Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-605/2024 07.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Salyan rayonu Navahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Hacıqabul rayonu Navahı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi və “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxslə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması və həmin maddələrin satışından əldə olunan gəlirin bölüşdürülməsi barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonra ümumi cinayətkar niyyətlə külli miqdarda narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımaqla bir hissəsini yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən fərdi yaşayış evində, digər hissəsini isə idarə etdiyi “Opel Tigra minik” markalı, **-GZ-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, 13 mart 2024-cü il tarixdə saat 09:10-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, evin həyətində dayanmış vəziyyətdə olan avtomobilə baxış aparılan zaman bir ədəd sellofan bükümdə 11,497 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüş, daha sonra onun yaşadığı evə baxış aparılan zaman bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 08 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,440 qram, 0,415 qram, 0,920 qram, 0,410 qram, 0,390 qram, 0,413 qram, 0,434 qram, 06 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,225 qram, 0,073 qram, 0,069 qram, 0,070 qram, 0,068 qram və 0,072 qram olmaqla ümumi çəkisi 4,405 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 16 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,145 qram, 0,330 qram, 0,333 qram, 0,792 qram, 0,346 qram, 0,123 qram, 0,298 qram, 0,385 qram, 0,852 qram, 0,842 qram, 0,390 qram, 0,126 qram, 3,379 qram, 4, 388 qram və 10,300 qram olmaqla ümumi çəkisi 23,389 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda 01 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi 1,45 qram və 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 1,47 qram olmaqla, ümumi çəkisi 2,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana evin giriş hissəsində yerləşən paltar asılqanı üzərindən, 01 ədəd siqaret qutusunun içərisindən 09 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,166 qram, 0,115 qram, 0,203 qram, 0,108 qram, 0,104 qram, 0,095 qram, 0,098 qram, 0,094 qram və 0,119 qram, 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,974 qram və 5,059 qram olmaqla, ümumi çəkisi 11,135 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,372 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin evin zal otağına bitişik yerləşən otaqda olan güzgülü dolabın və onun yanında olan digər dolabın üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Nəvai qəsəbəsində yaşayır. Psixotrop maddə olan metamfetamindən istifadə edir. Tutulmasından bir müddət əvvəl Eldar adlı əməliyyatçı ona narkotik vasitə satmasını təklif etmiş, lakin o razılaşmamışdır. Eldar onu başına oyun açmaqla hədələmişdir. 13 mart 2024-cü il tarixdə səhər saatlarında evində yatdığı zaman polis işçiləri, eləcə də Eldar adlı əməliyyatçı, evə daxil olaraq onu yatdığı yerdə tutmuşlar. Onun avtomaşınına və evinə psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin və qurudulmuş marixuana polis işçiləri tərəfindən qoyulmuşdur. Bu işi onun barəsində əməliyyatçı Eldar qurmuşdur. Onu ailəsi ilə, həyat yoldaşını polis şöbəsinə aparmaqla təhdid etmişlər. Ona görə də məcbur olub etirafedici ifadə vermişdir. O, öz istifadəsi üçün narkotiki müxtəlif adamlardan almışdır. İranlı ilə əlaqəsi olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında İran İslam Respublikası vətəndaşı ilə «İnstoqram» sosial şəbəkə vasitəsi ilə tanış olduğu Rauf adlı şəxs narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satmağı ona təklif etmişdir. O, Rauf adlı şəxsin təklifi ilə razı olmuşdur. Bir neçə gün sonra Rauf onunla “İnstoqram” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhərində “Lökbatan dairəsi” adlanan ərazidə daşın altına psixotrop maddə metamfetamin qoyduğunu bildirmiş və həmin yerin məkanını ona göndərmişdir. Həmin yerə getdikdə orada 1 ədəd sellofan torbanın içərsində psixotrop maddə metamfetaminin olduğunu görmüşdür. Onu götürüb idarə etdiyi “Opel Tigra” markalı, **-GZ-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı evə gətirmişdir. Raufun göndərdiyi psixotrop maddə metamfetamindən istifadə etmiş və pis mal olduğunu görmüşdür. 2024-cü ilin yanvar ayının ilk günlərində Raufla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb göndərdiyi malın xarab olduğunu demişdir. Səhəri günü Rauf «Whatsap» sosial şəbəkə vasitəsi ilə ona zəng edib Bakı şəhəri, “Lökbatan dairəsi”nin yaxınlığında daşın altına narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli həblər qoyduğunu deyib məkan ataraq gedib götürməsini bildirmişdir. Qeyd olunan yerə getmiş və orada daşın altından narkotik vasitə heroinləri, psixotrop maddə metamfetaminləri, narkotik vasitə qurudulmuş marixuananı və həbləri götürüb evə gəlmiş, onlardan bir az qəbul etmiş və onları evin giriş qapısının yanında olan paltar rəfinin üst hissəsində gizlətmişdir. Raufla əlaqə saxlayıb, pis mal olmadığını və pulunu birgə göndərəcəyini demişdir. Rauf da razı olmuşdur. 2024-cü ilin fevral ayının əvvəllərində Rauf sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış və Bakı şəhəri, “Lökbatan dairəsi”nin yaxınlığında daşın altına narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli həblər qoyduğunu deyib, məkanı ataraq gedib götürməyini bildirmiş, verdiyi mallara görə 2024-cü ilin fevral ayının ortalarında 380 manat pulu göndərəcəyini Raufa dedikdə razı olmuşdur. Qeyd olunan yerə gedib daşın altından narkotik vasitə heroinləri, psixotrop maddə metamfetaminləri, narkotik vasitə qurudulmuş marixuanaları və «Z-2» adlı həbləri götürüb evə gətirərək evdə gizlətmişdir. 08 fevral 2024-cü il tarixdə “İnistoqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Milad adlı şəxslə tanış olmuşdur. Milad ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satmağı təklif etdikdə razı olmuşdur. Həmin günü Milad onunla yenidən əlaqə saxlayaraq Bakı şəhərində “Meyvəli” bazarın yaxınlığına narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulduğu yeri deyib məkanı ataraq gedib götürməsini bildirmişdir. Miladın məkan atdığı yerə gedib narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini götürüb evə gəlmişdir. Qəbul etmək və satmaq üçün narkotik vasitə heroinin bir hissəsini ayrı-ayrılıqda kağız kəsikləri bükümlərinə yığıb siqaret qutusunun içərisinə qoyub evdə rəfin üzərinə qoymuş, qalan narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini otaqda qablar yığılmış rəfin üstündə saxlamışdır. Psixotrop maddə metamfetaminin bir qismi isə avtomobilimin yük yerində saxlamışdır. 13 mart 2024-cü il tarixdə saat 09:00-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları yaşadığı Hacıqabul rayonu, Navahı qəsəbəsinə gələrək yaşadığı evdə və idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olduğu barədə onlara məlumat daxil olduğunu, idarə etdiyi avtomobilə və yaşadığı evdə baxış keçiriləcəyi barədə polis əməkdaşları ona bildirdikdə etirazı olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəklişdən istifadə edilməklə polis əməkdaşları onun iştirakı ilə özünə məxsus «Opel Tiqra» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 ədəd sellofan torbanı içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən 11,92 qram olmasını bilmişdir. Həmin psixotrop maddə metamfetamin poçt zərfinə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun iştirakı ilə yaşadığı evə daxil olunmuş, evin giriş hissəsində paltarlar yığılan şkafın üst hissəsində gizlətdiyi qabların içərsindən 12 bükümdə psixotrop maddə metamfetaminlər, 15 bükümdə narkotik vasitə heronlər, həblər və elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları ilə digər otağa baxış keçirilən zamanı şkafın üzərində bir ədədə «Kent» adlı siqaret qutusunun içərsindən 9 bükümdə narkotik vasitə heroinlər, şifonerin üst tərəfində gizlətdiyi 3 ədəd sellofan bükümlərdə heroin və psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Sorğu zamanı idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər, narkotik vasitə qurudulmuş marixuanalar, pisixotrop maddə metamfetaminlər və həblər onun özünə məxsus olmasını ayrı-ayrı vaxtlarda İran İslam Respublikası vətəndaşı Rauf və Milad adlı şəxslərdən onlayın qaydada aldığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsindəki evində və avtomobilində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı almışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 09:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən evinə gedərək ona yaşadığı evdə, avtomobilində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evinə və avtomobilə baxış keçirəcəklərini, buna hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs evinə və avtomobilinə baxış keçirilməsinə etirazının olamıdığın bildirərək bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəklişdən istifadə etməklə idarə etdiyi «Opel Tiqra» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 ədəd sellofan torbanı içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin giriş hissəsində paltarlar yığılan şkafın üst hissəsində gizlətdiyi qabların içərsindən 12 bükümlərdə psixotrop maddə metamfetaminəbənzər maddələr, 15 ədəd bükümlərdə narkotik vasitə heronəbənzər maddələr, 24 ədəd həblər, 2 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələr aşkar olunmuşdur. Bundan sonra digər otaqda şkafın üzərində bir ədədə «Kent» siqaret qutusunun içərsindən 9 bükümdə narkotik vasitə heronləbənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərin, narkotik vasitə qurudulmuş marixuanaların, pisixotrop maddə metamfetaminlərin və həblərin onun özünə məxsus olmasını, ayrı-ayrı vaxtlarda İran İslam Respublikası vətəndaşları Rauf və Milad adlı şəxslərdən onlayın qaydada almasını bildirmişdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmiş, onun avtomobilinə və evinə narkotik vasitə qoymamışlar. O heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4, baş əməliyyat müvəkkili Şahid5 və polis nəfəri Şahid6 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. 13 mart 2024-cü il tarixli baxış və götürmə aparılması barədə protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən evində və evin həyətində olan «Opel Tiqra» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 ədəd sellofan torbanı içərisində psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən 11,92 qram olduğu müəyyən edilmiş, psixotrop maddə metamfetamin poçt zərfinə qoyulub qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin giriş hissəsində paltarlar yığılan şkafın üst hissəsində qabların içərsindən 12 bükümdə psixotrop maddə metamfetaminlər aşkar olunmuş, elektron tərəzidə çəkildikdə 0,47 qram, 0,49 qram,0,48 qram, 0,47 qram, 0,47 qram, 0,49 qram,0,41 qram, 0,14 qram, 0,15 qram, 0,16 qram, 0,20 qram, 0,20 qram, 0,50 qram, 0,98 qram olması, həmin qabın içərsindən 15 bükümdə narkotik vasitə heronlər aşkar olunmuş, həmin heroinlər elektron tərəzidə çəkilərkən 0,47 qram, 0,16 qram, 1,01 qram, 0,49 qram, 0,50 qram, 0,47 qram, 0,22 qram, 0,48 qram, 3,82 qram, 0,97 qram, 0,46 qram, 0,91 qram, 14,65 qram, 7,09 qram, 1,42 qram olması, orada 24 ədəd həblər aşkar olunmuş, həmin həblər elektron tərəzidə çəkilərkən 2,07 qram olması, 2 ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmin marixuana elektron tərəzidə çəkilərkən 1,74 və 3,50 qram olması və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olunaraq götürülərək poçt zərfinə qablaşdırılaraq RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Materialların məhkəmə ekspertizası və məhkəmə bioloji ekspertizasının 13 mart 2024-cü il tarixli, 13-16-16/2-18/277 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 9 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,166 qram, 0,115 qram, 0,203 qram, 0,108 qram, 0,104 qram, 0,095 qram, 0,098 qram, 0,094 qram, 0,119 qram, 2 ədəd polietilin bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri-4,974 qram, 5,059 qram, ümumi çəkisi-11,135 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 8,372 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Kağız paketdəki 16 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,145 qram, 0,330 qram, 0,333 qram, 0,792 qram, 0,346 qram, 0,123 qram, 0,298 qram, 0,385 qram, 0,852 qram, 0,842 qram, 0,390 qram, 0,126 qram, 3,379 qram, 4, 388 qram və 10,300 qram olmaqla, ümumi çəkisi 23,389 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 8 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,440 qram, 0,415 qram, 0,920 qram, 0,410 qram, 0,390 qram, 0,413 qram, 0,434 qram, 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,225 qram, 0,073 qram, 0,069 qram, 0,070 qram, 0,068 qram, və 0,072 qram olmaqla ümumi çəkisi 4,405 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi 1,45 qram və 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 1,47 qram olmaqla, ümumi çəkisi 2,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin marixuanalar orqonaleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. 1 ədəd elektron tərəzinin üzərindən narkotik vasitə heroinin izləri vardır. iz mikrohissəcikləri normal çəki təşkil etmədiiyndən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. 27 ədəd bükümlərdə ümumi çəkisi 34,524 qram olan heroinlərin bükümləri arasında müxtəliflik vardır, yəni bükümlər bir biri ilə eyni deyildirlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,497 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən və avtomobilindən aşkar olunmuş cəmi 16 ədəd bükümlərdə ümumi çəkisi-24,274 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Bölmədə mövcüd texniki avadanlıq olmadığına görə həblərin tədqiqatı aparılmadı və həblərlə bağlı qoyulmuş sual cavablandırılmadı. 15 mart 2024-cü il tarixli, 120 №-li ekspertiza rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin günə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Hacıqabul Rayon Mərkəzi X4 Şəxsindən daxil olan 26 mart 2024-cü il tarixli, 18-1- 41/2-274/2024 saylı məktubdan görünür ki, Əliyev X2 Rayon Mərkəzi X4 şəxsin konsultativ-polikinika şöbəsində narkoloji kabinetində xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Məcburi-narkoloji tibbi yoxlamanın 19 aprel 2024-cü il tarixli, 2521 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının 03 may 2024-cü il tarixli, 1230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilir. hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 13 mart 2024-cü il tarixli qərar Hacıqabul Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən, məhkəmə hökm və qarından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 03 ilə endirilmiş, cəzası xx.xx.2024-cü il tarixdə başa çatmalı olduğu halda Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ailə tərkibi haqqında 06 aprel 2024-cü il tarixli arayışdan və yaşayış yerindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2017 və xx.xx.2019-cu illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və 2,92 qram qurudulmuş marixuananı əldə edərək daşımaqla bir hissəsini yaşadığı evdə, bir hissəsini isə avtomobilində saxlaması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlililiyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs polis işçisi Şahid3 ona narkotik vasitə satmağı təklif etməsi, onunla razılaşmadığına görə evinə və avtomobilinə narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onun ibtidai istintaqda verdiyi ifadəsini daha obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuş və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 22 günü hazrkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 33,444 qram narkotik vasitə herion, 23,634 qram psixotrop maddə metamfetamin, 2,88 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarına əlavə olunmuş 03 ədəd DVD disklər cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 180 (yüz səksən) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Salyan Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) günü hazrkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 33,444 qram narkotik vasitə herion, 23,634 qram psixotrop maddə metamfetamin, 2,88 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin, iş materiallarına əlavə olunmuş 03 ədəd DVD disklər cinayət işində saxlanılsın. Ekspertiza xərci 180 (yüz səksən) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-605/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-605/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver