Məhkəmə qərarları › İş №1(099)-608/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-608/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-608/2023 07.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(099)-608/2023 saylı cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr keçirilərkən dövlət ittihamçısı vəsatət verib bildirmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Adəm Məmmədov 27 iyul 2023-cü ildə keçirilən iclasda yazılı vəsatət verərək hazırkı cinayət işi üzrə 2 ədəd ayrı-ayrı tarixlərə ittiham aktı tərtib edildiyini bildirib cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi ittiham aktları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, eyni bir cinayət işi üzrə 2 ədəd ayrı-ayrı tarixlərə ittiham aktı tərtib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqdim edilməsi üçün onun saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına göndərilən ittiham aktının prokuror tərəfindən təsdiq tarixi 25 iyun 2023-cü il göstərilsə də, iş materiallarında olan ittiham aktının təsdiq tarixi 08 iyul 2023-cü il göstərilmişdir. İş materiallarından görünür ki, Sabirabad rayon prokuroru, baş ədliyyə müşaviri X8 Əliyevin CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 25 iyun 2023-cü ildə təsdiq edilmiş ittiham aktının surətini sonuncuya təqdim edilməsi üçün eyni tarixli, yəni xx.xx.2023-cü il tarixli məktubla 3 saylı İstintaq Təcridxanasına göndərmiş, həmin məktub 10 iyul 2023-cü ildə (üzərindəki ştampa əsasən) 3 saylı İTnə daxil olmuşdur. Hazırkı cinayət işi üzrə 2 ayrı-ayrı tarixlərə ittiham aktı tərtib olunmaqla Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinə əsasən kobud qanun pozuntusuna yol verilmişdir. Dövlət ittihamçısı, eyni zamanda vəsatətində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 1 ayadək uzadılmasını və ibtidai araşdırma zamanı CPM-in qeyd olunan tələblərinin pozulması hallarına yol verildiyinə görə Sabirabad Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmasını təklif etmişdir. Eləcə də məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi şifahi vəsatət verərək Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə vəsatətləri müzakirə edib, tərəflərin fikrini dinləyərək hesab edir ki, müdafiəçi və dövlət ittahamçısının məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətləri əsaslı olduğundan təmin edilməll, müdafiəçinin qətimkan tədbiri ilə bağlı şifahi vəsatəti isə təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığı, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in sadalanan müddəalarına riayət edilməməsi nəticə etibarilə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verilməsi halları kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən həmin cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və yol verilmiş qanun pozuntuları aradan qaldırılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntuları istintaq orqanı tərəfindən aradan qaldırılmalı və cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmalıdır. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Qeyd edilən istintaq hərəkətlərinin aparılması üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 07 sentyabr 2023cü il tarixədək uzadılmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-in qeyd olunan tələblərinin pozulmasına yol verildiyinə diqqət yetirərək hesab edir ki, Sabirabad Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalı və qərar təsir tədbirləri görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməli, eyni zamanda gələcəkdə bu kimi kobud qanun pozuntularına yol verilməməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdimat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 159, 300.1.5, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Müdafiəçinin və dövlət ittahamçısının məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətləri əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(099)-608/2023 saylı cinayət işinə baxılmasına xitam verilsin və iş materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sabirabad Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru X3 barəsində müvafiq təsir tədbiri görülməsi üçün xüsusi qərar çıxarılsın. X5 təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında vəsatəti təmin edilməsin. 1(099)-608/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 07 sentyabr 2023-cü il tarixədək uzadılsın. Gələcəkdə bu kimi kobud qanun pozuntularına yol verilməməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdimat göndərilsin. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə göndərilsin. Sədrlik edən: Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar