar maddi vəziyyəti ağır olmuş, bununla belə iranlının təklifi ilə razılaşmamışdır. İranlı ondan təqribən 10 qram narkotik vasitəni götürməyi istəmişdir. İranlıdan narkotik istifadəçisi olmadığı halda bu iş üçün niyə onu seçdiyini soruşmuş, həmin şəxs onu məhz narkotik istifadəçisi olmadığı üçün seçdiyini, azərbaycanlı tanışlarının narkotik istifadəçisi olduqlarını, bu işi onlara tapşırsa, sonuncuların narkotik vasitəni götürüb verməyəcəklərini, ona etibar etdiyini, narkotiki almalı olan şəxsin ağrı çəkdiyi üçün gedib götürə bilmədiyini deyib, kömək etməsini xahiş etmiş və bu işin müqabilində ona 300 (üç yüz) manat pul verəcəyini vəd etmişdir. Pula ehtiyacı olduğu üçün razılaşmış və yol maşını ilə Hacıqabul rayonuna getmişdir. İran vətəndaşı “WhatsApp” proqramı vasitəsilə onunla narkotik vasitənin olduğu yeri paylaşmış, həmin yerin şəklini göndərmişdir. Deyilən ünvana çatanda oraya yerləşdirilmiş bir ədəd polietilen torbada deyiləndən artıq narkotik vasitə olduğunu görmüş, ona görə də, torbanı götürməmiş və gəldiyi avtomobilə əyləşib geri qayıtmışdır. Geri qayıdarkən İran vətəndaşı ondan narkotiki götürüb-götürmədiyini soruşmuş, cavab olaraq götürmədiyini, səbəbini soruşduqda isə ona, narkotik vasitənin çəkisinin 10 qram olduğunu dediyini xatırlatmış və narkotikin deyiləndən çox olduğunu bildirmişdir. İran vətəndaşı ona narahat olmamağı, şübhə doğurmaması üçün çox narkotik qoyulduğunu bildirmiş və qayıdıb torbanı götürməsini istəmiş, o da razılaşmamışdır. ünvan 3n stasionar postunu keçdikdən xeyli sonra polislər onun içərisində olduğu avtomobili saxlayaraq, heç bir sorğu-sual etmədən qandallayıb başqa avtomobilə əyləşdirərək Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində sonradan əməliyyat tədbirinin rəisi olduğunu öyrəndiyi şəxs və digər polislər olmuşlar. Rəis bildirmişdir ki, bir aydır ona qarşı oyun qurulmuşdur, onu izləmişlər. Rəisə ona qarşı qurulmuş oyunun alınmadığını, heç bir şey götürmədiyini bildirmişdir. On beş-iyirmi dəqiqədən sonra taksi sürücüsü ilə avtomobili şöbəyə gətirmiş və ondan avtomobilə yaxınlaşmasını istəmişlər. Avtomobilə yaxınlaşanda iranlının dediyi, yəni, götürməli olduğu torbanın maşının içərisində olduğunu görmüşdür. Sonra onu şöbənin binasına salmışlar. Ona vəkillə danışmağa heç bir şərait yaradılmamışdır. Polislər onunla hədə-qorxu ilə danışmış, narkotik vasitəni götürdüyünü qəbul etməli olduğunu bildirmişlər. Onlarla razılaşmamışdır. Taksi sürücüsü Şahid4 halı pisləşmiş, polis əməkdaşları ona dərman vermişlər. Polislər taksi sürücüsünü onunla əlbir olan şəxs kimi qeyd edəcəklərini bildirmişlər. Halbuki, taksi sürücüsü Firudini əvvəllər tanımamış, onunla həmin gün tanış olmuşdur. Bununla belə onunla təhdid olunmasına baxmayaraq, narkotik vasitəni götürməsini qəbul etməmişdir. Polislər son məqamda narkotik vasitələri aparıb onun evinə qoyacaqlarını, sonra isə ailə üzvləri ilə birlikdə götürüb şöbəyə gətirəcəklərini, ya dediklərini qəbul edib sənədlərə imza atmasını, ya da evinə daxil olacaqlarını bildirmişlər. Məcburiyyət qarşısında qalmış, habelə taksi sürücüsünün azad olunması üçün sənədlərə imza atmışdır. Ona təyin olunmuş müdafiəçini polislər gətirmişlər. Ondan heç bir şey soruşmadan, heç bir danışıq olmadan sənədləri ona imzalatmış, bir gün polis şöbəsində saxlamışlar. Növbəti gün müstəntiq gəlmiş və ona deyildiyi kimi ifadə vermiş, videoçəkiliş aparılmışdır. Hər şey ona qarşı olmuş, haqlı olduğu yerdə haqsız duruma düşmüşdür. Məhkəməyə çıxacağı günədək məhkəmədə ədalətli qərar verilməsini gözləmiş, lakin günahsız olduğu halda, günahkar kimi gəlib təcridxanaya düşmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, İran vətəndaşı ona götürəcəyi narkotik vasitənin “kakos” olduğunu bildirmişdir. Bu işin arxasınca gedəndə yolda “Nəvahı postu”na çatanda iranlıya zəng edib, deyilən ünvana yaxınlaşdığını bildirmiş, kiminlə və harada görüşməli olduğunu soruşmuşdur. Fərşid adlı şəxs ona məkan məlumatı göndərərək qeyd olunan ünvana getməli olduğunu demişdir. Avtomobildən düşdükdən sonra taksi sürücüsü Şahid4 onun konkret olaraq hara getdiyini görə bilməmişdir. Firudini əvvəllər tanımamış, onunla həmin gün tanış olmuşdur. Narkotik vasitənin olduğu yerdən uzaqlaşandan on-on beş dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Başına gələnlər, həmçinin onun götürmədiyi torbanın avtomobildən çıxması əməliyyatçıların qurduğu oyun olmuşdur. İş üzrə şahidlər Şahid2 və Şahid3 onun saxlanılmasında iştirak etməmişlər, onları şöbədə olarkən görmüşdür. Nəinki əlində, ümumiyyətlə avtomobildə torba olmamışdır. Polislər onun əlindən mobil telefonunu alıb əllərini qandallamışlar. Polis şöbəsində tədqiq olunmuş torba onun narkotik vasitə götürməyə gedərkən gördüyü, lakin götürmədiyi torba olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq, zor tətbiq edilməmiş, psixoloji təsir göstərilmişdir. İbtidai istintaqa verdiyi ifadəsini oxumuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında narkotik vasitəni qoyulan yerdən götürüb-götürməməsi hissəsində yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən həmin hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, özünü iran vətəndaşı kimi təqdim edən Fərşid adlı şəxs +98***-***-**-** mobil nömrədən onun “WhatsApp” ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi 099 ***-**-** mobil nömrəsinə zəng edib, dediyi yerdən on üç-on dörd qram çəkidə bir bükümdə narkotik vasitə götürüb özündə saxlayacağını, həmin narkotik vasitəni onun sonradan bildirəcəyi yerə aparacağını və bunun müqabilində ona kart vasitəsilə 300 (üç yüz) manat pul göndərəcəyini təklif etdikdən və onunla razılaşdıqdan sonra, həmin yerdə, yəni, Bakı- Qazax magistral yolunun Bakı şəhəri istiqamətində yolun kənarında yerləşən tikilinin yaxınlığında avtomobildən düşərək yolun kənarında yerləşən tikiliyə yaxınlaşmış və tikilinin girişinin yaxınlığında mişar daşının yanına qoyulmuş göy rəngli polietilen torbanı görüb götürmüş və onu heç kimin görməməsi üçün dərhal qayıdıb avtomobilin ön oturacağına əyləşərək, sürücü Şahid4 avtomobili sürməsini bildirmişdir. Firudin idarə etdiyi avtomobili Bakı şəhər istiqamətində hərəkət etdirməyə başlamış, avtomobilə əyləşəndən sonra götürdüyü narkotik vasitənin çox olduğunu görüb Fərşidə zəng etmiş və burada onun ona dediyi qədər deyil, çox narkotik vasitə olduğunu bildirəndə, sonuncu ona gözləməsini bildirib zəngini söndürmüşdür. Fərşidin zəngini gözləməyə başlamış, həmin vaxt onlar artıq Hacıqabul rayonu, Nəvahı kəndi ərazisində olan Baş X14 stasionar postunu keçmişlər. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən Atbulaq kəndi ərazisində hərəkətdə olduqları vaxt polis əməkdaşları Firudinə idarə etdiyi avtomobili yolun kənarında saxlaması barədə işarə vermişlər. Firudin idarə etdiyi avtomobili yolun kənarında saxlamış, polis əməkdaşları onlara yaxınlaşmış və ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb, onu polis şöbəsinə dəvət etmişlər. Eyni zamanda sərnişin qismində əyləşdiyi avtomobildə ona məxsus yüklərin olması səbəbindən Firudinin idarə etdiyi “Nissan Sunny” markalı, **- SZ-*** dövlət nömrə nişanlı avtomobil polislərin və onların müşayəti ilə polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis əməkdaşları avtomobilin sürücüsüdən avtomobilin qapılarını bağlamasını və açarları özündə saxlamasını xahiş etmişlər. Polislər yaxınlaşanda, habelə polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Fərşidlə “WhatsApp” ani mesajlaşma sistemində yazışdıqdan sonra yazışmanı heç kimin görməməsi üçün silmişdir (iş vərəqi 74-77). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, ailəsi ilə hədələndiyindən, habelə taksi sürücüsü Şahid4 sərbəst buraxılması məqsədilə etirafedici ifadələr verdiyini bildirmiş, anasının xəstəliyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin barəsində ədalətli qərar qəbul edəcəyinə inandığını, yeganə səhvinin narkotik vasitəni götürməyə getməsi olduğunu bildirmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi X2 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla qohumluq əlaqəsi, ədavət və ya düşmənçiliyi olmamışdır. 11 mart 2024-cü il tarixdə əvvəllər Hacıqabul Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili işləmiş Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Natiqin şübhəli şəxs qismində saxlanılıb şöbəyə gətirilməsi və müvafiq qaydada üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilmiş, bu məqsədlə rəhbərliyin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1, əməkdaşları isə o və Şahid2 olmuşlar. Əməliyyat məlumatında Natiqin Hacıqabul rayonu, Atbulaq kəndi istiqamətindən Bakı şəhəri istiqamətində “Nissan Sunny” markalı, “**-SZ-***” dövlət nömrə nişanlı avtomobildə hərəkət etməsi barədə bildirildiyi üçün Atbulaq kəndinə getmişlər. Həmin gün saat 22 radələrində Atbulaq kəndi ərazisində boz rəngli “Nissan Sunny” markalı, “**-SZ-***” dövlət nömrə nişanlı avtomobilə “saxla” işarəsi verilmiş, avtomobilin sonradan adının Şahid4 olduğunu bildikləri sürücüsü avtomobili saxladıqdan sonra ona yaxınlaşıb, özlərini təqdim edərək, avtomobildə Natiq adlı şəxsin olub-olmadığını soruşmuşlar. Sürücü həmin şəxsin onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşdiyini bildirmişdir. Natiq avtomobildə qabaq oturacaqda əyləşmişdir. Natiqi avtomobildən düşürəndə, əlində polietilen torba olmuş və davranışları ilə onlarda şübhə yaratmışdır. Bu səbəbdən, həmçinin Natiqin üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu və avtomobilin sürücüsünü Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Natiq onların xidməti avtomobilinə əyləşmiş, sürücü Firudin isə onların müşayəti ilə özünə məxsus “Nissan Sunny” markalı avtomobili idarə edərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən Natiqin içərisində olduğu avtomobili Samid idarə etmiş, o da Natiqin yanında oturmuşdur. Şöbədə müdafiəçinin iştirakı ilə Natiqin üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Natiqə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmiş, Natiq də əlində olan göy rəngli polietilen torbanı otaqda olan masanın üzərinə qoymuşdur. Həmin torbanın içərisinə baxış keçirilmiş və torbadan üzərləri yapışqan lentlə bağlanmış üç ədəd bükülü aşkar olunmuş, daha sonra “Nissan Sunny” markalı avtomobilə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şahid3 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Natiqin əlində olan torbanın içərisindən aşkar olunmuş üç ədəd bükülü təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitələrdən heroinə bənzər kütlənin olduğu bükümün çəkisinin 701 qram, qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bükümün çəkisinin 217 qram, tiryəkə bənzər kütlənin olduğu bükümün çəkisinin isə 80 qram olduğu müəyyən edilmişdir. Natiq üzərindən aşkarlanan həmin narkotik vasitələri pul müqabilində kiməsə çatdıracağını bildirmiş, hətta taksi sürücüsünün pulunu belə verməmişdir. Natiqin dediyinə görə o, Novruz bayramı yaxınlaşır deyə imkansızlıqdan bu yola əl atmış, narkotik vasitələri deyilən yerə çatdırmağa görə 300 (üç yüz) manat pul alacaqmış. Məhkəmə iclasında dindirilmiş şahid Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Şahid3 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, X14 əməkdaşı işarə verib avtomobili saxlatdıqdan sonra onlar “Niva” markalı xidməti avtomobillə həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, daha sonra taksi sürücüsü ilə birlikdə polis şöbəsinə getmişdir. Natiq narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hadisə baş verən gün tanış olmuşdur. “Nissan Sunny” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. Artıq iki ildir bu fəaliyyətlə məşğuldur. 11 mart 2024-cü il tarixdə, axşam saatlarında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona zəng edərək, Hacıqabul rayonuna gedib qayıtmaq istədiyini bildirmiş və ondan bunun müqabilində nə qədər pul istədiyini soruşmuş, cavabında 100 (bir yüz) manat pul istəmiş, lakin 80 (səksən) manata razılaşmışlar. Bakı şəhərində “Şamaxinka” adlanan yerin yaxınlığında, yolun sağ hissəsində yerləşən şadlıq sarayının yanından Natiqi götürüb Hacıqabul rayonuna yola düşmüşdür. Natiq avtomobilin ön oturacağında əyləşmişdir. Hacıqabul rayonunda yerləşən X14 stasionar postunu keçdikdən sonra bir qədər irəlidə Natiq ona magistral yoldan Bakı şəhəri istiqamətinə dönməyi bildirmiş, onun dediyi kimi Bakı-Qazax magistral yolunda idarə etdiyi avtomobili icazə olunan yerdən Bakı şəhəri istiqamətinə döndərmiş və bir qədər irəliyə doğru hərəkət etdikdən sonra Natiqin istəyi ilə avtomobili yolun kənarında saxlamış, bundan sonra Natiq avtomobildən düşüb yaxınlıqdakı tikiliyə tərəf getmiş və təxminən iki-üç dəqiqədən sonra əlində bir ədəd polietilen torba ilə qayıdıb, onun idarə etdiyi avtomobilə əyləşərək sürməsini bildirmişdir. Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, xatırlamadığı X14 stasionar postunu keçdikdən sonra bir qədər irəlidə polis əməkdaşları ona avtomobili saxlaması barədə işarə vermişlər. Avtomobili saxlayandan sonra polis əməkdaşları avtomobilə yaxınlaşıb Natiqə avtomobildən düşməsini bildirmişlər. Natiq avtomobildən düşəndən sonra polis əməkdaşları ona gəlişlərinin səbəbini bildirərək, Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, özü də həmin polis şöbəsinə dəvət olunmuşdur. İdarə etdiyi avtomobillə polis əməkdaşlarının müşayəti ilə Hacıqabul Rayon Polis Şöbəsinə getmiş və avtomobilini polis şöbəsinin müvəqqəti dayanacağında saxlayıb qapılarını kilidləmişdir. Daha sonra polis əməkdaşları ondan idarə etdiyi “Nissan Sunny” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobildə qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuşlar, belə bir əşyalar olmadığını bildirərək, avtomobilinə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə ərizə də yazmışdır. Bundan sonra idarə etdiyi avtomobilin qapısını özü açmış və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə edilməklə avtomobilə keçirilmiş baxış zamanı avtomobildən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, Natiqin yolda avtomobildən düşüb qayıdandan sonra əlində olan həmin polietilen torbada narkotik vasitə var imiş. Şahid Firuddin Məmmədov cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini hadisə baş verən gün səhər saatlarında onu “Bolt” taksi şirkətindən almış olduğu sifariş əsasında “Şamaxinka”ya apardığı üçün bilmişdir. Bundan sonra günün ikinci yarısı, saat 17 radələrində Natiq ona zəng edərək onu Hacıqabul rayonuna neçəyə aparması barədə soruşmuş, qiyməti razılaşdıqdan sonra 21 radələrində görüşüb, rayona yola çıxmışlar. Yolboyu Natiqlə özü və ailə vəziyyəti barədə söhbət etmişlər. Natiq mobil telefonla danışmasa da, mesajlaşmışdır. Yolda Natiqin avtomobili saxlatdığı yerin ətrafında insanlar olmasa da, sol tərəfində obyekt olmuşdur. Natiq avtomobildən düşəndə dayısı oğlu ilə görüşəcəyini demiş, qayıdanda əlində torba olmuşdur. Natiqdən əlindəki torba barədə soruşmamaqda səhvə yol vermişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Natiqin əlindəki polietilen torbada bağlama olduğunu görmüş və Natiq həmin torbanın ona məxsus olduğunu bildirmişdir. Polislər Natiqi əlindəki torba ilə avtomobildən düşürmüşlər. Polis əməkdaşları tərəfindən Natiqlə ona qarşı hər hansı zorakı hərəkətlərə yol verilməmiş, Natiqi qoluna girərək aparmışlar. Avtomobili polis şöbəsinə özü idarə edərək aparmış, yanında üç polis əməkdaşı oturmuşdur. Polis şöbəsində avtomobildən düşüb səkidə dayanmış, polis əməkdaşları avtomobilə baxış keçirərkən onu çağıranda, onlara inandığını və iştirakı olmadan baxış keçirilməsini istəsə də, polislər baxışı onun iştirakı ilə videoçəkilişlə aparmışlar. Natiqin əlində olan torbanın sonrakı aqibətindən məlumatı olmamışdır. Hadisə nəticəsində dərin həyəcan hissi keçirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis X7 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Hacıqabul Rayon Polis Şöbəsi X2 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə, külli miqdarda qanunsuz dövriyyəsi ilə onlayn qaydada məşğul olması, qanunsuz olaraq Hacıqabul rayonu ərazisində narkotik vasitə əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatları olmuşdur (iş vərəqi 05). Hacıqabul Rayon Polis Şöbəsi X2 xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri, raportu və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 06-10). Hacıqabul Rayon Polis Şöbəsi X2 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:45-də Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində daxil olmuş əməliyyat məlumatı əsasında **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 11). Hacıqabul Rayon Polis X6 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 13; 23-24). Hacıqabul Rayon Polis X6 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli polietilen torbanı otaqda olan masanın üzərinə qoymuş və həmin polietilen torbanı İran İslam Respublikası vətəndaşı Fərşid adlı şəxsin ona göndərdiyini, içərisində Fərşid adlı şəxsin dediyinə görə narkotik vasitələr olduğunu bildirmiş, polietilen torbanın içərisinə baxış keçirilərkən torbadan üzərləri yapışqan lentlə bağlanmış üç ədəd bükülü aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitələrdən heroinə bənzər kütlənin olduğu bükümün çəkisinin 701 qram, qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bükümün çəkisinin 217 qram, tiryəkə bənzər kütlənin olduğu bükümün çəkisinin isə 80 qram olduğu müəyyən edilmişdir. Natiq həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Fərşid adlı şəxsin ona göndərdiyini və Bakı şəhərinə aparıb onun sonradan dediyi şəxsə verəcəyini bildirmiş, Natiqin üzərindən həmçinin “Samsung” markalı mobil telefon, “LeoBank” plastik kartı aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 29-31; 115). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 3- 16-16/2-18/262-263 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, “...Təqsirləndirilən şəxs..." sözləri yazılmış və imzalar olan polietilen torbadakı üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 650,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bükülüdə təmiz çəkisi 67,384 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bükülüdə təmiz çəkisi 175,0 qram olan maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 649,9 qram, tiryəkin 67,284 qram və qurudulmuş marixuana 174,9 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik müəyyən edilmişdir (iş vərəqi 45-49). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 66-67). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 mart 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 86-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 114 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin günə, yəni xx.xx.2024-cü il tarixə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı (iş vərəqi 102-104). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A10” markalı **********96912 və **********96919 imei kodlu mobil telefona baxış keçirilmiş və xx.xx.2024-cü il tarixdə İran islam Respublikasına məxsus +**********99 saylı operator nömrəsi ilə aparılmış mətnlərə, səsli qeydlərə baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur:- +**********99 nömrədən səsli zənglər:- 11 mart 2024-cü il tarixdə 10 saniyə danışığı 17:54; rədd edilmiş səsli zəng 17:37; buraxılmış səsli zəng 17:37; 07 mart 2024-cü il tarixdə 01 dəqiqə 10 saniyə danışığı 20:49; 01 dəqiqə 25 saniyə danışığı 12:02; 04 mart 2024-cü il tarixdə buraxılmış səsli zəng 20:49; 03 mart 2024-cü il tarixdə 01 dəqiqə danışığı 12:40; yazlı məntnlər və səsli mesajlar:- 11 mart 2024-cü il tarixdə “Hər nə var qoyub ora hər kimə verəcəkdin qoyub ora başuva dolanıram onları saxla öz yanunda çoxdu ha qadasm alıram məni buların yanında pis vəziyyətə qoyma nə mənə var saxla tiryekdi, otdu bidə torpaqdı hamsın saxla öz yanunda uşaq dedi hamsın qoydum ora Fərşid deyir bilmirəm izliyirdilər məni neylirdilər sən başuva dolanam oları sən özün götür saxla mən sənə diyəcəyəm mənə tez bir xəbər deginən tez ol” (səs qeydi-32 saniyə) 22:34; “Sən ordan aralanma uzaqlaşmaginan o dörədən alacağsan indi nəcur olub mənə xəbər eliyəcək tay sən orda tez bazar yerbəyer eləməginən çıxıb qayıdasan tez qayıdasan səbirli ol orad qoy xəbər etsin məndə sənə deyim məndə okeyi verirəm okeyi verəcəm ona” (səs qeydi-16 saniyə) 22:35; “Hardasan ba cavab Dee da” (mətn) 22:39; “Hay gaga ba cavab verda yeka oğlansan” (mətn) 22:46; “Basha dushmadim (mətn) 22:47; “Mana bax natig bela ishdan Acigim galey ha” (mətn) 22:54; “Bi cavab ver (mətn) 22:54; “Ə bə Natiq yekə oğlansan adam adama cavab verərdə 50 saatdı səni gözləyirəm bu nə hərəkətdi eləyirsən bir cavab verdə ağzımda mən sənə söz deyirəm ne eliyirsən nağarırsan heç bəllidi” (səs qeydi-13 saniyə) 23:06; “Güə sən bu interneti bağlayanda nolur məsələn mənim əlim çatmayacaq sənə ya nə” (səs qeydi-05 saniyə); “Ə bə Natiq mən neyniyim bax nağayrım ə bir xəbər dedə mənə bu nə hərəkətdi axı belə eləyirsən sən” (səs qeydi-09 saniyə) 23:14; “Chox sagol bu harakata (mətn) 23:42”; “Sana diyaram yaxshi a” (mətn) 23:42; “Ela bilirsan ki sani tapa bilmeyacam” (mətn) 23:43; “Natiq sani man tapip gor neyliyacam” (mətn) 23:49; “Bax da” (mətn) 23:49; buraxılmış səsli zəng 23:43. Videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 108-110). Hacıqabul Rayon Polis X7 17 və 18 mart 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A10” markalı mobil telefon, əlində olan bir ədəd göy rəngli polietilen torbanın içərisindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 67,284 qram qalmış narkotik vasitə tiryək, faktiki olaraq təmiz çəkisi 174,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və faktiki olaraq təmiz çəkisi 649,9 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, üzərinə şəxsi axtarış, habelə “Nissan Sunny” markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 111-112; 117-118). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 125-126). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır, himayəsində xx.xx.2017 və xx.xx.2019-cu il təvəllüdlü iki oğlu vardır, barəsində mənfi və ya müsbət məlumat daxil olmamışdır (iş vərəqi 139; 142-143). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X9 xx.xx.2024-cü il tarixli, 3873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 144-145). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 1515 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda, habelə ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, hadisə vaxtı fizioloji affekt halında olmamışdır, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 147-149). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 158-169). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Rayon Vəkil Bürosunun vəkili X3 hesabatından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardım ilə əlaqədar Salman Fərəcov 30 (otuz) iş saatı həcmində vaxt sərf etmişdir (iş vərəqi 177). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 12 (on iki) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Fərşid adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşının xahişi ilə 300 (üç yüz) manat pul qarşılığında 10 qram narkotik vasitəni götürüb ünvana çatdırmağa razılaşsa da, deyilən ünvana çatanda narkotikin çox olduğunu görüb onu götürməməsi, geri qayıdarkən iranlı ilə danışandan sonra yenidən narkotiki götürmək üçün gedəndə ünvana çatmamış, ünvan 3n stasionar postunu keçdikdən xeyli sonra polis əməkdaşları tərəfindən içərisində olduğu avtomobilin saxlanılaraq, heç bir sorğu-sual aparılmadan, qollarının qandallanıb başqa avtomobilə əyləşdirilərək Hacıqabul Rayon Polis Şöbəsinə aparılması, şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 onun saxlanılmasında iştirak etməmələri, onları şöbədə olarkən görməsi, sözügedən narkotiki götürməməsi, nəinki əlində, ümumiyyətlə avtomobildə torba olmaması, içərisində narkotik olan torbanın sonradan hansısa yolla polis şöbəsinə gətirilməsi, şöbədə əməliyyat rəisinin ona, “bir aydır sənə qarşı oyun qurulub, səni izləyirik” deməsi, gah taksi sürücüsünu onunla əlbirlikdə ittiham edəcəkləri, gah da narkotik vasitələri aparıb onun evinə qoyacaqlarını deməklə və beləliklə ailəsi ilə təhdid olunmaqla psixoloji təzyiqlərə məruz qalması, vəkili ilə görüşüb-danışmasına şərait yaradılmaması, günahsız olduğu halda, günahkar kimi təcridxanaya düşməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) əlində olan torbanın içərisindən aşkar olunmuş narkotik vasitələrlə bağlı hər hansı narazılıq bildirməmiş, əksinə həmin narkotiki telefonda tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışaraq 300 (üç yüz) manat müqabilində konum vasitəsilə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisindən götürərək Bakı şəhərinə aparıb hara verdiyini bildirdikdən sonra pulunu alacağını etiraf etmiş, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində də eyni məzmunlu ifadələr verərək, əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, o, Hacıqabul Rayon Məhkəməsinin barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmədə törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr barədə məhkəmə-kimyəvi-bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə ilkin izahatında, şübhəli şəxs, təqsirləndirilən kimi verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilərkən və sonrakı mərhələlərdə ona qarşı heç bir zor tətbiq olunmamasını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A10” markalı mobil telefonla 11 mart 2024-cü il tarixdə İran islam Respublikasına məxsus +**********99 saylı operator nömrəsi ilə aparılmış mətnlərə, səsli qeydlərə baxış keçirilən zaman həmin nömrə ilə Natiqin istifadəsində olan 099 806-64-48 nömrəli mobil nömrə arasında səsli zənglər və narkotik vasitələrlə bağlı yazlı məntnlər və səsli mesajların olduğu məlum olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, tiryək, heroin kimi müxtəlif növdə olmaları, çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək və marixuana dövriyyəsi qadağan olunmuş dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrdir; Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 (əlli) qramdan 5000 (beş min) qramadək tiryək külli miqdar; 109.1-ci bəndinə əsasən təmiz halda 5 (beş) qramdan 500 (beş yüz) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, anasının xəstə olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, narkotik vasitəni götürüb başqa ünvana çatdırmağa razılaşdığı üçün səmimi peçimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli polietilen torbanın içərisindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 67,284 qram qalmış narkotik vasitə tiryək, təmiz çəkisi 174,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 649,9 qram qalmış narkotik vasitə heroin məhv edilməli; üzərindən aşkar olunmuş “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; üzərinə şəxsi axtarış, habelə avtomobilə baxış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı, habelə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli polietilen torbanın içərisindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 67,284 qram qalmış narkotik vasitə tiryək, təmiz çəkisi 174,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 649,9 qram qalmış narkotik vasitə heroin məhv edilsin; üzərindən aşkar olunmuş “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; üzərinə şəxsi axtarış, habelə avtomobilə baxış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar