Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-61/2024 26.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1973-cü ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3,975 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 06 fevral 2023-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində həmin maddənin 0,508 qram olan hissəsini 10 manat pul müqabilində həmkəndlisi Şahid3 satmış, qalan 3,467 qramını isə üzərində saxlamaqla daşımış, 18 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbəsində saxlanılmaqla rayon polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə 3,467 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid3 19 fevral 2023-cü il tarixdə saat 16:00 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hindarx qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın cibindən 1 ədəd polietilen kəsiyinə bükümündə 0,508 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, yaşadığı Hindarx qəsəbəsində çayxana işlətmiş, həm də özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər Ağcabədi rayon polis şöbəsinin əməkdaşları onu tutmuş, telefonunu yoxlayıb buraxmışlar. 18 fevral 2023cü il tarixdə səhər-səhər mağazadan çörək almağa getdiyi vaxt polis işçiləri onu yenidən tutmuş və rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. Onu polis şöbəsində döymüş və üzərinə 3 qram metamfetamin qoymuşlar. Polis işçiləri ona istifadəçi kimi məsuliyyətə veriləcəyini demişlər. Lakin onu CM-nin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb etmişlər. O, İlqapr Əliyevi taksi sürücüsü kimi tanıyır. Şahid3lə 18 fevral 2023-cü il tarixdə görüşməmiş və ona metamfetamin satmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir müxtəlif növ narkotik vasitələrdən istifadə etmiş, son illərdə isə «şüşə» adlanan metamfetamindən də istifadə etmişdir. O, əvvəllər Hindarx qəsəbəsində yaşayan Şahid3 bir neçə dəfə istifadə etmək üçün metamfetamin vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən qaz məntəqəsinin yaxınlığından keçən zaman yerdən siqaret qutusunda sellofan bükümdə psixortop maddə olan metamfetamin tapmışdır. Sonuncu dəfə Şahid3 ondan metamfetamin istəyəndə olmadığını demiş, Şahid3 isə ona 10 manat pul təklif etmiş və pulu ona vermişdir. O da tapdığı metamfetamindən bir büküm ona vermişdir. Sonra isə həmin pulu İlqara qaytarıb əvəzində işlədiyi çayxanaya bir neçə dəfə su gətirməsini demişdir. İlqar razılaşmış və 10 manat pulu ondan geri almışdır. O tapdığı metamfetamini üzərində saxlamışdır. 18 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində qəbirstanlığın yanında piyada gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparmışlar. Üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin sol yan cibində saxladığı, içərisində metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmişlər və üzərindən heç nə aşkar edilməmişdir. Üzərində aşkar olunmuş metamfetamin çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki,şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Ağcabədi rayonu Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18 fevral 2023cü il tarixdə saat 20:00 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə elektron tərəzisində çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa qanunsuz əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əldə etdiyi metamfetamini tapdığını və ondan İlqar və Qərib adlı şəxslərə satdığını bildirmişdir. Tərəflərindən İlqar adlı şəxs saxlanılaraq şöbəyə gətirilmiş, Qərib adlı şəxs isə Rusiya Federasiyasında olduğundan onu saxlamaq mümkün olmamışdır. Onlar Təqsirləndirilən şəxs döyməmiş, ona qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Üzərinə narkotik vasitə qoymamışlar və istifadəçi kimi məsuliyyətə veriləcəyini vəd etməmişlər. Şahid qismində dindirilmiş Şahid2 da Şahid1la eyni məzmunlu ifədə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilmişdir. O, 06 fevral 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs işlədiyi çayxanaya getmiş və ona 10 manat pul verərək bir ədəd bükümdə öz istifadəsi üçün metamfetamin almışdır. O aldığı metamfetamini çəkməsi üçün cibinə qoymuşdur. 19 fevral 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı küçədə dayanan zaman polis işçiləri tərəfindən saxlanılmış, üzərində narkotik saxlamaqda şübhəli olmasını bildirməklə Ağcabədi Rayon Polis Şöbəsinə dəvət olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində saxladığı 1 ədəd polietilen kəsiyinə bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmçinin psixotrop maddə metamfetamini Səlimdən 10 manat pul verməklə aldığını bildirmişdir. 18 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərindən 3,63 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 19 fevral 2023-cü il tarixli, 18/194 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,467 qram olan maddə kustar üsulla hazırlanmış psixortop maddə metamfetamindir. Həmin ekspertin 20 fevral 2023-cü il tarixli, 18/201 saylı rəyindən görünür ki, Şahid3 üzərindən götürülmüş 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,508 qram olan maddə kustar üsulla hazırlanmış psixortop maddə metamfetamindir. Şahid3 üzərindən götürülmüş 1 bükümdə olan metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli, 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmək halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflatiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının 28 aprel 2023-cü il tarixli, 251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, ona ittiham olunan cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi X3 şəxsin tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda durmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Səlim Zenynalov ailəlidir, himayəsində 2015-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Səlim Zaynalovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 3,975 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 06 fevral 2023-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində həmin maddənin 0,508 qram olan hissəsini 10 manat pul müqabilində həmkəndlisi Şahid3 satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi 18 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetaminin olmaması, polis işçiləri tərəfindən döyülməklə üzərinə psixotrop maddə qoyulması, Şahid3 metamfetamin satmaması barədə ifadəsini işin faktiki halları ilə ziddiyyət təşkil etməklə qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Səlim Zeynlova CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3,417 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 3,417 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-61/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-61/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver