Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-612/2024 25.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə İmişli rayonu, Cavadxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Heydər Əliyev prospekti, bina 146, ev 4-də yaşamış, 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli, 4 (036)-6/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-3,040 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 19 yanvar 2024-cü il taarixdə saat 17:15 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 17:45dən saat 18:10-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindəki yaşıl rəngli alışqanın yandırıcı yuva hissəsinin içərisindən 1 (bir) ədəd, əynindəki gödəkçənin sol yan cibindən isə 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,819 qram, 0,952 qram və 1,269 qram olmaqla, külli miqdarda- 3,040 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək demişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 19 yanvar 2024-cü il tarixdə saat 16-17 radələrində sərnişin aparıb avtomobilini saxlamış, sərnişini düşürüb qayıdandan sonra əməliyyat qrupu yaxınlaşıb ona əl-qol atıb avtomobilə mindirmişlər. Polis əməkdaşları ondan üstündə narkotik vasitə olub-olmadığını soruşmuşlar, o da polis əməkdaşlarına cavab olaraq üstündə narkotik vasitə olduğunu, alışqanının içində istifadəsi üçün saxladığını demişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar, polis şöbəsində üzərinə baxış keçiriləndə ciblərini boşaltmışdır. Sonra gödəkçəsinin sol cibindən iki ədəd bükümü çıxarıb stolun üstünə qoymuşlar. Həmin narkotik vasitələr özünə məxsus deyildir. Polis şöbəsində polis əməkdaşları nə demişlərsə onlarla razılaşmışdır. Həmin iki bükümün ona heç bir aidiyyəti olmamışdır. Polis şöbəsində onu döymüşlər, ancaq heç bir xəsarəti olmamışdır. İstintaq Təcridxanasına qəbul olunarkən üzərində heç bir xəsarət aşkarlanmamış, adına açılmış tibbi kitabçada xəsarəti olmadığı yazılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus olan narkotik vasitənin çəkisini dəqiq deyə bilməmiş, haradasa narkotik vasitənin çəkisi 0.01-0.02 qram olmuşdur. Narkotik vasitəni alan zaman hardasa 0.05 qram olmuş, istifadəsindən sonra narkotik vasitənin çəkisi 0.01-0.02 qram qalmışdır. Bükümü alışqanın içinə qoymuşdur. Onda 0.08 qram çəkidə narkotik vasitə olmamışdır. Üzərinə narkotik vasitə qoyan polis əməkdaşını görməmişdir. Onu saxlayan zaman Elvin, Toğrul, Rəcəb və Mirşəfən adlı polis əməkdaşları olmuşlar. Özünə məxsus olan narkotik vasitəni etiraf edir, ancaq digər iki büküm özünə məxsus deyildir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin eyni tərkibli olmasının ekspert rəyində göstərilməsinin səbəbini bilməmişdir. Şahid2 düz deyir, polislər onu saxlayan zaman qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Rayon ərazisində özünə məxsus olan «KİA Rio» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitəni həmişə tanımadığı şəxslərdən əldə edir. 19 yanvar 2024-cü il tarixdə saat 16 radələrində avtomobili İmişli şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı binanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilin salonunu təmizləyərkən sol arxa tərəfdə olan ayaqaltının alt hissəsindən 03 ədəd şəffaf bükümlərdə narkotik vasitə olan heroin tapmışdır. Bundan sonra həmin narkotik vasitə olan heroin kütləsinin birini şəxsi istifadəsi üçün cibində olan göy rəngli alışqanın üst tərəfini çıxarıb həmin hissəyə yerləşdirmiş, alışqanı isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Digər 02 ədəd, içərisində narkotik vasitə -heroin olan bükülüləri isə əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur. 19 yanvar 2024-cü il tarixdə saat 17-18 radələrində idarə etdiyi «KİA Rio» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsinin yaxınlığında saxlayaraq, əvvəlcədən tanımadığı adını bilmədiyi şəxsi taksi kimi ünvanına düşürmüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, onu İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Orada xidməti otaqların birində qanunla qorunan hüquqlarını müdafiə etməsi üçün İmişli şəhər hüquq bürosundan vəkil Məmməd Süleymanov dəvət edilmişdir. Üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulmuş, həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı alışqanı çıxarıb içərisində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf rəngdə selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş 03 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf selofan bükümləri qablaşdırıb üzərinə möhür vurmuşlar. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəlişlər olmadığı üçün imzalamışlar. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, özünə məxsus olan bükümün alışqanın içində olduğunu, digər iki bükümün özünə məxsus olmadınığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünə məxsus olan bükümü alışqanın içinə qoyması, digər iki bükümün özünə məxsus olmaması, onu saxlayan zaman Elvin, Toğrul, Rəcəb və Mirşəfən adlı polis əməkdaşlarının olmalarını, polis şöbəsində onu döymələri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və 19 yanvar 2024-cü il tarixdə saat 17:00-da İmişli şəhəri Q.İsmayılzadə küşəsinə yollanmışlar, əməliyyat qrupunda 3 nəfər olmuşlar. O, yarı yolda düşmüş, Şahid1 isə yolun baş hissəsinə tərəf getmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etdkidən sonra Təqsirləndirilən şəxs qaçmağa başlamış, digər tərəfdən Şahid1 gəlib Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs həmin yerdə üzərinə baxış keçirilməsi mümkün olmadığı üçün onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində narkotik vasitə heroin aşkarlanmışdır. Narkotik vasitə heroin Təqsirləndirilən şəxs cibindən və cibində olan alışqanın içindən aşkarlanmışdır. Narkotik vasitələrin Təqsirləndirilən şəxs hansı cibindən aşkar olunmasını tam xatırlamamışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar. Nurədin Abbaslını saxlayan zaman iştirak etmişdir. Nurədin Abbaslını saxlayan zaman o, qaçmış, digər tərəfdən X5 saxlamışdır. Təqsirləndirilən şəxs heç kim döyməmiş və ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Dindirilmiş şahid İmişli RPŞ-nin PPXB-nun polis nəfəri Şahid3 ifadəsində bildirmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat 17 radələrində İmişli şəhəri Q.İsmayılzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən alışqanlar, telefon, kartlar və iki bükülü aşkarlanmışdır. Bir büküm isə alışqanın içərisində olmuşdur. Dəqiq xatırlamır, ancaq əşyalar və bükümlərin Təqsirləndirilən şəxs arxa cibindən və gödəkçəsinin cibindən çıxdığı yadında qalmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs heç kim döyməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman hava qaralmağa doğru olmuş, Təqsirləndirilən şəxs qaçmaq istəmiş, lakin polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışdır. Avtomobildə sürücünün arxa tərəfində oturmuş, Təqsirləndirilən şəxs isə onun yanında oturmuşdur. Əməliyyatda Cəbrayıl və Mirşəfən iştirak etmişlər. Nurəddinin cibindən neçə alışqan çıxdığını xatırlamamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 19 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirildikdən sonra şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib özündə saxladığı 03 ədəd polietilen kəsiyi bükümündə içərisində ümumi təmiz çəkisi-3,040 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməsi faktı ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-41) -İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən İmişli RPŞ-nin rəisinə ünvanlanmış 19 yanvar 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində satmaq məqsədi ilə narkotik vasitə heroin saxlayır və həmin tarixdə saat 17 radələrində İmişli şəhəri, Q.İsmayılzadə keçəsində olacaqdır.(i.v.2) -«təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.(i.v.3) -«şübhəli şəxsin tutulması haqqında» 19 yanvar 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:35-də Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.18-19) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 19 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman üzərində alışqanın içərisində 01 (bir) ədəd şəffaf rəngdə sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtraış davam etdirilmiş, axtarış zamanı onun əyninə geyinmiş olduğu gödəkçənin sol yan cibindən 02 (iki) ədəd şəffaf rəngdə sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün 01 (bir) ədəd zərfə qoyularaq götürülmüşdür.(i.v.26-27) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 20 yanvar 2024-cü il tarixli, 18/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən... » sözləri yazılmış və imzalar olan kağız paketdəki 3 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram, 1,269 qram, 0,952 qram, ümumi çəkisi 3,040 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotk vasitə heroindir.(i.v.37-40) -«cinayət işinin tövsif olunması haqqında» 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur.(i.v.51-52) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli, 4 (036)- 6/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.54-55, 72-74) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 14 may 2024-cü il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin İB-nin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 06 (altı) ayadək, yəni 20 may 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək uzadılmışdır.(i.v.116-117) -İmişli Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 4(036)-39/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 2 (iki) ay müddətinə, yəni 19 iyul 2024-cü il tarixə kimi uzadılmışdır.(i.v.120-122) -«maddi sübut kimi tanınma haqqında» 28 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,819 qram, 1,269 qram, 0,952 qram olmaqla, ümumi təmiz çəkisi 3,040 qram, yəni külli miqdarda narkotik vasitə heroinin ekspertizadan sonrakı mərhələdə cəmi qalıq çəkisi 2,890 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlancı otağına təhvil verilmişdir.(i.v.135-136) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v.167-168) -«ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 03 may 2024-cü il tarixli, 2928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.177-178) -«sübutların qiymətləndirilməsi haqqında» 24 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şalvarının arxa sağ yan cibindən aşkar olunan 1 (bir) ədəd 5 manatlıq, 1 (bir) ədəd 1 manatlıq pul əskinasları, «Rotmans» markalı papiros qutusunda olan 7 (yeddi) ədəd papiroslar Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Sobranie» markalı siqaret qutusu, boş duxi şüşəsi, iki ədəd «Kapital Banka» məxsus plastik bank kartları sahibinə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 (beş) ədəd alışqan, 2 (iki) ədəd üzərində qaralmış hissə olan gümüşü rəngli folqalar, 2 (iki) ədəd təmiz gümüşü rəngli folqalar, 2 (iki) ədəd yumurlanmış 1 manatlıq pul əskinasları, "xxxx" MMC-dən daxil olmuş CD disk iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün maddi sübutların saxlancı otağına təhvil verilmişdir.(i.v.187-196) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünə məxsus olan bükümü alışqanın içinə qoyması, digər iki bükümün özünə məxsus olmaması, onu saxlayan zaman Elvin, Toğrul, Rəcəb və Mirşəfən adlı polis əməkdaşlarının olmaları, polis şöbəsində onu döymələri ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitədir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadləri, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri zamanı aşkar olunmuş narkotik vasitə heroin, şahid ifadələri, ekspertiza rəyləri və digər təkzib olunmaz sübutlar ilə onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,040 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıması, 19 yanvar 2024-cü il tarixdə saat 17:15 radələrində İmişli RPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və Şahid3 tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindəki yaşıl rəngli alışqanın yandırıcı yuva hissəsinin içərisindən 0 (bir) ədəd, əynindəki gödəkçənin sol yan cibindən isə 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram, 0,952 qram və 1,269 qram olmaqla, külli miqdarda-3,040 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılması zamanı İmişli RPŞ-inin Elvin, Toğrul və Rəcəb adlı əməkdaşlarının iştirak etməsi təsdiq olunmamışdır. Cinayət işinin materiallarının 7-ci səhifəsində olan İmişli RPŞ-nin rəisi tərəfindən qəbul olunmuş 19 yanvar 2024-cü il tarixli, Ə/2 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirini keçirəcək əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2, CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis leytenantı Şahid1 və PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 daxil edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də bədəni üzərində heç bir xəsarət olmadığını, İstintaq Təcridxansına daxil olan zaman bədəni üzərində heç bir xəsarət aşkar olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və ya sonrakı dövrdə döyülməsi ilə bağlı hər hansı orqana müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş İmişli RPŞ-nin polis əməkdaları da ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini demişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə hədələnməsi barədə hər hansı orqana müraciət etməmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qiymətləndirən zaman qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən "xxxx" MMC-dən alınmış Nürəddin Abbaslının istifadəsində olmuş telefon nömrələrində olan sms mətinlərində sonuncunun narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmasına dair yazışmaların olması, onun üzərindən aşkar olunan heroinlərin 3 (üç) ədəd bükümlərdə 0,819 qram, 0,952 qram və 1,269 qram olması, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində satmaq məqsədi ilə narkotik vasitə heroin saxlaması barədə məlumat daxil olması nəzərə alınmalıdır. Məhkəməyədək icraatı aparan müstəntiq İlqar Əhədov tərəfindən sms mətinlərinə baxılaraq cinayət işinin materiallarının 154-155-ci səhifələrində olan 08 iyun 2024-cü il tarixli «diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» protokol tərtib olunaraq Təqsirləndirilən şəxs istifadəsində olan **********1 mobil nömrəsinə «qaqa 10 manat var, uşaq var, onnanam, vəziyyətimiz pisdi başuva dönüm kömək elə qaqa və sair» məzmunlu çox saylı smslər yazılsa da məlumatlar natamam olaraq qeyd edilməsinə, «subutların qiymətləndirilməsi haqqında» qərarda maddi sübut və sübut kimi qəbul edilməsinə baxmayaraq tərtib olunmuş ittiham aktında həmin sübutlara istinad edilməmiş, bu hal məhkəmə tərkibinə qaranlıq olaraq qalmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol, digər istintaq hərəkətləri protokolları, məhkəmə-fiziki kimyəvi, ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.123-124) -İmişli RİH Başçısının İmişli şəhər İƏD-i üzrə nümayəndliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə İmişli şəhəri, Heydər Əliyev prospekti, bina 146, ev 4-də yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v.180-182) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablanmalı, İmişli Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli, 4 (036)- 6/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olu-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Nurəddin Abbasliya narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-2,890 qram narkotik vasitə heroin, 5 (beş) ədəd alışqan, 2 (iki) ədəd üzərində qaralmış hissə olan gümüşü rəngli folqalar, 2 (iki) ədəd təmiz gümüşü rəngli folqalar, 2 (iki) ədəd yumurlanmış bir manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə həbsə alındığı vaxtdan, 19 yanvar 2024-cü il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli, 4 (036)-6/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan-2,890 qram narkotik vasitə heroin, 5 (beş) ədəd alışqan, 2 (iki) ədəd üzərində qaralmış hissə olan gümüşü rəngli folqalar, 2 (iki) ədəd təmiz gümüşü rəngli folqalar, 2 (iki) ədəd yumurlanmış bir manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-612/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-612/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver