Məhkəmə qərarları › İş №1(099)-606/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-606/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-606/2023 28.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 və Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evdar qadın, məhkumluğu olan, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 126-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 170.3, 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, evdar qadın, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olan, ünvan 3 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2006-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, faktiki evli, məhkum olunmamış, evdar qadın, Yevlax şəhəri, R.Məmmədov küçəsi mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə digər təqsirləndirilən şəxslər qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, xx xxxx 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs4 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 28 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “RAVON L 3” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən Şahid1 yaşadığı evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə avtomobildən düşüb Şahid1 yaşadığı evin həyət darvazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 kənar şəxslərin həyətə daxil olması barədə məlumat vermək məqsədilə küçədə dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 ilə birlikdə həyətə qanunsuz olaraq daxil olmuş, Təqsirləndirilən şəxs2 isə Şahid1 yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobildə əyləşib həmin şəxsləri gözləmiş, Təqsirləndirilən şəxs1 kənar şəxslərin onları görməsi barədə məlumat verməsi məqsədilə həyətdə dayanmış, Təqsirləndirilən şəxs4 isə həmin evin həyətində heç kimin olmamasına əmin olduqdan sonra pilləkənlə evin ikinci mərtəbəsinə çıxıb orada olan Şahid1 gəlini Zərərçəkmiş şəxs yataq otağındakı paltar dolabında qadın çantasının içərisində gizlədilmiş sonuncuya məxsus olan 7 qram çəkisində, 750 əyarlı, 770 ( yeddi yüz yetmiş) manat dəyərində bir ədəd qızıl kalye boyunbağını, 8 qram çəkisində, 750 əyarlı 880(səkkiz yüz səksən) manat dəyərində bir cüt qızıl sırğanı, hər biri 7 qram çəkisində, 750 əyarlı 770 ( yeddi yüz yetmiş) manat olmaqla ümumilikdə 2310 ( iki min üç yüz on) manat dəyərində üç ədəd qızıl üzüyü, 6 qram çəkisində, 583 əyarlı, paxlava formasında 510 (beş yüz on) manat dəyərində bir ədəd üzüyü, 22 aram çəkisində, 585 əyarlı, 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində bilərziyi, 4 qram çəkisində, 750 əyarlı, 440 (dörd yüz qırx) manat dəyərində bir ədəd yumru qızıl sırğanı, 5 qram çəkisində, 750 əyarlı, üzərində “Nuray” sözü yazılmış 550 manat dəyərində bir ədəd qadın qızıl qolbağısını, 750 əyarlı, üzərində “Amin” sözü yazılmış 550 manat dəyərində bir ədəd kişi qızıl qolbağısını, 6 qram çəkisində, 750 əyarlı 660 manat dəyərində qızıl boyunbağını, 9 qram çəkisində, 750 əyarlı, 990 ( doqquz yüz doxsan) manat dəyərində bir ədəd qızıl üzüyü, 28 qram çəkisində, 750 əyarlı, 3080 ( üç min səksən) manat dəyərində qızıl qolbağını, hər biri 1 qram çəkisində, 916 əyarlı, 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 560 ( beş yüz altmış) manat dəyərində 4 ədəd qızıl dişi gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, 13170 (on üç min bir yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası 170.3, 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs2 qardaşıdır, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs3 Yevlax şəhərində yaşayan Elxan adlı dayısının yas mərasimində olan zaman tanımış, həmin vaxtdan da Bəsdi ilə əlaqələri yaranmışdır. Təqsirləndirilən şəxs4 gəlinidir, yəni oğlu Ümid Abdullayevin arvadıdır. 27 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qardaşı Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evdə ilk olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gedib oğurluq etməyi təklif etmiş, Əli də onun bu təklifini qəbul etmişdir. Bundan sonra gəlini Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2la birlikdə oğurluq edəcəyini demiş və onlarla birlikdə oğurluq etmək üçün gəlməyi, əldə edəcəkləri gəlirdən ona da pay verəcəyini demişdir. Şəfiqə də onun bu sözləri ilə razılaşmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs3 zəng edərək qardaşı Əli və gəlini Şəfiqə ilə birlikdə oğurluq etmək üçün gedəcəklərini demiş və oğurluq etmək üçün onlarla birlikdə gəlməyi təklif etmişdir. Bəsdi də maddi vəziyyətinin yaxşı olmadığını deyərək onlarla birlikdə Biləsuvar rayonuna oğurluq etmək gəlməyə razılaşmışdır. 28 yanvar 2023cü il tarixdə o və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında Əlinin idarə etdiyi avtomobilə əyləşdikdən sonra Bakı şəhərinə, 20 Yanvar metrosunun yanına getmişlər. Həmin metronun yaxınlığında Təqsirləndirilən şəxs3 da onların olduğu avtomobilə əyləşmiş və birlikdə oğurluq etmək üçün Biləsuvar rayonuna gəlməyə başlamışlar. Yolda gələn zaman oğurluq etmələri nəticəsində əldə edəcəkləri gəliri dörd hissəyə bərabər şəkildə bölməyə razılaşmışlar. Həmin gün saat 13:30 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan zaman Əli idarə etdiyi avtomobillə yolun sol tərəfində yerləşən kəndlərdən birinə tərəf getmişdir. Həmin kəndin ərazisində bir neçə dəqiqə gəzdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili asfalt yolda saxlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə avtomobildən yerə düşmüş, Təqsirləndirilən şəxs2 isə avtomobili həmin yerdə saxlayıb onları gözləyəcəyini demişdir. Hal-hazırda adını xatırlamadığı kəndin ərazisində Bəsdi və Şəfiqə ilə piyada gəzən zaman bahalı bir darvaza görüb həmin darvazanı açıb evin sahibini çağırsalar da, lakin həyətə heç kim çıxmamışdır. Bundan sonra Bəsdi evin həyət darvazasından küçədə dayanıb kənar şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözləmişdir. O, Şəfiqə ilə həyətə daxil olub evdə və həyətdə heç kimin olmamasına əmin olduqdan sonra qərara gəlmişlər ki, Şəfiqə evin həyətindən ikinci mərtəbəyə daxil olmaq üçün nəzərdə tutulmuş pilləkənlə evin ikinci mərtəbəsinə daxil olub oradan oğurluq etsin, o isə həyətdə dayanıb kənar şəxslərin gəlməsi barədə ona məlumat versin. Şəfiqə pilləkənlə evin ikinci mərtəbəsinə daxil olmuş və təxminən 5 dəqiqə sonra geri qayıdaraq oradan qızıl-zinət əşyaları oğurlamasını bildirmişdir. Onlar həmin evin həyətini tərk edərkən evin birinci mərtəbəsindən iki qadın və iki uşaq çıxmış, həmin qadınlardan biri onların həyətdə nə axtardıqlarını soruşmuşdur. Onlar dilənçi olduqlarını və nəzir yığdıqlarını dedikdə həmin qadın onlara vermək üçün nəziri olmadığını bildirmişdir. Bundan sonra Şəfiqə ilə həyəti tərk edib küçəyə çıxaraq Təqsirləndirilən şəxs2 avtomobilindən düşdükləri yer istiqamətində getmişlər. Şəfiqə Əliyə zəng edərək onları avtomobildən düşürdüyü yerə gəlməsini istəmişdir. Evinə daxil olduqları qadın və uşaqlar arxalarınca gəlsələr də, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil istiqamətində qaçmışlar. Həmin vaxt Bəsdi də onların qaçmasını görüb onlardan qabaqda qaçaraq Əlinin idarə etdiyi avtomobilə əyləşmişdir. Evindən oğurluq etdikləri qadınlardan biri həmin evin yerləşdiyi küçə ilə Əlinin idarə etdiyi avtomobilin dayandığı küçəni birləşdirən yola qədər qaçıb arxadan hər üçünün dayanmasını istəmişdir. Onlar isə Əlinin idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşıb Bakı şəhəri istiqamətində getmişlər. Yolda olan zaman Şəfiqə birlikdə oğurladığı qızıl-zinət əşylarının olduğu bir ədəd qızıl qabını çıxarıb təqdim etmişlər. Həmin qızıl qabını açıb baxdıqda içərisində bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, 2-3 ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş iki ədəd qızıl qolbağı olmuşdur. Bakı şəhərinə çatdıqdan sonra 20 Yanvar metrosunun yaxınlığında Şəfiqə ilə birlikdə Əlinin idarə etdiyi avtomobildən düşüb qızıl-zinət əşyalarını da götürüb satmaq üçün getmişlər. Həmin qızıl-zinət əşyalarını 1500 (bir min beş yüz) manata satmışlar, əldə olunan pulu da bərabər şəkildə bölmüşlər, həmin puldan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinə 350 (üç yüz əlli) manat vermişlər. Bundan sonra həmin gün axşam saatlarında Yevlax şəhərinə qayıtmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, evindən qızıl-zinət əşyaları oğurlanmış şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə tanımadıqları şəxsin evindən birlikdə oğurladıqları qızıl-zinət əşyaları bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, 2-3 ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş iki ədəd qızıl qolbağıdan ibarət olmuşdur. Ev sahibinin ifadəsində qeyd etdiyi digər qızıl-zinət əşyalarını görməmiş, həmin qızıl-zinət əşyalarını oğurlamamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 da istintaqa yalan ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs3 28 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonundan qızıl-zinət əşyalarını oğurlaması barədə Biləsuvar RPŞ-nə yalan ifadə verməsini xahiş etməmiş, Bəsdi o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Biləsuvar rayonunda adını xatırlamadığı kəndin ərazisində yerləşən tanımadıqları şəxsin evindən qızıl-zinət əşyalarının oğurlanmasında iştirak etmiş, həmin qızıl-zinət əşyalarını Bakı şəhərində satdıqdan sonra əldə olunan puldan Bəsdiyə də 350 (üç yüz əlli) manat pul vermişdir. Təqsirləndirilən şəxs4 ilə birlikdə tanımadığı şəxsin yaşadığı evdən qızıl-zinət əşyaları oğurlayıb həyəti tərk edən zaman onları görmüş ev sahibi və digər qadın onların qızıl-zinət əşyaları oğurlamasından heç bir məlumatları olmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs4 18 yaşının tamam olmamasından məlumatı olmuşdur. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs4 oğurluq edib əldə edilmiş gəlirdən ona pul verməsini vəd etmədiyini, həmin evə dilənmək məqsədilə girdiklərini, Şəfiqənin isə həmin evə su içmək məqsədi ilə girdiyini, həmin vaxt qapının ağzında olub, Şəfiqənin evin daxilinə keçdiyini görmədiyini, Bəsdinin çöl qapısında dayandığını, Əlinin isə maşında olduğunu, Şəfiqənin evdən oğurluq etməsindən həmin vaxt məlumatının olmadığını, yolda gedərkən Şəfiqənin qızılları ona göstərdiyini, özünün isə Şəfiqəni danladığını, daha sonra qızılları zərərçəkmiş şəxsə qaytardığını, müstəntiqin ifadələrini düzgün yazmadığını, lakin özünü təqsirli bildiyini, vurulmuş ziyanı isə borc alaraq, gəlini azyaşlı olduğundan və tutulmasın deyə ödədiyini, Bəsdi ilə aralarında oğurluğa getmələri barədə razılıqlarının olmadığını bildirmiş, himayəsində beş azyaşlı uşaqlarının olduğunu, oğlunun birinin on ay sonra əsgər gedəcəyini, cəzasını yüngülləşdirməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs4 bacısı qızıdır. Təqsirləndirilən şəxs1 isə onun bacısıdır, hər ikisi ilə münasibətləri normal olmuşdur. Həmçinin, Şəfiqə Almaranın gəlinidir. Təqsirləndirilən şəxs3 ilə uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs3 Abşeron rayonu, Xırdalan şəhərində onun yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olan evdə yaşayır. Bəsdi ilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 4-5 ay əvvəl əlaqələri yaranmışdır. Həmçinin, Bəsdinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qohum kimi münasibətləri yaxşı olmuşdur. 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında Almara onun yaşadığı evdə olan zaman Biləsuvar rayonuna gəlib oğurluq etməyi təklif etmiş, o da Almaranın bu təklifini qəbul etmişdir. Həmin gün Almara onunla yenidən söhbət edən zaman oğurluq etmək üçün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 da razı saldığını bildirmişdir. 28 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Almara və Şəfiqə onun idarə etdiyi “Ravon L-3” markalı avtomobilə əyləşmişlər, bundan sonra Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığına getmiş, həmin metronun yanında Bəsdi də idarə etdiyi avtomobilə əyləşmiş və saat təxminən 11:30 radələrində idarə etdiyi avtomobillə Almara, Şəfiqə və Bəsdi ilə birlikdə Biləsuvar rayonuna oğurluq etmək üçün gəlməyə başlamışlar. Təxminən 2 saat sonra Biləsuvar rayonuna çatmışlar. İdarə etdiyi avtomobillə Biləsuvar rayonunun mərkəzinə doğru hərəkət edən zaman yolun solunda bir kəndin yerləşməsini görüb həmin kənddə yerləşən evlərin birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, avtomobili həmin kəndin ərazisinə doğru hərəkət etdirmişdir. Həmin kəndin küçələrindən biri ilə avtomobillə gəzdikdən sonra avtomobili asfalt küçədə saxlamışdır. Aralarında olan razılığa əsasən Almara, Bəsdi və Şəfiqə avtomobildən düşüb yaxınlıqda olan evlərin birinə oğurluq etmək məqsədilə daxil olsunlar, o isə idarə etdiyi avtomobillə həmin yerdə gözləməli olmuşdur. Təxminən 20-30 dəqiqə sonra Təqsirləndirilən şəxs4 ona zəng edərək tanımadıqları bir şəxsin evindən qızıl-zinət əşyalarını oğurlamasını bildirmiş və Almara ilə birlikdə onu avtomobildən düşürdüyü yerdən götürməsini istəmişdir. İlk olaraq Bəsdi qaçaraq onun idarə etdiyi avtomobilə əyləşib Almara və Şəfiqənin də qaçaraq avtomobilə tərəf gəlmələrini bildirmiş, buna görə də onların gəldiyi tərəfə avtomobillə gedərək həmin şəxsləri avtomobilə əyləşdirməsini istəmişdir. O da idarə etdiyi avtomobilin dayandığı küçəyə paralel küçəni birləşdirən yola doğru avtomobillə hərəkət etmiş, Almara və Şəfiqə qaçaraq avtomobilin yanına gəlmişlər və idarə etdiyi avtomobilə əyləşmişlər. Bundan sonra o, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 oradan uzaqlaşdırıb Bakı şəhərinə aparmağa başlamışdır. Avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Şəfiqə oğurladıqları qızıl-zinət əşyalarını ona və Bəsdiyə göstərmiş, həmin qızıl-zinət əşyaları komplet qızıl boyunbağı və qolbağı, bir cüt sırğa, bir ədəd qızıl üzük və uşaq üçün nəzərdə tutulmuş bir ədəd qızıl boyunbağından ibarət olmuşdur. Almara ona Şəfiqə ilə Birlikdə tanımadıqları bir şəxsin yaşadığı evin həyətinə daxil olduqlarını, Şəfiqənin evdən qızıl-zinət əşyalarını oğurlamasını, özünün isə həyətdə dayanaraq başqa şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözlədiyini, Bəsdinin oğurluq edilən evin yaxınlığında dayanıb küçədən həyətə hər hansı şəxslərin daxil olması barədə məlumat vermək üçün gözləməsini bildirmişdir. Onlar Bakı şəhərinə yola düşdükdən təxminən 2 saat sonra Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığına çatmışlar. Almara, Bəsdi və Şəfiqə avtomobildən düşmüşlər və oğurladıqları qızıl-zinət əşyalarını satıb əldə etdikləri puldan ona da verəcəklərini bildirmişlər. O da həmin şəxslərin bu sözü ilə razılaşmış və idarə etdiyi avtomobillə yaşadığı evə getmişdir. Həmin gün saat 18 radələrində Almara ona zəng edərək birlikdə oğurladıqları qızıl-zinət əşyalarını satdıqlarını və ona pul vermək istədiyini bildirmişdir. Buna görə də razılaşmalarına əsasən idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nərimanov dairəsi” deyilən yerə getmiş, həmin yerdə görüşən zaman Təqsirləndirilən şəxs1 birlikdə oğurladıqları qızıl-zinət əşyalarını ümumilikdə 1500 (bir min beş yüz) manata satdıqlarını bildirmiş, buna görə də ona 350 (üç yüz əlli) manat pul vermişdir. Bundan sonra yaşadığı ünvana getmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 11 radələrində isə Yevlax şəhərinə getmişdir. 01 fevral 2023-cü il tarixdə Yevlax şəhərində yerləşən özlərinə məxsus olan evdə olan zaman mülki geyimdə olan şəxslər evinə gəlib Biləsuvar RPŞ-nin əməkdaşları olduqlarını və 28 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs2 verilən sullara cavab olaraq ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonunda adını xatırlamadığı kəndin ərazisində yerləşən evindən qızıl-zinət əşyaları oğurlanmış şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 birlikdə tanımadıqları şəxsin evindən birlikdə oğurladıqları qızıl-zinət əşyalarını ona göstərmiş, həmin əşyalar bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, 2-3 ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş iki ədəd qızıl qolbağıdan ibarət olmuşdur. Həmin qızıl-zinət əşyaları təxminən 25 qram olmuşdur. Ev sahibinin ifadəsində qeyd etdiyi digər qızıl-zinət əşyalarını görməmiş, həmin qızıl-zinət əşyalarını oğurlamamışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Biləsuvar rayonu ərazisindən və ya başqa rayon və şəhərlərin ərazilərindən oğurluq etməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərilənləri təsdiq etdiyini, ifadəsində yazılanların tam doğru olduğunu bildirmiş, himayəsində azyaşlı uşaqlarının olmasını, bir səhv etdiyini, özünün asma xəstəsi olduğunu, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, özü Xırdalan şəhərində salonda işləyir. Almara ilə də həmin salonda tanış olmuşlar. Əlini isə taksi sürücüsü kimi tanıyır. Onlarla qohumluğu yoxdur. Almara bu hadisəyə görə ona təklif etmişdir ki, “get üzərinə götür oğurluğu, mənim üstümdə işim var, lakin sənə heçnə olmaz”. Özünün isə heçnədən xəbəri olmamışdır. Hadisə belə olub, lakin özünü təqsirli bilir. Hadisə günü digər təqsirləndirilən şəxslərlə birlikdə Biləsuvar rayonuna dilənmək məqsədilə getmişdir. Lakin Şəfiqə və Almara ilə birlikdə oğurluq edilən evə getməmişdir. Biləsuvara dilənmək üçün getmiş, oğurluq edilən evin həyətinə girməmiş, həmin vaxt kənar yerdə olmuş, digərlərinin həyətə girməyin görməmişdir. Almara və Şəfiqə ona heç bir məbləğdə pul verməyib. Sadəcə Almara demişdir ki, sənə köməklik edəcəm, bu işi üstünə götür. Onlarla aralarında oğurluq barədə qabaqcadan razılığı olmamışdır. Maşında qayıdarkən isə qızılları görməmişdir. Biləsuvarda olarkən isə dilənmək məqsədilə heç bir qapıya getməmiş, maşından yerə Almara və Şəfiqə ilə birlikdə düşmüşdür, yerə düşdükdən sonra ayrı-ayrı getmişlər, utandığı üçün dilənməmişdir. Məhkəmədən azyaşlı uşağının olmasını, ərinin vəfat etməsini, azadlığının əlindən alınmamasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, hadisə günü Bəsdi, qayınanası Almara və Əli ilə birlikdə Biləsuvar rayonuna getmişlər. Bəsdi və Almara Xırmandalı kəndində dilənmiş, özü isə oğurluq etmişdir. Su içmək adı ilə həmin evin həyətinə girmiş, evin ikinci mərtəbəsinə çıxıb oradan qızılları oğurlamışdır. Oğurladığı qızıllar bir ədəd karona sep, iki ədəd uşaq qolbağı, bir ədəd üzük, bir ədəd qalstuk tipli sep olmuşdur. Həmin qızılları oğurlayıb yaxasına salmışdır. Maşında qayıdarkən isə qızılları çıxarıb birinci qayınanası Almaraya göstərmişdir. Həmin qızılları isə digər təqsirləndirilən şəxslərdən xəbərsiz satmışdır. Satdığı qızılların pulların da qayınanası Almaraya göstərmişdir. Almara isə həmin pulu aparıb zərərçəkmişə qaytarmışdır. Qayınanası Almaranın günahı olmamış, Bəsdi isə həmin vaxt onlardan ayrı dilənmişdir. Almara ona oğurluq etmələri barədə təklif etməyib. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü təqsirli bilib ifadələrində bildirmişdir ki, Bəsdi adlı qadın qohumudur. Bəsdi ilə Bakı şəhərində və müxtəlif rayonlarda dilənçilik etmişdir. Təqsirləndirilən şəxs2 da qohumudur. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə taksi fəlaiyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 isə onun qaynanasıdır, münasibətləri normal olmuşdur. 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı evdə olan zaman Almara ona qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Biləsuvar rayonuna oğurluq etmək üçün gələcəklərini bildirmiş, birlikdə oğurluq etməyi və əldə edəcəkləri gəlirdən ona da pay verəcəyini təklif etmişdir. O da Almaranın bu təklifini qəbul etmişdir. Bundan sonra X14 zəng edərək birlikdə Biləsuvar rayonuna oğurluq etməyi təklif etmiş, Bəsdi də maddi vəziyyətinin yaxşı olmamasını bildirərək olarla birlikdə Biləsuvar rayonuna oğurluq etmək üçün razılaşmışdır. 28 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə Əlinin idarə etdiyi avtomobilə əyləşmişlər. Bundan sonra həmin gün saat 11:30 radələrində Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığına getmişlər, metrostansiyanın yaxınlığında Bəsdi də Əlinin idarə etdiyi avtombilə əyləşdikdən sonra Biləsuvar rayonuna oğurluq etmək üçün gəlməyə başlamışlar. Təxminən 2 saat sonra Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonunun mərkəzi istiqamətində Əlinin idarə etdiyi avtomobillə gələn zaman yolun solunda Xırmandalı adlı kənd görmüşlər və buna görə də Təqsirləndirilən şəxs1 Əlidən avtomobili həmin kəndin ərazisinə sürməsini istəmişdir. Təqsirləndirilən şəxs2 da Almaranın bu sözü ilə avtomobili həmin kənd istiqamətində hərəkət etdirmiş, Xırmandalı kəndi ərazisində hərəkətdə olan zaman Almara Əlidən avtomobili saxlamasını istəmişdir. Əli avtomobili saxladıqdan sonra Almara və Bəsdi ilə birlikdə avtomobildən düşmüşlər, Əlidən isə həmin yerdə dayanıb onları gözləməsini istəmişlər. Bundan sonra Əlinin avtomobili saxladığı küçə ilə paralel küçəni birləşdirən yolla hərəkət edərək digər küçəyə keçmişlər. Həmin küçədə gəzən zaman bahalı bir darvaza görüb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin həyət darvazasını açıb ev sahibi səsləmişlər, heç kimin olmamasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs3 küçədə dayanıb kənar şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözləmişdir. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə həyətə daxil olmuş, ev sahibini yenidən səsləyib heç kimin olmamasına bir daha əmin olduqdan sonra həyətdə olan pilləkənlə evin ikinci mərtəbəsinə qalxmış, Almara isə başqa şəxslərin gəlməsi barədə məlumat vermək üçün həyətdə gözləmişdir. O, həmin evin ikinci mərtəbəsində olan otaqları gəzməyə başlamış, ilk iki otaqdan oğurlamaq üçün hər hansı əşya və ya pul tapa bilməmişdir. Sonuncu üçüncü otağa daxil olub oranı gəzən zaman paltar dolabından bir ədəd qara rəngli qadın çantasının olmasını görüb götürmüş, çantanı açıb baxarkən içərisində bir ədəd ağ rəngli sellofan olmuş, sellofanı açıb baxdıqda isə bir ədəd qırmızı rəngli qabın olmasını görmüşdür. Həmin qırmızı rəngli qabı açıb baxdıqda içərisində bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş bir ədəd qızıl qolbağı və bir ədəd qızıl boyunbağı olmasını görüb həmin qızıl-zinət əşyalarını əynindəki gödəkçənin cibinə qoymuşdur. Bundan sonra həmin evin ikinci mərtəbəsindən pilləkənlə həyətə düşmüş və Almara ilə həyəti tərk etmək istəmişdir. Bu zaman evin birinci mərtəbəsindən bir qadın həyətə çıxıb orada nə axtardıqlarını soruşmuş, onlar isə həmin qadına yalandan nəzir yığmaq üçün gəldiklərini bildirmiş və həyətdən küçəyə çıxmışlar. O, küçədə Təqsirləndirilən şəxs2 zəng edərək tanımadıqları bir şəxsin evindən qızıl-zinət əşyalarını oğurladığını bildirmiş və onları avtomobildən düşürdüyü yerdə olmasını istəmiş, qaçaraq həmin avtomobilə tərəf getdiklərini demişdir. Evinə daxil olduqları qadın və uşaqlar arxalarınca gəlsələr də, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil istiqamətində qaçmışlar. Həmin vaxt Bəsdi də onların qaçmasını görüb onlardan qabaqda qaçaraq Əlinin idarə etdiyi avtomobilə əyləşmişdir. Evindən oğurluq etdikləri qadınlardan biri həmin evin yerləşdiyi küçə ilə Əlinin idarə etdiyi avtomobilin dayandığı küçəni birləşdirən yola qədər qaçıb arxadan hər üçünün dayanmasını istəmişlər. Onlar isə Əlinin idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşıb Bakı şəhəri istiqamətində getmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığı qızıl-zinət əşylarının olduğu bir ədəd qızıl qabını çıxarıb təqdim etmişlər. Həmin qızıl qabını açıb baxdıqda içərisində bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, 2-3 ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş iki ədəd qızıl qolbağı olmuşdur. Bakı şəhərinə çatdıqdan sonra o, 20 Yanvar metrosunun yaxınlığında Almara ilə birlikdə Əlinin idarə etdiyi avtomobildən düşüb qızıl-zinət əşyalarını da götürüb satmaq üçün getmişlər. Həmin qızıl-zinət əşyalarını Orxan adlı şəxsə 1500 (bir min beş yüz) manata satmışlar, əldə olunan pulu da bərabər şəkildə bölmüşlər, həmin puldan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinə 350 (üç yüz əlli) manat vermişlər. Bundan sonra həmin gün axşam saatlarında Yevlax şəhərinə qayıtmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, evindən qızıl-zinət əşyaları oğurlanmış şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə tanımadıqları şəxsin evindən birlikdə oğurladıqları qızıl-zinət əşyaları bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, 2-3 ədəd qızıl üzük, uşaq üçün nəzərdə tutulmuş iki ədəd qızıl qolbağıdan ibarət olmuşdur. Ev sahibinin ifadəsində qeyd etdiyi digər qızıl-zinət əşyalarını görməmiş, həmin qızıl-zinət əşyalarını oğurlamamışlar. Təqsirləndirilən şəxs1 ilə birlikdə tanımadığı şəxsin yaşadığı evdən qızılzinət əşyaları oğurlayıb həyəti tərk edən zaman onları görmüş ev sahibi və digər qadın onların qızıl-zinət əşyaları oğurlamasından heç bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 onun 18 yaşının tamam olmamasından məlumatı olmuşdur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs4, həmin ifadələrini təsdiq etmədiyini, ifadəsinin müstəntiq tərəfindən yazıldığını, savadı olmadığından və oxuya bilmədiyindən yalnız imza etdiyini, oğurladığı qızılları 1500 manata şəhərdə satdığını, qayınanasının isə bu hərəkətinə görə onunla dalaşdığını, polislər onu saxlayarkən, pulu da zərərçəkmişə verdiyini bildirmiş, bir səhv etdiyini, onu balasına bağışlamağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin birinci mərtəbəsində qaynanası Şahid1 və azyaşlı uşaqlar ilə birlikdə mətbəxdə yemək yeyən zaman hiss etmiş ki, evin ikinci mərtəbəsində kimsə gəzir, sonra oğlu Amin həyətə çıxdıqdan 1-2 dəqiqə sonra evin mətbəxinə gəlib iki nəfər qadının evin ikinci mərtəbəsindən düşdüyünü və onlara qonaq gəldiklərini bildirmişdir. Pəncərədən həyətə baxanda həyətdə Şəfiqənin ikinci mərtəbədən düşüb qaçdığını, Almaranın isə pilləkənin çölündə qapıda gözlədiyini görmüşdür. Buna görə də Şahid1 dərhal həyətə çıxıb həmin qadınları çağırmış və nə axtardıqlarını, pilləkəndən niyə düşdüklərini soruşmuş, həmin qadınlar isə dilənçi olduqlarını və nəzir yığdıqlarını demişlər. Bundan sonra həmin iki qadın evin həyət darvazasından küçəyə çıxmışlar. Bu səbəbdən də o, həmin qadınların arxasınca getmiş, Şəfiqənin əlində klok görmüş, demiş ki, ay mama deyəsən bular nəsə götürdülər. Həmin qadınlar yaşadığı evin yerləşdiyi küçə ilə digər küçəni birləşdirən yolla hərəkət etmişlər. Həmin qadınlardan biri arxaya baxıb arxasınca getmələrini görüb qaçaraq küçədə dayanmış ağ rəngli avtomobilə əyləşmişlər. Bundan sonra yaşdığı evə qayıtmış və evin özünə məxsus olan yataq otağına keçmişdir. Yataq otağına daxil olduqdan sonra paltar dolabını açıb orada saxladığı qara rəngli çantanı açıb baxmış, həmin çantaya baxarkən çantanın içərisində saxladığı qızılzinət əşyalarının yerində olmamasını, yəni oğurlanmasını görmüşdür. Oğurlanmış qızılları qaytarılmamış, lakin ona vurulmuş zərər pul şəkilində tam olaraq ödənilmişdir, hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlarla barışmışdır, cəzalandırılmalarını istəmir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 qonşusdur, həmçinin qohumudur, münasibətləri normal olmuşdur. Bir-birinin evinə tez-tez gedib-gəlmişlər. 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb Şahid1 yaşadığı evə tərəf piyada gedən zaman iki qadının tez-tez yeriməsini, Rahiləgilin itlərinin isə hürdüyünü görmüşdür. Həmin vaxt azyaşlı nəvəsi Ayaza görüb onunla görüşmək üçün getmişdir. Bu zaman Ayazdan və Rahilənin nəvəsi Amindən həmin iki qadının onlara qonaq gəlməsini soruşmuş, Ayaz və Amin isə həmin qadınların dilənçi olmalarını və evlərinin həyətində çıxmasını bildirmişdir. Həmin uşaqların arxasınca Rahilənin gəlini Zərərçəkmiş şəxs həyətdən çıxıb ona tərəf gəlmiş və həmin qadınların dilənçi olduqlarını demişdir. Mərcan oğlu Aminin həmin qadınlarının yaşadığı evin pilləkənindən düşməsini bildirmişdir. Mərcan həmin qadınların arxasınca getsə də qadınlar qaçaraq paralel küçə ilə onların yaşadığı küçəni birləşdirən yola keçmişlər. Zərərçəkmiş şəxs qeyd edilən yola qədər getsə də, qadınların maşına minib qaçması səbəbindən onlara çata bilməyib geri qayıtmışdır. Bir neçə dəqiqədən sonra Mərcan qışqıraraq küçəyə çıxmış və qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı Sahib Muradov tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:33-də Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə daxil olmuş ********* saylı məlumatda Biləsuvar rayon Xırmandalı kəndində yaşayan X10 070 354 66 67 nömrəli telefondan zəng edərək yaşadığı ünvandan qızıl-zinət əşyalarının oğlurlanması barədə məlumat vermişdir. (c İ, i.v 4) İşdə olan, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Şahid1 yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən evdir. (c İ, i.v 6-10) İşdə olan, 01 fevral 2023-cü il tarixli şahidin ifadəsinin yoxlanması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ifadələrindən göstərilən xüsusatları əyani olaraq göstərmişlər. (c İ, i.v 51-59) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 85) İşdə olan, 03 fevral 2023-cü il tarixli Biləsuvar Rayon Prokuroru tərəfindən verilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Biləsuvar RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Şamil Həsənlinin vəsatəti təmin edilməmişdir. (c İ, i.v 113-114) İşdə olan, 03 fevral 2023-cü il tarixli şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən saxlanılmaqdan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 115-116) İşdə olan, 03 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 143-144) İşdə olan, 10 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 160) İşdə olan, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan, xx.xx.2010 və xx.xx.2012-ci il təvəllüdlü azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 211, 214) İşdə olan, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 212, 215) İşdə olan, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli arayışdan, şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Nizami küçəsi, 227 saylı evdə əri və xx.xx.2009-cu il, xx.xx.2019-cu il, xx.xx.2017-ci il, xx.xx.2013-cü il, xx.xx.2005-ci il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 213, 216-228) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 177.3.3 və 180.3.3-cü maddələri ilə təqsirli bilinib 07 il, 05 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.3-cü maddələri ilə təqsirli bilinib 07 il, 08 ay, 04 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 08 il, 08 ay, 04 gün təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 07 il, 08 ay, 04 günə endirilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay, 23 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. (c İ, i.v 249-251) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Nadirov X13 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (c İ, i.v 252) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 253) İşdə olan, Məhkəmə Ekspertizası Mərkəzinin X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 19\305 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12740 manat müəyyən olunur. Həmin qızıl-zinət əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin təhqiqat hissəsində göstərilmişdir. Aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manatdır. (c İ, i.v 285-288) İşdə olan, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 3-13-69\2-5212\2023 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 28 yanvar 2023-cü il tarixdə saat 09:52 dəqiqədə Biləsuvar rayonu, Günəşli kəndi, saat 10:24 dəqiqədə Bağbanlar kəndi, saat 13:05 dəqiqədə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, saat 14:35 dəqiqədə Salyan rayonu, Çuxanlı kəndi ərazisində istifadə edilməsi, saat 16:01 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev küçəsində istifadə edilməsi müəyyən edilmişdir. CD diskində olan məlumatlara baxış keçirilməsindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 28 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində olmuş və ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Bundan başqa, CD diskində olan məlumatlara baxış keçirilən zaman cinayət işi üzrə təqsirləndirilən şəxs X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 28 yanvar 2023-cü il tarixdə Yevlax şəhəri ərazisində istifadə edilməsi, həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında hər hansı danışığın olmaması müəyyən edilmişdir. (c İ, i.v 302) İşdə olan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 12:00-da Yevlax şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. (c İİ, i.v 2) İşdə olan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 12:00-da Yevlax şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. (c İİ, i.v 4) İşdə olan, şəxsin tanınması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs1 istintaqa dəvət olunmuş X7 və X4 ilə birlikdə iş üzrə şahid qismində dindirilmiş Şahid2 təqdim olunmuşdur. Tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs1 adları qeyd edilən şəxslər arasında sağdan sola birinci dayanmışdır. Şahid2 sağdan sola birinci dayanmış Təqsirləndirilən şəxs1 göstərib 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında küçədə gördüyü qadınlardan birinin onun olmasını bildirmişdir. Tanınmaya təqdim etmə zamanı fotoşəkillər çəkilmişdir. (c İİ, i.v 27-30) İşdə olan, şəxsin tanınması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs1 istintaqa dəvət olunmuş X7 və X4 ilə birlikdə iş üzrə şahid qismində dindirilmiş Şahid1 təqdim olunmuşdur. Tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs1 adları qeyd edilən şəxslər arasında sağdan sola birinci dayanmışdır. Şahid1 sağdan sola birinci dayanmış Təqsirləndirilən şəxs1 göstərib 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində olan qadınlardan birinin onun olmasını bildirmişdir. Tanınmaya təqdim etmə zamanı fotoşəkillər çəkilmişdir. (c İİ, i.v 31-33) İşdə olan, 23 may 2023-cü il tarixli şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 MSY-dən saxlanılmaqdan azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (c İİ, i.v 52) İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)-26/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 may 2023-cü ildən hesablanmışdır. (c İİ, i.v 76-78) İşdə olan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 10:20-də Abşeron rayonu, Xırdalan qəsəbəsində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. (c İİ, i.v 105) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs3 üzünə deyərək, onu ifşa etmişdir. (c İİ, i.v 109-110) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs3 üzünə deyərək, onu ifşa etmişdir. (c İİ, i.v 111-113) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İİ, i.v 126) İşdə olan, 11 iyun 2023-cü il tarixli şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən saxlanılmaqdan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İİ, i.v 152-153) İşdə olan, 12 iyun 2023-cü il tarixli Biləsuvar Rayon Prokuroru tərəfindən verilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Biləsuvar RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Şamil Həsənlinin vəsatəti təmin edilməmişdir. (c İİ, i.v 177-178) İşdə olan, 12 iyun 2023-cü il tarixli şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 MSY-dən saxlanılmaqdan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İİ, i.v 179-180) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. (c İİ, i.v 233-234) İşdə olan, 4 nömrəli MTİİTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2778 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 2, dalan 3, ev 22-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində onun haqqında 4 saylı MTİİTS-nə heç bir şikayət və ərizə daxil olmayıb. (c İİ, i.v 236-237) İşdə olan, Zərərçəkmiş şəxs Əlamdar qızı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə də həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. (c İİ, i.v 238) İşdə olan, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 3-13-69\2-16864\2023 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD diskə baxış keçirilən zaman X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 12:05 dəqiqədən etibarən xx.xx.2023-cü il tarixə qədər qarşılıqlı olaraq zənglərin edilməsi və danışıqların olması, ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə saat 06:32 dəqiqədə və xx.xx.2023-cü il tarixdə saat 08:01 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, həmin gün saat 12:04 dəqiqədə Ağsu aşırımı deyilən yerdə, saat 13:59 dəqiqədə Yevlax şəhəri ərazisində istifadə edilməsi müəyyənləşdirilmişdir. (c İİ, i.v 241) İşdə olan, 2 saylı Bakı Dəmir Yol Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ultrasəs müayinəsi nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs4 9 həftəlik hamilədir. (c İİİ, i.v 89-90 ) İşdə olan, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2010-cu il təvəllüdlü azyaşlı uşağı var, əri X12 xx.xx.2010-cu ildə ölmüşdür. (c İİİ, i.v 119-120 ) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilmələrinə baxmayaraq, ittihamı (Təqsirləndirilən şəxs2 istisna olmaqla) mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs4 oğurluq edib əldə edilmiş gəlirdən ona pul verməsini vəd etməmiş, həmin evə dilənmək məqsədilə girmişlər, Şəfiqənin isə həmin evə su içmək məqsədi ilə girib, həmin vaxt özünün isə qapının ağzında olub, Şəfiqənin evin daxilinə keçdiyini görməmiş, Şəfiqənin evdən oğurluq etməsindən həmin vaxt məlumatı olmamış, yolda gedərkən Şəfiqə qızılları ona göstərmiş, özü isə Şəfiqəni danlayıb, daha sonra qızılları zərərçəkmiş şəxsə qaytarmış, Bəsdi ilə aralarında oğurluğa getmələri barədə razılıqları olmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İİ – i.v. 23-26, 65-68, 201-204) qismində verdiyi ifadələrində, eləcə də barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatətə baxılarkən məhkəmə iclasında vermiş olduğu izahatında (cild İİ – i.v. 76-78), Təqsirləndirilən şəxs3 ilə üzləşdirələrkən vermiş olduğu ifadəsində (cild İİ – i.v. 111-113) işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat və ifadələrində təqsirləndirilən şəxs gəlini Təqsirləndirilən şəxs4, qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 birlikdə oğurluq edəcəyini təklif etməsini, birlikdə oğurluq etmək üçün gəlmələrini, əldə edəcəkləri gəlirdən onlara da pay verəcəyini deməsini, bu barədə qabaqcadan aralarında razılığın əldə edilməsini, daha sonra bu məqsədlə birlikdə gedib Biləsuvar rayonunda kəndlərdən birində bahalı bir darvaza görüb həmin darvazanı açıb Şəfiqə ilə həyətə daxil olub evdə və həyətdə heç kimin olmamasına əmin olduqdan sonra Bəsdinin evin həyət daravazasından küçədə dayanıb kənar şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözləməsini, özünün isə kənar şəxslərin gəlməsi barədə Şəfiqəyə məlumat verməsi üçün həyətdə dayanmasını, Şəfiqənin pilləkənlə evin ikinci mərtəbəsinə daxil olub, təxminən 5 dəqiqə sonra geri qayıdaraq oradan qızıl-zinət əşyaları oğurlamasını bildirməsini, həmin qızıl-zinət əşyalarını 1500 ( bir min beş yüz) manata Şəfiqə ilə birlikdə satıb əldə olunan pulu da bərabər şəkildə bölmələrini, həmin puldan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinə 350 (üç yüz əlli) manat verdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Biləsuvar Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlarla bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamışdır. Bundan başqa məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, digər Təqsirləndirilən şəxs2 da ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi, eləcə də zərərçəkmiş şəxs və şahid ifadələri ilə də tam təkzib edilir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar həm də digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 doğma qardaşı olmaqla, aralarında heç bir ədavət və düşmənçiliyin olmadığı halda öz ifadəsində göstərdiyi xüsusatlarla doğma bacısının törətmiş olduğu cinayət əməllərini tam olaraq ifşa etməsi, eləcə də Zərərçəkmiş şəxs ona məxsus qızıl-zinət əşyalarının qaytarılmaması, vurulmuş zərərin pul şəklində ödənilməsi barədə ifadələri, eləcə də Təqsirləndirilən şəxs1 uzun müddət ibtidai istintaqdan yayınması, barəsində axtarış elan edilməsi və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilməsi kimi işin faktiki halları ilə də təkzib edilir. Belə ki, həqiqətən də Təqsirləndirilən şəxs1 gəlini Təqsirləndirilən şəxs4 oğurluq etməsindən hadisə zamanı məlumatsız olsa, yalnız birlikdə Bakı şəhərinə qayıdarkən bu barədə gəlini ona məlumat versə idi, o dərhal gəlini tərəfindən oğurlanmış həmin əşyaları geri qayıdaraq zərərçəkmiş şəxsə təhvil verə və ya bu barədə müvafiq qaydada hüquq mühafizə orqanlarına məlumat verərdi. Əksinə isə Təqsirləndirilən şəxs1 uzun müddət istintaqdan yayınması, barəsində axtarış elan edilərək, sonradan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilməsi, oğurlanmış qızıl-zinət əşyalarının isə zərərçəkmiş şəxsə qaytarılmaması, vurulmuş zərərin pul şəklində zərərçəkmişə ödənilməsi kimi işin təkzibedilməz halları ilə bir daha tam təkzib edilir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan ifadələrində özünü elan edilmiş ittihamlarla tam olaraq təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmiş olduğu Təqsirləndirilən şəxs4 ilə bağlı hərəkətləri birbaşa ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 gəlini Təqsirləndirilən şəxs4 həmin vaxt yetkinlik yaşına çatmadığını bildiyi halda sonuncunu cinayətkar qrupa cəlb etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə araşdırması zamanı başqa hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq, zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamadan ibarət cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq, zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamadan ibarət cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaq zamanı qismən təsdiq etdiyi etirafedici ifadələri ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi-hadisə günü Bəsdi, qayınanası Almara və Əli ilə birlikdə Biləsuvar rayonuna dilənmək məqsədilə getmələri, Bəsdi və Almaranın Xırmandalı kəndində dilənmələri, özünün isə qızılları oğurlayıb yaxasına salması, maşında qayıdarkən isə qızılları çıxarıb birinci qayınanası Almaraya göstərməsi, həmin qızılları isə digər təqsirləndirilən şəxslərdən xəbərsiz satması, satdığı qızılların pulların da qayınanası Almaraya göstərməsi, Almaranın isə həmin pulu aparıb zərərçəkmişə qaytarması, qayınanası Almaranın günahının olmaması, Bəsdinin isə həmin vaxt onlardan ayrı dilənməsi, Almaranın ona oğurluq etmələri barədə təklif etməməsi ilə bağlı xüsusatlara dair aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs4 gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini digər təqsirləndirilən şəxsləri müdafiə xarakteri, eləcə də elan olunmuş ittiham üzrə özünün cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs4 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 139-142, cild İİ – i.v. 49-52, 225-228) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı evdə olan zaman Almaranın ona qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Biləuvar rayonuna oğurluq etmək üçün gələcəklərini bildirməsini, birlikdə oğurluq etməyi və əldə edəcəkləri gəlirdən ona da pay verəcəyini təklif etməsini, onun da Almaranın bu təklifini qəbul etdiyini, bundan sonra X8 zəng edərək birlikdə Biləsuvar rayonuna oğurluq etməyi təklif etməsini, Bəsdi də maddi vəziyyətinin yaxşı olmamasını bildirərək olarla birlikdə Biləsuvar rayonuna oğurluq etmək üçün getməyə razılaşmasını, 28 yanvar 2023-cü il tarixdə birlikdə Əlinin idarə etdiyi avtombillə Biləsuvar rayonuna oğurluq etmək üçün gəldiklərini, Xırmandalı adlı kənddə Almara və Bəsdi ilə birlikdə avtomobildən düşüb, Əlidən isə həmin yerdə dayanıb onları gözləməsini istəmələrini, bundan sonra küçədə gəzən zaman bahalı bir darvaza görüb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oradan oğurluq etmək qərarına gəldiklərini, Təqsirləndirilən şəxs3 küçədə dayanıb kənar şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözlədiyini, onun Təqsirləndirilən şəxs1 ilə birlikdə həyətə daxil olub, həyətdə olan pilləkənlə evin ikinci mərtəbəsinə qalxdığını, Almaranın isə başqa şəxslərin gəlməsi barədə məlumat vermək üçün həyətdə gözləməsini, həmin evin ikinci mərtəbəsində olan üçüncü otağa daxil olub paltar dolabından bir ədəd qara rəngli qadın çantasının olmasını görüb götürdüyünü, çantanı açıb baxarkən içərisində bir ədəd ağ rəngli sellofanda, bir ədəd qırmızı rəngli qabın içərisindən qızıl-zinət əşyalarını əynindəki gödəkçənin cibinə qoyub oğurladığını, daha sonra Əlinin idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşıb Bakı şəhəri istiqamətində getdiklərini, 20 Yanvar metrosunun yaxınlığında Almara ilə birlikdə Əlinin idarə etdiyi avtomobildən düşüb qızıl-zinət əşyalarını da götürüb Orxan adlı şəxsə 1500 (bir min beş yüz) manata satıb, əldə olunan pulu da bərabər şəkildə bölüb, həmin puldan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinə 350 (üç yüz əlli) manat verdiklərini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Biləsuvar Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlarla bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamışdır. Bundan başqa məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu, Təqsirləndirilən şəxs2 da ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi, eləcə də zərərçəkmiş şəxs və şahid ifadələri ilə də tam təkzib edilir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar həm də digər Təqsirləndirilən şəxs2 onun ərinin dayısı olmaqla, aralarında heç bir ədavət və düşmənçiliyin olmadığı halda öz ifadəsində göstərdiyi xüsusatlarla doğma bacısının gəlininin törətmiş olduğu cinayət əməllərini tam olaraq ifşa etməsi kimi işin faktiki halları ilə də təkzib edilir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri digər təqsirləndirilən şəxsləri müdafiə xarakteri, eləcə də elan olunmuş ittiham üzrə özünün cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmış müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə digər təqsirləndirilən şəxsləri məsuliyyətdən qurtarmağa, öz məsuliyyətini isə yüngülləşdirməyə çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 cinayət işinin ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs4 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 cinayət əməlləri iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs4 qeyd olunan ifadələrində özünü elan edilmiş ittihamlarla tam olaraq təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs Bəsdi Nağıyevanın məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi-hadisə günü digər təqsirləndirilən şəxslərlə birlikdə Biləsuvar rayonuna dilənmək məqsədilə getmələri, lakin Şəfiqə və Almara ilə birlikdə oğurluq edilən evə getməmələri, Biləsuvara dilənmək üçün getdiyi, oğurluq edilən evin həyətinə girmədiyi, həmin vaxt kənar yerdə olduğu, digərlərinin həyətə girməyini görmədiyi, Almara və Şəfiqənin ona heç bir məbləğdə pul vermədiyi, sadəcə Almaranın bu işi üstünə götməsi, ona köməklik edəcəyi təklifini etməsi, onlarla aralarında oğurluq barədə qabaqcadan razılığının olmadığı, maşında qayıdarkən isə qızılları görmədiyi, Biləsuvarda olarkən isə dilənmək məqsədilə heç bir qapıya getmədiyi, maşından yerə Almara və Şəfiqə ilə birlikdə düşdüyü, yerə düşdükdən sonra ayr-ayrı getdikləri ilə bağlı xüsusatlara dair aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs Bəsdi Nağıyevanın gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs Bəsdi Nağıyevanın məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla üzləşdirmə zamanı verdikləri ifadələri, ekspertiza rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Bəsdi Nağıyevanın məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü və digər təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müdafiəçisinin iştirakı ilə verdikləri ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr verərək, 28 yanvar 2023-cü il tarixdə birlikdə Əlinin idarə etdiyi avtombillə Biləsuvar rayonuna oğurluq etmək üçün gəldiklərini, Xırmandalı adlı kənddə Almara, Şəfiqə və Bəsdinin birlikdə avtomobildən düşüb, Əlidən isə həmin yerdə dayanıb onları gözləməsini istəmələrini, bundan sonra küçədə gəzən zaman bahalı bir darvaza görüb birlikdə oradan oğurluq etmək qərarına gəldiklərini, Təqsirləndirilən şəxs3 küçədə dayanıb kənar şəxslərin gəlməsi barədə məlumat vermək üçün gözlədiyini, Şəfiqə və Almaranın isə birlikdə həyətə daxil olub, oradan qızıl-znət əşyalarını oğurladıqlarını, daha sonra Əlinin idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşıb Bakı şəhəri istiqamətində getdiklərini, qızıl-zinət əşyalarının isə Şəfiqə və Almara tərəfindən 1500 manata satılıb, əldə olunan pulun da bərabər şəkildə bölünüb, həmin puldan Təqsirləndirilən şəxs3 350 (üç yüz əlli) manat vermələrini təsdiq etmişlər. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə üzləşdirmə prosessual hərəkəti keçirilmiş və həmin vaxt digər təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə deməklə, bir daha onu ifşa etmişlər. Bundan başqa istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ifadələrində oğurlanmış qızıl-zinət əşyalarının hadisədən dərhal sonra Təqsirləndirilən şəxs2 məxsus avtomobillə Biləsuvar rayonundan Bakı şəhərinə qayıdarkən avtomobildə çıxarıldığını və baxıldığını bildirmələrinə baxmayaraq Təqsirləndirilən şəxs3 isə eyni avtomobilin arxa oturacağında onlarla birlikdə oturmasına baxmayaraq həmin qızıl-zinət əşyalarını görməməsi barədə də ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət əməlləri iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə yuxarıda göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, bir daha belə qənaətə gəlir ki, 28 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində baş vermiş oğurluq cinayəti ilə bağlı əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə Təqsirləndirilən şəxs1 əvvəlcə qardaşı digər Təqsirləndirilən şəxs2la, daha sonra təqsirləndirilən şəxslər gəlini Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə aralarında razılıq əldə etməsi, bununla bağlı onların söhbət etməsi, cinayətin törədilməsi günü və vaxtının əvvəlcədən müəyyən edilməsi, cinayətin törədilməsi məqsədi ilə hadisə yerinə Təqsirləndirilən şəxs2 onları idarə etdiyi “RAVON L 3” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparması, başqa sözlə, qabaqcadan əlbir olar bir qrup təşkil etməsi və həmin qrupa yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Şəfiqə Əmirasalnovanı cəlb etməsi ona dəlalət edir ki, həqiqətən də digər təqsirləndirilən şəxslər cinayət qrupa məhz Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edilmiş və göstərilən tarixdə təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 13 170 manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 28 yanvar 2023-cü il tarixdə cinayət hadisəsinin baş verdiyi əraziyə digər təqsirləndirilən şəxsləri aparması, lakin bilavasitə qızıl-zinət əşyalarının oğurlanmasında və oğurlanmış qızıl-zinət əşyalarının satışında iştirak etməməsi, bunun əksinə olaraq hadisə yerində idarə etdiyi avtomobillə onları gözləməsi, oğurluq hadisəsi törədildikdən sonra isə həmin əraziyə yaxınlaşaraq, digər təqsirləndirilən şəxsləri idarə etdiyi avtomobilə mindirib, dərhal Bakı şəhəri istiqamətində hərəkət etməsi, eləcədə Təqsirləndirilən şəxs3 da hadisə yerindən bir qədər kənarda, yəni oğurlanmış əşyalar olan evin yerləşdiyi küçədə kənar şəxslərin həyətə daxil olması barədə məlumat verməsi məqsədilə dayanıb ətrafa nəzarət etməsi, ələlxüsus da oğurlanmış qızıl-zinət əşyaları satıldıqdan sonra hasil olunmuş puldan onlara müəyyən məbləğdə pul verilməsi artıq onu təsdiq edir ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən cinayətkar qrupun digər üzvləri-Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə oğurluq cinayətinin törədilməsində onlara aid edilmiş rolu razılaşdırılmış və əldə edilmiş razılığın şərtinə uyğun olaraq bilavasitə qızıl-zinət əşyalarının oğurlanmasında iştirak etməsələr də, kənarda dayanmaqla müvafiq funksiyanı icra etmiş, yəni kənardan cinayət hadisəsinin baş verdiyi ərazini müşahidə etmiş, baş verə biləcək təhlükə barədə cinayətkar qrupun digər üzvlərini məlumatlandırmağa hazır olmuş, habelə oğurlanmış qızıl-zinət əşyalarının daşınmasında, faktiki olaraq isə həmin qızıl-zinət əşyalarının özgəninkiləşdirilməsində və sonradan realizə edilərək gəlir əldə edilməsində, o cümlədən əldə edilmiş gəlirin bölüşdürülməsində iştirak etmişlər. Bütün qeyd edilən çoxsaylı hərəkətlər ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 yanvar 2023-cü il tarixdə oğurluq cinayətinin törədilməsində cinayətkar qrupun üzvü kimi məhz icraçı funksiyasını icra etmişlər. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətkar qrupa cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq zərərçəkmiş şəxs Mərcan Ələsgəliyə məxsus qızıl-zinət əşyalarını gizli olaraq talamaqla oğurluq etmişlər. Bütün qeyd edilən çoxsaylı hərəkətlər ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da 28 yanvar 2023-cü il tarixdə oğurluq cinayətinin törədilməsində cinayətkar qrupun üzvü kimi məhz icraçı funksiyasını icra etmişlər. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə törətmiş olduğu əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər və onların əməllərində hər birinə ayrılıqda irəli sürülmüş ittihamla əlaqəli cinayət əməllərinin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməlləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 oğurluq cinayətini qəsdən törətmişlər. Onların əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına, CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməlidir, habelə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələr ilə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə vahid cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən CM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan, 3 (üç) azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, əməlindən peşman olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan, 2 (iki) azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, əməlini etiraf edərək, səmimi peşman olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs3 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, səmimi peşman olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs4 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, özünü hazırda hamilə olduğunu, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, əməlini etiraf edərək, səmimi peşman olmasını CM-nin 59.1.2, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 nisbətdə isə qeyd edilməlidir ki, CM-nin 60.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edildikdə, cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddə) təqsirləndirilən şəxslərə təyin ediləcək cəza onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın (Təqsirləndirilən şəxs1 münasibətdə istisna olmaqla) olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsindəki rolu, cinayətin törədilməsindəki iştirakının xarakteri, onun bu qəbildən cinayət əməllərini törətməsi ilə bağlı əvvəllər dəfələrlə məhkum olmasını, kriminal keçmişi, əməlində cinayətin sadə residivinin olması nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb etməsi, eləcə də 28 yanvar 2023-cü il tarixdə törədilmiş oğurluq cinayətinin təşəbbüskarı olması, qanunsuz hərəkətlərin aktiv icraçısı olması, bu qəbildən sair hərəkətlər etməsi nəzərə alınmaqla ona digər təqsirləndirilən şəxslərə nisbətdə daha ağır cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bağlı məhkəmə hesab edir ki, onların törətmiş olduğu cinayət əməllərinə tənqidi yanaşmalarını, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərini etiraf edib peşman olmasını, eyni zamanda Təqsirləndirilən şəxs3 da törətmiş olduğu cinayət əməllərini etiraf etməsə də özünü tam təqsirli bilərək, əməlindən peşman olmasını, onlara qarşı irəli sürülmüş itithamlar üzrə cinayətlərin az ağır cinayət kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələr ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 gəldikdə isə məhkəmə hesab edir ki, o, törətmiş olduğu cinayət əməllərinə tənqidi yanaşaraq, törətmiş olduğu oğurluq cinayətini etiraf edib peşman olmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, himayəsində azyaşlı uşağının olub, hazırda da hamilə olduğunu, habelə hazırki yaşı nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələr ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu hissədə məhkəmənin gəldiyi nəticə, həmçinin Azərbaycan Respublikası CPMnin 435.4-cü maddəsinin tələblərinə də cavab verir. Belə ki, sözügedən maddədə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ititham üzrə cinayətlərin az ağır cinayət kateqoriyasına aid olmasını, eləcə də həmin cinayət əməllərinin zor təbiq edilməklə törədilmədiyini və həmin cinayət əməlləri nəticəsində ağır nəticələr baş vermədiyini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onlara cəzasını çəkdikləri dövrdə onların davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 Yevlax rayonu, Təqsirləndirilən şəxs3 Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək Yevlax Rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs3 isə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara 2 (iki) aydan 2 (iki) ilədək müddətə təyin edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 22 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 03 (üç) müddət ona təyin ediləcək, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) müddət ona təyin ediləcək və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərlərində azadlığın məhdudlaşdıırlması cəzası saxlanılmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 12,50 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Yevlax şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı ünvan 3 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı ünvan 4 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bərabər məbləğdə hər birindən 12,50 (on iki manat əlli qəpik) manat olmaqla tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar