Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-611/2023 13.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Neftçala rayonu Novo- Vasilyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkum olunmamış, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla həmin orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1030 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Kürkənd kəndindəki yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində saat 17:05-dən 17:45-dək şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin altında qara rəngli sellofan torbada 1 ədəd, üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada 1030,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Neftçala rayonu Kürkənd kəndində 3 övladı və həyat yoldaşı ilə yaşayır. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 29 mart 2023-cü il tarixdə saat 12:55 radələrində azan vaxtı evində olduğu zaman polis işçiləri evinə gələrək onu çağırmış və özləri ilə birlikdə Neftçala rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində heç bir nrkotik vasitə olmaışdır. Polis işçiləri ondan dünən harada olmasını soruşmuşlar. Əlinin izini götürmüşlər. O da bir gün əvvəl harada olduğunu polis işçilərinə dəqiqliklə demişdir. Polis işçiləri onu döymüşlər. Axşam üstü polis işçiləri ona demişlər ki, narkotiki boynuna götürməlisən. Lakin o, narkotiki boynuna götürmək istəməmişdir. Polis işçiləri ona təzyiq göstərmişlər. Narkotiki onun üzərinə qoyaraq videoçəkiliş etmişlər. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsini və üzərinə narkotik vasitənin polis işçiləri tərəfindən qoyulmasını göstərsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, aparılmış videoçəkiliş və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, X5 Şöbəsində Cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 16:20 radələrində Neftçala rayonu Kürkənd kəndində yaşayış evinin qarşısındakı küçədə saxlanılmışdır. Ona qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və satmada şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin altında qara rəngli sellofan torba aşkar olunaraq götürülmüşdür. Həmin torbaya baxış zamanı içərisində yaşıl rəngli, spesifik iyi olan marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin gütlə ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı Seyfulla, eləcə də başqa polis işçiləri tərəfindən narkotik vasitə qoyulmamış, ona qarşı heç bir zor, təzyiq və təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onu həmin gün saat 16:20 radələrində Kürkənd kəndində yaşadığı evin qarşısında küçədə saxlamış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirilməklə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin altında qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən tutulması dini məsələ ilə bağlı olmamış, ona qarşı heç bir təzyiq və ya təsir göstərməmişlər. Onun üzərinə narkotik vasitə hər hansı polis işçisi tərəfindən qoyulmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə Neftçala rayonu Kürkənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onu həmin gün saat 16:20 radələrində Kürkənd kəndində yaşadığı evin qarşısında küçədə saxlamış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirilməklə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin altında qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. O şəxsən Təqsirləndirilən şəxs üstünə narkotik vasitə heroin qoymamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 da şahidlər Şahid3 və Şahid2lə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı Şahid5 göstərdi ki, Neftçala rayonu Kürkənd kəndi onun xidməti ərazisidir. 29 mart 2023-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Kürkənd kəndində saxlanılarkən o, həmin yerə kömək məqsədi ilə getmişdir. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən rayon polis şöbəsinə aparılmışdır. O isə onlarla birlikdə polis şöbəsinə getməmiş, xidməti ərazidə qalmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, Təqsirləndirilən şəxs arvadıdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrlə məşğul olmamışdır. Heyvan kəsməklə qəssablıq edib ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 12:55-də günorta namazı vaxtı işdən evə gəlmiş və yatmışdır. Bu zaman üç nəfər mülki geyimdə olan şəxslər evlərinə yaxınlaşaraq İlhamı bayıra çağırmışlar. İlham həyətə çıxmış və evə qayıdaraq onu çağıran şəxslərin polis əməkdaşları olduqlarını bildirmişdir. İlham dəstnamaz almış və paltarlarını dəyişmişdir. Polis işçiləri onun izahatını alıb buraxacaqlarını bildirmiş və İlhamı özləri ilə aparmışlar. Az sonra polis əməkdaşlarının biri evə qayıdaraq İlhamın telefonunu da aparmışdır. İlham bundan sonra evə qayıtmamışdır. İlhamı polis işçiləri aparanda əynində göy rəngli gödəkçə, boz şalvar olmuşdur. Onun üstündə 115 manat pul olmuşdur. İlhamın aparılmasından sonra polis işçiləri evlərinə gələrək, məhkəmənin qərarı əsasında evdə axtarış aparmalı olduqlarını bildirmişlər. Lakin İlhamı özləri ilə gətirməmişlər. Evlərində yalnız quran kitabı olmuşdur. Başqa dini ədəbiyyət və ya şəkillər olmamışdır. Polis işçiləri evində axtarış aparında evə dini kitablar və şəkillər qoyub sənədləşdirmişlər. Polis işçiləri İlhamı küçədə saxlamamışlar, onu evində yatdığı zaman çağırıb özləri ilə aparmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur. Onlarla münasibətləri yaxşıdır. İlham nizam-intizamlı adam olmuş, heç vaxt narkotiklə məşğul olmamışdır. 29 mart 2023-cü il tarixdə saat 12:55 radələrində azan vaxtı İlhamgilə getdiyi zaman üç nəfər qara rəngi «Mersedes» markalı avtomobil ilə İlhamgilin evlərinin yanına gəlmişlər. Həmin şəxslər İlhamı evdən çağırmış və özləri ilə aparmışlar. Həmin vaxt İlhamın əynində gödəkçə olmuş və gödəkçənin yaxası açıq vəziyyətdə olmuşdur. O isə İlhamın evinə getmişdir. Sonra iki nəfər polis işçiləri İlhamgilə qayıdaraq onun mobil telefonunu da aparmışlar. 8 may 2023-cü il tarixdə polis işçiləri yenidən İlhamın evinə gəlmişdirlər. Ona evə girməyə icazə verməmişlər. Polis işçiləri isə evə daxil olaraq axtarış aparmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, İlham Qərbəliyev onun qonşusudur. Onunla münasibətləri yaxşı olmuşdur. İlham Qərbəliyevin narkotik vasitələrlə məşğul olmasına inanmır. 29 mart 2023-cü il tarixdə saat 12:55 radələrində namaz vaxtı polis işçiləri onun evinin yaxınlığına gələrək onu çağırmış və ondan İlhamın harada ola biləcəyini soruşmuşlar. O isə İlhamın evdə və ya işdə olacağını demişdir. Polis işçiləri ondan İlhamın evinin yerini soruşmuşlar. O isə polis işçilərinə İlhamın evini göstərmişdir. Polis işçiləri İlhamın evinə gədərək onu çağırmış və özləri ilə aparmışlar. Həmin vaxt İlhamın əynində gödəkçə olmuşdur. Gödəkçənin yaxası açıq olmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 29 mart 2023-cü il tarixli protokoldan və məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin altında qara rəngli sellofan torbada bir ədəd bükümdə qurudulmuş marixuanayabənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, 1 kloqram 170 qram olması müəyyən edilmişdir. Məhkəmə-biloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 1030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazınlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 379 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları olub, Lakin narkomaniya xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 31 mart 2023-cü il tarixli, 56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tibbi müayinədən keçirilərkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə nəticəsində bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə linqvistik-dinşünaslıq ekspertizasının 23 iyun 2023cü il tarixli, 4/981 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini təyinatlı materiallarda linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından Əhməd Əsədnijadın “Peyğəmbərin haqq canişini” kitabının ölkəyə idxalı, istehsalı və yayılması X6 üzrə Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Kitab kustar üsulla hazırlanmışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərayanın və ya dini cərayanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materialları ölkə nəşriyyatlarında çap olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasının 8 aprel 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb, nevroloji və narkoloji xəstəliklərlə əlaqədar qeydiyyatda yoxdur. Neftçala rayonu Kürkənd kənd İƏDÜN-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5- 67-13/34 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2001, 2003, 2004 və xx.xx.2009-cu illərdə doğulmuş uşaqları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi və üzərinə narkotik vasitənin qoyulması barədə ifadəsini özününmüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beli ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin özünə aid olmasını inkar etməmişdir. Bundan əlavə məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasından iki gün sonra, 31 mart 2023-cü il tarixdə tibbi müayinə olunarkən bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul zamanı tibbi müayinə edilərkən də bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 1029,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Şəxsi axtarış zamanı aparılmış videoçəkiliş barədə 1 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. Ekspertiza xərci 129 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 1029,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkiliş barədə 1 ədəd disk cinayət işində saxlanılsın. Ekspertiza xərci 129 (yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-611/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-611/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver