Məhkəmə qərarları › İş №1(099)-609/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-609/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-609/2023 18.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X2 və müdafiəçilər-Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 24 avqust 1988-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, İran İslam Respublikası, Parsabad şəhəri, Məhəmməd Rezaru küçəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri və xx xxx 1997-ci il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, subay, İran İslam Respublikası, Parsabad şəhəri, Şəhid Mütəhərri 4-cü küçə ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 29,318.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 həmyerliləri Təqsirləndirilən şəxs2, “Səccad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının ərazisində külli miqdarda narkotik vasitələr olan təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuananı, təmiz çəkisi 3,989 qram təşkil edən heroini, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, bundan başqa o, həmin cinayət əməlini törədərkən qarşısına çıxa biləcək hər hansı maneədən özünü müdafiə etmək məqsədilə üzərində gəzdirmək üçün İran İslam Respublikasının ərazisində zavod üsulu ilə istehsal edilmiş, kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçaqlarına uyğun gələn bir ədəd qara rəngli bıçaq əldə etmiş, üzərində saxlayaraq daşımış, 5 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindəki 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərək, həmin təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuananı, təmiz çəkisi 3,989 qram təşkil edən heroini, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalini bir ədəd çantanın içərisində, həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda nəzərdə tutulmuş materialların siyahısına daxil olan soyuq silahı, yəni zavod üsulu ilə istehsal edilmiş, kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçaqlarına uyğun gələn bir ədəd qara rəngli bıçağı şalvarının bel nahiyəsinə bağlanmış formada daşımaqla qeyd edilən ərazidən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçularını gördüyü üçün həmin ərazidə sıx qamışlığın arasında gizlənmiş, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindəki 3-cü sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına təkrarən keçməyə cəhd edərkən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin pusqu sərhəd naryadının tərkibinə daxil olan, sərhəd naryadının başçısı, leytenant Şahid1 ona durması üçün əvvəlcə "Dayan!" komandası verərək xidməti istifadə üçün verilən AK-74 markalı, 579059 nömrəli avtomat silahından havaya xəbərdarlıq məqsədi ilə atəş açmış, o, sərhəd naryadının qanuni tələbinə məhəl qoymayaraq İran İslam Respublikasına doğru qaçmağa cəhd göstərdiyindən, Şahid1 AK-74 markalı, 579059 nömrəli avtomat silahından açdığı atəş nəticəsində onu “sol baldır sümüklərinin və sol pəncə sümüklərinin açıq çoxsaylı qəlpəli sınıqları, sağ saidin və sağ bazunun dəlib keçən güllə yaralanması” ilə müşahidə olunan xəsarətlər yetirərək zərərsizləşdirmiş, bununla da o özünün iradəsindən asılı olmayan səbəbdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına təkrarən keçmək əməlini başa çatdıra bilməmiş, daha sonra əraziyə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin şəxsi heyəti tərəfindən aparılmış axtarış zamanı o, gizləndiyi sıx qamışlığın arasında aşkar edilərək tutulmuş, bu zaman onun üzərindəki çantadan həmin külli miqdarda narkotik vasitələr olan təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuana, təmiz çəkisi 3,989 qram təşkil edən heroin, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamin və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalin və həmin zavod üsulu ilə istehsal edilmiş, kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçaqlarına uyğun gələn bir ədəd qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 həmyerliləri Təqsirləndirilən şəxs1, “Səccad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o və Şeyx X5 İslam Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitələr olan təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuananı, təmiz çəkisi 3,989 qram təşkil edən heroini, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 5 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindəki 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərək, həmin təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuananı, təmiz çəkisi 3,989 qram təşkil edən heroini, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalini bir ədəd çantanın içərisində daşımaqla qeyd edilən ərazidən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçularını gördüyü üçün Təqsirləndirilən şəxs1 həmin ərazidə sıx qamışlığın arasında gizlənmiş, o isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindəki 3-cü sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına təkrarən keçməyə cəhd edərkən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin pusqu sərhəd naryadının tərkibinə daxil olan, sərhəd naryadının başçısı, leytenant Şahid1 ona durması üçün əvvəlcə "Dayan!" komandası verərək xidməti istifadə üçün verilən AK-74 markalı, 579059 nömrəli avtomat silahından havaya xəbərdarlıq məqsədi ilə atəş açmış, o, sərhəd naryadının qanuni tələbinə məhəl qoymayaraq İran İslam Respublikasına doğru qaçmağa cəhd göstərdiyindən, Şahid1 AK-74 markalı, 579059 nömrəli avtomat silahından açdığı atəş nəticəsində onu “sol baldır sümüklərinin və sol pəncə sümüklərinin açıq çoxsaylı qəlpəli sınıqları, sağ saidin və sağ bazunun dəlib keçən güllə yaralanması” ilə müşahidə olunan xəsarətlər yetirərək zərərsizləşdirmiş, bununla da o özünün iradəsindən asılı olmayan səbəbdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən, qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İran İslam Respublikasına təkrarən keçmək əməlini başa çatdıra bilməmiş, daha sonra əraziyə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin şəxsi heyəti tərəfindən aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs1 gizləndiyi sıx qamışlığın arasında aşkar edilərək tutulmuş, bu zaman sonuncunun üzərindəki çantadan həmin külli miqdarda narkotik vasitələr olan təmiz halda ümumi çəkisi 6055 qram təşkil edən qurudulmuş marixuana, təmiz çəkisi 3,989 qram təşkil edən heroin, psixotrop maddə olan təmiz çəkisi 4,905 qram təşkil edən metamfetamin və külli miqdarda güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddəsinin miqdarı 300 qram təşkil edən preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində çayçıda olarkən Mehdi adlı tanışı ilə söhbət edən zaman pul lazım olduğunu demiş, sonuncu da ona Səccad adlı şəxsə yaxınlaşmasını, sonuncunun tiryək satdığını, Səccadın malını satmasını və bunun müqabilində pul əldə edə biləcəyini bildirdi. O, da Səccada yaxınlaşıb pul lazım olduğunu demiş, sonuncu da əvvəlcə Pirsabad şəhərində tiryək satmağını və bunun müqabilində ******* iran tüməni verəcəyini demiş, o,da çox pul lazım olduğunu demiş, Səccad da belə olan halda tiryəki Azərbaycan Respublikasına sərhədə aparmağını, bunun müqabilində övladının 20-30 milyon iran tüməni miqdarında müalicə xərcini qarşılayacağını bildirmişdir. O, da 5 yanvar 2023-cü il tarixdə Səccada razılaşdığımı bildirmiş, tək getməkdən qorxduğu üçün onunla bir məhəllədə qalan dostu Təqsirləndirilən şəxs2 onunla getməsini təklif etmiş, lakin narkotik vasitə barədə, Səccadla olan söhbət barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs2 da onunla razılaşmışdır. Puya ilə birlikdə Səccadla görüşərək Suabad kəndinə getmişlər, orada Azərbaycan Respublikası ilə sərhədə yaxınlaşdıqda Səccad ona yolu göstərib nakotik vasitəni aparıb tikanlı məftilin yanına qoyub qayıtmağını demiş, lakin çantanı kimin götürəcəyini deməmişdir. Təqsirləndirilən şəxs2 Səccad ilə aralarında olan danışıqlardan xəbərdar deyildi. Bundan sonra, Səccad içərisində narkotik vasitə olan bir ədəd çantanı ona vermişdir. Hava qaraldıqdan sonra Puya ilə birlikdə sərhəd məftilinə doğru getmişlər, çanta da onun əlində idi. Məftilə çatanda Puya digər tərəfə keçə biləcəyini yoxlamaq üçün məftilə yaxınlaşdı. Puya məftilə yaxınlaşanda digər tərəfdən sərhəddə xidmət aparan hərbi qulluqçu dayanmaqlarını tələb edərək qışqırdı, bu zaman Puya qaçmaq istəyəndə atəş açıldı, o, qorxduğu üçün qamışlıqda gizləndi. Açılan atəşin Puyaya dəyib-dəymədiyini bilməmişdir. Sonra hərbi qulluqçular ona yaxınlaşaraq onu və narkotiklər olan bağlamanı hərbi hissəyə aparan zaman Puyanın yaralı olduğunu bilmişdir. bildim. Puyanı isə yaralandığı üçün xəstəxanaya aparmışdılar. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Şeyx Nya bildirmişdir ki, narkotik maddələri Füzulinin Mahmudlu kəndində olan sərhədyanı əraziyə qoyacaqmış, Səccad ona narkotik vasitə daşımağı müqabilində 2000-3000 manat dəyərində iran tüməni verəcəkdi, heyvanlardan qorxduğu üçün tək gedmək istəməmiş, ona görə Təqsirləndirilən şəxs2dan onunla getməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə daşıdığını deməmişdir. Təqsirləndirilən şəxs2 sumkanın içərisində nə olduğunu məndən soruşmamışdı, üzərində bıçaq olub. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız qanunsuz sərhəd keçmə əməlində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Araz çayını keçib Azərbaycan Respublikasına keçmiş, həmin vaxt özərində bir ədəd uzun tiyəli xəncər olub. Azərbaycan Respublikasına gəlməkdə məqsədi qaçqın statusu almaq olmuş, Azərbaycan Respublikasına gəldiyi zaman üzərində başqa hər hansı əşya və vasitə olmayıb. Heç bir sənədi olmadığından dövlət sərhəd buraxılış məntəqəsindən kənar keçmişdir. Sərhədçilər tərəfindən ona atəş açılmazdan əvvəl havaya xəbərdarlıq atəşi açıldı, bundan sonra onun istiqamətində atəşlər açıldı və ayağından yaralandı, bundan sonra hərbçilər onu xəstəxanaya apardılar. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının Parsabad şəhərindən tanıyır, sonuncu ilə dövlət sərhədini birgə pozmamış, onun narkotik vasitə daşımasından xəbərdar olmamışam, Təqsirləndirilən şəxs1 ondan sərhədi birlikdə keçməsi barədə verdiyi ifadə yalandır, sadəcə o sərhədi keçən zaman Şeyx Nya da ayrıca keçirmiş, aralarında məsafədə olmuşdur. Ozünü sərhədi pozmaqda təqsirli bilir, digər maddələrlə təqsirli bilmir, nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Səccad adlı İran vətəndaşını tanımır, Şeyx Nya ilə birlikdə heç bir yerə gedməmiş, İranda qala bilmədiyi üçün sərhədi keçmiş, sərhədə yaxınlaşan zaman Şeyx Nya ondan 100 metr arxada olmuş, ətrafa baxmamış, buna görə də ətrafda Şeyx Nyanı və sərhədçiləri görməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Azərbaycan Respublikasına narkotik vasitələr keçirməmiş, bu barədə Şeyx Nya ilə razılığı olmamış, sərhədi keçməkdə qaçqın statusu alması olmuş” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında iş üzrə şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavası rəisinin müavini, leytenant Şahid1 ifadəsində göstərmişdir ki, 5 yanvar 2023-cü il tarixdə, saat 17:30-dan saat 00:00-dək o, və digər hərbi qulluqçular 19-cu sərhəd zastavasının 3-5-ci sahələrinə “Sərhəd Gözətçisi” xidmətinə sərhəd naryadına təyin edilmişdir. Xidmətdə olduqları zaman 5 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində 3-cü sahə istiqamətində hərəkət edərkən iki nəfər şəxsə məxsus səs gəldiyini eşidib maskalanaraq pusquda dayanmışlar. Həmin vaxt iki nəfər müxtəlif şəxsin yaxınlıqda olan kolluq və ağaclıqdan səslərinin gəldiyini eşitmişlər. Maskalanaraq gözlədikləri zaman İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçməklə faktiki olaraq Azərbaycan Respublikası ərazisinə daxil olmuş, əsas maneə çəpərinə çatmayaraq kolluq-ağaclıq ərazidə gizlənmiş bir nəfər şəxsin qaçaraq əsas maneə çəpərinə tərəf getdiyini, həmin vaxt qeyd olunan şəxsin əlində xəncər olduğunu və əsas maneə çəpərinin dirəyinin üstünə çıxmağa çalışdığını görüb tərəflərindən “Dayan!” çağırış komandası verildikdə həmin şəxs Azərbaycan Respublikasından İran İslam Respublikasına doğru geri istiqamətdə qaçmağa başlamışdır. Bu vaxt o, havaya xəbərdarlıq atəşi açsa da sərhəd pozucusu dayanmadığından həmin şəxsi yaxalamaq və ölkə hüdudlarından qaçıb uzaqlaşmasının qarşısını almaq məqsədi ilə ayağına doğru silahından atəş açaraq sonuncunu ayaq nahiyyəsindən yaralamışdır. Dərhal həmin şəxsə yaxınlaşaraq kiminlə danışdığını, ərazidə başqa kimlərinin olduğunu, nə məqsədlə əraziyə gəldiyini soruşduqda, həmin şəxs tiyəsi uzun xəncəri əlindən kənara atmış, üzərində başqa heç nə olmadığını, Azərbaycan Respublikasına qanunsuz yolla tək gəldiyini, özü ilə narkotik vasitə gətirmədiyini bildirmişdir. Həmin şəxs özünü İran vətəndaşı Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. O, baş vermiş hadisə ilə bağlı dərhal sərhəd zastavasına məlumat ötürmüş və sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılaraq ərazini qapatmışdır. Aparılan axtarış tədbirləri zamanı yaralanmış sərhəd pozucusunun olduğu yerdən təxminən 30-40 metr aralıda daha bir şəxs sərhəd pozucusu qismində saxlanılmışdır. Həmin şəxs isə saxlanıldığı zaman üzərindən bir ədəd bıçaq, yanından isə bir ədəd zeytun rəngli parça materialdan olan, ağzı bağlı çanta aşkar edilmişdir. İkinci saxlanılmış şəxsdən çantada nə olduğunu soruşduqları zaman həmin şəxs çantada narkotik vasitə və dərman preparatları olduğunu bildirməklə özünü İran vətənda Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra yaralanmış şəxs, yəni Təqsirləndirilən şəxs2 xəstəxanaya, ikinci saxlanılmış şəxs Təqsirləndirilən şəxs1 isə sərhəd zastavasına aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində daşımaqla qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi bağlamaya baxış keçirildikdə həmin bağlamanın içərisindən müxtəlif növlü narkotik vasitələr və dərman preparatları aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının rəisi, kapitan Şahid3 ifadəsində göstərmişdir ki, 5 yanvar 2023-cü il tarixdə, saat 17:30-dan saat 00:00-dək 19-cu sərhəd zastavasının 3-5ci sahələrinə “Sərhəd Gözətçisi” xidmətinə sərhəd naryad başçısı leytenant Şahid1 saat 20 radələrində əlaqə saxlayıb bir nəfər sərhəd pozucusunu atəş açmaqla yaraladığı və saxladıqlarını məruzə etmişdir. Dərhal sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırıb hadisənin baş veridiyi istiqamətdə irəliləmiş və ərazini qapadaraq axtarış tədbirlərinə başlanılması barədə göstəriş vermişdir. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilmiş və axtarış tədbirləri zamanı yaralanmış sərhəd pozucusunun olduğu yerdən təxminən 40 metr aralıda ağaclıq və kolluq içərisində gizlənmiş halda bir nəfər şəxs saxlanılmış, həmin şəxsin üzərində bir ədəd bıçaq, yanında isə bir ədəd zeytun rəngli bağlama aşkar edilmişdir. Həmin şəxsdən çantada nə olduğunu soruşduqları zaman qeyd olunan şəxs çantada narkotik vasitə və dərman preparatları olduğunu bildirmiş, özünü isə İran vətəndaşı Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra yaralanmış şəxs, yəni Təqsirləndirilən şəxs2 xəstəxanaya, ikinci saxlanılmış şəxs Təqsirləndirilən şəxs1 isə sərhəd zastavasına aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində daşımaqla qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi zeytun rəngli bağlamaya baxış keçirildikdə həmin bağlamanın içərisindən müxtəlif növlü narkotik vasitələr və dərman preparatları aşkar edilib. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 5 yanvar 2023cü il tarixdə onu və Şahid6 19-cu sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, 5 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində sərhəd naryadı tərəfindən silah tətbiq edilməklə Təqsirləndirilən şəxs2 xəsarət yetirildiyi və digər sərhəd pozucusu Şeyx X1 hadisə yerinə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman nəzarət iz zolağının üzərində ayaq izləri və üzəri selofan örtüklə örtülmüş qanabənzər ləkələrin olduğu, həmçinin kolluq ərazidə bir ədəd çanta olması müşahidə edilmişdir. Ərazi qaranlıq oluğundan, həmçinin süni işıqlandırmanın təşkil edilməklə ərazidə baxışın keçirilməsi mümkün olmadığından baxış həmin gün dayandırılmış, aidiyyəti şəxslərə hadisə yerinin toxunulmaz saxlanılması və mühafizəsinin təşkil edilməsi bildirilərək növbəti gün, yəni 6 yanvar 2023-cü il tarixdə hadisə yerinin baxışı davam etdirilmişdir. Baxış zamanı nəzarət iz zolağının üzərində bir ədəd sərhəd pozuçuları tərəfindən əraziyə atılmış böyük ölçülü xəncər aşkar edilmişdir. Bundan sonra həmin hadisə yerinin yaxınlığından, yabanı şəkildə bitmiş kolluq-ağaclıq ərazidən bir ədəd zeytun rəngli parça materialdan olan çanta və həmin çantanın bilavasitə yanında qara rəngli bir ədəd bıçaq aşkar edilmişdir. Həmin zeytun rəngli bağlamanın içərisinə ilkin olaraq baxış keçirilən zaman üzərində “2” rəqəmi yazılmış üç ədəd, üzərində “3” rəqəmi yazılmış iki ədəd, üç ədəd isə kiçik ölçülü olmaqla ümumilikdə səkkiz ədəd bağlama, sellofan torbanın içərisində isə çoxsaylı dərman konvalyutları, bir cüt boz və qara rəngli işçi əlcəklərinin olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 qeyd olunan zeytun rəngli çantanı Təqsirləndirilən şəxs2 ilə birlikdə gətirib əsas maneə çəpərindən içəri keçirməyə çalışdıqlarını, həmin çantanın saxlanıldığı zaman özünün üzərində olduğunu bildirmişdir. Bundan sonra bir ədəd xəncərə bənzər predmet, bir ədəd qara rəngli bıçaq və qeyd olunan zeytun rəngli çanta içərisindəki predmetlərlə birlikdə ətraflı baxış keçirilməsi üçün götürülmüş, bununla da baxış başa çatmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 6 yanvar 2023-cü il tarixli, 18/13-18/14 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “.... içərisində 8 ədəd bağlama...” sözləri yazılmış və imza olan qara rəngli polietilen torbadakı üzəri yapışqan lentlə bağlanmış 7 ədəd polietilen torba bağlamalarda ümumi təmiz çəkisi 6055 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-qurudulmuş marixuanadır, üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bükülünün içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təiz çəkisi 4,905 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, həmin bükülünün içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,989 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşdə olan kompleks məhkəmə-ballistik və trasoloji ekspertizanın 16 fevral 2023-cü il tarixli 3/54;3/55;3/56;3/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1977-cı ildə, zavod üsulu ilə, keçmiş SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı, lülə qutusu 579059 №-li, çaxmaq çərçivəsi eyni markalı olan “058” N-li avtomat silahın çaxmaq çərçivəsi ilə, çaxmağı eyni markalı olan “796” N-li avtomat silahın çaxmağı ilə, lülə qutusu eyni markalı olan “939” N-li avtomat silahın lülə qutusu ilə, qaz borusu eyni markalı olan “484” N-li avtomat silahın qaz borusu ilə komplektləşdirilmiş avtomat silahdır - yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, silahı döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş cəmi 25 (iyirmi beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC- 74Y”) markalı avtomat silahlarda, “PPK-74”(“PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC- 74”, “AKC-74Y”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadə edilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK-74” (“AKC-74”, “AKC-74Y”) markalı avtomat silahlarda, “PPK-74” (“PPKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir - gilizlərdir, təqdim edilmiş 5,45 mm kalibrli, “AK-74” markalı, lülə qutusu № 579059 olan çaxmaq çərçivəsi eyni markalı olan “058” N-li avtomat silahın çaxmaq çərçivəsi ilə, çaxmağı eyni markalı olan “796” N-li avtomat silahın çaxmağı ilə, lülə qutusu eyni markalı olan “939” N-li avtomat silahın lülə qutusu ilə, qaz borusu eyni markalı olan “484” N-li avtomat silahın qaz borusu ilə komplektləşdirilmiş avtomat silahından atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qara rəngli bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet əldədüzəlmə üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı dəhrəya uyğun gəlir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş vəziyyətdə həmin silahdan atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd uzunqol gödəkçə və bir ədəd cins şalvar hissələrinin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bu zədələr giriş zədələri olmaqla, yivli odlu silahdan açılmış atəşlər nəticəsində güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, müxtəlif istiqamətlərdə (sağdan sola, soldan sağa, öndən arxaya doğru) yetirilməyə xarakterikdir. Lakin bu zədələrin konkret olaraq hansı kalibrli silahdan açılan atəştər nəticəsində güllələrin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Zədələr təqdim edilmiş avtomat silahdan açılan atəşlər nəticəsində güllələrin təsirindən yarana bilər. İşdə olan kompleks məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2023-cü il tarixli 6/200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğu Zərflər üçün” dairəvi möhür əksi, “100 ədəd konvalyutda dərman həbləri əd. m-r (imza) E.Ələsgərov” yazılar olan bir ədəd bağlamanın içərisində, üzərində “Gabaprel 300.. preqabalin..” yazıları olan 100 ədəd konvalyutda ümumilikdə 1000 ədəd zavod üsulu ilə hazırlanmaya uyğun sarı-qırmızı rəngli kapsula güclü təsir edən maddə - preqabalindir, təsiredici maddəsinin ümumi miqdarı 300 qramdır (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,30 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. İşdə olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, hadisə yeri, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 19-cu sərhəd zastavasının Füzuli rayonu, Birinci Mahmudlu kəndi ərazisində yerləşən 3-cü sahəsidir. Hadisənin baş verdiyi yerdə mühəndis yolunun eni 4 metr təşkil edir. Həmin yoldan 2,95 metr sağ tərəfdə nəzarət iz zolağının üstündə torpağa çökmüş halda 0.8x0.1 metr sahəni əhatə edən qırmızı qonur rəngli nisbətən qurumuş qanbənzər gölməçə vardır. Qeyd edilən qanabənzər gölməçə şərti olaraq “1” rəqəmi ilə işarələnmişdir. Şərti olaraq “1” rəqəmi ilə işarələnmiş qanabənzər gölməçədən 2,5 metr önə, yəni əsas maneə çəpərinə doğru nəzarət iz zolağının üzərində əsas maneə çəpərindən isə 3,5 metr məsafədə bir ədəd tiyə hissəsi metaldan, dəstək hissəsi isə taxta materialdan olan böyük ölçülü xəncərə bənzəyən predmet aşkar edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmişdir. Şərti olaraq “1” rəqəmi ilə işarələnmiş qanabənzər gölməçədən 5,2 metr sol tərəfdə mühəndis yolunun sağ kənarından isə 90 sm məsafədə nəzarət iz zolağının üzərində bir ədəd 5,45 mm-lik patronun gilizinə bənzər premet aşkar edilmiş və şərti olaraq “3” rəqəmi ilə işarələnmişdir. Şərti olaraq “3” rəqəmi ilə işarlənmiş gilizə bənzər predmetdən 2,18 metr öndə nəzarət iz zolağının üzərində daha bir ədəd gilizə bənzər predmet aşkar edilmiş və şərti olaraq “4” rəqəmi ilə işarələnmişdir. Şərti olaraq “4” rəqəmi ilə işarələnmiş gilizə bənzər predmetdən 1,9 metr nisbətən sol tərəfdə nəzarət iz zolağının üzərində daha bir ədəd gilizə bənzər predmet aşkar edilmiş və şərti olaraq “5” rəqəmi ilə işarəfənmişdir. Şərti olaraq “5” rəqəmi ilə işarlənmiş gilizə bənzər predmetdən 3,5 metr sol tərəfdə əsas maneə çəpərindən isə 2,02 metr məsafədə nəzarət iz zolağının üzərində daha bir ədəd gilizə bənzər predmet aşkar edilmiş və şərti olaraq “6” rəqəmi ilə işarələnmişdir. Şərti olaraq "6” rəqəmi ilə işarələnmiş gilizə bənzər predmetdən 4,05 metr əsas maneə çəpərindən isə 1,25 metr məsafədə daha bir ədəd gilizə bənzər predmet aşkar edilmiş və şərti olaraq “7” rəqəmi ilə işarələnmişdir. Bundan başqa hadisənin baş verdiyi yerlə üzbəüz yerləşən yabanı şəkildə bitmiş kolluq-ağaclıq ərazidə mühəndis yolunun sol kənarından 12 metr sol tərəfdə nisbətən çökək hissədə kolluqların arasında bir ədəd zeytun rəngli parça materialdan olan çanta və həmin çantanın bilavasitə yanında qara rəngli qında bir ədəd qara rəngli bıçaq aşkar edilmiş və həmin predmetlər şərti olaraq “8” rəqəmi ilə işarələnmişdir. Qeyd edilən çantanın içərisinə ilkin olaraq baxış keçirilən zaman çantanın içərisində üzərinə 2 rəqəmi yazılmış üç ədəd, 3 rəqəmi yazılmış iki ədəd, üzərinə bir ədəd kiçik ölçülü aşkar yapışdırılmış bir ədəd, iki ədəd isə kiçik ölçülü olmaqla ümumilikdə səkkiz ədəd bağlamalar, sellofan torbanın içərisində çoxsaylı dərman konvalyutları, həmçinin bir cüt boz və qara rəngli işçi əlcəyinin olduğu müəyyən edilmişdir. Hadisənin baş verdiyi yerdən Araz çayına qədər olan məsafə LDM markalı məsafə ölçənlə ölçülüb üzbəüz hissədə məsafənin 700 metr olması müəyyən edilmişdir. İşdə olan “əşyalara baxış keçirlməsi haqqında” 6 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş zeytun rəngli çantanın içərisindən üzərində “2” rəqəmi yazılmış üç ədəd, üzərində “3” rəqəmi yazılmış iki ədəd, üç ədəd isə kiçik ölçülü olmaqla ümumilikdə səkkiz ədəd bağlamalar, sellofan torbanın içərisində isə çoxsaylı dərman konvalyutları, həmçinin bir cüt boz və qara rəngli işçi əlcəyinin olması müəyyən edildi. Həmin bağlamalardan üzərində “2” rəqəmi yazılmış səffaf rəngli sellofan torbaya keçirilmiş və yapışqan lentlə sarılmış üç ədəd bağlamanın ümumi çəkisi 3520 qram təşkil etdi, həmin bağlamalara əllə təmas etdikdə içərisində qurumuş ota bənzər maddənin olması güman edildi və bağlamaların içərisindəki maddələrdən kəskin ot qoxusu gəldi. Bundan sonra üzərində “3” rəqəmi yazılmış səffaf rəngli sellofan torbaya keçirilmiş və yapışqan lentlə sarılmış iki ədəd bağlamanın ümumi çəkisi 2020 qram təşkil etdi, həmin bağlamalara əllə təmas etdikdə içərisində qurumuş ota bənzər maddənin olması güman edildi və bağlamaların içərisindəki maddələrdən kəskin ot qoxusu gəldi. Bundan başqa bir ədəd kiçik ölçülü üzərinə səffaf rəngli sellofan torbaya keçirilmiş və yapışqan lentlə sarılmış bir ədəd bağlamanın ümumi çəkisi 720 qram təşkil etdi, həmin bağlamaya əllə təmas etdikdə içərisində qurumuş ota bənzər maddənin olması güman edildi və bağlamanın içərisindəki maddələrdən kəskin ot qoxusu gəldi. Bütün bağlamalar çəkildiyi zaman üzərilərindəki örtüklərlə birgə çəkildiyindən bağlamaların içərisindəki maddələrin xalis çəkisi müəyyən edilmədi. Həmçinin iki ədəd kiçik ölçülü, yəni 12x9 sm ölçülü bağlamanın çəkisi 100 qram, 4x2 sm ölçülü bağlamanın çəkisi isə 20 qram təşkil etdi, qeyd edilən iki ədəd kiçik ölçülü bağlamalar sellofan torbaya keçirilməklə üzəriləri yapışqan lentlə sarılmışdı. Çantanın içərisində olan sellofan torbaya baxış keçirilən zaman isə hər birində 10 ədəd həb (kapsula) olmaqla 100 konvalyut üzərində “Gabaprel 300, Preqabalin” yazıları olan dərman preparatları olması müəyyən edildi. İşdə olan 10 yanvar 2023-cü il tarixli qərarla 3,989 qram narkotik vasitə olan heroin, 4,905 qram psixotrop maddə olan metamfetamin və 6055 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan RPŞ-nə təhvil verilmiş, həmin maddi sübutlar xx.xx.2023-cü il tarixli aktla DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut olan 3,989 qram narkotik vasitə olan heroin, 4,905 qram psixotrop maddə olan metamfetamin və 6055 qram narkotik vasitə olan qurudulmuş marixuana DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. İşdə olan 21 fevral 2023-cü il tarixli qərarla 100 ədəd konvalyutda güclü təsir edən dərman preparatları, bir ədəd qara rəngli ov bıçağı və bir ədəd dəhrə maddi sübut kimi tanınmış, saxlanılması üçün N nömrəli hərbi hissəyə və Beyləqan RPŞ-nə təhvil verilmiş, həmin maddi sübutlar xx.xx.2023-cü il tarixli aktla və xx.xx.2023-cü il tarixli 3-38-16/2- 2167/2023 nömrəli məktubla DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut olan 100 ədəd konvalyutda güclü təsir edən dərman preparatları, bir ədəd qara rəngli ov bıçağı və bir ədəd dəhrə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının 01 fevral 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək «Odlu silah yaralanması» diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 CM-in 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərinin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 29,318.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxlərsin əldə etdiyi narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən maddələr “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-in 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 29,318.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının 01 fevral 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək «Odlu silah yaralanması» diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmaqla hüquq mühavizə orqanlarının nəzarətində olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 06 yanvar 2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6055 qram qurudulmuş marixuana, 4,905 qram metamfetamin, 3,989 qram heroin, 100 konvalyutda preqabalin həbləri, 01 ədəd qara rəngli ov bıçağı və 01 ədəd dəhrə məhv edilsin. İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd «Samsung Galaxy J7» markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 521 (beş yüz iyirmi bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 260 (yüz iyirmi) manat 74 (yetmiş dörd) qəpik tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə 260 (yüz iyirmi) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 29,318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 29,318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti cəza 10 (on) il 6 (altı) ay il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə 260 (yüz iyirmi) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq – DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6055 qram qurudulmuş marixuana, 4,905 qram metamfetamin, 3,989 qram heroin, 100 konvalyutda preqabalin həbləri, 01 ədəd qara rəngli ov bıçağı və 01 ədəd dəhrə məhv edilsin. İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd «Samsung Galaxy J7» markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar